imperializmi – imperializmdir. Rusiyada təbəddül edəcək şey, onun üsuli-
arına aid bir məsələ deyil, tədricən vaqe olmuş bir keyfiyyətdir.
Çar zamanında Qafqasiyaya səlahiyyəti-vaseyə malik valiyi-ümumi təyin
olunuyordu. Şimdiki Sovet höküməti isə Kommunist firqəsinin vilayət mərkəzi
komitəsini göndəriyor ki, Qafqasiya cümhuriyyətləri tamamilə bu mərkəzə
tabedirlər. O zaman zadəgan sinfinə istinad edən Rusiya imperializmi
Qafqasiyadakı xan, məlik (erməni zadəganı) və knyazlardan (gürcü zadəganı)
kəndisinə münqad olanları qullanıyor və o vasitə ilə təsisi-hakimiyyət ediyordu.
Sərkeşlik edənlər isə ya məhv və yaxud Rusiyaya nəfy olunuyordu. Şimdi də öylə:
əmələ və köylü sinfinə istinad edən bolşevik diktaturası yerli əhalinin əyaq
taqımlarına istinadla kəndi hakimiyyətini təsis və bu sinif içərisindən belə kəndinə
tabe olmayanları məhv və ya nəfy ediyor. Nəticədə şımdiki cümhuriyyətl
o zamankı xanlıqların inhilalından daha çabuq bir surətdə icra ediliyor.
Çarlığın məfkurəsi zadəgan sinfi mühitində inkişaf edən “şovinizm” idi.
Leninliyin idealı isə əmələ “kosmopolitizmi” nam bir məsləkdir. Birincisi, rusdan
olmayan millətləri ruslaşdırmaq surətilə bütün Rusiyayı hərsən yekvücud bir hala
qoymaq istiyordu. İkincisi də hərsi-millisi daha qüvvətli olmayan zəif millətlərdə
milliyyət fikrini öldürmək surətilə bütün Rusiyayı qeyri-milli bir hala qoy
ionalizm etmək) istiyor ki, nəticeyi-feliyyəsi etibarilə yenə o deməkdir.
Ixtilallar hər nə qədər aləmşümül bir mahiyyətdə olsalar da, nəticədə
kəndisini elan etmış məmləkətin həyati-ictimaiyyə və təşkilati-siyasiyyəsini,
tarixin iqtizası və iqtisad qanunlarının təhəmmül edəcəyi bir çərçivə daxilində
təbdil etməkdən başqa bir məhsul verməz. Olsa-olsa hakimiyyət müəyyən bir sinif
və təbəqə inhisarından daha müasir və daha mütərəqqi bir ünsürə keçir. Demək
istiyoruz ki, ictimai inqilablar bir məmləkətin siyasəti-xariciyyəsindən ziyadə
daxili siyasəti üzərinə icrayi-təsir edir. Fransa inqilabının xaricə qarşı siyasəti
Burbonların ənənəvi siyasətindən başqa deyildi. Sovetlərin siyasəti də çarlar
Rusiyasının siyasətindən başqa bir şey deyildir. Daima türk düşməni olan
Rusiyanın Türkiyəyə dost çıxması isə tarixdə misli yox bir hadisəyi-inqilabiyə
deyildir. Məhəmməd Əli üsyanında Sultan Mahmuda müavinət göstərən çar
Rusiyası deyilmi? Bolşeviklər İngiltərəyi Hindistanın təsxiri ilə təhdid ediyorlar.
bu təhdid dəli Petronun məşhur vəsiyyətnaməsində dəxi məzkur deyilmidir?
Əvət, Məhəmməd Əli Paşa vəqesi və bu günkü hadisələr tarixin birər
cilveyi-istisnaiyyəsini təşkil edirlər. Bunlar birər epizoddur. Daim olan bir şey
o da Cənuba doğru olan Rusiya axını ilə bu axına məruz qalan türklükdür.
Rus hankı dinə girirsə-girsin yenə rusdur. Qara da olsa, qızıl da olsa rus
59
idarəsidir, istehsal və istehlakındakı üsullardır, yoxsa, Rusiya coğrafiyası
dəyişmədi.
* * *
Qızıl imperializm böyük Rusiya ixtilalının doğurduğu bir sistemdir. Bu
ixtilal əsrin modası hökmündə olan sosializm şüarları ilə ehtikar yaparaq
kommunizm bayrağı altında cərəyan etdi. Dünya müdhiş bir xalq hərəkatının
fəvəranı qarşısında bulundu. Bu dəhşətli hərəkəti-məşəriyyə, şübhəsiz ki,
zamanımızın ən şayani-tədqiq bir hadisəsidir. Fəqət bu hadisədə keçici nöqtələrlə
baqi qalacaq həqiqətlər var. Tədqiq edərkən bunları təfriq etməmək qabil deyildir.
Sosializm və kommunizm məfhumları kibi böyük məfkürələrin elani-tətbiqi, həm
də Avropa dövlətləri arasında ən geridə qalmış bir məmləkətdə şübhəsiz ki, bu
hərəkətin keçici mənzillərini təşkil edir. Nasıl ki, bu gün biz kommunizm firqəsinin
elan eylədiyi kəndi prinsiplərindən birər-birər vaz keçdiyini görüyoruz. Dörd-beş
sənəlik dəhşətli misallar və əmsalsız tədhişlər nəticəsində baqi qalan qazanc isə
demokratik sosialistlərin təbirincə burjua – bir üsul-idarənin binasını təmin edən
cəhətlərdir. Bu cəhətlər miyanında ən mühüm olanı Rusiya imperatorluğunun
əsasını təşkil edən əsil zadəgan sinfinin imhasıdır.
Rusiya son yarım əsrdəki iqtisadi inkişafatı ilə artıq qüruni-vüstai bir istehsal
məmləkəti olmaqdan uzaqlaşmışdı. Halbuki təşkilati-siyasiyyəsi etibarilə bu
məmləkət hala feodal bir zehniyyət ilə idarə olunuyordu. Burada hökümət
tamamilə əsil zadəgan sinfi əlində, dövlətin ümuri-mülkiyyəsi ilə təşkilati-
əsgəriyyəsi çar tərəfindən tətvic olunan bu mümtaz təbəqənin inhisarında idi.
“Dvoryanstvo” deyilən zadəgan sinfi kəndisinə məxsus təşkilati ilə imtiyazati-
hüquqiyyə və siyasiyyəyə malik mümtaz bir təbəqə idi. Bu təbəqə huquqi-
siyasiyyəcə bu qədər ziiqtidar ikən, iqtisadən çürüməyə başlamış, çox zamandan
bəri mövqeni yeni təşəkkül edən burjua sinfinə tərk eyləmişdi.
Rusiya ixtilali-kəbiri bu hadisəyi tədqiq edənlərcə məmləkətin iqtisadiyyatı
ilə siyasiyyatı arasındakı bu əzim təzadın təsadümündən başqa bir şey deyildir.
İxtilal əsil zadəgan sinfini tamamilə imha etdi. Bunlar artıq mümtaz bir təbəqə
haqqını haiz deyildirlər. Əsil zadəgan təbəqəsi yalnız siyasətən deyil, iqtisadən də
məhv edilmişdir. Böyük malikanələrlə çiftliklər köylülər arasında təqsim olunmuş,
birər “Qartal yuvası” təşkil edən kaşanələr xak ilə yeksan edilmişdir.
Şimdiki Rusiya böyük şəhərlərə malik olmaqla bərabər, geniş ərazisi və 130
milyona baliğ nüfusu
84
ilə dünyanın ən böyük çiftçi məmləkətidir. Bu məmləkətdə
əvvəlcə üç milyona qərib bir əmələ sinfi mövcud ikən şimdi – inqilab sənələrinin
təxribkar təsiri ilə – bu ədəd milyondan daha az bir rəqəmlə göstəriyor.
Əksəriyyəti-əziməsi köylüdən təşəkkül edən bu məmləkət əsil zadəganın
malikanələrini yəğma və torpaqlarını qəsb etmək üçün bir ani-tarixi içində
kommunist oluyormuş. Fəqət, şimdi birər kiçik mülk sahibindən ibarət olan bu
köylü dəryası “ac və bacarıqsız” şəhərlər hakimiyyətindən ibarət olan kommunist
əmələ hökümətini çəkməməyə başlıyor. Kommunist təcrübələri nəticəsində
əməllərinin bihudə olduğunu görən əmələ qismi dəxi “kəndi” hökümətinə qarşı
laqeyd, hətta müariz bir ruh peyda ediyor. Ötədə yeni bir “ixtilal burjuaziyası”
60
doğuyor ki, əskisinə nisbətlə, pək əxlaqsız və təməkar olmaqla barabər, kəndisi ilə
ehtikar şərikliyi yapan kommunist məmurlarını fəna halda sui-əxlaqa sövq ediyor.
Bütün bu müxalif ünsürlər içərisində istinadgahi-ictimaiyyəsini qayb edən
kommunizm diktaturası son günlərini yaşamaq üzrə bulunuyor. O, bütün
hümmətini böyük sənaye və xarici ticarəti kəndi əlində saxlamaqla köylü
dəryasından gələn dalğalara qarşı bir sədd çəkmək xülyasilə idameyi-həyat etmək
istiyorsa da, buna qətiyyən müvəffəq olmuyor. Çünki yüzdə 14-ü qədər tənəzzül
edən Rusiya sənayesi içərisində ən çox ümidsiz bulunanı böyük sənaye ilə xarici
ticarətdir.
Rusiya iqtisadiyyatı hər növ təsəvvürün fövqündə bərbad bir haldadır. Böylə
bir halda ənasiri-təbiiyəyə müxalif bir ruh və idarəyə malik bulunan kommunizm
“rejimi” süqut etmək məcburiyyətindədir. Bu süqut yalnız bu günkü hakim
qüvvətin başqa bir qüvvətə təbəddülü ilə qalmıyacaq.
Velikorus mərkəzi, sənaye nöqteyi-nəzərindən müstəhsil bir mərkəz ikən,
kommunizm manevrası ilə təkrar kəndisinə bağlıya bildiyi Qafqasiya və Türküstan
kibi məmləkətlər məvaddi-ibtidaiyyə həsbilə müstəhsildirlər. Müharibədən əvvəlki
Rusiya vilayətlərdən aldığı məhsulat müqabilində məmulat verməklə müvazinə
yapıyor, bu surətlə mərkəz ilə vilayətlər arasındakı iqtisadi rabitə təmin
olunuyordu. Halbuki bu gün öylə deyildir. Hərbi-ümumi ilə ixtilali-kəbir
nəticəsində Rusiya sərvəti-milliyyəsi 11 milyard altun rublədən 4 milyard rubləyə
enmişdir. Bu süqut bilxassə sənayeyə aiddir. Sənaye etibarilə Rusiya məmulati-
milliyyəsi 5 dəfə azalmış ikən məhsulati-ziraiyyəsi iki dəfə azalmışdır. Ziraət
etibarilə Velikorus mərkəzi əvvəldən də müstəhsil olmaqdan ziyadə müstəhlik idi.
Fəqət, bu xüsusdakı açığını o, məmulati-sənayesi ilə qapayordu. Fəqət, şimdi bu
mərkəz hər bir cəhətcə müstəhlik bir vəziyyətə keçmişdir. Qafqasiya ilə Türküstan
məvadi-ibtidaiyyəsinə müqabil Rusiyanın verəcək bir şeyi yoxdur və daha çox
zaman olmayacaqdır. Bakının petroluna müqabil Rusiya əskidən şəkər,
manufaktura və sair əmtəə idxal ediyordu. Halbuki bu gün miqdarı ərqami-
fələkiyyə ilə sayılan “Sovet” qaiməsini də verəmiyor. Böylə olunca təbiidir ki,
müstəhsil vilayətlərlə müstəhlik mərkəz arasındakı münasibət mənafeyi-iqtisadiyyə
üzərinə müstənəd təbii bir rabitə ilə deyil, Qızıl Ordunun süngüləri sayəsində süni
bağlarla qaimdir.
Moskvada Sovet cümhuriyyətlərinin federasyonunu təşkil edən konqrenin
iniqadı bizim bu iddiamızı qətiyyən cərh edəməz. Çünki bu konqre vilayətlərin
arzusu ilə deyil, mərkəzin əmrilə iniqad eyləmişdir. Vilayətlərin arzuyi-həqiqəsinə
az çox tərcüman olanlar isə bu konqrenin iniqadı əsnasında və qismən hala
məhbəslərdə çürüyor və məmləkətlərindən uzaqlaşdırılaraq Rusiyanın ən soyuq
bucaqlarına nəfy olunuyorlar. Fəqət kəndi hakimiyyətini qurtarmaq üçün bu günə
qədər qullandığı vasitələrdən daha qüvvətli olacağı bəlli olmayan bu vasitə ilə
kommunizm firqəsi kəndisini qurtarır zənn edilməsin. Kommunizm süquta
məhkumdur. Kommunizm süquta məhkum olduğu kibi süni vasitələrlə
mərkəziyyəti-idarə vücudə gətirmək istəyən Moskva sistemi də məhkumi-zəvaldır.
Müdhiş bir terrorist olan bu firqə üçün müslihanə bir surətdə mötədil bir höküməti-
əsriyyə şəklinə girmək ruhiyyat nöqteyi-nəzərindən qeyri-mümkündür. Üsyan və
61
qanla səri-kara gələn bir qüvvət üsyan və qanla da gedəcək. Bu gün bu üsyanı
yapan müntəzəm bir qüvvət yoxsa da yarın o qüvvət, kommunizmin kəndi vücuda
gətirdiyi təşkilat hüceyrəsindən olsa da doğacaqdır. Fəqət, kommunizm
imperializminin devrilməsi ilə kəndinə cəbrən bağlanan milli təşkilati-siyasiyyə
üçün dəxi yaxayı qurtarmaq fürsəti təkrar gəlmiş olacaqdır. Bu bilxassə Qafqasiya
üçün variddir. Qafqasiya bundan yüz sənə əvvəlki vəziyyətində deyildir. Yüz sənə
əvvəl inkişaf edən Rusiyaya qarşı münkəşif bir Avropa iqtisadiyyatı ilə mübariz bir
Şərq milliyyətpərvərliyi yox idi. Bu gün o da, bu da mövcuddur.
XI
İSTİQLAL MƏFKURƏSİ
Azərbaycan məclisi-məbusanının ilk cələsəsini açan natiq, məclisi təzyin
edən bayrağa xitabən “Bir kərə yüksələn bayraq bir daha enməz!” – demişdi.
Bayraq əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətdirsə, Azərbaycan
istiqlal bayrağı enmiş, parlaman caddəsindəki məclisi-məbusan binasının üstündə
mavi, al və yaşıl rəngli və hilal-sitarəli bir qumaş yoxdur. Yox, əgər maddətən
ələladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət
və istiqlalını tərmiz edən bir timsal isə, o halda, hal-hazırda Bakı binalarının
üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən
başqa bir şey deyildir.
Əvət, bu kitabın qabında siyah çərçivə içərisində görünən Azərbaycan
bayrağı – Azərbaycan hürriyyət və istiqlalının bu müqəddəs timsalı, bu gün
Bakının, Gəncənin və sair Azərbaycan biladının üstündən enmiş, fəqət, nərəyə?...
Eşqi-istiqlal ilə yanan və həsrəti-hürriyyətlə sızlayan Azəri gəncliyinin ürəyi
yarılsa, bu bayrağın orada mənquş olduğu görülər. Əvət, heç bir zaman
Azərbaycan xalqı bu qədər həzin bir həsrət duymamışdı. Hankı köylüyü, hankı
əmələyi, hankı münəvvər və ya əsnafı dinləsəniz “AZƏRBAYCAN”dan yana-
yaxıla bəhs edər. Azərbaycan dövri-istiqlalına bolşeviklər “Müsavat dövrü”
deyirlər. Fəqət, xalq bu dövrə AZƏRBAYCAN dövrü deyir. O, şimdiki rejimi
“Azərbaycan” deyə qəbul etmiyor. Xalqın düşüncəsində AZƏRBAYCAN
məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor.
İstiqlal xaricində onun üçün bir AZƏRBAYCAN yoxdur.
Bolşeviklər tərəfindən sıxı bir sansör altında nəşr olunan mətbuatdan xalqın
hissiyatını tədqiq və təqib etmək qabil deyildir. Bilxassə ki, bu mətbuat aləmi-
mədəniyyətin bildiyi mətbuat kibi deyildir. Hakim firqənin kontrolu xaricində bir
qəzetə çıxmadığından xalqın duyğusunu bolşeviklikdə çıxan qəzetlərlə ölçmək
olmaz. Məmafih, ara-sıra çıxan və bir-iki nüsxə nəşr edildiyindən sonra təkrar
qapanan məcmuələrdə görülən bir taqım ədəbi parçaların ruhu təhlil olunursa,
şairin nə kibi qeyri-məmnun, həsrətzədə və müntəzir bir mühitdən mülhəm
olduğunu görürsünüz. Burada vəziyyətindən məmnun, inqilabilə müftəxir bir
kommunizm ilhamına təsadüf edəməzsiniz. Çünki AZƏRBAYCAN
KOMMUNİZMİ yoxdur. Buradakı kommunizm istilakar bir qüvvətdir. O,
62
qətiyyən xaliq bir qüvvət olamaz. O, yalnız uçurar, yıxar, edam edər. Zehniyyəti,
tərbiyəsi və inkişafi-ictimaiyyəsi etibarilə milli və dekomtrat bir inqilab üçün hazır
bulunan bu mühitə milliyyət münkiri, demokrasi müxərribi bir qüvvətin təsəllütü,
bittəb nikbin bir rüh inkişaf verəməz!
Kommunizm nə yaparsa-yapsın, Rusiya imperializmi hankı rəngə girirsə-
girsin meydanda bir həqiqət var: Millətlər kəndilərini tanımışlar. Azərbaycan türk
olduğunu idrak eyləmiş. Sənələrdən bəri axan qanları mən, bir göldən ziyadə, vəzi-
həmldə axan qanlara bənzətmək istərəm. Zatən dünya inqilabat və müharibələrində
axan qanlar daima yeni məfkurələrin tövlidinə səbəb olmuş deyilmidir? Bütün
ələm və iztirabına təhəmmül etdiyimiz bu fəcaye içərisində böyük bir fikir
doğmuşdur. Fikri-istiqlal!
MÜSTƏQİL AZƏRBAYCAN – bu gün maddətən Rusiya qüyudatı ilə
dərzəncir olsa da, mənən mövcuddur. Azərbaycan istiqlalı bir fikir olaraq vaqedir.
Bolşeviklərə Qafqasiyada rəyi-ammə müraciət təklif edilsə, qətiyyən razı olmazlar.
Çünki bütün xalqın həmən istiqlali-idarə lehinə rəy verəcəklərini bilirlər.
Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o
da bu istiqlal fikrinin rüsuxudur.
Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdasilə yaşayan bir Azərbaycan
gəncliyi vardır ki, ÇK-nın amansız edamlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk
fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o
zaman yanıq könlündə atəşin cizgilərlə mənən mənquş bulunan bayrağı maddətən
yüksəldərək deyəcək ki:
-
Əvət, bir kərə yüksələn bayraq bir daha enməz!
* * *
Əvət, böyük faciələr, əzim sarsıntılar, məşəri hərəkətlər əsrində yaşayan
Azəri gəncliyi üçün müstəqil yaşamaq misaqi-millidir. “Misaqi-milli”nin nə kibi
möcüzələr yaratdığını o, Şərq milliyyətpərvərliyinin ələmdarı, böyük qardaşı
Türkiyənin göstərdiyi xarüqədən öyrənmişdir.
Hərbi-ümumi ilə başlayan hadisati-aləm daha nəticəyə varmamışdır. Bu
nəticə millətlərin həqqi-hakimiyyətlərini təmin etmək surətilə hasil olacaqdır.
Bayrağındakı rənglərin mədlulu vəchilə
85
müasir bir Türk və İslam mövcudiyyəti-
siyasiyyəsinə təkrar qovuşmaq ümidilə, bu mövud nəticəyə çarçeşmlə intizar edən
milliyyətpərvər Azərbaycan hal-hazırda bittəb pək fəci bir dövr keçiriyor. Böyük
hirmanlar və çəkilməz təzyiqlər içərisində güzəran edən bu dövrdə Türkiyənin
istilakar Rusiya ilə mütəlif bulunmaq zərurətində qaldığı müddətcə Azərbaycan
pək acı bir nəsibə təhəmmül edəcəyini hiss və təqdir eylər. Fəqət işbu zərurət
tarixiyyəyə mütəvvəkkilanə qaltanırkən pək çox arzu edir ki, “misaqi-milli”si ilə
yalnız kəndinin deyil, bütün şərqlilərin “hüquqi-bəşəriyyə”sini elan edən yeni
Türkiyə müasir Rusiya imperializmini qızıl sözləri ilə deyil, qara işləri ilə təqdir
eyləsin!
SON
63
AZƏRBAYCAN QURBANLARINDAN BİR LİSTƏ
Kitabımızın mətnində isimləri zikr olunan şühədayi-istiqlaldan maəda,
bolşeviklər tərəfindən qurşuna dizilən Azərbaycan qurbanlarının listəsini tamamilə
elan edəcək olursaq, bu xüsusda müstəqil bir risalə nəşr etmək zərurətində
bulunuruz. Məmafih, bu edamların nə kibi bir məqsəd və hədəfə tövcih edildiyinə
bir nümunə olmaq üzrə müdafieyi-istiqlal yolunda fədai-can edənlərin əsamisini
qismən ehtiva edən bir listəyi buraya dərc ediyoruz.
Ordu üməra və zabitanından
1.
Mirliva Yusifov İbrahim ağa.
2.
“---” Qaytabaşı Həmid bəy.
3.
“---” Səlimov Həbib bəy.
4.
“---” Dəlxas Murad Gəray.
5.
Şahzadə Kazım Mirzə Qacar.
6.
“---” Sulkeviç Süleyman bəy.
7.
Miralay Qalacov.
8.
“---” Saymanov.
9.
“---” Xazin.
10.
“---” Cəlayev.
11.
“---” Koden (rus).
12.
“---” Makayev (gürcü).
13.
Qədimli yüzbaşı Xudaverdiyev Xuduş.
14.
Yüzbaşı Konstantinoviç L.
15.
“---” Əhmədzadə Yaqub bəy.
16.
Qaimməqam Əlizadə Nağı bəy.
17.
Mülazimi-sani Talışxanlı İlyas bəy.
18.
Mülazimi-əvvəl Fəttahov İbrahim bəy.
19.
“---” Axundzadə Cəfər bəy.
20.
“---” Ağalarov Fərhad bəy.
21.
“---” Mirizadə Hüseyn bəy.
22.
“---” Mehdizadə ...
23.
“---” Şahzadə Sədrəddin Mirzə.
Məclisi-məbusan əzasından
24.
Rzayev Abuzər bəy (mühəndis).
25.
Şeyx Zamanlı Məhəmməd Bağır bəy.
26.
Axundzadə Murtuza bəy.
27.
Əxicanov Müseyib bəy (hüquqdan məzun).
28.
Ziyadxanlı İsmayıl xan (sabiq Duma məbuslarından).
Mühərririn, üləma və müəllimindən
64
29.
Köçərli Firidun bəy. Mərhum Köçərli Azərbaycan ədəbiyyatı tarixini
tədqiqilə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və
alim idi.
30.
Professor Zimin. Bakı darülfünunun tarix və ədəbiyyat şöbəsi müdiri
bulunan bu zat məşhur müstəşriqlərdən idi. Azərbaycan Darülfünunda
Şərq tarixini və ərəb lisan və ədəbiyyatı kürsüsünü işğal ediyordu.
Eyni zamanda, dəxi Şərqi tədqiq cəmiyyətinin rəisi idi.
31.
Mürsəlzadə Piri bəy. “Azərbaycan” qəzetəsi mühərrirlərindən.
32.
Qəbulzadə İslam bəy. Zaqatalada xidməti-milliyyətpərvəranəsi ilə
mütəmayiz dəyərli müəllimlərdən.
33.
Mirzə Abbas. Pedaqoji sahəsində qiymətdar əməkləri ilə məruf
müəllimlərdən.
34.
Müəllimlərdən Musabəyov.
35.
Müəllimələrdən Musabəyova Məsumə xanım.
36.
Ticarət məktəbi-alisi tələbələrindən Qasımzadə Qasım bəy.
Məmurini-mülkiyyə və sair sünufi-əhalidən
37.
Gəncə valisi Rəfibəyov Xudadad bəy (doktor-cərrah).
38.
Bakı valisi Hadıyev.
39.
Bakı polis müdiri Mirzəzadə Rüstəm bəy.
40.
Gəncə üsyanı mübarizlərindən Qaçaq Qənbər.
41.
Nuxa bələdiyyəsi rəisi Azaq bəy.
42.
Ağdaşlı Məhərrəm Əfəndi.
43.
Camal Çavuş. Bolşevik aləmində Camal Paşa namilə məruf bulunan
bu zat ixtilalın əqəbində həbs edilmişdi. Həbsdən azad edildikdən
sonra Lənkəran qəzasına qaçmış və orada əhalinin başına keçərək
bolşeviklərə qarşı aylarla müqavimət eyləmişdir. Yusif Camal bəy
mərhum ən-əsl Şərqi Anadolu əhalisindən olub, bütün mövcudiyyəti
ilə Azərbaycan istiqlal və hakimiyyətinə rəbti-qəlb və bəzli-mövcud
etmiş bir fədai idi. Xatirəyi-ehtiramı azərilərin qəlbində mədfundur.
44.
Müzəffərov Hüseyn – Volqaboyu türklərdən. Bakı türk əmələ
birliyinin katibi.
45.
Zərif Əfəndi. Volqaboyu türklərindən.
46.
Rüstəmbəyli Mustafa bəy. Ağdaş əyanından.
QEYDLƏR
1
MƏHƏMMƏD ƏMİN HACI MOLLA ƏLƏKBƏR OĞLU RƏSULZADƏ – 1884-cü ilin
yanvarın 31-də Bakının Novxanı kəndində dindar ailədə dünyaya göz açmışdır. İlk təhsilini
maarifpərvər ziyalılarımızdan S.M.Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci
“Müsəlmani və rusi” məktəbində almışdı. Şer və məqalələri ilə o dövrün tanınmış qəzet və
jurnallarından “İrşad”, “Tərəqqi”, “Füyuzat” və b. mətbuat orqanlarında fəal çıxış edirdi. Gənc
65
yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttarxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən
milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərəkatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu
ildə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911-ci ilin oktyabrında Bakıda
Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə və Abbas Kazımzadənin yaratdığı “Türk ədəmi-
mərkəziyyət Müsavat” firqəsinin tezliklə üzvü olur və onun liderlərindən birinə çevrilir.
M.Ə.Rəsulzadə 1917-ci ilin oktyabrında Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partiya
MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlət Dumasının deputatı vəsiqəsini daşıyırdı.
Zaqafqaziya Seymi 1918-ci ilin mayın 26-da Gürcüstanın özünü müstəqil elan etməsilə
parçalandı. Seymin Azərbaycan nümayəndələri mayın 28-də Tiflisdə keçirilən iclaslarında
Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsini elan etməklə yanaşı, M.Ə.Rəsulzadəni
Milli Şuranın sədri seçdilər. Onun haqqında “Azərbaycan” qəzetinin 1918-ci il tarixli 35-ci
nömrəsində belə yazılırdı: “Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda canını nisar
edən cəmaət xadimimiz Rasulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid
olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qeyrətli həyatını təhlükəyə atmış
olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir yıldız rolu oynayaraq,
istiqlali-milli yolunun Nikolay və Protonov dövrünün zülm gecələrində belə millət müsafirlərinə
yol göstərməsi, rəhbərlik etməsilə Vətənimizə böyük bir xidmət göstərmişdir. Hələ növcavan
ikən 1905 inqilabından sonra meydani-siyasət və ictimaiyə atılaraq, o vaxt yenicə təsisə başlayan
milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulilə rus
qaragüruhunun qəzəbinə giriftar olub, İrana qaçmış və orada dəxi müsəlmanların mənafeini
canından əziz tutaraq, İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdən “İrani-nou” qəzetəsi nəşrilə
millətin fədailər zümrəsində Məhəmməd Əli şahın yaxıcı, yıxıcı keyf maişası müqabilinə
mübarizə etmişdir... Bakının Rusiyayamı, Azərbaycanamı məxsus olması məsələsində
Məhəmməd Əmin Əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü
olduğunu isbata qalxmış və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto
vermişdi.
20 yaşından bu günədək 31 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda
Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir”.
1920-ci ilin aprelin 27-də axşam saat 11-də Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın
fövqəladə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla
kommunistlərə təhvil verildi. Az sonra repressiyalar başladı, M.Ə.Rəsulzadə də gizlənməyə
məcbur oldu. Lakin o, tezliklə həbsə alınmış, yalnız V.İ.Stalinin bu işə müdaxiləsindən sonra
azad edilmişdir. Bir müddət Moskvada işləsə də, 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin
mühacirət dövrü başlayır. Türkiyədə və Almaniyada yaşadığı illərdə “Əsrimizin Səyavuşu”,
“İstiqlal məfkurəsi və gənclik”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və
b. əsərlərin müəllifidir.
Azərbaycan xalqının vətənpərvər oğlu, görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə
1955-ci ilin martın 6-da Ankarada – qürbət diyarda şəkər xəstəliyinin uzun müddətli əzabları
içərisində üç dəfə “Azərbaycan!...” – deyərək gözlərini əbədi yumdu.
2
ƏLİ BƏY HÜSEYN OĞLU HÜSEYNZADƏ (1864-1940) – yazıçı, ictimai xadim, jurnalist,
müəllim və tərcüməçi idi. O, Peterburq universitetinin fizika-riyaziyyat fakültəsində oxumuş,
İstanbul hərbi tibb məktəbini (1895) bitirmişdir. Ə.Hüseynzadə 1904-cü ildə Bakıya gəlmiş,
burada “Həyat”, “Kaspi” qəzetlərinə və “Füyüzat” jurnalına redaktorluq etmış, sonra “Səadət”
məktəbində müəllim işləmişdir. O, yenidən Türkiyəyə qayıtmış, İstanbul universitetinin
professoru olmuş, orada yaşamış və vəfat etmişdir.
Ə.Hüseynzadə 1926-cı ildə Bakıya gələrək 1-ci Ümumittifaq türkoloji qurultayında iştirak
etmişdir.
3
HİCAZ – Səudiyyə Ərəbistanında əyalət. İnzibati və iqtisadi mərkəzi Ciddə şəhəridir.
4
SEVR MÜAHİDƏSİ – 1920-ci ildə Türkiyə ilə Birinci Dünya müharibəsinin qalibləri (Fransa,
İtaliya, B.Britaniya və Yaponiya) arasında Fransanın Sevr şəhərində bağlanmış sülh müqaviləsi.
Bu müqaviləyə müvafiq olaraq Ədirnə və Gelibolu ilə birlikdə Şərqi Frakiya Yunanıstana,
66
Anadolu vilayətinin bir hissəsi “Müstəqil Kürdüstana”, böyük bir sərhəd ərazisi isə daşnak
Ermənistanına verilirdi. Lozanna konfransında (1922-1923) Sevr müahidəsi ləğv edildi.
M.Ə.Rəsulzadə sonralar o illəri yada salaraq obrazlı şəkildə yazırdı: “Mənhus Sevr müahidəsi
yırtıldı, məsud Lozan müahidəsi yazıldı!...Birincisi, çökən imperatorluğun ölüm baratı idi;
ikincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu”.
5
HƏRBİ-ÜMUMİ - Burada Birinci Dünya müharibəsi (1914-1918) nəzərdə tutulur.
6
Volqa nəhrinin tatarca ismi. Bu ismi AT İLİ ismindən müxəffəf olduğu məlhuzdur
(M.Ə.Rəsulzadənin qeydi) .
7
İsmin məbzuliyyətilə məşhur bəhri-Xəzərin bir ismi də Quzğun dənizdir (M.Ə.Rəsulzadənin
qeydi).
8
Cavad xan Gəncəni knyaz Sisyanova qarşı müdafiə edən qəhrəmandır. Bu qəhrəman kəndisinə
dəfələrlə təkrar olunan təslim təklifini kəmali-cəsarətlə rədd edərək, son nəfəsinə qədər müdafiə
eyləmiş və qala topu üzərinə oturduğu halda parça-parça edilincəyə qədər düşmənlə
vuruşmuşdur (M.Ə.Rəsulzadənin qeydi).
9
MAVƏRAYİ-ARAZ AZƏRBAYCANI – Cənubi Azərbaycan nəzərdə tutulur.
10
Səfəvilərdən Şah İsmayıl türkcə şerlər yazar və Xətai nami-müstəarilə imza edirdi. Xətai
divanı mərufdur(M.Ə.Rəsulzadənin qeydi) .
11
Hökümət tərəfindən təyin olunan imamlara (mollalar) vəqaye-tərbəə denilən nigah, təlaq,
təvəllüdat və vəfiyyat vəqiələrini qeyd və təsbit etmək üzrə hökümət tərəfindən divani dəftərlər
verilmişdi (M.Ə.Rəsulzadənin qeydi) .
12
Farsidəki mirzə istilah olaraq müəllim mənasına gəldiyi kibi, rusca uçitel dəxi eyni mənanı
ifadə edir (M.Ə.Rəsulzadənin qeydi).
13
“Açıq söz”ün müəssis və mühərriri bu risalənin müəllifidir (M.Ə.Rəsulzadənin qeydi).
14
Rusiya müsəlmanlarının həyati-milliyyəsində bu məsələ bilxassə mühüm bir mövqe ehraz
eyləmişdir. Azərbaycan türklərində isə bu məsələ yalnız “idareyi-ruhaniyyə”nin intixab üsulilə
təsisini tələb etməklə qalmayıb, eyni zamanda, ittihadi-islam fikrinin tərvicinə dəxi vasitə
olmuşdur. Azərbaycan türkləri rus höküməti tərəfindən şiə və sünni namları ilə iki müstəqil
müəssisə şəklində təsis olunan idarələrin “İslam idareyi-ruhaniyyəsi” namilə tövhidini dəxi tələb
ediyorlardı. Bu tələb 1905-ci ildə Mavərayi-Qafqas əhaliyi-islamiyyəsi namına valiyi-ümumiyə
verilən istidada yer bulduğu kibi şiə və sünni ixtilaflarının izaləsi çarələrinə həsr olunan İslam
konqrelərinin müqərərratında dəxi təsbit edilmişdir. Şayani-qeyddir ki, şiə və sünni ixtilafları hər
yerdən əvvəl Azərbaycan türkləri arasından qalxmışdır ki, vəhdəti-milliyyəsini dərk edən bir
cəmiyyət üçün bu qayət mətlub idi (M.Ə.Rəsulzadənin qeydi).
15
“AÇIQ SÖZ” QƏZETİ – Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin orqanı. 1915-1918-ci
illərdə nəşr olunmuş 725-dən çox nömrəsi çıxmışdır. Qəzet, orqanı olduğu firqənin “Türkləşmək,
islamlaşmaq, müasirləşmək”, “Hökümət də xalqa, torpaq da xalqa” şüarlarını müdafiə edirdi.
“Açıq söz”ə müxtəlif vaxtlarda M.Ə.Rəsulzadə, M.Ə.Əbdüləzizoğlu, Ü.Hacıbəyov, Orucov
qardaşları və X.İbrahim redaktorluq etmişlər.
16
LEHİSTAN – Polşa nəzərdə tutulur.
17
Bu tələb müəllifin şəkli-idarə haqqında irad etdiyi müqabil məruzə üzərinə vaqe münaqişə və
müdafiələr nəticəsində təklif və konqrenin əksəriyyəti-qatiesincə qəbul və təsbit edilmişdir
(M.Ə.Rəsulzadənin qeydi).
18
“MÜSAVAT” FİRQƏSİ – 1911-ci ilin oktyabrında Tağı Nağıoğlu, Məhəmməd Əli Rəsulzadə
və Abbas Kazımzadənin Bakıda yaratdıqları siyasi partiya. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə (1918-1920) hökümətdə və Məclisi-Məbusanda aparıcı mövqeyə malik idi. 1920-ci ilin
aprel ayının sonundan “Müsavat” firqəsi gizli fəaliyyətə keçmiş, görkəmli nümayəndələrinin bir
qismi Türkiyəyə mühacirət etmişdir.
19
Rusiyada mütənasib üsuli-intixab sistemi ilə tətbiq olunan intixablar müntəxəbin listələri
üzərinə icra olunuyordu (M.Ə.Rəsulzadənin qeydi).
20
“Müsavat” firqəsinin Balkan hərbi əsnasında Bakıda təşəkkül etdiyi yuxarıda qeyd edildi.
1917-ci sənədə Rusiya inqilabı zühur etdikdə Gəncədə “Türk Ədəmi-Mərkəziyyət firqəsi” təsis
67
edildi. Bu iki təşkilat Qafqasiya qurultayındakı bəyanat və müdafiələri ilə xalqçı, türkçü
olduqlarını mütəqabilən kəşf etməklə ittihad edərək salifüzzikr ünvanını aldılar
(M.Ə.Rəsulzadənin qeydi).
21
Menşeviklər sosial demokrat məsləkinə salikdirlər ki, bolşeviklərlə aralarındakı fərqi inqilabi-
ictimainin daha sırası gəlmədiyinə qane olmaları ilə izah edirlər. Eserlər Rusiyaya məxsus bir
nəzəriyyəyi-ictimaiyyə məhsulu olaraq köylüyə istinadla sosializm inqilabı yapılacağını təəmmül
edən bir firqədir ki, hal-hazırda bolşeviklərə müarizdir. Eser ismi isə Sosialist Revolyusenerdən
müxəffəfdir (M.Ə.Rəsulzadənin qeydi) .
22
Bolşeviklər 1917 sənəsində Xoqənd, Taşkənd, Krım, Ukrayna kimi vilayətlərdə muxtariyyət
idarə davasilə kəndi-kəndilərini idarəyə qalxan əhalini silah qüvvətilə təşkil eyləmişlərdir.
Mərkəzi Kazanda bulunan İslam şurayi-əsgərisi ilə tatar şurayi-millisi, Başqırdıstan
Cümhurriyyəti, Krım qurultayı höküməti kəza bolşevik höküməti tərəfindən qanlı bir surətdə
inhilal etdirilmişdir (M.Ə.Rəsulzadənin qeydi).
23
“DEKRET-13” – burada nəzərdə tutulur. 1917-ci il dekabrın 18-də Xalq Komissarları
Sovetinin sədri Ulyanov-Leninin və Milli İşlər Komissarı Cuğaşvili-Stalinin imzaladığı 4 bəndlik
bu dekretlə S.Şaumyana səlahiyyət verilirdi ki, Türkiyə Ermənistanının müvəqqəti idarəsi üçün
erməni komitəsi və digər əhali ilə münaqişəli məntəqələrin həllində iştirak etsin.
24
Bakıda mətbu “İstiqlal” məcmuəsindən müqtəbəsdir (M.Ə.Rəsulzadənin qeydi).
25
TRABZON – Türkiyədə, Qara dəniz sahilində şəhər.
26
BREST-LİTOVSKİ MÜAHİDƏNAMƏSİ – 1918-ci il mart ayının 3-də Sovet Rusiyası ilə
Dördlər İttifaqı (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) arasında bağlanan sülh
müqaviləsi. Bu sənədə əsasən Rusiya Polşa, Litva, Latviya, Estoniya və Belorusiyanın bir
hissəsini itirdi. Qars, Batum, Ərdəhan Türkiyəyə verildi. Sovet qoşunları Ukrayna və
Finlandiyadan çıxarıldı. Ordu və donanmanın bir hissəsi buraxılmalı idi. 1918-ci il 27-si avqust
maliyyə razılaşmasına əsasən Sovet Rusiyası Almaniyaya 6 milyard marka təzminat verməli idi.
1918-ci ilin noyabrında Almaniyada 2-ci Vilhelm devrildi və Sovet höküməti noyabrın 13-də
Brest-Litovski müahidəsini ləğv etdi.
27
GEGEÇQORİ
Dostları ilə paylaş: |