Dördüncü məclis
Məclisə Xəlil əfəndi Dostməhəmmədov ilə Cəfər əfəndi Seyidəh-
mədov sədarət ediyorlar. Zal hər günki kibi dopdolu. Əvvəlcə ətrafdan
188
gələn bəzi teleqraflar oxunuyor. Ertəsi cümə olduğundan ümumi ic-
las olmayıb ancaq şöbələrdə çalışılacağı elan olunur. Bundan əlavə
hanki gündə hanki məsələnin baxılacağı bu surətlə elan olunur. Ma-
ym 6-sında - məmləkət üsuli-idarəsi ilə ruhani işlər məsələsi, 7-sində
- mədəniyyət və m əarif işləri ilə işçilər məsələsi, 8-ində - xatunqız
məsələsi ilə əskəri təşkilat məsələsi, 9-da - yer məsələsi ilə məhəlli
idarələr məsələsi, 10-unda - siyasi təşkilat ilə Məclisi-Müəssisan seç-
kilərinə hazırlanmaq məsələsi. Syezdi mayın onunda qurtarmaq təhti-
qərarə alımyor. Bundan sonra Tanrıquliyev tərəfındən “Mədəniyyət və
m əarif işləri ilə onları müsəlmanlar arasmda yaymaq yolları” məsələsi
həqqində məruzə oxunuyor.
Doklad rusca yazılmışsa da, məclisin xahişinə görə türkcə tərcümə
ilə oxunuyor. Məruzənin xülasəsi bu:
1) Hər millətin mədəniyyət və m əarif işləri öz əlində olmalıdır.
Buna görə də islam millətlərindən ötrü geniş surətdə milli və mədəni
muxtariyyət tələbinə qərar verilməlidir.
2) Ziyalı güclər yetişmədigindən dövlət və məhəlli idarələr hesabına
müsəlman millətlər üçün müxtəlif tipdə orta məktəblər (qadın və ərlorə
məxsus) açmayı tələb ilə müvəqqəti hökumət ilə zemstvolara müraciət
eləməlidir.
3) Müsəlmanlar üçün açılan bütüü məktəblərdə oxutu dili ana dili
olmalıdır.
4) Ruhani hazırlamaq üçün olan məktəblər dünyəvi məktəblərdən
ayrı surətdə təşkil olunmalıdır.
5) İslam dinində olan bütün millotlər üçün ümumi məlumat verən
ibtidai məktəblər yalnız bir tipdə olmahdır.
6) M əarif və mədəniyyət yapmaq tədbirlərinə aid olan məsələləri
araşdırıb tapmaq üçün hər yerdə məhəlli, həm vilayət syezdləri bundan
sonra xəlqi oxutmaq üçün bütün Rusiya müsəlmanlarmdan ötrü ümu-
mi ictima qurulmalıdır.
7) Məclisi-Müəssisanda milli və mədəni muxtariyyət məsələsi
qəbul oluncaya qədər xəlq arasında məarifı yaymaq işi zemstvo ilə
şəhər idarələrinə tapşırılıb, bu idarələr hüzurunda müsolman millətləri
arasında m əarif yapmaq işinə baxılmaq üçün xüsusi komisyalar
düzəltməlidir.
189
8)
Bütün türk-tatar m ilb tb ri üçün bir ədəbi dil vücudə gətirmək,
həm bu millətləri yaxınlaşdırmaq üçün məktəblərdə bütün türk
şivələrini ayrı bir dərs kibi oxutmaq lazım.
Ömər Əfəndidən sonra Əhməd bəy Salikov cənabları “Müharibəyə
münasibət” həqqindəki məruzdsini oxuyur. Bu məruzə üzərinə syezd
toroündan alman qərar bateleqraf “Açıq söz”ə xəbər verilmiş idi.
Möruzə üzrə doxi neçə nömrədən bəri dərc edilməkdə və bugünki sa-
yımızda tamam olmaqdadır.
Əhməd bəyin müharibə həqqindəki bu məruzəsi syezd vəkillərinin
bilaistisna ruhuna müvafiq gələrək böyük bir həyat tufanma səbəb ol-
muş və son dərocədə həyəcana gələn cəmaət zalı alqışlar və “ura”larla
çinlataraq natiqi əlləri üstündə dışarı çıxarmışlardır. Kəndisini öpmək,
əlini sıxmaq surətilə təbrik edən əfəndilərdən Əhməd bəy güc-bəla ilə
xilas ola bilmişdir.
Bcşinci məclis
Cümə günü tətil günü idi. Ümumi iclas yox idi. M üxtəlif şöbələrdə
m üxtəlif məsələlərə baxıhyordu. Şöbolordon şəkli-idarə məsələsinə aid
olan şöbə böyük maraq cəlb edərək demək olar ki, bütün vəkillərin
hüzurilə davam ediyordu. 8-9 saət qədər davam edən bu iclas adətən
gurultulu bir parlaman iclasma bənziyor və Avstriya parlamanında
görünən qızğın çıxışlara dəxi biganə qalmıyordu.
Buna görə də mayın 6-sında qurulacaq 5-ci məclis böyük səbrsizliklə
gözləniyordu. Bu gün idarə məsələsi artıq həll ediləcəkdi. Bu gün
Əlimərdan bəy Topçubaşov ilə Fateh Əfəndi Kərimov cənabları sədarət
ediyorlar.
Fəqət məclis adətdən gec arıhyor, həm də intizar xaricində elan olu-
nur. Heyəti-rəyasət qərarma görə bu gün ancaq üç məruzə oxunacaq və
bu məruzələr üzərinə mübahisələr açılmayacaq. Üç məruzə bunlardan
ibarətdir: 1) Rusiya müsəlmanlannm san və qəbilələri hansı vilayətdə
nə qədər olub, ü rf və adətlərindəki ayırmalar - müvərrix Zəki Vəlidi, 2)
Rusiya müsəlmanlarınm dini və ruhani işlərini muxtariyyətli idarə üsu-
luna qoymaq həqqində - Seyid Gəray Alkm, 3) Dini və ruhani təşkilat
həqqində - K əşşaf həzrət Tərcümanov.
190
Zəki Vəlidi məruzəsinin xülasəsi bu: Rusiya müsəlmanlarımn milli,
mədəni, ruhani işlərini həll etmək həm onlarm Rusiya dövlətinin üsuli-
idarə məsələsini həll etmək üçün mütləq əsl Rusiya müsəlmanlarının
kim olduğunu bilmək lazım. Rusiya müsəlmanlarmı qan, nəsil və dil
nöqteyi-nəzərlərindən tədqiq etmək gərək. Etnoqrafiya nəzərindən bax-
dıqda Rusiya müsəlmanları türk və türk olmayan iki şöbəyə bölünür.
Türk olanlan Şərqi, Mərkəzi, həm Cənubi - deyə üç qismə bölünürlər.
Bu üç qism tarix, şivə, ədəbiyyat, ürf-adət xüsuslarında biri-birisindən
ayrılırlar. Şərqi türklərə uransxay, suyut, saği, qara, həm sarı uyğur
xəlqləri daxil olurlar. Bunlar arasında müsəlmanlar az. Əksəriyyət əski
şamani dinində. Dil xüsusində bunlar orta türklərdən çox kənardadırlar.
Bundan əlavə bunlar Budda mədəniyyətinin təsiri altmdadırlar. Orta
türklərə Özbək, qazax, qırğız, Tümen, Kazan, Krım tatarları, Şimali
Qafqasiyadakı buğarlar daxil olurlar. (bunlarm hamısı müsəlmandır.
Bir az qismi şamanhqla qarışıq islam). Bımlarm dilləri Krım tatarlarm-
dan başqa morfoloji nəzərindən bir. Bunların milli xəlq ədəbiyyatı or-
taq olub Canbək xan, Toxtamış xan, İdgu, Çurabat, Əbrtargin kibi xəlq
qəhrəmanları həqqindəki hekayələri də birdir. Bunların şərqdəkiləri
bir az İran mədəniyyəti təsirinə düşmüş isələr də, hamısı mədəniyət
cəhətindən xalis türklərdir. Cənubi türklər isə Azərbaycan türkləri ilə
Stavropol quberniyasındakı türkmənlərdir. Bular tarixdə özlərinə ayrı
yol tutub, bizim tarixi qəhrəmanlarımız Çingiz, Ağsaq Teymura qarşı
qalmışlardır. Dilləri morfoloji nəzərindən orta türklərdən çox ayrılıyor-
lar. Ü rf və adətlərində iranilər təsirinə tabedirlər.
Rusiya müsəlmanları arasında türk olmayan xəlqlər çox azdır. Bun-
lardan bir qismi Qafqasiyadakı kabarda, avar, abaza, acar, asetin, in-
quş, çeçen, çərkəs qövmləridir. Bunlar Qafqasiyadakı türklərə nisbət
bir silk təşkil ediyorlar. İkinci qism Orta Asiyada İran irqindən olan
taciklərdir. Taciklərin sanı 8 yüz mindir. Dilləri farsidir. Bu Rusiya mü-
səlmanlarımn təbii hüdudlarıdır. Rusiya müsəlmanlarının siyasi, ruha-
ni, mədəni müəssisə məsələsi həll qıhndıqda bu təbii hüdudlar nəzərə
alınmalıdır.
Türklərin Şərqi, Orta və Cənubi qismləri öz təbii dairələrində tərəqqi
etməlidirlər. Hər kəsin özünəməxsus ədəbiyyatı var, həm olmahdır. Ka-
zanlılar, sartlar, özbəklər, qırğızlar iləridə Orta türk olub birləşəcəklər.
191
O rta türkhrin hərəkətlərində türkligini safraq saxlamaq xassəsi qa-
lib olub, bunların dili dəxi ümumi dil olacaq. Fəqət bu məsələ məclis-
lərdəki qərarla degil, təbii yolda həll olunacaqdır. Yalnız Orta türklər
milli-mədəni işlərdə bir olacaqlar. Çünki bunların arasında ümumi olan
milli nəğmə və hekayələr diplomatların siyasətlərindən güclüdür. Hal-
buki Şərqi və Cənubi türklər özlərinin təbii yolları ilə gedəcəklər.
Şərqi, Orta, Cənubi türklərin ayrı federasiya üsulu ilə idarə olun-
maları təbii və mətlubdur. Müsəlmanlarm özlərinə xas və qanunlar qo-
yan milli parlament - deyə ümumi bir müəssisə yapmaya çalışmala-
rı qeyri-təbiidir. Fənnə, həyatə müxalifdir. Bu, müsəlmanlarm yalnız
siyasi blokları şəklində mümkün ola bilər. Ümumi bir müəssisə təsis
etmək mümkün olsa, bu yalnız ruhani və dini müəssisə ola bilər.
i c 'k 'k
Zəki Vəlidi əfəndidən sonra Seyid Gəray Alkin əfəndi idareyi-
ruhaniyyələr islahı həqqində bir məruzə oxudu. Məruzəçinin fikrincə,
başda təyin edilən müftilər duran idareyi-ruhaniyyələr tamamilə qaldı-
rılıb onun yerinə müsəlmanlar bulunan vilayətlərdə seçki üsulilə dördər
əzadan ibarət “məclis”lər təşkil edilməlidir. Bu məclislərin hər biri dör-
dər şöbəyə ayrılmalıdır: 1) Yalnız ruhani işlərə baxan şöbə 2) Xəlq ara-
sındam əarif yayan şöbə 3) Müsəlmanlar arasmdakı bütün qrajdanski və
cinayət işlərinə baxan mühakimə şöbəsi 4) İdarə və mülk işlərinə baxan,
həm ittifaq və cəmiyyət işlərini təftiş edən ümumi işlər şöbəsi. Məhəlli
ruhanilər: xəlq tərəfmdən seçilib qoyulan - ali dini mədrəsələr bitirən
dörd nəfər molla və müəzzindən ibarət olur. Bu qaidə ilə intixab edilən
molla dərəcə almaq imtaham və ya ki məxsusi təsdiq qılınmaq işinə
möhtac qalmıyacaq. Məhəlli məclislərin cümləsi cümhuriyyət paytax-
tmda olacaq mərkəzi məclisə baxar. Bu mərkəzi məclisin başında bü-
tün vəzirlər ilə bir hüquqda olub vəzirlər heyətində səs ilə iştirak edən
xüsusi bir adam olur. Bu adam müsətman işlərinin vəziri deyə adlanır.
192
D ini və məhəllə təşkilatı həqqində
Məruzə oxuyan Tərcümanov aşağıda yazılan on yeddi maddəni
oxuyor.
1. Ruhani idarələrimizin düzəlməsi mərkəziyyət üsuli ilə əsaslamb
bütün Rusiya müsəlmanları dini və elmi cəhətdən şu mərkəzə
bağlamyorlar.
2. Cümhuriyyət paytaxtmda müsəlmanlara məxsus bir mərkəzi
idarə təsis olunur. Krım, Şimali Qafqasiya, Cənubi Qafqasiya,
Qazaxıstan, Türkistan və İçəri Rusiyada altı danə yuxarı dərəcəli
məhəlli idarə tərtib ediliyor. Sair quberniya və uyezdlərdə orta
dərəcə idarələr təşkil edilib bunlarm ən aşağı məhəllə idarələri
oluyor.
3. Dini və ruhani m əarif və təlim, ianə və xeyrat işləri ayrı şöbələr
vasitəsilə bir idarəyə cəm olunuyorlar.
4. Bütün ruhani idarələrin əzaları din üləması ilə bərabər ziyalılar-
dan qarışıq oluyor.
5. Bütün əzalar; ümumi, müsavi, müstəqim və gizli səslə seçilib
yalnız imam və müəzzinlər, müəllim, müəllimə və mədrəsələr
vəqtsiz olaraq seçilirlər.
6. Seçilmiş əzalar heç bir dürlü təsdiqə möhtac degildirlər.
7. Məhəllə ruhanilərinin məişətləri öz məhəllələri və yuxarı dərəcə
idarə əzalar bankı milli sərmayədən təmin edilir.
8. Dini və ruhani idarələr arasında müxabirə türk-tatar dilində
olur. (Şimali Qafqasiya müsəlmanları özlərinin xahişi üzrə
rəftar edirlər).
9. Orta, yuxarı və həm mərkəzi idarələr lazım olan vəqtə syezdlər
tərtib edərlər.
10. Yuxarı dərəcə idarə əzalanndan vəkillər seçilib “Şurayi-ümmət”
təsis edilir.
Məhəllə təşkilath həqqində
1. Məhəllə təşkilatı üçün san etibarə alınmaz.
2. Məhəllə öz idarəsindəki hüquqi şəxsiyyətə vergi təklif etməgə
həqlidir.
193
3. Bu vergidən yığılan puldan bir qismi milli sərmayəyo verilir.
4. Hor məhəllənin cürbocür təlimxanələr, qiraətxanələr, xeyrat
evləri açmağa, yurd və yer almağa, vəqflər düzəltməgə hoqqi
vardır.
5. Məhəllə işlərini düzəltmək üçün popeçitel şurası seçilir. Bu şu-
ranı intixab edilmiş təftiş heyəti təftiş edər.
6. İmam və müəzzinə veriləcək maaş məhəllə təşkilatı klubunda
müəyyən edilir.
7. Məhəllələri xirdalamamağa diqqət edilir. Bir məscid olan yerdə
ikinci məhəllə açmaq təhdid ediliyor.
Bu məruzə tamam olduqdan sonra bir neçə dəqiqə tənəffüs elan
edilir.
Rəis əfəndi vasitəsilə heyəti-rəyasət tərəfindən məclisə ərz edilə-
rək sosialistlərdən təşkil edilmiş yeni hökumətə təbrik teleqramı gön-
dərilməgə qərar veriliyor. Xokand nəşri-məarif cəmiyyətindən nü-
mayəndə sifətilə gələn Həsən Kərdimov növbədən xaric söz alıb Türkis-
tanın Fərqanə vilayətində aclıq hökmfərma olduğu həqqində məlumat
veriyor.
“Yağmur yox, çörək yox, bir quberniyandan ikinci quberniya-
ya azuqə aparmağa ixtiyar yox” - deyə Türkistan müsəlmanları
həqqində bir çarə görməgə dəvət ediyor və həm Petroqraddakı ərzaq
syezdinə müsəlman syezdi admdan teleqram ilə müraciət edib yardım
istənilməsini təklif ediyor.
Ondan sonra Xivə millət məclisindən gəlmiş vəkil minbər xitabinə
çıxıyor, lakin səsi çıxmadığından gördügü kağızı özü oxumuyub heyəti-
rəyasətdən Musa əfəndi oxuyur. Onlarm ərzi-naməsi bundan ibarətdir:
“Biz Xivə millət məclisinin müvəqqəti əzaları məlum ediyo-
ruz ki, bu vəqtə qədər bizlər idareyi-müstəbidə və keyfiyyə zülmə-
tində sərgərdan və cəhalət vadisində heyran və nalan qalıb hər cür
tərəqqiyati-diniyyə və dünyəviyyədən məhrum bir halda yaşıyorduq.
Allahu-həmd və ləilhəmnə Rusiya dövləti-əziməsi təbəələrinin həqiqi
hürriyyətə sahib olmaları məlumumuz olandan sonra fürsəti qənimət
bilərək tarixi-hicrinin 1335-ci ili cəmadiül-sani ayınxn 25-ci günü
padşahımız Seyid İsfəndiyar xan hazirətdən ciddü-cəhdilə idareyi-
məşrutə və hürriyyət tələb edib mətlubumuza vasil və nail olduq. İmdi
194
qayeyi-məqsudumuz: səy və qeyrət edib xəlqimiz arasına ülum və
m əarif nəşr etmək və müəssisati-xeyriyyələr icad etmək, hökumət və
məmləkətimizə mütəəlliq bütün işlərimizi müntəzəm etməklə tərəqqi
dövrünə girib mədəni millətlər cərgəsində məsudanə yaşamaqdır.
Və lakin işbu mühüm vəqflər və qiymətli saətlərimizdə nəf və
zərərimizi kəmahu-həqqə təqdir edə bilən ziyalı mühəqqiq alimlər,
zəmanə əhvalatından baxəbər və iş bilici fazillərimizin azlığı və azlıq
cəhətindən məzkur məqsudlarımız icrasında çox məşəqqət müşküllük-
lər çəkməgimiz mühəqqəq və müəyyən duruyor.
Naqesanra bidel asan-nist kamil saxtən
Ta dəməd yek rişe sədbar əbruriz.1
Buna binaən siz hörmətli müsəlman qardaşlarımızm əvvəla həqiqi
hürriyyət nemətinə nail olmanızı və bu mübarək cəmiyyətinizi səmimi
qəlbimizdən təbrik ediyoruz. Saniyən siz sərvətməndlərdən iltimas
ediyoruz ki, biz acizlərin hasil etdikləri işbu hürriyyət və idareyi-
məşrutəmizin istehkamı, hüquqimiz və toprağımızm hər növ təərrüz
və təcavüzlərdən mühafızə olması üçün əngəl olucu müavinətinizi
əsirgəmiyəsiniz. Tərəqqi və səadətimiz yolunda bizlərə həmişə rəhbərlik
etmənizə ümidvar oluyoruz. Ta kim “xeyrünnəs mən yəntəhun-nəs”2
məzmuninə müvafiq “innəməl muminunə ixvatun”3 məfhumuna mü-
tabiq bəradərlik hüququnu üzərinə yetirəsiniz, deyə Xivə darüssəltənə-
si millət məclisinin müvəqqəti əzaları imza etdik. “Vas-sələmu alə mən
ittəbə-a-l-ahdi”4.
1335-ci səneyi-hicri 13 rəcəb. Rəis Hüseyn bəy Yuranı bəy və həm
millət məclisi əzalarının imzaları.
Altmcı məclis
Maym 7-də altmcı məclis iniqad etdi. Bugünki məclisdə Əlimərdan
bəy Topçubaşov ilə Fateh Kərimi cənabları sədarət ediyorlar. Xəlq hər
1 Naqisləri dəlilsiz kamilləşdirmək asan deyil,
Bir kök yüz dəfə cücərincə abır tökməkdir.
2 Həqiqətən (bütün) möminlər (bir-birilə) qardaşdırlar.
3 İnsanların ən yaxşısı xeyir verəndir.
4 Salam olsun dövrümüzə uyğun gələnlərə (Salam olsun mənə iman gətirənlərə)
195
günkündən çox, zal dopdolu. Zalın ortasındakı yoldä da vəkillər du-
ruyorlar. Bu gün bütün syezdi bir həftədən bəri məşğul edib də iki
gündən bəri əsəbiləşdirən məsələ, idarə məsələsi həll olunacaq. Məclis
açıldıqda Hadi Məqsudi cənabları söz alaraq syezd naminə gələn dilək
dəftərlərinin xülasəsini ərz ediyor. Bu diləklərin hamısında ümumi
olan bir məsələ vardır ki, o da Rusiyadakı türk dünyasmı birləşdirmək
məqsədindən ibarət. Bundan əlavə, Hadi əfəndinin məruzəsindən an-
laşılıyor ki, yüzdən ziyadə gələn dilək dəftərindən yarısı muxtariyyətli
xəlq cümhuriyyətini istəyib, o biri yarısı isə şəklindən bəhs etməyərək
ancaq xəlq cümhuriyyətinə rəy vermişdir. Sonra şəkli-idarə şöbəsi-
nin rəisi Nəcib Xələfin cənabları şöbə işləri həqqində hesab verərək
şöbənin iki-üç gündən bəri kəmali-ciddiyyətlə mübahisədə olduğunu
anlatıyor. Bu anlatmaya görə şöbə adətən şöbəlikdən çıxıb təqribən bü-
tün vəkillərin iştirak və hüzuru ilə iclas edərək nəticədə hər iki tərəfdən
məhəllə təklif olunan qətnamələri məclis oxuyur. (Qətnamələr oxucu-
larımıza məlumdur).
Xələfin cənablarmdan sonra müvəqqəti Büronun dəvətnaməsi
üzərinə məclisə təbrik üçün gələn Kadet firqəsi Moskva komitəsinin
rəisi knyaz Dolqorukova söz veriyor. Dolqorukov müsəimanlarm mə-
həbbətini itirmiş bir firqə nümayəndəsi olmaq üzərinə bir də nitqdən
məhrum olduğundan syezd tərəfindən güc-bəla dinlənilir. Hələ nitqin
məzmunu soyuqluğu bir az da artıyor. Knyaz Dolqorukov cəbhəyə get-
digini və orada müsəlman əskərinin mərdcə öldügünü gördügünü nəql
edərək bu ölməyi bilmək milli bir xasiyyətmidir, yoxsa dini bir hikmət?
Orasım çox bilmədigini, fəqət ona qalırsa bu həmiyyətin dindən
gəldigini söylüyərək məclisin həyati-diniyyəsini oxşamaq istəməklə
hala “müsəlmanlarm hissiyyat dövründən çıxmadıqlan həqqində rəyi-
sabit sahibi olduğunu” göstərdi. Bittəbii səmimiyyətdən ari olan bu nitq
məclisi darıxdırıb kürsüdən endi:“Yaşasın müsəlman milləti” sözünü
bir neçəsi alqışladılarsa da, əksəriyyət haman qalmaqal qalxızıb ka-
det vəkili şu qalmaqal içində məclisi tərk elədi. Qalmaqal yatsm - deyə
məclisə bir neçə dəqiqəlik tənəffüs verildi.
Tənəffüsdən sonra şəkli-idarə məsələsinin müzakiıəsinə başlandı.
M üzakirə məclisi nizami böyləcə məruzəçilərin nitqləri ilə başlama-
lıydı. Birinci məruzəçi olmaq üzrə Əhməd bəy Salikova söz verildisə
196
də imtina elədi. Onun kibi Məhəmməd Əmin Rəsulzadə cənabları
da hələlik söz almadı. Bu surətlə müzakirə federalizm tərəfdarı Nij-
ni vəkili Süleymani əfəndi nitqi ilə başladı. O gün saət 2-yə qədər bir
(federalist) ədəmi-mərkoziyyət, bir də mərkəziyyət tərəfdarı tərəfındən
natiqlər biri-digəri ardmdan mübahisəyə iştirak edərək qızıqlı danı-
şıqlar olmuş federasiya lehinə Volqaboyu intelligensiyasınm əksəri,
müəllimlərindən qismi-mühümmi, mətbuat ərkanından Fateh Kərimi
(“Vəqt” mühərriri), Hadi Atlasi, Tuqtarov, Zakir Əlqədari (“Turmuş”
mühərriri), üləmadan bir çoxu, sosial-revolyusioner məsləkindəki
əmələlərlə kəndçilər, tatar soldatlarından bir qismi, qadmlardan bir
hissəsi federasiya lehinə söz söyləyərək vilayət nümayəndələrindən
Türkistan, Qırğızıstan, Krım və Qafqasiya nümayəndələrinin demək
olar ki, haman hamısı bu nöqteyi-nəzəri müdafiə ediyor. “El” mühərriri
Ayaz əfəndi İshakov ilə Volqaboyu əmələ və kəndçi vəkillərindən ibarət
işçi qismi ilə soldatlardan bir hissəsi və əksəriyyəti Volqaboyu qadın-
larmdan ibarət olan ünas şöbəsi ilə bir qism tatar gəncləri, Qafqasi-
yadan dəxi Şimali Dağıstan nümayəndələrindən bir-ikisi mərkəziyyət
üsuli tərəfində idilər.
Saət ikidə məclisə tənəffüs verilərək saət 6-da təkrar məclis bərpa
oldu. Bu dəfə hər tərəfdən müəyyən beşər adama söz verilərək tərəfindən
natiqlər çıxıb, o cümlədən Fateh Kərimi, Əlimərdan bəy Topçubaşov,
Ayaz İshakov və sairləri bəyanatda bulunuyor. Nəhayət, gecə saət 1-də
doğru natiqlər qurtarıb söz məruzəçilərə verilir.
Əhməd bəy Salikov bir qədər hiddət və şiddətlə söylədigi nitqində
federalistləri şiddətlə tənqid edərək onları hətta əskilik və burjuyluq-
la, həqiqi millət mənfəətini düşünməməklə töhmətləndirərək aşağıdakı
vəchlə nitqini xülasə edib qərarnaməsini məclisə təklif elədi:
Rusiya dövlətini bir federasiyalı (muxtariyyət idareyi-raziyə) əsas-
larına bina edərək təşkil etmək topraq məsələsinin həll edilməsini
çətinləşdirəcəkdir. Çünki müsəlman xəlqinin də hissə alacağı yer
sərmayəsinin (zemelni fond) vücudə gəlməsinə mane olacaqdır.
Məmləkətin kənar vilayətlərindəki topraq sərmayəsi istemlak və
mühacirət (kolonizatsiya) məqsədlərinə xidmət ediyor. Lakin rus
mühacirətini yerli müsəlmanlar hesabına yapan və öylə də davam edən
istemlak (kolonizatsiya) siyasətini dayandırmaq gərək. Yerli müsəlman
197
xəlqlərini yer cəhətdən təmin etdikdən sonra artıq qalan topraqlar
nəsildaş və milətdaş bulunan sair yersiz müsəlmanlar üçün bir növ
yer sərmayəsi təşkil etməlidir. Yer məsələsinin bu surətdə həlli ancaq
mərkəziyyətlə idarə olunan dövlətdə mümkündür. Buna görə də krest-
yanlar federasiya əleyhinə rəy verməlidirlər.
Hər muxtariyyət daxilində olan əmələlər bütün məmləkət üçün
mərkəzdən nəşr olunan əmələ qanunlarmm feyzindən məhrum qa-
lacaq hər kəs öz daxilindəki qanuna tabe olacaq. Buna görə də Şərq
muxtariyyətlərindəki əmələlər hələ bir çox zaman zəhmət və məşəq-
qətdə olub 8 saətlik iş günü və dövləti sığorta kibi təminlərə əlləri ça-
tıncaya qədər çox zəhmət və əziyyət çəkəcəklərdir. Buna görə işçilər də
federasiyaya zidd getməlidirlər.
Yerli muxtariyyət üsuluna bina olunan üsuli-idarə müsəlmanların
ruhani təşkilatlarmm mərkəzdən ayrılmasma bais olacaq. Çünki hər
ştat öz ruhani təşkilatı dairəsində bulunub mərkəzi idarə təftişinə çox
ağırlıqla qatlanacaq, bu surətlə hasil olan kiçik muxtariyyətlərdə bir
çox məzhəb zəlalətləri və ya füzulluqlar doğacaq. Buna görə də imam-
lar, mollalar federasiyaya qarşı rəy verməlidirlər.
Rusiyanm Şərq ölkələrində olan yerli federasiya İdil boyundakı
müsəJman?arm ticarət və sənaye siniflərinin qisminə zor maneələr çı-
xaracaq və çox müşkülat açacaq. Çünki ticarət məsamələrinin birlik və
azadlığım itirəcəkdir. Buna görə də tüccar və sənaye sahibləri federasi-
yaya qarşı rəy verməlidirlər.
Yerli muxtariyyət idarəsi Türkistanda, Qafqasiyada qadmlar
məsələsini həll etməgə mane olacaq. Çünki oradakı qanun çıxaracaq
müəssisələr xatunlara bir qul və əsır kibi baxan kişilər əlində olacaq.
Buna görə müsəlman qadmları federasiya üsulinə qarşı çıxmalıdırlar.
Yerli muxtariyyət milli məsələləri həll etməyəcəkdir. Çünki nə qədər
ştat olsa, o qədər də milli məsələ olacaq. Əgər Rusiyada böylə üsul
qəbul edilsə, o zaman bir neçə yüz: min müsəlmanlar rus vilayətləri
içində qalıb ruslaşacaqlardır.
Yerli muxtariyyət müsəimanların var-çox siyasi qüvvələrini də
itirəcək, onları biri-birindən ayırıb yek-digərinə düşmən edəcəkdir. Bu
siyasi ayrılıq siyasətən bir olub da bir mərkəzə bağlı olmaq əvəzinə
müsəlman qəbilələrini biri-birindən ayıracaq, hər muxtariyyət özünə-
198
məxsus bir politika təqib edəcəkdir. Böylə olunca da hər Rusiya müsəl-
manlarmın öhdələrində olan tarixi vəzifə və məqsədlərini, Böyük Asi-
ya mədəniyyətinin dirilməsini və müsəlman millətlərinin Avropa bur-
juaziyası boyunduruğundan qurtarması kibi böyük vəzifələrin ifasmı
çətinləşdirəcək.
Şərq ölkələrində olan yerli muxtariyyət ancaq xanlara, bəylərə,
hər növ baylara, hakəza şəhər burjualarma və mühafizəkar ruhanilərə
faidəlidir.
Fəqət Rusiyanm və kənar vilayətlərinin ayrılığı və xüsusiyyətləri
nəzəri-etibarə alınmaq üçün Qafqasiya, Türkistan, Dala vilayətləri
üçün geniş idareyi-məhəlliyə təşkili mətlubdur.
Milli məsələlərin həlli isə milli-mədəni muxtariyyət idarəsinə tap-
şırılmalıdır. Bunun üçün mərkəzi bir müsəlman parlamenti vücudə
gətirməlidir. Buna görə də syezdə təklif olunuyor: bu qərarı alsm'ki:
Rusiya üsul-idarəsi ədəmi-mərkəziyyət əsasına bina olunan parla-
mentli cümhuriyyəti-ənam üsulunda olmalı və bununla bərabər, Qaf-
qasiya, Türkistan, Dala vilayətlərinə və Sibirya oblastlarına geniş bir
idareyi-məhəliyyə (mestnoye samoupravleniye) verilməlidir.
***
Əhməd bəy Salikovdan sonra ikinci məruzəçi olmaq sifətilə Məhəm-
məd Əmin Rəsulzadə cənabları son nitqini söylüyor. Alqışlar içərisində
minbərə çıxan xatib: millətdaşlar, deyə başlıyor və müarizim buraya
çıxdıqda nədənsə səmimi düşünməyi və millət fikrinə qalmayı ancaq
özü ilə həmməsləklərinin inhisarmda (monopoliyasında) təsəvvür edə-
rək o surətlə söyləşdi və bizləri millətə müzürr kibi göstərdi - şübhəsiz
bu bir açıq əlamətdir ki, həqqaniyyəti isbata yaramaz - diyor və
nitqində davam ediyor ki, məncə bu kürsüyə çıxan hər bir natiq vicdan
məsuliyyəti nə olduğunu dərk ediyorsa kəndi düşüncəsindən və millət
faidəsindən xaric bir söz söyləmək cəsarətində bulunamaz. Bən kəndim
buraya səmimiyyətlə söyləmək, etidaq elədiklərimi anlatmaq üçün çıx-
dıqda başqalarını da kəndim kibi təsəvvür etmək istiyorum. Məruzəni
tənqid ediyorumsa bu onun doğrudan söylədiginə şübhələndigim üçün
degil, yanıldığına, yaxşı dərk etmədiginə qane olduğum üçündür. Baş-
199
unı
qa dürlü olamaz da. Çünki həqiqəti söyləmək monopoliyaya almacaq
şeylərdən degildir.
Məruzələrimizin
mətləbini
yaxşı
dərk
eləmədiklərini
və
təsəvvürlərində yamldxqlarmı isbat etmək üçün hər şeydən əvvəl
Əhməd bəy Salikov cənablarınm birinci dəfə oxuduğu dokladım təhlil
edəcəgəm. Bu doklad bir çox təzad və tənaqüzlərə malikdir. Dokladçı
özü boynuna alıyor ki, hər bir millətin qüvayi-siyasiyyəsi ancaq özünə
məxsus müstəqil və azad bir cümhuriyyət şəkli sayəsində təmin olu-
na bilir1 və bu sözünü qüvvətləndirmək üçün məşhur üləmadan Blunç-
linin: “hər millət ayrı bir hökumət təşkilinə mükəlləfdir və bunu yap-
malıdır. Dünya kəndisində mövcud millətlərin sayları miqdarında
dövlətlərə bulunmalıdır. Qoy hər millət bir dövlət və hər dövlət milli bir
üzviyyət təşkil etsin” sözünü nəql ilə diyor ki, “milliyyət məsələsinin
ən təbii və məntiqli həlli budur. Fəqət təəssüf olunuyor ki, məsələnin
bu şəklində həlli bizə mümkün degildir. Çünki biz müsəlmanlara ayrı
bir hökumət xəyalı müqəddər degildir”, əvət öylədir. Müsəlmanlar ayrı
hökumət düzəltmək, türklər Rusiyadan ayrılmaq niyətində degildirlər.
Fəqət milliyyət məsələsinin həlli üçün ən müvafiq olan milli hökumət
lüzumu məna və məntiqinən qəbul edildikdən sonra “dövləti-
milliyyə”nin bir şəkli-məhdudi olan muxtariyyəti-məhəlliyə əcəba, ne-
çün qəbul edilməyib - m illi mənfəətlərə müğayir görülüyor da federa-
siya miliyyət məsələsini həll edəməz - deyə iddia oluyor. Bu öz-özünə
qarşı getmək, fikrən tənaqüzdə bulunmaq degilmidir? Madam ki, ən
mətlub olan müstəqil bir hökuməti-milliyyə bilfeil mümkün degilmiş,
0 halda buna yaxın.
Qadmlar, sizi əsirlikdə saxlamaq istiyorlar. Haydı qoymaym bu qatı
qəlbli federalistləri!.. Bunlar sizi cəhənnəmə, bız isək behiştə aparıyo-
ruz. Çünki təkəlli cümhuriyyətdə bütün siniflər rahət olacaq, qurd qo-
yunla gəzocək!
Əfəndilər, bir az diqqət ediniz, nərədə məntiq? - deyə sorun. Han-
ki sinfin mənafeyini müdafiə ediyorsunuz. Sual veriniz - syezdə -
zəhmətkeşləri düşünüyoruz - deyə cavab verəriər. O halda burju-
1
«C B o
6
o^H a« o p r a m m ıiH f l nonHTHHecKHX c h jib
Dostları ilə paylaş: |