Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   2   3   4   5   6   7   8   9   10   ...   37

81

ehtimal qurd olmaq  demokdir ki,  qurd kibi  yol bulub  bu mühasirədən 
çıxmağa dəlalət edir.
Şərqin  iki  böyük  milləti  novruz  ilə  qurtuluşunu  mart  ayında  bul- 
muşdur.
Yalnız  Şərqmidir?  Bu  gün  qaliba  martda  və  ya  apreldə  saxlanan 
xristian eydi-fəsxi (pasxası) xristianhqdan əvvəlki qərb aləminə biganə 
degildir.  Bahar  bu  tərəflərdə  Şərqdən  bir  az  gec  gəldigindən  Qərbin 
“novruz”u gün batanın,  “qurtuiuş”u  da bittəbii bir az sonra  gəlmişdir. 
Xristianhq  aləmi  pasxa  bayrammda  həzrət  İsanın  tazədən  dirildiginə 
etiqad  ediyor,  ondan  əvvəlki  bütpərəst  Avropa  isə  təbiətin  dirildigini 
bayram saxlarmışL.
İnsan  mövcudiyyətini  ancaq  təbiətlə  mübarizədə  hiss  cdər  və  bu 
mübarizədəki müvəffəqiyyəti nisbətində də kəndisini bəxtiyar ədd edər.
Zaman  keçdi;  boşəriyyət  təbiətlə  elədigi  mübarizə  nəticəsində  ha- 
sil  elədigi  qənimətləri  bölüşmək  üstündə  bir-birilə  boğuşmağa  başla- 
dı.  Yekdigəri  ilə  boğuşmaqda  olan  insanların  münasibatım  tənzim 
etmək  üçün  hökumətlər  quruldu.  Hökumətlər  qurulunca  insanlardan 
ən  qüvvətliləri  o  birilərinə  faiq  gəlməyə  başladılar  və  təbiətdəki 
qüvvətli  ünsürlər kibi  insan  övladmı  qorxuya salıb özlərinə tabe qıldı- 
lar.  Hökumətdə istibdad vücuda gəldi.  Bu istibdad bir növ “Əhrimən” 
bir  növ  “mühasirə”  idi.  Bəşəriyyət  bir  gün  gələcək  böyüyəcək,  əqli 
şey  kəsəcək,  bu  “Əhrimən”i  də  basacaq,  bu  “hasar”dan  da  qurtula- 
caqdı.  Siyasətdə  də  novruz  olacaq,  hökumət  üsuli-idarələrinin  də  ba- 
harı gələcəkdi.
Bu  “bahar”ı  dünyamn  böyük  müsəlləhləri  tövsiyə  etdilər.  Şairbr, 
ədiblər məsləhət gördülər. Hökumət əhrim ənbrinə yalvardılar. Rəhmət, 
şəfqət və rəiyyətpərvərlik yaxşı olduğunu anlatmaq istədibr.  Cəmaətlər 
yalvardılar,  yaxardılar.  Fəqət  olmadı.  Yalvar yaxarla  müstəbidlər  şirin 
kam olduqları iqtidarı əllərindən vermək istəmədilər. Millətlər ağladılar, 
nalə etdilər,  ahu-fəqanə  gəldilər.  Fəqət onlar bu əhvaldan mütəəssir ol- 
mayıb biləks ondan bir növ zövq aldılar. Nəhayət, bəşəriyyət təngə gəldi. 
Dua  ilə  donuzun  bağçadan  çıxmayacağını  anladı.  Bu  dəfə  meydanə 
gələn Fransa inqilab mütəfəkkir və mühərrirləri yalvarmaq degil, tələb 
etməgə  başladılar.  Millət  öz  hüququnu  almalıdır,  dedilər.  Sədilərin
82
nəsihətini  dinləməyən  müstəbidlər  Russolarm  üsyanmdan  mütəəssir 
olmaq, Monteskyo fəlsəfəsinə qarşı baş əgmək məcburiyyətində idilər...
Fransa  inqilabi  başladı,  dünyanın  ən  müqtədir  müstəbidi  sayılan 
Lüdovik təxtindən  salındı.  Avropa sənələrcə  qaynadı,  çalxandı,  çaylar 
qana bulandı. Dənizlər xünin oldu. Topraqlar vətəndaş qanı ilə suvarıl- 
dı, nəhayət, cümhuriyyət paydar oldu.
Nə təsadüfdür ki, Fransa Cümhuriyyətinin istiqrarı da marta təsadüf 
eləmiş, siyasi bahar təbii bahara rast gəlmişdi...
Fransa inqilabmdan sonra Avropa hökumətlərindən əksərində  inqi- 
lablar çıxmış,  hökumətlər qismən  cümhuriyyətlə  əvəz  olunub,  qismən 
də məşrutiyyətli hökmdara razı olmuşlardı...
Bu surədə məzkur inqilablarm hanki  ayda baş tutduqlarını araşdır- 
maq mümkün olmasa da inqilablardan bir neçəsinin haman m art aym- 
da  olduğu  xəyala  gəliyor.  Məsələn,  Amerika  inqilabı  və  amerikalıla- 
rın ingilis  səltənəsindən qurtarması martda vaqe olmuş,  Sultan Həmid 
martm 31-də xəl edilmiş, İran inqilabı martda zühur eləmiş, sair bir çox 
inqilablar dəxi mart və ya apreldə, yəni bahar aylarmda başlamış və ya 
qurtarmışdır.
Bu kərə  vaqe  olan bütün  Rusiya  inqilabı  dəxi  bahara təsadüf elə- 
miş  və  m artm   12-si  bütün  Rusiyada  mütəntən  surətdə  bayram  sax- 
lanmışdır:
Hürriyyət bayramı!
Martın  12-də  Bakıdakı  o böyük məhşər ənamı,  xəlqdəki  o  tərif və 
tovsifə  gəlməz  ruh  genişligini,  sevinc  payansızlığım,  hər  növ  xüsusi 
bənligdən  müərra  olaraq  sözün  bütün mənasilə  xəlqin birər qardaş  və 
vətəndaş kəsildigini, yüz minlərə varan izdihamın cəmiyyən sərməsti- 
zövqi-hürriyyət olduqlarmı görüb də bilaixtiyar böyük Namiqin:
“Nə əfsunkar imişsən ah,  ey didari-hürriyyət 
Əsiri-eşqin olduq, gərçi qurtulduq əsarətdən!” 
beytini təkrar etməmək qabil degildir.
M artın  12-dəki  mənzərə  Rusiya  xəlqinin  qazandığı  hürriyyətə  nə 
qədər layiq olduğunu və hürriyyət əsasına binalanmış üsuli-idarənin nə 
dərəcədə müvaflq bir üsuli-idarə olduğunu göstərdi.
Yüz əlli minə qədər müxtəlif cins, dil və sinfə mənsub olan xəlq Bir- 
ja meydanına toplanmış  və  bu xəlq bütün  günü  şəhər küçələrində  do-
83

lanmışdı. Bu qədər izdiham içində sabiq polis idarəsi zamanmda bir te- 
atr qabağında yığışan cüzi xəlq arasında görülməsi təbii  olan qovğalar 
belə üz  verməmiş,  burada əli  qırmanclı,  ağzı  sögüşlü,  üzü  zəhrimarlı 
nizam saxlayanlar olmadığı halda nümuneyi-imtisal bir nizam və qaidə 
bərpa olmuşdu.  Bu gün nə (von ot suda), nə (idi çort qlolubı), nə (doloy 
von solyonni) nə də “provalivay von şalapay”  sözü eşidilir, nə də qam- 
çılarla  tüfəng  dibləri  xəlqin  boynu  ardmda  işliyordu.  Bu  gün  eşidilən 
sözlər -  vətəndaş,  qardaş,  yoldaş  sözləri  olub,  hər kəs  özünü ağa  hiss 
eləmiş  və  sairləri  ilə  bərabər  olduğunu  dərk  edərək  qardaşca,  yoldaş- 
ca yola getmiş, odur, heç bir ixtilaf, heç bir nizamsızlığa məhəl qalma- 
mışdı.  Çünki hər kəs əsiri-eşqi-hürriyyət olub, hər kəsin qəlbi bir nöqtə 
üçün  dögünmüş,  hər  kəsin  gözü  bir hədəfə  baxmışdı.  Başqa  dürlü  də 
olamazdı.
Hürriyyət günəşi doğmuş, azadhq baharı gəlmiş, hər kəs martın saf 
və canbəxş havası  altında şollar suyunun göylərə  qalxan  saf və  bərraq 
şəlaləsi kibi ciladar olan hürriyyət havasım  tənəffüs etmiş,  hürriyyətlə 
yaşamış və hürriyyətlə də bağırmışdı ki:
Yaşasın bahari-hürriyyət!
M.Ə.Rəsulzadə 
“Açıq  söz”, 15 mart 1917, JNs424
Giyah -  ot, göy 
Xəl -  vəzifədən kənar etmə 
Payan -  son,  axır, nəhayət 
Müsəlləh -  silahlanmış
84
Məclisi-Müəssisana hazırlaşalım
Müvəqqəti inqilab hökuməti məmləkətin nə kibi əsaslar üzərinə qu- 
rulacağmı  təyin etmək üçün yaxmda məclisi-müəssisan çağırılacağını 
elan eləmişdir.
Məclısi-Müəssisan nədir?
Cəmaət  nümayəndoligi  ilə  idarə  olunan  məmləkətlərdə  məclisi- 
məbusan olduğu məlumumuzdur. Məbus ərəbcə bir kəlmə olub türkcəsi 
göndərilmiş  -   deməkdir.  Məclisi-məbusan  göndərilmişlər  məclisidir 
ki, buna məclisi-milli, Rusiyada Q.Duma, Osmanlıda məclisi-məbusan 
deyilir.
Məclisi-Məbusan  həmişəlikdir.  Vəqtdən-vəqtə  seçkiləri  tazələnib 
göndərilmişləri dəgişilor. Bu məclis az-çox Q.Duma seçkiləri vasitəsilə 
xəlqimizə  aşina  bir  məclisdir.  Fəqət  məclisi-məbusan  (Q.Duma)la 
bərabər  imdi  bir  də  (yMpeAHTejıtııoe  coöpanne)  Məclisi-Məbusandan 
bəhs olunuyor. Bu məclis necə məclisdir? Və əvvəlkisindən fərqi nədir?
Məclisi-Müəssisamn  Məclisi-Məbusandan  fərqi  əsasla  fəradəki 
forqdir.  Məclisi-Müəssisan kötük, Məclisi-Məbusan şax və budaqdır.
Məşrutiyyət və ya  cümhuriyyətlə  idarə  olunan  məmləkətlərdə  əsas 
qanunları  vardır  ki,  digər  qanunların  hamısı  o  əsaslardan  çıxar.  Bəzi 
məmləkətlərdə bu əsas qanunları yuxarıdan, iqtidar sahibi olan padşah 
tərəfindən elan olunar ki,  bu halda Məclisi-Müəssisan  çağırmaya ehti- 
yac qalmaz,  necə ki,  1905-ci  ildə  17  oktyabr manifesti böylə olmuş və 
Rusiya məmləkətindən ötrü əsas qanunları elan edilmişdi. Fəqət padşah 
təxt və tacından  əl çəkib,  iqtidar tamamilə  müvəqqəti  millət hökuməti 
əlinə keçincə bittəbii  əsas  qanunları yazmaq millətin  özünə  möhəvvəl 
olunuyör.
İştə, bu qanunları yazmaq üçün millət xüsusi bir məclis təşkil ediyor, 
bu məclisə özü tərəfindon nümayəndələr göndəriyor. Bu göndərilmişlər 
gəliyor,  Məclisi-Müəssisan  -   yoni  əsas  qanunlar  məclisi  vücuda  gəti- 
riyorlar.
Bu  məclisinsə  seçkiləri  də  haman  Məclisi-Məbusan  seçkiləri  ki- 
bi icra olunuyor.  Əvvəlcə partiyalar,  firqələr,  müxtəlif məslək  və  cərə-
85

yani-siyasi  əhlləri  məqsədlərini,  məsləklərini  elan  ediyorlar.  Diyor- 
lar  ki,  bizimcə  məmləkətin  əsası  gərək  bu,  ya  o  qaidələr  üzrə  qu- 
rulsun. Məsələn, padşah olmayıb 4 ildən bir seçilən cümhur rəisi olsun. 
Məmləkətdə  milliyyət fərqi  olmasın,  rəsmi  din olmayıb,  dinlər hamısı 
bir dərəcədə və bir hüquqda olsun. Yazıya, sözə,  cəmiyyətlərə, tətillərə 
azadlıq təmin olunsun. Və sairə və yainki Rusiyada gərək məşrutiyyətli 
padşah  təyiiı  olunsun.  Tazə  bir  sülalə  seçilsin.  Provaslaviya  məzhəbi 
dövlətin dini-rəsmisi olsun.
Bu firqələr hamısı simalarını, sifətlərini açıb bildirir. Xəlq də baxar, 
hankı tərəfi hala müvafiq görərsə, səsini o tərəfin adamma verər.  Bun- 
Jar gedərlərPetroqradda və yainki Moskvada mütəntən surətdə açılacaq 
Məclisi-Müəssisana əza olarlar.  Orada fikirlər çaqqışar, layihələr qarşı- 
laşdırılar.  Əksəriyyət hanki  tərəfdə,  hanki proqram tərəfində  olarsa,  o 
zaman  o proqram məmləkətin  əsas  qanunlan hökmünü  alar.  Dövlətin 
şəkli-idarəsini Və əsas qanunlarını təyin elədikdən sonra Məclisi-Müəs- 
sisanm işi bitmiş olar.
Mıivəqqəti  inqilab  hökumətinin  elan  elədigi  vəchlə  əvvəlinci  işi 
iştə bu Məclisi-Müəssisanı  çağırmaqdır.  Çünki onsuz heç bir hökumət 
özünü  milli  hökumət  hesab  edə  bilməz.  Çünki  milli  hökumət  millət 
tərəfindən verilən bir qüvvətdir.  Millət  göndərilmişləri bir yerə yığışıb 
əksəriyyətlə  nə  kibi  hökumət  istədiklərini  bildirməyincə,  o  hökumət 
qanuni olamaz.
Milli  hökumətdə,  əsas  cəmaətin  göndərilmişləri  tərəfindən  quru- 
lan  məmləkətdə  ən  böyük  rol  oynayan  şey  say  və  təşkilatdır.  Hanki 
məsləkin  tərəfdarları  çox  olsa  və  hanki  firqənin  intizam  və  təçkilatı 
mükəmməl olsa,  söz onundur.
Sayca  biz  müsəlmanlar  ruslardan  sonrakı  gələn  bir  ünsürüz. 
Məclisi-Müəssisan  100.000  nüfusa bir  adam  hesabilə  toplaşacaq  olar- 
sa,  bizdən azı  200  adam Məclisi-Müəssisana gedə biləcək.  Bu  ikı  yüz 
adam böyük qüvvədir.  Məclisdə ayrılmaları qəti olan firqələr arasında 
200  adamlıq qüvvənin müəyyən milli əməli və müəyyən idraki olursa, 
böyük  iş  işləyə  bilər.  Bu  vəqtə  qədər köhnə  hökumət bizə  etina  etmi- 
yor,  sayımıza  baxmıyor,  istədigi  hüququmüzu  alıyor,  özümüzü  təhqir 
ediyordu.  İmdi  öylə  degil,  imdi  bütün  millətlərə  bərabərcə  hüquq  ve- 
rildigi  elan  olunmuşdur.  İntixabi-ümumi  olmuşdur.  Ümumi  intixab-
86
da sayımız nisbətində nümayəndələrimiz çıxmazsa,  artıq hökumət de- 
gil, günah özümüzdə olacaq.  Buna görə çalışmalı,  sayımızdan istifadə 
edə biləcək bir halə gəlməliyiz.  Bunun üçün birləşmək,  üzviyyət pey- 
da  etmək,  biri-birimizlə  anlaşmaq,  təşkilat  vücudə  gətirmək  lazım- 
dır.  Artıq  toplaşmaq,  danışmaq,  birləşmək  imkanı  var.  Bu  xüsusda 
hürriyyət  elan  olunmuşdur.  Yetişər  ki,  bizdə  təşəbbüs,  fədakarlıq  ol- 
sun.  Bunun üçün hər şeydən  əvvəl ürəfamız  aralarında  az-çox  aşnalıq 
və  həmməsləklik  hiss  olunan  heyətlərimiz  birləşməli,  uzaq  proqram- 
lardakı  ixtilafdan  sərfi-nəzər  eləyib  hər tərəfdə  milli  məclislər  vücudə 
gətirməlidirlər.  Bu  məclislərin  vazifəsi  xəlqi  tazə  üsulla  aşina  etmək, 
Moclisi-Müəssisan  seçkilorinə  hazırlamadan  ibarət  olmalıdır.  Bu  xü- 
sus  bilxassə  Bakı,  Gəncə  ürəfasmı  düşündürməlidir.  Bu  vəqtə  qədər 
böylə bir müəssisanın tamamilə təşkil olunub da meydana çıxmadığına 
təəssüf olunur.  Biliyoruz ki,  Bakıda bu xüsusda təşəbbüs  olunmuşdur. 
Hər  növ  kəcəndişəlik  və  müşkül  fəhmliklər  kənar  edilib  də  təşkilatə 
tələsməli,  bir  mərkəz  vücudə  gəlməlidir.  Böylə  bir  mərkəz  təşkili  va- 
cibdir.  Çünki bizim ayrı-ayrı mərkəzlərə dağılmaq üçün qüvvəmiz çox 
azdır.  Çox  qüvvəlilər  belə  birləşməgə,  qüvvələrini  birləşdirməgə  səy 
etməkdə  ikən biz bu zəif və məhdud qüvvətlərimizlə müttohid bir təş- 
kilatə istiğna göstərəcəkmiyiz?
M.Ə.Rəsulzado 
“Açıq söz”,  16 mart 1917, JVs425
Möhəvvəl -  həvalə olunan 
İstiğna -  kifayətlənmə
87

Cümhuriyyət
Məclisi-Müəssisan  yığışdıqda  Rusiya  məmləkəti  üçün  hanki  üsuli- 
idarəni qəbul edəcək?
İştə,  bu  gün  əfkari-amməni  düşündürən  bir  məsələ.  Bu  məsələnin 
qəti  cavabım  əlbəttə  ki,  Məclisi-Müəssisan  özü  verə  biləcəkdir.  Fəqət 
əhvahn nə yolda cərəyan etdigini və xəlq əfkarınm nə mərkəzdə dolan- 
dığmı  görərək bu  xüsusda  imdidən  dəxi  bir taqım təxminlərdə bulun- 
maq mümkündür.
Bilməlidir ki, cümhuriyyət əsası ta əskidən bəri Rusiyada dcmokra- 
tik və sosialist firqələrin qırmızı bayraqlarında yazılmış bir şüar ıdi. Bu 
gün o bayraqlar kəmali-hürriyyətlə ortaya çıxmış, üzərində “Var olsun 
cümhuriyyəti-ənam!”  şüarı yazılmışdır.
İstibdadın əvvəlinci günlərində öylə təsəvvür olunuyordu ki, bu şüar 
ancaq  əmələ  qismini,  demokratiyanı  ruhlandırar və  bayraq  altma  yal- 
nız  sosialistlər  toplaşarlar.  Fəqət  ildırım  surətilə  gedən  günlər  əsrdidə 
binaları alt-üst eləyən il əhəmiyyətli saətlər keçdikcə monarxiya əsasına 
yanaşan  məhfillərin  yıxıldığı  meydanə  çıxmışdır.  Degil,  əmələ  vəkil- 
ləri  şurası,  sosial-demokratiar,  sosialist-revolyusionerlər,  məşrutiyyətli 
padşah  tərəfdarı  olduğunu  bildirmişdir.  Guman  olunuyordu  ki,  ordu 
bəlkə əski ənənəsinə mərbut qahb da yeni bir tacdar istəsin.  Fəqət ordu 
naminə  cümhuriyyət  əsası  aşkara  elan  olunmuyorsa  da,  bu  əsası  elan 
edənlərə  qarşı  heç  bir  növlə  narazıhq  da  göstərmiyor.  Biləks,  əmələ 
vəkillər şurası  ilə  soldat vəkillər şurası  arasmda sıx  bir rabitə və  olaqə 
mövcud olduğu hiss olunuyoR
Rusiya  çarizmi  nə  çürüfc bir- zəmin  üstündə  dayanıyor,  no  özəksiz 
bir qoz təşkil ediyormuş ki, ən şiddətli tərəfdarları belə bu gün “monar- 
xizmə”  yanaşmaq  istəmiyorlar.  Tanrınm  “Novoye  V rem yr’sı  belə 
cümhuriyyəti daha müvafiq hal buluyor.
N ədir bu əqlləri heyran buraxan inqilab? Əvət, bu böyük inqilabdır. 
Fəqət təsəvvür olunduğu kibi gözlənilməz bir şey dəxi degildir.
Əvvəlcə tərəqqipərvər rus  cəmaət xadimləri arasmda məşrutiyyətli 
padşah  fikri  qüvvətli  idisə,  səbəbi  o  idi  ki,  sülaləni  yıxmaq,  padşahı
88
taxtdan salmaq müşkül olduğunu bilir, daha yaxm və daha müvafiq bir 
yol olmaq üzrə ancaq məsuiiyyətli vəzarətə qane oluyorlardı.
“Ədu  şod  səbəb  xeyr  əgər  xuda  xahəd”1*.  Əgər  Nikolay  bir  az 
əqilli  olsa,  əgər müqəddərati-hökuməti  Rasputin  kibi  şöhrətpərəst  bir 
dərbədərin  əlinə  verib  də,  Protopoviç  kibi  bir  macəraçıya  tapşırma- 
sa  idi,  məmləkət  nümayəndələrinin  yalvara-yaxara  istədiklərinə  əməl 
etsəydi, heç şübhəsiz ki, yerində qalacaq, işlər bu şəkildə bitməyəcəkdi.
Fəqət:
“Gələndə çün qəza quş damı görəməz,
Gözünü kor edər, əncamı görəməz”
Rusiya cümhuriyyəti haman o  zaman təmin olunmuş idi. Tarixi bir 
zaman  keçirdigimiz  bu  böyük,  bu  dəhşətli  günlərdə  səri-hökumətdə 
“əncamı görəməz” iradəsiz bir çar otuyurordu.
“Nahaq”  qandan,  “lüzumsuz”  həyəcandan  qorxan  və  yalnız  buna 
görə  məşrutiyyətli  padşah  əsasma  tərəfdar  olanlar üçün  artıq  təğyiri- 
məslək etməgə bir hail qalmamışdır.
Əksəriyyət  köhnə  padşahdan  keçə  bilmədigi  üçün  cümhuriyyət 
istəmiyordu.  İmdi  köhnəsi  yox.  Tazə  padşah  seçəcəginə  rəisi-cümhur 
seçmək daha iyi degilmidir?
Demokrasiya  nöqteyi-nəzərindən  Rusiyada  yaşayan  və  çariz- 
min  təcavüzkar  siyasətinə  məruz  qalan  sinif,  silk  və  millətlər  üçün 
cürnhuriyyətdən  daha  münasib  bir  üsuli-idarə  təsəvvür  olunamaz. 
Fəqət  cümhuriyyətdən  cümhuriyyətə  də  fərq  var.  Cümhuriyyət  öylə 
əsaslar  üzərinə  qurula  bilər  ki,  yenə  ənamın  məhkum  millətlərin  hü- 
ququnu tamamilə  təmin  etməyib  xəlqin  mümtaz  qismi  mənafeinə  uy- 
durulsun,  biistilah  cümhuriyyəti-xass  olsun.  Ola  da  bilər  ki,  bu  gün 
müvəqqəti hökumət-tərəfindən elan olunan əsaslar üzərinə ümumi, mü- 
savi,  gizii  və  doğru  surətdə  icra  olunan  seçkilərin  iqtiza  elədigi  hür- 
riyyətlərə bina olunub amməyi-xəlqin (ənamın) mənafeini gözətsin, qa- 
nun nəzərində xassi-əvam görməyib cümhuriyyəti-ənam şəklini alsın.
Məhkum  sinif  və  millət  gözü  ilə  baxıldıqda  işıqlı  istibdad  qara- 
sından,  məşrutiyyət  işıqlı  istibdaddan:  cümhuriyyət  məşrutiyyətdən, 
cümhuriyyəti-ənam da cümhuriyyəti-xassdan daha faidəli və daha mü- 
vafiq məramdır.
1 Əgər Allah istəsə düşmənçilik xeyrə çevrilər
89

Fəqot  Rusiya  bugünkü  dərəcəyi  təmoddün  və  tərəqqisi  ilə  cümhu- 
riyyətlə  idarə  olunacaq  bir  halə  gəlmişmidir.  Dünyanın  ən  böyük  is- 
tibdadmı,  ən kiçik bir zərbə iiə devirən bir cəmaotin özünü idarəyə ha- 
zır  olub-olmadığı  həqqində  şübhələnmək  insafsızlığm  ən  böyügüdür. 
Rusiya xəlqi o dərəcəyə gəlmişdir ki,  istədigi üsuli-idarəni qura bilsin, 
istərsə cümhuriyyəti-ənam da paydar edə bilər.
Var olsun cümhuriyyəti-ənam!
M.Ə.RasuIzado 
“Açıq söz”,  17 mart 1917, jY«426
Cümhuriyyoü-onam -  xalq cümhuriyyəti 
M ətb\A -bağl\
Dərbədər -  avara 
Hail -  maneə
II'
90
Polyak millotino xitabnamə
Bu  ünvan  ilə  dünki  teleqrafnamələr  müvəqqəti  hökumətin  polyak- 
lara  milli  istiqlal  vermək  həqqində  bir  xitabnamə  nəşr  etdigini 
bildirdilər.  Polyaklarla  imdiki  hökumət  heyəti  çoxdan  bəri  polyaklar 
həqqində  iləri  sürdügi  poqramım  daha  geniş  bir  əsasla  qövldən-felə 
gətirməgə başlamış oluyor. Polyaklara dair onsuz da kadetlərin proqra- 
mında muxtariyyət idarə maddəsi var idi.  Bu surətlə polyakların milli 
mətləbləri  müəyyən  bir proqram  dairəsində məlum  olduğu halda,  yal- 
mz müsəlmanlarm milli və siyasi dilək və arzuları hökumət tərəfmdən 
heç bir proqram dairəsinə  idxal edilməmiş.  Hətta əski  istibdad idarəsi 
müsəlmanlarm  idarəsi  müsəlmanlarm  özləri  tərəfindən  tərtib  olunan 
proqramın  da  varlığı  ilə  yoxluğu  arasında  əsla  bir  təvafüt  qoymamış 
idi.  Fraksiyanm  dedigi  kibi  on  sənəlik  “məşrutiyyət”  dövrəsində  bir 
danə olsun müsəlmanlar mətləbinə osla qulaq asılmadı və qövldən-felə 
gətirilməsinə çalışılmadı.
Bu dəfə hökumət heyəti bütün nazirlərin imzasilə polyaklara xitabən 
nəşr etdigi müraciətnamədə böylə diyor:
Polyaklar!  -  Rusiyamn bizim və sizin əsirlik və ayrılıq mənbəi olan 
əski  hökumət  və  idarə  üsuli  əbədi  olaraq  yıxıldı.  Azadlanmış  Rusi- 
ya  məmləkəti  sələtayi-kamiləyə  malik  bulunan  müvəqqəti  hökumət 
vasitəsilə  sizlərə  qardaşcasma  təbrik  və  səlamla  müraciətə  məsarreət 
eliyor və sizi yeni həyat və hürriyyətə dəvət edıyor. Əski hökumət sizə 
riyakaranə vədələr veriyordu.  Fəqət bu vədələri  ifa etməgə qadir oldu- 
ğu  halda  ifasını  istəmiyordu.  Orta  Avropa hökumətləri  bu hökumətin 
səhvlərindən  istifadə  edərək,  yalmz  Rusiya  və  onun  müttəfiqlərilə 
mübarizə  üçün  sizin  ölkənizi  zəbt  elədi.  Onlar  sizə  xəyali  dövlət  hü- 
quqları  verdilər.  Fəqət  vədə  bütün  Lehistan  ölkəsinə  olmayıb,  yalnız 
onun  bir  qisminə,  düşmənlər  tərəfindən  zəbt  olunan  qisminə  verdilər. 
Bu məqsədlə onlar ömürlərində heç bir zaman mütləqiyyət tərəfdarı ol- 
mayan bir millətin qan bahasını istibdal etmək istədilər.  Polyak milləti 
bundan sonra da hürriyyəti çeynəmək uğrunda vuruşmaya getməyəcək 
,və kəndi  ölkəsini  əsirləşmiş  düşmənin komandası  ilə  iki parçaya ayır- 
maya razı olmayacaqdır.
91

Polyak  qardaşlar!  Sizin  üçün  doxi  böyük  qərar  doqiqoləri  hülul 
edocokdir! Və Rusiya sizləri raillotlərin azadlığı uğrundamübarizo edən 
fodakarlar sırasma dəvot ediyor. Üzorindon istibdad və mütloqiyyət bo- 
yunduruqlarını sıyırıb atmış olan rus xəlqi qardaşı polyak millətinin də 
öz baş yazısını özü bəllomək həqqini tanıyor. Müttəfiqlorin müahidəsinə 
sadiq  olan  cənkpərvər cermanizma  ilə  mübarizə  həqqindəki  planların 
birliginə  sadiq  qalan  müvəqqəti  hökumot  oksəri  polyak  millətləri  ilə 
moskun olan Polşanın üç  qitəsindon mütoşəkkil  və müstəqil bir Lehis- 
tan dövləti  ehdas etməgin iləridə yeniloşən Avropanm sülh və səlammı 
mühafizə üçün motin bir zamin və rəhin olacağım ümid ediyor.  Rusiya 
ilo bağlanan sorbəst bir ittifaqnamə ilə birloşəcək Lehistan dövləti, Orta 
Avropa dövlotbrinin slavyanlıq üstünə  saldırmasma qarşı möhkəm bir 
sədd və bənd olacaqdır.
Azad  vo  müttəhid  polyak  m ilb ti  özünün  üsuli-idareyi-dövlot  vo 
hökumot həqqində fikrini,  Lehistan paytaxtmda çağrılacaq və ümumi 
intixab üsulilo seçilocək Müossisan Məclisi vasitəsilo bəyan edor. Rusi- 
ya inanıyor ki, Polşa ib  əsrlərdən bəri həyat və məişət keçirməklo bağ- 
lı olan m ilbtlor Lehistanda özbrinin milli və mülki varlıqlarma sağlam 
və mətin tominat alacaqlardır.  İlərido Rusiyanm Müəssisan Məclisində 
polyaklarla  yeni  və  qardaşcasına  ittifaq  ohdnamosi  oqdü-təşbiət  olu- 
nacaq  vo  bununla  borabər,  bu  gün  bir-birindən  ayrı  olan  Polşanın  hər 
üç  qitosindon  bitişik  Lehistan  vücudə  gətirmək  üçün  lazım  olan  tor- 
paq təbəddülatma Rusiyanm rizalığı veribcəkdir. Polyak qardaşlar, bu 
gün  siz  azad  Rusiyanın uzatdığı  bəradəranə  əlini  qobul  ediniz.  Mazi- 
nin  təamül  və  onənatım  sodaqətlo mühafizə  edon  sizlər bu gün  tarixi- 
nizin  parlaq  və  rövşən  bir  gününü,  Polşanm  dirilocəgi  günü,  qarşıla- 
yacaqsmız.  Varsm bizim  dövlətbrimizin  ittifaqmda,  sizlərb  sabiqdəki 
şanlı  həqtələb  qəhrəmanlar yenərək  “ol-əb,  omuz-omuza bizim  və  si- 
zin azadlığmız uğrunda mübarizə üçün ib ri!” dəvotlori bu gün veni və 
basılmaz bir qüvvə ilə təninəndaz olsun!”.
“Açıq  söz”, 20 mart  1917, JVa428
Məsarr -  sevinclər 
Zamin -  zəmanət verən
İstibdal -  dəyişiklik, təbəddülat 
Təamül -  işin adi surətdə baş tutması 
Ehdas -  meydana gətirmə, yaratma 
Təninəndaz - uğuldayan
92
4 gün xəlq içində
Böylə  əhəmiyyətli  bir  zamanda  qəzetə  başında  duran  bir  adamm 
nə  qədər  işi  çox  olduğunu,  əlbəttə  əhli  bilir.  Bu  işindən,  bir  gün  do 
olsa  ayrılmaq,  bir  baş  mühərrir üçün  no  dorəcədə  çətin  və  bir  qəzetə 
üçün nə əndazədə ağır olduğu da əlbəttə toslim edilir.  Bununla bərabər 
Bakı  icra  komitəsi  ilə  müvəqqəti  qubernator  İlyuşkinin  toklifləri  ilo 
lənkəranlı  vətəndaşlarm  xahişlərinə  qarşı  mənəvi  bir borc  hiss  etdim 
ki, Lənkəran uyezdinə komissar gedəm.  Keçon pəncşənbə günü axşam 
vətəndaş  Kuznetsov  ib   bərabər  “İvan  Kolesnikov”  paraxoduna  min- 
dim, Lənkərana azim oldum. Dörd gün bu uyezd xolqi içindo dolandıq- 
dan sonra Bakıya qayıtdım.
Xəlq içində keçirdigim bu dörd gün ərzində aldığım zövqi-mənovinin 
təşəkkürünü kimə  orz  edim? Lənkərana getməmi  təklif edənlərə, yox- 
sa  ora  gəlməmi  xahiş  ebyənbrəm i?  Heç  birinə  degil.  Xəlqinə  xadim 
olmaq  istəyən  bir  mühərriri  kəmali-azadlıqla  məxdumi  olan  xəlq  ilə 
görüşdürən hürriyyəto, azadlıq hökumətinə.
-  Yaşasm tazə hökumət!
Cümə  günü  saət  8-də  bizi  istiqbal  üçün  doniz  kənarma  yığı- 
şan  lənkəranlı  vətəndaşlara  söylədigimiz  ilk  sözümüz  bu  olmuş, 
müqabilində isə qırmızı bayraqlarla səf bağlayan cəmaət:
-  Yaşasın tazə hökumət,  ura! -  deyə pəhnavər bir dağ kibi sosimizə 
səs vermişdi.
Dənizdən  və  dəniz  kibi  qaynamaqda  olan  Lənkəran  comaətindən 
həbligə  vida  edib  ilk  borcumuz  azadlıq  üçün  millotə  böyük  xidməti 
dəgən  orduya  salam  vermək  idi.  Bu  moqsədimizi  bizi  alqışlar  içində 
faytona  mindirən  cəmaətə  söylədik  və  sonra məhəllələrə  gəlib  onlarla 
ayrıca “söhbət edəcəgimizi” bildirdik.
Cəmaətin  gülər  üzü,  rast  gələn  vətəndaşların  iltifath  alqışları  al- 
tmda  faytonumuz  gediyor,  bizi  “Avropa”  mehmanxanasma  aparıyor- 
du.  Bir az sonra mehmanxanaya enmiş, nömrə tutmuşduq.  Fəqət meh- 
manxana  bəlləmədən  əvvəl  adam  göndərmiş,  qarnizon  naçalniki  Us- 
tan-Sakan  cənablarma  xəbər  vermişdik  ki,  o fiserb rb   soldatları  hazır
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin