93
eləsin. Mehmanxana dəstə-dəstə gobn adamlarla dolur, boşalıyordu,
“mübarokimiz” olsun, “dazdrastvuyet svoboda” sözləri salam əvəzini
veriyor, hər kəs özünü hər şeydən əvvəl “vətəndaş” hiss ediyordu. Bu
sırada idi ki, qarnizon naçalnikinə gedən gəldi.
- Bən onları gözlüyordum? - deyə xəbər gətirdi. Fəqət:
- Bizim naçalnik cənablarınm şəxsinə aid bir işimiz yox, məqsədimiz
ofiserlər və soldatlarla görüşməkdir. Qoy naçalnik cənablan onları ha-
zır eləsin, gələk deyə - mətləbi anlatdıq. Adam getdi. Bir az keçməmişdi
ki, qapıda avtomobil durdu. Alnı təcrübələr gördügünə dəlalət edən qı-
rışıqlarla dolu və uzun bığları ilə əski polkovniklərdən olduğunu ilk
nəzərdə göstərən qarnizon naçalniki mütəvaze bir vəziyyotlə içəri gir-
di. Vürudimizi təbrik elədi və çoxdan gözləndigimizi də təbrikinə
əlavə etdi. Mərasimi-məmulədən sonra qarnizonun bizi gözlədigini
söylədi, bərabər çıxdıq. Avtomobilə səvar olduq. Burada müxtəsərcə
bir təarüf əmələ gəlmiş, nəhayət olmaz, deyə naçalnik “qonaqları” dal-
da oturdub özü qarşımızäa yer tutmuşdu. Avtomobil dayandı. Endik;
ştab mənzilinə keçdik. Soldatlarla ofiserlər tərəfindən “ura” deyə sa-
lamlandıq. Əvvəlcə yoldaşım Kuznetsov, sonra bən nitq edərək yeni
hökumət naminə oskərləri salamladıq, şəhidani-hürriyyət naminə diz
çöküb ruhlarma hörmət etdik. Yaşasm hürriyyət, yaşasın millət, yaşa-
sın ordu! - deyincə “ura” sədası təkrir etdi, ştab odasım gumburdat-
dı... B u mərasimdən sonra əskərlər horbiyyə vəzirinə təbrik teleqramı
çəkmiş, ofıserlər ayrı, soldatlar da ayrı olaraq Lənkəran icra komitəsinə
birər nümayəndə seçmişlərdi. Seçilən nümayəndələrin qollarına qır-
mızı şərit (lenta) bağlamaq mərasimi qarnizon naçalniki tərəfindən
bizzat icra olunub böyük bir ehtiramla əmələ gəldi. Bu mərasim təkrar
“ura” sədaları ilə qarşılandı.
Soldatlarla ofiserlərsə seçkiyə məşğul olduqları əsnada polkovnık
bizi kabinəsinə qəbul edərək inqilabın ilk günlərində Lənkəranda' 'aqe
olan əhvalı nəql eləmiş və “Y” admda otpuskada bulunan bir polkovni-
kin namünasib təbliğatda bulunduğu həqqində təkidən rəvayətlər getdi-
gı'ni söyləmişdı. Bu adamm m üxalif vəqt bir takım danışıqlarda bulun-
duğunu sonra başqalarmdan da eşitmiş olduq; oradakı ofiserlərlə sol-
datlar dəxi bunu təkid etdilər. Tazə hökumət manatı 25 qəpigə qədər en-
dirəcək, buna görə də tüccar xəsarətə uğrayacaq kibi nifaqamiz sözlər
94
damşdığını başqalarmdan da eşidə bildik. Əhval bu mərkəzdə oldu-
ğu üçün haman xəbər göndərdik. Məzkur polkovniki hüzura istədik,
adı ətrafmda bir takım namətlub şayələr dolaşdığı üçün Lənkəranı
tərk etmək, mənafei-millət ilə iqtizai-halə münasib olduğunu kəndisinə
anlatdıq. Zatən gedəcək olduğunu söz arasında anladaraq məsələnin
həllini təshil etmiş oldu və haman gün doğrudan da bizi Bakıdan gəti-
rən “İvan Kolesnikov” polkovnik “Y”i Lənkərandari apardı.
Ustan-Sakanm rəvayətinə nəzərən əvvəl günlərdə cəmaət hürriyyəti
bir az başqa dürlü anlamış, şəhər starostası Saturovun əleyhinə qi-
yam eləmiş və bir də qazamat qabağına yığılaraq dustaqların azalığı-
nı istəmişlər imiş. Fəqət qarnizon naçalnikinin başa salması ilə qane
olub hadisəsiz dağılmış, hər kişi öz evinə getmişdir. Polkovnik müsəl-
man cəmaətinin hüşyarlığmdan məmnun qaldığını söylüyordu. Arada
bir növ hökumətsizlik hasil olduğundan görünüyor ki, cəmaət bitərəf və
şayani-etimad bir qüvvə olmaq üzrə ancaq qarnizonu görüyor, ona görə
də hər bir şikayətlə ona müraciət ediyormuş.
İlktəşəbbüsümüzbu surətlə başlanmış və qarnizon tərəfindən seçilən
iki əskər nümayəndə ilə bərabər “xəlqə doğru” hərəkət eləmişdik.
Proqramımız saət I2-də Böyük bazar məscidində, saət 2-də Ki-
çik bazar məscidində, saət 4-də Suxtəmərdabda, saət 6-da da fəhlə
məhəlləsində bulunmaq idi.
Fəqət proqrama başlamadan əvvəl proqram xaricində bəzi işlər
görmək lazım gəliyordu. Ştabdan çıxanda rus-müsəlman şagirdlərdən
ibarət qorodskoy şkola məktəbinin şagirdləri qabağımızı tutdular. Bir
ərizə verdilər. Biz bu cavan vətəndaşları alqışladıq. Boyda ən kiçikləri
nitqə başladı. Yoldaşım Kuznetsovun rəyincə gələcəyin m üxalif və-
killərindən olacaq bu uşaq öylə bir hərarət və səlasətlə danışıyordu
ki, insanın heyrəti gəliyordu. Bu kiçik natiq “biz vətəndaş olacağız,
vətəndaşdan diplom degil, bilik istəyəcəklərdir. Ilalbuki müəllimimiz
“P.F.” bizə şey ögrətmiyor, başımızı tovlıyör, heç zad bilmiyor. Sizdən
rica ediyoruz ki, bizi bü müəllimdən qurtarasınız”. Biz şagirdlərin böylə
həqiqi vətəndaş olmaq niyyətində olduqlarını əsasən təşviq etdikdən
sonra anlatmaq istədik ki, bu kibi işlərə baxmaq məktəb heyətinin öz
işi, m əarif idarəsinin vəzifəsidir. Biz isə başqa vəzifəyə gəlmişik. Tazə
95
hökumət hər kəsi işə və asayişə çağırıyor. Şagirdlər də işləməli, sakit
olmalıdırlar.
Şagirdləri müvəqqətən sakit etdikdən sonra yaxm kəndlərdən
gəimiş bir dəstəyə rast gəliyoruz. Bunların ərzi var. “Kəndlərində
kəndxuda yaxşı imiş, ona əl dəgməsinlər, qalsm”. Başa salıram ki,
kəndxudanı özləri seçəcəklər. Əgər imdiki yaxşı isə qoyarlar qalar. Yox
yamansa başqasmı seçərlör. Yolumuza davam ediyoruz, Böyük bazar
məhəlləsinə gəliyoruz. Məscid həyəti adamlarla dolmuş, gözlüyorlar.
Hər sinif əhali var, başda mollalar. Məscidin qabağı yüksəkdir, bir neçə
pillə ilə çıxılır. İki komissar ilə iki qarnizon nümayəndələri pillələri çı-
xıyoruz. Qarnizon naçalniki do bizimlədir. Maraq edib gəliyor.
- Cəmaət! - deyə xitab ediyor. Nitqə başlamaq istiyorum, heç inti-
zar eləmədigim:
- Bəli, cavabmı eşidiyor, bir az duruxuram, sonra haman dərk edi-
yorum ki, mitinqə ögrəşməmiş olan xəlq xitabı cavabsız buraxmaq
“nəzakətsizligində” bulunmaq istəmiyor.
Qarşımda 7-8 yüzlük bir cəmaət görüyorum ki, azad söz üçün
təşnədir, söylüyorum. Əvvəlcə tarixi-hürriyyətdən bəhs ediyo-
rum. Dekabristlərdən başlıyor, 1905-ci ilə gəliyor, 1917-ci ildəki
müvəffəqiyyəti və bu müvəffəqiyyətdəki əzəməti zikr ediyorum.
Şühədai-hürriyyətin böyük və fədakar ruhlanna bin təzim, deyincə
xəlq ikiqat oluyor. Bu hürriyyət xəlq ilə ordunun birligindən hasil ol-
muşdur. Bu birligi cismləndirmək üçün yanımdakı ofiserin əiini tu-
turam:
- Yaşasm azadlığa çalışan ordu! - nidası alqışlara qarışıyor.
Hürriyyət yolunda ölənlərin həqqi verildikdən sonra hürriyyo-
ti möhkəmlətməkdə olan imdiki hökumət adamlarmı təqdir etnıək
növbəti gəliyor. Beyət əlləri qalxıyor. Rodziyankoya təbrik və etimad
teleqramı göndərmək təklifi gurultulu alqışlarla qəbula keçiyor.
Sonra bu məhəllədən müvəqqəti icra komitəsi şurasına seçıləcək
5 nümayəndənin nə şəkl ilə seçiləcəgini anlatıyorum. Hazırdakı xəlq
iyirmi-iyirmi ayrılacaq, hər iyirmi adam bir adam seçəcək, sonra bu
adam lar yığışıb öz aralarından hər on adama birisini seçəcəklər, onlar
da gizli rəy vermək surətilə beş adam seçəcəklərdir.
Deyirlər ki, biz adamlarımızı seçmişik.
96
- Nə cür seçmisiniz?
- Hələ ağızdan, aşkara.
- Bu olınaz, düz degil.
- Lənkəranda başqa cürə seçki mümkün degildir.
- Cəmaət, siz imdi tazə hökumətə beyət etdiniz. Onun elan elədigi
əsaslarındandır ki, seçkilər gizli, ümumi, müsavi və müstəqim olsun.
İmdi Lənkəranda olmaz, deməginizlə siz tazə hökumətə əks olmuş
olursunuz.
Bu söz doğru seçki tərəfdarlarım cəsarətləndirməlidir ki, “özləri
üçün diyorlar, əsl doğru seçki siz deyəndir və mümkündür” sözləri eşi-
dilir. Orada bulunan doktor Əliheydər Cavadov mitinqə sədarət ediyor,
seçkilərə başhyorlar, biz isə haman heyətiıjıiz ilə Kiçik bazar'məscidinə
azim oluyoruz.
Qarşımızda səmimi, həmahəng və müttəhid bir cəmaət buluyoruz.
Bir neçə gün şagirdi olduğum Tağı bəyi də burada buluyorum. Qocal-
mış, qiyafəsi dəgişmiş, varatnik pencəgi atıb əba, qəba geymişdir. Gö-
rüşüyor, tamşıyoruz. Böyük bazardakı proqram burada da təkrar edi-
yor. Tağı bəy Bayrambəyov sədarətində xəlq seçkiyə başlıyor, biz isə
kəndisini vida edib Suxtəmərdaba gediyor, orada da mitinq və seçki
düzəltiyoruz.
Məhəllələrdə seçilən seçkiçilər hamısı o günü gələcək. Axşam
saət 6-da bizim yanımızda şar salmaq surətilə öz nümayəndələrini
seçəcəklərdi. İş sabaha qalmadı. Haman gecə suxtəmərdablılar mol-
laları molla Həmid Məhəmməd Əli oğlunu seçdilər, Xəlil adlı birisi-
ni də ona naib qərar verdilər. Qırmızı şərit mərasimi-məxsusə ilə molla
Həmidin sol qoluna bağlandı.
Suxtəmərdablılardan sonra növbət kiçikbazarlıların idi. 11 adam-
dan 6-sı namizədligini qoydu, bunlardan 3-ü məhəllənin mollaları idi.
Fəqət intixab üç mollamn üçünün də qaralanması ilə nəticələndi.
Böyük bazar nümayəndələrinə gəlincə məsələ bir az müşkülatsız ol-
madı. Əksərən kəsəbə sinfindən ibarət olan Kiçik bazar məhəlləsindəki
ittihad və sözübirligə rəğmən “xan məhəlləsi” olan Böyük bazarda ni-
faq və çəkişmə mövcud olduğu, həm də şiddətli olduğu sezilib çıxı-
yor, seçkilərin gizli olduğuna baxmayaraq “pırtlıyıb” ortaya atılırdı. İki
cərəyamn qarşı-qarşıya gəldigi haman seziliyor, fəqət Lənkərana, daha
97
doğrusu, Böyük bazara məxsus bir rəng alaraq məsələ osasilikdən çı-
xaraq şəxsiyyatə keçiyordu. Bərəkət versin ki, Lənkəran cəmaətini biri-
birinə bağlamaq üçün işlətdigimiz bitərəflik ipi tərəfmin çəkişməsindən
qırılacaq qədər qaimsiz çıxmadı.
Gecə saət 11 idi. Bu günü nahar etməmişdik. Tazə seçilmişlərin
“ippaletlər”ini qollarına bağlayıb yola salmış, özümüz də şam edib yat-
mağa səlahiyyəti-tam görmüşdük.
Xəlq içindəki birinci günümüz böylə keçmişdi...
' k ' k ' k
Birinci gün Lənkəranın bütün müsəlman məhəllələri seçkilərini qur-
tarmış və öz nümayəndələrinin qərarı ilə hökuməti-müvəqqətiyə təbrik
və biət teleqramı göndərmişlərdi. İmdi şəhər idarəsi ilə şəhərin mərkəzi
məhəlləsi və şəhərdəki cəmaət müəssisələrinin nümayəndələrini
seçmək məsələsi qalıyordu.
Şəhər idarəsi başında duran Saturov nam şəxs şəhərin həyəcan və na-
razılığma səbəb oluyordu. Ə traf məhəllələr, bilxassə bütün müsəlman
hissələri bu adamın tərəfgirligindən şikayət ediyor, bir ağızdan çıxa-
rılmaisını tələb edib duruyorlardı. Zatən bu xüsusda əvvəlcə Bakıda ic-
las edən uyezdlər syezdində ondan şikayətlor gətirmiş və quberniya
komissarı İlyuşkindən dəxi şəxsi-məzkurin əzlini istəmişlərdi. Nara-
zılıq səbəbi isə böylə göstərilirdi ki, bu adam ancaq şəhərin mərkəziııə
- ki əksərən külliyyəti əcnəbilərdən ibarətdir — xidmət edib digər
məhəllələri incitmiş, mövqeindən istifadə edərək məkulat və bilxassə
qənd satışı ilə məşğul olmuşdur. Şikayət yalnız müsəlman tərəfindən
degildi. Lənkərana gəldigimiz birinci günün axşamı rus qadınları da
mehmanxana qapısma toplanmış, “o zalımı bizim başımıza təkrar ağa
dikməyin” - demişlərdi. “O zalım” isə Saturov imiş ki, “xəlqi ac bura-
xıyormuş”. Əlbəttə, böhranlı zamanlarda məkulat işi ilə məşğul olan zat
“hər kəsi” razı salamaz. Fəqət bu qədər ümumi bir narazıhq qarşısın-
da dəxi heç bir “cəmaət adamı” üzə salıb yerində qalmaz. Saturov isə
yalnız qlava yerini dolandırmayır, Lənkəranda təşkil olunan müvəqqəti
komitənin rəyasətini də idarə ediyordu ki, bu surətlə Saturov əleyhinə
olan narazıhq bir növ komitə əleyhinə kibi görülüyordu. Məntiq hökm
ediyordu ki, Saturov “günahsız da” olsa, ümumi iş xatiri üçün işdən
98
çəkilsin. Bununla belə şəhər idarəsi tərəfindən tazə komitəyə Saturov
seçilmişdi. Fəqət rəylər bərabər gəldigindən ötrü sədr olduğu üçün öz
rəyilə keçmişdi. Biz bunu qəbul etmədik. Seçkiyi təkrar tazələdilər.
Yenə Saturov çıxdı. Üçüncü dəfə tazələndikdə artıq məsələ həll olun-
muş, Saturov degil Əskərxan Talışinski çıxmışdı.
Fəhlə məhəlləsinin seçkisi də bir az tul təfsil aparmışdı. Bu məhəllə
əksərən xristianlardan ibarətdir. Yaşayanları məmurlar, balıqçılar,
tacirlər, soldatlar və sairdir. Sinif və mənafecə çox rəngarəngdir. Birin-
ci gün seçkiləri baş tutmamışdı. İkinci gün 20 adamdan bir vəkil hesabı
ilə 19 adam gəldi. 19 adam seçəcəkləri bir adam üçün 10-a qədər nami-
zəd qoydu, səslər bölündü, birinci dəfə kimsə əksəriyyət qazanmadı,
ikinci dəfə də məzkur Saturov mərkəz məhəlləsinin nümayəndəliginə
seçildi.
Cəmaət müəssisələrinə gəldikdə Lənkəranda hazırda iki müəssisə
bulduq. Bunlardan birisi rus balıqçılarına məxsus “mülki kredit”
cəmiyyəti, ikincisi də “kooperativ” dükam idi. Bu böyük müsəlman
şəhərində isə məəttəəssüf cəmaət müəssisəsi naminə bir danə də olsa
cəmiyyət yox idi. Lənkəran əhli-məarifi ilə bu xüsusda söhbət elərkən
qəribə bir hekayə nəql etdilər:
Cavanlar neçə ay bundan əvvəl yığışır, bir m əarif cəmiyyəti təsisinə
himmət etmək istərlər. Lənkəran əyanmdan birisinin evinə yığışmaq,
orada mətləbə əncam vermək eylərlər. Ev sahibinin oğlu bu mətləbin
pişi-ahənkarmdan ikən o günü vədə olunmuş evə gələn cavanlar qapx
ağzmda əli çomaqlx “atam” ki, görərlər “gedin buradan, bənim evimdə
belə işlər olmaz” diyormuş. Fəqət təəccüb orasıdır ki, “evində cəmaət
işlərinə məhəl verməyən” bu zat imdi “cəmaət işlərindən” kənar dur-
maq da istəmiyor.
Nə isə, Lənkəran şəhəri cəmaət müəssisələri tərəfindən də nüma-
yəndə seçildi, Vasilyev.
Artıq komitə əzaları tamamilə seçilmiş, Lənkəran şəhər komitəsinin
şurasx vücuda gəlmişdi. Şura cəmən on beş adamdan ibarət idi ki, bun-
dan 11-i müsəlman, biri rus, biri erməni, ikisi də əskər idi.
Vürudimizin ikinci günü axşam bütün seçilmişlərlə şəhər idarəsinin
zalxnda şuranın birinci İclasxnx qurmuşduq. İclasa bən sədarət ediyor,
yoldaşım Kuznetsov da katiblik vəzifəsini görüyordu. Şura öz arasında
99
hələlik 7 nəfərdən ibarət bir komitə seçməgə qərar verdi. Bu 7 nəfərdən
ikisi qarnizon nümayəndəsi olacaqdı. Yerdə qalan beş adam isə seçki
ilə olacaqdı.
Nümayəndələr içəridə seçki ilə məşğul olmaqda ikən, xəlq bayırda
gözlüyordu. Hətta arabir səbrsizlik edib qapılardän içəriyə doluşuyordu
ki, bəzən kəndilərini məclisi tərk etməyə dəvət etmək lazım gəliyordu.
Axşam saət 7-dən işə başlayan şura nəhayət saət 11-də işini qurtar-
mış, yeddi adamdan ibarət bir komito ilo bərabər tazə şura idarəsi rəisi
və ordu idarəsi komissarı seçmişdi.
Komitə rəisliginə Lənkəran əhli-məarifindon hüquqşünas Soltan
bəy Qulubəyov, iki müavinliginə Lənkəran notaryusu Qaniçev ilə dok-
tor (zabit) Batanov; əzalığa isə Tağı bəy Bayrämbəyov, Əsəd xan Talı-
şinski, doktor Əliheydər Cavadov, Yusif bəy Mehmandarov cənabları
seçildilər. Daşdəmirov cənabları da bunlara namizəd təyin olundu.
Seçkinin nəticəsi aşkar olduqda şəhər idarəsi starostası Saturov söz
istəyib, altı ildən bəri cəmaətin kəndisinə göstərdigi etimada təşəkkür
edərək imdi artıq vəzifəsindən istefa elədigini, ona görə də yerinə baş-
qa birisinin təyinini istədi. Comaət bu işi məəttəşəkkür qəbul edərək
bir çox isrardan sonra notarius Qaniçevi şəhər işlərini idarəyə təyin
elədi. Sonra iləridə uyezd komitəsi toşkil oluncaya qədər qərar verildi
ki, komitə rəisi Soltan bəy Qulubəyov uyezd naçalnikinin yanmda ko-
missar olsun və onun imzası olmadan heç bir qərar və əmrnamə sadir
olmasın.
Məclisin bu qərarı məclis sədri tərəfindən haman küçədə ayaz altın-
da gözləyən cəmaətə elan olunub eyni zamanda xəlq dəvət olundu ki, öz
seçilmişlərinə etimad və kömək eləsinlər, tainki onlar özlərini qüvvətli
görərək cəsarət və mətanətlə işləsinlər. Bu bəyan alqışlarla istiqbal olu-
naraq hər kəs öz evinə getdi.
Lənkəranhlardan və bəzi Lənkəranı tammayanlardan eşitdigim
mülahizələrə görə deyə bilərəm ki, uyezd şəhərindəki şəxsiyyatə biri-
birini çəkməməzligə rəğmən şura ilə komitəmiz müvəffəqiyyətlə təşkil
olunmuşdur. Hələ Soltan bəy Qulubəyov ilə bələdiyyə rəisliginə seçilən
Qaniçev hər kəsin məqbulu, hər kəscə möhtərəm və bitərəf tanmmış
adamlardır. Bunlann böylə bitərəf və namuslu tanınmaları ilə bütün si-
100
n if əhli tərəfindən hüsni-qəbul görmələri bizə böyük ümid veriyor və
bu ümidlə vəzifəmizi bitirmiş sayırdıq.
Artıq Lənkəran işlərimiz qurtarmışdı. Astaraya getmək lazım
gəliyordu. Üçüncü gün saət 9-da yenə lodkaya minib “İvan Kolesniko-
va” səvar olmaq üçün dənizə çıxıyorduq.
Lənkərana bu ikinci dəfə gəldigim idi. Bir kərə dəxi 1911-ci ildə
gəlmişdim. O zaman da bir gün Lənkəranda qalmışdım. İrandan Ba-
kıya gəlirdik. Fəqət qorxu ilə, əndişə ilo səfər edirdik. Hər saət və hər
dəqiqə gözlüyorduq ki, “tutacaqlar”. İştə, işlərimizi bacardığımızı
bitirərək mənəvi bir təşəffi-qəlblə paraxoda mindigim zaman bilaixti-
yar bu iki səfər arasmdakı təfavütü müqayisə etdim. İştə istibdad, iştə
hürriyyət! dedim!
***
Üçüncü gün Astarada idik. Astara sərhəd bir qəsəbədir. Rus tərəfi
haman sonradan gəlmə rus məmurları, balıqçıları və sairdən ibarətdir.
Burada bir şkol, bir aptek, bank istiqraz şöbəsi, gömrükxanə və qarni-
zon vardır.
Dəniz kənarmda lodkadan çıxarkən Rzayev cənablarını bulduq. Saç
və saqqalı çallanmış Rzayev köhnə idarənin məqdurlarındandır. 1912-
ci ildə mahalda zühur edon topraq iğtişaşları əsnasmda inqilabçıhq
töhmətinə uğrayaraq beş il nəfyi-bələd edilıtıiş idi. İmdi isə müvəqqəti
Astara komitəsinin əzasmdan, həm də ən fəal əzasmdandır. Rza-
yev cənabları ilə qədimdən mənəvi bir münasibətimiz var. Mətbuatın
dostu olduqlarım biliyoram. İştə öpüşüyor, bayramlaşıyoruz. Bir az
rahət olub çay içmək üçün Rzayev cənabları faytonumuzu qapıları-
na çəkdiriyör. Bu dəmdə müvəqqəti Astara komitəsinin əzaları da gə-
liyorlar. Ögrəniyoruz ki, komitə cəmən 11 adamdan mütəşəkkildir.
On bir adamdan ancaq birisi, Rzayev müsəlmandır. Komitə icraatm-
da təndrovluq etməmişso də, xidməti dəxi inkar olunmaz. İşlərində
təşkilat əsəri görülüyor. Pristavı, strajnikləri çıxarmış, yerinə milis tə-
yin eləmişdir.
Diyoruz bızə “Paris” mehmanxanəsində nömrə hazırlasınlar.
Xəbər veriyorlar ki, kəndlilər gəlmiş, komissarları gözlüyorlar. Qa-
pıya çıxıyoruz. Qirmızı bayraqlı kəndlilər bizi təbrik ediyorlar. Dün də
101
Astara kənarma çıxmış, bizi gözləmişlər imiş. Üzr istiyor, əsl motləbo ke-
çiyorum. Ovzai-hazirə hoqqindo nitq ediyoram. “Ura” sədası, alqışlara
qovuşuyor. Sonra gediyoruz ki, qarnizona salam verək. Beş-altı zabitlə
bir rota soldat səfi-bəstəyi-ehtiram. Komissarlar görününcə zabitin biri
əlində sıyırma qılınc nitqə başhyor. Tazə hökumətin nümayəndələrini
təbrik ediyor. Yeddi dəfə “ura” çağrıhyor. Sonra yoldaşım Kuznet-
sov hökuməti-müvəqqətə ilə azad Rusiya millətləri naminə ordunu sa-
lamhyor. Yenə “ura” sədası ərşə bülənd oluyor. Bu mənzərəyi tama-
şaya gələn xəlq simasında böyük bir sevinc görülüyor. Sonra soldatlar-
la zabitlər Astara icra komitəsinə birər nümayəndə seçməgə başlıyor-
lar. Seçilmişlər “ura” ilə qarşılanıyor. Soldatlar tərəfindən əlüstə alı-
mb atıhrlar.
Qırmızı lentam seçilmiş zabitlə soldatın qoluna bağhyoram.
İki saət sonra müvəqqəti Astara komitəsindəyiz. Komitəçilərdən
bir çoxu nədənsə özlərinin müvəqqəti elan olunduqlarından xoşlanmı-
yorlar. Biz mətləbi anlatıyor, Astara uçastok komitəsinin iki qarnizon
nümayəndəsindən, bir Astaranm özündən, bir cəmaət müəssisələrindən,
iki kəndlilər nümayəndəsindən, bir də mülkədarlar nümayəndəsindən
qurulacağmı anlatıyoruz. Quberniya komitəsinin qərarı bunadır - di-
yoruz. Bu komitənin uyezd komitəsinə, uyezd komitəsinin də quberni-
ya komitəsinə tabe və mərbut olacağını anlatıyoruz. Aradan birisi:
- L ütf ediniz, bu yenə köhnə qaidə oldu ki!... diyor.
Yumşaq bir dil ilə anlatıyoruz ki, Astara özbaşına bir “cümhuriyyət”
elan edəmməz. Əksəriyyət mətləbi dərk ediyor. Bəzi müfritlər quber-
niya komitəsinin qərarmı tonqid etmək istiyorlar. Tənqid edə bilərsiniz,
fəqət tənqidlə bərabər tabe də olmalısımz - deyə başa salıyoruz.
Bu danışıqlar Astara kooperativinin idarəsində oluyor, bayırda xəlq
gözlüyor. Bir az sonra çıxıyoruz. Yoldaşım rusca, bən türkcə mətləbi
xəlqə anlatıyoruz.
Ayın 22-də Astara seçkiləri təyin olunuyor. Cəmaət müəssisələri də
ki bir kooperativ ilə bir də mülki kredit cəmiyyətindən ibarətdir. O günü
yığılıb öz nümayəndələrini seçəcəklər. M ülkədarların seçkisi isə asan-
dır. Çünki bütün Astara mahalında bir məllak var, o da M ir Əhmədxan
Talışinskinin mülkünü alan Kaqandan ibarətdir. Demək “Kaqan” kən-
di başına komitəyə bir nümayəndə göndərəcək.
102
“Şəhər” seçkiləri həqqində lazım gələn qərarları elan etdikdən sonra
saət 6-da axşamçağı yola çıxıyor, kəndlərə gediyoruz.
Gedəcəyimiz yol bir qədər faytonla gedilir. Ondan sonra isə piyada
getməliyiz. Rəhbərlərimiz Ərçivanın məarifli cavanlarmdan Məşhədi
Məhəmməd Əskərov ilə Mirzə Ilüseyn Axundov cənablarıdır. Bu iki
cavan rusca, türkcə savad əhli olub Bakı uyezdləri ictimaində iştirak
eləmişlərdir. Bunların hürriyyət işinə xidmətləri çoxdur və olacaqdır.
Faytondan eniyoruz. Artıq hava qaralmış, gecədir. İki özümüz, iki
rəhbərimizlə bərabər bir neçə sair yoldaşlarımız da var. Rusca-türkcə,
talışca danışan bu beynəlmiləl qafilə həvəs və şövqlə yoluna davam
ediyor. Bir azdan ay da çıxıyor. Mehtab, meşənin içi, ağac arası, çayla-
rın axıntısı, güllərin duruşu ruhi şəhər həyatı məngənəsindən azad edi-
yor, insan yalnız bu təbiət içərisindədir ki, tamam mənasilə azad olu-
yormuş.
Hər bir yanda əzəmətli bir sükut hökmfərma. Bu sükutu arabir gö-
lün qurbağaları ilə meşənin çaqqalları xələldar ediyor. Ağız-ağıza verib
ulaşıyorlar... Başqa bir vəqtdə əsəbə toxunan bu bağırtılar nədənsə indi
bizim xoşumuza gediyor. Bunda bir yenilik buluyorduq.
Yolumuz dağlıq, dərəlik degil, düzənlikdir. Meşələrin içindən keçi-
yor, çaylarm üstündən atlıyoruz. Çayların üstündə köprülər əksər ağac
kötügündən, şaxdan, budaqdan ibarət ki, keçməsi bir növ təcrübə istər.
Kəndü yoldaşlarımızın bu xüsusda qayğıları yox. Onlar təbiətin oğul-
ları. Fəqət biz təbiətdən ziyadə sənətə ögrənmiş olan şəhərlilər üçün yı-
xılıb büdrəmək, suya batmaq bir hali-təbii.
Yalnız rəhbərlərimizin təcrübosi və həqqimizdə göstərdikləri
mehmannəvazlığm səmimiligi bizi bu cəhətdən təmin ediyor.
Xülasəyi-kəlam saət 8-də Ərçivan kəndinə çatmışdıq.
Ərçivan hər nə qədər kənd hesab olunursa da, nüfuzca Astaradan ki-
çik degildir. 21 yaşmdan yuxarı seçkidə iştirak edə bilən 500-ə qədər
zükuri vardır. Bazarı, tarixi-təsisi bəlli olmayan məscidi, hamamı var-
dır.
Gecəyi M»şhədi Nemətullah İmaməli oğlunun evində qalıyoruz.
Ev Ərçivanm orta hallı evlərindəndir. Rütubətdən saxlanmaq üçün
mərtəbə yarım bıçimində tikilmiş ki, bu tikinti bura evlərinin ümumi
tərzi-memarisini təşkil edər. Evin pəncərələri beqədri kafi havadardır,
Dostları ilə paylaş: |