Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

103

işıqdır. Yer xahlarla döşəkli, eyni zamanda süfrə stolu ilə oturaq stulla- 
rı  da var.  Ləmələr bizirri  evlərdə olduğu kibi qab-qacaqlarla bəzənmiş, 
dörd tərəfdəki divar, buxarının üstündən mütəəddid nəlbəki və gül qab- 
lar nəsbilə zinətbnmişdir.
Kəndə xəbər düşüyor.  Bir azdan sonra odamız 20-yə qədər müxtəlif 
sində qoca və cavanlarla doluyor.  Şirin söhbətə başlıyoruz.
-  Həzarat, tazə qaidəyə necə baxırsımz -  diyoram.
-  Çox yaxşı!  Cavabmı ahyoram.  Fəqət bunun yaxşılığmı nədə görü- 
yorlar,  əcəba, məsələsi bəni maraqlandırıyor.
-  Neçün, tazə qaidənin sizcə nəyi yaxşıdır?
Burada rəylər təfavütləşir.  Bir  az mollaya bənzəyən  və  əmsalı  ara- 
smda alim görünən birisi:
-  Bakı  bizə  başdır,  -  diyor,  baş  məlum işdir,  nə  deyirsə  bədən  onu 
qəbul  etməlidir.  Siz  cənablar  bizim  başımızsmız.  Madam  ki,  siz  tazə 
qaidəni  qəbul və  təklif ediyorsunuz,  demək ki, bizim xeyrimizi  söylü- 
yorsunuz -  deyə  fikrini söylüyor.
Fəqət:
-  Bu Bakı sizə bir həftə əvvəl başqa hökmlər veriyordu. Bakınm hər 
söylədigi həqq və yaxşı olsa o zaman bundan əvvəlki qaidələrə də yaxşı 
demək lazım gəliyor -  işkalım  eşidincə qoca haman fikrini  izaha çalı- 
şıyor. Məqsədimiz cəmaət müəssisələri,  cəmaət başıdır -  diyor.
Anlatdıq,  baş  ancaq bədən salim  olduğu zaman  düz işlər.  Ona göro 
də  lazımdır ki,  düzələsiniz,  birləşəsiniz,  azadhq  yolunda bərk  durası- 
nız, tainki, başmız ağrıyıb sərsəmləməsin.
Digər bir  qoca  söhbətimizə  iştirak  eliyor,  “Bən  onu-bunu  bilmiyo- 
rum ” -  diyor.  “Bu qədər bilirəm ki, keçən zamanda bura bir uryadnik 
gəlsə idi, biz bu evin həndəvərinə də dolana bilməzdik. Amma imdi, di- 
yorlar siz qubernator naibisiniz.  Görüyoram bizimlə oturub qardaş kibi 
şirin-şirin söhbət edirsiniz.  İnsan kor olmalı ki, bu boyda fərqi görmə- 
məlidir”.
Doğrudur, qoca, afərin -  deyə rəhbərimiz Məşhədi Məhəmməd nida 
ediyor. Vallah pristavın hüzurunda titriyorduq. İmdi isə bilirmisiniz qu- 
bernatorun özü ilə çay içirdik.  Bizim rəyimizi  söruyor,  mətləblərimizi 
can qulağı  ilə eşidiyordu.
104
Sonra  söhbətlər müxtəlif mövzulara keçiyor.  Komitə  seçkilərindən 
bəhs  olunuyor,  məktəb  lazım  olduğundan  damşılır.  Bu  vəqtə  qədər 
cəmaət  şkol  istəmiyordu,  çünki  onun  ruhuna müvafıq  degildi  -   deyə 
mətləb  anlatılır.  Bundan  sonra  cəmaətin  öz  dilində,  öz  ruhunda mək- 
təblər  açılacağı  müjdəlik  verilir.  Nəhayət,  necə  bilərsiniz  tazə  idarədə 
kimlər gərək işləsin sualı meydana atılır və qoca Məşhədi  İbad:
-  Əlbəttə, cavanlar! -  deyə cavab veriyor.
“Qocalar  məsləhət verər.  Cavanlar  işlor,  çünki  qüvvət  onlardadır”. 
İştə,  söhbətlərimizin xülasəsi bir yerə gəlib çıxıyor.
Artıq saət  11-ə işliyordu.  Yemək verildi.  Süfrə iddia edə bilərəm ki, 
ortabab  şəhər  süfrələrindən  artıqdı  ki,  əksik  degildi.  Burada  hər  növ 
turşu, balıq,  əla kərə yağı,  cücə kababı, çığırtma, qovurma, plov hamı- 
sı sərrast idi... Məkulat böhram hiss olunmayırdı.
Evin müxəlləfatı, müsahiblərimizin münəqişatı, bizə qarşı göstərilən 
mehmannəvazhğm  dərəcəyi-səmimiyyəti,  hamısı  bu  zahirdə  əvam və 
hətta astaralılardan bəzisi nəzərində “küllən əvam” görünən kədlilərin 
olduqca mədəni  və  hər növ tərəqqiyə müstəid olduqlarını  isbat  ediyor. 
Rusiya millətlərinin hürriyyətdən istifadə ilə özlərini idarə edə biləcək- 
ləri həqqində bizə böyük ümidlər veriyordu.
Şam  yedikdən  sonra  ev  sahibino  təşəkkür  etdik.  Fəqət  ən  böyük 
təşəkkürümüz  xəlqlə  bilavasitə  etdigimiz  müsahibədən  aldığı.mız 
mənəvi əzayə idi...
Biz istirahətə qaldıq. Kəndlilər də sabahkı seçkilər həqqində öz ara- 
larmda məşvərətə getdilər.
' k ' k ' k
4-cü  gün  səhər Ərçivanda  ətraf kəndbrdən  gələn kəndli  nümayən- 
dələrinə seçkilərin necə olacağmı ögrətərək günorta Məşhədi Məhəm- 
məd Əliəskərovun evində bir az istirahət elədik. Binası, səlqəsi, müxəl- 
lifatı  tamam  avropalaşmış  bir  şəhər  evinə  bənzəyən  bu  evdə  bir  az 
istirahət etdikdən  sonra  atlar hazır oldu.  Yola çıxdıq.  Gedəcək,  gecəyi 
Tənkərudda qalacaqdıq.
Bənim  atım  sairlərindən  qıvraq və yerişli  idi.  Üstündəkinin bir sü- 
vari  degil,  yazıçı  olduğunu  nəzərə  almayaraq  heyvan  həvəslə  ibriyə
105

atılır, yerimək istiyordusa da “minici”nin xamlığı “minik’b  çoxda mey- 
dan vermiyordu.
Qafiləmiz  yeno  haman  əvvolki  qafılo  idi.  Foqot  bu  dəfə  M.  Xan 
da  bizə  yoldaşlıq  ediyordu.  Yol  getdikcə  dağbaşı  yuxarı  çıxdığından 
mənzorə  daha  şairanə bır  hal  alıyor,  nofəs  daha təmiz bir hava udma- 
ğa başlayırdı.
Bir  tərəfdən  gögərməgə  başlayan  cəngəlli  dağlar,  digər tərəfdən  də 
uzaqda  züm rüdin  bir  surətdə  görülən  əngin  dəniz,  bu  arada  gögərən 
parça-parça  meşolər,  orada-burada  bozaran  dügü  zəmiləri,  zəmilərdə 
çalışan əlvan qadmlar, günəş şüai ilə gümüşlənən güllər bəni düşündü- 
rüyor,  böyük  Astara  mahalmxn  qitəcə  Qaradağ padşahlığı  qədor  olan 
bu ölkənin birdən-dirə müsəlman əlindən, yerli istifadəsindon çıxıb da 
kilkinti əlinə keçməsini fikirləşiyordum.
Yoldaşlardan bir az aralanmış M.Xan ilə bərabər gediyorduq, birdən:
-  Xan, necə oldu, bu boyda ölkə birdən-birə əldən çıxdı? -  dedim.
M.Xan sərin bir ah çəkdi.
-  Sorma, hekayəsi çoxdur -  dedi.
Əsl sual kənarda qalıb Astara mahalının və ələlümum Talışxan xan- 
larmrn tarixino aid təfsilat başladı.
Yana  yaxıla  söyloyən  bu  təfsilatda  maraqlı  həqiqətlər  var.  M.Xan 
vəd  ediyordu  ki,  bu  həqiqətlər  həqqindoki  vəsaiqi-tarixiyyəyi  bənə 
göstərsin. Bu vəsaiq içində məsələn, Petroqraddan göndərilən əmrnamə 
var ki,  “Müstəfa  xan  uşaqlarmı  vuruşdurunuz”.  Həm  öylə  də  oluyor. 
Müstəfa xan uşaqları vuruşuyorlar, nəticəsi də o oluyor ki, Talış maha- 
hnm  qismi-mühümi zəbt olunuyor.
Xülasəsi  o  ki,  vəqtilə  yarım  müstəqil  olan  Talış  xanları  siyasi  int- 
riqalara  aldanaraq  parçalanmış,  kiçilmiş,  dağılmış,  yer-yurddan  əllori 
çıxmış, bir halə  gəlmişlər ki, məsələn,  “M.Xan” kiçik qardaşım  müftə 
əskərlik moktobinə verdirə bilmək üçün  ərizə vermiş, ərizəsində baba- 
larmın dövlətə “xidmət” etdiklərini də qeyd eləmişdir. Nə cavab almış, 
bilirmisiniz?
-  Sənin bu ərizən bizə Krılov hekayəsindəki qazları andırıyor...
Başqa sözlə, Müstəfa xanın İrana dönüklük edib də Rusiyaya kömək
etdigi müqabilində cüzi mərhəmət diləyən nəvəsinə demişlər ki:
“Kirəm pədər to bud fazil
106
Əz fəzle pədər tora çe hasel”
-  Bəli,  Romanov  sülaləsi  bizim  xanədanə  etdigi  qədər,  ehtimal  ki, 
kimsəyə ziyan vurmamışdır -- deyo M.Xan şikayətini tamam elodi.
Bu  həzin  hekayə  bitmiş  idi  ki,  iləridə  himhimə  eşitdik.  Bir  azdan 
qırmızı bayraqlar göründü.
-  Yaşasm hürriyyət!
Lənkəran  uyezdində  ilk  dəfə  təsadüf  elədigimiz  şey,  müsəlman 
məktəb uşaqları
Bu  sevimli  uşaqlar  haman  yol  kənarma  düzüldülər.  Biz  onları  qa- 
baqladıq:
-  Yaşasm gələcək nəsil!
-  UrraL.
Tənkəruda  yaxmlaşdığımızı  duyduq,  Bir  az  sonra  müəllimin  də 
gəldigini  gördük.  Salamlaşdıq.  Bu  başına  buraxılmış  mahalda  da 
məktəb varmış. B u bizə bir az təsəlli verdı.
Bir  az  sonra  dağ  yamacmda  vaqe  Tənkərudda  idik.  Tənkərud  da 
Ərçivan  kibi  böyük  kənddir.  Kəndə  yaklaşdıqda  gözlondigimizi  gör- 
dük.  Cəmaət məscid qabağına yığılmış, yola baxıyor. Ə traf kəndlərdən 
də  çox  adam  var.  Binə  qərib  bir  məhzər.  Bu  birinci  meydandır  ki, 
kədlilərin çoxluğu ilə üz-üzə gəliriz.
-  Kəndli  qardaşlar,  tazə  azadlıq  hökumətindən  sizə  salam!  -   deyə 
başladım.  Bir  saət  sürən nitqdə  hürriyyətdən,  tarixdən,  zamanın  oho- 
miyyətindən,  vilayət  hökumətlorinin  şəklindən,  kəndlilərin  özlərino 
neçə  kənd  komitələri,  pristav  komitələri  və  uyezd  komitələri  vücudə 
gətirəcəklərindən bəhs etdim.
Məşhədi Məhəmmədbənim sözlərimi tahşcaya tərcümə etmək istədi 
isə də cəmaət əksərimiz türkcə başa düşürük, özümüz düşməyənlərimizə 
deyərik -  deyə tərcüməyə ehtiyac olmadığmı bildirdi.
Mitinqdən  sonra  Məşhədi  Nəsrullah  Hacıbaba  oğlunun  evinə  düş- 
dük.  Çay gəldi.  Səhih kərə yağı ilə bal gətirdilər.  Bir az nəfəs aldıqdan 
sonra qürub çağı ayrı bir tamaşaya malik olan Astara mahalını quş uçu- 
şundan görmək üçün yamaca çxxdıq.
Teymüfşah  Verdiyev,  cavan  müəllim  özünün  nə  qədər  darıxdığı- 
nx  aniatıyordu.  Həqiqətən  no  qədər şairanə olsa da,  bu hər bir mədəni 
həyatdan uzaq olan bu çağda həyat ilə qaynayan bir cavan üçün payəndə
107

təslim olub  qalmaq böyük cihaddır.  Fəqət ülvi və müqəddəs bir eihad- 
dır.  Bu  “mücahid”  əvvəldə  çox  darıxırmış.  Çünki  uşaqları  türkcə bil- 
miyor. Müəllim də talışca anlamıyormuş. İmdi bir az onlar, bir az da bu 
yaklaşmış,  biri-birini anlamağa başlamışlardır.
Müəllim Bakıdan türkcə,  rusca qəzetələr alıyor.  Hətta Bakı qəzetə- 
lərinə bəzi müxabirələr belə göndəriyormuş.
Axşam  “Tənkərud  parlamanı”  qurulmuş,  müsahibə  başlanmışdı. 
Müsahibəmizə  Tənkərud  ağsaqqalları  ilə  bərabər  yaxmdakı  Pünəsər 
əyanı,  əzcümlə möhtərəm Hacı Osman Əfəndi iştirak eləmişlərdi.
Hacı Osman Əfəndi  Pünəsər  əhvalından xəbər veriyor,  diyordu ki: 
bizim kəndin cavanları bir az yaxşı hərəkət etmiyorlar.
— Necə?
-  Diyorlar ki, imdi artıq zaman bizimdir. Tazə hökumətə tazo adam- 
lar lazımdır.  Seçkilərdə cavanlar iştirak etməli,  işi cavanlara tapşırma- 
lıdır.
Yoldaşım  Kuznetsov  cavanların  bu  hərəkətini  təqdir  ediyor.  Hacı 
Osman  Əfəndi  i b   Kuznetsov  arasmda  uzun  bir  mübahisə  başhyor. 
Mübahiso nəticəsində anlaşılıyor ki,  Hacx Osman Əfəndi fikri sabit bir 
mühafizəkardır.  Fəqət mübahisənin  qulaq  asanlardakı  təsiri  hər halda 
mühafizəkarlıq lehinə olmadığı görülüyordu.
Cavan,  qoea  davasından  ziyadə  burada  yer  və  topraq  mosələsi  iti 
bir  haldadır.  Bu  itilik  bilxassə  “Tənkərud  parlamanmda”  görülüyor- 
du.  Bizimlə borabər olan M. Xan  1912-ci il topraq iğtişaşlarx  əsnasında 
o  zaman  Astara  mahalmın  sahibəsi  olan  Tağri  xanımm  amili  imiş. 
Amil  olmaq  sifətib M.  Xan bittəbii  xammınm tərəfini  iltizam eləmiş, 
kəndliləri özündən narazı etmişdi. Halbuki sonra bilənlərin dediklərino 
görə bu səyli  müdir Tağri  xanımdan  öz məvacibini  belə  sud  vasitəsib 
almaq məcburiyyətində qalmışdır.
Müsahiblərimiz arasmda diri, gözləri işxltxlı bir tip var.  Bu tip  1912- 
ci ildə kəndlilərin başına gələni anlatıyor. Yalnız dil ilə degil, gözləri ilə 
də damşıyor və diz-dizi iləriləyib az qalxrdx ki, Xanı yesin. Fəqət yalnız 
Xan degil, bu m üxalif hüzurdakı hacılara da “rəhm” etmiyor, “işlərini” 
açıyordu.
Yarım  zərafətlə  edilən  bu  “tənqidbr”  öylə  də  tələqqi  olunuyor, 
“ixtilafə” məhəl qalmıyordu.
108
Nəhayət, X anpək tutqun bir halda: həzərat, bən sizə bəlkə də vəzifəm 
həsbi  fənalxqlar  etmişəm.  Imdi  siz  özünüz  bibrsiniz,  bən  sizdən  az 
zərər çəkməmişəm. Köhnə səhvlərimi əfv ediniz, bundan sonra söz ve- 
riyorum ki,  sizin üçün çalxşam.
Məclisdə  ev  sahibinin  gözlərindən  zəkavot  yağan  kiçik  oğlu  da 
oturuyor.  Bu  cocuq  Teymur  Şahvcrdiyevin  şagirdlərindəndir.  Maraq 
ediyor.  Əzbərlədigi  parçalardan  oxumasım  istiyoruz.  Qoçaq  qalxı- 
yor.  Əvvəlcə  rusca  “Demyanova uxa”,  sonra da türkcə  “Cocuq” mən- 
zumələrini oxuyor.
Bu talış uşağxmn ləhcəyi-məxsus ilə türkcə şeir oxuması bənə başqa 
bir zövq veriyor. Bu kiçik m ilbtdaşı və gələcək vətəndaşx alqxşhyor, al- 
qxşlıyor, təhsin ediyoruz.
Müsahibə bitdikdən sonra yenə Ərçivan proqramı:  plov,  kabab,  qo- 
vurma, kərə yağx, şirin yuxu...
Səhər  günəş  dəniz  içərisindən  qalxıb  gümüşbnən  sulara,  biz  də 
mehmannəvaz Tənkəruda vida edərək Astaraya əzm ediyoruz.
M.Ə.Rəsulzadə_“Açıq_söz”,_24,_29,31_mart,_4_aprel_1917,_JV»432,_436,438,441'>M.Ə.Rəsulzadə 
“Açıq  söz”, 24, 29,31  mart, 4 aprel  1917, 
JV»432, 436,438,441
Məğdur -  haqsızlığa uğramxş
Nəfy -  sürgün etmə
Müfrit -  ifrat dərəcəsində olan
Məllak -  mülkədar, torpaq sahibi
Rəhbər -  yol göstərən
Vəsaiq -  sövq edən
Məhzər -  iclas, yxğxncaq, cəmiyyət
Amil -  agent, vəkil
İşkal -  çətinlik, əngəl olma
Mütəəddid -  çoxlu, cürbəcür
109

Bir böyük bayram daha
Rusiya  hürriyyoti  özünə  sadiq  qalaraq  tutduğu  ali  yolunda  mətin 
addımlarla  iləribyor.  Ilər  gün  vaqe  olan  tazə  qərarları  ilə  məmləkəti 
saran  istibdad zəncirinin birər həlqəsini  qırıb  atmaqla yeni  bayramlar 
törədiyor.
Bir böyük bayram daha elan olunmuş:  Rusiyadakı qeyri-ruslar həq- 
qində mövcud nə qədər milli, dini və hüquqi təhdidat və  qısmtılar var- 
sa hamısı götürülmüş; azad Rusiya vətəndaşları arasmda “ögey-doğma 
yoxdur” əsası elan olunmuşdur.
Hökuməti-müvəqqətənin  bu  xüsusdakı  qərarı  qismi-moxsusimizdə 
dərc  olunmuşdur.  Bu  tarixi  vəsiqə  ilə  tamş  olan  oxucu  həqiqətən  də 
məzkur vəsiqə nəşr olunduğu günün böyük bir bayram olduğunu dərk 
edər.
Köhnə  Rusiyada  ələlümum  vətəndaş  yox  idi.  Ancaq rəiyyətlər var- 
dı.  Bütün  Rusiya  millətləri  kor  çarımızm  rəiyyəti  idisələr,  qeyri-rus 
denilən  m ilbtlər rəiyyətin rəiyyətləri  idi.  Qula qul  olmaq -  iştə  köhnə 
Rusiyada  yaşayan  müsəlmanm,  yəhudinin,  erməni,  gürcü  və  sair 
“ögey”  millətlərin  çəkilməz  faciəsi!  Köhnə  Rusiya  rəiyyəti  arasm- 
da  ayrıseçkinlik olmaq  təbii  idi.  Çünki  rəiyyət  olan  rəiyyət  də  saxla- 
maq  istərdi.  Zatən  binai-zülm  bir  tərəfdən  tabe  olmaq,  digər  tərəfdən 
də mətbu bulunmaq  əsasma bağhdır.  Rusiyada yaşayan m ilbtlər azad 
vətəndaş  olduqdan  sonra,  vətəndaşlar  arasmda  ağ  sümüklü,  qara  sü- 
müklülər  bulunmamalıydı;  vətəndə,  mehriban  ana  olmaq  istəyən  bö- 
yük vətəndə yuxarı baş, aşağı baş ola bilmozdi.  Yazxnm,  sözün,  ittifaq 
və  cəm iyyətbrin  azadlığım,  şəxsin  müqəddəs  və  hər  növ  təcavüzdən 
məsun olduğunu elan edən bir hökumət şübhəsiz ki, ayrı-ayrı şəxslərdən 
təşəkkül edən millətləri əsarətdə saxlaya bilməzdi.  Onlara da hürriyyət 
verməlidi.  Şəxs  azad olunca şəxslərdən təşəkkül edən ailələrdən əmələ 
gələn  millətlər  -   bu  şəxsiyyəti*mənəviyyələr -   dəxi  azad  olmalıdılar. 
Azadlxq  hökuməti  tutduğu  yolunda  büdrəməyib,  elan  elədigi  əsaslara 
sadiq qaldı. Qulları azad etdikdən sonra qulların qullarını da azad etdi. 
Bu  tazə  azadlıq  sayəsində  rus  olmayan  bütün  millƏtlərlə  bərabər  Ru- 
siya  türk-tatarlarx,  müsəlmanlar  böyük  bir  nemət  qazanmxş  oluyorlar. 
Sənələrdən bəri gözlədigimiz, müqəddəs bir ideal kibi bəslədigimiz ar- 
zular artıqlamasilə verilmiş  oluyor.  Sənələrdən bəri yalvara-yaxara bir
110
l
cəmiyyət, bir məktəb açmaq ixtiyarını ala bilmədigimiz halda, imdi rus 
inqilabi-əzimənin  cavanmərdanə  çizdigi  bir  qələmlə  milliyyətimizin 
bəqasını təmin üçün nə lazımsa hamısını alıyoruz.
Bundan  sonra  bizi  tərəqqidən  Saxlayacaq,  hissiyyati-milliyyə  və 
diniyyəmizi  təhqir  edəcək  heç  bir  nizam  və  qanun  qalmadı.  Azadlıq 
hökuməti  bu  xüsusdakı  fikrini  əsasən  ta  əvvəlinci  gün  nəşr eləmişdi. 
Edə bilirdi  ki,  məsələnin bilfel həll edilməsini  sonraya da atsm.  Fəqət 
atmadı.  Atamazdı  da.  Çünki  bir  neçə  günlügə  olsa  da  azad  Rusiyada 
ögeylər, doğmalar qaldığmı etiraf eləmək hər şeydən əvvəl hissi-inqila- 
bı təhqir ediyor və hürriyyətpərvərlik məntiqinə sığmıyordu.
Yaşasın böylə hökumət!
Köhnə  Rusiyada m ilbtlər  arasmdakı  nifaq  son  dərəcəyə  çatmışdı. 
Bu  təbii  idi.  Bu nifaq məqami-ali  hökumətdən  təbliğ  olunuyor  və  ona 
ruh veriliyordu.  Çünki  “hökm  etmək  istərsən  ayır”  Makiavelli  düstu- 
rü rasputinlər tərbiyəsinə qadir olan köhnə idarə məhfıllərinin ən doğ- 
ru sandıqları üsuli-idarə idi. Millətlərin biri-birindən hüquqda fərqli ol- 
duqları və bəzi millətlərin digərbrinə nisbot daha ziyadə iltifatə məzhər 
olduqları  onları biri-birilə çaxışdxrıyor, aralarına rəqabət və nifaq salı- 
yordu.  Əxlaqi-siyasiyyə və ictimaiyyəyi zəhərliyordu.  Böylə  acı və qa- 
til  bir  zəhərlə  simlənən  Rusiya  vücudunu  sağaltmaq  üçün  millətlərin 
bərabərligini  elan  etmək və  hər növ  hüquqsuzluğu  aradan  qaldırmaq- 
dan  yaxşı  bir  padzəhr  olamazdı.  Millətin  etimadına  məzhər  olan  in- 
qilab  hökuməti  iştə,  bu  padzəhri  işlətiyor,  millətləri  hüquqi  qardaş 
etmək istiyor. Böylə səmimi bir xahişlə heç şübhə yoxdur ki, istədiginə 
müvəffəq  oluyor,  millətlər  ədavətlərini  unutuyor,  hər kəs  özünə  vasch 
meydan  və geniş nəfəs  almaq  imkanı verildigini  gördükdə “məza-ma- 
məza” deyərək bağırıyor ki:
Yaşasm millətlər ittifaqı!
M.Ə.Rəsulzadə 
“Açıq söz”  26 mart 1917, JV®433
Mətbu -  təbəələri olan, tabe edən 
Məza-ma-məza -  ərəbcə “olan oldu, keçən keçdi”
Padzəhr -  zəhərin təsirini məhv edən şey
111

■ llllll
Rusiya müsəlmanlarmm ictimai və 
Bakı müsəlman cəmiyyətlərinin borcu
İləridə  Məclisi-Müəssisan  yığışacaq.  Bu  məclisə  imdidən  hər  kəs, 
hər  parti,  hər  sinif,  hər  millət  hazırlaşıyor.  Müsəlmanlar  da  hazırlaşı- 
yorlar. Bu hazırlıq naminə hürriyyət hökumətini qüvvətləndirməgə ça- 
Iışanlar  komitələr,  təşkilatlar  vücuda  gətiriyorlar.  Yerlərdə,  şəhərlordə 
qurulan  komitələr  sonra  ictimailər  vasitəsilə  görüşüb  zaman  qarşısm- 
da nə kibi müttəhid hərəkətlərdə bulunmaq lazım olduğunu yəqin  edi- 
yorlar.  Müsəlmanlar  da  təprəşiyorlar,  birləşiyor,  toplaşıyorlar.  Günün 
hər  tərəfdə  görülən  təşkilatı  haman  mövcud  cəmaət  müəssisələrinin, 
cəmiyyətlərinin  ittihadmdan  və  müttəhid  bürolar  təşkilatından  iba- 
rətdir.  Bu  surətlə  vücuda  gəlmiş,  sair  sinif və  millətlərdəki  təşkilatlar 
da bu  surətlə  əmələ  gəlmişdir.  Orenburğ,  İstavropol  və  sair müsəlman 
mərkəzlərindəki  müsəlmanlar  da  bu  surətlə  toplaşmış,  bu  üsul  ilə 
təşkilat  vücuda  gətirmişlərdir.  Bakı  cəmiyyətləri  də  bu  yol  ilə  getmiş 
və bu xüsusda bir-iki qədəm götürmüşlərdi.  Sonra ortaya girən təhəm- 
mülsizlik,  dargözlülük,  əhəmiyyəti-zamam  layiqincə  anlamamaz- 
lıq  işi  mətlub  cığırmdan  çıxarıb  küçəyə  salmış,  arzu  olunmayan  de- 
di-qodulara səbəb  olmuşdur.  Nəticədə hər kəs təşkilatma bir şəkil ver- 
miş  olduğu  halda,  Bakı  müsəlman  fəalları  hala  bir  ittihad  əmələ  goti- 
rə bilməmişlərdir.
Müsəlmanlar  təşkilatsızlıqları  üzündən  böyük  vaqeələrə  qarşı  ha- 
zırlıqsız  qalmışlardx.  Bu  vaqeənin  nəticəsində  vüquə  gələn  müsəlman 
hərəkəti  qarşısında  Bakı  müsəlmanları  haman  vəziyyətdə  qalmış  olu- 
yorlar.  Cəmaətə  müntəzəmmən  söz  söyləmək,  mətləb  anlatmaq,  yol 
göstərmək,  cəmaəti  təşkilat  sahibi  etmək,  birləşdirmək,  kəndlərə  çxx- 
maq,  səyyar  natiqlər  heyəti  vücuda  gətirmək,  cəmaət  arasına  icra- 
sı  mətlub  lozunqlar  (şüarlar)  atmaq  gərək.  Bu  gərəklər  onsuz  da  az 
qüvvəmizi  bölməklə  vücuda  gələ  bilməz.  Ayrılıb  kəndi  başma  iş  gör- 
mək  istəyən  qəhrəmanlarımız  belə  işə  gəldikdə  yenə  kəndisi  ilə  ba- 
n şa  bilmədigi  adamlara  müraciət  etmək  məcburiyyətində  qalıyor- 
lar.  Bu təbiidir.  Bizdə  cəmaət xadimi,  iş  adamx  o  qədər azdxr ki,  cəmi
112
bir yerdə  olsa yenə  işə  çata  bilməz,  dərdə  dəva  olamazlar.  Harda qal- 
dı ki,  ayrxlsınlar.  İləridə  bəlkə  də  ayrüacağız.  Bəzi  xüsuslarda məslək 
və  rəviş  fərqimiz  olacaq,  bu  fərqlərə  ayrılmamayı  kimsə  təklif etmi- 
yor.  Birləşəbilməz  qüvvət  və məsləkləri  kimsə  bihudə  əmək  sərf edib 
də birləşdirmək istəmiyor.  İstənilən bir şey var ki, mümkündür,  lazım- 
dxr. O da zamanxn ortaya atdığı ümumi və milli məsələ ətrafmda birləş- 
məkdir ki, bu həm zərur, həm də mümkündür.
Bu  günlərdə  Gəncədə  xüsusi  bir  məşvərət  məclisi  olmuş.  Qafqa- 
siyanın  müsəlman  şəhərlərindən  oraya  nümayəndələr  getmişdir.  Biz 
təşkilatımxzı  başa  çıxaramadığımızdan  oraya  iştirakdan  məhrum  qal- 
dıq.  Bu ictima eşitdigimizə görə imdi rəsmi surətdə aprelin  5-də Bakı- 
da  vaqe  olacaq.  Ona hazırlaşmalıdır.  Bu  hazırlıq  da  ancaq  müsəlman 
cəmiyyətlərindən və münəvvər sünufə mənsub ürofanın birləşməsindən 
hasil  olan müttəhid bir büro  vasitəsilə  mümkün  ola bilər.  Zaqafqaziya 
müsəlmanları ictimaindən sonra nəzərdə ümumrusiya müsəlmanlarınm 
itcimai  vardır.  Oraya  da  hazırlaşmaq,  nümayəndə  göndərmək  lazım 
gələcək.  İştə,  bu  xüsusda  müsəlman  fraksiyası  Bürosu  rəisinin  bu 
sətirləri qaralayan aciz naminə çəkdigi teleqraf:
“Petroqradda müsəlman  fraksiyası əzası ilə Büro  əzasmdan mürək- 
kəb  Rusiya  müsəlmanlarmın  müvəqqəti  mərkəzi  Bürosu  təşkil  olun- 
muşdur.  Bilatəxir yaxında yığışacaq ümumrusiya müsəlman  ictimaini 
hazırlaşdırmaq üçün bir nümayəndə  seçib göndəriniz.  Arzu olunur ki, 
göndərilən nümayəndə bütün müsəlman cəmiyyətləri tərəfindən vəka- 
lətən gəlsin. Lazımdxr ki, yerli müsəlman cəmiyyətləri birləşib bir Büro 
vücuda gətirsinlər”.
İştə,  mərkəzi-məmləkətdə  oturan  və  bütün  Rusiya həyati-siyasiyyə 
və  ictimaiyyəsini  ətrafilə  seyr  və  mühakimə  edə  bilmək  imkanm- 
da  bulunan  müvəqqətı  mərkəzi  müsəlman  Bürosunun  təsəvvürü  dəxi 
hürriyyətin  ilk  günlərində  Bakx  müsəlman  cəmiyyətlərinin  mərkəzini 
qurmaq  istəyənlərin  fikri  ilə  tutaşıyor.  Başqa  dürlü  etmək  mümkün 
də  degildir;  bihudə  vəqt  sərf eləməkdir.  Şəkilbazlıqdır.  Halbuki  imdi 
şəkildən ziyadə fiıəna lazımdır.  Mənayı başqa dürlü düşünmək yanlışa 
düşməkdir. Doğru məna az-çox iş bacarır cəmaət xadimlərini bir araya 
toplamaq, onlarx birləşdirmək və müxtəlif cərəyanlarm xatirini əldə et- 
mək surətilə müttəhid bir Büro vücuda gətirməkdən ibarətdir.
113

Bunun  üçün  bütün  cəmiyyət  nümayəndələrinə  lazimdır  ki,  təkrar 
yığılsınlar.  Hissiyyat  və  xoşgöftarlıqdan  ziyadə  əql  və  təsəvvürlərinə 
güc versinlər.  9  adamdan seçiləcək Büro əzasınm siyahısım öylə tərtib 
versinlər ki, hər tərəfi razı salsm. Böylə bir razılıqdan sonra əksəriyyətlə 
məzkur  siyahıyı  keçirsinlər  və  haman  işə  başlasınlar.  Böylə  mühüm 
zamanda  bu  qədər  sadə  bir  işi  də bacarmaz,  bu  qədər böyük  mənalar 
qarşısında məntiqsiz  hissiyatımızı  boğmazsaq  mədəni  və  siyasi  rüşdə 
yetişmədigimizi  isbat  etmiş  oluruz.  Haydı,  millətdaşlar,  ey  cəmaət 
müəssisələri  ilə  sünufi-münəvvərə  nümayəndələri,  öhdənizdə  boyük 
məsuliyyət  olduğunu  dərk  ediniz,  düşənbə  günü  saət  5-də  toplaşaraq 
qərari-qəti almadan dağılmayınız. Bizi gözlüyor, bizdən iş istiyorlar.
M.Ə.RəsuIzadə 
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin