Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

171

“Svabodnı Asiyamn  svabodnı  qrajdanları,  bu xüsusda  iki  mneniye 
bıt ne mojet” kibi cümlələr bu “volepuk”a məxsus cümlələrdəndir. Fəqot 
əlbəttə,  zənn olunmasın ki, bütün tatar böylə danışıyor.  Əstəğfurullah, 
bu cinayəti-tarixiyyənin məşum əsərlərindən hala baqi qalmış parçala- 
rıdır. Yoxsa müəllimlər, mollalar və ədiblər tərəfindən söylənən tatarca 
nə qədər fəsih, nə qədər türkcədir...
Fəqot  heyrət  olunacaq,  canı  sıxacaq  bir  şey  var  ki,  onu  bəncə  heç 
bir  “bəhanə”  ilə müdafiə  etmək  olmaz.  Bu  da  məclisin  əksərən  rusca 
ilə  idarə  olunmasmdan  ibarətdir.  Sədrlər rusca danışıyor.  Sonra lazım 
görüldükdə  tatarcaya tərcümə  ediyorlardı.  Həmçinin  Büro tərəfindən, 
Büro  və naminə hazırlanan məruzələrin  əksəri  rusca tərtib  edilmiş  və 
surətlə ərz olunuyordu.
Xülasə,  qiyafələr  qədər  dillər  də  müxtəlif.  Fəqət  ruhlarda  ittihad, 
qiyafələrdəki  ixtilafa  mane  olmadığı  kibi  başlı  və  əsaslı  nöqtələrdəki 
mənalara, dillərdəki ixtilafm dəxi məmaniəti görülmüyor.
Hər  kəs  acı  məcburiyyətlə  müxtəlif dildə  danışıyor.  Fəqət  ürəkdə 
ümumi və ədəbi bir türkcənin lüzumunu da hiss ediyor.
Birinci gün
Məclis  rəsmi  surətdə  fazili-möhtərəm  Musa  Bikiyev  cənabları 
tərəfindən açılıb İbrahim həzrət tilavəti-Qurani-məcid ilə rəsmi-iftitahi 
təqdis etdi.
Bədə  Musa  Bikiyev  zamanın  əhəmiyyətindən,  keçirdigimiz  tari- 
xi  günlərin qiymətindən,  hürriyyət üçün olunan  fədakarlıqlardan bəhs 
edərək dedi ki:  “cəmaət,  verdigimiz qurbanlar badi-həva sərf olunma- 
dı, nəticə hasil oldu”. Daha sonra məclisdə hazır olan müslimələrə işarə 
edərək dedi ki,  bu vəqtə qədər qurulmuş  olan müsəlman nədvələri  ax- 
saq idi.  Çünki vücudi-milliyyəmizin ancaq bir yarısı tərəfindən qurul- 
muş öluyordu.  Bu dəfə isə artıq millət tam bir vücudla işə girişiyor.
Musa  əfəndinin  mənaca  qiymətli  olan  bu  müxtəsər  nitqi  alqışlarla 
qarşılandı.
Musa  əfəndidən  sonra  Əhməd  bəy  Salikov  cənabları  Büro  naminə 
haziruni  təbrik  edərək  müxtəsərən  syezdin  nə  surətlə  tərtib  və  təşkil 
olunduğu həqqində məlumat verdi və azad Rusiya yoluna qurban gedən
172
fədailər yadilə məclisə  ayağa qalxmayı  təklif edincə minə  qərib  adam 
bir adam kibi ayağa qalxdı.
Bədə heyəti-rəyasətə  seçiləcək on rəisin adları oxunub məclis tərə- 
findən  bilanifaq  qəbul  olundu.  Bü  surətlə  rəyasətə  Əhməd  bəy  Sali- 
kov, Ayaz İshakov, Əlimərdan bəy Topçubaşov, Fateh Kərimov, İbadul- 
lah Xocayev,  İlyas  Alkin,  İbrahim  Axtemov,  Səlimə  Yaqubova,  Musa 
əfəndi  Bikiyev,  Seyid  Cəfər  Əhməd,  Dustməhəmmədov,  İbadullah 
Həzrət Apanayev daxil oldular.
Sonra  söz  hökuməti-müvəqqətə  naminə  məclisdə  hazır  bulunan 
qeyri-din  əhli  işlərinə  baxan  idarənin  komissarı  Kutlyarovskiyə  veril- 
di.  Komissar  birinci  azad  syezdlərindən  dolayı  hökuməti-müvəqqətə 
naminə  müsəlmanları  təbrik  etdikdən  sonra  din  işləri,  məktəb  və 
sair  müsəlman  ehtiyacati-milliyyəsi  həqqində  təhti-idarəsində  olan 
müəssisənin bir takım əsaslı islahat layihəsi hazırladığını söylədi. Dedi 
ki, bu layihələr yaxmda bir qanun surətilə nəşr olunacaqdır. Fəqət eyni 
zamanda bunu da əlavə etdi ki, müsəlman syezdi öz tərəfindən baxəbər 
adamlar  versə  və  bu  xüsusda hökumətə  kömək  etsəydi,  çox  əla  olur- 
du. Federasiya və muxtariyyət kibi  əsaslı məsələlər əlbəttə ki, Məclisi- 
Müəssisan vəzifəsidir.  Fəqət hökuməti-müvəqqətə ixtiyarında olan xü- 
suslarda müsəlmanların tələbi hər zaman nəzəri-etinaya almacaq.  An- 
caq yetişər ki, siz bizə kömək edəsiniz, ehtiyacmızı söyləyəsiniz.
Heyəti-rəyasət naminə Əlimərdan boy Topçubaşov cənabları profes- 
sora cavab verdi.  Rusca söylədigi bu nitqində Əlimordan boy cənabları 
hər şeydən əvvəl “başqa dillər idarəsi” müəssisəsinin müsəlmanlardan 
ötrü  nə  kibi  qaranlıq  bir  mənbə  olduğunu  və  müsəlman  tarixində  bu 
mənbəin  nə  kibi  qara  işlər  işlədigini  bildirdi.  6  yüz  ildən  bəri  Rusi- 
ya  tabeiyyətində  bulunan  müsəlmanlarm  bu  günə  qədər  hökumət 
naminə xoş  söz və iltifat görmədiklərini əlavə  etdi.  Bu qədər gözləyən 
səbirli müsəlmanlar əlbəttə ki, Məclisi-Müəssisana qədər də təhəmmül 
edərlər. Fəqət bir şey var ki, onu söyləməlidir. Qorxarsan ki, rus cəmaə- 
ti də sabiqdəki səhvi təkrar eləsin. Bu vəqtə qədər öylə təsəvvür ediyor- 
lardı ki, müsəlmanlara molla ilə məscid ver, artıq heç bir şey istəməzlər. 
Fəqət imdi öyiə degildir. Müsəlman ləfzi din məfhumunu anlatıyorsada, 
təcrübə  və  istilahca millət məfhumuna malik  olmuşdur.  Müsəlmanlar 
müsəlman naminə tələb elədikləri maddələrdə milli tələblərini  istəmiş
173

I'
oluyorlar.  Əlbəttə  ki,  rauxtariyyət  məsoləsini  Məclisi-Müəssisan  həll 
edəcək.  Fəqot hökumot imdidən bu nəzərdə  olmahdır ki, müsəlmanlar 
din  və  millət  işlərinə  aid  olan  işlərində  muxtar olmalıdırlar.  Özləri  öz 
müqəddəratlarım  həll  etməlidirlər.  Qoy  hökumət  əlimizdön  alman 
vəqf yerlərini  qaytarsın.  O  zaman  biz  öz  milli  məktəb  və  ehtiyacla- 
rımızı  özümüz təmin  edə biləriz.  Biz  şübhosiz ki,  Məclisi-Müəssisanx 
gözləyəcəgiz. Fəqət oraya kəndi muxtariyyətimizi tələb etmək üçün ha- 
zxrlanıb gedəcəgiz.
Əlimərdan  bəydən  sonra  Moskva  xəlq  komitəsi  naminə  Ayaz  İs- 
hakov  haziruni  təbrik  ediyor.  Özünün  nəfyidə  ikən  nə  cür  qürbət 
çəkdigini,  bu  gün  isə  milləti  içindo  olduğu  üçün  şadlxğından  dərisinə 
sığmadığınx  zikr edərək rus  xəlqinin həqqimizdə yanlış bir fikirdə  ol- 
duğunu bəyanla məcliso müvəffoqiyyətlər diliyor ki, bu  sayədə  o yan- 
lış fikirləri dağxda bilsin.
Müttohid Millətlər Şurası naminə Kenin kürsi-xitabətə çıxaraq rus- 
ca  söybdigi 
T k itq m d ə  
müsəimanlaıı  təbrik  edəxək  “Yaşasm 
m ilb Ü Ə T  
vasitəsi ilə təmin olunan mədəniyyət” deyə kürsüdən eniyor.
Latışlar naminə söz söyləyən zat “Yaşasm Rusiya millətlərmin azad 
ittifaqı” -  diyor.
Litvalılar  naminə  Liyunas  söylədigi  nitqində  millətlərin  müstəqil 
yaşamaya həqli  olduqlarxndan  bəhs  edərək  müsəlman  həyatına  nəqli- 
kəlam eJədi. Müslimələrin bu məclisdə hüzurlarını müsəlman millətinin 
istiqbalı üçün ümidli və  işıqlı bir əlamət saydı  və Türküstanda çox ya- 
şadığını söyləyərək ora müsəlmanlarımn nə dərəcədə müstəid həyat və 
mədəniyyətli  olduqlarını  təsdiq ilə  “Yaşasın  müsəlman millətləri!” ni- 
dası ilə kürsüdən endi.
Sonra Polşa milləti  naminə  Lehistan  odibi  Mitsinski  alqışlar içində 
kürsiyi-xitabətə  gəldi.  Tatarhğxn  şərqdə  Polşa  ədəbiyyatındakı  təsirlə- 
rindən  bəhs  edərək  məşhur  Polşa  mühorrirlərinin  əsərlərində  təsvir 
olunan  qəhrəman  tatar  tiplərindən  nümunələr  göstərdi.  “Gülüstan”m 
polyak  dilinə  tərcümə  edildigini,  “Yusif-Züleyxa”  hekayəsinin  pol- 
yakca  mövcud  olduğunu,  leh  dilinə  tərcümə  olunan  Cəlaləddin  Rumi 
əsərlərinin gözəlligini qeyd elədi.  Şərq mədəniyyət beşigidir, o beşikdə 
böyüyən asari-təməddündən Lehistan çox istifadə eləmiş, o mədəniyyət 
ruhu ilə ruhlanmış, ondan ziya almışdır.
174
Şərqin  Lehistan üzərindəki  ədəbi  təsirini  ədibanə bir  lisanla təsvir 
elədikdən sonra möhtərəm ədib siyasətdə Lehistan ilə islam aləmi ara- 
sında bir mövəddət və irtibat mövcud olduğunu həyəcanlarla zikr elədi. 
Polyaklar  heç  unudamazlar  ki,  zavallı  vətənlərinin  cəbrlə  buluşması- 
nı  ancaq  müsəlmanlar protesto  etdilər.' Yaşasın  müsəlmanlar!  (Syezd 
ayaq  üstə  qalxıb  natiqi  alqışlıyor.  Yaşasın  azad  Lehistan  sədası  zalı 
gumburdatıyor.)
Bundan sonra Kazan müəllimələr qurultayı naminə İffət Tutaş Bur- 
naşova  fəsih  və  səlis  bir  lisan  ilə  müəllimələr  qurultayı  tərəfindən 
müsəlman  syezdini  təbrik  edərək  “bu  kişidir,  bu  qadındır  ləfzi  qalxar 
da,  ancaq  insandır  sözü işlənər” -  deyə müxtəsər nitqini  alqışlarla  ta- 
mam ediyor.
Bundan sonra heyəti-rəyasət əzasxndan birisinin təklifi ilə müvəqqəti 
hökumətə  və  soldat  vəkilləri  şurasına,  Buxaraya,  Xivəyə,  Kəndistan 
syezdinə,  Dağıstan  qurultayına,  Vusaq  qırğız  ictimainə,  Türküstan  və 
K nm  komitələrinə teleqraflar göndərilməsi rəyasətə tapşırılıyor.
Bundan  sonra  Əlimərdan  bəy  Topçubaşov  kürsi-xitabətə  keçərək 
millətdaş,  dindaş,  vətəndaşlar -  deyə başladığı türkcə nitqinə Qafqasi- 
ya müsəlman qurultayx naminə Ümumrusiya müsəlman syezdini təbrik 
edir və sizə bir hədiyyə gətirmişəm diyor. Bu hədiyyə Qafqasiya qurul- 
tayında məzhəb  ixtilaflarınm  bərtərəfi  xüsusunda hasil  olan  fotoların 
mənzəreyi-ittihadı  təsvirdən  ibarət Əlimərdan  bəyin  bu  hədiyyəsi  gü- 
rultulu alqışlarla qəbul olunuyor.
Əlimordan bəydən sonra Dağıstan diviziyası tərəfindən Ilacı Murad 
cənabları  syezdi  təbrik  ediyor və Dağıstan naminə  söz  söylədigi  üçün 
ümidvarız diyor ki,  müsəlman syezdi Dağıstandakı  xırda millətləri  də 
unutmaz.
Sonra  Rusiyadakı  müsəlman  mətbuatı  naminə  “Vəqt”  baş  mühər- 
riri-möhtərəm Fateh  Kərimov  cənabları  məclisi  təbrik  ediyor.  Şeyxül- 
mühərririn  böyük  İsmayıl  bəy  Kasprinski  tərəfındən  təsis  olunan 
qəzetənin  başında  “Fikirdə,  dildə,  işdə  birlik” -  deyə  üç  kəlmə  yazıl- 
mışdır.  İmdi bu üç mətləbin hüsuluna imkan var -  diyor.  Bu üç  əsaslı 
mətləbə  xidmət  edən  mətbuat  xadimlərindən  Həsən  boy  Məlikzadə 
Zərdabilə  İsmayıl  bəy  Kasprinskini  yad  ediyor.  Bu  münasibətlə
1  Məlum olduğu üzrə Lehistan seymi Türkiyə dövləti tərəfuıdən protesto edilmişdi.
175

məclisdə  bulunan  Şəfiqə  xanıra  Kasprinski  cənablarma məclis  böyük 
bir ehtiram göstərərək onu alqışlıyor.
Kərimov  cənablarmdan  sonra  Osman  Qutumbəkov  müsəlman  sol- 
datları naminə məclisi təbrik ediyor və üç ildən bəri akoplarda bulunan 
milyondan  ziyadə  müsəlman  soldatınm  daima  millətlə  bərabər  oldu- 
ğu və bundan sonra dəxi onunla bərabər olacağım əsgərcəsinə söyliyor.
Nəhayət,  ümumrusiya  müsəlman  müəllimləri  naminə  Mustafin 
cənablarx  syezdi  təbrik  ediyor  və  bu  təbriklə  syezdin  birinci  günü  ta- 
mam oluyor.
İkinci məclis
İkinci məclis İbrahim Axtemov cənablarımn rəyasətində açıhr.  Hər 
şeydən əvvəl  dövlət nümayəndəsi professor Kutliyarovskiyə vida üçün 
söz veriliyor.  Kutliyarovski bu nitqində kəndisinə verilən  sualları  izah 
yolunda diyor ki:
Ruhani  idarələri  islah  həqqində  hazxrki  hökumətin  hazxrlanmış 
iayifaəiəri  iiə  sizi  tamşdiTmış  idim.  Bvı məsələ  bvs  gün  də  qalxdığın- 
dan  öz  izahımı  vermək məcburiyyətindəyəm.  Bizim  əlimizdə  əvvəlki 
müsəlman  syezdlərinin  materialları  var.  Lakin  biz  hazır  sizin  son- 
ki  səsinizi,  sonki  sözünüzü  eşitmək  istiyoruz.  Çıxaracaq qərarlarınızı 
bizə məlum ediniz,  diləklərinizi məişətə  çıxarmız.  Məktəb məsələsinə 
gəldikdə bunu demək lazımdır ki, bən buraya gəlməkdən əvvəl məarif 
vəzarətində oldum.  Çünki bu məsələnin  sizcə nə dərəcədə əhəmiyyətli 
olduğunu nəzərə alaraq sizin tərəfdən veriləcək həqli suala cavab hazır- 
layıb gəlməli idim.
M əarif  vəzarətində  məlum  olduğuna  görə  m əarif  vəziri  məktəb 
məsələsində rus  olmayan millətlərin  həqli tələbiəri  əlbəttə,  etibara alı- 
nacaq.  Bu məsələdə sizin syezdə də işlənib çıxacaq diləkləriniz də eti- 
bara  alxnxb,  çıxarxlan  qanunlar  bu  diləkləri  qənaətləndirməgə  məxsus 
olacaq. Demək, məsələdə də hökumət sizin səsinizə qulaq veriyor.
Məclisi-Müəssisan  seçkilərində  tənasüb  üsulu  qəbul  etmək 
məsələsinə  gəldikdə  Məclisi-Müəssisan  çağırmaq  komissiyasında  əza 
olduğumdan bən  bu xüsusda  sizə  cavab  verməliyəm.  Fitri  tərəfdən bu 
tənasüb üsulu ən məqbul üsul.  Bu üsul hər bir millətin nə qədər az olsa
176
da, o millətin vəkillərinə hökumət işlərinə qatışmağa yol açıyor. Lakin 
xəlq bərabər olmayan yerlərdə onu əmələ qoymaq olduqca çətin olacaq. 
Lakin böylə olsa da müxtəlif millətlər yaşayan yerlərdə bu tənasüb üsu- 
lu ilə seçki əsasım qəbul etməlidir.  Məsələn, Qafqazda, İdil boyunda bu 
üsulu əmələ gətirmək mümkündür. Bu səbəbə görə onu qəbul etməlidir.
Fəqət  bu  sözləri  rəsmi  surətdə  söyləmiyoram.  Çünki  komissiya- 
nın  müəyyən  bir  qərara  gəldigi  yoxdur.  Bular  bənim  şəxsi  fikir  və 
diləklərimdir (azca alqış).
Vida  etmək  üzrə  Kutliyarovski  söyləyir  ki:  “Sizə  səmərəli  işlər 
diləyirəm.  Müvəqqəti  hökumət  nəzərində  sizin  şıxaracağmız  olduq- 
ca  mühümdür.  O  qərarlar  sizlər  həqqində  düzələcək  qanunlara  əsas 
olacaq.  Biz  syezddən  qərarlar  gözləyiriz.  Burada  bahadır  müsəlman 
əskərlərinin vəkillərini görmək, həm sizin  syezdə xatun vəkilələrin iş- 
ğal  etdikləri  mövqeyi  görüb  şadlığımı  izhar  etməyə  bilmiyoram.  Şərq 
ilə  Qərbi  bu  günə  qədər  ayıran  bir  məsələ  varsa,  o  da  Şərqdə  xatun 
qızlann qulluqda əsarətdə yaşamaları,  onların Adəm balası həqqindən 
məhrumiyyətləri idi.  İştə, siz bu Şərq ilə Qərbi ayıran hasarı uçurmuş- 
sunuz.  Bu mühüm məsələni  mədəni xəlqlərin şanma münasib  bir hal- 
da həll qılmamz üçün mən könüllə  Rusiya müsəlmanlarmı  təbrik edi- 
yoram.  Yaşasm  Rusiya  müsəlmanları!  Rusiya  müsəlmanlarına  “ura!” 
(şiddətli alqışlar).
İb rah im   Axtemov  -   rəis  sifətilə  syezd  ismindən  Kutliyarovskiyə 
bəyanatı  üçün  təşəkkür  edirəm,  həm  müvəqqəti  hökumətə  bunu 
söyləməsini rica ediyoram.  Rusiya müsəlmanlarımn hamısı  Rusiyanm 
xoşbəxt  olmasmı bütün millətlərin öz  işlərində  sahibi-ixtiyar olmasın- 
da görüyorlar.
Kutliyarovski  sağa,  sola  təzim  edərək  şiddətli  alqışlar  daxilində 
məclisi tərk ediyor.
Bundan  sonra  Yədisu  vilayətinin  vəkili  Tacəddin  Zeynəddinov  bu 
vilayət qırğızları həqqində növbə xaricində söz alaraq diyor ki: Yədisu 
vilayəti  qırğızlardan  ibarət.  Onlar bundan  60  il  əvvəl  öz rizalıqları  ilə 
Rusiya tabeətinə  keçmişlər.  Fəqət onlar  o  zaman  yerlərin  öz  əllərində 
qalmalarını şərt qoymuşlardı. Fəqət hökumət bu vədəsini pozdu. Qırğız- 
ların yerini  alıb  Rusiyadan köçürülən mühacirlərə verdi.  Bu səbəbdən 
qırğızların bir çoxu Çinə qaçdılar. Hürriyyət elan edildikdə Çinə qaçan
177

I
qırğızlar  geri  qayıtmağa  başladılar.  Fəqət  rus  mühacirləri  bu  geri  qa- 
yıdan  qırğızları  qılınc  gücü  ilə  qarşıladılar.  Qırğızları  qırmağa  başla- 
dılar.  Biz Almatada bu məsələnin həll edilməsini tələb ilə Almata icra 
komitəsinə  müraciət  elədik.  Fəqət  onlardan  gərəkincə  kömək  olmadı. 
Bən bu məsələdə sizin köməginizi və lazım yerinə müraciətinizi tələb 
ediyoram.
Syezd  bu  məsələni  mühüm,  həm  qeyri-qabil  təxir  bularaq  bu  xü- 
susda  müvəqqəti  hökumətə,  Daşkənd  icra  komitəsinə,  Petroqraddakı 
Əmələ  və  Soldat  Vəkilləri  Şurasmda  Türküstan  vilayəti  komitələrinə 
Almatanm  vilayət  idarəsi  komitəsinə  və  Yədisu  vilayət  komitələrinə 
teleqraf göndərib  bu məsələnin  təhqiqi  ilə müsəlmanların müdafiəsini 
və  onlarm  ayaqları  altmda tapdanmasmm  saxlanmasım  istəməgə dair 
qərar çıxardı.
Üçüncü  nıəclis
Məclis İlyas Alkin rəyasətində açıhyor. Zantukin cənabları gürcülər 
TıMTıİYıT) syezd\ ləbıik  ediyor.  Dryor ki:  gürcülər  i\ə  müsəlmanlar  əski 
idarə zamanmda ülfətlə yola getdilər. Müqəddəratlarmın birligi səbəbilə 
onlar arasmda təbii ittifaq var idi. Bundan sonra da bu ittifaqm davamı 
mətlubdur. Bizim federasiya tələb etməmiz siz tərəfdən yaxşı, gözəl gö- 
rülüyor.  Bizim əlimizdən  gəldigi  qədər sizə kömək edəriz.  Hər millətə 
kamil muxtariyyət verilməlidir. Yaşasm qoşma xəlq cümhuriyyəti. Ya- 
şasm alicənab müsəlman xəlqi (şiddətli alqışlar).
Rəis bu gün məclisdə üç daklad oxunacağım elan ediyor.
1) 
Məmləkəti idarə üsulu həqqində (bir neçə doklad) 2) Nəşri-məarif 
işlərinə dair 3) Ruhani məsələlərə aid daklad.
***
Syezdin üçüncü məclisi siyasi dokladlara (məruzələrə) münhəsir ol- 
muşdu.  Əvvəlcə Əhməd bəy  Salikov cənabları  rusca yazmış  olduqları 
uzun  məruzələrini oxudular.  Məruzənin  oxunması təqribən  saətyarım 
davam elədi. Məruzə aşağıdakı əsasları havi idi.
İntibah  (oyanmaq)  iki  qism  olur.  1)  Mədəni  intibah,  2)  Siyasi  inti- 
bah.  Rusiya  inqilabı  bu  iki  cəhətdən  də  müsəlmanlara  böyük  və  ge-
178
niş  yol açıyor.  Biz  Rusiya müsəlmanları bu fürsətdən  faidələnməliyiz. 
Fəqət bununla bərabər iki mədəniyyətin,  Şərq ilə Qərb mədəniyyətinin 
biri-birisinə gəlib  çatdığı bir yerdəyiz.  İslam mədəniyyəti  ilə  işıqlamb 
yaşadığımız  halda  Qərbdəki  böyük  fikir  və  qayələr  təsiri  altındayız. 
Biz o Qərb qayələrini, Qərb mədəniyyətini müsəlman Şərqinə peyvənd 
etməgə,  o  qayələri  özümüzün  Asiyadakı  qardaşlarımıza  bildirməgə 
borcluyuz.  Demək,  əvvəlcə islam mədəniyyətinin tazələnməsinə,  son- 
ra  da  müsəlmanları  avropalılarm  istibdadmdan  qurtarmağa  borclu- 
yuz.  Bu məqsədlərə yetişmək üçün bizə  1) mədəni, həm 2) güclü siya- 
si mərkəz -  mərcə gərək. Mədəni mərkəz düzəltmək üçün bizə mədəni 
muxtariyyət  lazım  olsä,  ikincisi  üçün  də  öz  siyasi  qüvvətlərimizi  bir 
tərtibə  salmaq  lazım.  D oğrudur  ki,  siyasi  mərkəz  diizəltmənin  ən 
doğru yolu ay rı hökum ət düzəltm əkdir. Ancaq bu xüsusda bizə xəyal 
etmək də müvafiq degildir.  Bunun üçün də yalnız bir yol qalıyor ki,  o 
da:  Rusiya hökumətinə təsir edib  öz məqsədlərimizin həyata çıxması- 
na  çahşmaqdır.  Biz  Rusiyadakı  müsəlmanlar öz  çoxluğumuz  və birli- 
gimiz sayəsində hökumət işlərində mühüm mövqelər tuta biləriz. Əski 
hökumət bizi  saya  salmıyordu.  Lakin tazə xəlq hakimiyyətinə  binaən 
qurulan idarə bizim diləklərimizi  etibara alacaq.  Fəqət yeni Rusiya öz 
məqsədinə  yetmək  və  bütün  millətlərinə  hürriyyət  verə  bilmək  üçün 
onun bir və bütün qalması lazımdır.
Filosof  Bulunçli  “hər  millət  ayrı  hökumət  qurmalıdır.  Dünya 
millətlərin  sayı  qədər  dövlətlərə  bölünməlidir.  Hər  dövlət  milli  bir 
hökumət,  hər hökumət  də  milli  bir üzviyyət  vücuda  gətirməlidir”  di- 
yor.  Əgər  bu  əsas  qəbul  edilsə,  o  zaman  bizim  Rusiyadan  ayrılmağı- 
mız məsələsi doğacaq.  Lakin bu ayrılmaq məsələsi  hazırki  gündə heç 
bir  partiyanm  proqramına  girəməz.  Çünki  Rusiya  müsəlmanları  Ru- 
siyanm  bütün yerlərinə  dağılmış,  onların  sanları  da  müxtəlif yerlərdə 
müxtəlif miqdardadır. Müsəlmanlar cəmən 96 quberniyadadırlar. Bun- 
lardan 6-sında yüzdə 9 0 ,3-ündə yüzdə 75,6-sında yarı olub qalanların- 
da çox azdırlar. Müsəlman çox olan yerlər ancaq şərq, həm cənub-şərqi 
tərəflərdədir.  Əgər  o  yerləri  istiqballı  el-milli  olsaq  açı  həqiqət  qarşı- 
sında qalacağız.  Hökumət işlərinə hazırhğı  olan  adamlarımız yox.  Bu 
xəyal  degil,  həqiqət.  Müvəqqəti  Büroya  Xivə  ilə  Buxaradan  müraciət 
edib də kömək istiyorlar.
179

Hökumətlərin əsas üç qismi olur:
1) 
Bir  neçə  ayrı  müstəqil  hökumətlərin  bir  araya  gəlib  də  öz 
hakimiyyətlərini  itirmədən  biri-birisi  ilə  ittifaq  bağhyorlar  ki,  bü- 
tün  federasyondur.  2)  Bir  neçə  siyasi  təşkilat  (hökumətlər)  öz  arala- 
rında  müahidə  bağlayıb  hakimiyyətə  şərik  olurlar  və  ümumi  məsələ- 
lərdə hakimiyyəti  ortaq bir məclisə tapşırıyorlar,  bu  federasyondur.  3) 
Ayrı  idarələr  olmayıb  bütün  xəlq  ancaq  bir  siyasi  mərkəzə  tabe  olub, 
həm  bütün  hakimiyyət  bu  mərkəzi  hökumət  əlində  oluyor  ki,  bu  da 
mərkəziyyətdir.
Rusiyanın  ayrı  hökumətlərə bölünməsi  Rusiya  dövlətinin  həlak  ol- 
ması deməkdir.  Biz Rusiya müsəlmanları Rusiyanın həlakmı  özümüzə 
qayə  edə  bilmiyoruz.  Bizim  siyasi  və  mədəni  qayələrimizin  qövldən- 
felə gəlməsi Rusiya həlak olmasilə müvafiq degildir.  Bizim mədəni in- 
tibahımız  həm  Asiya  səhralarma yayılan  bütün  islam  aləminin  oyan- 
ması  üçün  Rusiya dövlətinin tamam qalması  lazımdır.  Buna görə kon- 
federasiya üsulunu əslindən rədd ediyoruz.
Federasiyaya  gəlincə:  bu  üsulu  hal-hazırda  Rusiyada  olan  qeyri- 
rus  millətlər,  bu  cümlədən  də  müsəlmanlar  iləri  çəkiyorlar.  Rusiya- 
dakı  müxtəlif millətlərin  milli  məsələləri  bu  surətlə  milli  oluna  bi- 
lir,  diyorlar.  Federasiya  üsulu  Rusiyayı  bir  çox  ayrı  ştatlara  böləcək. 
Hakimiyyəti ikiyə bölüb bir qismini bu ştatlara verəcək,  o biri qismini 
də öz əlində saxlıyacaq.
Hökumətlərin  tarixinə  baxanda  görüyoruz  ki,  məsələn,  Amerika 
Cümhuriyyəti  əvvəl  konfederasyon  idi.  Ondan  sonra  federasiya  oldu. 
Sonki zamanlarda mərkəziyyət üsuluna tərəf meyl edib bu iş Almaniya 
ilə  Avstriyada da böylədir.  Bəni-bəşərin bütün  tarixi  xırda dövlətlərin 
bir mərkəzə doğru hərəkət etməsi yolunda cərəyan ediyor. Əgər federa- 
siya üsulu qəbul edilsə, o zaman Rusiya müsəlmanları Türküstan, Qaf- 
qaz,  Qazaxıstan,  Volqaboyu  ayrı-ayrı  muxtariyyətlər  təşkil  edəcək,  o 
zaman ümumi və bir mədəniyyət vücudi mümkün olmayacaq. Həm də 
siyasi qüvvələrimiz xırdalanacaq.  Federasiya üsulunun bəzi müsəlman 
muxtariyyətlərində  tərəqqiyə  mane  olmasına  ehtimal  vardır.  Biz 
müsəlmanhq əvəzinə kazanlıyıq,  azərbaycanlıyıq,  Türküstan və qırğı- 
zıstanlıyıq  söhbəti  gələr.  Bundan başqa muxtariyyət yerə bağlı  olduq- 
da Rusiyanm  sair nöqtələrinə yayılıb da yeri olmayan müsəlmanlar bu
180
muxtariyyətdən  məhrum  qalarlar.  Buna  görə  də  müsəlmanların  mil- 
li mənfəətlərini lüzumunca həll etmək üçün bir yol qalıyor, o da bütün 
Rusiya müsəlmanlanna  ümumi  mədəni muxtariyyət vermək.  Bu üsul 
bir quberniya, uyezd mülahizə etməyib hər şəxsin milliyyətinə binala- 
nacaq.
Bir  müsəlman  milləti  varmı?  -   deyə  sora  bilərsiniz,  müsəlmanlıq 
millətmi?  Bir  millət  olmaq  üçün  bir  xəlqin  başqalarmdan  ayrılığmı 
göstərən sifətləri olmalıdır. Müsəlman xəlqləri Qərbi Avropa xəlqindən 
müsəlman  olmaları  ilə  ayrılırlar.  Demək  ki,  müsəlmanlıq  millət 
mənasma da şamildir.  İslam bizi başqa millətlərdən ayıran bir sifət ha- 
lmı da almışdır.
Milliyyət  əsası  üzorinə  bina  olunan  şəxsi  muxtariyyət  nə  surətdə 
oluyor.  Avstriya  alimi  Şpirenger  hər  millət  3  qism  siyasi  müəssisəyə 
malik olmalıdır.  1) Şurayi-milli, 2) milli vəzarət, həm də 3) milli hüquq- 
ları müdafiə edən müəssisələr.
1907-ci  ildə  milli  sosialist  partiyalarmın  konfransiyasmda  bu 
üsul  həqqində  böyük  bir  doklad  oxunmuşdu.  Bu  doklada  görə  1) 
Muxtariyyətin əsası bir teritoriya degil, milliyyət olacaq. 2) Hər milləti 
idarə  edən  bir  müəssisə  məzkur  millət  mənsubları  tərəfindən  seçi- 
lib  gələn  vəkillərdən  ibarət bir  şura  olur.  3)  Ayrı  millətlərdən  işlərini 
birgəlikdə  idarə  edə  bilmək  üçün  hər  oblastda  millətlər  arasmda 
müştərək  bir  müəssisə  tərtib  edilir.  4)  Milli  işlərə  baxan  fövqüzzikr 
müəssisə milli  seym (millət məclisi) adlamr.
Böylə  bir  milli  muxtariyyəti  ancaq  mərkəziyyət  üsuluna bina  olu- 
nan  cümhuriyyətdə  vücuda  gətirmək  olar.  Demək,  bəncə  Rusi- 
ya  dövləti  mərkəziyyətə  bina  edilməli,  hər  millətə  və  o  cümlədən  də 
müsəlmanlara  milli  muxtariyyət  verilməlidir.  Fəqət  siz bəni  Fransada 
mərkəziyyət  tərəfdarlarından  saymayımz.  Bən  geniş  hüquqlu  məhəlli 
idarələr  tərtibinə,  məsələn,  Qafqasiya,  Türküstan  səhra  vilayətləri 
ilə  Sibirya  kibi  ölkələrə  ümumi  məhəlli  idarə  işində  geniş  hüquqlar 
verilməsi rəyindəyəm.
Məhəlli  muxtariyyətlə  bu  geniş  hüquqlu  məhəlli  idarələrin  fərqi 
nədir?  O  ayrıca  bundan  ibarət:  məhəlli  muxtariyyət  üsulunda  ümu- 
mi  vəkillər  palatasmdan  başqa  muxtariyyətli  məclislərdən  seçilib 
göndərilən vəkillərdən ibarət olacaq ikinci yuxarıkı palata (məclis) ola-
181

caq. Bəncə bu iki məclislik demokratiya ənənəsinə ziddir. Yuxarıkı pa- 
latada milli hüquqları müdafiə etmək də müşkül olacaq.
Məruzənin  xülasəsi bu:  1) Rusiya federasiyalara bölünməyib də ge- 
niş  hüquqlu məhəlli  idarələri  olan bir  xəlq  cümhuriyyəti  olmalıdır.  2) 
Müsəlmanlarm milli,  mədəni  muxtariyyətləri  qanuni-əsası  üzrə  təyin 
və təhkim edilməlidir”.
Mübəttərdən  enərkən  Əhməd  bəy  dedilər  ki,  Asiyamn  böyük 
mədəniyyəti tazələnmək narhinə bütün islam ailəmini Avropa burjuazi- 
yası istibdadmdan xilas etmək naminə bugünki gündə moda hökmündə 
olan  məhəlli  federasiya  üsuluna  uymalıyız.  Əgər  də  Rusiyada  hazır 
hürriyyət məşəli alovlanıb işıq salsa, bu işığın şöləsi bütün Şərqi-İslama 
yayılacaq, bu isə bizim mədəni borcumuzdur (alqışlar).
Məhəmməd  Əmin  Rəsulzadə  cənablarmm  məruzəsi  yarmki  sayı- 
mızda.
***
Əhməd  bəy  Salikov  cənablarmdan  sonra  acaralı  lord  Kipanid- 
ze  cənabları  rusca  federasiya  lehində  müxtəsər  məruzədə  bulunub 
sonra  söz  Məhəmməd  Əmin  Rəsulzadə  cənablarına  verilir.  Alqışlar 
içərisində minbəri-xitabatə  gələn natiq ədəbi türkcə ilə  əzbər söylədigi 
və dəfälərlə alqışlanaraq kəmali-diqqətlə dinlənilən bəyanatında aşağı- 
dakı əsasları şərh elədi.
Millətdaşlar!  Həll  etmək  istədigimiz  məsələ  olduqca  mühümdür. 
Şəkli-idarə məsələsidir.  Bu məsələyə həm mədəniyyəti-bəşəriyyə, həm 
də mənafeyi-milliyyə nöqteyi-nəzərindən baxmalıdır. Cəmaətbilməlidir 
ki,  mədəniyyəti-bəşəriyyə  milli  mədəniyyətlərin  məcmuindən  hasil 
olma  bir  yekundur.  Mədəniyyəti-bəşəriyyə  öylə  bir  sərgidir  ki,  orada 
bütün  millətiərin  xəlq etmiş  olduqları  asari-nəfisə  toplanmışdır.  Buna 
görə də hökumətlərin şəkli-idarəsi mədəniyyəti-bəşəriyyənin təkmilinə 
xadim olmaq üçün millətlərin istiqlalmı təmin etməlidir.
Əfəndilər,  Böyük  Fransa  inqilabı  şəxslə  vətəndaşın  hüququnu  elan 
etdikdə  bir  camiyyəti-şəxsiyyə  olan  millətin  də  hüququnu  elan  etmiş 
idi.  Bir  şəxs nasıl  hürr və hər növ təcavüzdən saklı  isə, bir millət də  o 
dərəcədə azad və hər bir təcavüzə qarşı məhfuz bulunmalıdır.
182
Mədəni  dövlət  azad  vətəndaşlarm  azadlıqla  vücuda  gətirdikləri 
etilafdan  ibarətdir.  İstibdaddakı  rəiyyətlərlə  cümhuriyyətdəki  vətən- 
daşlann fərqi ondadır ki, birincilər öz rəy və arzularına rəğmən cəbrən 
bir nöqtəyə məhkumdurlar.  İkincilər isə tamamilə  azad  olduqları  hal- 
da öz xahişlərilə vücuda gətirdikləri idarəyə və öz iştiraklarilə yazdıq- 
ları qanuna tabedirlər.
Bir cins və bir millətə  mənsub  vətəndaşlardan  ibarət  olan  dövlətin 
mədəni bir şəkildə təşkili vətəndaşlarm azadlığı ilə məşrut olduğu kibi, 
müxtəlif millətlərə  bölünən  bir  dövlətin  mədəni  bir  şəkil  ala  bilməsi 
üçün  də  bittəbii  oradakı  millətlər,  digər  təbirlə,  şəxsiyyət  cameələrin 
tamamilə  muxtariyyətləri  və  azadlıqla  müəyyən  bir  etilafa  gəlmələri 
mətlubdur.
Şəxslə  dövlət,  öylə  də  millətlərlə  dövlət  münasibətlərində  bir  növ 
ayrılmaq  və  eyni  zamanda  da  birləşmək  xassəsi  vardır.  Bu  xassə  bir 
tərəfdən  muxtariyyətlərə,  digər  tərəfdən  muxtariyyətlərin  irtibatına 
səbəb  oluyor.  Ayrı  fərdlərlə  millətlərin xüsusiyyətlərini  nəzəri-etibarə 
almayıb  mərkəziyyət  üsulu  ilə  idarə  olunan  böyük  hökumətlərə,  bö- 
yük  hökumətlərlə  fatehlərin  vücuda  gətirdikləri  məmləkətlər  davam 
etməyib  dağıldı.  İstibdad  və  mərkəziyyət  əsası  üzərinə  qurulan  və 
qələmrovlarma  daxil  olan  ayn-ayn  millətlərin  mənafeini  nəzərə  al- 
mayan  dövlətlərin uçurulduğunu tarix bizə nişan veriyor.  Bu tarix  ey- 
ni  zamanda bunu da bizə  göstəriyor ki,  dövlətlərin  idarəsində bir növ 
təkamül  əmələ  gəliyor.  Böyük  dövlətlər muxtariyyətlərə  bölünüyorlar. 
Çünki  bir  mərkəzdən  hər  növ  məhəlli,  bilxassə  milli  ehtiyacların  rəf 
olunmuyacağmı dərk ediyorlar.
Böyük müslihlərin təsəvvür elədikləri  səadəti-bəşər məsud bir gün 
gəlib də feliyyətə çıxsa və bütün dünya böyük bir səltənəti-mədəniyyə 
şəklində  təcəlli  etsə  bu  səltənətin  milli  və  məhəlli  muxtariyyətlər  it- 
tifaqmdan başqa bir  şəkildə  olması  qeyri-mümkündür.  Çünki  mədəni 
bir dövlətin ən müvafiq  şəkli  mədəni  dövlət şəklidir.  Heç  şübhəsiz ki, 
müsavati-bəşər salonuna hər millət kəndi qapısmdan girəcəkdir.
Böyük  dünya  səltənəti-muxtariyyəsi  milli  hökumətlər  ittifaqı  şək- 
lində təsəvvür olunduğu kibi hazırdakı çox millətli və müxtəlif ünsürlü 
mövcud dövlətlər dəxi milli və məhəlli muxtariyyət əsası üzərinə quru- 
lu bir federasyon təşkil etmolidir.
183

Federasyon  nədir?  Federasyon  ayrı-ayrı  muxtariyyətlərin  bir  ara- 
ya  gəlib  do  öz  razılıqları  ilə  vücuda  gətirdikləri  müttəfiq  bir  dövlət- 
dən  ibarətdir.  Bu  müttəfiq  dövlətdə  muxtariyyətlərlə  mərkəzi  höku- 
mətin  vəzifəsi  qəti  surətdə  təyin  olunuyor.  Ələlümum  qaidədir  ki, 
bu  dövlətlərin  qəvaninin  əsasında  mərkəzi  hökumətə  aid  məsələlər 
təşxis  olunuyor.  Məsələn,  deniliyor  ki:  hərb  elan  etmək,  sülh  bağla- 
maq,  müdafieyi-vətən  məsələsi,  yəni  yeri  və  bəhri  qüvayi-əskəriyyə 
və hərbiyənin təhiyyə və idarəsi, sövqülceyş nöqteyi-nəzərindən çəkil- 
məsi  lazım  olan  dəmir yollar,  sikkə,  gömrük,  xarici  ticarət,  bəlkə  də 
əmələlərə  dair  vəzhi-qəvanm  (raboçiye  zakonodatelstvo),  ayrı-ay- 
rı  muxtariyyətlər arasında çıxa biləcək  ixtilaflarm həll  və  ən mühümi 
hüquqi-siyasiyyə  ilə hüquqi-bəşərin bütiin muxtariyyətlərdə  təmini və 
sair  bu kibi  ümumə  şamil  olan  məsələlər  hökuməti-mərkəziyyəyə  aid 
olub  federasyon  qüvaninin əsasiyyosində təsrih olunuyor.  Yerdə qalan 
məsələlər  məsələn,  yollar  çəkmək,  kanallar  açmaq,  məhəlli  xozyays- 
tvo  işləri,  idareyi-zabitiyyə,  ədliyyə  və  mədəniyyə  muxtariyyətlərin 
öz  səlahiyyətində  qalıyor  ki,  bunlarla  da  kəndi  qəvainin  əsasiyyələri 
üzrə  (ki,  ümumi  qəvainin-əsasiyyə  maddələrinə  nəqiz  olamazlar)  öz 
məclisləri  və  öz  qüvveyi-icraiyyələri  (yəni  hökumətləri)  vasitəsilə 
idarə olunuyorlar.
Hökumət  təşkilinin  məqsədinə  böylə  bir  əsaslı  nöqteyi-nəzər 
bəsləyərək  əsl  mətləbə  keçmək  istiyoruz.  Bu  mətləb  isə  Rusiya  şəkli- 
idarəsi və Rusiya müsəlmanlannın bu xüsusdakı nəzərləridir.
Şübhəsizdir ki, Rusiya cümhuriyyəti-ənam (xəlq cümhuriyyəti) üsu- 
lu  ilə  idarə  olunmalıdır.  Fəqət  Kamçatkadan  tutub  Qara  dəniz  və  Ar- 
xangelskidən  alıb  Irani-zəminə  qədər  əlbəttə,  boyuna  uzanan,  dünya- 
nın  altıda  birini  tutub  da  sayca  170  milyonu  atlayan  böyük  və müxtə- 
lif millət bir məmləkət bir mərkəzdən  idarə  oluna bilərmi?  Bu məmlə- 
kətdəki  günəş  bir  tərəfdən  çıxrb  o  biri  tərəfinə  çatmadan  batıyor.  Bir 
məmləkət  ki,  uzunu  azı  bir  ay,  eni  azı  7  gün  dəmir  yol  səfəri  istiyor, 
böylə bir məmləkət bir nöqtədən idarə oluna bilərmi? Əlbəttə yox. Bunu 
biz  degil rus  mütəfəkkirlərindən özləri  söyləmişlər,  həm də  imdi degil 
çoxdan  söyləmişlərdir.  Şübhəsiz  ki,  Rusiya ədəmi-mərkəziyyət əsasilə 
idarə  olunmahdır.  Bunu  hətta  mərkəziyyət  tərəfdarı  olanlar,  vase  ida- 
reyi-məhəliyyə düsturunu qəbul etmək surətilə etiraf etmiş oluyorlar.
184
Yuxarıda  ərz  etdigim  nəzəriyyədən  anlarsımz  ki,  bu  ədəmi- 
mərkəziyyəti bən muxtariyyətlərdən mütəşəkkil bir federasiya şəklində 
təsəvvür ediyoram. Yenə məlumdur ki, bu muxtariyyətləri milli-məhəlli 
prinsip  üzərində  faidəli  buluyoram.  Rusiya  öylə bir rahət  ev  şəklində 
olmalıdır ki, orada hər millətin özünə məxsus odası olsun.
Burada millət  nədən  ibarotdir  məsələsi  varid  oluyor.  Milləti  nə  ilə 
təşxis ediyoruz. Diyorlar ki, millətin dəlili-təşxisi ancaq fərdi-məlumun 
öz  daxili  idrakıdır.  Madam  ki,  birisi  özünü  müəyyən  bir  kütləyə 
mənsub hesab ediyor, demək o millətə mənsubdur.  Bu tərifdə bir qədər 
həqiqət varsa da, burası şübhəsizdir ki, məzkur idrakm xarici nişanələri 
lazımdır. O nişanələr olmazsa “etirafi-milliyyət” dəxi vaqe olamaz. Bu 
nişanələr isə başlıca dil birligi,  tarix birligi,  adat və  ənənat birligindən 
ibarətdir.
Diyorlar ki, islamiyyət özü bir millətdir. Diyorlar ki, islamiyyət xris- 
tianlığa rəğmən mütədəyyinlərini bir millət halına qoyur. Odur ki, han- 
ki  türkdən sorsan nə millətsən, müsəlmanam diyor.  Bu nəzəriyyə yan- 
lışdır.  İnsanlarda  hər zaman  millət  hissi  olmuş  və  bu  hiss  cinsiyyətlə 
bərabər olmuşdur.  Yalnız ibtidai halə yaxın olduqları zamanlar bu hiss 
din  və  məzhəb  şəklində  təcəlli  etmişdir.  Hər bir millətin,  hər bir  cin- 
sin  öz  təbiətinə,  öz  dərəcəyi-tərəqqisinə,  öz  xüsusiyyətinə  məxsus  bir 
din vücuda gətirməsi dəxi bunu isbat edər. İslam da sair dinlər kibi heç 
şübhəsiz  ki,  öz  mütədəyyinləri  arasında  bir  irtibat  oyatmışdır.  Fəqət 
bu  irtibati-milliyyət  degil,  beynəlmiləliyyətdir  (internasioanilzm). 
Bu  beynəlmiləliyyət  xristian  qövmləri  arasında  xristian  mədəniyyəti 
denilən  şeyi  vücuda  gətirdigi  kibi  müsəlman  milbtlərindən  ötrü 
də  şərikli  olan  islam  mədəniyyəti  yaratmışdır.  Fəqət  bu  bütün  islam 
qövmlərini  bir  millət  etmişdir  -   demək  degildir.  Xristian  m ilbti  ol- 
madığı  kibi  müsəlman  milləti  də  yoxdur.  İslam  beynəlmibliyyəti  bö- 
yük  bir  evdir  ki,  içərisində  türk,  fars,  orəb  və  sair  m ilbtlərə  məxsus 
bölm əbr vardır. Ümumi evin təmiri, xaricdən hücuma qarşı müdafıəsi, 
elektrik  tənviratı  və  sair  cəhətbrə  şərik  olduqları  halda  türk,  fars  və 
ərəb  millətləri  öz  bölmələrində,  öz  otaqlarında  müstəqil  və  azaddır- 
lar.  Şərik həqqi yoxdur ki, türkün ev işinə müdaxilə etsin, öylə də türk 
fars evinin bəzəginə qarışmaz.  Kim nasıl istərsə  öz bənligi üzrə və öz 
bənliginə müvafiq gördügü kibi ötəsini bəzər,  istirahətini təmin edər.
185

Əfəndilər,  islam  m illətbri  dəxi  mədəni  bir  federasyon  vücuda 
gətirmolidirlər.  Çünki  bu  ən  təbii  bir  ittihad  yoludur.  İslamm  beynəl- 
miləliyyətinə daxil olan millətlərin ən böyügü, ən güclüsü və əsrimizdə 
ən  müstəid  həyatı  olan  bir  millət  vardır -   türk  milləti.  Biz  türk-tatar 
övladı,  o  millətlərin  balalarıyız.  Biz  türk  oğlu  türküz, bununla  iftixar 
edəriz,
Türk  mədəniyyəti,  türk  bənligi  vücuda  gətirmək  istəriz.  Rusiyada 
bulunan 30 milyonluq müsəlmanlardan qismi-əzəmi təqribən 21  milyo- 
nu bu millətə mənsubdur. Türkdür əsrlərdən bəri cəhalət bəlası, məzhəb 
iftiraqı  üzündən  biri-birindən  uzaq  düşən,  yalnız  biri-birindən  degil, 
kəndiligindən belə ayrı qalan bu milyonlarda imdi birləşmək meyli var 
və  bu  meyl  çox  şiddətlidir.  Fəqət  qorxmalıdır  ki,  bəzi  süni  tədbirlər 
sayəsində  bu  meylə  qarşı  bir  əksüləməl  çıxmasın.  Əfəndilər,  hər  şey 
təbiəto buraxılarsa və iqtizai-təbiətlə o təşəbbüsün tərəqqi və təkamülü 
təmin edilərsə faidəli olur. Yoxsa cəbrlə, xilafi-təbiiyyət olaraq yapılan 
hər bir əməl bir əksüləməli mucib olur.
Biz  türk-tatar millotləri  bir cinsdən  türk oğlu türk olmaqla bərabər 
inkar  etmək  olmaz  ki,  ayrı-ayrı  şivələrə,  müxtəlif xüsusiyyətlərə ma- 
likiz.  Bu  gün  Volqaboyundakı  tatarların  kəndilərinə  məxsus  ədəbiy- 
yatları,  mətbuatı,  üdəba  və  şairləri  var.  Türküstan  cığataycası  zəngin 
bir ədəbiyyata malikdir. Qazax-qırğızlarm mətbuatı da yol almaqdadır. 
Bunlardan heç biri cəbrə təslim olub dakəndi xüsusiyyətini fəda etməz 
və  belədə  Azərbaycan  türkləri  öz  dilinə,  öz  ədəbiyyatına,  öz  adətinc 
əlvida deyəməz.
Bu  xüsusiyyətlərin  qaldırılması  nə  gərəkdir,  nə  də  faidəlidir.  Qoy 
hər kəs öz yolu ilə təbii surətdə axsın, bu müxtəlif türk nəhrlərinin axıb 
da nəhayət töküləcəkləri yeganə bir dəniz vardır, böyük türk dənizi,
Iştə, bunun üçün milli-məhəlli muxtariyyət əsası nöqteyi-nəzərindən 
biz, Azərbaycan ilə Dağıstan, Türküstan, Qırğızıstan kibi ayrı məholli 
və xüsusiyyətləro malik olan türk qövmləri üçün muxtariyyətlər istiyo- 
ruz.  Bu muxtariyyətlər daxildə  kəndi  işlərini  idarə  ediyorlar.  Bununla 
bərabər bu muxtariyyətlor bütün  Rusiya türklərindən  ötrü ümumimil- 
li və mədəni işlərini görmək üçün bir Şurayi-Milli vücuda gətiriyorlar. 
Yalnız  tarixin  işlədigi  cinayət  nəticəsində  müəyyən  bir  mühitdən 
mohrum  qalan  qardaşlarımız  vardır.  Volqa boyu tatarları  ilə Krım ta-
186
tarları  və  sairləri  bittəbii  bunlardan  ötrü  milli-məhəlli  muxtariyyət 
istəmək  imkan  daxilində  görülmüyor.  Onun  üçün  də  onlar  üçün  an- 
caq milli muxtariyyət istənilir. Fəqət unudulmasın ki, bunlar dəxi digər 
türklərlə bərabər Şurayi-Milli təşkılində iştirak ediyorlar.
Müxtəlif türk qövmlərinin təbii surətdə birləşməsi isə böylə təsəvvür 
olunuyor:  ibtidai təlim və xəlq üçün yazılan ədəbiyyat bir məhəllin öz 
şivəsində,  ana  dilində  olur.  Orta  məktəblərdə ümumi  türkcə  dərs  ola- 
raq  oxudulur.  Bəlkə başqa dərslərdən dəxi  o dildə təlim  olunuyor.  Ali 
moktəblordə  isə  bütün  tədrisat  ümumi  türkcə  üzrə  olur.  Bu  vasitə  ilə 
heç  bir  cəbr və  təzyiq  görmədən  baxarsan  ki,  arzu  olunan  ittihadi-li- 
san da hasil olur.
Başqa vasitə ilə ittihadi-lisan mümkün olsaydı velikoruslar müvəffəq 
olarlardı. Əgər velikoruslar maloruslara cəbr etməsələr və onları öz hal- 
larma buraxıb  Şevçenkoyu oxumaqdan mən etməsəydilər Ukrayna te- 
atrosunu qapatmasa  idilər heç  şübhəsiz ki,  bugünki  seperatizm halına 
gələn Ukrayna hərəkəti də vaqe olmazdı.
Milli-mədəni  işlərin  təsviyəsi  üçün  bir  Şurayi-Milli  lazım  olduğu 
kibi bütün müsəlman millətlərinə məxsus olmaq üzrə dini-mədəni ehti- 
yaclara baxmaq üçün bir də Şurayı-Dini vücuda gətirmək mümkündür.
İşto, bu surətlə biz türkləşir, islamlaşır və müasirləşiriz.
Bəzi  əsasən  bu  fıkirlə  iştirak  edənlər  vardır  ki,  türk  qövmlərini 
özlərini  idarəyə  hazır  görmədiklərindən  həlolik  bu  fikirdən  vaz  keçi- 
yor da mərkəziyyəti mənfəətimizə daha müvafiq görüyorlar. Əfəndilər, 
bən  türk  milləti  həqqində  böylə  bədbinanə  bir  fikirdə  bulunmaq 
istəmiyoram.  İstəməgə  nə  özümü,  nə  də  kimsəni  həqli  görüyoram. 
Bizim  parlaq  mazimiz,  imdiki  halımız  var.  Mədəniyyətimizə  əlamət 
olan  ədəbiyyatımız,  sənayei-nəfisəmiz,  mədəniyyətimiz  vardır.  Bu 
modoniyyətin qonşularımıza belə təsiri-nüfuzu olmuşdur.  Bizdə bəlkə 
bir  şey  azdır -   müasirlik.  Əsri-funun və  sənaye  ilə  mücəhhəz  adam- 
larımız  yoxdur.  Fəqət  bu  da  az  bir  zamanda  hasil  olur,  yetişir.  Sonra 
bən  heç  təsəvvür edəmiyorum ki,  rus  mujiki bir türküstanlı  mujikdən 
idarəyə  daha  hazır  olsun.  Mərkəzdəki  hazır  adamlar  o  qədər  də  bol 
degildirlər ki, özlərindən artıq qalıb bizə pay versinlər.  Kəndi etimadi- 
nəfsinə  güvənməyib  də  qonşuya ümidvar  olan millət  əfəndilər,  qorxa- 
rız ki, “şamsız yatar”.
187

Əfondilər,  hazırsızhğımızdan  qorxmayalım,  türk  istedad  və  ləya- 
qətinə  inanahm  vo  biləlim  ki,  böylə  tarixi  bir  zamanda  öz  həqqimizi 
istəməsək və yüksək bir səslə bizi milli idealımıza yaxmlaşdıran şüarı 
ortaya atmasaq nəsl-ati hüzurunda xəcil oluruz.
İştə, əfəndilər həm mədəniyyəti-bəşəriyyənin xatiri, həm Rusiyanm 
səadəti,  həm  də  türk  millətinin  faidəsi  üçün  Rusiyanm  milli-məhəlli 
muxtariyyətlər əsası üzərinə qurulu cümhuriyyəti-ənam şəklində idarə 
olunması lüzumuna qərar verəlim.
Nəticədə  bunu  dəxi  ərz  edəlim  ki,  bu  məsələ  əfəndilər,  Qafqasiya 
qurultayında (biz o məclisimizə türk ənənəsindən çıxan qurultay ismi- 
ni  verdik,  çünki  bu  ism tariximizi  göz  qabağma gətirib  canlandırıyor. 
Bəzilərimiz də  islam  ənənəlorino riayətlə  müsəlman sözüylə  ahəngdar 
ərəb ənənatmdan çıxma nəduvə sözünü işlətdilər.  Fəqət “syezd” demə- 
gə kimsənin dili varmadı) bir çox müzakirə edildikdən sonra milliyyət 
məhfumu üstündə ixtilafi-ara hasil olduğuna nəzərən güzəştli (kompro- 
misnı) bir qətnamə almdı ki, bunu sizo elan ediyorum. İştə,  o qətnamə:
Siyasi-milli  m əqsədlər həqqində
a) Qafqasiya müsəlman qurultayı, milli-siyasi məqsədlər həqqindəki 
məsələyi  müzakirə  edərək  müsəlman  qövmlərinin  mənafeyini  ən 
ziyadə  təmin  edən  Rusiya  şəkli-idarəsinin  məhəlli  muxtariyyət  əsası 
üzərinə  qurulacaq  ciimhuriyyəti-müctomeyi-onam  olduğunu  qəbula 
qərar verdi.
b)  İslam  dinində  olan  bütün  qövmlər  arasındakı  ruhani  vo  mədəni 
irtibatı  nəzərə  alaraq  Qafqasiya  müsəlman  qurultayı  bütün  Rusiya 
müsəlmanlarmdan ötrü qanun qoymaq səlahiyyətinə malik ümumi bir 
idarə təşkilini lazım görür.
Üçüncü  məclis  gurultulu  alqışlarla  qarşılanan  yuxarıkı  nitqlə  ta- 
mam  olmuş və natiq syezd əksəriyyəti  tərəfindən  səmimiyyətlə təbrik 
edilmişdir.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin