Vilson nitqinin ikinci cəhəti
Bu günlərdə Amerika rəisi-cümhuru Vilson müharib dövlətlorin
hökumət nümayəndələrinə təkrar birər nota vermiş və bu nota ilə
bərabər kəndisinin Amerika məclisi-əyanında söylədigi xitabəsinin
mündəricatmı da əlavə qılmış idi. Müşarileyhin mühariblərə verdi-
gi notasının mündəricatı bu dəfə elän qılmmadı. Buna görə mətbuat
hənuz bu xüsusda bir şey boyan edəmiyor. Yalnız şu qodər var ki,
müttəfiqlərin bu dəfəki Vilson notasına cavab vermiyocəkləri teleq-
raf xobərləri cümləsində bildiriliyor. Bundan böylə bu notanm nədən
ibarət olduğu namolum qalıyor. Amma nota ilo bərabər təbliğ etdigi
xitabəsinin məzmununu və anın ilqa etdigi təsiratı dünki nömrəmizdə
müxtosərən və zimnən yazmış idik. Fəqət xitabənin o qismi - yal-
nız insaniyyətpərvərano ehtisasət üzərinə bina olunan və yalmz böylə
hislərdən nəbiyan edən mülahizələr idi. Qaldı ki, xitabənin əhvali-
hazirənin həqiqətinə (realm xüsuslarma) təəllüq edən cəhətinə gəlincə,
əlbbottə Vilson tərəfindən bəyan olunan arzular imdiki əhval və vü-
quat qarşısmda o qədər ciddi bir təsir verməsə gərəkdir. Çünki irq və
milliyyət mübarizəsi üzərinə bina olunan materyalnı siyasət və monfəət
bu kibi ehtisasi şeylərə o qədər qulaq vermiyor. Əkrdə insanlar baş-
dan-başa fənafüllah bir filosof olsalardı, yer üzündo yalnız üxüvvoti-
bəşoriyyə məqsədlərini təqib etmək mümkün olsa idi, bəlkə bunu ciddi
surətdə hesaba almaq icab edərdi. Hasili:
“İnsan mələk olsa idi,
Cahan cənnət olardı”
Fəqət heyhat ki, bu günə qədər bəni-bəşər arasında “ozmoyon-əzilir”
diisturu hökm sürüyor və bunun üçün insanlar da bu düsturdan qor-
xaraq “özü əzilməmək” üçün ibtida “başqasmı əzmogə” çalışıyor. Bu-
nun üçün şeytanm əməlini şaşırdacaq siyasətlor, məharətlər, fərasotlər
sorf olunuyor, cəhonnəmi qorxudacaq dərəcədə atoş püskürən silahlar,
toplar, qələlər, dired notlar və daha kim bilir nə qədər və hanki bəşərin
doğurduğu şeylər meydana çıxarıyor. Bu gün gördügümüz bütün bu
müdhiş siyasətlər, bu siyasətlərin doğurduğu müdhiş qan və atəş tufan-
ları - cümləsi bundan, bu düsturun hikmotindən, yaxud bu hikmətin
dəsturindən və hər halda bunun təzəlzül tapdığı hökmündən iləri gəli-
yor. İndi insanlar, insanlarxn təbiət və tinəti bu hökmü dəyişmogə,
45
doyişdirmogə qadir ola biləcəgini - “əzməyən əzilər” düsturu yerinə
“əzməyən əzilməz” hökmünü iqamə etməgo və bütün cahan üçün “heç
bir kimsə əzməsin əzilməsin” düsturunu hökmran etməgə çarə və im-
kan tapacaqmı? iştə, bu məsələ həll olunsa Vilsonun da, digər çox “in-
san oğlu insanın” da amali-aliyyəsi hasil olur. Yırtıcılıqda misli olma-
yan “bəşər balası bəşər” olaraq dəryalarla qan və atəş tufanları qopar-
mazlar. Fəqət Darvinin kəşf etdigi laintinahi mübarizədən ibarət olan
“qanuni-təbiət” və buna bir düstur şəklini verən Nakiyavelin “siyasət
prinsipi” hökmünü qeyb etmədikcə, təbiət məxluqatında başqa əsaslar
hökm sürmədikcə bu məqsədlərin, bu ali amal və arzuların yer üzündə
hasil olmasına imkan görülməsə gərəkdir. Avropanm həqiqət hali-
siyasəti (realnı politikası) bu nöqteyi-nəzərdən iş yürütüyor və bunun
üçün imdilik hiss və xəyal aləmində dolaşan amal və arzular yerinə
həqiqi mənfəət və məqsədini təmin üçün şimdilik müdhiş siyasətlər do-
labım çevirməgə və bu üzdən şimdiki müdhiş boğuşmaları törətməgə
lüzum görüyor. İştə, həqiqəti-hal demək budur.
Vilson təbliğnaməsini bu zaviyədən mütaliə edən mətbuat təbli-
ğnamənin hiss və arzu almaq həsəbilə gözəl olduğunu bəyan ediyorlar
isə də, amn həqiqəti-haia yanaşmasma şübhə ilə bakıyorlar.
Çünki anm qövldən-felə gəlməsi təbiyyət və bəşəriyyət aləmində
başqa düsturun hökm sürməsinə vasitədir.
Bundan böylə Vilson bu dəfə Amerika əyan məclisində söylədigi şu
xitabəsi büsbütün təsirsiz keçməyəcək olsa da belə, ancaq bir məmləkətin
hökmdarı tərəfindən bəyan olunan amal və arzu olmaq həsəbilə
fövqəladə qiymətdar bir vəsiqeyi-tarixiyyə və insaniyyətpərvəranə olub
qalmaqda başqa bir səməreyi-ciddiyyəsini göstərməsə gərəkdir. Zatən
bunu müşarileyhə kəndisi də “hökmdar sifotilə yapılmış birinci hərəkət”
deyə qeyd edərək təşəbbüsünün mahiyyət və qiymətini təyin eliyor.
“Açıq söz”, 16 yanvar 1917, JV»378
Zimnən - yeri gəlmişkən
Tinət - xasiyyət, maya
Ehtisas - hiss etmə, duyma
İnfial - iztirab
Zaviyə - bucaq
Tənfir - nifrət
Təzəlzül - sarsılma, zəlzələyə düşmə
46
“Aşıq söz” idarosindon
Hacı Zeynalabdin Tağıyev cənablarınm sabiq İsa bəy Aşurbəyli
cənabları idarəsində olan “Kaspi” mətbəəsini aldığımızdan yaxmda
“Açıq söz”ün təbini icramızda olan mətbəədən oraya keçirəcəgiz. Sa-
biq “Kaspi” mətbəəsindəki nəfis hüruflar və bilxassə hüruf tərtib edən
makina vasitəsilə tərtib və təb olunacaq qəzetəmizin nəfasəti bittəbii
artaraq imdiki halda görülən texnika nəfasətləri tamamilə rəf oluna-
caqdır. Kağız xüsusunda gördügümüz tədbirlər dəxi müvəffəqiyyətlə
nəticəpəriz olursa “Açıq söz” cəsamətincə də böyüyəcəkdir.
Yeni aldığımız bu mətbəədə türkcə, farsca, ərəbcə və rusca hər növ
mətbəə sifarişləri qəbul olunub münasib qiymətlərlə işlənəcəkdir.
“Açıq söz”, 17 yanvar 1917, JVa379
47
I
“Millətlərin təmini-hüquq” məsələsi
Məlum olduğu üzrə müharibə ibtidasmdan bəri müttəfiqlər diplo-
masi nümayəndələri hər ittifaq düşdükcə müharibədən təqib olunan,
əməl və məqsədlər xüsusunda müxtəlif nitqlər söylədilər, bəyanatda
bulundular. Hökumət nümayəndəsi olan bu diplomatlarm sözləri yalmz
mənsub olduqları məmləkətin daxilində dcyil, hətta bitərəflər məma-
likində böyük, kiçik millətlər arasmda belə fövqəladə bir diqqətlə
dinləniyor; hər kəlməsi, hər cümləsi dərin bir maraqla təqib olunub,
hər mənaya təvil və təfsir edilirdi. Bu sözlərdən kəndilərinə ümidli və
müvafiq birər kəlmə və cümlə tapan millətlər pək ziyadə xoşlanıyor,
gələcəginə əməl, xəyal bəsliyordu.
Fəqət bu nitqlərin özləri üçün “son qərar müztəribəsi” olduğunu an-
layanlar da ən dərin könüllərindən infialə gəliyor, tənfir və ğələyan edi-
yordu. Çünki onlar üçün bu nitqlər bəşər vicdamnm qəbul edə bildigi
yalanlardan ən çirkini, ən qarası və mənfuru kibi gəliyordu.
Hasili bu nitqlər ya öylə, ya da böylə bütün cahan əfkarmda böyük
təsir yapıyorlardı.
. Bu təsirin səbəbi isə şu nitqlərin hər birində, hər dəfəsində: “imdi-
ki müharibədən məqsəd bir çox digər gözəl mətləblərlə bərabər Avro-
pada ufaq millətlərin hörmət və hüququnu təmin etməkdir” - deyə zikr
edilməsidir. Bu “məqsəd” bütün Avropa diplomatları ilə bərabər, son
günlərdə sülh təklifi ilə meydana çıxan Amerika rəisi-cümhuriyyəti
Vilson dəxi ətrafı ilə təkrar və təkid elədi və hətta Polşa həqqində
açıqdan-açığa surəti-məxsusidə “idareyi-lisan” edərək, “Lehistanm
təmamiyyət və istiqlah təmin olunmalıdır” - dedi.
Bu gözəl söz və arzularm bir tərəfdən məhkum millətlər, o cümlədən
polyaklar üçün nə qədər müqəddəs və ali bir motləb təşkil edəcəyi və
binaənileyh onlarda nə qədər məhzuziyyət və ümid doğuracağı məlum
olduğu kibi, digər tərəfdən bu sözləri “Russkiye vedomosti” qəzetəsi
“Türkiyə üçün bir cənazə nəğməsi”dir - diyor. Bunun mənası odur
ki, Vilsonun istədigi vəchlə məhkum millətlərin hüıriyyət və hüquqi-
həyatı, istiqlal, inkişaf və tərəqqiyyati-mədəniyyəsi verilərsə Türkiyə
əlində olan cümlə millətlər bu hüququ alacaq və Türkiyə tabeəsində
daha kimsə qalmayıb, bu dövlət öz-özündən ölmüş olacaq deməkdir.
48
Binaənileyhə Vilson sözlərinin təsiri orada başqa dürlü olmaq la-
zım gələcəkdir.
Bu surətlə bütün Avropa ilə bərabər Amerika cəmahiri-müttə-
hidəsinin də müharibə həqqindəki fikir və məqsədi məlum olmuş,
bəyan edilmiş oluyor. Şu günlərdə Yapöniya baş vəziri dəxi eyni ilə
millət m ədisində bunun kibi ətraflı və əsaslı bir bəyanatda bulundu
və bu bəyanatmda nəfsi-Yaponiyanm müharibədən təqib etdigi amal
və mənafeyini Avropanınki ilə bərabər və onunla əlaqədar qılaraq Çin
məmləkətinin təmamiyyət və istiqlalı təmin və mühafizə olunması
həqqində qəti və açıq ibarələr kullandı. Binaənileyhə Çinin dəxi istiq-
lalı və təmamiyyəti əlbəttə Yaponiya iradəsi tərəfindən təmin edilmiş
və onun mühafizə və təmini də Yaponiya iradəsi öhdəsinə qəbul qılmış
oluyor. Demək ki, Kitayın da həqqi-istiqlal və təmamiyyəti yapon dip-
lomatmm qəti və sərih lisanı ilə təsdiq edildi.
Bundan belə Avropa və Asiya Şərqindəki böyük-kiçik, güclü-güc-
süz millətlərin həqqi-həyat və hürriyyəti-milliyyəsi, tərəqqiyyati-
mədəniyyəsi həqqində Avropanm, Amerikanm, Yaponiyariın fikir Və
məqsədləri bəyan edilmiş, eşidilmiş oldu. Fəqət bütün bü bəyanatlarm,
nitqlərin ibarəsinə, məzmununa diqqət edilsə görülər ki, burada mətləb
“Avropa” kəlməsi ilə qeyd olunmaqdadır. Müharibə ibtidasından bəri
söylənən nitqləri mütaliə ediniz, mütləqa orada bu kəlmənin qeyd edil-
diyini, bu dəfə də “Avropa mədəniyyəti, Avropadakı ufaq millətlərin
hürriyyət və hüququ” mövzui bəhs olunduğunu görəcəksiniz.
Vilsonun nitqi dəxi bu meyildə olduğu xüsusilə Polşa həqqində
sərahəti bəyan edildiyi məlumdur. Lakin fövqəladə diqqət ediləcək bu-
rasıdır ki, bütün bu qədər nitqlər və sözlərdə “Şərq əqvamı” və xüsusən
“Orta Şərq millətləri, milliyyətləri” həqqində bu günə qədər bir kəlmə
ilə olsun “ifadeyi-məram” edilməmişdir. Şu qədər təkrarlanan nitq-
lərdə, bəyanatlarda bu nöqtəyə aid bir “kəlmə” olsun söz tapılmaya-
caqdır... Bundan yalnız Yaponiya baş vəzirinin Çin həqqində söylədigi
bəyanat və təminatı müstəsnadır. “Orta şərqlilər” həqqində bu da - bir
kəlmə zikr etməmişdir.
Əcəba, bu diplomatlarca Orta Şərqdə hüquq və hürriyyəti-mədə-
niyyəsi təminə möhtac bir millət yoxmudur?...
“Açıq söz”, 19 yanvar 1917, JVa381
M üztərib - məchul, dolaşıq
49
Bir tərcümanm hekayosi
-
Vəqtib bir gurultuya səbəb olmuş tərcüman Petrovun dögülüşü
mühakiməsinə başlanacaqdır. - teleqraflardan.
***
1911-də, ya 12-də idi. İranpaytaxtı bütün ciddiyyətilə çahşıyor, nə cür
olsa da “təmini-istiqlal” etmək istiyordu. Moclisi-Milli İramn yeganə
xilasını 1907-ci ildə bağlanmış rus-ingilis etilafı “tövründən” qurtar-
maqda görüyordu. Bunun üçün iranilər məmləkəti Avropa üsulu ilə is-
lah eləmək diliyor və bu islahı üçüncü qüvvətli bir avropah əl vasitəsilə
gördürməgi müvafiq buluyorlardı. O zaman açıqdan-açığa Almaniyaya
müraciət mümkün degildi. Çünki Almaniyanm yalmz adı İran diplo-
matiyasmı alt-üst etmək imkanında idi. Çarə yalnız İran degil, Avropa
məsələlərində belə siyasətən bitərəf olan movarai-mühit hökumətinə,
Amerika dövlətinə müraciət etməgə qalmışdı. Qısa kəsəlim; müraciət
olunmuş. Mister Şuster ilə 5 müavinindən ibarət Amerika maliyyə
heyəti Tehrana göndərilmiş idi. Fin cəzirələrinin ümuri-maliyyəsini
nizamə qoymuş amerikalı Şuster bir yandan təcrübəsinə, digər yan-
dan da Amerika dövləti tərəfindən göndərildiginə güvənərək İranı
tamamilə müstəqil bir dövlət tələqqi eləmiş, o surətlə işə başlamışdı.
Bütün İran əfkari-amməsi, məclis vəkilləri, siyasi firqələri, mətbuatı
dəxi özünə yari-havadar görüncə amerikalı ciddiyyəti ilə islahata giriş-
mişdi. Fəqət zənn etməmişdi ki, böylə bir hərəkətə əvvəlcə İranın maliy-
yat verməgə ögrənməmiş xanları, sonra da öz məmləkətinə qarşı ihanət
etmək qəsdilə əcnəbi himayəsinə girmiş təbəələri qarşı gələcəklərdi...
Yuxarıda dögüldügündən bəhs olunan tərcümam da hesaba almamışdı.
İştə, sizə bir hekayə: amerikah maliyyə müstəşarmın əmrilə İran
jandarmaları rus himayəsində olan bir iranlıdan vermək istəmədigi
maliyyatı almaq üçün gedirlər. Bu əsnada məzkur mövqedə bulunan
tərcüman Petrova rast gəlirlər. Amerikalı böyüklərinə güvənən jandar-
malar nə cür hərəkət ediyorlarsa - burası ixtilaflıdır - ediyorlar. Fəqət
Petrov kəndisinin jandarmalar tərəfindən “təhdid” olunduğunu iddia
50
edər. Konsul şikayət başlar. Səfarət protesto edər. Şuster tərəfindən
konsulxana tərcümam Petrova tərziyə verilsin - deyə məsələ çıxar. Şus-
ter tərziyəyi verməz və konsulxanənin xilafma olaraq vergidən qaçan
İran təbəəsinin əmlakım müsadirə etdirər. Məsələ çətinləşər. Tehranda
həll olunmayan bu məsələ Petroqrada həvalə olunur. Petroqraddan ulti-
matum gələr. Ya Şuster İrandan çıxmalı, yainki Qəzvindəki rus ordusu
Tehran üzərinə yeriyəcək. Tehranı həyəcan bürür, mitinqlər, nümayişlər
icra olunur. Qadınlar belə Məclisi-Milli qabağma gəlib “məxlu-şərəf ’
bir tələbə təslim olmamağı təklif edirlər. Günlər həyəcan içində keçib
ürəklər qorxudan titrər. Nəhayət, tərcüman Petrov qələbə çalır. Ultima-
tum qəbul olunub mister Şuster “şələ-küləsini” yığıb təkrar Nyu-Yorka
səfər edir.
Mister Şuster “kor-peşiman” Amerikaya azim olduqdan sonra Pet-
rov da qalibiyyətindən nəşət edən bir şətarət və qürurla müvəqqəti bir
istirahət üçün vətəninə qayıtmaq məzuniyyəti alır.
Məlum a, qalib bir “diplomat” sifətilə övdət edən Petrov ehtimal ki,
vətəninə övdət edərkən kəndisinin parlaq surətdə istiqbal ediləcəyini
düşünüyor və ona görə də hər tərəfə tam bir qürurla göz sahyordu. Dəmir
yolunda gedirkən jandarmalara rast gəliyor. Başqaları ilə dürüst roftar
edən “nizam hamilərinə” öz yanmda diyordi ki, “çox da gərdəninizi
çəkməyin, bilsəniz ki, məndə nə qüvvət var, o zaman hammız dik du-
rar, bəni min təzimlə ötürərsiniz”. Bəzən yerlərdə kəndisinə qarşı “dik
durmayan” jandarmalara təsadüf edincə, “yəqin ki, İran jandarmaları-
nın başına fəlakətlər açan adam olduğumu bilmiyorlar” - deyə keçiyor,
öz əhəmiyyətini idrakla təsəlli buluyordu.
Get-gedə Petrovun bu “təsəlli”si əlindən getməyə başladı. Rusiyanın
içərilərinə getdikcə baxdı ki, kimsə ona əhəmiyyət vermiyor. “Sahib” -
deyə ona kimsə xitab etmiyor. Əllərini sinələrinə qoyub təzim edənlər
o yana qalsm; boş şapka çıxarıb salamlayan da yox. “Tver” movqufun-
dakı halı isə bəlkə yuxusunda da görməmişdi. Kontroluyor gəliyor, bi-
Iet istiyor, Petrov sahibin əli cibindən bir az gec çıxıb, bir də dili Tehran
adətilə bir az amiranə dolaşınca “qoçum” jandarmalar “şapalağı” hazır-
lıyor və hərifin “diplomatam” dediginə baxmayaraq o ki lazımdır (ya-
inki lazım degil) vururlar. Öylə vururlar ki, imdi də əks-sədası bütün
51
Rusiya üfüqündə görülüyor vo böyük dünya müharibəsinin gurultuları
arasında belə özünə bir mövqe işğal edib duruyor.
Əvət, bir tərcümanm hekayəsi böylə olmuşdur. Xaricdə “6 min il-
lik” bir dövləti tir-tir titrəmiş ikən, daxildə “soqqur” jandarmalann
əlində zəbun olub qalmışdır...
Həm dögülmüş, həm də - daha bədtəri - “vəzifələrini ifa əsnasmda
hökumət məmurlarma müarizət” maddəsilə ittiham olunmuşdur...
M.Ə.
“Açıq söz”, 23 yanvar 1917, JVa384
Ianət -- kömək etmək
Şətarət - şənlik, şuxluq
52
İbtidai təlim məsələsi
İsa Mirzə Yenikeyev cənabları tərəfindən seminariyalar layiheyi-
qanuniyyəsinə daxil etdirilən bir “popravka”mn lilfeil əhəmiyyəti var-
mı-yoxmu kibi taktik məsələsi üstündə fraksiya əzaları arasmda möv-
cud olan ixtilafi-nəzər “fraksiyada ibtidai təlim rusca olsun deyənlər
varmış” şayəsi şəklində bütün Rusiya müsəlmanlığmı dolaşdı və hər
tərəfdə böyük bir tufani-etiraz doğurdu. Volqa Boyundakı müsəlman
şəhər və qəsəbələrindən protesto teleqrafları yağıb millətin bu arzui-
milliyyəsini “münkir” olanlara “nifrətlər” izhar olundu. Krım, Qafqa-
siya mətbuatı dəxi daxil olduğu halda bütün Rusiya mətbuatı həyəcana
gəldi. İstizah istədi. Rusiya türklügünün milli və həyati məsələdə bu
qədər həssas və mütəbəssər olduğu şübhəsiz ki, şayani-təqdirdir. Fəqət
eyni zamanda fraksiya əzaları həqqində bu qədər bədbin olub söylənən
sözlərə bilatəəmmül bavər etmək dəxi aramızda etimadi-siyasiyyə yox-
luğuna dəlalət edər ki, şayani-təəssüfdür. Həyati-ictimaiyyədə hər biy
şey nəzəri-tənqidlə görülnıək əsldir. Fəqət bir müossiseyi-milliyyəyi
tənqid dəxi məzkur müəssisədən tələbi-itminan etmək demək degil-
dir. Doğrudur, “ilan vuran ala çatıdan qorxar” deyərlər. Fəqət bu vəqtə
qədər başqa xüsuslarda ayağımızı ilan vurmuşsa da, fraksiya heyəti
tərəfindən amali-milliyyəmizin sancıldığı görülməmişdir. Ətalət, işsiz-
lik, bacarıqsızlıq olmuş. i’əqot imdiki halda qəzetələrdə aləmə yayılmış
vəqə misalında, xəyanəti-milli dərəcəsində bir xəta heç bir zaman frak-
siya heyəti tərəfindən işlənməmişdir, işlənə bilməz də.
Adları, ibtidai təlim rusca olsun sözünün (qailləri) söyləyənləri kibi
rəvayət olunan məbuslar kəndilərinə verilən bu istinadı qəti surətdə
iəkzib etdikdən və fraksiya ilə Büro heyətinin dəxi təlimi-ibtidai
həqqində iki rəy ola bilmoyəcəginə aid bəyanları qozetələr vasitəsilə
nəşr olunduqdan sonra mətbuat bir növ istirahət buldu; “Əlhəmdülillah
milli ideal əleyhində bulunmuş məbuslarımız yoxmuş” dedi. Fəqət
bir məsələ hənuz zehnləri işğal edib durmaqdadır. Əcəba, fraksi-
yanın ibtidai təlim həqqində əsaslı nəzəriyyəsi nə yoldadır? Təlimi-
ibtidai mövzuində fraksiya müəyyən bir qərara gəlmişmi? İmdi mət-
53
buatdan bir qismi bu cəhətin fraksiyaca aydmlaşdırılmasmı iqtiza edi-
yor. Şübhəsiz fraksiya heyoti və yainki yanındakı bürosu bu kibi isti-
zahlara əhomiyvət verir. Fəqət keçən il Büro tərəfindən Büro və frak-
siya həyatı həqqində milli mətbuata təbliğ edilən “məlumat” bir kərə
nəzərdən keçirilərsə, orada bu “müşgülü” həll edəcək cavablar bulunur.
Bizdə təlimi-ümüminin iki tərəfi vardır. Birisi xüsusi surətdə öz
xərcimizə saxlanan məktəblərimizdir. Digəri də dövlət xərcinə açılan
şkolalar - ruski-tatarskilərdir. Birincilər milli proqramla aparıla bilər,
fəqət hüquqsuzdur. İkincilər hüquqlu isələr də proqramları milli de-
gildir.
Mətbuat təlimi-ümumi layihəsi münasibətilə fraksiyanm bu iki xü-
susda nə kibi müəyyən nəzəriyyələr bəsləmokdə olduğunu bilmək istiyor.
Fəqət bizcə fraksiyanm bu xüsusdakı nəzərləri qeyri-müəyyən degildir.
Onların bu xüsusdakı nəzəri eyni ilə mətbuatm və milli məhfillərin
nəzəridir. 1916-cı ildə martm 15-də iniqad edən Q.Duma məclisində
m əarif nəzarətinin gəlir və çıxarı müzakirə olunduğu əsnada müsəlman
fraksiyası naminə İsa Mirzə Yenikeyev tərəfindən müsəlmanlarm
m əarif ehtiyacı həqqində dvtoıaya qarşı oxunan bəyannamədə ibtidai
təlimin ana dilində olması tələb olunuyordu.
M əarif məsələsi Büro ilə fraksiya iclaslarxnı da məşğul etmişdir.
Keçən sənə Büro həyatmdan müntəzəm surətdə mətbuata təbliğ olu-
nan məlumatlarda məarifi-ümumiyyə xüsusunun bilxassə mütaliə və
müzakirə olunduğu bildirilərək məsələn, 15 iyul tarixilə qəzetəmiz
vasitəsilə nəşr olunan böylə təbliğatnamələrdən birisində hazxrda möv-
cud ruski-tatarski məktəblər həqqindəki məruzəyi dinlədikdən sonra
bütün Büro və fraksiya əzasınm bu məktəblər əleyhində olduqları gö-
rünüyor.
Fraksiya və Büro naminə vaqe olan digər bəyanat dəxi diqqətlə
nəzərə alınsa fraksiyada təlimi-ümuminin ana dilində olması həqqində
müəyyən və sərih bir qərar yoxdur deməgə dil varmaz.
Fəqət bununla bərabər madam ki, ortaya böylə bir istizah atılmış və
bu xüsusda Büro ilə fraksiyanm təfsilli bəyannaməsinə ehtiyac görül-
müşdür, lazımdır ki, fraksiya bu xüsusa əhəmiyyət verərək məsələyi
bütün cüziyyatı ilə həll edəcək bəyanatda bulunsun.
54
Təlimi-ümuminin ana dilində olmasxnı tələb etməkdən əlavə bu
təlimin nə kibi məktəblər vasitəsilə təmini məsələsi var ki, bu xüsus-
da da fraksiyanm müəyyən nə kibi bir qərarda olduğu tamamilə anla-
şılmalıdır.
Bu xüsusda ayrı bir məqalədə.
M.Ə.
“Açıq söz”, 27 yanvar 1917, A'®388
Mütəbəssər - uzaqgörən, itigörən
Etminan - inam
Təəmmül - mülahizə, ümumiləşdirmə
Bavər - etimad, inam
55
Gürcülərlə müsəlmanlar
Mövhum türk “politikaçılarma” qarşı açılan vızıltıyı “Saxalxo purt-
seli” qəzetəsi haman davam etdirib gediyor. “Bakı türk xeyratçıları-
mn” doktor Sultanov ilə “Açıq söz” do daxil olduqları halda Acarä-
da müsəlman məktəbi açılmaya tərəfdar olduqları və burasmm xristi-
anlaşdırılmamasına qarşı təminat istədikləri bir provokasiyon (təhrik-
təftin) imiş...
“Türk provokasiyonuna” qarşı bayraq açıb da bütün gürcüligi “mü-
barizə”yə dəvət edən bu məczub qəzetə məsələyi etidal dəmlə mütaliə
və müzakirə etmək tərəfdarı olan gürcülərə dəxi etirazlar ediyor.
“Açıq söz”də “Saxalxo purtseli”yə qarşı yazılan bir məqalə
münasibətilə təkrar məsələyə ovdət edən “Z.Reç” qəzetəsi gürcü-
müsəlman mübahisəsini dostanə bir surətdə həll etmək üçün müvafiq
bir yol göstərmişdi. Məzkur qəzetəyə görə “acarahlar imdiki halda bir
parça çörəyə möhtacdırlar. Böylə bir zamanda kəndilərinə çörək degil,
m əarif və məktəb təklif etmək münasib degildir. Yaxşı olardı ki, gürcü
cəmiyyəti-xeyriyyəsi Acaradakı məktəb və m əarif işini müharibədən
sonraya təxir etdirə idi. İmdi isə ancaq maddi köməklə qala idi. Yox
əgər, nədənsə gürcü cəmiyyəti bu xüsusu təxir etdirə bilməzsə, o zaman
yaxşı olardı ki, acaralılar arasında nəşri-məarif cəmiyyətinin proqramı-
nı müsəlman cəmiyyəti-xeyriyyəsi ilə birlikdə tərtib etdirə idi”.
“Z.Reç” qəzetəsinin bu təklifindən anlaşılır ki, həqiqətən də məsələyi
dostanə bir şəkildə, anlaşma və öpüşmə yolu ilə həll etmək istiyor. Əgər
böylə bir etidal və səmimiyyət “Saxalxo purtseli”çilər tərəfindən də
gözədilsə idi, bu gün faidəsindən çox zərər toxunduran “mübahisə”lərə
də meydan qalmazdı. Biz gürcü-müsəlman münasibatmm dostanə
bir yolda davam etməsini arzu edə gəlmişik və bv arzu xatirinə bir
ildən ziyadədir ki, imdi açıb göstərmək məcburiyyətində qaldığımız
vəqələri sükutla keçirib aralığa soyuqluq salmaq istəməmişik. Nəhayət,
“Saxalxo” ilə “Sakartvelo”nun “ultimatumu” və gürcü cəmiyyəti-
xeyriyyəsinin Bakı müsəlman cəmiyyəti-xeyriyyəsinə göndərdigi “no-
ta”sı bizi danışdırtmışdı. Bu danışıqla bərabər biz yenə gürcü qomşu-
Dostları ilə paylaş: |