149
Qafqasiya qurultayı
Yarın Bakı, Qafqasiya müsəlman həyatında Azərbaycan türkünün
ömründə görünməz bir gün görüyor.
Qafqasiya müsəlman ictimai açılıyor. Biz bu ictimaə - və bu kibi
ıctimailərə - qurultay adı vermək meylindəyiz. Rusiya müsəlmanhğınm
az istisna ilə hamısmı təşkil edən türk-tatar milİətinin tarixi ilə aşina
olanlar rusların “veçe”sinə bənzər əski zamanlarda türklərdə qurultay
olduğunu bilərlər. (Qurultay qurulur xan göstərərdi, yəni seçərdi).
İstibdad, bu Şərqdə hürriyyət cəlladı olan çar istibdadı hürr iyyətpərvər
Rusiya cəmaətlərinin qeyrətli zərbəsi ilə sərnigün olduqdan sonra bü-
tün vətəndaşların, tamam millətlərin əl-qollarındakı zəncirlər açıl-
dı; hər kəs, hər heyət, hər sinif və millət qüvvəti yalmz birləşməkdə,
bərkişməkdə görüb toplaşmaya başladı. Qafqasiya müsəlmanları, Azər-
baycan türkləri də bunu hiss etdilər. Qurultay qurmaq istədilər.
İştə, bu şərəf Bakmın hissəsinə düşüyor. Bu gün birinci Qafqasiya
qurultayı qurulur.
Bu qurultay bütün Qafqasiya müsəlmanlarınm ovzai-hazirə müna-
sibəti ilə keçirdikləri hal və hissiyyatə tərcüman olub onun siyasi, mil-
li və modəni ideallarımn baş mətləblərini aydın surətdə elan etməlidir.
Şübhəsiz ki, bu günlərin hökmündə yığılan bütün ictimailər kibi
birinci Qafqasiya qurultaymın tərtib və dəvətində qüsurlar ola bilər.
Fəqət bu qüsur onu hər halda müsəlman hal və hissiyyati-siyasiyyəsini
göstərəcək bir müəssisə olmaqdan salamaz.
“İsmailiyyə” binasmda yüksələcək səslər şübhəsiz ki, millətin ara-
sındakı əfkari-həyatinə tərcüman olacaqdır. Qoy o səslər millətin bila-
istisna hamı sinif və cərəyanlarınm kamil bir səlahiyyətlə söylənilmiş
sözü olmasm. Hər halda təxminən olsa da, onun diləklərini, istəklərini
və keçirməkdə olduğu hal və hissiyyatım göstərəcəkdk. Bu nöqteyi-
nəzərdən belə qurultayın qiyməti böyükdür. Onun alacağı qərarlar
mənən bütün Qafqasiya müsəlmanlarmm rəyi tələqqi olunacaq. Buna
görə də ümid edilir ki, bu böyük məclisdə söz söyləyəcək millətdaşlar
zaman və məkanı ətraflıca vəzn edərək mətləblərini mütəntən və
cəsarətlə bəyan edəcək. Amali-siyasiyyə və milliyyələrini nümayiş
150
etdirməklə bərabər siyasətdə əsl olan üsul və misal əndişəligindən də
uzaqlaşmayacaqlar. Azərbaycan türkünün rüşdi-siyasinə Qafqasiya
müsəlmanxnm mədəniyyətcə yetişməsinə bağladığımız ümidi biz bu
xüsusda əmin edə biləriz.
Əvət, bu gün Qafqasiya qurultayı hər şeydən əvvəl bizə hürriyyət
bəxş edən qəhrəmani-hürriyyətə bəyani-şükran edəcək, hürriyyət ni-
gahbanlanna etimad və etibarmı bildirəcək. Azad Rusiyanm yalnız
millətlərin azad bir surətdə vaqei-etilaf və yarışmaları sayəsində pay-
dar ola biləcəgini də qüvvəti-qəlb və imanla söyləyəcəkdir.
Yaşasın millətlərin hüquqi-mədəniyyə və siyasiyyəsini təmin edən
cümhuriyyəti-ənam torəfdarı olacaq Qafqasiya qurultayı!
M.Ə.RəsuIzadə
“Açıq söz”, 14 aprel 1917, JV»450
151
I
Qafqasiya müsəlman qurultayında
siyasi-milli məqsədlər
Bu mövzu Qafqasiya müsəlman qurultaymm ruznameyi-müzakira-
tında əvvəlinci idi. Qurultay sair məsəlolər kibi bu məsələni də əvvəlcə
bilatərəf mübahisə olunmaq üçün şöbəyə vermiş idi. Bu məsələyə
məşğul olan birinci şöbəyə üç-dörd cür cərəyana mənsub müqtədir
nümayəndələr daxil olmuşlardı. Üç gün davam edən müzakiratdan son-
ra birinci şöbə naminə Məhəmməd Əmin Rəsulzadə tərəfindən aşağı-
dakı məruzə qurultaym 4-cü iclasma təqdim edildi:
Millətdaşlar! Siyasi-milli məqsədlər həqqindəki nəzərlərə baxmaq
üçün seçdiginiz şöbənin bütün əfradı arasmda gələcək Rusiya üsuli-
idarəsinin mütləqa cümhuriyyəti-ənam olacağmda danışıq belə olmadı.
Bunun böylə olacağı bir əmri-təbii idi. Bir adamm keyfi ilə idarə olu-
nan Rusiyadan hər bir millətdən ziyadə müsəlmanlar zülm görmüşlərdi.
Buna görə də bunlar cümhuriyyəti-ənamdan başqa bir idarəyə meyl
göstərə bilməzlərdi. Onlar bilərlərdi ki, məşrutiyyət əsası üstündə da-
yansa da, padşah daima cəmaət əleyhinə hərəkət edən sünufi-məxsusə
əlində olacaq və padşah dərbarı məmləkət həyatmı zəhərləyən bir
mənbə olub qalacaq, orada cücərən mikroblar Rusiya vücudunu təkrar
istibdadla azarlamaq təhlükəsinə sala biləcəkdir. Bu mülahizələr şöbə
əzasını təşkil edən bütünümüzcə gün kibi aşkar və dəlil istəməz aydın
bir həqiqət olduğu üçüri cümhuriyyəti-ənamdan başqa bir üsuli-idarə
kimsənin xatirindən belə keçmədi.
Bütün şöbənin ittihadı ilə qəbul olunub üstündə iki rəy olma-
yan ikinci bir məsələ də var idi ki, o da Rusiya böyüklügündə, Bəhri-
Mühiti-Şimalidən tutub İrana, Saxalindən başlayıb Qara dənizə qədər
sərilən və dünyanın altıdan birini təşkil edib müxtəlif millətlərə malik
olan böyük bir məmləkətin bir nöqtədən, bir mərkəzdən idarə olunması
mümkün olmadığı idi. Hamısı qəbul ediyordu ki, bu məmləkət gərəkdir
ədəmi-mərkəziyyət üsulu ilə idarə olunsun.
İştə, burada şöbə əzası arasında iki rəy görülüyor, nəzərlər ayrılıyor-
du. Ədəmi-mərkəziyyəti bir qismi coğrafıya, məişət, ticarət və sənaətcə
bir halda olan vilayətlərə məxsus geniş səlahiyyətli idareyi-məhəlliyə
şəklində başa düşüyor, digər qismi isə Rusiyayı muxtariyyətlər (fede-
rasiya) üzərinə qurulu müttəfiq bir dövlət şəklində təsəvvür ediyordu.
152
Məlumdur ki, muxtariyyət ilə genış idareyi-məhəlliyə arasında osaslı
bir fərq vardır. İdareyi-məhəlliyədə o məhəllin idarəsinə aid olan bəzi
məhəll xozaystvosuna (alış-veriş, şosse yolları, kənd işləri, sənaət və
ticarət xüsusları) məxsus səlahiyyətlər aşkar olunur. Yerdə qalan dövləti
işlərin hamısı isə mərkəzi hökumət əlində qalıyor. Halbuki muxtariy-
yətlər üzərinə qurulan müttəfiq dövlətlordə iş bunun əksinodir. Ora-
da mərkəzi hökumətin görəcəgi işlər təyin olunub, o təyin xaricində nə
varsa hamısı daxili işlərində muxtar olan hökumətlərə mühəvvəl olu-
nur. Məsələn, dava elan eləmək, sülh imzalamaq, quruda, dənizdəki
hərb qüvvətlərini idarə etmək, gömrük, sövqəlceyş nöqteyi-nəzərindən
çəkilən dəmir yollar, sikkə, xarıci ticarət qanunları, əmələyə aid qa-
nunlar, müxtəlif muxtariyyətlər arasmda çıxan ixtilafların həlli, bütün
məmləkətdə siyasi azadlıqlarm təmini, məmləkət qanuni-əsasiyyəsınin
mühafizəsi kibi ümumi işlər həp bütün muxtariyyətlər tərəfmdən seçil-
miş ümumi məclisə və bu ümumi məclisdən ayrılan ümumi hökuməto
aiddir. Burasmı ayrıca qeyd etmək istiyoruz ki, muxtariyyətlərdən heç
birisi ümumi qəvainin-əsasiyyəcə təyin və təmin olunan azadlıqlar-
dan heç birisini fəsx və ya ilğa etmək həqqinə malik degildir. Yuxa-
rıda sayılan xüsuslardan əlavə nə qədər işlər varsa hamısı muxtariyyət-
lərə tapşırıhr ki, öz aralarından seçdikləri məclislərində onlar həqqində
qanunlar qoyub öz hökumətləri tərəfindən idarə olunurlar. Bütün mil-
li, mədəni, məhəlli və ədli qanunlar muxtariyyətlərin öz əllərində olur.
Muxtariyyət hanki mənada olsun va məhəlli nə kibi əlamətlərlə cı-
zılsın üstündə də qurultayın birinci bölgüsündə (şöbəsində) iki rəy var-
dır. Rəylərdən birisi muxtariyyətlərin hüdudunu milliyyət üzərinə təyin
etməyi təklif edib, o bırisi isə bu hüdudun iqtisadi və coğrafi olamətlərlə
təyinini tələb ediyordu.
Milliyyət zərurətini iləri çəkənlər diyorlardı ki, mədəni bir dövlət
azad fərdlərin azadlığına vaqe olan ittifaqmdan əmələ gələr. Dövlət
mədəni bir surətdə birləşə bilmək üçün vətəndaşlarmı tamamilə müstəqil
ediyor, yəni ayırıyor. Bir şəxs həqqındə möveud olan nəzəriyyə, bir
ailə, bir millətə dəxi aiddir. Çünki millət bir şəxsiyyəti-mənəviyyədir.
Rusiya azad və qüvvətli bir dövləti-mədəniyyə olmaq istərsə birər
şəxsiyyəti-mədəniyyə təşkil edən millətlərin hər növ hüquqi-bəşəriyyə
və siyasiyyəsini təmin etməlidır. Bu isə yalnız məhəlli milli prinsip
153
f
üzərino qurulan muxtariyyot və bu muxtariyyotbrin ittifaqından ibarot
olan muxtariyyotli cümhuriyyət osası ilə hasil olur. Bu nəzoriyyoyi
müdafio edonlor dünyanın ən modoni və mütərəqqi momləkətlərindən
olan İsveçrə, Amerika və Almaniya dövlotlərinin haman federasiya
əsası üzərinə qurulduğunu və dünya istiqbalmın dəxi bu əsasda oldu-
ğunu iddia ediyorlardı. Onlar hətta diyorlardı ki, böyük müslihlərin
təsvir elədigi ictimaiyyət, o səadəti-bəşər dəxi bu yol ilə hasil olacaq və
dünya böyük bir səltənət şəklində qurulacaq. Bu səltənət mütləqa millət
əsası üzərinə qurulmuş federasyondan ibarət olacaqdır.
Milliyyət məfhumunun mənasına gəlincə yenə rəylər ayrılırdı. Bir
tərəf diyordu ki, milliyyət dil birligi, tarix, adat və ənənat şərikligi ilə
təyin olunur. Buna görə də Rusiyada yaşayan müsəlmanlar əksəriyyət
etibarilə türkdürlər. Bu türklük əsası dəxi iləri tutulmalıdır. Sair Da-
ğıstan millətləri kibi müsəlman olan xırda millətlər isə, öz xahişləri
ı'lə olmazsa mütləqa türk olan müsəlmanlarm təmsilinə məruz qal-
mayıb milliyyətlərini mühafizə etmək surətilə türk olan müsəlman
muxtariyyətləri cüzinə daxil olurlar. Rusiya türklügünə gəlincə hər
bir xüsusda tobi) yoldan çıxmaq istoməyən bu csrəyan bütün äünya-
nm ittihadını ayrılmaq surətilə birləşməkdə gördügü kibi türklərin it-
tihadxnı da o vasitə ilə təmin etmək istiyordu. Diyordu ki, türklər bir
gün gələcək müttəhid olacaqlar. Fəqət bu ittihad müxtəlif şivələri,
ayrıca xüsusiyyətləri boğmaq surətilə olmayacaq. Azərbaycanlı
bir türk Füzulisindən, Nəvaisindən, Mirzə Fətəli Axundovundan
əl çəkə bilməyəcəgi kibi, tatar da öz mətbuatı, ədəbiyyatı, Abdul-
la Tuqayevindən sərf-nəzər edə bilməyəcəkdir. Öylə də qazax (qırğız)
“Alaşı” ilə “qazax”ını iləri çəkəcəkdir. Bunları mən etmək nə faidəlidir,
nə də lazım. Qoy hər kəs öz şivəsi, öz xüsusiyyəti dairəsindo tərəqqi
eləsin. İbtidai məktəblərdə doğma dilləri və yazıları ilə tərbiyə olun-
sunlar. Böylə ayrı bir xüsusiyyət üzrə tamamilə birləşib mədəni bir
qüvvət təşkil etdikdən sonra türklük ittihadı bittəbii daha sühulətlə ha-
sil olar. Necə ki almaıı ittihadı hasil olmuş, necə ki slavyanlıq ittihadı-
mn imkanı o surətlə təsəvvür edilməkdədir. Bundan ötrü də türkçülər
Azərbaycan ilə Dağıstan, Türküstan, Qırğızıstan və Başqırdıstan
üçün ayrı muxtariyyətlər istiyorlardı. Mədəni və milli məsələlərdə
ümumtürkləri birləşdirmək qəsdilə isə türk muxtariyyətləri arasın-
154
da ümumi bir türk şurası təsisini Iazım görüyorlardı, türk ittihadım
böylə təsəvvür edən türkçülər ittihadi-islamı da böylə anlıyorlar. On-
lar diyorlar ki, islamiyyət bir milliyyət degil, beynəlmiləliyyət vücu-
da gətiriyor. İslama daxil olan millətlərə göz örtüb də hamı millət-
ləri bir şəklə qoymaq və onları bir milləti-vahidə təsəvvür eləmək
məhaldır. Millətlər ibtidai halda bulunduqları zaman milliyyətlərini
din şəklində hiss edirlər və bu hiss kəndilərini din ətrafında birləşdirə
bilər. Fəqət bir millət tərəqqi etdikcə milliyyət hissi də tərəqqi edər,
o zaman din ilə cinsiyyətin ayrı-ayrı qüvvətlər olduğu anlaşılır. Av-
ropa millətləri bu halı çoxdan keçirmiş, müsəlmanlar isə imdi mil-
li duyğularla hislənməgə başlamışlardır. Hər bir müsəlman milləti
öz dili, tarixi, adat və ənənatı ilə birləşib, mədəni bir qüvvət təşkil
etməli. Hər bir müsəlman milləti özü-özlügündə bir milliyyət “yaşa-
ğı” vücuda gətirməli, tainki islamiyyət “dərz”i asanlıqla bağlana bil-
sin. İslamiyyət hər din kibi öz mədəniyyətlərində bir növ ümumilik
tərbiyə ediyor ki, bu da millət degil, beynəlmiləliyyətdir. Xristian
beynəlmiləliyyəti olduğu kibi müsəlman beynəlmiləliyyəti var. Fəqət
Almaniya, Fransa və yainki rus millətinə qarşı qoyulacaq müsəlman
milləti, müsəlman dili yoxdur.
***
Buna cavab olaraq müsəlmanlığı bir millət kibi tələqqi edənlər di-
yorlardı ki, islam başqa dinlərə bənzəməz. Başqa dinlər yalnız ibadət
qisminə aiddirlər. Halbuki dini-islam müsəlmanlarm dini və dünyəvi
hər bir xüsusiyyatım tənzim ediyor. O müamelatə də, ticarətə də, dünya
işlərinə də qarışıyor, müsəlmanın hər bir hərəkətini qaidə altına alıyor.
Buna görə onda öylə bir qüvvə vardır ki, müsəlmanlar hanki milliyyətə
mənsub olsalar da onlara bir növ milliyyət rəngi veriyor. Odur ki, hanki
müsəlmana sorsanız, türkəm degil, müsəlmanam der. Demək ki, bu tövr
müsəlmanlar özlərini bir kütləyə mənsub olmaq üzrə hiss edirlər. Bu
hiss isə hamımızm bir millət olmasmı göstərməgə kafidir. Bunun üçün
də Rusiyada yaşayan müsəlman millətlərinə ayrı-ayrı muxtariyyətli
idarələr lazım olmayıb bu muxtariyyətlər ancaq müsəlmanlıq əlaməti
üzərinə təyin olunmalıdır.
155
Bu iki əsas fikir arasında üçüncü bir fikir dəxi vardı ki, o da
dünyanm tərəqqisini iki cəhotində görüyordu. Biri milli və ruha-
ni amildə, digəri də iqtisadi tərəqqiyatda. Dünyanm iqtisadi tərəq-
qiyyatını tezləşdirmək üçün bu cərəyan məmləkətlərin, muxtariyyət-
lərin milliyyət hüdudu ilə ayrılmalarmı müvafiq görmüyordu. Çünki
2 parçalanmalarm böyük sinif mübarizəsinə mane olacağım düşünü-
yordu. Bunun üçün muxtariyyətləri geniş idarcyi-məhəlliyə şəklində
təlaqqi edərək onu milliyyət əlaməti ilə degil, əhvali-iqtisadiyyə və
məişət cəhəti ilə təyin etmək istiyordu. Milli və mənəvi cəhətlərin
təmini cəhətinə gəlincə milli şəxs muxtariyyət əsasmı məqbul görü-
yordu. Şəxsiyyotçilərcə milliyyət toprağa mərbut degildir. Millət əfradı
hər yanda olursa öz həqqi-milliyyətini təmin edə bilməlidir. Buna görə
bütün Rusiya müsəlmanlarından ötrü qanun qoymaq səlahiyyətinə ma-
lik bir ümumi moclis əmolə gətirilməlidir ki, o məclis və o məclisin
məhəllərdəki şöbəsi vasitəsilə bütün Rusiya müsəlmanlarmın milli
və ruhani işlərinə baxılsm. Buna qarşı isə milli məhəlli muxtariyyət
istəyənlər diyorlardı ki, milliyyət yalnız mədəni və ruhani xüsuslar-
da degil, hüquqi və idari cəhətlərdə də muxtar olmalıdır. Çünki bun-
suz hakimiyyoti-milliyyə bərqərar olamaz və onsuz da muxtariyyəti-
milliyyə söz olub qalar. Muxtariyyəti-milliyyə sinif mübarizəsinə
mane olur, keyfiyyətə gəlincə Almaniyanı nümunə göstərərək orada-
kı yarımmüstəqil müttəfiq dövlətlərin qətiyyən buna mane olmadığmı,
biləks ən mütorəqqi sinif mübarizəsinin başqa yerdə degil, ancaq orada
olduğunu göstəriyorlardı.
Bunlardan əlavə bir mülahizə dəxi vardır ki, Qafqasiyaya məxsus
bir muxtariyyət tələb olunsun. Qafqasiyaya məxsus ümumi parlaman
olsun. Digər millətlər öz dairələrində muxtar qalaraq Qafqasiya fcdera-
siyasmı təşkil eləsinlər. Rusiya ilə mərbutiyyət isə ancaq Ümumqafqa-
siya parlamanma aid olsun.
Muxtariyyətin ruhu, mənası və şəkli hoqqində bu kibi nəzəri ixtilaf-
lar varlığı siyasi komisyonda cızılmış idi. Fəqət komisyon əzaları hər
nə qədər öz fikirlərində sabit və bu fikirlərini yeritməkdə cahid idisələr
də, bu mühüm zamanda müsəlmanlarxn, türklərin birligini pozacaq
qərarlardan sakınmağa da o qədər qeyrət ediyorlardı. Onlar çox yaxşı
biliyorlardı ki, türklük və müsəlmanlıq həqqində olan əsaslı nəzəriyyələr
156
Rusiya müsəlmanlarma aid olunca bir növ elmi mübahisədon ibarət
olub qalıyor. Çünki otuz milyonluq müsəlman kütləsindən 29 milyonu
türkdür. Yerdə qalan bir milyon da komişyon danışıqları əsnasında qəti
surətdə aşkar oldu ki, ciddiyyəti-tamamilə türk mədəniyyətinə qovuş-
maq istiyorlar. Çünki kəndi başlarına müstəqil bir həyati-siyasiyyə
yaşayamıyacaqlarma qənaət ediyorlar. İştə, bu xüsusları nəzərə ala-
raq komisyon bütün cərəyanları birləşdirə biləcək bir əsas üstündə sö-
zünü bir elədi və muxtariyyətin hanki əsas və hüdud daxilində ola-
cağı məsələsinin həllini açıq buraxaraq müsəlman millətlərinin
bəqasmı təmin üçün Rusiyadan ötrü ən müvafiq üsuli-idarənin məhəlli
muxtariyyət üzərinə qurulu cümhuriyyəti-ənamdan ibarət olduğunu it-
tihadi-ara ilə qəbul etdi.
Bununla bərabər komisyon bütün Rusiya müsəlmanlarmm mədəni
və ruhani işlərini idarə üçün dəxi qanun qoymaq səlahiyyətinə malik
ümumi bir məclis təsisinə ehtiyac olduğunu dərk etdi.
Komisyon müzakirənizə təklif elədigi bu mətləbləri yarından
etibarən tətbiq olunacaq bir qərar şəklində dcgil, böyük bir arzu və amal
surətində tələqqi olunmasmı ayrıca rica edər. Biz Rusiyanm məhəlli
muxtariyyət üzərinə cümhuriyyəti-ənam şəklində idarə olunması ama-
lmdayız. Fəqət biliyoruz ki, bu arzumuz ancaq Rusiya məmləkətinin əsl
sahibi olan Məclisi-Müəssisanda bəravərd olacaq. Məclisi-Müəssisan
qərarı olmayınca bittəbii kimsənin əqlindən belə keçməz ki, qalxıb
özbaşına muxtariyyət elan eləsin. Qoy qəbul edəcəgimiz bu qərar bi-
zim işıqlı yıldızımızı təşkil eləsin və bu yıldızı özümüzə rəhbər ittixaz
edərək Məclisi-Müəssisana o surətlə hazırlaşaq. Oraya göndərəcəgimiz
vəkilləri məhəlli muxtariyyətli cümhuriyyəti-ənam tələbində olan
səxslərdən göndərək.
“Açıq söz”, 25, 26 aprel 1917, JNs457,458
Dərbar - padşah sarayı
Müslih - islah edən
Mühəwəl - həvalə olunmuş; dəyişdirilmiş
Sühulət - asanlıq
İlğa - ləğv etmə
Məhal - qeyri-mümkün, çətin
Bəravərdə - icra edilmiş, əmələ gəlmiş
Cahid - çalışan, cəhd edən
Dərz - qovuşuq, calaq yeri
Müamelat - kommersant
157
tranda rus çarizmi
“Utro Rossii” qəzetəsinin rus-İran işlərinə və 1909 sənəsində İran
inqilabı zamanmda Azərbaycan və Tehram gəzmiş olan mühərriri Ar-
dov Rusiya diplomasi nümayəndələrinin İranda nə qədər fənalıqlar
yapdığmı, Rusiya çarizminin İranı nə qədər əzdigini təsviredici bir
məqaləsində yazıyor ki:
İnqilabdan sonra İranda rus konsullarımn dəgişməsi rus nüma-
yəndəliginin yox dərəcəsinə gətirilməsi ilk nəzərdə bəlkə həqarət sam-
lar; böylə də olmalı idi - fəqət əgər biz adi qomşu kibi dolanmış olsay-
dıq. ITalbuki həqiqətdə əhval öylədir ki, biz buna qarşı etiraz etməyib,
hətta şad olmalıyız. Çünki inqilabdan sonra yeni xariciyyə vəzarəti özü
bu konsulları dəgişdirməli idi. Rusiyanm mənafeyi bunu tələb ediyor-
du. Zira bizim siyasi mazimizdə Rusiyamn “İran siyasəti”ndən əqlsiz,
rüsvay bir şey olamaz.
Bir vəqt tarix Rusiyanın İran siyasətini tamamilə açar. O zaman
“Rusiyanm milli siyasətindən” hamı hcyrətə gəlib konsullanmızm az
bir zamanda dost məmləkəti düşmənə döndərib Rusiyanın adım mənfur
etdiklərini və Azərbaycanda əskərlərimizin qan axıtmasmı tələb edən
vəziyyət hazırladıqlarmı görər.
Rusiya çarizmi öz xəfif qorxaqlığmı İrana da gətirərək etimadına
açıqcasına mədəniyyət gözləyən Azərbaycanı Qərbdən hücuma qar-
şı gözəl bir bufer (hail) etmək əvəzinə biləks haili pozub dağıtdı, İra-
nı iqtisadən güclü, siyasətən dost etmək əvəzinə fitnə, fəsad, rüşvət,
təcavüz, hətta qətl və sairə kibi məlum vasitələr ilə İranı daha zəif sal-
dı; onların müqəddəsatmı, vətənpərvərlik hissini ayaq altına aldı.
Rusiya təbələrinin mənafeyini mühafizə naminə Təbrizdə icra edil-
miş olan qırğın Təbrizdə “dövlət xainləri” adı ilə məşhur müctəhidlər,
mollalar və sairlərinin asılması, Məşhəddə müqəddəs məscidlərin top
qumbaraları ilə atəşə tutulması və hədsiz-hesabsız cəbrlər, zülmlər,
həbs və təqidlər, təcavüz və tovhinlər heç vəqt unudulmaz.
Bir çox illərdən bəri Rusiyanm böylə siyasətini diqqətlə təqib edərkən
bən bu “siyasəti” sükutla keçə bilməyib bəzi vəqt həqiqəti açmaq isti-
158
yordum, fəqət Petroqrad teleqraf agentəligi həmişə onu məharətlo giz-
liyordu.
Rusiya isə həmişə İrandan uzaq qalıb İranı əsla tanımıyor, an-
lamıyordu, Rusiyanm fikrinə yerləşdirilmişdi ki, “İran binizamlıq və
quldurluq məmləkətidir”. Rusiya öylə aldanmışdı ki, heç yerdən səs
çıxarılmıyordu. Biz də məcbur oluyorduq ki, Rusiyanın adını qan və
palçıq içinə salmış olanlar müqabilinə İngiltərə və Fransa mətbuatı
vasitəsilə mübarizə edək. Rusiyada heç şeydən xəbərləri olmuyordu,
güman ediyorlardı ki, Rusiya İranda “sülh və müsalimətlə” özünə yer
açıb mədəniyyət yolunda işliyor, iranilərin protestolarına “vəhşilər”
xəyalı kibi baxıyorlardı. Halbuki eyni zamanda bütün dünyanın qəze-
tələri rusların İrandakı vəhşilikləri həqqində bütün sütunlar, səhifələr
dolduraraq məqalələr dərc ediyorlardı.
Bu şeylər xariciyyə vəzarətinə təqdim ediliyordu. Fəqət o vəqt-
ki xariciyyə vəzarəti özünə zəhmət verib öz siyasətinə bir nəzər sal-
maq istəmiyordu. Biləks İranda rus diplomasi nümayəndəsi olan “çar-
cığaz”lara geniş meydan veriyordu.
Nəticəsi də pək fəna çıxdı. Rusiyamn nüfuzu bilmərrə məhv oldu,
Rusiyaya qarşı nifrət, almanlara, türklərə qarşı məhəbbət hasil oldu.
Hətta rusun qırmancı iranlıların hissiyyatmı belə öldürdü.
Bu müharibə vəqti də haman siyasətdən dolayı bir çox əskər qa-
nı axdı. Nəhayət, bir dərəcəyə yetişdi ki, rus siyasi nümayəndəliginin
adı belə iranlılar üçün nifrətamiz bir surət aldı. Fəqət ruslar nə siyasəti
dəgişmək istədilər, nə siyasətçiləri.
İmdi inqilabdan sonra ruslar ilə iranilər uzlaşdı, anlaşdı və rus kon-
suliarını çıxararaq yerlərinə konsulxana əvəzinə icra komitələri təsis
etdilər. Bəlkə burada bəzi nöqsanlar görülər. Fəqət bu işdə də təqsir bi-
zim hökumətimizdədir.
“Açıq söz”, 9 may 1917, JV»468
Hail - maneə, hasar
Təbid - uzağa sürgün etmə
Mazi - tarix, keçmiş
Tovhin - töhvə
159
Qəflət zamanı dcgil!
Bu gün seçki günü barəsində hər uçastokda ictimailər olacaq, ora-
da aym 21-də uçastok komitələrindən və onların tərzi-təşkil və intixa-
bmdan bəhs ediləcəkdir. Vətəndaşlar! Hamınız o ictimailərə gəlməli,
dinləməli, fəqət tamam zehin və fikriniz ilə dinləməlisiniz. Məsələ
xeyli mühüm məsələdir. Bu ictimailərdə bir çox məsələlərdən danışı-
lacaqdır.
Müsəlman arvadlarınm seçki həqləri vo onlarm tərz və təşkili barə-
sində, seçkilərin nə cür olması barəsində və digər bir çox məsələlərdən
bəhs ediləcəkdir.
Əvvəla, bu seçkilərdə mütləq arvadlarımızm seçkidə iştirak
etmələrini tələb etməlidir.
Müsəlman arvadlarından ötrü xüsusi bir mənzildə və yainki kişilərin
seçki seçdikləri mənzillərində kişilərdən iləri və ya sonra seçki icrası-
na nəzarət edənlərin də arvad olduqlarmı tələb etməlidir. Bizim imdi-
ki məhəllə seçkisi üsulu ilə Bakıda əhalinin əksəriyyətini təşkil etdi-
gimiz halda əqəliyyət də qalmağımızın qorxusu vardır. Əgər arvad-
larımız da iştirak etməzsə, o zaman səsimiz heç dərəcəsinə enəcək,
bundan sonra həm məhəllə komitələrində və həm də şəhər upravasın-
da əksəriyyət degil, əqəliyyətin ədna dərəcəsində qalacağız. Gələcəkdə
əqəliyyətdə qalmamaq və işimizin ixtiyarı əlimizdən çıxmamaq üçün
bundan sonra ediləcək seçkilərdə nisbəti gözləməlidir. Yəni hər millət
öz sayına görə səs verməlidir. O zaman bir yerdə yaşayan millətlərin
heç birinin hüququ itməz. Hər kəs öz miqdarma, öz hesabma görə öz
seçdigi adamlarmı verər və heç kəsin də ürəgi qalmaz və heç kəsin də
hüququna təcavüz edilməz. Bu üsul Avropanın ən demokratik hesab
edilən İsveçrə məmləkətində də icra ediliyor. Hərgah Rusiya doğru-
dan da arvadlara hüquq verəcək əndazə demokrat məmləkəti cümləsinə
girmişsə, cəmi Rusiyada bu demokratik nisbi (proportsionalnı) seçki
qaidəsini icra etməlidir, ta ki Rusiyada yaşayan hər bir millət ədalət
üzrə özünün payına düşən adamları bundan sonrakı Rusiyanm dövləti
və məhəlli idarələrinə verə bilsin.
160
Rusiya kibi müxtəlif millətli məmləkətdə bu seçki üsulundan başqa
ədalətə və həqqaniyyətə layiq heç bir seçki üsulu ola bilməz. Buna görə
də biz bugünki seçkilərdə imdiki məhəllə seçkilərinin nisbi (proportsi-
onalnı) olmasım və bundan sonra cəmi Rusiyada seçkinin nisbi olması-
nı və arvadlarımız üçün də kişilərdən ayn seçkilərdə iştirak etmək həq-
qini istəməliyiz.
Bu bizim həqqimizdir və bizim bu demokratik həqqimizi Rusiya-
nm azad hökumətindən tələb etməlidir. Əgər bu tələbimizdə ciddiyyət
göstərsək, guşəginlik, boşluq göstərməsək, yəqin edirəm ki, bu həqqi
bizə verərlər və buna məmaniət göstərməzlər.
Vətəndaşlar! Unutmaymız, sabah ictimailərə külliyyətlə gəliniz və
bu arzularınızı o ictimailərdə bir tələb surətində bələdiyyə idarəsinə
veriniz.
Bizim milli ehtiyaclarımıza bu iki şey çarə edə bilər.
Əvvəlincisi seçkilərdə arvadlarımızm kişilərdən ayrı iştirak etməsi,
ikincisi öz sayımıza nisbət bizə seçki həqqi verilməsi. Arkadaşlar!
Arvad məsələsində cahilanə təəssüb etməyiniz. Çünki bu təəssüb
nəinki müsəlmançılığımıza və millətimizə xidmət etməz, bəlkə bizi
seçkidə əqəliyyətdə buraxmaq ilə ixtiyarımızı əlimizdən alar ki, bu
da ki nə şəriətə və nə də millətə müavinət degil, zərər yetirər və bu
da bizi şəriət və milliyyətimiz qarşısmda məsul və xəcil edər. Biz də
böylə məsuliyyətli və tarixi zamandä bu məsuliyyəti və bu xəcaləti öz
öhdəmizə götürməməliyiz.
Arvadlı kişili seçkilərdə iştirak etməli və öz işlərimizin ixtiyarını öz
əlimizə almalıyız.
Dostları ilə paylaş: |