Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   2   3   4   5   6   7   8   9   ...   37

69

və ya başqa türk dillərindən  lüğətlər almaq meyli  var.  İmlaçılanmızm 
çoxusunda  da  ərəbcədən  gəlmiş  hərflərdən  sad,  zad,  ta,  za  hərflərini 
tatar imlasmdan, tatar sözlərindən qovmaya dəxi bir meyl vardır.
Əgər  islam  ərəb  dilini  rəsmi  din  dili  etsə,  o  vəqtdə  ərəb  dili  baş- 
qa  islamı  qəbul  edən  millətlərin  balaları  kibi  tatar  balaları  üçün 
də  ögrədilməsi  labüdanə  bir  dil  olur.  Onun  təsiri  sözləri  və  başqa 
xüsusiyyətlorinin  təsiri  ilə  mübarizə  etməkdə  əməli  nöqteyi-nəzərdən 
görüldükdən məhəlsiz və qaidəsiz görülə bilər.
Həyatla bağlı olan bu məsələləri özümüzün bugünkü və gələcəkdəki 
işlərimiz üçün əhəmiyətli gördügümüzdən suallarımız cavabsız qalmaz
-  deyə ümid ediyoruz.
Alimcan Şərəf, Kərim Səid, İlyas Alkın, Saleh Rəhmanqulov, Hafiz 
Maqsudov,  Məhfuz  Maqsudova,  Məryəm  Benikiyeva,  Zülfiyyə  Ümi- 
dova, Abdullah Abiz.”
Rzaələddin  Əfəndinin bu xüsusdakı mülahizəsini yarınki  sayımız- 
da dərc edəcəyiz.
' f t i e ' k
Dünki  sayırmzda  Petroqradda  oxuyan  ali  məktəblər  tələbələrinin 
“Şura”  məcmuəsinə  göndərdikləri  məktubları  dərc  olunub.  Bu  xüsus- 
da  Rzaələddin  Fəxrəddin  həzrətlərinin  fikri-məxsusunun  nəqli  isə  bu 
günə buraxılmışdı.  Rzaələddin Əfəndi yazıyor ki:
“1) İslam dinində rəsmi deyilən bir dil yoxdur.  Ərəb dili  ərəblərdən 
başqa müsəlmanlar üçün rəsmi dil degil, bəlkə islam dininə mənsub ol- 
maqla bərabər hər kişinin və  hər qövmin  öz  dili  rəsmi  dil  sayılır.  Na- 
maz qılmaq istisna edilməklə hər dürlü əməl və  ibadət ana dilində ya- 
pıla bilər.  Hər kəsin öz  ana dili  ilə  gətirdiyi  imam  məqbuldur.  Hər kə- 
sin öz ana dili ilə qıldığı əqdləri (nikah, xəl,  alış-veriş kibi işlər), iqrar- 
ları mötəbərdir. Hər kəsin öz ana dilində etdiyi tövbəsi, istiğfarı, Allah- 
təalaya olan  dua və münacatı,  təzərrö  və  ilticaları,  andları  mötəbərdir. 
Bu işlərin heç birinin də (namaz müstəsna) ərəb dili ilə olması həqqində 
təklif yox. Namazdan başqa bütün ibadətləri ana dilində yapan kişi ye- 
nə yapsm. Rəsulüllah həzrətləri dil dəyişməsi həqqində heç bir dəvətdə 
bulunmadı.  Səhabələr dil təbdilini təklif etmədilər.
70
2) Dil işi ilə savab-günah yazılması, ya ki şəri bir hökm olması üçün 
adam öz dilinin nə söylədigini  bilməsi  şərtdir.  Bu xüsusda hər bir sö- 
zün ayrı-ayrı mənasım bilmək lazım degil.  Bəlkə söylədigi cümləsinin 
məzmununu,  nəyə  dair  olduğunu  anlamaq  kafidir.  Buna  görə  “La- 
ilahə-illəllah. Muhəmmodən Rəsulüllah” -  söyləyən kişi əgər şu kəlam- 
larm  iman  gətirən  sözlər olduğunu bilsə,  şununlla müsəlman  ədd  edi- 
liyor.  Yoxsa günboyu oxuyub yürüsə də  islam qəbul  edicilərdən  sayıl- 
mayır.  Nikah  siğəsi nə olduğunu bildikdən,  son hər bir sözünün nədən 
ibarət olduğunu bilmədigi halda bir qadın bir ərə zövcət “nəfsi-mənim” 
desə  əqd oluyor,  fəqət şu sözü ərəbcə  dua deyə aldadıb  söylətsələr əqd 
olmayır.
Başqa  dillərdəki  söyləmələr,  başqa  səhifələr və  surətlərdə  də hökm 
budur, bunun üçün namazda oxunan Quran ayələrindən ən azdan fatihə 
surəsinin  və  məsur  dualarm  ixtisar  təriqi  ilə  də  olsa  məzmunlarını 
bilmək  Iazımdır.  Fatihə  surəsini  “AHah-təalaya  həmdü-səna”,  həm  də 
Allah-təalanm böyük sifətlərini zikr etmək ibadəti ona xas etməy'ı iqrar 
etmək, Allah-təaladan hidayət və doğru yola getməgi istəməkdən ibarət 
deyib bilməyən kişinin namazı namaz olur -  deyəməm. Bu səbəbə görə 
Qurani-kərimi, hədisləri  ana dilinə tərcümə etmək degil, yalnız müm- 
kün, bəlkə iqtidarı olan kişilərə bu lazım bir vəzifədir.
3)  Quran  Allah-təala  tərəfindən  vəhy  edilmiş  və  Rəsulüllah  tərə- 
findən ümmətə təbliğ olunmuş mənalar və ləfzlərin ikisindən ibarət ol- 
duğu üçün tərcümələri oxumaq Quran oxumaq olmayır.
4)  Ləfzi  və  mənası  ilə  mühafizə  edilmiş  Qurani-kərimdən  başqa 
Allah-təala  kitabı  dünya  üzərində yox,  dünyada  olan  kitab  əhlilərinin 
heç biri öz kitablarınm ləfzləri göydən gəldigini və bu gündə şu ləfzləri 
salamat (salim) olduqlarmı dəva etmiyorlar. Bu hal yalnız müsəlmanlara 
və  Qurani-kərimə  məxsusdur.  Bunun  üçün  müsəlmanlar Qurani-kəri- 
min  ləfzlərini  saxlamaqla  mükəlləfdirlər.  Namazda  Quran  oxunması- 
nm  lazım  olduğunun  bir  hikməti  -   Quranm  ləfzilə  bərabər  mühafizə 
edilməsinə vəsilə olmaq üçündür.
5)  Namazda  Quran  və  məsur dualarm  öz  ləfaləri  ilə  bərabər oxun- 
ması ərəb lisanının müsəlmanlar üçün rəsmi dil olmasından degil, bəl- 
kə Quranı və Rəsulüilahın öyrətdigi bir rəvişi  saxlamaq, həm də bütün 
yer üzündə  olan  müsəlmanlar  arasında  münasibət peyda  etmək üçün-
71

dür.  İslam dinindo olan dil  ibadəti yüz pay olsa,  namazdakı dil ibadəti 
buna baxdıqda bir pay da yox.  Bunun üçün buna ağırlanmaq və bu işi 
ana dilinin zənginləşməsinə mane görmək məhəlsizdir. Namazdan baş- 
qa olan  ibadətlərin həpsində  diləkləri öz dilində  istə,  öz dilinlə  qulluq 
et, bu işlərdə mane olmadığmı yuxarıda göstərdik.
İstəyənlər azan kəlmələri oxunduqda öz ana dillərində tərcümələrini 
bağırsalar,  iqamət  vaxtında  ibtidai  tərcüməsi  oxunub  sonra  iqamət 
etsələr xütbələri bir az ərəb dilində oxuduqdan sonra öz dilimizdə oxu- 
salar şəriət tərəfindən buna mane olmasa gərəkdir. Əvvəlki alimlərimiz 
nikah  xütbələrini  ərəbcə  oxuduqdan  son  əvvəl  “Xaliqi-layəzal  və  mə- 
budi-bizəval” -  deyə türkcə xütbələr oxuyurlar.
İbadət məsələsi,  dil məsələsi bizdə yüngüldür.  Namazda oxunmaq- 
da  olan  Fatihə  və  iki-üç  sureyi-məsur  dualarm  özlərini  əzbərlətmək 
və  tərcümələrini  nasıl  bir  balaya  olursa-olsun  başqa  dərslər  arasm- 
da  iki  həftədə  bildirmək  mümkündür.  Degilən  fikirləri  müəllimlərlə 
müəllimələrdən  eşitdigim var.  Bu sözdə bir az mübaliğə olsun,  namaz 
qılacaq qədər surələri və duaları tərcümələr ilə bərabər əzbərləmək iki 
həftədə  degil,  bəlkə dörd həftəyə  sürsün,  bütün ömrə nisbətdə  şu dörd 
həftə  pək çox  vəqt  olmasa  gərək.  Özünün nicatı  və  səadətinə  səbəb -  
deyə  etiqad  etdiyi bir din yolunda  şu  qədər cin min bir məşəqqəti ilti- 
zam etməkdən heç kimsə geri durmasa gərək. Milliyyət hisşi və türklük 
ruhu ilə tərbiyələnib gələn yaşlarımız şu işi öz yollarına və öz dillərinə 
tuli-hüquq verilməsinə mane -  deyə  tammaqdan yuxarı  olsalar  gərək. 
Allah  ilə  qul  arasında münasibət yürütməyi  arzu edənlər üçün bu işin 
azacıq karsızlığı olmaması yaşlarımızda, qartlarımızda məlum olsa gə- 
rəkdir.
Ədəbi  dildən  ərəbcə  sözləri  çıxarmaq  istəyənlər,  namazdan,  dua 
və  iqamətdən  başqa  yerlərdə  öz  ana  dillərində  sözlər  bulsalar,  ərəb 
kəlmələrini  çıxärsmlar.  Buna  islam  dini  qarşı  degildir.  Amma  gərək 
müqəddəratmda  söz  bulunmädığı  bu  gündə  işə  yarayan  sözləri  sürüb 
çıxarmaq qolacığm qissəsi təkrarlamaq olur. Sad,  ta, za  nizayi Osmanlı 
türklərində yetmiş il davam edib bir nəticəsiz qalmışdır.  Bizdə nə kibi 
nəticələr verəcəgini Allah-təala bilir”.
“Açıq söz”, 27, 28 fevral  1917, JV»413,414
72
Böyük inqilab
Əmsalı  tarixlərdə görünməyən  aləmşümul müharibənin  ən  müşkül 
bir  zamanmda  dünyamn  ən  böyük  bir  hadisəsi,  Rusiya  inqilabı  vaqe 
oldu.
Müharib və mübariz milləti iflic bir hala qoyan köhnə rus istibdadı 
yıxıldı. Neçə gündən bəri Petroqraddan alınan xəbərlər qaranhq siyasət 
gecəsinin sübhi-hürriyyət ilə açıldığmı bildirdilər.
Əski hökumət cəmaətin dərdi ilə yanan millət vəkillərini, Q.Dumanı 
qovdurmaq istərkən nümayəndələr artıq səbr kasası daşdı, -  deyə dağıl- 
maq  istəməyib  öz  aralarmda müvəqqəti  hökumət vozifəsini  icra edən 
bir komitə seçdilər. Q.Dumanm sağlardan başqa bütün partiya və firqə 
nümayəndələrindən təşkil edilən bu komitə köhnə hökumətə elani-mü- 
qavimət  edincə  hökumətin  xarabkarlığından  cana  doyan  cəmaət  ilə, 
rüşvətxor  müstəbidləri  degil,  vətəni  müdafiə  edən  ordu  haman  Duma 
tərəfini  iltizam  etdi  və  edincə  nəticeyi-inqilab  haman  bir-iki  günün 
içində  anlaşıldı.  Köhnə  vəzirlər  həbsə  tıqandılar.  Əlahəzrət  imperator 
ilə  imperatriça mühafizat  altına  almdılar.  Nəhayət,  jon  türk  üsulu  ilə 
icra  olunan  Petroqrad  inqilabi-əzimi  sabiq  çar  Nikolay  Aleksandrov 
bizzat  tac  və  təxtdən  əl  çəkib  də  hüquqi-hökmdarisini  qardaşı  Mixail 
Aleksandroviçə təhvil verməsi ilə nəticələndi.
Fəqət nəticə bundan  da böyükdür.  Mixail  Aleksandroviç  həzrətləri 
qardaşı  əlindən  aldığı  səltəneyi-aliyənin  əsl  sahibi  kim  olduğunu layi- 
qi ilə dərk edərək öz tərəfindən padşahlıq ixtiyarını Q.Duma tərəfindən 
təşkil  olunan  müvəqqəti  hökumətə  tərk  eləmiş  və  məmləkətin  üsuli- 
idarəsini təyin etmək üçün bir an əvvəl Məclisi-Müəssisan çäğrılması- 
nı əmr buyurmuşlardır.
.  Bu  iki  əmri-ali  ilə  çağrılması  təklif olunan  Məclisi-Müəssisan  giz- 
li, ümumi,  müsavi  və müstəqim  seçki  əsası  ilə yığışacaq  həqiqi  millət 
nümayəndələrindən ibarət olub  tazə Rusiyanm nə kibi  əsaslarda quru- 
lacağmı təyin edəcəkdir.
Hürriyyətpərvər Rusiyanm  məşəl ümidinə  yağ  tökən  bu  hadisənin 
xəbəri  vilayətlərə  yayıhnca  hər  tərəfdə  adətən  bir  bayram  başlandı.
73

Illll'
Bilafərq millət və məzhəb,  silk və  sinif bütün cəmaət bir-birini təbrikə 
başladı.
Bakı dəxi bu bayramı keçirdi. Bütün mədonlər, dükanlar və kargah- 
lar  dayamb  xəlq küçolərə,  cəmaət müəssisolərinə  tökülüşdü,  mitinqlər 
bir-birinin dalmca gəldi.  Hər tərəfdə,  hər yanda tazə  hökumətə  etimad 
teleqrafları, Dövlət Dumasına təbriklər, təhniyətlər yollandı.
Rusiya  istibdadı  altmda  əziiən  bütün  təbəqə,  sinif  və  millətlərlə 
bərabər Rusiya müsəlmanları  da əziliyor,  milliyyətcə  təhqir və təzyiq 
olunuyorlardı.
İyun  3-ü  qanunu1 demək olar ki,  Rusiya müsəlmanlarını  adətən  si- 
yasi edama məhkum etmişdi. Ümid etmolidir ki, tamam hürriyyət üzrə 
çağnlacaq Məclisi-Müəssisan  çoxıniUotli  Rusiyayi  ədalət və hürriyyət 
üzrə  təmsil  edəcək  və  hər  kəs  öz  miqdarı  nisbotində  nümayəndəligə 
malik olaraq tazə Rusiyanın əsasları ögey-doğmalıq degil, qardaşlıq və 
vətəndaşlıq əsasları üzərinə təsis olunacaqdır.
BuxüsusdabütünRusiyacəmaətiiləbərabərRusiyamüsəlmanlarmm 
da  imanı  kamil,  etiqadları  salim  və  Rusiya  cəmaətçiliginə  etimadla- 
rı qaimdir.
Fəqət müvəffəqiyyət üçün bir  şey lazımdır.  O  da sükunət, mətanət, 
hissiyyat  və  təsadüfata tabe  olmayıb  əql  və  tədbirlə  hərəkət  etməkdir. 
Müsəlmanlara  lazımdır  ki,  sükunət  üçün  vaqe  olan  tələbləri  qulaq- 
larma  alıb  kamali-itminan  ilə  öz  işlərinə  məşğul  olsunlar  və  hadisa- 
ta  qarşı  çaşmayıb,  rahət  qala  bilmək  üçün  bütün  cəmaət  qüvvələrini 
birləşdirsinlər  və  birləşmiş  qüvvələr  ilə  yeni  hökumətə  köməkçi  dur- 
suıılar.
Ancaq bu vasitə ilə birləşmək və köməkləşməklədir ki, yeni Rusiya 
tamamilə müvəffəq olub, bütünm illətlərinm üsavatlayaşam asını təmin 
edəbilər.
Yaşasm tazə və azad Rusiya!
Var olsun millətlərin bərabərligi, birligi!
“Açıq söz”, 5 mart 1917, JV»418
İtminan -inam , ehtimal, arxayınlıq
1 Söhbət  1907-ci ilin 3 iyun dövlət çevrilişi, II Dövlət Duınasınm qovulmasından gedir -  Ş.H.
74
Hürriyyət qarşısmda
Bütün  Rusiya millətləri  qəlblərinin  ən dərin  guşəsində bəslədikləri 
arzularma,  arzui-ümumilərinə  çatdılar.  Yalnız  öz  qələmrovunda  de- 
gil, dünyanın hər tərofində hürriyyət və səltənəti-milliyyənin düşməni- 
biimanı olan Rusiya heykəli-istibdadi, bu qanlı “jandarm”ı yıxdılar!
Köhnə  idarənin  ənqazı  üstündə  bina  tutan  hökuməti-müvəqqətə 
əsas  məmləkətdə  gözədəcəyi  bina və  əsasları,  başqa  sözlə,  öz proqra- 
mmı elan  etmişdir.  Dünki nömrəmizdə  dərc  olunan bu proqramda hər 
şeydən əvvəl siyasi, dini işlordən ötrü həbs olunanlara əfvi-ümumi elan 
olunacaq.  Damşıq,  yazı,  ittifaq,  ictima  və  tətilə  hürriyyət  vcriləcək: 
sinfi,  dini,  irqi  və  milli  tn/yiqlər  kamilən  ortadan  qaldırılacaq;  ümu- 
mi, müsavi, doğru (bilavasito) və gizlin rəylor vermək surətilə seçilmiş 
vəkillərdən  ibarət  Məclisi-Müəssisan  dəvətinə  hazırlıq  görüləcək.  Və 
bu məclis məmləkət üsuli-idarəsinin nə  şəkildə olacağmı qərarlaşdıra- 
caqdır. Polis və zabitə adamları comaət tərəfindən seçilmiş milislə əvəz 
olunub,  məmurlar  seçki  üsulu  ilə  təyin  olunacaqlar və  məhəlli  cəmaət 
idarələrinə  tabe  bulunacaqlardır.  Məhəlli  idarələr  seçkiləri  də  haman 
müsavi,  doğru, ümumi və gizlin rəylər vasitəsilə seçiləcəkdir.
Görüyorsunuz ki, bütün hürriyyətpərvər Rusiyanm yolunda qurban- 
lar verərək tələb elədigi əsaslar bu güfı hökuməti-müvəqqətə tərəfindən 
tətbiq  etdirilmok  istənilir.  Hər  növ  hüquqi-milliyyə  və  hürriyyoti- 
vətəniyyonin bəqa  və  davamı  üçün yeganə bir əsas ümumi  və  müsavi 
surətdə tətbiq olunacaq seçki  üsuli  ilo bu  seçkiyi  təbii  bir yolda icrayo 
müsaid olan ümumi hürriyyətlərin təminidir.
Bugünki  hökuməti-məzkur seçkilər,  o  seçkilorə  lazım  olan  hürriy- 
yətlərin təmininə söz veriyor. Və bunun üçün müharibə zamanı olduğu- 
nu dəxi bəhanə etməyəcəgini söylüyor,
Rusiya  övladı,  bütün  məslək,  sinif,  firqə  və  millətlərə  mənsub 
vətəndaşların  ən birinci  borcu  şübhəsiz  ki,  bu  müqəddəs  əsasları  elan 
edən hökumətə kömək durub cərəyani-əhvalın öylə bir yolda getməsini 
asanlaşdırmaqdır  ki,  artıq  heç  bir  növlə  peşimanhq  olmasm  və  yeni 
elan olunan hürriyyət əsasları var-qüvvətlərilə kökləşib qala bilsinlər.
75

Bu xüsusda  ilk  dofb  olaraq  müsəlmanlar naminə  səsbrini  ucaltmış 
olan Moskva müsolmanlarınm təşəbbüs və qərarı dcmək olar ki, bütün 
Rusiya müsəlmanlarınjn tərcümani-əfkarıdır. Heç şübhə yoxdur ki, bü- 
tün Rusiya türk-tatarlığı moskvalı irqdaş və dindaşları ilə bərabər yeni 
hökuməti  “ögey-doğmalığı”  ortadan  qaldıran  o  böyük  qüvvəti  canu- 
könüllə qarşılarlar.
Yeni hökuməti yalnız ürəknən, kökündən gələn səmimi sözbrlə qar- 
şılamaq  kafi  degildir.  Lazımdır  ki,  millətin  bütün  qüvvai-səlahiyyəsi 
birləşib  mütəşəkkil  bir  qüvvə  surətib  ümumi  ışin  imdadma  gəlsin. 
Bu  vəqtə  qədər  biri-birindən  ayrı  düşən  müsəlman  cəmaətinə  yığışıb 
birləşmok mümkün degil idisə, imdi artıq o ədəmi-imkan ortadan qalx- 
mışdır.  İttifaq vo ictima azadlığı elan olunmuşdur.
Rusiyada ruslardan sonra ən böyük bir kütlo təşkil edən Rusiya türk- 
tatarlığı,  Rusiya  müsəlmanlığı  kəndi  mövcudiyyətilə  hürriyyətin  bə- 
qasma kömək etmok üçün yığışıb ümumi bir ictima qurmalıdır. Mosk- 
va müsəlmanları  bu  təşəbbüsi  Dövlət  Dumasındakı  müsəlman  fraksi- 
yasmdan gizliyorlar.
Əlbəttə,  bu  təşəbbüs  olunca  fraksiya  tərəfindən  olmalıdır.  Çünki 
bu  voqto  qədər  mövcud  siyasi  bir  müəssəmiz  ancaq  odur.  Fəqət  frak- 
siyanı gözləyib oturmaqla da qalmaq olmaz. Hər tərəfin müsəlmanları 
əvvəla  “ağırlığı”  torklə  hər  tərəfdə  horokətə  gəlmiş  olan  vətəndaş 
cərəyanlarma  qapılmalı,  mövcudiyyətlərini  göstorməlidirlər.  Bununla 
bərabər kondi  aralarmda yeni  hökumətə  və tazə  Rusiya əsasım  həqiqi 
hürriyyətlər  üzrə  qurmaq  istəyən  demokratiyaya  kömək  olmaq  üçün 
kondi qüvvəbrini toplamaya və mütəşokkil bir hala qoymaya başlama- 
lı  və hər torəfdə  ümumi  Rusiya müsəlmanlar ictimai həqqindəki  fikir- 
Iərini açıb bildirməlidirbr.
Cana golmiş millotlərin hürriyyətə susamış əməblorin və qəhrəman 
əskərlərin  əzm  və  motanətləri  sayəsində  yeni  hökumət  Məclisi-Müos- 
sisanın  tərtib  edəcək  və  orada  məmləkətin  əsas  qanunları  yazıldıq- 
da,  şübhəsiz  ki,  m illətbrin  hüquqi-milliyyəbri  dəxi  mühafizo  olacaq- 
lar.  Bugünki  hökumət  proqramında  bu  xüsusda  elan  olunan  maddə 
millətləri razı qoyacaq bir haldadır. Fəqət bu maddənin bütün sərabətib 
yazılacaq  qanuni-əsasi  maddoləri  cüzində  olmasım  təmin  üçün  dəxi
76
ən  səmimi  hürriyyət  partiyalarmm  qalibiyyəti-tamməsi  lazımdır  və 
müsəlmanların  xətti-hərəkəti  dəxi  bu  həqiqi  hürriyyət  partiyaları  ilə 
bərabər getmək və onlarla həmavaz olmaqdır.
İştə, Moskva müsəlmanlarmm lüzumundan bəhs elədikləri Ümum- 
rusiya  müsəlmanları  ictimainin  hər  şeydən  əvvəl  qərara  alacağı  bir 
məsələ!
M.Ə.Rəsulzadə_“Açıq_söz”,_7_mart_1917,_JVb420_Qələmrov_-_hökm_sürən_ərazi_Ənqaz_-_sökülmüş_binanın_qalıqları_77'>M.Ə.Rəsulzadə 
“Açıq söz”, 7 mart  1917, JVb420
Qələmrov -  hökm sürən ərazi
Ənqaz -  sökülmüş binanın qalıqları
77

Novruz
Təbiötlə  bərabər  bu  günlordə  bütün  Rusiya  dəxi  bayram  saxlayır. 
Höyat, hürriyyot vo nur misalı olan novru/ royi-moskuni işğal edon bö- 
yük Rusiyanm istibdad zülmotindon, zalim vo cəbr zülmətindon  çıxdı- 
ğı günlərə təsadüf ediyor. İki Novruz birləşiyor.
Əski  iranılərcə  bu  gün  Hürmüzd  Əhrimənə  qələbə  çalmış,  burun- 
kı  (qədimi)  türklərcə  də  qurd  (pörtəçnə)  Kuhi-Qafda  məsur  qalmış 
türkləri  qurtarmış.  Fəqət  bunlarm  ikisi  də  əsatir,  əmələlərlə  soldatlar 
Ruşiyayı  çürük  istibdad  əlindən  xilas  eləmiş,  iştə  böyük  bir  həqiqət, 
bir  həqiqəti-tarixiyyə  ki,  içində  bulunduğumuzdan  naşı  heybətini 
tamamilə  dərkdən aciz,  ehtişam  və  əzəmətinə  qarşı  heyran  və  alə  bu- 
lunmuşuz!...
Bahar  bütün  zihəyatın,  bütün  millətlərin  bayramı  olduğu  kibi,  bu 
bahari-siyasi də Rusiyada yaşayan bütün sinif, təbəqə və millətlərin ba- 
harıdır.  Bahar  feyzi  fitr-tahir kəsə  müsavi  olduğu  kibi  feyzi-hürriyyət 
də öylədir.
Baharın  ilk  gününü  bayram  edən  Şərq  hər  il  “məhvəli-hövl  və 
əhval”dan halmın əhsən halə dəgişdigini istədigi  kibi Rusiya əhrarı da 
sənələrdən bəri  əhsən halı  gözləyərək  qalmış,  heyhat  ki,  gündən-günə 
gözlədigi “əhsən halə” yaxınlaşmaq arzusunda ikən Rusiya cəmaətçiligi 
biləks daha dərin bir çahi-istibdada döğru yuvarlanıyor.  Hər növ ümid 
və  əmniyyətini  qeyb  ediyordu.  Nəhayət,  aləmşümul  müharibənin  ən 
şiddətli,  yəsavər  günləri  gəldi,  köhnə  idarənin  bütün  yararsızlığı,  çü- 
rükligi  aşkar ikən  xəlq müqəddəratına hakim olub qaldı.  Artıq Rusiya 
xəlqi qarşısına sanki dəmir bir sədd çəkilmiş, çıxmağa yol qalmamışdı. 
Nagah “qurtuluş” gəldi, “əshabi-kəhf ’ oyandı.
Novruzi-hürriyyət oldu.
Köhnə  üsuli-idarədən  ən  çox  zərər  görən  şübhəsiz  ki,  Rusiya 
müsəlmanları, müsəlman və türk aləmi idi.  Sənələrdən bəri əhsən halı- 
nı görmək üçün dua edən bu aləm hər il  eyni yəs və nov ümidlə o dua- 
sını söyləyib durmuş idi. Fəqət hürriyyət, ədalət və müsavat əsaslarmın
78
elan  olunduğu bir zamandä “ya məhvəl-əl-hövl  və  əla-həval  hövl  halı- 
na əli əhsən-əl-hal” duası başqa bir ümid, başqa bir şövqlə söylənə bilər, 
o halda:
Ey, azad Rusiyanın azad vətəndaşları, hər iki bayramınız mübarək!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 8 mart 1917, JVs421
Çah -  quyu 
Zihəyat-diri,  canlı
79

N ovruzi-hür riyyət
Hər ilki adət üzro mart ayının 9-da cəmiyyəti-xeyriyyə “İsmailiyyə” 
binasmda  novruz  görüşü  sabiqki  görüşlərə  qətiyyən  bənzəmiyordu. 
Məclisə gələnlərdə başqabir bəşaşət və ruh açıqlığı görülüyordu. Hər növ 
sinif, silk və təbəqədən, Bakıda mövcud millətlərin nümayəndələrindən 
mürəkkəb  cəmaət  cəmiyyəti-xeyriyyə  salonunu  başdan-başa  doldur- 
muşdu.  Məclis  quberniya  qazisi  Ilacı  Mirməhəmməd  Kərim  ağanın 
duası və nitqi  ilə başlandı.  Qazi  əfəndi  indi  elan  olunan əsas  hürriyyət 
və  məşrutiyyətin  əsli-şorhi  və  şərifə  müvafiq  olduğunu  bəyan  edərək 
sözünü  qüvvətləndirmək  üçün 
ayeyi-şərifəsini  şahid  gətirdi  və 
nəticədə  hürriyyət,  müsavat  və  ədalət  əsaslarmı  elan  edən  hökuməti- 
müvəqqətənin paydar olması üçün dua elədi.  Qazinin nitqi Rüstəm xan 
Xoyski cənabları tərəfindən qonaqlar üçün ruscaya tərcümə edildi.
Ondan sonra Məhəmməd Əmin Rəsulzadə cənabları nitq söyləyərək 
bu  günün  tazə  gün -  novruz,  novruzun  isə  ikilik  fəlsəfəsinə  qail  olan 
əski şərqlilərcə xeyir allahı Hürmüzdün şər allahı Əhrimənə qələbə çal- 
dığı  bir  gün  olduğunu bəyan  edərək,  hər  il  günümüz  yalnız  adla tazə 
idisə, bu gün mənaca da tazədir, -  deyincə alqışlar natiqi dayandırdı.

Vətəndaşlar,  Rusiya Hürmüzdi  qələbə  çaldı!  -  nidası  təkrar alqış- 
larla qarşılandı.
Bədə  dəfələrlə  alqışlanaraq  saxlanan  nitqində  natiq  zəmanm 
əhəmiyyətindən  bütün  cəmaət  və  millət  qüvvətlərinin  birləşib  tazə 
hökumətə  kömək etmək  lazım olduğundan bəhs  elədi  və  sürəkli  alqış- 
lar içində kürseyi-xitabəti tərk etdi.
“Açıq söz”, mart  1917, JVe422
80
Bahari-hürriyyət
(12 mart şənlikləri münasibətilə)
Baharm birinci ayı olan mart Şərq millətlərinin adətən bayram ayı- 
dır.  Bu ayda təbiət tazələnir.  Təbii həyata yaxm  olan  Şərq aləmi  də bu 
tazəlikdən bir zövq alır, tazələnir. Güllər, giyahlar çiçəklənir, gül, giyah 
içində yaşayan insanlar da tazələnir, ruhlanırlar.
Əski  iranilər  mart  aymda  Hürmüzdün  Əhrimənə  qələbə  çaldığmı 
bayram edərdilər.  Günəş Hürmüzdün əlaməti idi.  Bahar onun səltənəti 
idi. Qış Əhrimənin vətəni, dondurucu soyuq onun partisi idi. İşıqlı Hür- 
müzd didarmı göstərincə Novruz olurdu. Novruz demək isə ziruh, zin- 
mu, zivücud nə varsa, hamısınm azadlığı demək idi.
Arianlarca bu azadlıq ayı olan mart, dastanlarda iranilərin müqabi- 
li kibi görülən turanilərcə də qurtuluş ayı  idi.  Tazə kəşf olunmaya baş- 
layan moğol əsatiri mənidar bir əfsanə nəql ediyor:
Bu  əfsanəyə  görə  türklər  bir  zaman  keçilməz  bir  dağ  arxasında 
“Ərgənəqonda” məhsur olmuş,  dünya üzünə  çıxmaq  imkanını bulma- 
mışlardı.  Abadlıqdan uzaq düşən bu yol  azmışlara bir “alakeik”  (keçi) 
tapılmış,  süd vermişdi.  Bu ürək  bıkdırıcı  əsarətdən  illər,  əsrlər keçmiş 
lürklər (moğollar) geniş dünyaya çıxmaq üçün yol tapmamışlardı.  Hal- 
buki gündən-günə ürüyor, artıyor, “hasar”ı yarıb çıxmaq kəndilərindən 
ötrü  bir  ehtiyac  halmı  alıyordu.  Nagah  haradansa  gözlərinə  bir  qurd 
(purtəçnə)  göründü.  Bu  qəribə  heyvanı  qovdular,  ardmdan  düşdülər. 
Heyvan  özünü  dağdakı  dəliklərdən birisinə  vurub  o  biri  tərəfə  keçdi. 
Bu dəlik hasar içində qalmış türkləri maraqlandırdı. Tədqiqə başladılar. 
Dağları yıxmaqdan aciz olduqlarmı  gördülər.  Tamam məyus  olduqları 
bir sırada idi ki, aralarmdan bir dəmirçi  tapılıb dağın qurd keçdigi ye- 
rinin “filiz”  (metal)dan olduğunu anladı.  Haman odun və  ot-uvvar yı- 
ğıb  odladılar,  dağı  əritdilər.  Açıq  dünyaya keçdilər.  Əsarətdən  qurtul- 
dular.  Bu “qurtuluş” əsatircə m artın 9-da vaqe olmuşdu.  Şayani-etina- 
dır ki, nicat və azad olmaq mənasma gələn türkcə qurtulmaq və qurtu- 
luş  sözləri haman qurd və olmaq sözlərindən tərkib ediyor.  Qurtulmaq
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin