Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


“Açıq söz”, 26 mart 1917, JVs433



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

“Açıq söz”, 26 mart 1917, JVs433
Rüşd -  doğru yol 
S ü n u f-sin iflə r
114
tki baxış ortasında
Təngə  gəlib  də  köhnə  hökuməti  başından  atan  Rusiya  hürriyyət- 
pərvərbri  nəzərində  həlli  tələb  olunan  mühüm  bir  məsələ  durdu. 
Müharibə  necə  olsun?  Hökuməti-müvəqqətə  ta  əvvəlinci  günündən 
etibarən  müharibə  son  imkana  qədər  aparılıb  zəfərlə  bitsin,  dedi.  İlk 
nəzərdə  bu  məsələ  üstündə  iki  rəy  ola bilməyəcəgi  də  məntiqli  görü- 
lüyordu.  Məmləkəti  bərbad  edən,  dövləti  eybləndirən,  hökuməti  yı- 
xan bir qüvvət şübhəsiz ki,  eybli  sülh  imza edəməzdi.  Böylə bir  imza 
azad Rusiya cəmaətinin şərəf və namusuna toxunacaqdı.  Fəqət günlərə 
keçdikcə  hürriyyət  dəstəsi  içində  iki  cərəyan  mövcud  olduğu  mey- 
dana  çıxdı:  liberallar  cərəyam,  sollar  axmtısı.  Liberallarm  müharibə 
həqqindəki  əzmləri haman qədimdən bəri bildigimiz əzm idi.  Hətta bu 
əzmi  idarə  üçün  seçilən  vəzir belə  siyasəti-aləm həqqindəki  müəyyən 
nəzəri ilə tanmmış bir zat idi. Bu “əzm”ə görə Rusiyanm mənafei daxi- 
li islahata bağlı olmaqla bərabər xaricən dəxi bəzi müvəffəqiyyətlər, bir 
takım  qazanclar  əldə  etməgə  bağlıdır.  Halbuki  sol  cərəyan,  Kerenski, 
Çxeidze  və onlardan daha solda bulunan bəzi  əmələ təşkilatı məsələyi 
başqa dürlü mütaliə ediyorlar.  Onlar müharib  səfləri üstündən  əl uzat- 
maq surətilə olsa da bir an əvvəl barışmaq və nahaq qan tökməmək is- 
tiyorlar.  Əlbəttə,  bunlar da o biriləri kibi  eybli  sülh  əqdinə  yanaşmaz- 
lar,  Rusiya  xəlqini  “xain”  mövqeində  görmək  istəməzlər.  Fəqət  eyb- 
siz  sülhün  şəraitini təyində  ehtimal  ki,  digərləri  kibi müşkülpəsəndlik 
də  etməzlər.  Bu iki cərəyan arasındakı  fərqin  hal-hazırda nədən ibarət 
olduğunu  kəsdirmək  əldəki  məlumata  görə  mümkün  degildir.  Çünki 
biz bu qədər bir şey biliyoruz ki,  Soldat və Əmələ Vəkilləri  Şurası bü- 
tün  müharib  dövlət  əmələlərinə  müraciətlə  istəmişdir  ki,  nahaq  qan 
tökülməsinə  intəha verilsin  və hər yanda cümhuriyyəti-ənam  əsasmın 
möhkəmləşdirilməsinə  çahşılsm.  Və  təzminati-hərbiyyə  ilə  istiladan 
xali  şərtlərlə  sülh  əqdinə  çahşılsm.  Böylə  bir  proqram  liberal  qismi- 
nin məramilə müvafiq gəliyormu,  degilmi -  burası  daha bəlli  degildir.
115

IİN
Fəqət bu qədər məlumdur ki,  Rusiya sollarmın bu təklifi liberal qismi- 
nin,  liberal  mətbuatm xoşuna gəlməmişdir.  Omələ partiyası  vaqe  olan 
bu təklifi ilə xoşbavərlikdə, dost,  düşmən tanımamaqda ittiham olunu- 
yor.  Zatən  siyasi  məsələlərdə,  bilxassə  xarici  siyasət məsələsindəki bu 
iki ruhluluq inqilabdan əvvəlki Duma iclaslarmda da görülüyordu. Bu- 
günki  xariciyyə  vəziri  Milyukov  ilə  bugünki  ədliyyə  vəziri  Kerenski 
və bugünki fəhlə vəkilləri şurasınm rəisi Çxeidze arasmda münaqişələr 
vaqe  oluyordu.  Milyukov  boğazlardan,  İstanbulun  lüzumundan  bəhs 
edib durduğu zamanda Kerenski  ilə Çxeidze buna “xəyalplov” namını 
veriyor, Rusiya demokratiyasınm mənafeini burada degil, “Fransa inqi- 
labını təqlid etməkdə” görüyorlardı.
Müharibəyi  davam  etdirmək  bütün  cərəyanlara  mənsub  Rusiya 
vətəndaşlarınm  bugünki  bir  sözüdür.  Neçün  davam  etdirmək?  -   iştə, 
ixtilaflı  bir məsələ.  Xarici  məsələdə,  bilxassə müharibənin məqsəd və 
əncamı üstündə  sezilən bu iki nəzər, daxili  siyasət məsələsində də yox 
degildir. Daxilən cümhuriyyəti-ənam əsasını dikəldib geniş bir səlahiy- 
yətlə demokratik bir idarə qurmaq fikri  ilə bu  fikrə çox da mail olma- 
yan varlı  siniflər və ehtiyatlı liberallar arasmda iki meyl mövcud oldu- 
ğu sezilməkdədir.  Bu iki meylin və digər meyllərin həqqi-bəqa qazan- 
masını  şübhəsiz  ki,  Məclisi-Müəssisan  həll  edəcəkdir,  Fəqət  Məclisi- 
Müəssisanm  bu  -   yaxud  o  qərara  gəlməsini  əvvəlcədən  təmin  etmək 
üçün  hökuməti-müvəqqstəyi  əllərində  bulunduranlar  tamamilə  la- 
qeyd qalamazlar.  İnqilabın bütün məsuliyyət və ağırlığmı boyunlarına 
götürən fədakar qüvvətlər əlbəttə  istərlər ki,  cəmaət bütün  azadhğı  ilə 
rəyini  verib  könlü  istədigi  idarə həqqində kəndi  fikrini  söyləyə bilsin. 
Ona görə  də bu hökuməti ümidli  əllərdə  bulundurmaq arzusu ən təbii 
arzudur.  Əcəba,  Rusiya  demokratiyasının,  köhnə  Rusiyada  məhkum 
olan  millətlərin  mənafeini  gözədəcək  bir  qüvvət,  bir ümidli  əl  hanki- 
sidir.  Heç  şübhəsiz  ki,  bu  qüvvət  cümhuriyyəti-ənam  əsasınm  zaman 
iqtizasilə  degil,  sinif mənfəəti  ilə  əskidən  bəri  bəslədigi  arzu  və  əməl 
həsbilə ən səmimi tərəfdarı olan inqilab və demokrat firqələridir.
Buna  görə  bəsirətli  olmalı,  Məclisi-Müəssisana  getdikdə  han- 
ki  məslək,  hanki  sinif  və  hanki  qüvvətlərlə  etilaf  və  ittihad  bağla-
116
maq  mənfəətimizdən  olduğunu  biz  müsəlman  kütləsi,  biz  müsəlman 
kütləsinin  mənafeini  gözədənlər,  onun  safıyyəti-mədəniyyə  və  məsu- 
niyyəti-milliyyəsi üçün sinə sürtənlər yaxşıca ölçüb biçməli və o surətlə 
rəftar etməliyiz.
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 27 mart 1917, JY®434
Xali -  sərbəst
Xoşbavərlik -  mötobor olmamaq
Məsuniyyət -  toxunulmazlıq
117

İki hökumət
Liberal  qəzetələr  iki  hökumətlilikdən  şikayətə başlamışlardır.  Bakı 
mətbuatmdan  isə  “Baku”  bilxassə  bu  halə  qarşı  protestolar  ediyor  və 
var qüvvəsi ilə çalışıyor.
Nədir bu iki hökumətlilik?
Oxucularımız  bilirlər  ki,  hal-hazırədə  qanuni  bir  hökumət  var  ki, 
o  da  Dövlət  duması  əzasmdan  qurulmuş  olan  İcra  Komitəsidir.  Bu 
komitənin  başmda  Dövlət  dumasmm  rəisi  Rodziyanko  durmaqda- 
dır.  Rodziyanko  sədarətindəki  bu  komitə  məmləkətin  səltənəti-aliyə- 
sinə  malik  bir  növ  müvəqqəti  hökmdardır.  Məclisi-Müəssisan  yığıla- 
na  qədər  millət  və  məmləkətin  müqəddərati  onun  hökmünə  tabedir. 
Bu komitə öz tərəfindən vəzirlər təyin edərək məmləkətin idarəsini və 
Məcfisf-Müəssisan tərtibatmm hazırhğım onlara mühəvvəl etmişdir.
Müvəqqəti  icra komitəsi  ilə  bərabər bir  də böyük bir komitə  təşkil 
olunmuşdur ki, bu da fəhlə və soldat vəkillərinin şurasıdır.  Bu şuranın 
rəisi  sosial-demokrat  Çxeidze,  rəisi-naibi  yenə  sosial-demokrat  Skob- 
levdir.  Hər  nə  qədər  rəsmən  hökuməti-müvəqqət  icra komitəsində  isə 
də, həqiqətdə iqtidar Soldat və Fəhlə Vəkilləri Şurasmdadır. Bu bir inqi- 
fab komıtəsidır. Bir komitədir ki, haqiqi inqilab komitəsi onun əlindədir.
Fevralın 
axırlarında  hökumət  böhranı  başladığı 
günlərdə, 
tərəqqipərvər  blok  əksəriyyəti  yenə  bir  növ  müdara  siyasətindən  əl 
çəkm ək  istəmiyor,  fəhlələrlə  soldatların  tamamilə  millət  tərəfinə 
keçdikləri  məlum  olmadığı  müddətcə  Duma  əksəriyyəti  inqilab  mey- 
danına qədəm basmaq cəsarətini göstərə bilməyib büdrüyor, titriyordu. 
Hətta Petroqrad  küçələrində  qanlar tökülməgə başladığı  son  saətlərdə 
belə Rodziyanko əndişəli teleqramları  ilə Nikolay Romanova müraciət 
ediyor, onu “əql və tədbirə” dəvət ediyordu.
Halbuki böyük bir qüvvət sahibi olaraq təşəkkül edən Vəkillər Şura- 
böylə büdrəmələrdən azad, cəsur bir müəssisə şəklində zühur edərək 
Duma  liberallarmı  itələyib  inqilab  səhnəsinə  sürümüş  və  çarizm  ilə 
hakimiyyəti-milliyyə arasmdakı  ixtilafı ta kökündən qət edib atmışdı. 
Vəkillər Şurasmm müdaxilə və israrı olmasa Nikolaym vəkili knyazla- 
rın qələbəsinə lazım olan tədbirlər görülməyəcək və bu gün hər tərəfdə 
cümhuriyyəti-ənam  tərəfdarhğı  ilə  meydana  çıxan  cəmaət  firqələri 
dəxi özlərini göstərə bilməyəcəklərdi.
118
Doğrudur  ki,  bu  gün  məmləkətdə  iki  qüvvət  icrayi-hökm  ediyor. 
Bu  qüvvətlərdən  birisi  denildi  ki,  Duma komitəsi,  o birisi  də Vəkillər 
Şurasıdır.  Və  əlbəttə,  adi  zamanlarda  bir  məmləkətdə  iki  qüvvənin 
bərabərcə  icrayi-hökm  eləməsinə  təhəmmül  olunamaz.  Çünki  bu 
nəhayət,  hökumətsizligi  mucib  olar.  Fəqət inqilab zamanı  böylə  degil- 
dir.  İnqilab  zamam  bir  növ  hərb  zamanıdır.  Hərb  zamanmda  necə  ki 
mülki  hökumətlərlə bərabər əskəri hökumətlərə  də yer verilər,  öylə  də 
inqilab zamamnda inqilab qaillərinin işlərin mənafei-inqilab ilə davam 
getməsini  gözətməgə həqləri vardır və bu mətlubdur da.  Bu gün Fəhlə 
Vəkilləri  Şurası  olmasa  və  kəndisinə  məxsus  bir  əzmlə  işə  müdaxilə 
edib də inqilabi bugünki mətlub dərəcəyə yetirməsə idi, kim bilir nələr 
olurdu.  Bu  gün  “iki  hökumət”  varsa,  o  zaman  bundan  daha  bədtəri 
olan  -   “çox  hökumət”lilik  meydana  gələrdi.  Vəkillər  Şurasınm  bəzi 
xətalarını əldə bəhanə edib bar-bar bağıranlar və bu Şuranın dün etdigi 
böyük xidməti  bu  gün unudanlar burasım  nahaq yerə nəzəri-etinadan 
dür  tutuyorlar.  Vəkillər  Şurası  bu  gün  soldatlarla  əmələ  və  fəhlələri 
birləşdiriyor. Onların horəkətinə intizam və birlik bəxş ediyor. Bu olma- 
sa o zaman bir təşkilatsızhğm, başsızlığm fəci nəticələrini,  idarə anar- 
xiyasmı dadmaqla zəhri-kam olacaqdır ki, bundan hər halda hürriyyət 
degil, əsarət ı'stifadə edəcəkdi.
Keçirdigimiz  inqilab  liberal  burjualarla  inqilabçı  sollarm  ittifaqm- 
dan  hasil  olmuşdur.  Sollar  ittifaq  xatirinə  və  zamanın  mənasmı,  itti- 
faqm  mənafeini  nəzərə  alaraq  hökuməti  əksəriyyətlə  liberallardan 
təşəkkül  edən  bir  heyotə  vermişlər.  Özlərinə  isə  bir  növ  nigəhbanlıq 
vəzifəsini  götürmüşlərdir.  Bu  nigəhbanlıq  vəzifəsini  görən  idarə  isə 
Vəkillər Şurasıdır.  Vəkillər Şurasınm doğrudan-doğruya icraiyyatə qa- 
rışması  mətlub  olmasa  da,  hökumət  komitə  icraiyyatinə  icrai-nüfuz 
etmək  və  Duma  komitəsi  üstündə  nigəhban  olmaq  borcudur.  Bu  bor- 
cunun  ifasmda  səhlənkarlıq  edəcək  olursa,  Vəkillər  Şurası  böyük  bir 
xətayə düşmüş olar ki, demokratiya mənafeyi naminə bu xəta kəndisinə 
əfv olunmaz.
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 28 mart 1917, JV»435
Müdara -  yubanma, dözmə
Dur -  uzaq
Nigəhban -  gözətçi, qarovulçu
119

General Kuropatkinin hürriyyəti
Tazə  Rusiyanın  böyük  bir  qismini  təşkil  edən  Türkistandan  hür- 
riyyətin ilk günlərində xəbərlər az gəlirdi. Bura əhvalmm nə yolda get- 
digini  bilmək,  o xüsusda aşkar və  aydm bir fikir edinmək müşkül  idi. 
Bizim kibi məmləkətin bu başmda oturanlar degil, paytaxtda nəşr olu- 
nan qəzetələr dəxi Türkistan idarəsinə şübhələr, əndişələrlə baxmaqda- 
dırlar.  “Ruskoye  volya”  qəzetəsində  Kuropatkin  idarəsi  “köhnə  dəridə 
tazə şərab” cümləsi ilə tərif olunuyordu. Bu köhnə dərinin tazə şərabı nə 
cür saxlayacağı,  saxlaya biləcəyi heç  şübhəsiz ki,  şübhəli  idi.  Bilxassə 
ki,  Kuropatkinin hökm elədigi vilayət əksəriyyətlə sabiqdə “inorodist” 
denilən  xəlqdən  ibarətdir.  Köhnə  idarənin  mahir  müdirlərındən  olan 
Kuropatkinlərin inorodistlər həqqindəki nəzərləri isə gizli bir şey degil- 
dir.  Bunlar ən  səmimi  olmaq istədikləri  zamanlarda belə inorodistlərə 
“kiçik  oğul”luqdan  artıq  məqam  gözləməmişlərdir.  Çar  hökumətinin 
müftinanə  bir  surətdə  bütün  Türkistanı  cəbrən  üsyanə  qaldırdığı 
nəticəsində Almaniya səhnəyi-hərbindən alınıb da Türkistan meydani- 
siyasətinə  atılan  Kuropatkinin  Türkistan  nümayəndələrinə  xitabən 
söylədigi  nitqində  böyük  oğullar naminə  bu  “ağ  valideyn”  olan  kiçik 
oğulları qanlar, atəşlərlə təhdid ediyor.  Sözdə adlarına kiçik oğul diyor 
idisə də,  işdə onlarla kiçik qul kibi rəftar ediyordu.  Bir damla rus qanı 
tökülən yerlər yerlilərin əlindən alınırdı.
Bu,  Kuropatkinin  müharibə  zamanmdakı  “üsyan”  əsnasındakı 
hərəkəti  idi.  Daha adi zamanlardakı hərəkət və siyasətini  isə həqqində 
söylənən mənqəbələrdən bilmək olar. Bu mənqəbələrdən birisi məsələn, 
söylüyor ki,  keçən zamanlarda Türkistan valii-ümumi-əskəriyyəsi  bu- 
lunduğu zaman Kuropatkin Türkistan şəhərlərindəki söyüdləri kəsdirib 
yerinə  “akasiya”  ağacı  əkdiriyor.  Bununla  Türkistan  şəhərlərini  “rus- 
laşdırıyormuş”.  İştə,  inorodistlərin  ağaclarını  belə  görmək  istəməyən 
bu  “dahiyi-təmsil”  imdi  yeni  hökumətin  ruslaşdırmaq  degil,  rusiyah- 
laşdırmaq  siyasətini  ifa etmək üzrə  Türkistan vilayətinin  başmdä qal- 
mış və haman “islahatə” başlarmşdır.  Fəqət necə başlamışdır?
120
Qəzetələrin  xəbər verdiginə  görə  general  Kuropatkin  əmr etmişdir 
ki, bütün Türkistan şəhərlərində  1872-ci il qanununa görə bələdiyyələr 
seçilsin  və  hər  şəhərdə  seçiləcək  qlasmlann  ancaq  yarısı  yerlilərdən 
ibarət olsun, qalan yarısı isə avropahlardan (yəni xristianlardan) olsun.
Məlum  olduğu  üzrə  bu  bildigimiz köhnə  şəhər qərardadının  44-cü 
maddəsidir.  Yeni hökumətin inorodistlərə aid məhdudluqların qaldırıl- 
ması həqqində  sadir elədigi  fərmandan sonra bu maddənin hökmü sa- 
qit olmuş,  şəhər dumalarmın  seçkisi  bütün vətəndaşlardan  ötrü  müsa- 
violmuşdur.
Hürriyyət,  ədalət  və  müsavatm  elan  olunduğu  qardaşhq  və  vətən- 
daşlıq  əsasınm  paydar  edildigi  böylə  bir  zamanda  Kuropatkin  əcəba, 
hanki məntiq və səlahiyyətlə yerli türkistanlıları yenə kiçik oğul və ya- 
inki qul mənziləsində görmək istiyor?
Qəzetələrin  izahına  görə  Kuropatkin  bərabər  vo  bəradərlik  elan 
olunduğu  böylə  bir  zamanda  ruhi-zaman  ilə  daban-dabana  zidd  olan 
qərarım  onunla  izah  ediyormuş  ki,  yerlilər  “ən  müqəddəs  və  ən  ağır 
vəzifəyi  ifa  etmiyorlarmış”.  Bunu  hər  kəsin  anlayacağı  dillə  tərcümə 
etdikdə  çıxar  ki,  türküstanhlar  əskər  getmədiklorindən  əskər  ğedən 
qeyri-türküstanlılarla  hüquqda  müsavi  olamazlar.  İştə,  köhnə  dərinin 
tazə şəraba verdigi təm.  Bu söz Nikolay İkinci ilə Rasputin zamanmda 
bəlkə də məntiqli  görünüyor,  kimi  isə  iqna  edə bilərdi.  Fəqət imdi,  in- 
san və vətəndaşhq hüququnun mütəntən bir surətdə elan  olunduğu za- 
man,  bu  kibi  dəlillərin  qiyməti  bir  çürük  qozdan  artıq  degildir.  Çün- 
ki bu dəlilin yalan və göz bağlayıcı olduğu meydanda olub hər kəsdən 
ötrü aşkardır.
Kuropatkinlər  öz  təsəvvür  və  məntiqlərinə  sadiq  qalsaydılar  “ən 
müqəddəs  və  ağır  vəzifəyi-vətəniyyəyi”  ifa  edən  yəhudi  vətondaşlara 
tarixi-aləmdə  misli  az  görülən  məzalimi  rəva  görməz  və  yenə  haman 
türkistanlıların  irq  və  din  qardaşları  olan  tätarların  əskər getdiklərinə 
baxmayaraq şəhər dumalarmda hüquqları  əksidilməz vo Türkistanda -  
bu baba yurdunda -  yer və yurd almaq həqlori paymal edilməzdi.
Türküstanlılar “ən müqəddəs və ağır vəzifəyi-vətəniyyəyi” ifa etmi- 
yorlarsa,  bunun  günahı  kəndilərində  degil,  gözləri  “akasiya”dan  baş- 
qa ağac görmək istəməyən köhnə bürokratlarda, rusiyəliligi kor-koranə 
“ağ padşah”a baş əgmək kibi təbliğ edən kuropatkinlərdədir.
121

“Ağ  padşah”  təxti-mütalimindən  rədd  edildikdən  sonra qara  fikirli 
hampaları bilməlidir ki, bu kibi yabançı məntiqlərlə köhnə əsasları sax- 
laya bilməzlər.
Hər növ ikiüzlülükdən ari olan Rusiya demokratiyası ümidvardır ki, 
bu kibi yabançı məntiqlə hərəkət edən idarə adamlarına yol verməz ki, 
tazə üsuli-idarəni də köhnəsi kibi  səmimilikdən ari göstərsinlər.  Bura- 
sını nəzərə alıb da bütün irqdaş və dindaşları ilə bərabər türkistanlı qar- 
daşlarımız dəxi birləşib Rusiya demokratiyasını  qüvvətləndirməgə ça- 
lışmalı, bilməlidirlər ki, yalmz bu qüvvədir onları adı “ağ”, özü “qanlı” 
çardan  qurtardığı kibi,  köhnə idarənin qara-qırmızı  ideoloqlarmm ya- 
bancı məntiqlərindən də xilas edər.
Yaşasın millətlərin biläşərt və qeydi-bərabər və bəradərligini təmin 
edən Rusiya demokratiyası!
M.Ə.RəsuIzadə 
“Açjq söz”, 30 mart 1917, JV®437
Mənqəbə -  təriflənəsi xidmət
Saqit -  etibardan düşmüş
Hamıl -  yüklənmiş, daşıyan
122
Cümhuriyyəti-ənam şüarı, 
Kadct firqəsi vo müsəlmanlar
Cümhuriyyəti-ənam  şüarı  artıq  Rusiya  hürriyyətpərvərlərindən 
ötrü ixtilaf götürməz siyasi bir ideal halxnx alxyor. Rusiya hürriyyətpər- 
vər partiyalarından  hürriyyəti-milliyyə  Kadet  firqəsi  idi  ki,  məşrutəli 
padşah üsuli-idarəsinə tərəfdar idi. Şon firqə ictimaində bu partiya dəxi 
özünün cümhuriyyəti-ənam tərəfdarı olduğunu ittihadla elan eləmiş və 
məmləkət üsuli-idarəsinə aid olan proqram maddəsini aşağıdakı vəchlə 
təbdil eləmişdir.
“Rusiya  parlaman  üsuli  vo  cümhuriyyəti-ənam  əsasilə  idarə  olun- 
malıdır.  Qüvvəyi-icraətin  başında  müəyyən  bir  zaman  üçün  cəmaət 
nümayəndələri tərəfmdən seçilmiş cümhur rəisi bulunmalıdır ki, bu rəis 
də məmləkəti məsuliyyətli hcyəti-vüzəra vasitəsilə idarə eləməlidir”.
Günün ən mühüm qüvvətini  və inqilabın  ən dəyanətli  istinadgahım 
təşkil edən  fəhlə firqələrilə soldat təşkilatmın cümhuriyyəti-ənam fik- 
ri  həqqindəki  rəyləri  aşkar  idi.  Onlar başqa dürlü üsuli-idarəyə  məhəl 
və  imkan  belə  buraxmaq  niyyətində  olmadıqlarmı  bəyan  edib  duru- 
yorlardı.  Həm başqa dürlü də  olamazdı,  Çünki bu  əksərən  sosialist və 
sol firqələrdən təşəkkül edən təşkilatlar bu gün degil, ta “qalübəla”dan 
cümhuriyyəti-ənam tərəfdarı olmuşdur və şübhəsiz ki, bu gün ələ keçən 
fürsəti qaçıramazlardı.
Yalnız  ehtiyat  olunuyordu  ki,  Rusiyanın  mərkəzi  firqəsini  təşkil 
edən  və  əksərən  Rusiya  intelligensiyasından  ibarət  olan  mötədil 
kadetlər  bəlkə  bu  şüarla  barışmazlar  və  bu  surətlə  hürriyyətpərvərlər 
arasında üsuli-idarə həqqindəki  siyasi bir nəzər ixtilafi  hadis olar.  Ka- 
det firqəsinin son qərarı isə bu ehtiyatı tamamilə zail edib göstərmişdir 
ki,  Rusiya hürriyyətpərvərlərinin sağmdan ötüb soluna qədər artıq ha- 
mısı cümhuriyyəti-ənam tərəfdarıdır. Və imdıdən demək də olar ki, Ru- 
siyanın Məclisi-Müəssisanca qəbul  olunacaq yeni  üsuli-idarəsi  haman 
“cümhuriyyəti-ənam”dan ibarət olacaqdır,
123

Şübhəsiz ki, bütün Rusiya demokratiyası ilə bərabər müsəlmanların 
da  amalı,  mənafei-milliyyələri  ilə  müvafiq  gördükləri  bir  üsuli-idarə 
varsa,  haman  cümhuriyyəti-onamdır.  Cümhuriyyəti-ənam  tələbimiz 
Məclisi-Müəssisanda  lehinə  rəy  verəcəgimiz  müqəddəs  şüarımızdır. 
Fəqət yalnız bir bu əsas bütün ehtiyacati-milliyyəmizi izalə edər, bütün 
diləklərimizi razı sala bilərmi?
Əlbəttə,  yox.  Əlbəttə  ki,  kəndi  milliyyətimizin  tamamilə  təmini- 
bəqası  və  milli  qüvvətlərimizin  meydan  alıb  da  hər  növ  maddi  və 
mənəvi təsirlərdən azad qalaraq müstəqilən böyüyüb artması üçün baş- 
qa nəzərlər və başqa tələblərimiz də vardır.  Fəqət üsuli-hərəkət iqtizası 
olaraq bu tələblərimizi zamani-axirə təliq ediyoruz.
Bu tətablar qəbilindən olaraq “hürriyyəti-milliyyə” firqəsi ictimaində 
hazır bulunan Ukrayna nümayəndələri Rusiyanm yalnız cümhuriyyəti- 
ənamla  qalmayıb  “cümhuriyyəti-müctəmeə”  əsası  üzərinə  qurulması 
tələbində  israr eləmişlərdir  ki,  Rusiya müsəlmanları  naminə  məclisdə 
bulunan orenburqlu Mənsurov cənabları da bu flkrə iştirak eləmişdir.
Böylə  bir  fikrə  iştirak  etdigi  üçün  Mənsurov  cənabları  əlbəttə  ki, 
müaxizə olunamaz.  Fəqət Monsurov -  teleqraflardan anlaşıldığına gö- 
rə -  daha iləri getmiş, demiş ki, “bütün Rusiya müsəlmanları hürriyyə- 
ti-milliyyə  firqəsinin idealı  üçün  sinə  sipər elər və hanki tərəfdən olsa 
da, cəmaətin azadlığmı təhdid edən qüvvətlərə qarşı mübarizə edərlər”.
Millətin  azadhğmı,  Rusiyanm  hürriyyətini  və  cümhuriyyəti-ənam 
əsasmı  müdafiə  üçün  şübhəsiz  ki,  müsəlmanlar  sinə  sipər  elər,  lazım 
olursa ölər,  məqsəddən dönməzlər.  Fəqət bu fədakarlığı Kadet denilən 
“hürriyyəti-milliyyə”  firqəsinin  idealı naminə edərlər -  demək,  bütün 
müsəlmanların  ancaq  bu  flrqəyə  mənsub  və  ya  tərəfdar  olmasmı  id- 
dia  etməkdir.  Böylə  bir  iddia  səlahiyyətini  Mənsurov  millətdaşımıza 
əcəba,  kim  vermiş  və  böylə  qəti  bir bəyanda bulunmaq  cəsarətini  ha- 
radan almışdır?
Hər şeydən əvvəl Mənsurov bilməz degildir ki, hər bir mədəni millət 
kibi müsəlmanlar arasında müxtəlif cərəyanlar, müxtəlif siyasi və icti- 
mai nəzəriyyələr vardır:  yalnız bir burası  mülahizəyə  alınsaydı,  bütün 
müsəlmanların  kadetlər  müridi  olduqlarmı  iddia  etmək  mümkün  ol- 
madığı  özü-özündən anlaşılardı.  İçtimai nəzəriyyələr,  sinfi mənfəətlər
124
ı
I
kənarə  qoyulub  da  sırf  milli-siyasi  nöqteyi-nəzərdən  baxılsa  belə, 
müxtəlif müsəlman  cərəyanları  “hürriyyəti-milliyyə”  firqəsinin  ideal- 
larım kəndi milli idealları ilə müvafiq görəməzlər. Bəzilərincə müvafiq 
görülsə belə, bütün Rusiya müsəlmanlarmın “Milyukov şöbəsi” olduğu 
fikrini əqldən belə keçirmək olmaz.
Biz  biliyoruz  ki,  daxilən  bütün  millətlərin  hürriyyətini,  mədəni  və 
milli  istiqlalını  o  pa.rtiyalar  təmin  edərlər  ki,  onlar  hər  növ  imperia- 
lizm  ruh  və  siyasətindən  uzaqdırlar.  Rusiyanm  əzəmətini,  azadlığı- 
nı,  səadətini  xaricdə  bir  taqım  nüfuzlar,  istilalar  və  qazanclarda  gö- 
rən firqələr nə qədər özlərinə hürriyyətpərvər desələr də, daxilən bütün 
millətlərin hüququnu,  azadlığmı təmin edəməzlər.
1905-ci  ildəki  müsəlman  syezdləri  “hürriyyəti-milliyyə”  firqəsinə 
yaxm bir proqram  qəbul  eləmiş  və bu  firqə  ilə  bərabər  getməyə  meyl 
göstərmişdi.  Fəqət o zaman belə bu tərzi-hərəkətin bütün müsəlmanlar 
naminə qəbulunuprotesto edənlər bulunmuş və Rusiyamüsəlmanlarmin 
mənafeini səmimiyyəti şübhələr altmda olan kadetlərlə degil, sol fırqə- 
lərlə bərabər olmaqla görmüşlərdi.
1917-ci il  1905-ci ilə nisbət çox böyümüşdür.  12  illik təcrübə bütün 
Rusiya əfkari-amməsində olduğu kibi müsəlman əfkari-amməsində də 
külli təbəddülat əmələ gətirmişdir. Bu təcrübələri  ilə müsəlmanlar çox 
vədləri  qovmuş,  firqələri  təcrübədən  keçirmişlərdir.  Böyük  aləm  vü- 
quatı qarşısında, bilxassə Kadet firqəsinin verdigi imtahan, izhar elədigi 
sima müsəlmanları, ən ciddi kadet tərəfdarı olan cəmaət xadimlərimizi 
belə  düşündürmüş,  tamamilə  başqa  xətti-hərəkət  ittixazinə  məcbur 
eləmişdir.
Hürriyyəti-milliyyə  firqəsinin  ən  parlaq  nümayəndəsi,  bütün  ruhi, 
canı  bir  əməl  kibi  bəslədigi  siyasətinin  müvərrici  bu  günün xariciyyə 
vəziri  Milyukovdur.  Milyukov  siyasətinin  demokratiya  siyasətinə  -  
Rusiya millətlərinin mənafeinə ən uyğun gələn bu siyasətə -  qarşı mü- 
arizligi  gün  kibi  aşkardır.  Bu  böylə  ikən  müsəlmanlar  əcəba,  hanki 
msntiqlə  özlərini  Milyukov  şiəsi  elan  edər,  özlərinə  məxsus  ideal  və 
nəzəriyyədən  əl  çəkib  də  Kadet  firqəsi  üçün  sinə  sipər  edərlər!?  Yox, 
müsəlmanların  sipər  edəcəkləri  sinələri  varsa,  bu  sinə  yalnız  Rusiya 
hürriyyətini mühafizə edər və yalnız kəndi milli əməlİni müdafiə üçün 
hər bir bəlaya açılar.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin