Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

137

lı  və  nəcabotli  -   deyə  tanman  əyan  və  əşrəfin  seçki  hoqqi  çox  olur. 
Xəlqə,  onam sinfino, yoni  qara comaəto,  füqərayə seçki həqqi verilmi- 
yor. İdarə cəmaətin əlində olursa da, hamısmm degil,  ancaq bir qismi- 
nin olindo olur.
Bəzən  öylə  olur ki,  seçki  həqqi  zahirən  cəmaətin hamısma  verilir. 
Fəqət o biri tərəfdən seçki nizamnaməsində öylə şeytan fikirli maddəlor, 
cin düşüncəli fəsillər yazılır ki, yenə də seçilmiş  siniflər aparıyor, qara 
xəlq itirmiş oluyor. Buna görədir ki, əsl cəmaət tərəfindən olan firqələr, 
hürriyyəti şərtsiz və qeydsiz istəyən partiyalarsa seçkini hər bir cəhətlə 
ümumiləşdirməgə  çalışıyorlar.  Bunun  çarəsini  isə  məşhur  dörd  əsasın 
qəbulunda görüyorlar.  Həqiqi  cəmaət idarəsində seçkilər əvvəlcə ümu- 
mi,  sonra  müsavi,  sonra  xəfi,  axırda  da  müstəqim  olmalıdır.  Bu  dörd 
üsul imdiki inqilab hökuməti tərəfindən elan  olunmuş və söz verilmiş- 
dir ki, Məclisi-Müəssisan seçkiləri bu üsullarla icra olunacaq.
Bu  dörd  əsasm  nədən  ibarət  olduğunu  əksər  oxuculardan  ötrü, 
bilxassə, müsəlman oxucusunun geniş dairəsi üçün çox aydın və aşkar 
bir mətləb degildir.
Seçkilər ümumi  olsun demək nə deməkdir? Ümum -  ərəb  sözüdür. 
Ümumi  olsun demək, hamısı üçün olsun deməkdir.  Bizim köhnə idarə 
zamanmda da  seçkimiz vardı.  Dumaya vəkillər seçirdik.  Şəhər duma- 
sına da qlasnılar  seçilərdi.  Fəqət bu seçkilər ümumi degildi.  Cəmaətin 
hamısı bu seçkilərə şərik degildi. Əvvəl, bilaəvvəl iyunun üçündə etdı- 
gi  əhdi-şikonligi  ilə Nikolay hökuməti  bütün  Türkistam  dumaya vəkil 
göndərməkdən  məhrum  eləmişdi.  Sonra  arvadlar  seçki  həqqindən 
məhrum  edilmiş,  sair  siniflər  və  millətlər  dəxi  kökündən  seçkidən 
uzaqlaşdırılmışlardı. Demək Rusiya xəlqinin hamısı üçün dumaya vəkil 
göndormək mümkün degildi. Halbuki bu dumada qoyulan qanunlar ha- 
mısınm  halına  şamil  idi.  Haman  bircə  danə  olsa  da,  vokili  olmayan 
Türkistan müsəlmanlarmın,  qırğızların yerləri  əllərindən  alınır,  suları 
ədalətsizliklə  paylanır,  hoqləri  tapdalanıyordu.  Dərdlərini  deyəcək bir 
adamları,  sözlərini bildirəcək bir vasitələri yoxdu.;
İmdi  isə böylə  degildir.  Seçkilər ümumi  olacaq, yəni  21  yaşma çat- 
mış bütün rusiyalı votəndaşlar,  sinif,  silk,  firqə, millət və məzhəb fərqi 
olmadan arvad, kişi -  hamısı seçki həqqinə malik olacaq.
138
Cəmaət  seçkisinin  ikinci  əsası  müsavi  olmaqdır.  Müsavi  demək 
bərabər deməkdir.  Seçkidə hər kos bərabər olacaqdır.  Bu nə deməkdir? 
Necə  bərabər olacaq.  Böylo  bərabər olacaq ki,  hor bir adam  ancaq bir 
səs  verə  bilocəkdir.  Bu  mətləb  zahirdə  bir  az  qəribə  görünə  bilər,  nə 
demək? Bir adam necə ola bilər ki, artıq səs sahibi olsun. Bu təcrübədə 
görülmüş şeylərdəndir.  Seçki istehqaqi deyən bir qaidəyə görə məsələn, 
evi olanın bir rəyi, zavodu olanın bir səsi, çiftligi olanm da ayrı səsi var- 
dır.  Seçki  üçün  seçkiçinin  votəndaş  olmasmdan əlavə başqa bir  səbəb 
və  istehqaq  mülahizə  edilondə  öylə  olur  ki,  bir  adam  şəhərin  birində 
mülkədar, quberniyanm o birində zavod sahibi, digər tərofdə də çiftlik- 
çidir.  Hər üç tərəfdə də seçki hoqqi qazanıyor, birdən üç yerdə səs ver- 
miş oluyor. Halbuki bu varlara malik olmayan vətəndaş ancaq bir sosə 
sahib olacaq.
Demək  ki,  biri  üç  dəfo  sos  vermiş  olacaqdır  ki,  bu  ədalətdən  xa- 
ricdir,  burada  bəraborlik  yoxdur.  Böylə  seçki  vətəndaşm  degil,  zavo- 
dun,  çiftligin,  evin  seçkisidir.  İngiltərə  cəmaət  idarosinin  ən  köhnə 
vətənidir. Oradakı cəmaot məclisinin, parlamanm 600 ildən artıq ömrü 
var.  Qədimdə  orada  seçkilor mülkiyyət  istehqaqına  göro  olmuşdur.  O 
istehqaq qısmən imdi də vardır.  Gülməli işlərdəndir ki, hər kəsin bir atı 
və ya bir eşşəgi varmışsa, seçkiyə iştirak edə bilərmiş. Bu il eşşəgi olub 
da seçkiyə  iştirak edən kəndçinin gələn il  eşşəgi tələf olub malsız qal- 
sa seçkidən də məhrum olarmış,  Demək ki, seçki həqqi vətəndaşm de- 
gil, eşşəgin imiş.
Seçkilər  müsavi  olsun  demək,  vətəndaşın  eşşogi  oldu-olmadımı 
seçkiyə həqqi olub hər bir adamın ancaq bir səsi olsun deməkdir. İstər o 
adam müxtəlif var sahibi olsun,  diplomu olsun, elmli olsun hamısı bir- 
dir. Bir adam -  bir səsə malikdir.
Seçkinin  üçüncü  şərti  gizli  olmasıdır.  Neçün  gizli  olsun,  seç- 
ki  vətəndaşın  müqəddəs  hoqqidir.  Bu  həqdən  faidələnmək  gözəl  şey- 
dir.  Gözəl  şey  də  gizlədilərmi?  Fəqət  yaşayış  məəttəəssüf şairanə  de- 
gildir.  Dünya məişəti  insanları  tamamilə  hər bir  qeydi-qisvədən  azad 
edə bilməz,  nə  qədər siyasi  azadlıq  verilsə,  nə  qədər  seçkiçinin  həqqi 
əmin altına almsa, əsrlərdon bəri davam edib də ikinci təbiət hökmünü 
alan  adətlər  insam  tamamilə  azad  olmaya  buraxmaz,  nə  qədər  iqtisa-
139

I
di, ticaroti ehtiyac var və insanlar cürbəcür olaqə və riştələrlə biri-birilə 
bağlıdırlar.  Bütün  mənasilə  siyasi  bir  azadlıq  təsəvvür  etmək  olmaz. 
Nə qədər cəsur olsa da, bir əmələ aşkara gəlib də öz sahibkarı əleyhinə 
səs  verə  bilməz.  Vəkilinin borcundan  ehtiyat  edən  bir tacir bank rəisi 
ilə aşkara mübarizəyə çıxa bilməz.  Aralarmda “mən  ölüm” rəsmi  olan 
“comərd”lər  dostlarınm üzündən  keçə  bilməzlər.  Seçki  aşkara  olursa, 
bu  ehtimallarm  hamısı  var,  qorxuzmaq,  utandırmaq,  tovlamaq,  nüfuz 
işlətmək -  bunların  hamısı  mümkündür.  Halbuki  məmləkətin  faidəsi, 
həqiqətin  mənfəəti  ondadır  ki,  vətəndaş  öz  rəyini  azadlıqla  versin, 
kimsənin təzyiqində olmasm.  Kimsə onu cəbrləməsin.  Bunun üçün la- 
zımdır ki,  seçki gizli olsun.
Dördüncü şərt seçkinin müstəqim olmasını istiyor. Müstəqim demək, 
düz deməkdir. Seçki necə düz ola bilər. Bu böylə olur ki, xəlq tərəfindən 
seçiləcək vəkil birbaş seçildigi məclisə gedər. Müstəqim scçkiyə başqa 
sözlə vasitəsiz seçki  diyorlar. Vasitəsiz sözü müstəqim müqabilində bir 
də qeyri-müstəqim seçki olduğunu göstərir. Vasitəsiz seçki o deməkdir 
ki, xəlq tərəfindən seçilən vəkil bir başa seçildigi məclisə gedir. Halbu- 
ki  vasitəli  seçkidə böylə degildir.  Misal üçün,  götürək  ki,  hər 200.000 
adam  Məclisi-Müəssisana  bir  vəkil  göndərəcək,  Bakıda  da  200.000 
can  var.  Demək  ki,  buradan  bir  vəkil  göndəriləcək.  Vasitəsiz  seçkidə 
şəhər əhli  hamısı bir adam üçün  səs verir,  kim çox  səs  alarsa,  o, Məc- 
lisi-Müəssisana  gedir.  Halbuki  vasitəli  seçkidə  böylə  degildir.  İdarədə 
əvvəlcə seçkiçilər seçilir.  Demək ki, əvvəlcə iki yüz mindən hər on min 
adama bir vəkil seçilər ki,  cəmən 20 adam eylər.  Bu igirmi  adam olur- 
sa,  seçkiçi  sonra  bu  igirmi  adam  bir  araya  gəlib  öz  aralarmdan  biri- 
ni  seçirlər ki,  Məclisi-Müəssisana gedir.  Hər iki  surətdə də  seçilənmiş 
zat millət və  cəmaət bərgüzidəsi  hesab  olunur.  Fəqot burada  nazik bir 
nöqtə var ki, birinci üsulə üstünlük verir. İkinci üsul bir az asan olsa da, 
naqisdir.  Çünki  ola bilər ki,  seçilmiş  20  seçkiçilərdən  öylə birisi  vokil 
keçsin  ki,  əvvəlinci  seçkidə  az  səs  almışdır.  Demək ki,  cəmaət  çoxlu- 
ğunun meyli ilə müvafiq degildir. Ondan əlavə 200.000 xəlqi tovlamaq, 
nüfuz altına salmaq, utandırmaq, nəhayət satm almaq müşküldür. Hal- 
buki igirmi adamla hər zaman anlaşmaq ehtimalı var.
140
ı
İştə,  vətəndaş  rəyinin  saflığmı  bakir  saxlamaq  və  işə  mümkün  ol- 
duğu qədər qərəz daxil etdirməmək üçün tələb olunur ki, millət məclisi 
ilə millət arasında vasitə olmasın, seçkilər müstəqim və vasitəsiz olsun.
M.Ə.Rəsulzado 
“Açıq söz”, 5 ,1 3  aprel  1917, JV»442,449
Mən -  qadağan
Faili-muxtar -  öz işində ixtiyar sahibi olan
Sərkeş -  itaətsiz
Xəvas -  xassələr
Xəfi -  gizli, məxfi
İstehqaq -  haqlı olma
Bərgüzidə -  seçilmiş, bəyənilmiş
141

I
Qafqasiya müsəlman ictimai münasibətilə
Bütün  Qafqasiya  müsəlmanları  tərofindən  çağırılan  ictima  neçə 
nəfərdən  birini  seçəcək.  Qafqasiyanın  hər  tərəfindən  nümayəndələr 
cəlb  ediləcək.  Bu  birinci  Qafqasiya  ictimai  hanki  məsələlərlə  məşğul 
olub ovzai-hazirə həqqindəki münasibatini nə surətlə təyin edəcək?...
İctimain dəvəti hər nə qədər Tiflisdəki icraiyə komitələrinin müsəl- 
man  nümayəndələri  iclasmda  seçilən  komisyon  əzası  tərəfindən  vaqc 
olmuşsa  da,  təşkilat  və  tərtibatı  Bakı  müsəlman  komitəsi  tərəfindən 
dəröhdə edilmişdir.
İctimain  elan  olunan  proqrammda  ovzai-hazirəyə  münasibətimiz, 
siyasi-milli idealımız,  idareyi-ruhaniyyə islahatı, mövqufat, məktəb və 
mədrəsə  məsələləri,  Qafqasiya  müsəlmanlarmm  təşkilati,  milli  fond 
məsələsi kibi mühüm məsələlər vardır.
Məlum işdir ki, idareyi-ruhaniyyə islahatı, məktəb məsələsi kibi bö- 
yük məsələləri üç günə çağırılan yığm bütün təfsilati ilə həll edəmiyə- 
cəkdir. Bütün təfsilati ilə həll etməgə lüzum da yoxdur. Yetişər ki, yığm 
bu xüsusda əsası və ümumi tələblərini bəyan eləsin.
Bilməlidir  ki,  tarixi  və  olduqca  əhəmiyyətli  bir  zaman  inqilabda 
çağrılan  bu  birinci  Qafqasiya  müsəlman  yığınım  hər  şeydən  əvvəl  si- 
yasi  olub  bütün  Qafqasiya  müsəlmanlarmın  hissiyyat  və  tələblərini, 
zəmanəyə  nə  nəzərlə  baxdıqlarmı  nümayiş  etdirməlidir.  Bu  nöqteyi- 
nəzərdən ictimainin ovzai-hazirəyə münasibəti  olduqca aydm və aşkar 
bir surətdə meydanə çıxmalıdır.
Yığışmaq,  danışmaq,  azadlıqla  öz  qəsdlərini  təyin  edib  o  məqsədi 
tərvic  eləmək  Qafqasiya  müsəlmanlarınm  sənələrdən  bəri  həsrətlə 
gözlədikləri  amallarıdır.  O  amallarma  ancaq  imdi  nail  ola  bilərlər. 
Bu  azadlığin müsəlmanlardan  ötrü  nə  dərəcədə  əziz  və  qiymətdar bir 
tərəqqi amalı olduğunu göstərməyə kafi dcgilmidir?
İştə,  birinci  müsəlman  ictimai  bütün  Qafqasiya  müsəlmanlarından 
ötrü azadlığm nə dərəcədə mühüm və hava ilə su kibi  lazım olduğunu 
siyasi qərarlar ilə göstərilməlidir.
142
Yeni  hökumətə  tərəfdar  olmağı  elan  elədigi  proqramma  sadiq  qal- 
dıqca  onun  tərəfini  saxlamağa  söz  verməsi  ilə  bərabər  yığın  ovzai- 
hazirəyə  münasibətini  təyin  ilə müsəlmanların hanki  siyasi  və  inqilab 
qüvvətlərinə daha ziyadə  əmin  olduqlarmı  da bildirməlidir.  Bu xüsus- 
da müsəlmanlarmm həqiqi mənfəətlərinə müvafiq olacaq qərarı həqiqi 
demokratiya firqələrinin tərəfini saxlamaq həqqində almacaq qərardır. 
Müsəlman  fraksiyası  yanındakı  mərkəzi  Büronun  Məqsudov  əzasma 
miiqabil nəşr elədigi bəyannaməsində denildigi kibi müsəlmanlar Kadet 
firqəsi kibi cahangirlik ruhu ilə pərvəriş tapan liberallarla gedəməzlər. 
Onlar öylə firqələri iltizam edərlər, öylə siyasi firqələrə qoşuluyorlar ki, 
bütün millətlərlə bərabər azadlıq istiyor və bu azadlığı  Avropa ilə Asi- 
ya üçün bir dərəcədə tələb ediyorlar.
Müsəlmanlarm faidəsi Rusiyanın həqiqi surətdə demokratik əsaslar 
üzərinə  qurulmasındadır.  Bu  isə  ancaq  o  firqələrin  qələbəsi  ilə  müm- 
kün  olar  ki,  təbiətlə  cümhuriyyət  və  cəmaətçilik  tərəfdarıdırlar.  Bun- 
lar  o  firqələrdir  ki,  xaricdə  cahangirlik  siyasətini,  daxildə  də  təmsil 
siyasətini  yaxma buraxmazlar.  Böyb bir qüvvət  isə bu gün  Fəhlə  Və- 
killəri  Şurası ətrafmda toplaşmaqdadır.  Bunu bütün müsəlmanlar dərk 
etməli  və  müvəqqəti-hürriyyət  hökumətinə  bəyani-etimad  etdikləri 
əsnada inqilabm həqiqi amalı  və hürriyyətin  səmimi  tərəfdarı  olan  in- 
qilab təşkilatma nisbət dəxi dostluq istədikbrini bildirməlidirlər.
M.Ə.
“Açıq söz”, 7 aprel  1917, JVa444
Mövqufat -  vəqf üçün ayrılmış mülk
143

Hürriyyət borcu
Tazə  cəmaət  qüvvəti  çürük  istibdad  əlindən  hökumət binasını  dar- 
madağm bir halda aldı.  Yollar pozulmuş,  məkulat məsələsi  bərbad bir 
halə  düşmüşdür.  Böylə  dağıq,  təbii  cığırından  çıxarılmış  məmləkət 
idarəsini  islah eləmək üçün yeni  müvəqqəti hökumət hər şeydən əvvəl 
pula möhtacdır. Çünki bütün daxili islahatı əmələ gətirmək, üstümüzdə 
olan ağır müharibəni qurtarmaq, müharibə üzündən olan pərişanlıqları 
düzəltmək  ancaq  pul  ilə  ola  bilər.  Bu  məqsədlə  köhnə  hökumət  də 
cəmaətə müraciət edib istiqrazlar buraxıyor və bu istiqrazlara yazılma- 
yı təklif ediyordu.
Ancaq o zaman istiqrazlara verilən pullar ehtiyatla titrəyə-titrəyə ve- 
rilir, inamlmıyordu ki, bu pullar yerinə sərf olunacaq, millətin, vətənin 
dərdinə,  cövrinə  sərf  olunacaq,  rüşvətxorların  cibinə  getmiyəcək. 
Odur ki, o zaman elan olunan borcları cəmaət arasında tərvic və təşviq 
eləmək bir əmri-müşkül olub, hər kəs insafın əmrilə, vicdanının buyru- 
ğu ilə degil, qorxu ilə hərəkət ediyor, məcburiyyətlə iş görüyordu.
İmdi  elan  olunan  istiqraz  isə  öylə  degildir.  Dövri-hürriyyətdə  elan 
olunan borc hürriyyət borcudur.  Bu borcu elan edən hökuməti-müvəq- 
qətə  cəmaətin  etimadma  məzhər  bir  hökumətdir.  Hökumətin  bütün 
işləri  cəmaət  və  inqilab  müəssisələri  tərəfindən  təftiş  olunuyor.  Buna 
görə  xəlq  ümidvar  ola  bilər  ki,  hürriyyət  borcuna  verdigi  pullara  ha- 
man  hürriyyətin,  xəlq  hökumətinin  qüvvətlənməsinə,  əbədiləşməsinə, 
cəmaətin faidəsinə sərf olunacaq.  İsraf edilməyəcək.  Buna görə də bü- 
tün Rusiya vətəndaşlarına,  əzcümlə biz müsəlmanlara lazım və  vacib- 
dir ki, bu zamanda vətənə yardım edək. Dövlət Duması rəisi Rodzyan- 
konun  dünki  sayımızda  nəşr  elədigi  xitabnaməsini  can  qulağımızla 
dinləyəlim.
Bu vəqtə qədər verdigimiz pullar ruhən bizə özgə, düşmən bir idarə 
əlinə  düşüyordu,  mənafeimiz  əleyhinə  sərf olunuyordu.  İmdi  isə  öylə 
degildir.  Rusiya  hökuməti  Rusiya  millətlərinin  şərikli  bir  idarəsidir. 
Bir  şirkətdən  müsavi  surətdə pay  aparmaq həqqinə  malik olmaq üçün
144
şirkətdəki mayaya da şərik olmalıyız.  Qoy bu hürriyyət borcuna iştira- 
kımızla biz özümüzün az mayalı degil, ç.ox mayalı şəriklər olduğumu- 
zu  göstərəlim.  Haydı,  vətəndaşlar,  hürriyyət  borcuna  iştirak  etməklə 
borcumuzu ödəyəlim!
M.Ə.
“Açıq söz”,  10  aprel 1917, JVe446
145

Mühitimizdəki hərokətlər münasibətilə
Hürriyyət  günoş  kibi  bir  şeydir.  Bahar  günəşi  hər  növ  cücülərin, 
hor  cür  bitkilərin  göyərib  baş  qalxızmasma  nə  cür  meydan  verirsə, 
hürriyyət  günəşi  də  hər  növ  fikirlər,  hər  cür  cəmiyyətlər,  hər  qism 
qərəzlərin  meydana  çıxıb  rəngarəng  bir mənzərə  təşkilinə  o  dərəcədə 
səbəb oluyor.
Bahar günəşi ləzzətli şəhd ilə, dadlı balı ilə damağlarımızı şirinlədən 
bal  arısını  cana  gətirdigi  kibi  qulaqlarımızı  boş  vızıltısı  ilə  dolduran 
kəlləbaş  eşşək  arısmı  da  cana  gətiriyor,  ona  da  vızıltı  salmaq  imka- 
nı  veriyor,  həmçinin  baxçalarda  göyərən  müxtəlif rəng  -   bolu  güllər, 
bu  güllər  üstündə  uçuşan  sevimli  kəpənəklərlə  bərabər  peyinliklərdə 
sürünən  fısıltılı  dozanlar,  qara  qurdlar,  zərərli  əqrəblər  vücuduna  da 
səbəb oluyor.
Hürriyyət  günəşi  də  öylədir.  Hürriyyət  elan  olununca hər  kəsə  da- 
mşmaq,  yazmaq,  cəmiyyətlər  təşkil  etmək  imkanı  veriliyor,  saleh 
ünsürlər meydana çıxıb millətin istiqbalma xidmət edən fikirlər,  məq- 
sədlər təqib elədikləri zaman, fasid ünsürlər də boş qalmıyor.  Onlar da 
hürriyyətdən istifadə edib köhnə qərəzlərini tazə qəliblərə geyindiriyor. 
Bir “rəngi-novin” ilə meydani-siyasətə atılıyorlar.
Feyzi-hürriyyət  feyzi-bahar  kibi  hər  yer  üçün  birdir.  Bütün  cə- 
madat,  nəbatat  və  heyvanat  bahar  havasmdan  cana  gəldigi  kibi  təş- 
kilati-ictimaiyyənin  hamısı  dəxi  hürriyyəti  dərk  ediyor  və  qabiliyyəti 
əndazəsində ondan faidələniyor.
Feyzində  şübhə  olmayan  bahar  günəşi  bağda  lalə,  şurəzarda  tikan 
gögərtdigi kibi, hürriyyət də bəzi yerdə həqiqi cəmaət təşkilatına, bəzi 
yerlərdə də tikanlı qərəz müəssisələrinə can vermiş oluyor.
Bahar  feyzi  ilə  gögərən  müxtəlif rəngli  güllər  və  cüfbəcür  yuca 
güllər arasında faidəliləri olduğu kibi zərərliləri də var.
Hürriyyət  günəşi  ilə  isinən  cəmiyyətlər  azadlıq ruhilə  canlanan  fi- 
kirlər və bunların təqib elədigi qərəzlər dəxi haman faidəli, zərərli olaraq 
başlıca iki qismə ayrıla bilir ki, bunlardan birisi səmimi bir etiqad və si- 
yasi bir iman nəticəsində vücuda gələn güllər, digəri də şəxsi qərəzlərə
146
bina olunub da tazə qəliblərə salınan köhnə fikirli cəmiyyətlərdir ki, ti- 
kanlardır.
Bən millətimə, mühitimə iman edənlərdənəm.  İnamyorum ki, üstü- 
müzə axan hürriyyət işığı tikan degil, mühitimizdə lalələr gögərdəcək. 
Ümidvaram ki, zəminimiz lalə gögərtmək imkanındadır.  Fəqət bunun- 
la bərabər geniş türk elində şurəzarlıqlar olmadığmı danacaq qədər bə- 
sirətsiz də olmaq istəməm.  Gül tikanlı lalələr gögərdəcək baxçalarımız 
olduğu kibi qılçıxlı tikanlar becərən şurəzarlıqlarımız da yox degildir.
Cəmaət  hər  zaman  iki  cənbədən  ibarət  olmuş,  xəlq  arasmda  hər 
məkanda  şeytan  ilə  rəhman  cəhətləri  üz-üzə  gəlib  vuruşmuşlardır. 
Hürriyyət yağışmın bərəkəti ilə  göbələk kibi  artmaqda olan komitələr, 
cəmiyyətlər  arasında  şübhə  yoxdur  ki,  rəhmaniləri  olduğu  kibi 
şeytaniləri də tapılacaqdır.
Fəqət  şurəzar  degil  də  laləzar  olmaq  istəyən  mühit  bu  göbələklə- 
rə  diqqət  etməli,  yaxşı  ilə  yamam  araya  bilməlidir.  Bunun  üçün  ara- 
ya bilmək istedadma malik olmalı,  əldə  öylə bir ölçü bulundurmalıdır 
ki,  onunla yaxşı  ilə  yaman,  faidə  ilə ziyan  seçilə  bilsin.  Bu mizan hər 
şeydən  əvvəl  təşkil  olunan  cəmiyyətlərin  elan  elədikləri  məqsədlərinə 
baxmaq  və  təşkilata başlarkən  şəxsi  dövrəsinə  degil,  məqsəd  və niyət 
başma yığışmaqdır.  Bununla bərabər diqqət etməlidir ki, həqq sözlərlə 
batil niyətlər güdülməsin. Bununüçün diqqət etməlidir, yeni cəmiyyətin 
banilərinə,  banilərın  keçmişinə,  elan  elədikləri  məqsədlərlə  öz  işləri 
arasmdakı rabitə və məntiqə bunlardan sonra nəzərə almalıdır o cəmiy- 
yətlərin tərzi-hərəkətlərini,  çünki bir cəmiyyətin nə  olduğunu məram- 
naməsi ilə əşxasmdan ziyadə tanıtdıran onun hərəkəti, gördügi işləridir.
Millət, əksəriyyət etibarilə fasid ünsürlərdən ibarət olamaz, salehlik 
hər millətdə  əsldir.  Bu  əksəriyyət  təşkil  edən  saleh  ünsür  idraklı  olur 
və  səmimı  hərəkət  edən  ürəfa bacarıqlı  və  tədbirli  olursa  qələbə  onla- 
rın,  salehlərindir.
M.Ə.Rəsulzadə 
“Açıq söz”,  11  aprel  1917, JY®447
Şəhd -  şan balı 
Fasid -  pozuq,  fəsad törədən 
Cəmadat -  cansız təbiət 
Şurəzar -  şoranlıq 
Cənbə -  tərəf, yan
147

Buxara ilə Xivədə
Rusiya çarizmi  (yəni  padşah istibdadı) Avropada istibdad jandarmı 
idisə,  Asiyada da hürriyyət cəlladı  idi.  İran  məşrutəsi  bu cəllad  əlində 
qanlara  boyanmış  və  nəticə  etibarilə  əqim  buraxılmışdı.  Midhət Paşa 
hürriyyəti də yenə Moskov istibdadına qurban cdilmişdi.
Fəqət köhnə istibdadın ən böyük cəlladlığı Türkistan həqqində vaqe 
olmuşdu.  Türkistan tarimar edilmiş, Avropa mədəniyyəti naminə qan- 
lara,  atəşlərə  tutulmuş,  istiqlalından,  hürriyyətindən  uzaqlaşdırılmış- 
dı.  Rusiya təhti-tabeiyyətinə  keçən Türkistan vilayətlərindən ötrü  Ru- 
siya  istibdadmm  tərəqqi  və  mədəniyyət  naminə  heç  bir  şeyi  etmədi- 
gi məlum.  Fəqət çarizm bununla qalmıyor, yanm  müstəqil halında bu- 
lundurduğu Buxara ilə Xivədə qəsdən çürük Asiya istibdadmı himayə 
edərək həşəmətli Türkistamn bu iki bəqiyyətül-sifətini öylə  fəlc və fa- 
sid  bir  halda  saxlatdırıyordu  ki,  Rusiya  istibdadı  altmda  inləyən  sair 
Türkistan oraya baxınca özünü məsud ədd ediyor, halına sənaxan olu- 
yordu.  İstibdad türkistanlıları yaxşı və mətlub bir halə qoymaqla degil, 
gözləri qabağmda daha bərbad,  daha fəna və rüsva bir idarə bulundur- 
maqta razı salmaq siyasətini iltı’zam ediyordu. Bir növ zəbani-hal ilə di- 
yordu ki, “bax, azad olsanız, özünüz-özünüzo buraxılsamz Buxara kibi 
olacaq,  Xivədən  o  yana  keçə  bilməyəcəksiniz”.  I-Ialbu Xivə  ilə  Buxa- 
ram  islah etmək  fikrində olan “cədid”lər daima Rusiya istibdad agenti 
tərəfindən təzyiq olunuyor vo hər növ islahat mon olunaraq əski çürük 
fikirli adamlar təşviq olunuyordu.
Hürriyyət günəşinin doğması ilə gündoğuş ikən qaranhqlara örtülən 
Şərq,  o  qəhrəman  Türkistan  da  işıqlandı.  Şobi-yeldai-zülm  səhərə 
bədəl  olaraq  dan  yeri  ağarmış  oldu.  “Cədid”çilərə  bir  ruh  və  ümid 
gələrək  səslərini  yüksək  qaldırdılar.  Cəlladın  aradafi  götürüldügünü 
görən  Buxara  və  Xivə  məhkumları  dar  ağaclarım  yığmaqa  başladı- 
lar.  “Hürriyyət  istəriz!”  sədası  bülənd  oldu.  Türkistandan  Kuropatki- 
nin  əzli  xəbərini  gətirən  simlər  bir  gün  sonra  Buxara  ilə  Xivədə  tam 
mənası  ilə  məşrutiyyət  elan  olunduğunu  bildirdilər.  Bu  xəbər  Rusi- 
ya  inqilabi-əzimənin  həqiqi  qiymətini  dərk  cdənlərcə  qeyri-müntəzər
148
degildi.  Böylə  olacaqdı.  Çünki  bütün  dünyaya  təsiri-hotmi  olacaq  bu 
böyük  hərəkət  şübhəsiz  hər  şeydən  əvvol  himayosində  bulunan  istib- 
dadları  yıxacaqdı.  Çünki  molum  işdir ki,  cümhuriyyət binasına  daya- 
nan  bir momləkət  qüruni-vüsta  dərəbogligindən  ibarət rüsva  bir  istib- 
dada himayot edəmiyəcəkdi. Bunu Buxara ilə Xivə xanları haman dərk 
etdilər.  Cədidçilərin  tələbi  üzərinə  Əmir  Buxaraya  məşrutiyyot  verdi. 
Köhnə  vəzirlər  dəgişdi.  Tazələri  təyin  olundu.  Fəqət  gözlərinə  girən 
həqiqəti  görəməz  Buxara  “mollalan”  bu  qaranlıq  gecəyə  ögrənmiş 
şəbporələr başlarmın  ağrısım  bilmiyorlar.  Müsəlləh  olaraq xan  qapısı- 
na gəlib də hürriyyət degil, “şəriət” istiyorlar. Zavallı şəriət, nə qanmaz, 
nə müfsid hamilərin var. Hər yanda qaragüruh taqımı səni oldə alot edi- 
yor.  Qara məqsədlər ardmdan gedərkən ayrı  şey degil,  “şəriət istəriz!”
-  deyirlər.  Teleqraf diyor ki, Buxaraya qoşun gotirilmişdir. Molum işdir 
ki, bu qoşun rus qoşunudur. Bugünki rus qoşunu artıq ağ padşahm de- 
gil, qırmızı hürriyyətin qoşunudur.  Bunu Buxara üləması  əvvolcə dərk 
edə bilməmişsə bu idraksızlığı kəndisinə bahaya otura bilər.
Dünki  sayımızda  cədidçilər  naminə  Buxara  əskilərinə  xitabla  bir 
məqalə  vardı.  Bu  məqalə  nə  yanıqlı  bir  lisanla  yazılmışdı.  Bu  yamq- 
lı  ürəklə  ortaya  çıxan  millotçiləri  qara  qəlbli  əskilər  bilməlidirlər  ki, 
təroqqini  məğlub  edəmozlor.  Əsl  şəriət  tərəfdan  olanlar  cədidçilərdir. 
Həqiqət do onlar tərofindədir.
Şəbpərələr günəşə baxa bilməzlərsə, günah günəşdə degildir. 
Şəbporələr,  özünüzə yazığınız gəlsin,  yanar,  yaxılarsımz.  Cədidlər, 
naümid olmayımz, qeyrət və himmotinizi artırınız, osr cədidlorindir.
M .Ə.Rasulzadə 
“Açıq söz”,  13  aprel  1917, JVfi449
Əqim -  səmərəsiz 
Bəqiyyə -  qalıq, dağılmış 
Fasid -  pozuq
Sənaxan -  mədh edən, tərifləyən 
Şəbi-yəlda -  ilin ən uzun gecəsi 
Qüruni-vüsta -  orta əsrlər 
Şobpərə -  gecəquşu, yarasa
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin