Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix31.01.2017
ölçüsü0,83 Mb.
#7136
1   2   3   4   5   6   7   8   9

 

bir müqabilədən sonra qardaş xilasına 

can atan qəhrəman Məhmədcikin türk vəhdəti-tarixində altun hərflərlə qazılacaq 

bir fədakarlığı ilə Azərbaycan qüvayi-milliyyəsi kəndi paytaxtına giriyor. Alti ay 

tamam xuni-cigər yeyən əhaliyi-islamiyyəsinin üzü gülüyor. Qurban bayramı kimi 

məsud bir gündə Bakı təkrar kəndi sahiblərinin əlinə keçiyor. 

O zaman biz İstanbulda idik. Vəsəti Avropa dövlətlərinin iştirakı ilə 

toplanacaq konfransa iştirak üçün digər Qafqasiya Cümhuriyyətləri ilə  bərabər 

Azərbaycan Cümhuriyyətini təmsil edən heyəti-müəxəssə  rəyasətində 

bulunuyorduq. O dövrün hərbiyyə naziri və baş komandan vəkili bulunan Ənvər 

paşa həzrətləri telefon ediyorlardı: 

- Əmin bəy, Bakı alındı! 

Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil təsvir edəm. O təsiri 

hala unutamıyorum. 

Bundan bir kaç gün əvvəl Almaniya hökümətinin bir qərarını protesto 

etmişdik. Almaniya dövləti bolşevik höküməti ilə Brest-Litovsk müahidəsinə zeyl 

olaraq

33

 yapdığı bir müahidə mucibincə Bakı vilayətinin ta Kür nəhrinə  qədər 



 

27


ruslara tərkinə riza göstərmiş, müqabilində  kəndisinə petrol imtiyazını  təmin 

eyləmişdi. Ustadımız Əhməd bəyin təbiri vəchilə, bizi bir təngə qaza satmışdı. Bu 

münasibətlə bizə müraciət edən qəzetəçilərə: “Bakısız Azərbaycan – başsız 

bədəndir!” – demişdik. Qafası məşhur



 

gilyotin məngənəsində bulunan bir adamın 

xilası nasıl bir həyati-novin isə, Bakının istirdadı dəxi o nisbətdə ecazkar bir vaqiə 

idi. Həm həqiqətən də öylə idi. Sonra mənhus bir ixtilal nəticəsində  məzarları 

münsi qalan Anadolu Məhmədcikləri Bakıdakı  şəhadətləri ilə türklüyə yeni bir 

siyasi vücud əta ediyorlardı. Maddətən münsi, fəqət, mənən bütün qəlblərdə 

mədfun bulunan bu qəhrəman  şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, 

Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə 

bir fədakar yatmasın?!... 

Əvət, Azərbaycanın hər cəhətində şairin təsvir etdiyi “sarmaşıqlı bir məzar” 

bulursunuz ki, “qızlar, gəlinlər” tərəfindən ziyarətgah halına qonulan bu məzar, 

qardaş imdadına qoşan TÜRK məzarıdır. 

 



MONDRUS MÜTARİKƏSİNİN QAFQASİYADAKI NƏTAYİCİ 



 

Tarixin daha başqa cilvələri varmış. 

Türkiyə, Mondrus mütarikəsini  əqd etmək məcburiyyətində qaldı. Biz də 

bəklədiyimiz konfransın iniqadını görmədən geri dönüyorduq. “Yürük vaporu” 

şimaldan  şiddətlə  əsən müxalif bir ruzgara qarşı boğazdan çıxıyor, bizi Batuma 

doğru götürüyordu. Təşrini-əvvəl sonlarına doğru Bakıda idik. Hənuz sevinən 

simalarda dərin bir əndişə görünüyordu. Türk ordusunun gedəcəyi, ingilis 

ordusunun gələcəyi xəbəri hər kəsi müztərib ediyordu. 

Əcəba nə olacaq? İngilislərlə  bərabər rus ordusu, erməni məfrəzələri dəxi 

bərabər dönəcəklər, kim bilir əhalidən nə kimi intiqam alacaqlar? 

Nuru paşadan  Ənzəlidə bulunan müttəfiqin qüvayi-əsgəriyyə komandanı 

general Tomson Mondrus mütarikənaməsi mucibincə bir həftəyə  qədər Bakının, 

bir aya qədər bütün Qafqasiyanın təxliyəsini tələb ediyordu. Nuru paşa, kəndisinin 

Azərbaycan xidməti-əsgəriyyəsinə keçdiyini irəli sürərək, Bakıda qalmaq 

təşəbbüsündə bulundusa da, faidə vermədi. Tomsonun ultimatumu qəti idi. Başqa 

heç bir təvil və təsvirə imkan buraxmıyordu. O zaman məqami-sədarətdə bulunan 

Tofiq paşanın bir teleqrafı gəlmişdi. Bu teleqrafda mütarikənin maddeyi-məxsusəsi 

ehkamınca Osmanlı  əsgərlərinin Azərbaycanı  təxliyə etmələri zərurəti xəbər 

veriliyordu. Ana vətəni müşkülata soxmaq istəməyən zabitan İstanbuldan gələn 

əmrə təbəiyyət etmək qərarını tərcih ediyorlardı. 

Bakının istirdadından sonra Şurayi-Milli təkrar toplanmışdı. 16 təşrini-sani 

məmləkətin bəzi  əqsamı ilə  Şürayi-Millidə bulunmayan milli əqəliyyətlərə



 

dəxi 


müməssillərini göndərmək üçün Şurayi-Milli yeni bir qanun vəz ediyordu. Bu 

qanuna görə 120 məbusdan mütəşəkkil bir məclis toplanacaq, yeni təhəddüs edən 

əhvala müvafiq müştərək bir hökümət təşkil edəcəkdi. 

Unudulmayacaq ağır bir gün, təşrini-saninin 17-si. İngilis bandirəsi



 

ilə çar 


Rusiyasının bayrağını hamil olan filo Bakı limanına yanaşıyordu. Bir az əvvəl 

 

28



Bakıdan ricət edərək Ənzəlidə təhəşşüd edən bu qüvvətin Bakıda oturmaqda olan 

Azərbaycan hökümətinə qarşı alacağı vəziyyət nə olacaqdı? – bəlli deyil. 

Türk ordusu çəkilmiş, Azərbaycan qitəatı  dəxi yox. Çünki gələn 

komandanlıq Azərbaycan qitəatı deyə əsgər tanımıyor. Azərbaycan əsgəri naminə 

müntəzəm bir qüvvət zatən yox kimi idi. Komandan Nuru paşanın o zaman Şurayi-

Milli rəisi sifətilə  mənə yazdığı bir məktubdan anlaşıldığı  vəchlə yekunu ancaq 

1500 kişidən ibarət olan Azərbaycan əsgərinin toplu olaraq bir yerdə bulunmayıb 

məmləkətin müxtəlif nöqtələrində durduğu anlaşılıyordu. Azərbaycan hökümətini 

bu gün Bakıda təqviyə edən qüvvət yalnız 500 kişilik bir milis (polis) nəfərlərindən 

ibarət idi. Fərzən, qüvvət olsa belə, Almaniyanın, Türkiyənin təslim olunduğu bir 

qüvvətə qarşı Azərbaycanın hərb açması bittəb  əqlə belə  gəlməzdi. Binaənəleyh 

məsələ yalnız diplomatik vəsilələrlə həll ediləcəkdi. 

Üç gün əvvəl surəti-məxsusədə göndərilən heyətə

34

 ingilis komandanının 



son sözü bu olmuşdu ki: “Bizim bildiyimiz, Azərbaycan xalqının arayi-

ümumiyyəsindən doğma bir cümhuriyyət yoxdur. Yalnız türk komandanlığının 

intriqası ilə  təşəkkül etmiş bir hökümət var. Madam ki, siz bunun əksini iddia 

ediyorsunuz, o halda gəlin, məhəllində tədqiq, ona görə də qərar veririz”. 

Bu “qərara” mütəvəkkilanə intizar edən Azərbaycan höküməti ingilis 

komandanlığına verdiyi notada müttəfiqlərin  şu surətlə Azərbaycan torpağına 

vürudunun Azərbaycan istiqlal və  təmamiyyəti-mülkiyyəsini müxəll olmayacağı 

ümidini dərmiyan ediyordu. 

17 təşrini-sanidə iki Bakı vardı. Məhzun müsəlman Bakısı ilə  məmnun 

xristian Bakısı.  Şəhər üzərində rus Biçeraxov qitəatına mənsub aeroplanlardan 

bəyannamələr saçılıyor, bu bəyannamələrdə rus vətəndaşları Bakının təkrar ana 

Vətənə iadəsi ilə təbrik olunuyorlardı. 

“İxrac” bilahadisə icra edildi. Azərbaycan bayrağı ilə müzəyyən köprüyə 

çıxan Tomsonu Xariçiyyə Naziri müavini salamladı. Müqabilində Tomson 

kəndisini hərbi-ümuminin xitamı  və sülhü iadə etmək üzrə bulunduğu ilə  təbrik 

etdi.  


Iki gün sonra komandanlığın  əhaliyi-islamiyyəni məyus edəcək bir 

bəyannaməsi nəşr olunuyordu. Bu bəyannamədə Biçeraxov bəyannaməsində 

olduğu kimi “qalib etilaf ordusunun məmləkətə dönmədən əvvəl zəfəri-müştərəkə 

bunca xidmətləri dəyən fədakar rus xalqına  ədai-dinşükran etmək vəzifələrindən 

olduğu və bu vəzifənin iflası üçün Rusiyadan qoparılmış Qafqasiyanın düşməndən 

təxliyyəsi üçün Ufada təşəkkül edən rus höküməti ilə biletilaf buraya gəlindiyi” 

anladılıyordu. 

Böylə bir bəyannamənin təsirinə, bir də ingilis ordusu ilə  bərabər gəlmiş 

Biçeraxov qitəatı erməni məfrəzələrinin şəhərdə ehdas etməkdə olduqları hadısələr 

və  əhaliyi-islamiyyəyə qarşı taqındıqları  təhqiramiz hərəkətlər dəxi təsəvvür 

ediliyorsa, o zaman nə kibi saatlar yaşanmaqda olduğu kəndi-kəndinə anlaşılır. 

Türkcə yazılı lövhələrin qırıldığına, Azərbaycan bandirəsinin təhqirata məruz 

qaldığına, boşuna tüfəng atılaraq müsəlmanların hər vasitə ilə  təhqir və  təcavüzə 

məruz qaldıqlarına aid vaqeələr həmən önünə keçilməz bir fəsad törətmək üzrə idi. 

 

29


Bakı böylə  əndişnak günlər keçirməkdə ikən daha bir kaç gün kəndisi ilə 

bərabər bulunan türk komandanlığını, Gəncə həzin bir təəssürlə təşyi ediyordu. 

 

 

 



VI 

MƏCLİSİ-MƏBUSAN VƏ İCRAATI 

 

Böylə bir müşkül vəziyyət içərisində Azərbaycan Şurayi-Millisi hökümətin 



əsaslarını təqviyə etməklə məşğul idi.  

Kanuni-əvvəlin 17-sində Azərbaycan məclisi-məbusanı açılıyordu. Böyük 

bir cəmiyyətin hüzuru ilə açılan məclisdə söylənən nitq xitamında Azərbaycan 

bayrağına xitabən söylənən “Bir kərə yüksələn bayraq bir daha enməz”  şüarı 

həyəcanlı və sürəkli alqışlarla qarşılanaraq yeni bir həyata giriliyordu. 

Fəqət, nə vəxim və nə müzləm bir vəziyyət içərisində?!  

Bir tərəfdən müttəfiq komandanlığın nüfuzilə qaim müsəlləh bir qüvvət ki, 

Azərbaycan deyə bir mövcudiyyət tanımıyor. Dıgər tərəfdən də xalqın arzu və 

iradəsindən qüvvət alan bir hökümət ki, müntəzəm bir əsgəri qüvvətə istinad 

etmiyor. Müttəfiq komandanlıqla həmahəng bulunan rus təşkilatı ilə firəqi-

siyasiyyəsi olmaz dərəcədə  şımarmış, son dərəcədə  cəsarət almışlardı. 

Azərbaycanlılara “Elan etdiyiniz istiqlaldan istinkaf ediniz də, sizin üçün şəfaət 

edəlim!” – diyorlar və müvəqqətən təşkil edəcəkləri höküməti-məhəlliyədə 

azərbaycanlılara binnisbə daha mühüm bir mövqe təmin edəcəkləri lütfünü də 

ayrıca əlavə ediyorlardı. Erməni təşkilatının xüsumət və inadı isə daha bariz idi. Bu 

qədər müşkülati-siyasiyyə müvacihəsində Azərbaycan ricali üçün müvazinəyi-qaib 

etməyib də istiqlal əsası üzərində sabit qalmaq və bu babda mətanət göstərmək 

həqiqətən də müşkül idi. Bu müşkülat müvacihəsində istiqamətlərini 360 dərəcədə 

dəyişənlər vardı. Milliyyətpərvərliklərinə  şübhə edilməyən bəzi zəvati-möhtərəm 

belə hasil olan vəxaməti anlamaq üçün “istiqlaldan istinkaf” təklifini tədqiq etmək 

zəfinə düşdülər. Bərəkət versin ki, hökümət başında duran Fətəli xan ilə  Şurayi-

Milli əksəriyyətini təşkil edən Müsavat firqəsi rüəsası ilə sol cinah qrupları böylə 

bir panikdən məhfuz qaldılar. “Ruslar, ermənilər məclisi-milli nizamnameyi-

əsasiyyəsinə görə hökümətdə  iştirak edə biliyorlar. Bundan fəzlə  şəraiti qətiyyən 

qəbul edəməyiz” – dedilər, müvəffəq də oldular. 

Məclisi-məbusan təşəkkülünü mütəaqib hökümət təşkili təkrar Fətəli xana 

tövcih edildi. Fətəli xan kabinəsi təşəkkül edərək bəyannaməsini oxudu və 

məcliscə etimad qazandı. Bunu mütəaqib düvəli-müttəfiqə komandanlığı namına 

general Tomson 18 kanuni-əvvəl 1918 tarixilə  nəşr eylədiyi bəyyannaməsində 

“Fətəli xanın təhti-sədarətində koalision Azərbaycan höküməti təşəkkül etdiyindən 

müttəfiqlər komandanlığının Azərbaycan daxilində yeganə  məşru bir hökümət 

olmaq üzrə bu höküməti tanıyacağını  və ona məzahirəti-tammədə bulunacağını” 

ümumə elan ediyordu. Komandanlığın ilk bəyyannaməsini müxəll olan bu ikinci 

bəyyannaməsi Bakı mühitində böyük bir inqilabi-əfkara mucib oldu. O vəqtə qədər 

komandanlığın mədihəxanı bulunan rus və erməni mətbuatı  şimdi, bir gün əvvəl 

 

30



təbcil etdikləri məqama  şətm və küfrlər yağdırmağa başladılar. Azərbaycan 

məqasidini müdafiə edən müsəlman mətbuatı isə bittəb, komandanlığın bu 

hərəkətini təqdir və sitayişlərlə qeyd ediyordu. 

Rus təşkilatları bu vəziyyətə yalnız qəzetə  nəşriyyatı ilə müqabilə etməklə 

iktifa etmədilər. Müttəfiq komandanlığı  əleyhinə bir taqım tərtibati-inqilabiyyəyə 

dəxi təvəssül etdilər. Bunun üzərinə ön ayaq olanlardan bir kaç adam tövqif edildi 

və Ənzəliyə sürüldü. Bu vəqə üzərinə Bakıda bulunan rus və erməni əmələsi tətili-

işğal etdi. Elektrik mərkəzinin başlıca əmələsi xristian olduğundan bunların tətili-

işğalı ilə bütün həyat durmuş oluyordu. Bu hadisə müəssir oldu. Məhbuslar iadə 

edildi.  Əlavə olaraq mətbuatın kontrolu dəxi rus təşkilatının tələbi üzərinə 

Azərbaycan hökümətinin səlahiyyəti xaricində tutuldu. 

Digər bir vəqə üzərinə  təkrar eyni təşkilat tərəfindən ikinci bir tətili-işğal 

təşəbbüsü vaqe oldu. Bu təşəbbüs qismən də Azərbaycan höküməti əleyhinə tövcih 

edilmişdi. Məqsəd, hökümətin zəfini isbatla müşkülat tövlid etməkdən ibarət idi. 

Fəqət, bu dəfə müsəlman  əmələsi “Müsavat” firqəsi tərəfindən lüzumi dərəcədə 

təşkil edilmişdi. Müsəlman  əmələ bu dəfə xristian əmələ ilə  təşriki-məsaidə 

bulunmadı. Vaqe olan tətili-işğal təklifini protesto etdi. Digər tərəfdən də hökümət 

tədabiri-qətiyyə ilə elektrik mərkəzini işlədə bildi. Düşünülən zərbə boşa getmişdi. 

Bu vəqədən sonra höküməti-milliyyənin siyasi vəziyyəti rəsanət peyda ediyordu. 

Bu hadisənin nətayici-feliyyəsindən birisi polis müdiriyyətindəki  əcnəbi 

komissarlığının ilğası, digəri də  mətbuat kontroluna aid haqqın təkrar hökümətə 

iadəsi idi. 

Hökümət bununla iktifa etmiyordu. Komandanlığa verdiyi notada 

“səlahiyyəti-hüquqiyyəsi komandanlıqca tanınmış bir Azərbaycan Biçeraxov 

ordusu ilə asayişi-ümumiyyəyi müxəll olmaqdan başqa bir faidəsi mütəsəvvir 

bulunmayan erməni məfrəzəsinin Bakıda bulunmalarına bir səbəb olmadığını 

bəyanla məzkur qitəati-əsgəriyyənin bir an əvvəl Azərbaycandan uzaqlaşmasını” 

tələb eylədi. Bu nota üzərinə Biçeraxov alayı aldığı 48 saatlıq bir möhlət zərfində 

Bakını tərkə məcbur olduğu kimi, erməni məfrəzələrinin inhilalı dəxi təqərrür etdi.  

Ingilis komandanlığının ilk vürudunda gördüyü tədbirlərdən birisi də liman 

idarəsi ilə müəssisati-maliyyə kontrolunu kəndi  əlində bulundurması idi. 

Azərbaycan hökümətinin təşəbbüsü ilə bu iki qeyd dəxi rəf edildi. Hökümətin 

təşəkkülünü mütəaqib o zaman Versalda toplanacaq sülh konfransına

35

 iştirak üçün 



bir heyəti-mürəxxəsə təşkil edildi. O zaman müxtəlif qrupların təlifi-beyn və hətta 

nazlanmalarına belə cümhuriyyətin yeganə qüvvətini təşkil edən cəbhəyi-milliyyə 

vəhdəti naminə fövqəladə əhəmiyyət veriliyordu, bunun üçün də heyəti-mürəxxəsə 

əzası hökümət tərəfindən deyil, bütün cərəyanları təmsil etmək üzrə felən məclisi-

məbusan tərəfindən intixab və  rəsmən hökümət tərəfindən ezam edilmişdi

36

. Bu 



heyət Azərbaycan mövcudiyyətini məmaliki-əcnəbiyyədə tanıtmaq, hüquqi-

milliyyə  və istiqlalını müdafiə etmək və sülh konfransında kəndisini təmsil 

eyləmək vəzifələri ilə səlahiyyətdar edilmiş idi. 

Heyət, komandanlıq tərəfindən göstərilən təshilat üzərinə Azərbaycan 

istiqlalını beynəlmiləl bir sahədə müdafiə etmək məqsədilə Bakıdan yola çıxdı. 

 

31



Möhtərəm qare görüyor ki, ordusuz bir hökümət qurulmuşdur. Həm 

həqiqətən də öylə idi. Vəqayeni nəql etdiyimiz bu dəmlərdə Bakıda Azərbaycan 

ordusu bulunmuyordu. Çünki komandanlıq Mondrus mütarikənaməsini yalnız 

Türkiyə ordusuna deyil, Azərbaycan qitəatına da təşmil ediyordu. Bunun üçün də 

hərbiyyə naziri Səməd bəy

37

 Bakıda deyil, əksəriyyən Gəncədə bulunuyor, ilk 



Azərbaycan alayını  təşkil etməklə  məşğul bulunuyordu. Nəhayət, Gəncədə 

təşəkkül edən bu alayın Bakıya vüruduna dəxi müvəffəqiyyət hasil oldu. 

Höküməti-milliyyə zamanında Bakının yaşadığı  ən səmimi sevinc günlərindən 

birisi də bu idi. 

İngilislərin Bakıya vürud etdikləri gün, nəşr etdikləri bəyannaməyə rus və 

erməni təşkilatının cəsarət və füzulluqları zəmimə olduğunu görüncə ilk həmlədə 

bütün tuzları təslim etmək istəyənlərin on gün sonra nə bihudə qorxuya düşdükləri 

1919 sənəsi 5 nisanda (Azərbaycan ordusunun Bakıya vürud etdiyi gün) kəşf 

edildi. Fərzən bütün Şurayi-Milli o qorxu ilə mütəhəssis oldu, ehtimal ki, 

Azərbaycan Cümhuriyyəti heç təsis edilmədən məhv olub gedəcəkdi. Bittəb 

ingilislərin bu hərəkəti azərbaycanlıların qara gözlərinə  aşiq olduqlarından irəli 

gəlmiyordu. Zatən eşqin bir siyasət amili olduğu dastani-zamanların ibtidailiyi ilə 

bərabər, çoxdan əfsanəyə qarışıb getmişdir. Burada eşq deyil, siyasi və iqtisadi 

mənfəətlər vardır. Bakı petrolunun müstəqil Qafqasiyalı bir hökümət  əlində 

bulunması  və  ələlümum Qafqasiyanın Rusiyadan ayrılması ingilislərin işinə 

gəliyordu. Azərbaycan da bu keyfiyyətdən istifadə etməliydi. Höküməti-

milliyyənin diplomasi müvəffəqiyyətləri bununla izah olunuyordu. 

 

Yenidən bir hökümət quracaq qədər  əzim və  məsuliyyətli bir iş qarşısında 



qalan Azərbaycan münəvvəranının iqtiham eylədiyi müşkülatı tamamilə təqdir edə 

bilmək üçün Azərbaycan qitəsinin digər Rusiyadan ayrılan qitələrə nisbətlə çarizm 

tərəfindən nə kimi məhrumiyyətlərə  məruz qaldığı zikr edilməzsə, qarelər  əhvalı 

kəmalilə təqdir edəməzlər. 

Azərbaycan, məmaliki-islamiyyə ilə  həmhüdud bir türk və müsəlman 

vilayəti idi. Çarizm bu kibi vilayətlərini daima şübhə altında bulunduruyordu. 

Hərbi-ümumidən  əvvəl Qafqasiya valiyi-ümumisi vilayətin xristian əhalisindən 

əmin ikən, müsəlmanlar arasında hərəkati-iftiraqcuyananın zəmin bulacağını 

təxmin ediyordu. Çar höküməti hüdudda bulunan müsəlman vilayətlərini rüşdü 

kəmalə erdirəcək təşəbbüsatdan bilxassə  məhrum bulunduruyordu. Xidməti-

əsgəriyyə alınmamaqla zahirdə kəndisinə bir sühulət göstəriliyordu. Fəqət, batində 

sədaqəti daima şübhə altında olan bu xalqa silah verilmək istənilmiyordu. Bu 

vasitə ilə əsgərlik xassəsini unudacaq millət, hər bir ehtimala qarşı qeyri-müntəzəm 

bir qüvvə təşkil etməklə, mütəsəvvir bulunan xətərin ehtimalı azalıyordu. 

Qonşuları ermənilərlə gürcülər mükəlləfiyyəti-əsgəriyyədə bulunduqlarından 

müdafiəyi-nəfs üçün əsgərliyin  əsri üsulları ilə  aşina bulunuyorlardı. Halbuki 

müsəlmanlar təşkilati-əsgəriyyəcə xanlıqlar dövründəki üsuli-müdafiələrini belə 

unutmuşlardı. Xristian generallar, miralaylar məbzul ikən, azərbaycanlı bulunan 

zabitləri barmaqla saymaq qabildir. Zabitə məmuriyyətində bir qəza qaimməqamı 

rütbəsini bulmaq azərbaycanlı bir müsəlman üçün nəvadirdən  ədd olunuyordu. 

 

32


Məhakimi-əde məmurlarına gəlincə, mütərcimlikdən yuxarı bir müsəlman məmura 

təsadüf olunmazdı. Ordu təşkili xüsusunda Azərbaycan Rusiya ənqazı üzərində 

təşəkkül edən cümhuriyyətlərin həpsindən qeyri-müsaid bir vəziyyətdə idi. Rusiya 

türklərindən xidməti-əsgəriyyəyə alınanları yalnız Volqaboyundakı türklər idi. 

Vəziyyəti-coğrafiyyələri etibarilə Rusiyadan ayrılmalarına ehtimal olunmadığından 

bu vəzifəyə alınmışlardır. Türküstan ilə Qafqasiya müsəlmanlarından isə  əsgər 

alınmıyordu. Bu üzdən ordu təşkili azərbaycanlılar üçün pək müşkül bir iş 

oluyordu. Fərzən, Rusiyadan ayrılmış Ermənistan və yaxud Gürcustan hökümətləri 

nəşr eylədikləri bir əmrnamə ilə filan sənəsində rus ordusunda xidmət eyləmiş 

nəfər və zabitanı silah altına dəvət edincə, on gün sonra yeni hökümətin ilk əsgəri 

kadrosunu təşkil edən, hərbüzərb görmüş, barıt qoxumuş bir qüvvət vücuda 

gəliyordu. Azərbaycan isə bundan məhrum idi. Məluma, ordunu ordu edən 

zabitandır. Bu xüsusda dəxi Azərbaycan məhrumiyyəti-tammə içində idi. Rusiya 

ordusunda xidmət eyləmiş zabitan pək məhdud idi. Təşkil olunan qitaət 

azərbaycanlı deyil, sadə müsəlman alay komandanı bulmaqda sıxı müşkülat 

çəkiliyordu. Baltik sahili hökümətlərindən-yanılmıyoramsa, Estoniya 

Cümhuriyyəti bolşeviklərə qarşı yapdığı istiqlal müharibələrindən birində verdiyi 

minə qədər tələfatdan yarısı zabitan idi. Bu zabitanın həpsi əskidən rus xidmətində 

bulunub,  əksəri  ərkani-hərbdən nəşət etmiş estoniyalı zabitlər idi. Azərbaycan 

Cümhuriyyəti isə 500 deyil, kəndi cinsindən 50 zabit belə bulmuyordu. Bunun 

üçün də Azərbaycan ordusunda beynəlmiləl bir zabitan heyəti vardı. Ordunun 

bütün siqləti kiçik zabitan öhdəsində idi ki, bunlar da ələləcələ, daha Nuru paşa 

zamanında təsis olunan Gəncə  məktəbi-hərbiyyəsindən yetişmə  fədakar 

Azərbaycan gəncləri idi. Bunlar, şübhəsiz, Vətən və millətpərvər idilər.  

Müşkülat yalnız ordu təşkilatı ilə qalmıyordu. Hökümətin digər xüsusatını 

idarə etmək üçün dəxi azərbaycanlılar kafi miqdarda mütəxəssis məmurlar 

bulamıyorlardı. Çarizm kəndi hökümət makinasına müsəlman məmur almazdı. Bu 

xüsusda qonşularımız gürcülərin mövqeyi daha müsaid idi. Vaxtilə Qafqasiyanın 

əksər teleqraf, şemindofer və poçta kimi məmüriyyətlərində gürcülər çox istixdam 

olunuyordu. Zabitə, ümuri-mülkiyyə, maliyyə  və  ədliyyə kimi xüsusatda 

müsəlmanlar heç dərəcəsində idilər.  

Ermənilərin kilsə  məktəbləri, gürcülərin  əsil zadəgan təşkilatına məxsus 

məkatibi-milliyyələri sənələrdən bəri erməni və gürcü maarifini təmin etməkdə 

ikən müsəlmanlara böylə bir imtiyaz verilmiyordu. Milli maarif yalnız xüsusi 

məktəblərdə oxunan əski üsul, məscid “məktəbxana”larına münhəsir idi. 

Bələdiyyələrdə  dəxi müsəlman  əhalisinin hüququ məhdud idi. Əksəriyyəti 

müsəlmanlardan olan Bakı  və  Gəncə kimi şəhərlərdə  bərmucibi-qanun bələdiyyə 

əzasının nisfi



 

xristian olmaq zəruri idi. 

Bütün bunlar yeni hükümət qurulduğu zaman, bittəb, mənfi təsirlərlə hiss 

olunuyordu. Buna 1918 sənəsindəki kommunizm təcrübəsilə  bərbad bir hala 

gəlmiş qocaman Bakı petrol ocaqlarının təkrar hali-təbi`isinə  gətirilməsi kimi 

müşkülatı əlavə ediniz. 

Çarizm zamanında vilayət mərkəzi-ümumiyyəsi Tiflis idi, Mavərayi-

Qafqasa aid bütün müəssisati-mərkəziyyə,  əsgəri depo və çehavuzlar həp burada 

 

33


idi. Mərkəzini Bakıda quran Azərbaycan höküməti bu müəssisatı yenidən yapmaq 

məcburiyyətində idi. Bakı yalnız dünyanın  ənzarını  cəlb edən petrol mənbələrinə 

malik deyildir, Kaspi dənizinin  ən mühüm bir limanına da malikdir. Burası  İran, 

Türküstan və Rusiya ilə Avropanı rəbt edən mühüm bir ticarət mərkəzidir. İkinci 

bir İstanbuldur. Bakı limanında vəqayei-ixtilaliyyədən dolayı, atili-dövran mühüm 

bir ticarət filosu var idi. Bu filonu yarın üçün mühafizə etmək və onun üçün də 

taifəsini barındırmaq, idarə etmək lazım idi. 

Ortada bu qədər təşkilati-idari müşkülatı varkən Rusiya ictimai şüarları ilə 

qızğın və hadd bir radəyə  gəlmiş  ərazi məsələsi,  əmələ  məsələsi kimi hər zaman 

iştial edə biləcək və bir an əvvəl həllini istəyən  əsaslı islahat məsələləri dəxi 

mövcud idi. Bu qədər idari, ictimai, siyasi, əsgəri və iqtisadi məsaili-daxiliyyə ilə 

bərabər, bir tərəfdən ermənilərlə münazifih olan hüdud məsələsi, digər tərəfdən də 

Denikin ordusu kibi bir rus təhlükəsinin təhdidi altında bulunan Azərbaycan, 

hökümət təşkilatına başlıyordu. Bu halda, Azərbaycan hökümətinin xalqın etimadı 

və firqələrin ittihadından başqa bir zəhir və müavini yox idi. 

 

*  *  * 



Bundan sonra cərəyan edən vəqayenin  əsbabını  sərahətən anlaya bilmək 

üçün məclisi-milliyyənin nə kimi firqələrdən təşəkkül edib də müxtəlif vəqayeə 

qarşı  nə kimi bir vəziyyət aldığını  bər vəchi-ixtisar  ərz etmək zərurətini hiss 

ediyoruz. 

Məclisi məbusan 85 məbusandan ibarət idi

38

. Bundan 10 erməni, 5 rus, 5-i 



də müxtəlif millətlərdən olmaq üzrə 20-si qeyri-müslim olub, mütəbaqi 65 əza 

kamilən islam və bir kaç zatdan maəda, təmamilə türk idi. Firqə etibarilə, məclis şu 

surətlə inşiab ediyordu: “Müsavat” firqəsi – 27, Müsavata iltihaq edən bitərəf qrup 

– 6, “İttihad” firqəsi – 11, Sosialist bloku – 10, Əhrar firqəsi – 7, Müstəqiləl-əfkar 

– 3. 

“Müsavat” firqəsi məfkurə etibarilə milliyyətpərvərlikdən doğma, türkçülük 



məsləkinə qail bir firqədir. Daha müfəssəl ismi: Türk Ədəmi-Mərkəziyyət Müsavat 

firqəsidir. Azərbaycan Çümhurriyyətinin  ələmdarıdır. Bu şüarı ilk dəfə ortaya 

atmaq və onu yalnız əcnəbilərə deyil, bir qism azərbaycanlılara qarşı dəxi müdafiə 

etmək etibarilə Müsavat birinci Azərbaycan istiqlal firqəsidir.  İctimai 

nəzəriyyəsinə görə xalqçılıq məsləkinə sadiq, radikal – demokrat bir proqrama 

malikdir. Heyəti-vükəla rəisi Nəsib bəy

39

  bu firqənin müəssislərindən idi. 



Bitərəf qrup – ali təhsil görmüş bir kaç münəvvəran ilə burjua sinfinə 

mənsub zəvatdan ibarət olub, firqəyə girmədən qrup halında “Müsavat” firqəsi ilə 

siyasəti-ümumiyyə üzərinə müttəhid bulunuyorlardı. Heyəti-vükəla rəisi mərhum 

Fətəli xan bu qrupa mənsub idi. 

“İttihad” firqəsi  əvvəlcə “Rusiyada müsəlmanlıq” namilə  təsis etmişdi. 

Rəsmi məfkurəsi  İttihadi-İslam idi. Firqənin rəyasətində Türkiyəcə  məruf 

Qarabəyov Qara bəy bulunuyordu.  

Sosisalist bloku qismən sosial-demokrat (menşevik), qismən də xalqçı 

sosialist məbuslarından təşəkkül ediyordu. Birincilərin rəisi Ağaməli oğlu 

Səmədağa, liderləri  Əbilov  İbrahim bəy

40

,

 



ikincilərinki – Arslan bəy Səfikürdski 

 

34



idi.  Əhrar firqəsinin məfkurəsi dəxi türk xalqçılığı olub, proqram etibarilə 

Müsavata yaxın idi. Rəisləri Arslan bəy Qardaşov idi. 

Şu sətirlər və burada göstərilən parlaman ərqamı üzərinə bir az düşünülürsə, 

əfkari-ümumiyyənin tövhidindən başqa bir qüvvətə istinad edəməyən Azərbaycan 

hökümətinin istər-istəməz mütəmərkəz bir şəkildə təşəkkül edə biləcəyi aşkar olur. 

Ilk təmərküz bir çox müşkilatdan sonra “İttihad” xaricdə qalmaq surətilə 

bütün qrupların iştirakı ilə hasil olundu. “İttihad”ın ilk təmərküz xaricində qalması 

bütün firqələrcə şayistə görülən Fətəli xana müariz bulunmasından irəli gəliyordu. 

Ilk kabinə, firqələrin hökümət rəisinin şəxsinə və proqramına etimad etmək 

surətilə  təsis eyləmiş, hökümətə alınan nazirlər də firqə  mənsubiyyəti və  ədəd 

nisbəti şərt edilməmişdi. 

Bir kaç ay sonra firqələrin bu surətdə  təmin eylədikləri etimadlarına rəxnə 

gəlincə Fətəli xan kabinəsi bilistefa yerinə Yusifbəyli Nəsib bəy kabinəsi təşəkkül 

etdi (14 nisan 1919). 

İlk Fətəli xan kabinəsi firqə prinsipləri xaricində “İş adamlarından” təşəkkül 

etmiş ikən Nəsib bəy kabinəsi “İttihad” firqəsi yenə xaricdə qalmaq şərtilə firqə 

müməssillərindən təşəkkül etdi. Bu kabinə  dəxi təbəddülə  uğrayaraq 24 kanuni-

əvvəldə  Nəsib bəy ikinci kabinəni təşkil eylədi. “İttihad” firqəsi ilə  bərabər ilk 

Fətəli xan kabinəsinin ərkanı da daxil olmuşlardı. Bu, Azərbaycan Cümhuriyyəti-

milliyyəsinin son kabinəsi idi. 

Bütün bu kabinə təbəddülatında məclisi-məbusanın həm ədəd, həm şəxsləri 

etibarilə daha qüvvətli bir mərkəz firqəsi olduğundan bütün siqlət “Müsavat” 

firqəsi öhdəsində idi. Fəqət “Müsavat” mərkəzi yalnız kəndi  ədədinə istinadla 

mütəcanis bir hökümət yapmaq iqtidarında deyildi. Mütəmərkəz bir kabinə təşkil 

edincə də idrak eylədiyi siyasəti istədiyi kimi tətbiq edəmiyordu. Üç dəfə təbəddül 

edən bu kabinələrdə  ədəd etibarilə müsavatçılar süls təşkil etdikləri halda, 

hökümətlərə Müsavat höküməti və  işlərinə Müsavat tətbiqatı denilmək bir etiyad 

idi. Milliyyətpərvərlik və Azərbaycan naminə nə yapılıyorsa, onun xaricindəki ismi 

“Müsavat işi” idi. Böylə bir şöhrət səbəbsiz deyildi. Azərbaycan fikri “Müsavat” 

firqəsinin zadeyi-əfkarı idi. Onun üçün dəxi hər  şey ona ətf olunuyordu. 

Məbusandakı nisbi əksəriyyəti dəxi buna bir səbəb təşkil ediyordu. 

Mərkəz vəziyyətində bulunan “Müsavat” firqəsi cümhuriyyətin ibtidayi-

təşkilində təhlükənin mürtəce Rusiyadan gələcəyi qənaətilə hökümət təşkil edərkən 

sol cinahı  təşkil edən Sosialist firqələrinə daha çox isinmiş  və Denikin təhlükəsi 

zühür edincə bu təmayülünün nə  dərəcədə müsib olduğunu görmüşdür. Son 

zamanlarda Rusiya təhlükəsi Denikin kisvəsindən bolşevik qiyafətinə girincə 

sosialistlər təmərküzün ümidli istinadgahını  təşkil etmək mahiyyətini qaib


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin