Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


“Açıq söz”, 12 may  1917, JV®471



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

“Açıq söz”, 12 may  1917, JV®471
Ədna -  aşağı,  çox az
161

Nərəyə gediyoruz?
Özümüzünkübr,  yaxud  başqaları  “müsəlmanlar  (türklor)  qabili- 
tərəqqi  degil,  çalışqan  degil,  hürriyyətə  layiq  degil...”  dedikdə  gücə- 
niyoruz,  darılıyoruz.  Fəqət  azacıq  düşünmoli,  motərezlərimiz  pək  də 
həqsizmi?
Hürriyyət elan edildi. Hərkəs, hər millət iş başına yügürdü. Vəzifəyə 
şəncə  qoşdu.  Bin  dürlü  təsisat,  təşkilat  yapdı,  hər  növ  maddi,  mənəvi 
dərdlərinə əlac aradı.
Fəqət bizimkilər?
Təbii bizimkilər də geri durmayıb bir iş yapmaq istədi.  Lakin təbii 
hiss  ilə,  mədəni  tərbiyə  ilə,  həqiqi  iqdamat degil,  yalnız  görənək üzə- 
rinə,  təqlid  üzərinə  hər  kəs  yerindən  qımıldadı,  qımıldamaq  istədi. 
Məsələn,  qomşu  bir  millət  bir  təşəbbüsdə  bulunur,  çahşıb  çabalar, 
kəskin  və  sarsılmaz  addımlarla  bir həqiqəto,  bir nura,  bir  ideala  qoş- 
maq  istər.  Baxırsan  bizimkilər  də  qomşularmı  yamsılayaraq  dərhal 
gurultulu  seçkilərə  başlandı.  “Sən  degilsən,  bənəm”  -   deyə  hər  kəs 
kəndini  seçdirməgə  müvəffəq oldu.  Həm də bir cəmiyyətə,  bir heyətə 
degil,  bir  çox  mühüm  mövqelərə  ihza  intixab  olunmaq  şərəfinə  nail 
oldu. Fəqət iki gün sonra!?
İştə, məsələnin ən nazik, ən mühüm nöqtosi!...
Əvət,  iki  gün  sonra  bir də  baxarsan ki,  filan  əfəndi,  filan  ağa  özü- 
nü seçdirmək üçün həftələrlə boğazmı yırtmış olduğu halda, artıq gözə 
görünməyərək bin türlü bəhanələrlə ortadan sovuşdu. Bəzi yerlər bəlkə 
müstəsna  ola  bilir.  Fəqət  bir  çox  şəhərlərdən  alınan  xüsusi  məlumata 
görə tamamilə  eyni  sönüklük,  eyni gövşəklik,  eyni vəzifəsizlik hökm- 
fərma olmaqdadır.
Əcəba, bu təəssüf olunacaq halə səbəb nə?!
Təbii, səbəblər pək aydın... Əvvəla, hərif gecə-gündüz yalnız bir şey 
sayıqlayordu,  o  da  seçilmək,  ad  qazanmaq,  bir  çox  yerlərdə  sandaliyə 
qapanmaq!
İştə, sandaliyəyi buldu, arzusuna nail oldu...
Təşəbbüs, fəaliyyət?!
Zatən o,  sonraki bir məsələ!.. Yaparsan da olur, yapmazsan da olur. 
İkinci səbəb:  tərbiəyi-mədəniyyədən, cəsarəti-mədəniyyədən məhrum 
bulunmamızdır.  Çünki  böylə  işlərə  öncədən  hazırlığı  olmayan  bir
162
millət  istədigi  şeyə  nail  olsa  belə  təbii,  böyük  bir  şaşqmlığa  düçar 
olur, nə yapacağını bilməz.  Üçüncü səbəb -  ki,  ən mühüm də budur -  
bir  iş üçün  bir  həqq  təyin  edilməmək  məsələsidir.  Bir  çox  şəhərlərdə 
icraiyyə  heyətləri,  bələdiyyə  əzaları  seçilir.  Fəqət  həpsi  pulsuz,  para- 
sız...  Çünki  millət  işidir.  Millət yoludur.  İştə,  bu  adət  ata-babadan bi- 
zim  kəmiklərimizə  işləmiş  və  bu  dilənçilik  təbiəti  yalnız  bizim  dər- 
vişlərdə,  dilənçilərdə  degil,  hər  sinfimizdə,  hər  fərdimizdə  kökləşmiş 
bir  nəqisədir.  Və  bunun  üçün  də  seçdigimiz  əfəndiləri  heç  bir  işdə 
məsul  tutamayız,  xidmət  edəməyiz.  Çünki  hərif pulsuz,  parasız  ola- 
raq  “fəxri”  çalışıyor.  Halbuki  o  dürlü  məccani,  fəxri,  ən  nəhayət  ya 
xəyanət,  yaxud  gövşəklik  və  etinasızlıqla  nəticəpəzir  olur.  Fəqət  bu 
nəticələrdən -  yarınki gün duyacağımız bir duyğu var isə, o da müdhiş 
və acı bir fəryaddan başqa bir şey olmasa gərək...
Gələlim m əarif işlərimizə?!
Dövrani-istibdadm 
pəncəyi-mənhusində 
tırmalanıb 
gedən 
məktəblərimiz,  daima hüquqsuzluq ruhundan  gizli-gizli  fəryadlar qo- 
pararaq, nə yapacağını bilməyərək bütün-bütünə pusuləyi şaşırmışdı.
Fəqət şimdi?!...
Şimdi  hürriyyətə nail  olmaqla  bərabər nə yapıyoruz?  Nərəyə  gedi- 
yoruz?
Qafqasiya  qurultayı  yapıldı.  “Milli  lisan,  milli  məktəb”  -   deyə 
qərarlar verildi.
Tələbələr qurultayı da eyni qərara gəldi və bütün Qafqasiyadakı türk 
şəriət  müəllimlərindən  milli  ruhu,  milli  hissiyyatı  inkişaf  etdirəcək 
dərslər tələb olunacağı təhti-qərarə alındı. Lakin ya in: “kəndiniz nə is- 
tiyorsunuz,  yapınız” -  denildikdə nasıl ki  öylə də  deniliyor və  öylə  də 
olacaq.  Əcəba,  müəllim  əfəndilər  hanki  proqram  ilə  dərs  verəcəklər? 
Və nasıl bir qərarə gəlmişlər?..
Əcəba, iştiraki-arayi ilə tənzim edilmiş proqramlarımız, seçilmiş ki- 
tablarımız nərədə? Yoxsa yenə onlar da olduğu kibi müəllimlərimiz bir- 
birindən bixəbər, hər kəs sapa bir yolu, əgri bir cığırı kəndi milləti üçün 
bir şahrah tərəqqimi zənn edəcək?!..  Yenə də bir şəhər digər şəhərdən, 
bir köy digər köydən xəbərsiz olaraq müxtəlif qayələr, müxtəlif ideallar 
arxasxncamı qoşulacaq?!..
Hələ müəllimlərimiz, mütəllimələrimiz?..
163

İştə,  onlarm halı daha fəna, daha acınacaq bir hal!..
Zavallı  cocuqlarımız  -   intibah  naminə  olaraq  -   evbrindəki  xort- 
dan,  damdabaca  masallarından  qurtulmaqda  ikən,  məktəbbrdə, 
tərbiyə ocaqlarında pulkalara rast gəldilər 
vd
 
o
 
kibi bir yığm mənasız, 
münasibətsiz  etibarlara  düçar  oldular.  Gündon-günə  milli  adətlərdən 
uzaqlaşaraq  yabançı  çərçivələrin,  yabançı  əlbrin  qorxunc  təzyiqbri 
altmda sıxılmağa,  əzilməgə başladılar.  Təbii bu hallar, kokutmalar ilə 
iftixar edən ailələr üçün pək də  şayani-təəssüf olmaya bilər.  Lakin bu 
hal kəndi millətini, kəndi bənligini düşünənlər üçün, şübhəsiz ürəkləri 
dağıdar  edəcək  müdhiş  bir zərbə  deməkdi.  İştə,  məzkur zərbələrdən, 
o qorxunc nəsnələrdən hasil olacaq yaraları sağaltmaq üçün bəzən xü- 
susi  və  səmimi  fəryadlar qopurdu.  Yeganə  mane  olaraq yalnız mühit, 
mühitdəki gövşəklik və istibdad ortaya sürülüyordu.  Şimdi artıq istib- 
dad  devrildi.  Əcəba,  yenəmi  abdalca,  şaşqmca  bir  nəzərlə  durub  ba- 
xacağız?
Əcəba, “ana şəfqət qucağı”  deyə porəstiş etdigimiz həmşirələrimizi 
şappalaq və kokutluqdan başqa bir şey ögrənməyən zəif və sönük proq- 
ramları  izləməgəmi  təşviq  edəcəgiz?  Halbuki  qadm  həyatı  üçün,  ana 
yetişdirmək üçün yapılacaq proqramlar, yazılacaq kitablar daha başqa- 
dır, daha əhəmiyyətlidir.
Fəqət o kitablar,  o proqramlar nərədə?!..
Ruslar,  fransızların örsəbnmış,  çürük, münasıbətsiz, hoppaca tərbi- 
yələri  sayəsində  kəndilərini unutdular, kəndi bənliklərini qeyb  edəcək 
bı'r halə gəldilər.
Rus alimləri, rus mütəfəkkirləri bu sui-təsirdən şikayətbnib də dai- 
ma fəryadlar qopardılar, şimdi də qoparıyorlar. Ilalbuki biz əsla bunla- 
rı  duymuyoruq,  düşünməyirik.  Daima  hissiyyatə  qapılıyoruz,  həm  də 
başqalarımn  yuvarlanmaqda  olduğu  uçurumlarda  məhv  olub  getmək 
istiyoruz.  Şübhəsiz bu qüsurları  aramızda dərk edənlər az degil.  Fəqət 
çarə arayanlar yox hökmündədir, desək də xəta etməmiş oluruz.
Əvət, qadın həyatı son dərəcə dolanbaclı və kolay-kolay həll edilməz 
bir məsələdir.  Həm də son dərəcə diqqət edibeək bir məsələdir.  Bunun 
üçün də  əsaslı  mənbələr bularaq,  gecəli-gündüzlü çalışmaq,  alman-in- 
gilis kibi ciddi millətlərin qadın tərbiyəsi həqqində yazmış olduqları bir 
çox kitabları gözdən keçirərək və onlardan alacağımız fikri kəndi mil- 
li  ruh,  miJJi  adətimizlə aşılayaraq  əsaslı proqramlar,  istifadəli kitablar
164
vücudə gətirməliyiz.  Yoxsa bu xüsusda azacıq müsamihə edocək  olur- 
saq,  əmin  olmalı  ki,  gələcəgimiz  keçmişimizə  nisbətlə  daha  əsəfnak, 
daha qorxunc bir şəkil almış olur.
İştə, bugünki vəziyyət meydanda?!..
Bugünki  zərbədən  mütəəssir  olmayanlar,  yarm  üçün  kəndi  əllərib 
kəndi məzarlarım qazımış olurlar.
Əvət,  bugünki  seçki  məsələsində  qadınlarımızın  bizdəki  qa- 
dm  həyatının  sönüklügü  iyicə  anlaşılsa  gərək...  Və  onların  həyati- 
ictimaiyyəmizdə  doğuracağı  təhlükə,  kəndi  simasını,  simai-zəif  və 
yetimanəsini  göstərməgə başladı.  İştə,  həyati-mədəniyyəmizin  nə hal- 
da olduğunu  şu  ilk  addımlar  isbat  etdi.  Artıq  gəbcəkdə  bugünki  kibi 
gülünc təcrübələrə bir daha rast gəlməmək üçün ayılmalı,  iləri  atılma- 
lı,  həqiqətı  aramalı,  dörd gözlə  aramalı,  həm də yorulmadan,  usanma- 
dan qoşmalı və daima qoşmalıdır.
Millətimiz  yarm  bir  fəlakətə  uğrarsa,  səbəb  qadmlardır.  Qadınlar- 
dakı məarifsizlikdir.  Türk  övladı yarm  cəval,  fəal  addımlarla  şəhrahi- 
tərəqqi  və  mədəniyyətdə  ilərilərsə,  yenə  səbəb  qadmlardır.  Onlarda- 
kı məarifpərvərlikdir.  Milli və mədəni işbrimizdə hər hanki  məsələyə 
ətfi nəzər etsək -  əmin olmalı ki, -  ilk baxışda, ilk addımda analarımı- 
zı görscəgiz.  Onunçun hər şeydən əvvəl qadın məsələsinə,  tərbiyəsinə, 
qadın məarifinə baxmalı,  xanım qızlarımızı  ciddi,  sabit,  sarsılmaz bir 
fəaliyyətlə m əarif və tərəqqi üfüqlərinə doğru sövq etməli, yüksəltməli 
və  hürriyyət  günəşindən  kəcbi-nur  etmələrinə  daima  səy  və  qeyrət 
etməlidir.  Və  bunu  da  əsla  unutmamalı  ki,  pəriyi-hürriyyətin  ruhəfza 
tnbəssümləri, şəmsi-hürriyyətin həyatpərvər şölələri hər kəs üçün, əvət, 
bütün  insanlar üçün  müsavidir.  Yalnız  üç  firqə  var ki,  o  hariqəmunis 
nuri, o nuri-səadəti dərk edəmməz.
İştə,  onlar  da  korlar,  yatmışlar və  sərxoşlardır?!..  Artıq  düşünməli, 
düşünməli ki: nə yapıyoruz? Nərəyə gediyoruz?!..
“Açıq söz”,  19 may 1917, JV«477
Motərez -  tənqidçi
Ruhəfza -  ruhlandıran, könül açan
Müsamihə -  səhlənkarlıq, başısoyuqluq
Əsəfnak -  heyfsilənmək, təəssüf etmək
Pulka -  preferans və başqa qumar oyunlarında bir əl oynama
165

Bizim nöqteyi-nəzordon  Rusiyada 
cümhuriyyəti-ənam
Şərq ilo Qərb arasmdakı “Çin hasarı” uçuruldu. Rusiya istibdadı yı- 
xıldı. Bu istibdadm sonuncu bədbəxt nümayəndəsi Nikolay bütün Rusi- 
ya millətlərinin  alqışları  içində təxtindən  düşürülüb arvadı  ilə bərabər 
həbsə almdı.  Romanov sülaləsi getdi.  Onunla bərabər qaba rus imperi- 
alizmi də səhnəyi-siyasətdən çəkildi.
Bu  vaqeə  yalnız  Rusiya  təqdiratı  degil,  tarixi-ümumi  nöqteyi- 
nəzərindən dəxi son dərəcədə mühüm bir məsələdir.
Rusiya  tarixi  digər  Avropa  millətlərinə  nisbət  həmişə  geridə  qal- 
mış, Rusiya kəndçilərinin azadlığı Avropadan tam yüz il sonra gəlmiş, 
üsuli-idarədəki cəmaətçilik fikri dəxi burada o nisbətdə ağır yayılmış- 
dır.  Hər bir ağır kütləyə məxsus olan bu hərəkətsizlik yalnız Rusiyaya 
degil,  Rusiyaya mərbut olan  Şərq aləminə də böyük zərərlər toxundur- 
muşdur.  Şərq aləmi deyincə, burada hər şeydən əvvəl müsəlman və türk 
aləmindən bəhs etmək lazım gələcək.
İslam  məmləkətlərinin  axırıncı  tarixləri  daima  Rusiya  ilə  çarpış- 
maqdan ibarət olub türkl qismi-mühümmi bu dövlətin qələmrovuna da- 
xil  olmuşdur.  Müsəlman  təbəəsinin  çoxluğuna  nəzərən  məcazi  məna 
ilə  İngilis  hökumətinə  birinci  islam  hökuməti  admı  verənlər  var.  Bu 
mülahizə  ilə  Rusiya  hökumətinə  də  birinci  türk  və  ikinci  müsəlman 
hökuməti  demək  olar.  Sayı  60-70  milyona  varan  türk  cinsinin  25-30 
milyonu,  təqribən  yarısı  Rusiya  vətəndaşıdır.  Ən  böyük  müsəlman 
padşahiığı  olan  Türkiyə  müsəlmanlarmın  sayı  25  milyona  varamaz. 
Bütün  İran  10  milyondan  artıq  degildir.  Bu  iki  müstəqil  islam  məm- 
ləkətlərindəki  türklügün  cəmi  belə  Rusiya  türkləri  qədər  olamaz.  Bir
o  qədər türk və müsəlman təbəəyə malik olduğu halda əski Rusiyamn 
siyasəti müsəlman məmləkətləri üzərinə  icrayi-təzyiq etmokdən ibarət 
olmuş, Rusiya istibdadı daxildə təmsil, xaricdə də istila politikasını ye- 
ritmişdir.  Bir vəqt  bu  istila  politikası  “müdafiə”  ünvanmı  almışsa  da, 
axırda haman qaba imperializmdən başqa bir şəkil almamışdır.
Rusiyanm  ən  iləri  gələn  namdar  hürriyyətçiləri,  rus  millətinin 
səlamət  ruhuna  inanan  tərəqqipərvər  pişrovları  Rusiya  səltənəti  üçün 
Qərb  naminə  Şərqdə  bir  mədəniyyət  amalı  olmaq vəzifəsini  təsəvvür
166
edərlor.  Azad  Rusiyadan  böylə  bir  vəzifo  gözlonməkdədir.  Müstəbid 
Rusiya isə Şorqi-islamda göstərdigi siyasəti ilə qərb mədəniyyətino an- 
caq ayı xidməti göstəro bilmişdir. “Debi-Əkbor” səmimi olmaq istədigi 
zamanlarda  belə  məşhur Krılov  əfsanəsindəki  milçək  qovan  ayıdan  o 
tərəfə keçməmişdir.
Dini  siyasət  oyuncağı  edən  çarizm  bütün  Rusiyayı  rəhbanxanoyə 
döndormək,  bütün rusiyalıları bir ikonaya ibadot etdirmək və bu  geniş 
ölkoyo daxil  olan  bütün  millətləri  dəxi  bir  cinsiyyətə  qəlb  etdirib  var 
qüvvəsilo  ruslaşdlrmaq  istiyordu.  Bu  məqsədlo  hərəkət  edən  rus  ça- 
rizmi  təmsil  politikasında  o  qədər  iləri  gediyor,  o  qodər  ğəllu  ediyor- 
du ki, başqa məzhəb və dil sahibi olmaq günahına batan insanlar hey- 
vanların belo malik olduqları ən təbii hüquqdan -  azadlıqla bir tərəfdən
0 tərəfə  horəkot  etmək həqqindon məhrum  edilir,  kəndi  dindaşları ya- 
nma  buraxılmıyor və  babaları  yurdunda yer-yurd  almaqdan  belə  mən 
ediliyorlardı.1
Təmsil  politikası  yolundan  bütün  qeyri  millotlərlo  bərabər  Rusiya 
müsəlmanlarımn dini,  milli və hüquqi nə kibi  tozyiqat və təhqiratə uğ- 
radıqları isə əyandır vo möhtaci-boyan degildir.
Daxilən böylə bir irtica ruhuna malik olan dövİətdən müsəlmanların 
no  kibi  bir  tərbiyəyi-modəniyyə  ala  biləcəkləri  məlumdur.  Vəqtilə 
ocnəbilərdən  məhfuz  qalmaq  üçün  hətta  məmləkəti,  ölkəsini  məşhur 
“Çin hasarı”  ilə  sarmışdı.  Bu hasarı  cəbr ilə  smdırıb  çinlilərin  “bəka- 
rotini” zail edən avropalılar daha yaxındakı digər bir hasarı görməmiş, 
yaxud  görməgə  meyl  etməmişlərdi.  Yaxındakı  bu  hasar  uzaqdakı  o 
hasardan  daha  keçilməz,  daha  sarsılmazdı.  Bu,  Rusiya  istibdadı  idi. 
Türküstan  kibi  geniş  bir  məmləkət  sənələrcə  bu  hasar  arxasında  qa- 
lıb  modəniyyət  aləmindon  ayrılmış  Vanperi  kibi  elm  və  fənn  müş- 
taqları  belə  ancaq  qiyafolərini  dəgişmək  surətilə  buralara  nüfuz  edə 
bilmişlərdi.
Daxildəki  türklərini  böylə  qara pərdo  altmda  saxlayan  rus  istibda- 
dı  xaricdəki  müsəlmanlarla türkləro  dəxi  hər  zaman  əngəl  olmuş,  bu- 
ralarda  zühura  gələn  hürriyyət  hərəkatını  basdırmağa  tolosmiş,  can 
atmışdır.  Midhət  Paşa  moşrutiyyəti  İqnatov  intriqası,  Aleksandr  isti- 
lası  ilə  qanlara  qərq  edilmiş,  Müzəffərəddin  məşrutiyyəti  də  Lyaxov
1  Bu tərsf türkləri Türküstanda yer ala bilməzlərdi.
167

I
idarəsindəki kazak topları  ilə  dağıdılmış və bu gün mehmammız olan 
Məhəmmədəli  şah  məhbusumuz bulunan  Nikolayın  ən  səmimi  iltifat- 
larına və ən ciddi təhriklərinə məzhər olmuşdur.
Şübhəsiz müasir Qərb ilə əski mədəniyyət sahibi  Şərq arasmda bu- 
lunan Rusiya bu iki aləmi yekdigərilə tamşdıracaq bir amili-mədəni ola 
bilər.  Fəqət o Şərq hər halda imperialist Rusiyaya, qanlı çarizmə degil, 
demokrat və işıqlı Rusiyaya aiddir.  O  Rusiya ki, bu gün:
-  Yaşasın cümhuriyyəti-ənam! -  deyə bağırıyor və bu şüar ilə bütün 
qövm və millətləri -  hətta kəndisilə hali-hərbdə bulunan millətləri belə
-  ittihada dəvət ediyor.
1905-ci  ildə  Rusiya  ancaq  təprənmiş  və  bu  təprənişdən  17  oktyabr 
fərmanmm kölgəsi ilə iyunun üçü cəzasma uğrayan bir Duma qalmışdı. 
Bununla bərabər  1905 inqilabı daxilindəki millətlərin həyatırva təsirsiz 
qalmadığı kibi xaricdə də Çin, İran və Osmanlı inqilablarmı törətmişdi. 
)9)7-ci  j)  isqilab}  bəm zamaa,  həm  də nəticə  etibarı  ilə  1905-ci  ildən 
binlərcə  faiq  və  Iayiqdir.  Şübhəsiz ki,  böyük  dünya  müharibəsi  qədər 
əhəmiyyətli  olan  bu  böyük  vaqeənin  böyük  də  təsirləri  olacaq,  bu 
təsirlər indidən görünməkdə  və yuxarıdan  bəri  mütaliə  etdigimiz türk 
və  müsəlman  baxışından  nə  qədər  böyük  faidələrə  şamil  olduğu  dərk 
olunmaqdadır.
Böyük  vaqeələr böyük  də  nəticələr verir,  dedik.  Böyük  Rusiya  in- 
qilabınm  ən  böyük  nəticələrindən  birisi,  heç  şübhəsiz  ki,  İsiam  Şərqi 
ilə  Türk Asiyasınm  intibahından  və  bu  iki böyük aləmin bir  an  əvvəl 
hərəkətə gəlib də müasir Avropa mədəniyyəti ilə ünsiyyət tapmaq üzrə 
əl-qol açmalarından ibarət olacaqdır.
Fəqət təkrar ediyoruz,  bu ancaq o zaman hasil  olacaqdır ki, bu gün 
elan olunan azadlıq əsasları bütün səmimiyyət və saffiyyəti ilə baqi qa- 
lıb Rusiya dövlətinin əldəyməz əsaslarmı təşkil eləsia. Bunu təmin edə- 
cək bir qüvvət  varsa,  o  da  qüvvəti-ənam  və bir şəkli-idarə  varsa,  o  da 
cümhuriyyəti-ənamdır!
Var olsun cümhuriyyəti-ənam!
M.Ə.RəsuIzadə 
“Qardaş köməgi”, may 1917, JVel
Ğəllu -  riyakarlıq
Məhfuz -  mühafizə edilmiş
168
•*
Umumrusiya müsəlman syezdi1
(Xatirat və təəssürat)
Hürriyyətdən  sonra  birinci  Rusiya  müsəlman  ictimaini  Moskva- 
da  yığan  müəssislər  buna  nə  nəduvə,  nə  qurultay  deməyib  syezd  adı 
vermişlərdi.
Maym əvvəlində yığışacaq bu syezdə müvəqqəti Rusiya mərkəzi bü- 
rosunun təsəvvürünə görə ən çoxu beş yüz vəkil gəlməli imiş. Halbuki 
həqiqət intizarın çox fövqünə çıxmış, beş degil doqquz yüzə qədər vəkil 
gəlmişdi.  Rusiyanın  ən hücrə  guşələrindən,  Volqaboyunun böyük,  ki- 
çik şəhərləri degil, hətta kəndlərindən belə vəkillər göndərmiş. Həm də 
bir degil, öylə kənd cəmaəti vardı ki, ikişər, üçər vəkil göndərmişlərdi.
Beş yüzə qədərlik adam göndərilənədək hazırlanan Əsədullayev bi- 
nası bu qədər “izdihamı”  sığışdıracaq hövsələdən məhrum.  Fəqət baş- 
qa  bir  bina  bulmaq  dəxi  əngəlsiz  degildir.  Çünki  burası  hər  cəhətcə 
syezd ehtiyacına görə hazırlanmış, bu hazırlığa nəzarət edən Zahid Şa- 
mil əfəndinin səyi və bacarığı ilə syezd adətən mükəmməl bir parlaman 
kibi şöbələrə, bölmələrə, rəyasət otağı, katiblər bölməsi, qruplar yığma- 
cağına bölünmüş, divarlara xəritələr, diaqramlar asılmış, böyük Rusiya 
xəritəsi üzərinə qırmızı bayraqh sancaqlarla hanki tərəflərdən vəkillər 
gəldigi  göstərilmiş  və bu lentalar (şəritlər) haman gətirilib də mərkəzə 
rəbt  olunmuşdur.  Salonlardan birisində böyük Rusiya müsəlman mət- 
buatma məxsus bir  stol  qoyulmuş, bir az  aralı  əlifba üsul və  qaidəsilə 
xanələrə bölünmüş iki qutu qoyulmuşdur ki, bunlardan biri kağız, o bi- 
risi də teleqraflara məxsusdur.
Bunlardan  əlavə  yemək  yeri,  bufet,  yataqxanalar  dəxi  hazırlan- 
mış.  Moskvada  yer  tapmaq  müşkül  bir  məsələ  olduğundan  mehman- 
xanələrdə yer bulamayan qonaqlar xüsusi evlərdə, məktəb binasmda və 
sair məkanlarda yerləşdirilmişlər.  Moskva müsəlmanlarmm mehman- 
nəvazlıqlarından  istifadə  etmişlərdir.  Xülasə  tərtibat  və  təşkilatca 
syezddə  nöqsan  yox.  Görülüyor ki,  təcrübəli  və  səykar bir əl  hər  şeyi 
qabaqcadan görmüş, hazır eləmişdir. Yalnız ki, yapsın birdən bu qədər
1 Bu xiisusda iki müxabiro yazılmjşsa da bu vaqtədək idarəyə yetişməmişdir. -  M.Ə.
169

vokil  gəlocDgini bibmomişdir.  Ona göro do vəkillordən qismi-mühümi 
ayaq üsto qalıyor. Digor bir qismi do kalyorkada tamaşaçılar içində otu- 
ruyordu.
Biz Bakı vokillori aprelin 29-da Moskvaya çatdıq.  Geco saət  12  idi. 
Kursk vağzalmda qollarında müsəlman syezdi yazılı cavanlar bizi istiq- 
bal  etdilər.  “Syezdəmi  gələmiz?” -  deyo  sordular.  Yol  göstərdilər, fay- 
ton  tutdular,  adresi  verib  bizi yola  saldılar.  O  gecə məscid cünbindoki 
məktəb  binasmda  müəllimin  odasmda  dərvişanə  sabah  elədik.  Bil- 
dik  ki,  “xəlq”  çox  gəlmiş,  yer  yurd  bulunmayır.  Sabahkon  müollim 
əfəndiyə təşəkkür edərək Moskva çayı ötosindoki Əsədullayev yeni bi- 
nasma, qurultayın qurulacağı məkana gəldik, bir həyatdır qaynayır, qa- 
rışıyordu.  Dörd qatlı binanm hamısında girintilər,  çıxmtılar,  qiylü  qal. 
Anladıq däha imdıdən syezd qruplara bölünmüş. Kəndçi, əməlo, soldat, 
molla,  qadın  və  ətraf qrupları.  Qruplardakı  mövzu  hop  yarınkı  rəsmi 
mociisln  nə  cür açdacağı  və  kimlərin  rsyasoto  keçacokhri  hoqqindo, 
müvəqqəti Büro odasma keçdik, təqdim olunduq. Tanış olduq. Burada 
da bəhs, tə klif var kı', Əhməd bəy Salikov birinci rəis, Ayaz əfəndi İsha- 
kov da ikinci rəis olsun. Bu təklif əleyhində bulunanlar da var. Hər iki 
tərəf yek-digərini qane etmək meylində, fəqət nəticə alınmıyor.
Bu  gün  aym  30-da  axşam  saət  7-də  görüş  məclisi  xüsusi  iclası 
təyin  olunmuş.  Görüş  məclisi  məktəb  uşaqlarının  tatarca  marselyoz, 
milli  nəğməlor  oxumasilə  açıhyor.  Sonra  rus  operası  aktrisalarmdan 
“müsolman”  müğənnisi  Xanım  Muxtarova  rus  romansları  oxuyaraq 
hazirunə bir “zövqi-ədəbi” veriyor.
Sonra yarınkı məclisin əhomiyyəti sərkər natiqlər tərəfindən anlatı- 
Iıyor.  Əhməd boy  Salikov  cənabları  diyorlar ki, imdi  degil yalnız otuz 
milyonluq  Rusiya  tnüsəlmanhq  degil  Rusiya  cəmaoti,  bütün  dünya- 
m n  gözü  bizdədir.  Amcrika  qozetolorinin  müxbirlori  öz  idarələrindən 
əmr  almışlardır  ki,  müsəlman  syezdi  həqqində  qəzetələrinə  məlumat 
versinlər. Demək müsəlmanlar böyük imtahan verməkdədirlər.  Sabah- 
kı  gündən  bu  imtahana  başlanacaqdır.  Kömək  ediniz  ki,  bu  imtaham 
yaxşılıqla verəlim.
Sabah çox söz və damşıq olmasm -  deyə bu gündən sabah kimlərin 
rəyasətə  seçibcəkbrini  təhti-qərara  ahnması  lüzumi  ortaya  gəliyor. 
Nəzərlər  çarpaşıyor.  Əhməd  bəy  Ayazı  siyahısı  elan  edilmiş  kibi  olu-
i t l '
170
yor.  Protestolar  gəliyor.  Büro  müxtəlif  qrupların  nümayəndəbri  ilə 
birlikdə xüsusi məşvərətə gediyorlar. İki-üç saət məşvərətdon sonra qə- 
rar elan olunuyor.  Qərar veriliyor ki, məclisin bir və ya iki sədri  olma- 
yıb rəislər özləri öz aralanndan günü-gününə rəis seçəcəklər ki, məclisi 
idarə eləsin.  Bıma razı oluyorlar.
***
Maym 1-dəməelisrəsmənaçıldı. Zalxmcaxıncdolmuş. Gözbaşqabir 
mənzorə  qarşısmda.  Rusiya müsəlmanhğının hamısı  burada.  Müxtəlif 
sima və qiyafəbr göstəron bu böyük məclis Rusiya müsə.lmanhğmı bü- 
tün xüsusiyyət və şöbatilə təmsil etməkdə.  Uzun cübbəli ağ ommaməli 
türkmankənd  papaqlı,  geniş  qurşaqlı  qırğız,  başqırd,  qaraşinli,  gözəl 
boylu  qafqazlı,  yapon  baxışlı  işbk  duruşlu  tatar mülkdarı,  kəndli,  sa- 
hibkar,  omələ,  molla,  əvam,  kişi,  arvad hamısı  hazır.  Sanki  bir qoloyə 
çıxmışsan da böyük Rusiyanm böyük müsəlman vilayətbrino nazir bir 
mövqedə oturmuşsan. İştə, sohralarda, dağlarda, ovalarda, istibrdə, so- 
yuqlarda müxtəlif iqlim  və  şərait altmda yaşayan,  fəqət bir qan  və  bir 
ruhla canlanan türk tatarlığı, Rusiya müsəlmanhğım seyr ediyorsun.
Bu böyük mənzərəyi daha müvafiq bir surətdə seyr edə bilmək üçün 
yəqin ki,  Moskva  qülləsino  degil,  başqa bir qülləyə  çıxmaq  daha mü- 
vafiq olurdu.  Ehtimal ki,  Sevim Bikə minarəsi bu xüsusda da əlverişli 
olurdu.  Fəqət  bu  nöqsanı  ilə  bərabər  Moskva  qülləsi  dəxi  Rusiya 
müsəlmanlığınm nə kibi mənazirə malik olduğunu bir dərocəyə  qədər 
göstormiş oldu.
' k i e i t
Büronun əvvəlcə elan elodiginə görə syezddə hər kəs türkcənin han- 
ki  şivəsi  ilə  və ya rusca istəsə  danışa biləcək.  Bu əsasa  görə  “Moskva 
qülləsi” eyni  zamanda bir növ “Babil qülləsi”no bənzəməkdo müxtolif 
türk-tatar  şivələri,  kəndibrinə  məxsus  şivə  və  ahənglorb  eşidilməkdə. 
Fəqət  bu  ixtilaf-numa  bir  musiqi  dəstgahındakı  müxtəlif  nəğamat 
qəbilindən bir ixtilaf olduğu üçün türk sameəsini təxriş degil, oxşamaq- 
da.  Fəqət heyhat ki,  rusca danışanlar ruseayı  kəndi  şivəbrinə,  ümumi 
türkcəyə  tərcih  verənlər bu  ahəngi  xəbldar  etməkdədirlər.  Bunlardan 
daha ziyadə saməyi təxriş edən şey vardır ki, tatarca ilə ruscadan qarı- 
şıq “Volqaboyu volepuki”dir.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin