125
\
Rusiyamn hürriyyoti i b amali-milliyyomizin tomininə Rusiya hür-
riyyət firqəbrindon hansılarının daha ziyado ümidli olduğunu kəs-
dirmək lazım gəlirsə, bunun üçün hər halda sabiq moşrutəli padşah
ftrqəsindən sola baxmahdır.
M.Ə.Rəsulzada
“Açiıq söz”, 31 m a rt 1917, JVe438
Qalübəla - lap əvvoldon, köhnədən
Hadis - baş verən, üz veron
Müctəmeə - birləşmiş
Müaxizə - məzəmmot etmə, töhmətləndirmə
Müariz - etiraz edən, qarşı çıxän
Ş iə-tərəfd ar
Təliq - təxir etmək, yubatmaq
Müvərric - yayan, rəvac verən, intişar edən
126
Kadet firqəsi və müsəlmanlar
Keçəndə Məqsudovun1 Kadet fırqəsi syezdində bütün müsəlmanların
Kadet fırqəsi tərəfındə olduqları həqqində bir bəyanda bulunmuş idi.
“Açıq söz” Məqsudovun bu cəsarətinə heyrət edərək müsəlmanların
mənafeyini “imperialist” kadetlərlə bərabər getməkdə degil, tobiətlorilo
demokrat və hürriyyətpərvər olan firqələrdə olduğunU söyləmişdi.
Bu dəfə alınan “Utro Rossii” qəzetəsində müsəlman fraksiyası nəz-
dindəki müsəlman Bürosunun bu xüsusda nəşr elədigi bəyannaməsi
gəlmişdir. Bəyannamə “Açıq söz”də izhar olunan fıkirləri daha kəskin
və daha mətin bir surətdə ortaya ataraq müsəlmanların Kadet firqəsi
ilə bərabər olamıyacağım qüvvətli ibarələrlə elan ediyor. Bəyännamədə
denilirki:
“Biz Rusiyanm hər tərəfindən gəlmiş və aşağıda imza atmış müsəl-
man Bürosu əzası bütün Rusiya cəmaətinə elan etmək məcburiy-
yətindəyiz ki, vətəndaş Məqsudovun kadetlər syezdində bütün müsəl-
manlarm keçmişdə kadetlərlə getdikləri və gələcəkdə də onlarla gedə-
cəkləri həqqində ölan bəyanından ancaq o özü məsuldur.
Biz inandırıyoruz ki, naqis seçki nizamnaməsi bütün Dövlət Duma-
sı nümayəndəligindən məhrum olunan demokrat müsəlmanlar heç bir
zaman Kadet firqəsinə öz siyasi nəzəriyyələrinin tərcümanı kibi bax-
mamışlardır. Əlavə bərin cəsarətlə deyə biləriz ki, hal-hazırda degil, de-
mokratlar müsəlman burjua və feodal siniflərinin başçıları belə nə qə-
dər ustalıq və əcələ ilə başqa rənglərə boyanmış olsa da Kadet bayrağı
altına yığılmaq meylində olmazlar. Böyük aləm müharibəsi zamanın-
da, gərək qara istibdad zamanmda və gərək işıqh hürriyyət günlərində
Kadet firqəsinin namidar fəalları ağzından eşidılən cahangiranə (impe-
rialist) sözlər ucundan bu firqənin müsəlmanlar nəzərində heç bir ixti-
yarı olmamışdır.
Əksərən məmləkətin kənar bucaqlannda yaşayan müsəlmanlar
dövlətin təqib etdigi cahangirlik politikasından hamıdan çox zərər gör-
1 Teleqraflar əwaJcə Mənsurov deyə xəbər vermişlərdi.
127
miiş və ona görə də hər kəsdən az hazırdırlar ki, nə şəkildə olsa da bu
cahangirlik siyasətinə tərəfdar olsunlar. Kadet firqəsinin dəstə başçısı,
imdiki müvəqqəti hökumətin xariciyyə vəziri olan Milyukov keçəndə
müharibənin məqsədləri həqqində elan etmiş olduğu bəyannaməsi
müsəlmanlarm protestosunu mucib buluyor. Biz cəsarət edib söyləyə
biləriz ki, müsəlmanlar İstanbul ilə boğazları alacaq bir qələbə ardm-
dan gedə bilməzlər. Millətlərin müqəddəs azadlığı ilə böylə bir şüar
qətiyyən düz gəlməz. Bu şüar göstəriyor ki, kadet Avropa millətləri
üçün bir, Asiya millətlərini və bilxassə Türkiyəni ölçmək üçün digər
bir ölçü istəniyor.
Rusiya müsəlmanları böyük Rusiya milləti ilə qardaş olaraq
müharibə meydanlarmda vətən müdafiəsində qanlarmı axıtdılar. Bun-
dan sonra ümumi azadhqlarını müdafiə etmək üçün yenə qanları-
nı müzayiqə etməzlör. Azad millətlərin azad Rusiyası müsəlmanlara
bir ruh veriyor və gələcəkdə işıqlı istiqlal uğrunda qəhrəmanlıqları
göstərməyə susadıyor. Fəqət Rusiyanın hürriyyətini müdafiə etdikləri
halda müsəlmanlar başqa millətlərə - bu millətlər Asiyada olsun, Afri-
kada olsun, həqarət və məğlubiyyət gətirmək istəməzlər. Buna görə də
biz cəsarət edib deyə biləriz ki, bizim fikrimiz haman Rusiya müsəl-
manlarının fikridir. Rusiya müsəlmanları gərək xarici və gərək daxi-
li məsələlərdə ancaq o firqələrlə bərabər gedərlər ki, onlar həqiqı de-
mokrat fıkirlərinin sahibi ölub Avropada olsun, Asiyada və Afrikada
olsun, bilafərq milliyyət, din, cins, rəng və irq bütün qövm və millətlə-
rin azadlığını gözlər, hamı millətlorin izzəti-nəfsinə ehtiram edərlər”.
“Açıq söz”, 3 aprel 1917, JVe440
Müzıayiqə - əsirğəmə
128
Milyukov həqqində
Yeni hökumətdə xariciyyə vəziri mənsəbini tutan Milyuko-
vun siyasəti və tərzi-hərəkəti Rusiyada cəmaət və mətbuat arasxn-
da bəzilərinin narazılığına bais oluyor. Milyukov məlum olduğu üzrə
məşrutəçi demokrat Kadet firqəsinin, yəni Rusiyada ən böyük siya-
si partinin rəisi olub onun sözü və fikrinə böyük əhəmiyyət veriliyor.
Ona görədir ki, Milyukovdan hər çıxışxnm firqə tərəfindən olması və
özünün degil, firqəsinin fikrini söyləməsi tələb olunuyor. Fəqət məlum
oluyor ki, Milyukov bəzi vəqt partinin degil, özünün şəxsi fikir və
mülahizəsini bəyan ediyormuş.
İştə, bu münasibətlə “Den” qəzetəsi böylə bir məqalə yazıyor:
“Diyorlar ki, bizdə əfkari-ümumiyyə Əskər və Fəhlə Vəkilləri Şu-
rası - vəzarəti var. Fəqət heç şübhəsiz bizdə əfkari-şəxsiyyə vəzarəti,
daha doğrusu, vəziri var. Milyukov özünəməxsus siyasi taktika ilə
naibüssəltənəlik məsələsi qaldırdıqda sonradan məlum oldu kis onun
təsəvvür etdigi üsuli-idarə özünün şəxsi mülahizəsi imiş. İnqilab
həqqində “hamıya” verdigi simsiz teleqraf xəbərləri də onun öz şəxsi
nöqteyi-nəzərini bildirmiş olsa gərəkdir. Nəhayət, xarici siyasət məsə-
lələrində də Milyukovun tutduğu vəziyyət əfkari-ümumiyyənin de-
gil, özünün şəxsi fikir və mülahizəsinin tələb etdigi bir vəziyyət imiş.
Xülasə, zamanın ümdə məsələlərinin hamısmda Milyukovun özü-
nəməxsus şəxsi fikri və mülahizəsi vardır. Fəqət hal-hazırda Rusiyada-
kı müttəhid hökumətdir. Və zaman o qədər ciddi və məsuliyyətlidir ki,
hökumət “şəxsi fikir” sahibi olan vəzirlərə öz başma çıxışlarda bulun-
maq ixtiyarı verə bilməz. Bu ya o səbəblərə görə müvəqqəti hökumət
dava məqsədləri həqqində özünün xüsusi proqramını bildirə bilmiyor,
yainki bildirmək istəmiyorsa barı öz heyətində bulunan vəzirini vadar
edə bilər ki, demokratiyayı həyəcana gətirən və hökumətin özünün belə
razı olamadığı bəyanatda bulunmasm.
Əgər Milyukov buna söz verə bilmiyorsa bir əlacı qalıyor ki: vəza-
rətdən çıxsın, iş başından çəkilsin. İmdi bizim xariciyyə vəzirimizin
bir çarəsi var. Tabe olmaq, yainki iş başmdan çəkilmək”.
“Açıq söz”, 3 aprel 1917, JVs440
Naibussəltənə-hökmdarı əvəz edən, opekun
129
Məqsudovun faciəsi
Rusiya müsəlmanları arasmda rnəşhur Məqsudov conabları əski “İt-
tifaqi-müslimin” ənənəsinə sadiq qalaraq “Kadet” firqəsi ilə əlaqəsini
kəsməmiş və bu firqənin bir əzası olmaq sifətilə yaxmda iclas edən Pet-
roqrad kadet syezdində iştirak eləmişdir.
Syezdin birinci günlərində Məqsudov cənabları bütün müsəlmanları
da özü kibi təsəvvür edərək “Rusiya müsəlmanları bu vəqtə qədər Ka-
det firqəsi ilə getmiş və bundan sonra da onunla gedəcəklərdir” - deyə
bəyanatda bulunmuşdur.
Həqiqəti-əhvalə başdan-başa zidd olan bu bəyan çox həqli ola-
raq müsəlman Bürosunun protestosuna düçar olmuş, iştə syezdin
digər bir iclasında Məqsudov haman “təshihi-xəta” olmaq üzrə Ka-
det firqəsinin təhsinini mucib olan “İstanbul və boğazları almaq” şüa-
rma müsəlmanların tərəfdar olmadığım bildirmiş və əlavə etmişdir ki:
“heç olmasa Rusiya müsəlmanlarmm hissiyyati-diniyyələrini rəayət
olsa da Kadet firqəsi öz proqrammdan “İstanbul ilə boğazları almaq”
fəqərəsini çıxarmalıydı. Məqsudov “ruhi və ruhülmüslimin ləkum
fəda” məfadində olan birinci bəyanını alqışlar ilə qarşxlayan syezd İs-
tanbul həqqindəki “hissiyyatım” nəzəri-etinayo almamış, “zəlaləti-
fikriyyə”də olduğunu, müsəlmanlar arasmda ittihadi-əfkar bulunma-
dxğxnı, İstanbu2un türklərdən degil, almanlardan ahnacağmı kəndisinə
söyləmiş, siyasətdə hissiyyat olmaz - deyə başma əql qoymuşlardır.
Bir müsəlman siyasət xadimindən ötrü çəkilməz bir faciə degilmi-
dir?
İstanbul ilə boğazlar tələbi şübhəsiz ki, Rusiya siyasətinə daxil ol-
mamalıdxr. Fəqət bu barə hissiyyati-diniyyə hökmü ilə degil, Kakuşkin
dedigi əqli-səlim iqtizasilə ortadan qaldxrılmalıdır.
Haman Kadet firqəsi, haman Milyukov özü, haman Rusiya, İngiltərə
və Fransa hürriyyətpərvərləri bu müharibənin millətlərin azadlığı üçün
edildigini iddia ediyorlar. Rusiya müsəlmanları bütün Rusiya demok-
ratiyası ilə bərabər bu şüarı qəbul ediyorlar. Fəqət bunu, müsəlman Bü-
rosunun dünki sayımızda dərc olunan bəyannaməsində denildigi kibi
130
yalnız Avropa milllətləri və yalnız xristianlar üçün degil, Türkiyə də
daxil olduğu halda bütün dünya millətlərindən ötrü qəbul edərlər.
Öz vətəninə xəcalət, məğlubiyyət və şərəfsiz bir sülh istəməyən
Rusiya cəmaəti razı olmamalıdır ki, Rusiyanm qələbəsi başqalarına
şərəfsizlik gətirsin. Kakuşkin nə kibi sifətlərlə fikrini bəyan edərsə-
etsin, həqiqət həqiqətligində baqidir. İstanbulu türklərdən almaq cahan-
girlik siyasətini davam etdirmək deməkdir. Rusiya cahangirligindən,
bu imperializm siyasətindən qanlar yutmuş olan Rusiya müsəlmanlığı,
Rusiya demokratiyası ilə bərabər böylə bir bayraq altma yığılamaz, bu
bayrağın tazə rənglərə boyanmasına aldananlar bulunursa qismətləri
Məqsudov cənabları kibi ən əziz hislərində pərt olmaqdan başqa bir
şey olamaz.
M.Ə.
“Açıq söz”, 4 aprel 1917, JVe441
131
Rıısiva müsəlman ictimai harada olmalıdır
Petroqradda müsəlman fraksiyası yanındakı Büro böylə tarixi mü-
hüm bir zamanda çağrılması vacib olan ümumrusiya müsəlman icti-
mainin dəvətinə hazırlaşmaqdadır. Bunun üçün kəndisinə hər tərəfdən
kömək göndərmək və bu zəhmətindən ötrü kondisinə təşəkkür eləmək
boynumuza vəzifədir.
Bu zamanda ilk dəfə olaraq yığılacaq ictima harada yığılmalıdır?
Bu xüsus Büro ilə bəzi Volqaboyu məhfilləri arasında ixtilafı mu-
cib olmuşdur. Bu xüsusda əvvəlcə Xarkovdan bir teleqraf gəlmişdi.
Bu teleqraf təklif ediyordu ki, Rusiya müsəlman ictimainin Kazanda
çağrılmasına himmət edilsin və bu xüsusda Büroya teleqraf çəkilsin.
Bu təklifə teleqrafla dəlil istənildikdə cavab alındı ki, Kazan Rusi-
ya müsəlmanlarımn tarixdə böyük və qüvvətli bir mərkəzi-siyasi ol-
muşdur. Buna görə də Rusiya istibdadmdan qurtaran müsəlmanlar ilk
ictimailərini orada Sevim Bikə minarəsi yanmda açmalıdırlar. Xarkov-
luların bu hissiyyatı, əlbəttə, xatiri sayılar hissiyyatdandır. Buna iştirak
eləmək, onun dəlillərini anlamaq mümkündür. Fəqət Bakı müsəlman
komitəsi Petroqrad Bürosu tərəfindən bir kərə təyin olunmuş məsələyi
pozmamaq üçün ictimain Moskvada toplanması əleyhinə çıxmamaya
qərar verdi. Və bu məsələdə Xarkova teleqraf çəkdi.
Dün Büro rəisi Salehov tərəfindən müsəlman qəzetələrinə çəkilən te-
leqrafdan anlaşıldığma görə görülüyor ki, ictimai Kazanda qurmaq fik-
rinin tərəfdarları haman Büroya müraciət eləyib, Moskvada yığılmaq
qərarından Büroyu daşındırmaq istəmişlərdir. Fəqət Büro fikrində sabit-
dir. Dəlili də odur ki, Moskva Rusiya siyasət aləminin mərkəzidir. Mü-
səlman ictimai kəndi mövcudi və qərarnamələrilə bütün müsəlmanların
tələb və arzularmı Rusiya cəmaətinə hiss etdirməlidir. İctima Moskva-
da olursa bu nöqteyi-nəzərdən böyük təsiri olur. Müvəqqət hökumət
ilə inqilab heyətləri dəxi hər növ böyük ictimalarm paytaxtlarda olma-
smı mətlub görüyorlarmış. Buna görə də Büro bütün millətdaşlardan
xahiş ediyor ki, ictimain Moskvada yığılacağma qane olub bu xüsus-
132
da Büroya teleqraflar göndərməyib, işin təbii surətdə getməsino kömək
eləsinlər.
Büronun bu teleqrafını mütəaqib bugünki sayımızda xüsusi bir te-
leqram dərc ediyoruz. Bu teleqraf Kazan müsəlman komitəsi tərəfındən
gəliyor. Burada bakılılara təklif olunuyor ki, haman ictimanm Kazanda
olmasını Bürodan tələb eləsinlər.
Bu hal göstəriyor ki, Kazan ilə Moskva məsələsi ciddiyyət peyda
ediyor, əsasilik şəklini alıyor.
Kazan təklifinin özünə, Moskva təklifinin də özünəməxsus dəlilləri
yox degildir. Fəqət ortada bir dərəcəyə qədər bütün Rusiya müsəl-
manlarınm ümumi bir mərkəzi hökmündə olan və hər tərəfdə adamla-
rı bulunan Büronun qərarını qəbul etmək işin yubanmaması üçün bizə
daha müvafiq gəliyor. Yaxşı olardı ki, kazanlı qardaşlarımız dəxi bu
xüsusda çox israr etməyib, bu babda Büroya güzəşt edə idilər.
Vəqt azdır, yığışmaq, danışmaq, sözü birləşdirmək, təşkilat qurmaq
zamamdır. Fürsət azdır. Aylar, günlər saət hökmündədir. İctimain yeri
həqqində bu qədər barışmaz isrärlarda bulunsaq bu israr əhəmiyyəti-
zəmanə uymaz. Nə olur, birinci olmasa, ikinci ictima Kazanda olur.
İmdi vəqt ötürmədən yığışmalıdır. Bunun üçün də Petroqrad Büro-
suna qulaq asmahdır.
M.Ə.
“Açıq söz”, 5 aprel 1917, JV®442
Cud - comordlik, əliaçıqhq
133
Cəmaət idarəsi
Böyük Rusiya inqilabı məmləkətin idarəsini, hökumət işlərinin do-
landınlmasını müstəbid padşah əlindən alıb cəmaətin özünə tapşırdı.
Özünə tapşırılan bu həqdən necə ki Iazımdır, faidə görə bilmək üçün
cəmaət bu idarənin, yəni cəmaət idarəsinin nə kibi bir şey olduğunu
və hanki əsaslar üstündə dayandığını bilməli, bu xüsusda aydın fikrə
və məlumata sahib olmalıdır. Cəmaətimizin geniş qisminə bu xüsus-
da az da olsa, məlumat vermək üçün daha istibdad zamanında yazdığı-
mız “seçkilər” məqaləsini yuxarıdakı ünvan ilə bir az zamanəyə müna-
sib dəgişərək darc ediyoruz. Bu aşağıda dərc olunan ilk məqalə senzor
tərəfindən mən edilmişdi.
I
Cəmaət idarəsinin binası seçki üzərinə qurulmuşdur. Bir adamın
keyfi, xahiş və buyuruğu ilə olunan idarəyə istibdad deyilər. İstibdad-
da fikir, təsəvvür, düşünmək, anlamaq və anladığmı demək həqqi ol-
maz. “Ağa dedi sür dərəyə, sür dərəyə” - bu zərbül-məsəi istibdad üsul-
idarəsinin qanuni, məntiqi və hikmətidir. İstibdad olan yerdə azadlıq,
fikir sahibi, iradə yiyəsi olmaq olmaz. Burada ancaq sürünməli, hanki
dərəyə göndərsələr, sürüləcəgiz, durmayıb getməlidir.
İstibdadın müqabili azadlıqdır. Hər kəs fikir və rəy sahibi ola bilər.
Görməmək, eşitməmək mümkündür. Fəqət hiss etməmək, anlamamaq
adamxn öz ixtiyarxnda, öz əlində degildir. Bu adamın öz ixtiyarında ol-
mayan xasiyyət insanı azadlığa, özünə ixtiyar almağa vadar eləmişdir.
Qanmaq fikri, eləmək əzm və idarəsini doğurmuşdur. Bunlar artdıqda
insan kor-koranə tabe olmaq istəməmiş, müstəbidlərin hökm və buy-
ruqlarma bir sərhəd, bir ölçü qoymaq istəmişdir.
Bu ölçü zamanımızdakı dövlətlərdə məşruliyyət və ya cümhu-
riyyət şəklinə girmişdir. Rusiya böyük inqilabı ilə Rusiya dəxi böylə
məmləkətlər cərgəsinə girmişdir. Yalnız buradakı azadlıq hökumətinin
şəkli məşrutəmi, yoxsa cümhuriyyətmi olacaq? Burasım iləridə bü-
134
tün millətin şərikligi ilə yığışäcaq Məclisi-Müəssisan həll edəcəkdir.1
Məşrutə ya cümhuriyyət idarəsində “hüquqi-bəşər” azadlığının qəbulu
ən birinci şərtdir. Hüquqi-bəşər - insanın həqləri, ixtiyarları deməkdir.
Bu birinci dəfə Fransada elan olunmuşdur. Bu elana görə insanın fik-
ri azaddır. Fikir elədigini deyə bilər, deyə bildigini yaza bilər. Deyib
və yaza bildiklərini xəyaldan işə gətirə bilmək üçün cəmiyyətlər qurar,
məclislər yığar, ictimailər, yığınlar çağırar.
İnsan azaddır. Zatən Allah tərəfındən də faili-muxtar yaradılmış-
dır. Buna görə də onun şəxsinə zor olunmaz, həqqində zülm edilməz,
edilməməlidir. O başqasınm buyruğundan xilas olmalı, hər cür boyun-
duruqdan qurtarmahdır.
Burada özü-özligində bir məsələ çıxıyor: çox yaxşı, qəbul edirik.
Hər kos öz başma azad oldu. Faili-muxtar oldu, nə istərsə edə bildi.
0 zaman nə olur? Xəlq biri-birinə düşməzmi? Hərcü-mərc olmazmı?
Zülm olmasın - deyə clan olunan azadlıq zülmdən daha bədtər bir
anarxiyaya, başlı-başmalığa səbəb olmazmı?
Bilməlidir ki, istibdadə, yəni bir adamın hökmünə, padşahların,
hakimlərin keyfinə hədd qoyan, cümhur rəisinin haraya qədər ixtiya-
rı olduğunu təyin eləyən azadlıq istəyənlər, haman zamanda azadlığa,
yəni azad vətəndaş və insanlarm keyf və arzularma da bir ölçü qoyur-
lar. Onlarca hər kəs azaddır. Fəqət başqasınm azadhğmı pozmamaq
şərtilə birisinin keyfi başqasının keyfini pozarsa, birisinin rəyi və fık-
ri başqasmın rəy və fikrinə meydan verməzsə, o zaman bu azadlıq de-
gil, yenə istibdad olur. Əslində baxsan istibdad bundan başqa bir şey
degildir.
Ancaq bu ölçü bəsdirmi? Bununla hər kəs öz vəzifəsini, öz həqqini,
öz hədd və hüdudunu ögrənib öz işinə məşğul olarmı? Çox yaxşı, dedik
hər kəs azad olsun. Hər kəsin azadlığı da başqasınm azadlığına mane
olmasm. Fəqət məsələni kim ayırsın. Arada hakim kim olsun. Görək
bənim filan işdəki azadlığım filankəsin filan İşdəki azadlığını pozu-
yormu, yoxsa yox? Bunu kim təyin eləsin?
İstibdad hökuməti ilə xəlq hökumətinin fərqi də buradadır. Padşah
hökumətindən ibarət olan mütləqiyyət ilə xəlq hökumətindən ibarət
olan cümhuriyyət də burada ayrılır.
1 Bu xüsusda ayrıca bəhs olunacaqdır.
135
Məlumdur ki, istibdadda da, məşrutiyyətdə də, cümhuriyyətdə də
xəlqin biri-birilə olan rəftarını təyin edən qanunlar, nizamlar, qaidələr
vardır. Hakimlər, sudlar bu qanun və nizamlardan çıxanları, sərkeşlik
edənləri üsuli və yolu ilə cəzalandırıyorlar. İstibdad idarəsində bu ni-
zam və qanunları qoyan padşahlar, bu nizam və qanuni aparanlar da
onlarm dedigi adamlardır. Xəlq ancaq məhkumdur. Borcu tabe olmaq-
dır. Ona görə də qanunlardan, nizamlardan xəbəri yoxdur. Halbuki
xəlq hökumətində, azadlıq zamamnda böylə degildir. Burada nizamı,
qaidəni qoyan cəmaət özüdür. Məşrutiyyət və ya cümhuriyyətlə ida-
rə olunan məmləkətlərdə vətəndaşlar biri-birilə olan rəftarlarım, yəni
azadlıqlarının dərəcəsini özləri təyin ediyorlar. Böylə məmləkətlərdə
qanunlar cəmaətin şərikligi ilə, hər kəsin rəyilə yazılır və onun rizalı-
ğı ilə verilir.
Yenə anlaşılmaz bir məsələ qaldı ki, cəmaət necə öz razılığmı verir,
necə bu, ya o qanuni yaza bilər?
Məlumdur ki, hər kəsin könlü bir cür xoş olmaz. Birisinin arzusu
o birisi üçün arzu olamaz. Hətta birinin diləgifo birinin sevmədigi bir
şey də ola bilər. Madam ki, keyflər, arzular, diləklər ayrı-ayrıdır, o
halda bunlardan hankisi qänun olsun. Hankisi hamısı üçün nizam və
məcburiyyət hökmünə binsin?
Bunun cavabında diyorlar ki, çoxluqda olan diləklər yeriməli, azlıq-
da qalanlar ona tabe olmalıdırlar.
Çoxluq-azhq. Bunu kim təyin eləsin? Misal üçün, məmləkətin bir
qismi diyor ki, hökumətimiz məşrutəli padşah əlində olsun. O biri
qismi diyor ki, yox, xəlq cümhuriyyəti, cümhuriyyəti-ənam təşkil
olunsun. Yainki bir dəstə diyor ki, yerlər kəndlilərin arasmda bölün-
sün. Bir cəmaət də istiyor ki, yerlər adil qiymətlə yeri işlədənlərə ve-
rilsin. Bir azı istiyor ki, millətlərə ayrı-ayrı idarələr verilsin, hər kəs
özü öz yerində idarə olunsun. Başqaları diyorlar ki, vilayətlərə xüsu-
si muxtariyyət verilməsin, bu qədər bəsdir ki, hər millət öz dini, mil-
li işlərində müstəqil olsun. Bu hallarda nə etməlidir? Əlbəttə, hər şey-
dən əvvəl bilməlidir ki, çoxluq bu rəylərin ha»«mın tərəfindədir. Fəqət
bunu nə cür bilmək olar?
Əsl mətləbə, cəmaət və xəlq hökumətinin əsl əsasına burada bu suala
cavab verəndə yaxınlaşıyoruz. Xəlqin hanki rəyi üstündə çoxluq və azlv-
136
ğı olduğunu bilmək üçün məşrutəli və ya cümhuriyyətli məmləkətlordə
xəlq nümayəndəlikləri, məclislor, parlamanlar, Rusiyada da Duma təsis
olunmuşdur və əsaslı məsələləri, hökumətin binası üçün lazım olan qa-
nunları düzəltmək üçün ən yaxmda Məclisi-Müəssisan qurulacaqdır.
Fəqət bu məclislər, nümayəndəliklər necə əmələ gəliyor. İştə, bu-
rada seçki məsələsi meydana gəliyor. Seçki xəlq və cəmaət idarəsinin
dirəgidir. Bu dirək zəif olursa, bina uçular. Bütün məclislər, parlaman-
lar, məclisi-müəssisanlar xəlqin nümayəndəsi, seçilmişləridir. Hər kəs
öz arasmdan özü kibi rəydə olanlardan birisini seçib millət məclisinə
göndəriyor, böyük bir məmləkətin milyonlar təşkil edən xəlqi bir yerə
yığılıb rəy güləşdirə bilməsə də onun seçdigi bir neçə yüz adam yığışıb
söyləşə və deyişə bilər. Bunlardan hər kəs öz rəyini, mətləbini söylər,
biri o birini qane etməgə çalışar: axırda bir nəticəyə gələrlər. Rəyləri yı-
ğarlar, hanki rəy çox olsa, o aparar və o rəyi yalnız məclisdəkilər degil,
onları vəkil edib göndərən xəlq üçün bir nizam və qanun hökmünü alar.
Demək ki, xəlqin nizam və qanun işlərinə qarışması, hökumət
işlərində xüsusi rəy sahibi olması, cəmaət müəssisələrində rəy və fi-
kir yiyəligində bulunması üçün seçki lazımdır. İnsanlıq və vətəndaşlıq
həqqindən faidələnmək üçün demək ki, insan seçki həqqinə də malik
olmalıdır.
İstibdad şəklində idarə olunan məmləkətjərin hüsni-idarəsi hökm-
darm şəxsi yararlığma, rəhminə, mürüvvətinə, fəzl və kamahna, ədalət
və rəfətinə, xülasə, şəxsi istedadma, meylinə bağlıdır. Cəmaət höku-
motindəki hüsni-idarə isə seçki üsulinin müvafiq olmasma və xəlqin
seçkidən faidələnə bilmosinə bağlıdır. Buna görə də xəlq hökuməti idarə
olunan məmləkətlərdə seçki üsulinin böyük əhəmiyəti, özünəməxsus
elmi, fənni, nəzəriyyəsi və sənəti vardır.
II
Dedik ki, cəmaət idarəsinin binası seçkidir. Mətləbi açdıq ki, seçki-
nin öxünəməxsus elmi, nəzəriyyəsi və sənəti vardır.
Cəmaət idarələri seçkilərinə görə ayrılırlar. Bir cür idarə var ki,
ona məşrutiyyəti-xəvas diyorlar. Bu idarədə xas siniflərin, yəni var-
Dostları ilə paylaş: |