başqa bir şey olmadığı aşkar idi. Məmafih bu vüzuh bir
çoxları üçün məşkuk idi. O anda iğfal olunanlar pək çoxdu.
Məmafih bütün bu şərtlərə riayət edilməyəcəyini, haqq və istiqlalımızı
tanımaq surətilə Anadolu imdadına gedəcək qüvvətə yollarımızın açıq
bulunduğunu, fəqət, bizə sormadan sərhəddarlarımızı torpaqlara sərərək
məmləkətimizə girən hər hankı bir qüvvəti dost deyil, düşmən kibi qarşılamaq
lazım gəldiyini məclisin kəndi qərarı ilə deyil, yalnız düşmən süngüsü ilə haqqını
axıra tərk edə biləcəyini bəyanla protesto edən olmuşsa da
58
, əksəriyyəti-məbusan
hadisati-məluma təsir və təhdidi altında saliffüzzikr şərait daxilində höküməti
Azərbaycan Kommunist firqəsinə qapdırmaq məcburiyyətində qalmışdır (27 nisan
1920).
Nisanın 28-dən etibarən üç rəngli Azərbaycan bayrağı qismən Qızıl Sovet və
qismi-əzəmi də Osmanlı bayrağına əvəz edilmişdi.
Milis başında, yardım alayında, şəhər komandanlığında və digər
məsuliyyətli məqamlarda bulunan türk (Osmanlı) nam və imzası ilə çıxan əmri-
yovmilər, bəyannamə və elanlar gözə çarpıyordu. Öylə bir təsir hasil oluyordu ki,
ixtilalı yapan təcavüzkar rus ordusu deyil, Osmanlı türkləridir. “Müsavat”
höküməti devrilmiş, yerinə Türkiyə höküməti qurulmuşdur. Avtomobillərdə
şəhərin müxtəlif səmtlərinə qoşan Osmanlı zabitanı həqiqətən bu zəhabı təqviyə
44
edəcək bir mahiyyətdə idi. Daha ziyadəsi ixtilalın əqəbində Türk komissarlığı
namilə təşəkkül edən müəssisə namına nəşr olunan bəyannamələrlə türk
kommunistləri tərəfindən nəşr olunan “Yeni dünya” qəzetəsi
59
bu “Əmri-xeyr”in
kəndi təşəbbüsləri ilə vüqu bulduğunu yazdıqdan sonra “İngilisçi Müsavatı
devirməklə iki məqsəd təqib edildiyini” izah ediyorlardı:
1.
Azərbaycanın xilası.
2.
Həyatı üçün mübariz bulunan Türkiyəyə ixtilalçı Rusiyanın müavinətini
təmin.
“Türk mürəxxəsliyi”nin bəyanına görə birinci məqsəd hasil olmuş, ikinci
məqsədin hüsulu üçün də Xəlil paşa Moskvaya ezam edilmişdi
60
. Filhəqiqə iki gün
əvvəl Xəlil paşa Bakıdan Moskvaya mütəvəccihən əzimət eyləmişdi.
* * *
Azərbaycan zərb-məsələsidir: “Yalanın ömrü az olur”
61
. Bu “Əmri-xeyir”
yalanının ömrü də bir həftə sürmədi. Rusiya Qızıl Ordusu yuxarıda məzkur şəraitin
mürəkkəbi belə qurumadan, mayısın birində Bakıya girdi. Eyni zamanda, şəraiti-
məzkurə xaricində, dəmir yolu ilə Anadolu hüduduna doğru getməyərək, müxtəlif
yollarla məmləkətin sövqülceyş nüqatını tutmağa başladı.
Bakının Qızıl Ordu tərəfindən işğalından iki gün sonra Türk komandanlar
rus yoldaşlarla əvəz edildi. Fəqət, iş bununla da qalmadı. “Əmri-xeyir”i təsid edən
nə qədər Osmanlı zabiti varsa, həpsini ya həbs və yaxud qapı dişarı etdilər
62
.
Şəraitnamənin digər maddələri də eyni qəzaya uğradı. Ordunun zabitanını
həbsə və kəndisini müxtəlif bəhanələrlə dağıtmağa başladılar. Əski rical və sabiq
məbuslar birər-birər tovqif edildi. Bir qismi də məmləkəti tərk eyləmək
məcburiyyətində qaldı. Gözdə nə qədər münəvvər varsa, həpsi sıxı tərəssüd və
tovqif altına alındı. Şəhərin mötəbəranı və yüksək məmuriyyətində bulunan zəvat
sokak süpürmək, çöplin və sairə təmizləmək kimi işlərdə cəbrən istixdam edildi.
Hökümətin ən məsul mövqelərini rus, erməni, gürcü və türk olmayan əmələ
ilə xaricdən gələn yabançılara verdilər. Qızıl Ordunun təşkilati-məxsusəsinə tabe
“ÇK”lar təsis edildi. Müqabili-ixtilal təşkilat şəxslərə qarşı mücadilə edən bu qanlı
müəssisə müdhiş bir surətdə edamlara başladı. Pankratov
63
namlı bir cəlladın ismi
hər kəsi titrədiyor, edam edilənlərin saya gəlməz listələri hər tərəfə dəhşətlər ilqa
ediyordu.
Artıq hər kəs aldandığını görüyordu. Bu xüsusda aldananlar yalnız Osmanlı
müsafirlərimiz deyildi. Bolşeviklərdə bütün aləmi-İslamın müncisini görən və buna
görə də bütün qüvvətini kəndilərinə təqdim edən “İttihad” firqəsinə bolşevik
qəzetəsi “mucibi-ar bir müttəfiq” deyə
64
müqabilə etdi. Müsavatçılardan bir qismi
dəxi sol müsavatçı namilə vəziyyətə, bir dərəcə olsun, icrai-təsir etmək istədilərsə
də kəndilərinə “İlanın ağına da, qarasına da lənət” dedilər.
Bir ay əvvəl müsavatçı və sair millətpərvəranın təxmin eylədikləri təhlükə
bütün üryanlığı ilə zühur ediyordu. Rus bolşevikləri əski Rusiya hüdudlarını
tutuyorlardı.
Ixtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir
istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə
45
təhəmmül eylədiyi rus ordusunu məmləkətində fəsad iqa etməklə bir davam
görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzəti-
nəfs edən bu gənc əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının
kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini,
ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb
xalq təhəmmül edəmədi. Üsyan etdi.
Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz
Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın
şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə
qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan
Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam
etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi.
Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər
süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali
müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk
edilmədən irz və namus buraxılmadı.
Gəncə üsyanı ilə bərabər Tərtər, Ağdam, Şuşa qəsəbə və şəhərlərində
bulunan Azərbaycan qitəati-əsgəriyyəsi dəxi ətrafdakı əhalinin üsyanına birər
mərkəz və məbdə təşkil ediyordu. Tərtərdə Qızıl Ordunun bir alayı məhv edildi.
Ağdam da kəza, olduqca mühüm tələfat verdilər. Qarabağ, Şəki, Zaqatala,
Lənkəran, Quba və sair yerlər dəxi bir kaç kərə üsyan etdi. Lənkəran qəzasındakı
üsyanlar aylarla davam eylədi. Zaqatala və Şəki üsyanları pək qanlı bir surətdə
basdırıldı. Biz burada az-çox mühüm bir miqyasda zühur edən üsyanları qeyd
ediyoruz. Yoxsa üsyan edilməyən bir yer qalmamışdır. Xainanə bir surətdə
endirilən zərbəyi-ani ilə qüvayi-təşkiliyyədən məhrum və qeyri-müntəzəm bir
surətdə zühur edən bu hadisələr miyanında öylələri var ki, həqiqətən də birər
dastani-həmasətdir.
Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq müvərrix bu üsyanları tədqiq
və təfsilatı ilə, əlbəttə, təhrir edəcəkdir. Bu üsyanların bihudə olduğunu və
səlaməti-ümumiyyəyə zərər gətirdiyini iddia edənlər var. Fəqət, bu üsyanlar dəxi
olmasa idi, Azərbaycan xalqı bilməm hankı vəqələrlə kəndi namusunu müdafiə
etmiş olduğunu isbat edəcəkdı?!
Azərbaycanlı nasıl üsyan etmiyə idi ki, yunan qarşısına gediyor – deyə
Vətəninə bir dost və müttəfiq kibi girən bir orduyu məmləkətdə qardaşı-qardaşına
saldıran istilakar və zalım bir qüvvət olaraq görüyordu?! Gənc Azərbaycan əsgəri
nasıl görə idi ki, zabitan və ümərasını heç bir səbəb olmadan həbslərə tıxayor,
beqeyri-həqq qurşuna diziyorlardı?! Vicdani-nas nasıl təhəmmül edə idi ki,
namuskaranə xidmət etməkdən başqa günahı olmayan fədakar məmur və generallar
qurşuna diziliyor, millətinə mərbutiyyətlərindən başqa cinayətləri bulunmayan
müəllimləri, mühərrirləri, münəvvər gəncləri, hətta müəlliməyi belə istisna
etməyərək caniyanə bir surətdə məhv ediyorlardı?!... Xalqın səbri nasıl daşmıya idi
ki, vaxtilə rus çarizmi tərəfindən türk üsərasına bir məqtəl təşkil edən Bakı
limanındakı adları, bu dəfə türk dostluğu namına hərəkət edən xain bir qüvvət
Azərbaycan gəncliyinin məzarı halına qoyuyordu
65
.
46
Azərbaycan xalqı nasıl tab və təhəmmül göstərə idi ki, adət və ənənatına
müğayir bir üsuli-idarə təsisi ilə rus mujiki kəndisinə təsəllüt ediyor və tanımadığı,
bilmədiyi ədaniyi başına hakimi-mütləq kəsdiriyorlardı?!... Kəndi həyati-milliyyə
və adəti-diniyyəsi ilə yaşayan bir müsəlman nasıl rəva görə idi ki, ailəsinə, hərimi-
ismətinə yabancılar giriyor, ismətli bir müsəlman ailəsinin bulunduğu otaq ilə
qonşu – əksərən mədxəlləri də müştərək – daxili Rusiyanın bilməm hankı
güşəsindən gəlmə bir Qızıl Ordu zabiti iqamət etdiriliyor, sənələrdən bəri təsis
edən etiyadadi-milliyəyə kommunizm təşkilatı naminə təsəvvürü qabil olmayan
zərbələr endiriliyordu?!..
İştə, dost deyə məmləkətə girən bir qüvvətin bir aydan daha az bir təcrübə
ilə mənən və maddətən müdhiş bir qüvvəyə istila olunduğunu görüncə, bittəb
uyquda ikən üstünə kabus çökən bir adam kibi, Azərbaycan xalqı yerindən kəmali-
vəhşətlə qalxmışdı.
Artıq millət qiyam etmişdi.
Namus və milliyyət müdafiəsi namına zühur edən bu qiyamı, üzünə ixtilal
və hürriyyət maskası taxan rus qüvvəti Nerona rəhmət oxutdutracaq bir şiddət və
zülmlə basdırıyor, hər tərəfdə fəaliyyətə başlayan ÇK-lar gecə-gündüz qanlı
işlərinə davam ediyorlardı.
Vürudunun ilk günlərində “İxtilalın qansız olduğuna” təəssüf edən bu
xunxar qüvvət artıq cəlladlıq zövqünü tətmin üçün fürsət bulmuşdu. Yalnız üsyan
zühur edən yerlərdə deyil, üsyan ilə əlaqədar olmayan yerlərdə dəxi qurşuna
dizilənlərin hədd və hesabı yox idi. Gəncədə üsyan zühur edincə, Bakıda mövcud
mövqufunun əksəri öldürüldü. Şəhərlərdə, böyük qəsəbələrdə mövcud mötəbəran
“milliyyətpərvərlik kökünü birdəfəlik kəsmək üçün” həmən sorğusuz və sualsız
qurşuna dizildi. Bu qurbanların qismi-mühümmi zabit, mühərrir, müəllim, doktor,
tələbə, məmur və sair bu kibi münəvvərandan idi. Azərbaycanın həqiqi diktatoru,
cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi. ÇK
məmurunun füzulluğu o dərəcəyi bulmuşdu ki, Azərbaycan komissarları rəisi
bulunan Nəriman Nərimanovun kəndisini belə tovqif eyləmişlərdi.
Bu təqibat üzərinə Azərbaycan milliyyətpərvərliyi fikrindən ayrılamadıqları
üçün bolşeviklikdən qaçan və təkrar fürsət bulub da istiqlallarının iadəsi üçün
mübarizəyə hazırlanan övladi-vətən şimdi İrana, Türkiyə və bütün Avropa
məmləkətlərinə iltica eyləmiş, müsaid bir zamanı bəkləyib duruyorlar.
Yuxarıda məzkur üsyanları və əksəriyyən də kəndiləri tərəfindən bilxassə
uydurulan hərəkətləri bəhanə ilə bolşeviklərin Azərbaycan bilad və qəsəbəsinə
verdikləri təxribat Yunanıstanın Anadoluya verdiyi xərabədən aşağı qalmadığı kibi
və Gəncədə ehdas olunan faciədə İzmir faciəsinin pək donunda deyildir. Bu
hadisələrdə aclıq və səfalət üzündən ölənlər müstəsna, yalnız təngil və cəza
dəstələri tərəfindən qətl olunanların miqdarı on min miqdarını mütləqən
keçməkdədir.
* * *
“İxtilal”, höküməti Azərbaycan kommunist firqəsinə vermişdi. Bu hökümət
qurnazca, kamilən müsəlman əzadan təşəkkül etmişdi. Hökümət rəisi Nərimanov
əskidən Azərbaycanca bir az məruf bir sima idisə də, digər arkadaşları tamamilə
47
törədi idilər. Həqiqətdə isə əsl siyasət çevirən qüvvət Kommunist Firqəsinin
Azərbaycan heyəti-mərkəziyyəsi katibi, Qızıl Ordu komandanlığı və ÇK idi ki,
bunlar tamamilə ruslarla sair əcnəbilərdən ibarət idi.
Ilk günlər xalqın iğfalı üçün yapılan manevrlər yalnız böyük və əsgəri
məmuriyyətlərin Osmanlı türklərinə tovcihi ilə qalmadı. Məluma, Qızıl Ordu
erməni üsyanını dəxi birdəfəlik bitirəcək, yolunu təmizləyərək Anadolu imdadına
gedəcəkdi. Buna görə də Qarabağda daha müqavimət göstərməkdə olan erməni
asiləri üzərinə hücum edildi. Eyni zamanda, Gürcüstan dəxi təhdid edildi. Fəqət bu,
zahirdə Azərbaycan siyasəti-milliyyəsini müdafiə etmək maskası, yalnız
Ermənistanın bolşeviklər tərəfindən istila edilməsinə qədər dağıldı. Ermənistanda
dəxi bolşevik höküməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar
ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütəntən bir
surətdə Ermənistana hədiyyə etdi.
Gürcüstan ilə açılan müharibə dəxi sülh ilə nəticəpəzir oldu. Gürcüstanı
təhdid edən Azərbaycan bolşevik höküməti yapdığı bu sülhdə “Müsavat” höküməti
ilə Gürcüstan menşevik höküməti arasında əvvəlcə mövcud bulunan etilafa görə
qəti surətdə həlli hökmə həvalə olunacaq Borçalı ərazisini bilatərəddüd Gürcüstana
tərk etdi və əskidən Azərbaycan ərazisindən olduğu Gürcüstanca təslim olunan
Zaqatala ərazisi üçün hökmə müraciət eyləmək formulunu qəbul eylədi.
Azərbaycanın siyasi mənfəətləri naminə hərbə başlayan hökümət, nəticədə
məmləkət qitələrini hədiyyə etməklə sülh yapıyor, dəlil olmaq üzrə əmələ üçün
hüdud fərqi olmadığını irəli sürüyordu. Həm həqiqətən də Rusiya üçün bir qəzanın
ermənidəmi, yoxsa türkdəmi qaldığının nə əhəmiyyəti ola biliyordu!... Yetişir ki,
bunlar həpsi Rusiyada olsun və ortadakı ixtilaflar həll edilsin. Bu həlldə qeyb edən
müsəlman olursa, nə əla!
Bolşevik siyasətinin qurnaz manevrlərindən birisi də ixtilalı mütəaqib Lenin
tərəfindən Azərbaycanın istiqlalını mübəyyən bir teleqrafın nəşri ilə Azərbaycan
höküməti və üsyan edən əmələ və köylüsü namına Qızıl Ordunun Azərbaycana
dəvəti keyfiyyəti idi. Bu dəvət əksəriyyən Çiçerin tərəfindən məqami-müdafiədə
zikr olunaraq, öylə təsir hasil etdiriliyor ki, Qızıl Ordu Azərbaycana
azərbaycanlıların dəvətilə gəlmişdir. Halbuki dəvət edən də kəndiləri, icabət edən
də kəndiləridir.
Zahirdə böylə sözlərlə göz qapayan həriflər, batində Azərbaycan ixtilalından
mətlub bulunan əsl məqsədləri təsviyə etmək üçün Şaxtaxtinski Behbud
66
ilə
Azərbaycan Cümhuriyyəti-milliyyəsi tarixi-süqutunun ən məsul faili bulunan
Hacınski Məhəmməd Həsən Moskvaya getmişlərdi. Bunların Moskva səfərini xalq
arzusu vəchlə təvil ediyordu: “Getmişlər Leninə söyləsinlər ki, bu idarə
Azərbaycana yaramaz!” Halbuki, onlar daha çox zaman təfsilatı hər kəsdən, hətta
Azərbaycanlı kommunistlərdən belə qapalı saxlanan bir taqım müahidələr əqdilə
övdət eyləmişlərdi. Yalnız Şaxtaxtinski imzasını havi bulunan bu müahidələrə görə
Azərbaycan ümuri-əsgəriyyə, xariciyyə, iqtisadiyyə və iaşəsinin tənzimini
tamamilə Rusiyaya veriyor, eyni zamanda, dəmir yolları ilə petrol müəssisatının
idarəsini dəxi ona tərk ediyordu. Bu müahidələrə görə Azərbaycan iqtisadi
məsələlərdə və hətta iaşəyə aid xüsuslarda Rusiyada nəşr olunan cümlə dekretləri
48
eyni ilə Azərbaycana tətbiq etməli idi. Tedad etdiyimiz nəzarətlərin Azərbaycan
komissarlar heyətində birər mürəxxəsi bulunacaq və bu mürəxxəslərin kəndi
nəzarətlərinə aid məsaildə rəyləri bütün heyət əzasının rəyləri fövqündə olacaq idi.
Halbuki Azərbaycanın Moskva hökümətinə heç bir növlə iştirakı yox idi.
Azərbaycanın həqiqi sərvəti olan petrola gəlincə, bütün petrol Rusiyanın
yədi-inhisarına alınıyor, bundan yalnız bir qismi, Azərbaycan daxilindəki sərfiyyat
ilə Türkiyə və İran bazarına ixrac edilmək üzrə Azərbaycan hökümətinin kəndi
idarəsinə buraxılıyordu. Bi miqdarın təyini dəxi Moskva baş məhruqat komitəsinin
rizasilə təyin olunacaqdı. Demək ki, Moskvanın iradəsi hasil olmadan müstəqil
Azərbaycan köylüsü külbəsində yakacaq lampanın işığını istədiyi kibi
qullanamazdı. Həm həqiqətən Bakı həbsxanasında bulunduğum zaman, qəzetlərdə
Bakı ilə həmcivar qəzalardan birisində köylü üçün təsis olunan gecə məktəblərinin
petrol olmadığından dolayı məəttəl qaldığını oxumaqla heyran qalmışdım. Fəqət,
nə yaparsan ki, eynini zirpərdeyi-xəfada saxladıqları bu müahidələri Bakıda çıxan
kommunist mətbuatı və o sırada iniqad edən Azərbaycan sovetlər konqresində söz
söyləyən həyasız xətiblər Azərbaycan istiqlalının təqviyəsi şəklində təfsir
etmişlərdi.
Məsələ yalnız məmləkətin mənabei-iqtisadiyyəsini əldə etməklə qalmıyordu.
Az-çox baqi qalan Azərbaycan əsgəri dəxi dağıdılıyordu. Bir qisim qitəatı müqabil
inqilabçı deyə dağıtmış, geridə qalan mövcudiyyəni də Azərbaycan ixtilalını
mütəaqib bolşeviklər tərəfindən İran üzərinə yapılan təcavüz səfərinə
göndərmişlərdi. Bu surətdə bolşeviklər həm Azərbaycan ordusunu itlaf ediyor, həm
də Rəşt ilə Ənzəlidə yapdıqları vəqayeni azərbaycanlı əlilə icra etmək surətilə bu
iki dindaş millət arasında əbədi bir nifaq və uçurum açmaq istiyorlardı.
Rəsmi bolşevik təvilatına baxılırsa, bütün bunlar bittəb Şərq inqilabı naminə,
Şərq millətlərini xunxar Avropa kapitalistlərinin əsarətindən qurtarmaq üçün
yapılıyordu. Bu məqsədlə Türkiyə Kommunist Firqəsi, İran Kommunist firqəsi və
sairə təşəkkül ediyor, xilaskar kommunizm fikrinin bu məmləkətlərdə tərvici üçün
macəraçı adamlardan mütəşəkkil müxtəlif təşkilat vücuda gətiriliyordu.
Yenə bu məqsədlə Bakıda Şərq millətləri konqresi təşkil olunuyordu. Fəqət,
Şərq məsələlərini həll etmək üçün toplanan bu ictimadə məsələləri vəz və həll
edənlər nədənsə həp Qərb sosialistlərindən ibarət idi. Məsələn, Macarıstanda
inqilabı qaib edən Belakon gəlib də Bakıda Əfqanıstan, İran və Türkiyədə tətbiq
olunacaq ərazi məsələsini həll ediyordu. Hər nə qədər bu konqreyə iştirak edən
türkiyəli mürəxxəslərdən bir qismi naminə söz söyləyən mərhum Bəhaəddin Şakir
bəy “Şərqin xilası şərqlilərin kəndi əli ilə olmalıdır!” diyordusa da, bu xitab
internasional gurultusu içində təsirsiz bir surətdə qayb olub gediyordu. Nəriman
Astarxana doğru göndərilən petrol yüklü gəmiləri top əndaxtları ilə yola salarkən,
“Bu, tarixin qeyd edəmədiyi ilk vəqədir ki, petrol poslasız və hesabsız olaraq
Rusiyaya gediyor” deyordu. Eyni zamanda, sovet höküməti ilə burjua
hökümətlərinin fərqini anladırkən: “O hökümətlərin gəlir və çıxar dəftəri var,
fəqət, bizim gəlir dəftərimiz varsa da, çıxar dəftərimiz yoxdur” deyordu. İştə bu əsl
sərvətini bilaəvəz israf və məsarifini dəftərsiz bir surətdə yapan hökümət,
Azərbaycan kimi dünyada misli yox zəngin bir mənabi-sərvətə malik olan
49
məmləkəti öylə bir halə gətirdi ki, kəndisindən pək çox fəqir olan Gürcustana
nisbət belə etibarsız bir hala gəldi. Bakı petrol ocaqlarında çalışan müstəhsilləri
kəndi qaimələri ilə doyuran bir hökümət hasilatını kamilən Rusiyaya verir də,
müqabilində Moskva kağız parası olsa belə, bir şey almazsa, bittəb bazarı qiymət
və etibarı yox qaimələrlə doldurur ki, nəticəsi iflasdan başqa bir şey deyildir.
Qərib bir cilveyi-şüun deyilmi ki, başına qonmuş hesab bilməz bir hökümət
sayəsində Bakının petrolu əhalisinin fəqrini mucib oluyor?!..
Bu qədər siyasi və iqtisadi xüsranlar nəticəsində heç olmazsa məmləkət
irfanca olsun qazandımı?... Əcəba, bu mümkün ola bilərmidi? Siyasəti iqtisaddan,
iqtisadı irfandan ayırmaq qabilmi? Bir məmləkətin iqtisadiyyatını bərbad,
siyasiyyatını alt-üst edən qüvvətdən irfan naminə emar gözləmək qabil olurmu?
İbtida üç ay zərfində bütün Azərbaycanın türkcə oxur-yazar bir mərtəbəyə
isal ediləcəyi elan olundu. Pəki, amma kitab yox, müəllim yox... Ticarət mənindən
dolayı işsiz qalan bir az oxuma, yazma bilən bəzirganları həmən kurslara aldılar.
İki-üç həftə zərfində müəllim oldu – deyə öyrətdikdən sonra kağız üzərində məbzul
bir surətdə açılmış bulunan məktəblərə təyin etdilər. Sözdə hər növdən bir çox
irfan müəssisələri təsis olundu. Hətta başqa məslək sahibi olub da kommunizm
tətbiqatından dolayı işsiz qalan bir çox həvəskarları istifadə surətilə köylü ilə
əmələyə yalnız yazma və oxuma deyil, sənayeyi-nəfisədən də bir bəhrə vermək
istədilər. Musiqi məktəbləri, rəsm məktəbləri, rəqs məktəbləri, bilməm nə
məktəbləri açmaq, əmələyi hər cəhətlə kamil etmək istədilər. Xülasə istədilər,
istədilər, həp istədilər.
Fəqət, aylar deyil, illər keçdi. İdarələr hala rusca. Konqrelər hala rusca. Az-
çox intizamla davam edən məktəblər rusca. Üç həftədə müəllim olan bəzirganlar
şimdi adam əqilli, əlbəttə, müəllim deyil, bir sovet bəzirganı. Musiqi müəllimi
yenə kəndi yazıxanasında ehtikarla məşğul. Əskidən mövcud məktəblər bir hali-
pərişanidə. Yeni iqtisadi siyasət mucibincə Nərimanovun nəzəriyyəsinə rəğmən
sovet hökümətinin şimdi qayət böyük çıxar dəftəri vardır ki, bunun maarifə aid
cədvəli, cədvəllərin ən kiçiyidir. Əcnəbi Darülfününlarına artıq tələbə
göndərilmiyor. Yalnız “Müsavat” zamanında göndərilən tələbələri geri çağırmaq,
siyasətən müvafiq görülməmişdir
67
. Türkiyədən gələn müəllim və müəllimələrsə
tamamilə geri dönmüşlərdir. Çünki şəraiti-mövcudə içərisində çalışmayı mümkün
görməmişlərdi.
Mətbuat və ədəbiyyatın halınımı soruyorsunuz? İştə sizə nümunə: “Füqəra
füyuzatı” namilə yalnız iki nüsxə çıxarıla bilən “ədəbi” məcmuənin komissarların
fotoqraflarını havi nüsxəsində rəsmlər altına yazılan mənzum sətirlərdən birisi sizə
feyzi-inqilabın nə kibi şahkar yaratdığını iraə edər:
Bax şu Qarazadə Əli Heydərə,
Töhfeyi-Şirvana, mələk-mənzərə.
Bəhri-Xəzər, xütteyi-Azərbaycan,
Görməmiş ömründə belə hökmran!
50
Həm həqiqətən də böylə heysiyyətsiz bir hökmranı Azərbaycan heç bir
zaman görməmişdir. Bütün mənası ilə qüruni-vüstai bir dövr yaşarkən belə
Azərbaycan xanlarından hankısına hər hankı qəsidəxan bir şair mədhiyyə deyə,
böylə bir “töhfə” gətirsəydi, onun nə yaman bir həcv olunduğunu fərq edərdi.
Fəqət “mələk-mənzər” hərbiyyə komissarı bunun fərqində deyildir.
İrfan və ədəbiyyatda ruhi-milliyi tənmiyyə edəcək cərəyanlardanmı maraq
ediyorsunuz? Şu qədər biliniz, türkçülüyün möhtərəm şairi Məhəmməd Əmin bəy
əfəndinin asari-milliyyətpərvəranəsi kütübi-zəlalədən olmaq üzrə bütün
kitabxanalardan teyy edilmişdir.
Əgər sırf türk yazısı ilə çıxan mətbuata türkcə mətbuat deyilirsə, şimdiki
Azərbaycanda bu var. Yox, mətbuati-milliyyədən məqsəd yalnız yazının zahiri
deyil, ruhu, mündəricatı dəxi murad isə, o halda, bolşevik Azərbaycanında
mətbuati-milliyyə yoxdur. Vəqtilə ağ padşahdan bəhs edər durur “Türküstan
vilayətinin qəzeti”
Dostları ilə paylaş: |