etdi: “Təyini-müqəddarat haqqı hər kəsin deyil, ərbabi-
səyindir” – deyə ortaya yeni təfsirlər çıxdı. “Azərbaycan muxtariyyəti
demokrasinin deyil, xanların, bəylərin, ağalarındır” – deyə iddia dəyişdi. Lenin
mərkəzdə mövqeyini möhkəmləndirdikcə vilayətlərdəki “həvarisi” həmən birər
mərkəziyyətçi və böyük rusiyaçı şəkil və simasını almaya başladılar.
Türkistandakı qətli-am, Daşkənd hadisati-xunini, Krım faciəsi, Kiyevdəki
qanlı vüquat, Kazandakı dəhşət həp bu üzdən hasil oluyordu
22
.
Azərbaycan muxtariyyəti artıq siyasi bir proqram şəklində meydana
atılmışdı. “Müsavat” firqəsi ilə Mavərayi-Qafqas milli komitəsi bu proqramı təqib
ediyorlardı. Bolşevik firqəsinin mürəvvici-əfkarı bulunan “Bakinski raboçi”
qəzetəsi (Bakı əmələsi) bizimlə yapdığı bir münaqişədə: “Azərbaycan muxtariyyəti
türk burjuaziyasının muxtariyyətidir. Bu muxtariyyətə nə Rusiya burjuaziyası, nə
də Rusiya demokratisi razı olur. Azərbaycan muxtariyyətini istəyən müsavatçılar
nəticədə xarabazar bulurlar” – diyordu.
Qəribədir ki, “Müsavat” məfkurəsinə qarşı bu surətlə təhdidkar bir vəziyyət
alan bolşevik hökümətinin Mavərayi-Qafqasiya müməssili Şaumyanın cibində rus
işğal ordusundan təxliyə edilən Türkiyə ərazisi üzərində erməni muxtariyyətinin
elanına aid Lenin imzasilə mümzi bir dekret bulunuyordu
23
. Bu dekretlə Şaumyan
“əsrlərdən bəri məzlum erməni millətinin bəklədiyi amali-milliyyəni qüvvədən felə
çıxarmaq” üçün erməni müəssisə və təşkilatına yardım etməklə müvəzzəf idi.
Şaumyandakı bu vəsiqənin təsiri elə olmalıdır ki, bir ay əvvəl Bakı bələdiyyəsində
rus məclisi-müəssisanını dağıdan bolşeviklərə qarşı bombalar, metralyozlar saçan
“Daşnaksutyun” firqəsi Bakı “Sovet”i ilə sıxı bir rabitəyə və əsgəri bir ittifaqa
girmiş oldu. Şaumyanın təhti-idarəsində bulunan “Bakı əmələ və əsgər soveti”
erməni alayları və “Daşnaksutyun” firqəsinin müavinətini təmin ilə müsəlman
təşkilatına qarşı şədid bir xətti-hərəkət ittixaz eylədi. Gözləri önündə sərbəstcə
20
gəzən erməni alayı nəfərlərini görən müsəlman xalqı, müsəlman alayının təşkili
üçün Tiflisdən göndərilən zabitanın “sovet” zabitəsincə tövqif edildiyinə şahid
olunca, bittəb qələyana gəliyordu. Bu surətlə gündən-günə çoxalan yandırım
(məvaddi-ehraqiyyə), nəhayət, bir fəsad qığılcımı ilə tutuşdu; və 1918 sənəsi
martın 17-dən 21-nə qədər davam edən qanlı mart hadisələrinə səbəb oldu.
Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı
Bakıda da tətbiq ediyorlardı. Əmələ və füqəra hakimiyyəti naminə “Müsavat
firqəsi ilə “Milli müsəlman şurasına” elani-hərb edən “Bakı Soveti” erməni alayları
ilə biliştirak 10000-ə qərib müsəlman qətl etdi. Qətl edilənlər miyanında əksəri
əmələ və füqəra sinfindən olmaq üzrə minlərcə qadın, çocuq və silah daşımalarına
imkan bulunmayan ixtiyarlar vardı.
Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik
firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı
ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu. Həqiqətən mart hadisəsi əsnasında
vüqu`ə gələn qətl, bir sinif mübarizəsinə qətiyyən bənzəmiyordu. Bu, hər hangı
bitərəf bir müşahid nəzərində silahi-müdafiədən məhrum müsəlman xalqının
amansız bir surətdə təcziyəsindən başqa bir şey deyildir. Toplar, metralyozlar,
erməni əsgərinin yaylım atəşləri, aeroplanlar və limandakı bəhriyyə topları həp
müsəlman məhləsinə tövcih edilmişdi. Müsəlman məhləsinin başına od
yağdırılıyor, cəhənnəm püskürtülüyordu.
Əcəba müsəlmanlığın, türk məhəlləsinin qəbahəti nə idi?
Bu qəbahət rəsmən “Müsavat” firqəsi ilə “Milli komitəyə” ətf olunuyordu.
Halbuki bu iki müəssisənin şu fəsad önünü almaq üçün icra eylədiyi təşəbbüslər,
ittixaz etdiyi tədbirlər vəsaiqi ilə müsəbbətdir. Fəqət bir millətə elani-xüsumət
etmək bolşevikliyə yaxışmazdı. Bunun üçün də onlar “Müsavatı” bəhanə,
“Komitə”ni müxatəb tutuyorlardı.
Fəqət nəticə?.. On min qədər müsəlman əmələ və füqərası məqtul... “Təzə
pir” məscidi-camenin minarələri mərmi ilə dəlinmiş, milli təşkilata məxsus
“İsmailiyyə” xalq yurdu ilə türk əfkari-ümumiyyəsinin mürəvvici-əfkarı bulunan
“Açıq söz” idarəxanası və “Kaspi” mətbəəsi yaxılmışdı. Əhaliyi-islamiyyə sıxı bir
tədhişə məruz qalmış, bir çox münəvvəran tövqif və həbs edilmişlərdi.
Bu fəci hadisədən sonra Bakı tamamilə Sovet idarəsinə keçmiş, Mavərayi-
Qafqasiyadan ayrılmış, Tiflisə qarşı müxasim bir vəziyyət almışdı. Bakının bu
süqutu üzərinə Mavərayi-Qafqas müsəlmanlarını təmsil edən Mərkəzi Müsəlman
Komitəsi də dağılmışdı.
Bu hadisədən sonra bütün Mavərayi-Qafqas müsəlmanlarının
təvəccöhü
Tiflisdə iniqad edən “Seym” məclisinə tövcih edildi.
“Seym” məclisində bulunan müsəlman əza məxsus bir fraksion təşkil
etmişlərdi. Bu fraksion əvvəlcə sırf məsaili-təşriiyyə ilə müvəzzəf ikən, bə’də
müsəlmanlara aid bilcümlə məsələləri dəröhdə etmək zərurətində qaldı. “Seym”in
müsəlman əzasının
xidmət edəcəyi məhəllərdən uzaqda bulunması mövcud
müşkülata bir qat daha əngəllər əlavə ediyordu. Bu sırada vüquat bir taqım faciələr
ehdasilə vəziyyəti daha ziyadə vəximləşdiriyordu. Mavərayi-Qafqasın Cənubi-
Qərbində vüqu bulan qanlı hadisələr nəzər-diqqəti cəlb ediyordu. Əvvəlcə rus
21
ordusu tərəfindən hərb zamanında işğal olunan türk ərazisi daxilində, sonra da
Qars və İrəvan vilatyətlərindəki müsəlmanların ermənilər tərəfindən qətli-ama
məruz qaldıqlarına aid yekdigərindən daha dəhşətli xəbərlər alınıyordu.
Bir tərəfdən Bakı qətli-amı, digər tərəfdən də İrəvan və Qars hailələrinə
məruz qalan Mavərayi-Qafqas müsəlmanlarının o günlərdə keçirdiyi faciələr
haqqında bir az fikir hasil etdirmək üçün 15 nisan 1918 tarixli salifüzzikr
“Müsəlman fraksionu” məzbətəsindən müstəxrəc sətirləri aşağıda qeyd ediyoruz:
“Tiflisə gələn rum mühacirləri Qars vilayətindəki müsəlmanların halını böylə
təsvir ediyorlar: Türk ordusu qarşısından ricət edən erməni əsgəri qitələri və
müsəlləh erməni qaçqınları rəhgüzarlarındakı müsəlman köylərini yer üzündən
silərək hər bir şeyi atəş və qılıncdan keçiriyor və təsəvvürü naqabil bir dəhşət və
fəlakətə düçar ediyorlar. “Qalib” erməni ordusu hərbi qənimətlər, yəni süngü
ucuna taxılmış südəmər çocuqlarla keçdikləri yollar üzərində müsəlman qadınlarını
çıplaq soyunduruyorlar... rumların rəvayatinə görə bu cəhənnəm əzabını görmüş,
çıldırmış qadın və çocuqların ürək parçalayan iniltilərini, ixtiyarların ümidsiz
nalələrini dinləmək üçün mafövqəlbəşər bir əzaba malik olmalıdır. Səksən iki
köydən fəzlə bir sancaq bu təsviri naqabil fəlakətə dücar olmuşdur”
24
.
Zəngin Qars vilayətinin, kapitan Movsesyan ilə general Areşovun iqa
etdikləri dəhşət və vəhşətlər üzündən vaqe olan xarabisi 1915 sənəsi hərbi-ümumi
zamanında rus kazakları tərəfindən yapılan faciəyi unutdurmuşdu.
İrəvan vilayətindən gələn xəbərlər dəhşət etibarilə bundan əskik deyildir.
“Seym” tərəfindən İrəvan
hadisatını təhqiq və fəlakətzədələrə müavinət məqsədi
ilə göndərilən heyəti-mürəxxəsə rəisi-vəkili İbrahim ağanın raportuna nəzərən
İrəvan
vilayətində 211 müsəlman köyü xak ilə yeksan edilib, qaçqınların
(mühacirlərin) ədədi yüz minə varıyordu.
Bu hadisələrin təsadüfi deyil, müstəqil Ermənistan qitəsindən milli bir
əksəriyyət qazanmaq üçün mürəttəb bir plan üzərinə icra olunduğu təxmin
olunuyordu.
Şu surətlə inkişaf edən vaqayenin önünə keçmək, vəsaili-icradan məhrum və
əsgəri bir qüvvətə istinad etməyən müsəlman “Seym” fraksionunun imkanı
xaricində idi. Yapılan təşəbbüslər, bittəb, hadisatın miqyası ilə qeyri-mütənasib,
müvəqqət çarələrdən ibarət idi.
IV
QARDAŞ TÜRKİYƏNİN İMDADI
Bolşeviklər Azərbaycan türklüyünün Rusiya ixtilali-kəbiri tərəfindən dəxi
elan olunan “təyini-müqəddarat” haqqından istifadəyə qalxdığını, Bakı
sokaklarında axıtdıqları qanlarda boğmaq, “İsmailiyyə” binasında yaxılan
hürriyyət məşəlini o möhtəşəm binanın ənqazi-vərəmadi altında söndürmək
istədilər.
Böylə müdhiş bir cinayəti-tarixiyyə vüqu bulduğu zaman milliyyət fikir və
idealını təmsil edən müsəlman məbuslar Tiflisdə idilər. O zaman Tiflisdə iniqad
22
edən “Seym” məclisi-müştərəki bər vəchi-məzkur, bir tərəfdən çarizmidən təvarüs
edən Qafqasiya cəbhəsinə aid məsailin həlli, digər tərəfdən də Rusiyadan
əbədiyyən ayrılaraq elani-istiqlal etmək məsələsini tədqiq və müzakirə etməklə
məşğul idi.
Seymdəki müsəlman məbusların bütün hümmətləri gərək cəbhə məsailinin
müsəlləhanə bir surətdə təsviyəsi, gərək Qafqasiya istiqlalının bir an əvvəl
qüvvədən felə çıxarılmasına mətuf idi. Çünki Rusiyadan ayrı, müstəqil bir
Qafqasiya təsisi üçün bundan daha iyi bir fürsət gəlməyəcəyinə qane idilər.
Müstəqil bir Qafqasiya, yalnız Qafqasiya müsəlmanlarının deyil, daima rus təhdidi
təhtində bulunan digər İslam məmləkətlərinin dəxi mənafeyi iqtizasından idi. Bakı
faciəsi zatən müsəlmanların bu siyasi “cinayətkar” təmayüllərinə müqabil,
bolşeviklər tərəfindən tərtib edilən bir cəza idi.
Bittəb, Bakı Tiflisin müavinətini bəkliyordu. Yalnız Bakı deyil, bütün
Azərbaycan azərbaycanlılarının iştirakı ilə təşəkkül edən “Seym” məclisi ilə
Mavərayi-Qafqas hökümətinin bu müavinətinə intizar ediyordu. Fəqət, heyhat!
Azərbaycanlı “Seym” əzasının yüksək səda ilə bağırıb-çağırması Tiflis
hökümətinin həqiqi sahibləri olan gürcü menşeviklərinə lüzumunca təsir edəmədi.
Gürcüstan daxilindəki bolşevizmi min şiddət və qəhrlərlə basdıran bu əfəndilər
Bakıya qarşı quru elani-hərb belə etmək istəmədilər. Gəncə milli müsəlman
komitəsinin təşkil etdiyi istixlas ordusuna milyonlarla fişəng, onlarla metralyoz və
bir kaç top vəd edilsə də, bu vədlər haqqı ilə tutulmadı. Tiflis mətbuatı isə Bakının
Azərbaycan “başı-pozuq” qüvvəti ilə istirdadına qarşı “vəqeyi-irticaiyyə” – deyə
protesto etdi. Nəhayət, “türk təhlükəsi varkən bolşeviklərlə müxasim olamayız” –
deyə aldıqları bu qərib vəziyyəti əcib izah etdilər.
Bu sırada “Seym”dəki erməni qisminin xətt-hərəkətini izaha ehtiyac
varmıdır?..
Müsəlmanların intiqamından, Tiflisin müavinətindən qorxan üsyankar Bakı
bolşevikləri əvvəlcə tədaföi bir vəziyyət almışkən bu dəfə cəsarət peyda edərək
təərrüzə keçmişlər idi. Başda Amazasp, Avetisov kimi erməni fədailəri və Petrov
kimi rus topçuları olduğu halda, Gəncəyə doğru yürüyən bu mütəcaviz qüvvətdən
əvvəli-əmrdə Şamaxı mütəzərrər oldu. Əski Şirvanşahların bu qədim paytaxtı bir
həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya qədər yaxıldı. Yalnız erməni
məhəlləsi salamat buraxıldı. Biləxirə, müqabil təcavüz yapan Gəncə qüvayi-
müdafiəsinin şəhərə girib-çıxması üzərinə salamat qalmış olan bu məhəllə də
yandı. Yanmayan yalnız iki kilsə qalıyordu.
Şamaxının düçar olduğu təcavuzə Lənkəran, Salyan, Quba, Nəvahi və
Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında
yaxılan xanimanların, qıyılan irz və namusların, kəsilən qarı-qocaların, yağmaya
gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir.
Təhlükə artıq Gəncəyə gəlmişdi. Bir tərəfdən Gəncə təhti-təhdiddə ikən,
digər tərəfdən də Qarabağ erməniləri Bakı bolşevikləri ilə birləşmək üzrə bir plan
tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıncdan keçirilməsi planı!
Məluma, Şaumyanın qəzetəsi “muxtariyyət deyil, xarabazar alacaqsınız!” –
diyordu.
23
Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə
qalmışdı. Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəməzdi.
Müdafiə günləri uzandıqca rişteyi-ümur əldən çıxıyor, bolşevik əlinə keçməyən
yerlərdə dəxi şiddətli bir itaətsizlik və anarşi zühur ediyordu.
Bu surətlə həyat təhdid edən bir təhlükəyə qarşı hakimiyyətini qəbul eyləmiş
Tiflis hökümətindən laqeydlik görən Azərbaycan əfkari-ümumiyyəsində pək təbii
olarag bir iman doğuyordu. Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir
çarə vardı:
-
Türkiyə!
Ümidlər həp oraya mətuf idi. “O qardaş millət gələcək, bizi düşmən əlindən
qurtaracaq!” Xalqın bundan başqa bir ümidi qalmamışdı.
Halbuki məsələ bu qədər də bəsit deyildi. Kəndisini Rusiyadan ayrı, felən
müstəqil bir halda idarə etməkdə olan Mavərayi-Qafqas Türkiyə ilə sülh əqd etmək
istədiyi halda məqsədinə daha müvəffəq olamıyordu. Türkiyə, Mavərayi-Qafqas
höküməti naminə Trabzona
25
gəlmiş, 1914 sənəsi hərbindən əvvəlki Qafqasiya
hüdudunun ibqasını istəyən heyəti-mürəxxəsəyə “Brest-Litovsk”
müahidənaməsinin
26
tamamilə qəbulunu təklif ediyordu. Bu təklifə görə Mavərayi-
Qafqas höküməti vaxtilə türklərdən təzminati-hərbiyyə müqabil olaraq alınan Qars,
Ərdəhan və Batum əlviyəyi-ülsəsindən sərf-nəzər etməlidir. Bu vilayətləri bolşevik
höküməti Brest-Litovsk müahidəsi ilə tərk eyləmişdir. Vəziyyət bu səfhəyə
dönülüncə Trabzon müzakiratı olduqca ciddiləşiyordu. Ermənilərlə gürcülər “hərb
etmədən Türkiyəyə təslim olmayız” – diyorlardı. Bir tərəfdən bolşevizm, digər
tərəfdən də erməni və gürcü cəngculuğu arasında qalan müsəlmanlar pək müşkül
bir mövqedə bulunuyorlardı. Məmafih əhvalın ciddiyyətini dərk edən Trabzon
heyəti-mürəxxəsəsi erməni, gürcü və türk əzasının ittihadi-arası ilə Türkiyə
ultimatumunu qəbula qərar vermişkən “Seym” məclisi gürcü menşevikləri ilə
erməni daşnaklarının əksəriyyətilə hərbə qərar vermişdi.
Konfrans inqitaə uğramış, hərb başlamış, heyəti-mürəxxəsə Tiflisə övdət
etmişdi. Fəqət heyət Tiflisə gəlincəyə qədər hərb də adəta bitmiş, Batum süqut
eyləmiş, Qars mühasirəyə alınmışdı.
Artıq təhəmmül etmək mümkün deyildi. Hərb durmalı, sülh əqd olunmalı,
Mavərayi-Qafqas istiqlalı rəsmən elan edilməlidir. Yoxsa biz ayrılır, kəndi
başımızın çarəsinə baxarız – deyə “Seym”dəki müsəlman əzası son çarəyə təvəssül
etmişlərdi.
Yanlış macəraya qapıldıqlarını və Mavərayi-Qafqas xalqının böylə bir hərbə
qətiyyən mühəyya olmadığını dərk edən gürcülər dəxi bundan başqa bir çarə
qalmadığına qane oldular. Cəngcu Qekçikori hökümətini
27
iskat edib yerinə sülhcu
Çengeli
28
kabinəsini gətirdilər. Batumda yeni müzakirat başladı. Çengeli
Trabzondakı türk mütalibatının artmayacağına ümidvar ikən, həqiqət təsəvvür
elədiyi kimi çıxmadı. Batum ilə Qarsda tökülən türk qanına İstanbul höküməti
xunbəha olaraq yeni bir taqım ərazi tələb ediyordu. Axısxa, Axalkələk,
Aleksandropol
29
, Sürməli və Naxçıvan qəzaları bu tələbi təşkil ediyordu.
Mavərayi-Qafqas heyəti-mürəxxəsəsi ilə türk heyəti-mürəxxəsəsi Batumda
məşğuli-müzakirə ikən, Nuru paşa
30
ilə bərabər məiyyətində bulunan bir kaç zabit
24
– İran və Qarabağ təriqilə Gəncəyə varid olmuşlardı. O zaman müdhiş bir
anarşiyaya məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə
Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi. Xalqın
kəndisinə yapdığı istiqbal Gəncə tarixində görülməmişdir.
Batum müzakiratı bir çox müşkülata məruz qalıyordu. Müzakirat
uzanıyordu. Gürcülər artıq Mavərayi-Qafqas höküməti cüzində qalmayı kəndi
hesablarına zərərli görüyor, əl altından Almaniya ilə anlaşıyorlardı. Türkiyə ilə
müttəfiqi Almaniya arasındakı ixtilaf gürcülərə böylə bir hərəkatın müfid olacağını
təlqin ediyordu. Nəhayət, əmr vaqe oldu. Mayısın 26-sında Gürcüstan, Mavərayi-
Qafqasiyadan ayrı kəndi başına müstəqil bir cümhuriyyət təşkil etdiyini elan
eylədi.
Gürcülərin Mavərayi-Qafqas federasyonundan çıxmaları üzərinə höküməti-
müttəhidə parçalanmış idi. Bunun üzərinə Seymdəki müsəlman əzası dəxi, gürcülər
kimi kəndilərini Azərbaycan şurayi-millisi elan etdilər. Iki gün sonra, mayısın 28-
də şurayi-milli Azərbaycanın istiqlalını elan və bu keyfiyyəti 30 mayıs tarixli
təmimi ilə bütün dövlətlərə bildirdi
31
. Şurayi-milli elani-istiqlal ilə bərabər
Azərbaycan hökümətini dəxi təşkil eylədi. Ilk hökümət, Tiflisdə Azərbaycan
hərəkati-milliyyəsinin düşmənləri tərəfindən qətl edilən mərhum Fətəli xanın təhti-
rəyasətində təşəkkül etmişdi.
Mavərayi-Qafqasiya hökümətinin inhilalı ilə Batumdakı heyəti-mürəxxəsə
dəxi bittəb inhilal eyləmiş, onun müqabilində Azərbaycan, Gürcüstan və
Ermənistan heyətləri münfəridən sülh müzakirəsini idamə etdirmişlərdir. Batumda
4 haziranda dövləti-əliyyə namına ədliyyə naziri və birinci mürəxxəs Xəlil bəy ilə
Şərq orduları komandanı və ikinci mürəxxəs Vəhib paşa həzrətləri, Azərbaycan
namına Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin və xariciyyə naziri
Məhəmməd Həsən bəylər tərəfindən bir müxadinət əhdnaməsi imza edildi. Bu
müahidənin 4-cü maddəsinə binaən məmləkətin əmniyyət və asayişini iadə etmək
üzrə Azərbaycan Cümhuriyyətinin Türkiyədən müavinəti-əsgəriyyə istəmək haqqı
caiz idi.
Azərbaycanın nə kimi müşkilata məruz qaldığını və bu təhlükəli
müşkülatdan çıxa bilmək üçün Türkiyənin müavinətinə möhtac olduğunu
Azərbaycan müməssilləri Trabzon ilə Batumda türklərlə vaqe olan təmasları
əsnasında gərək şifahən və gərək təhrirən anlatmışlardı. Bu kərə Azərbaycan
Şurayi-Millisi naminə biz və Xariciyyə Nəzarəti naminə də Məhəmməd Həsən
bəy
32
salifüzzikr müahidənin 4-cü maddəsinə istinadən Türkiyə hökümətinə
müraciətlə qüvayi-imdadiyyə istədik.
Bütün Azərbaycan xalqının çarçeşmlə bəklədiyi ümidə tərcüman olan bu
müraciətimizə Türkiyə heyəti-mürəxxəsəsi həmən müvafiqət cavabını verdi. Fəqət
Gürcüstan təriqi ilə gələcək olan qüvayi-imdadiyyə, Almaniya hökümətinin
göstərdiyi müşkülatdan dolayı istənildiyi bir sürətlə yetişəmiyordu. Şərait və
vəqayeyi-fövqəladə içərisində elani-istiqlal edən şurayi-milli Gəncəyə nəql etdi.
Haziran ayının 16-sında əqd eylədiyi tarixi cələsəsində Şurayi-Milli Fətəli
xanın ikinci kabinəsini təşkil və bütün ixtiyaratını məzkur hökümətə həvalə edərək,
əhvali-fövqəladə həsbilə kəndisi tətili-müzakirat eylədi. Məclisin bu xüsusda
25
ittixaz eylədiyi qərar bər vəchi-ati idi: “Azərbaycanın keçirməkdə olduğu
müşkülati-daxiliyyə və xariciyyəyi nəzəri-etibarə alaraq, Azərbaycan Şurayi-
Millisi bütün hüquq və səlahiyyətini Fətəli xan Xoyski təhti-rəyasətində təşəkkül
edən kabinəyə həvalə və məzkur kabinəyi arayi-ümumiyyə üzərinə müstənəd
bilatəxir məclisi-müəssisan dəvət oluncaya qədər Azərbaycan haqqı-hakimiyyətini
kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf edir”.
Azərbaycan Şurayi-Millisinin şu surətlə tətili o zaman Gəncədə hüsula gələn
bir taqım siyasi mübarizələr nəticəsində hasil olmuşdu. Bu mübarizə məmləkət
üsul-idarəsinə aid demokrasi cərəyanlarla aristokrat zehniyyətlər arasında vüquə
gəliyordu. Hər tərəfdən düşmən bir qüvvətlə mühat olan məmləkətdə bu kimi
mübarizələri bir zamani-müvəqqət üçün bərtərəf etmək lüzumu vardı. Bu lüzum
səlahiyyəti-vaseyi haiz bir hökümət təşəkkülü surətilə təmin edilə bilmişdi.
Azərbaycan tarixi-təşəkkülündə vəqaye-mühümmədən olan bu hadisə
əsnasında Şurayi-Millinin nə kimi hissiyyat ilə mütəhəssis olduğunu göstərmək
üçün rəisi olmaq sifətilə söylədiyimiz ixtitam nitqini qismən buraya dərc ediyoruz:
“...Əvət, əfəndilər, Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə naqis də
olsa, hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu sürətlə meydandan
çəkilmək məcburiyyətində qalması heç şübhəsiz, demokrasinin bir ricəti və
qüvayi-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ və pak qüvvətlərə müqabil
qara və napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən görülüncə ilk
baxışda bizim halımız Ukraynanın halına pək bənziyor kimidir. Bu hallar bizdə
Rusiya məqasidi-inqilabiyyəsinin iflasına dair bir əqidə hasil etdiriyor. Fəqət,
əfəndilər! Zəvahirlə qalmıyalım, səthi düşünmiyəlim, pək də məyus olmuyalım.
Rusiya inqilabi-əzimi, hər nə deyirlərsə desinlər, qətiyyən iflas etmədi. Rusiyada
inqilab nə yapacaqdır? Bu suala “Böyük Rusiya” fikri ilə məsmum olan rus
inqilabçıları nöqteyi-nəzərindən deyil, inqilabın kəndi təbiətini təhlil edərək cavab
verməlidir. Böylə baxılırsa, Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum
millətləri azad etməlidir. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini
aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Inqilab dünyanın altıda
birini tutan böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən deyildi. İfrata
varan sinif hürriyyətləri əlbəttə ki, təqyid olunacaq və mötədil bir şəklə girəcəkdir.
Çünki hürriyyətin bu şəkli heç şübhəsiz ki, hüriyyət deyil, bir afətdir. Fəqət, bu
yolda yapılacaq ricət, əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun
ötəsində deyil, bərisində tövqif edəcəkdir. Demək əhval əvvəlkinə nisbətlə hər
halda iyi olacaqdır.
Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə olan bu vəqayeyə
böylə baxıyorum. Buna görə də hələ ümidlərimlə bərabər yaşıyorum. Biliyorum,
əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət
nəzəriyyələrlə elan etdiyi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir.
İştə müstəqil bir Azərbaycan: siyasətən kəsbi-hürriyyət və istiqlal edəcək
Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid düsturlar hər halda
müstəbid Rusiya zamanından daha geniş, daha müsaid olacağına şübhə etməm.
Hətta, əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər
və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim
26
daxili hürriyyətlərimizə icrai-nüfuz edən və edəcəyi mütəsəvvir bulunan qüvvət
yabançı bir qüvvət deyil, öz qüvvətimizdir (Alqışlar). Buradan istiqbal, böyük və
şanlı bir millətin müxtəlif şöbə və budaqlarını tövhidə doğru gedəcəyi eyni
məqsədimizdir (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə bilfərz qeyb etsək belə
siyasətən qazanacaq, təlafiyi-mafat edəcəyiz. Halbuki, Ukrayna və ya Gürcüstan
öylə deyildir.
Əvət, əfəndilər! Pək də naümid olmayalım. Tarixin, amali-milliyyəmiz
nöqteyi-nəzərindən, müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət
ələ keçdiyini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təsbitinə
sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım...”
Yuxarıda müqtəbəs qərarnamə üzərinə Şurayi-Milli tərəfindən məmləkətin
idarəsinə müvəkkil olan hökümət bir an əvvəl Bakını istirdad edəcəkdi.
Nuru paşa məiyyətindəki ordunun müavinəti ilə az bir zaman içərisində Bakı
vilayətindən maəda, bilcümlə Azərbaycanda əmniyyət tamam təmin edildi. Yalnız
Bakı ilə həvalisi bolşeviklərin əlində idi. Bunlar ara-sıra xüruc yaparaq təcavüzdə
belə bulunuyorlardı. 5-6 aylıq bir fürsətdən bilistifadə bolşeviklər olduqca mühüm
bir müdafiə qüvvəti hazırlamışlardı.
Xaricdən, Azərbaycan və Türkiyə qüvayi-milliyyəsi tərəfindən təzyiq olunan
bolşevik-daşnaksutyun qüvvəti daxilən sarsılıyor, aralarına nifaq giriyordu.
Biləxirə məhsur bulunan Bakıda bolşevik diktaturasına qarşı bir ixtilal zühur və
mövqei-iqtidar erməni alayları ilə Bakı limanındakı bəhriyyələrə istinad edən
ermənilərlə ruslardan mütəşəkkil bir “Direktuara” intigal ediyor. Bu “Direktuar”
ingilisləri Bakıya dəvət ediyor. O zaman İranda bulunan ingilis komandanlığı vaqe
olan bu dəvət üzərinə Bakıya əsgər çıxarıyor. Vəziyyət bu şəklə girincə
Türkiyədən yeni qüvvətlər cəlbinə lüzum görülüyor. Almanlar isə - yuxarıda zikr
edildiyi vəchlə - Gürcüstan təriqi ilə Bakıya gedən Türkiyə qüvayi-imdadiyyəsini
təvəqqüfə uğratıyorlar. Bunun üzərinə Bakının istardadı da eylulun 15-nə qədər
gecikiyor.
Nəhayət, qanlı bir müqatilə və ünud
Dostları ilə paylaş: |