Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   2   3   4   5   6   7   8   9   ...   37

56
I
larımızla  dostluq  etməkdən,  qomşuca  yola  getməkdən  naümid  degi- 
liz.  Yetər ki,  onlar dostluğu birbaşlı  degil,  ikibaşlı  görsünlər.  Yetər ki, 
kəndi  gürcü hissiyyatlarına  qarşı  ehtiram  toləb  edorkən bizim  də  türk 
və müsəlman hissiyyatımıza ehtiramkar olsunlar.  Bu nöqteyi-nəzərdən 
“Z.Reç” qəzetəsinin məsələyi doğru anlayışı  şayani-təqdirdir.
Fəqət  nə  edərsək  ki,  “Saxalxo  purtseli”nin  cəngculuğu  “Z.Reç” 
qəzetəsinin etidalma uymaq istomiyor.
Gürcü cəmiyyəti-xeyriyyəsi Acarada məktəb və m əarif təmimindən 
əl  götürməməli  və  bu  xüsusda  kimsəyə  güzəşt  də  etməməlidir,  deyə 
haman  əskisi  kibi  Qafqasiya  türklərindən  də  tələb  ediyor  ki,  Acara- 
da məktəb  açmaq niyyətindən daşınsınlar, yoxsa mübarizəyə hazır ol- 
sunlar.
Müdhiş bir surətdə “mübarizə”yə hazırlaşmaqda olan gürcü qəzetəsi 
eyni zamanda da bizə isnad verdigi təhrik (provokasiya) işində ustadlıq 
göstərərok “acaralılar bakılılardan da yaxşı müsəlmandırlar və o qədər 
də zəif degildirlər ki, başqaları onların hissiyyati-diniyyələrini müdafiə 
eləsin” deyə bizimlə Acara arasına bir “songi-iftiraq” atmaq istiyor...
İştə,  qulağmm  dibində  bu  kibi  yüngül,  eyni  zamanda  da  müzürr 
vasitələrlə  oynayan  arkadaşım  buraxıb  da  “Z.Reç”  qəzetəsi  nahəq 
yerə  “millətləri  ayırmaq”  töhmətini  bizə  vuruyor.  Biz  heç  bir  za- 
man  bu  mərəzlə  xəstələnmədik.  Bütün  millətlərlə  dost  keçinmək 
məqsədimizdir.  Gürcülərlə  -   bunu  əskidən  də  söyləmişik  -   bilxassə 
dost  keçinə  biləriz.  Fəqət  dost  olmaq  başqa,  aşiq  olmaq  da  başqadır. 
Siyasətdə dostluq var,  fəqət məşuqun hər bir itab və cəfasma qatdaşan 
məcnunanə eşqə yer bulunamaz.
“Saxalxo”  keyfi  istərsə  Don  Kixotvari  meydana  atılsın,  biz  isək 
bu  yüngüllüklərə  qarşı  mətanətimizi  pozmaz,  söz  yerində  sözümüzü 
söylər,  iş  zamanında işimizi  işləriz.
“Türk politikaçılığından” qorxan gürcü dostlarımız burasını nəzəri- 
etinayə almalıdırlar ki, bu günə qədər Qafqasiya müsəlmanları Acarada 
bir  danə  də  olsa məktəb  açmamışlardır.  Ilalbuki  gürcü  şkolları  yalmz 
Acarada degil, Ərdahana, Axalkələkə, Axalsixo qədər belə yayılmışdır.
“Z.Reç” ixtilafı rəf etmək üçün gürcü cəmiyyəti-xeyriyyəsindən is- 
tiyor  ki,  müharibə  qurtaranadək  gürcü  müsəlmanları  arasında  m əarif 
nəşrini  təxir  etdirsin  və  yaxud  müsəlman  cəmiyyəti-xeyriyyəsi  ilə  bu
57

xüsusda  bir  etilafa  galsin.  Biz  türktar  gürcü  müsolmanları  arasında 
gürcülorin məktəb açmaları  əleyhində degiliz.  Buna görə daimi olsun, 
müvəqqəti  olsun,  moktəblərini  qapasınlar təklifində dəxi bulunmayız. 
Yalnız burasım  söyləriz ki,  müsəlman  qardaşlarımız müraciət edib də 
bizdən  məktəb  istərlərso  onların  bu  arzularını  da  rədd  edə  bilməyiz. 
Məsələnin bu  şəkildə  həlli  bizi  də,  gürcüləri  də,  mövzui-ixtilaf təşkil 
edən  gürcü  müsəlmanlarının  hissiyyati-diniyyə  və  milliyyələrini  də 
razı sala bilər. Yarınkı sayımızda nəşr olunacaq bir məqaləsində gürcü- 
ligini dərk etmiş bir müsəlman sifətilə möhtərəm Məhəmməd bəy Aba- 
şidze  türkcənin  Acara  üçün  lisani-dini  hökmündə  olduğunu  söylüyor 
və “acarahlar türkcə oxurlarsa türkləşirlər” mülahizəsindən bütün aca- 
ralılar naminə inciniyor.
Madam  ki,  ən  şiddətli  gürcüləşmək tərəfdarı  olan bir gürcü müsəl- 
manı  belə  türkcə  oxumayı  mətlub  görüyor,  əcəba,  müsəlmanlarm  bu 
xüsusda  “çıxışfan”  nədən  ədavət  nəzərilə  görülsün;  Orta  Batumda 
məktəb açmaq fikri nədən başqa dürlü tələqqi  olunsun?...
“Saxalxo purtseli”nin mübahisə xatiri üçün müraciət elədigi nəzəri 
məsələlərin  mütaliəsini  başqa  bir  məqaləyə  buraxaraq  əsl  məsələdəki 
nöqteyi-nəzərimizi təlxis edəlim:
Gürcücə danışmaqda bərdəvam olan müsəlmanlar gürcüdürlər. Gür- 
cülərin  onlara qovuşmaq  istəmələri  təbiidir.  Buna biz mane olamayız. 
Gürcücə  ilə bərabər türkcədə  danışan  gürcü müsəlmanları  ilə  aramız- 
da camei-diniyyə vardır.  Bu cameə ilə biz ikimiz də beynəlmilliyyəti- 
islamiyyəyə daxiliz. Buna görə də onlarla rabiteyi-mənəviyyəmizi idarə 
edəcək və bizdən müsəlman məktəbləri  istərlərsə mümkün  elədigimiz 
qədər istəklərinə əməl edəcəgiz.
Xristian  gürcülərin  müsəlman  gürcülər  arasmda  gürcü  dili  nəşr 
etmələrini  təbii  görməklə  bərabər  gürcüliklə  tarixi  bir  xatirədən  baş- 
qa heç bir növlə  əlaqələri  qalmayan yerlərdə yaşayan türklər arasında- 
kı  gürcüləşdirmək  politikasına  da  xoş  nəzərlə  baxmayıb  bu  xüsusda 
kəndilərinə əngəl olacağız.
Gürcü  millətçilərinin  gürcü  müsəlmanlarm  dininə  ehtiramkar  ol- 
duqları  həqqində  elədikləri  bəyanlarına  etimad  eləməklə  bərabər bəzi 
müfrit  gürcü  cərəyanları  tərəfindən  bu  bəyanat  xaricində  vaqe  ola 
biləcək təzahüratə qarşı da laqeyd qalamıyacağız.
58
Bu  əsaslar  daxilində  gürcü  qomşularımızla  uyuşa  biləriz.  Qomşu- 
larımızm  bu  nöqtələrə  ehtiramları  varsa,  anlaşalım.  Yox  “Saxalxo” 
vəhmiyyətində qalıb da bizi “Gürcüstandan qovmaq” istərlərsə,  o baş- 
qa məsələ...
M.Ə.Rəsulzadə 
“Açıq  söz”, 29 yanvar  1917, JV®389
Mövhum -  xəyali
Vəhmiyyət -  mövhumat
Təftin -  fitnə salma, araqarışdırma
Ovdət -  qayıtma, geri dönmə
Vəqə -  hadisə, əhvalat
Təlxis -  xülasə etmə
İtab -  məzəmmət etmə, danlama
Məczub -  ruhi xəstə
Səng -  daş
59

Gürcü-türk etilafı
“Müsadiməyi-afkardan bariqoyı-həqiqət parlar” hikməti bu dəfə də 
təcrübədən çıxdı. Neçə gündən bəri gürcülərlə Qafqasiya müsəlmanları 
arasmda  çıxıb  da  mətbuat  vasitəsilə  davam  edən  mübahiso  dün- 
ki  nüsxəmizdə  yazıldığı  vəchlə  Tiflisdə  müsəlmanlarla  gürcülərdən 
mürəkkəb bir məclisdə həll edilmişdir. Bu məclisin aldığı qərar, o qərarı 
nəşr elədigimiz gündən iki gün əvvol “Saxalxo”ya cavabən yazdığımız 
məqalənin axırında tolxis elədigimiz əsaslara müvafiq bir surətdə alın- 
mışdır.
Biz  diyorduq  və  imdi  degil,  çoxdan bəri  diyorduq ki,  gürcü  dili  ilə 
bərabər türkcədə danışan və türk həyat və adatmı tamamilə qəbul edən 
acaralılar  arasında  gürcü  məktəbləri  açılmasma  mane  degiliz.  Foqot 
buralarda  acaralı  dindaşlarımız  istorlərsə,  türkcə  də  məktəb  açacağız. 
Gürcüstan ilə tarixi bir xatirədən başqa heç bir növlə əlaqəsi qalmayan 
yerlərdə  gürcü  məktəbi  tosisinə  əngəl  olacağız.  Müvafiqət  elədigimiz 
yerlordə açılacaq gürcü məktəblorində də xüsusati-diniyyənin təminini 
istəyəcəgiz.
Tiflisdəki etilaf moclisi də qərar vermiş ki:
1) Türkcə və gürcücə ilə damşan Acarada hor iki tərəf yerli ohalinin 
arzu vo xahişilə məktəb aça bilor.
2)  Gürcülük  ilə  heç  bir  əlaqəsi  qalmayan yerlərdə  gürcülor məktəb 
açmamahdırlar.
3)  Türkcə  bilməyon  gürcü  müsəlmanları  arasmda  məktob  açmaq 
səlahiyyoti gürcülərə aid olub,  foqət bu məktoblordo din dorsləri türkcə 
oxutdurulmaq üzro tomin olunmalıdır.
Bu  surotlə  görülüyor  ki,  mosolə  tam  “Açıq  söz”ün  istədigi  şəkildə 
həll olunmuşdur.
Əcəba, məsələnin bu surəti-holli bütün gürcü məhafil və mətbuatın- 
dan  ötrü  yol  göstorici  bir  qətnamə  şəklini  alacaqmı?  “Z.Reç”  noşriy- 
yatma baxılırsa alacaq; “ Saxalxo” nozəro gətirilirsə -  yox.  Bu iki corə- 
yandan  hankısx  daha  ziyadə  qüvvətli  çxxacaq?  Bunü  olbottə  ki,  bu 
günlərdə  çxxacaq  gürcü  mətbuatx  göstərər.  Fəqət  biz  ümid  ediyoruz
60
ki,  gürcü  vətəndaşlarımızın müfritləri  dəxi  bu məqul  qərara tabe  olub 
dostluğa şayistə olmayan nəşriyyatlarmdan saxlamlsmlar.
Müsəlman məhfillərində isə bu qərardan naməmnun qalan və buna 
tabe  olmaq  istoməyən  bir  fərd  təsəvvür  olunmaz.  Çünki  Qafqasi- 
ya  müsəlmanlarının  bu  məsələdə  ifrata  getmiş  deyə  təsəvvür  olunan 
cərəyamnın  belə  istədigi  Tiflis  komisyonunun  istədigindən  artıq  de- 
gil idi.
Ümidvarız ki, “gürcülərlə barışmaq üçün münasibati-beynəlmiləliy- 
yədo  islamiyyət  camesindən  əl  götürməmizi”  bilaşərt  vo  qeyd  tələb 
edon  “Saxalxo”çular  dəxi  bu  müştərək  qorara  tabe  olub  “çəkişdikdən 
sonra bərkişmokdə  olan”  gürcü-müsəlman  dostluğunun  ahəngini poz- 
mazlar.
Tiflis  etilaf  komisyonunun  bu  müvafiq  və  məqul  qərarını  səmi- 
miyyətlo tobrik etdikdə bir cəhəti nəzər diqqət və etinadan uzaq tutma- 
mayı dəxi tövsiyə etmək istiyoruz.
Gorək  gürcülor,  gərəksə  türklər  bilməlidirlər  ki,  iki  dostanə  bir 
vəziyyətdə  bulunan  qomşu  millət arasmda  böylo asan  bir  surətdə  həll 
oluna  bilocək  bir  məsələ  ikən,  “Acara  məsoləsi”  bu  qədər  “qilü-qalə” 
səbəb  oldusa,  ancaq gürcülorlə müsəlmanların elani-məhəbbət edib də 
sonra  hər kəs  öz  yuvasma  çəkilib  görüşmədən,  anlaşmadan,  dərdləş- 
mədən  işləməlori  ayrı-ayrı  işləməlori  sayəsində  olmuşdur.  Bir  şey  ol- 
muş.  Buna  şübhəli  gəlmiş,  başqa bir hərəkot  o biri  tərofin  sui-zənnini 
cəlb  elomiş;  vəqtində  bu  şübhələri,  bu zənləri  görüşərək  izah  edib  an- 
laşmaq  yolu  ilə  holl  etməkdən  isə,  toplamış  dəftəri-xatiratımıza  qeyd 
eləmiş,  nohayət  Qafqasiyaya  məxsus  bir  hərarətlə  partlamışxz.  Fəqət 
“xeyirsiz şər olmaz”.  Bu dəfəki “şər”dən də bir “xcyir” hasil olmuşdur: 
Tiflis komisyonunun qərari-məlumu.
Bu qərar hər iki torəfdən səmimiyyətlə tətbiq edilir və bu tətbiqatın 
no  yolda  getdigi  hoqqində  ara-sıra  dostanə  bir  surətdə  mübadiləyi- 
əfkar  olunur  və  dostlar tez-tez  görüşürlərso  əminiz  ki,  bu  hal  hər  iki 
millət beynində paydar olması mətlub olan dostluğu könül istədigi kibi 
təmin edər.
Dövlətin  mühüm  zamanlar  keçirdigi  və  Dövlət  Duması  intixabla- 
rının  təcəddüdi-mülahizəsi  ilə  Qafqasiya  üçün  fövqəladə  böyük  işlər 
görmək  dəqiqələrinin  gəldigi  böylə  mühüm  bir  zamanda  Qafqasi-
61

ya  millətlərinə  öz  aralarmda  “çənələşib”  durmaq  və  “cüzi  məsələlər” 
üstündə  “didişməgə”  dəgməz.  Bu  nöqteyi-nəzərdən  dəxi  iki  dost  mil- 
lətin təcəddüdi-əhd və məvəddət etməsi şayani-əhəmiyyətdir.
M.Ə.Rəsulzadə_“Açıq_söz”,_1_fevral_1917,_JVs392'>M.Ə.Rəsulzadə 
“Açıq söz”,  1  fevral 1917, JVs392
Müfrit -  ifrat dərəcəsində olan 
Şayistə -  layiq
Məqul -  ağlagələn, ağlm qəbul etdiyi 
Məvəddət -  sevmə,  sevgi, məhəbbət
62
Bir etiraf münasibətilə
“Sofa”  cəmiyyəti  iclasi-ümumisində  idarə  məclisə  qarşı  söylədigi 
məruzəsi  ilə  beş  ildən  bəri  davam  etdirdigi  rus-müsəlman  məktəbi 
tipindəki “Səfa” məktəbinə sərf elədigi 30 min manatın “səmərəsiz” ol- 
duğunu etirafla iclasdan xahiş  ediyordu ki, bu məktəbi  şəhər idarəsinə 
təsliminə  icazə  versin və  öz tərəfindən  idarə heyətini  milli  bir məktəb 
açmağa vadar eləsin.
Rus-müsəlman məktəbinə sərf olunan pul, əcəba, neçün “səmərəsiz” 
sərf olunsun? -  deyə əksər oxucularm zehninə bir sual gələ bilər və buna 
görə də “Səfa” idarəsinin  “səmərəsiz” işlədigi həqqindəki  etirafi bəlkə 
də anlaşılmaz.  Böylə anlaşılmazlığa meydan qalmasın üçün məsələnin 
nədən ibarət olduğunu bir az açarsaq, faidəsiz olmaz -  zənnindəyiz.
Rus-müsəlman  məktəbləri  və  bu  tipdə  olan  hökumət  şkolaları- 
nm  xəlqimizə  faidəsi  yoxdur  -   denilmiyor.  Bunlann  məlum  bir  ölçü 
daxilində  türkcə  ilə  ruscadan  ibtidai  məlumat  verib,  zəminində  he- 
sab  ilə  sair  fünundan  dəxi  ibtidai  dərəcədə  biigi  vermələri  aşkardır. 
Cəhalətin  qalın  pərdəsi  ilə  örtülmüş  və  məarifin  hər  növ  ziyasmdan 
daldalandırılmış xəlqimiz üçün bu qədərlik işıq dəxi qənimətdir.  Fəqət 
bununla  bərabər  bilməliyiz  ki,  bizi  özünü  birər  bir  millət  halına  qo- 
yacaq  və  bütün  mədəni  və  milli  məziyyətlərini  özünə  qandıracaq  bir 
məktəb  hər  halda  rus-müsəlman  məktəbi  olmayıb  milli  türk  məktəbi 
olacaqdır.
Böylə  bir məktəb  təsisinə müsaidə yox  ikən  imdiki halları  ilə möv- 
cud  olan  “ruski-tatarski”lər bir “qənimət”  degil,  bəlkə  də bir  “nemət” 
hesab  oluna bilərlərdi.  Fəqət  istədigimiz  kibi  milli  məktəb  açmaq im- 
kanı var ikən, pulumuzu yenə sabiqki qərar üzrə başqa növ məktəblərə 
sərf etmək əql və tədbir işi degildir.
Həyati-milliyyəyi təmin edən vasitələrdən bixəbər olan mühitimizdə 
ehtimal  ki,  “əcəba,  milli  məktəblər  açmağa  müsaidə  varmı?”  -   deyə 
heyrətli  suallar verənlər də tapılır. Necə ki,  böylə suallar “Səfa” iclasi- 
ümumisində dəxi eşidilirdi.
63

Bu  xüsusda  “Açıq  söz”də  dəfələrb  yazılmış,  bu  dofo  doxi  tokrar 
etmoyi  faidoli  buluruz  ki:  istədigimiz  proqramda  vo  istədigimiz  dildo 
milli  moktob  açmağa  müsaido  vardır.  1914-cü  ildə  xüsusi  məktobbr 
həqqindo noşr olunan qanun mövcibinco ibtidaidon tutub aliyo, hotta da- 
rülfünun açmağa qədər ixtiyarımız vardır. İmdi biliriz ki, öz dilimizdə, 
öz ruhumuzda,  öz idarəmizdo ibtidaibr do,  cdadilər də,  darülfünunlar 
da,  darülm üəlliminbr vo  sair xüsusi  ixtisas  m əktəbbri də  açaq.  Bunu 
yalnız cəmiyyətlər degil, xüsusi şoxslər do aça bilərlər.
Bu m əsəbnin bir cəhoti, digər cəhəti do o ki, təlimi-ümumi qanunu- 
nun iqtizasına görə hanki bir məhəllə və ya kond ohli yığılıb ərizə versə 
və özünə ibtidai məktəb istəsə,  şəhər idarolərinin (şəhərdə), zemstvola- 
rın  (içəri  Rusiya kəndlərində)  direksiyalarm  (Qafqasiya vilayətbrində) 
borcudur  ki,  haman  məhəllo  və  ya  kondbrdə  ibtidai  moktəb  açsın- 
lar.  Müsəlmanlar  üçün  açılan  ibtidai  şkolalar  da  biüəbii  ruski-tatars- 
ki biçimində olacaq.
Madam  kı,  bu əsaslar  böybdır.  Madam ki,  cəmaət istorsə  ruski-ta- 
tarski  məktəbini  hər zaman  ala bilor  və  bu  xiisusda ümumi  mənbeyi- 
məarifdən  sirab  ola  bilər.  O  halda  cəmaotin  pulunu  yığıb  da  şəhər 
idarələri  və  ya  dövlət  xəzinəsinə  müavinət  etməkdə  heç  bir  məqsəd 
yoxdur.  Biləks,  dövlət və  şəhər  xəzinəsindən  müsəlmanların  hissəsinə 
düşən  məbləğ  tamamilə  istifadə  olunmayıb  başqa  yerlərə  sərf  olu- 
nuyor.  M əarif  cəmiyyətləri  bu  xüsusda  pul  degil,  bir  az  mürəkkəb 
ilə  kağıza,  bir  az  da  əmək  sərf eləməli,  mümkün  ebdiklori  yerlərdə 
cəmaət  ərzi-halları  hazırlandırmah,  direksiya  və  şəhər  məktəb  şöbə- 
sinə verdirməlidirbr.  Bu vasitə ilə onlar həm  teatro  qoymaq,  ianə yığ- 
maq  və  sair vasitələrlə  topladıqları  paraları  sərflə  imdi  əldə  elədikləri 
məqsədlərinə  çox  asanhqla  ermiş  olur,  həm  də  millətin  kisəsindən  çı- 
xardıqları  pulları  daha  faidəli  və  daha  milli  müossisələrə  sərf etmək 
üçün təsərrüf edərlər.
Bu qədər aydın bir mətləbi nədən isə bu vəqtədək bizim cəmiyyətlər 
dərk edə bilməmişbrdir. “Səfa” cəmiyyəti beş illik əmək və 30 min ma- 
nat para  sərf etdikdən  sonra  təcrübə  ilə  bu  fikrə  gəlib  “etirafi-qüsur” 
ediyorsa da, “N əşri-m əarif ’ kibi bir cəmiyyətimiz hala o “siyasəti” da- 
vam etdirib gediyor. Doğrudur, Nəşri-məarif cəmiyyəti büdcəsinin kül- 
li  məsrəfini  direksiya  vasitəsilə  xəzinədən  alıyor.  Fəqət bunu  almaqla
64
vəzarət proqrammı tətbiqə də məcbur olub milli məktəb idealmdan hər 
halda uzaq qalıyor.
Arzu olunurdu ki,  “Səfa” idarəsi  kibi  sair cəmiyyətlərimiz  dəxi bu 
xüsusda təfəkkür edərək məktəblər təsisində “milli məktəb siyasəti”nə 
riayət edə idilər.
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 7 fevral 1917, JVs397
65

Müsəlman idareyi-ruhaniyyələri
Rusiyada yaşayan  müsəlmanlar:  Volqa  Boyundakı  tatärlar,  krımlı- 
lar, qafqasiyalılarla türküstanhlar hamısı bir din ilə mütədəyyin olduq- 
ları kibi  bir böyük  suyun  ayrı-ayrı  bulaqları,  bir böyük kötügün  dürlü 
şaxələridir.  Hənbəli,  şafii,  hənəfi,  maliki,  şiə  kibi  müxtəlif məzhəblər 
haman bir dinin -  fərə aid cüzi təfavütlərlə -  şöbələri olduğu kibi tatar, 
azərbaycanlı,  özbək,  qırğız  və  türküstanlılar  da  böyük  türk  ailəsinin 
doğma  uşaqlarıdır.  Biz,  Rusiyada  yaşayan  müsəlmanlar  eyrti  zaman- 
da da türküz, biz, Rusiya türkləri eyni zamanda da müsəlmanız. Hər nə 
qədər sayımızda 20 milyon ilə 30 milyon arasmda gəzən böyük bir ix- 
tilaf varsa,  hamımızın  bir  din  və  bir  cinsə  mənsub  olduğumuzda  əsla 
şübhə yoxdur.
Böylə  iki  böyük  mənəvi  rabitə  ilə  bir-birinə  bağlı  olan  Rusi- 
ya  müsəlmanları  arasında  az-çox  bir  təfavüt  görünürsə,  bu  cinsiyyət 
və  ya  din  təsiri  ilə  degil,  iqlim  və  şəraiti-siyasiyyədən  iləri  gəlmiş 
xüsusiyyətlərdir  ki,  hər  halda  əsli  degil,  ərzidir.  Bu  ərzi  (xaricdən 
ariz  olan)  təsirlər  sayəsində  digər  “bir  kütlə”  (kütleyi-vahid)  olan 
“cameə”lərdə görüldügü kibi türk-tatar “camcə”si də vəqtilə təəssürati- 
fariqəyə tutularaq ayrılıb dağılmışdır.
Bütün  bəşər  “cameə”ləri  idraklarınm  tərəqqisi  nisbətində  ayrıl- 
dıqdan  sonra  (buradan  senzura  bir  neçə  cümloni  çıxarmış,  yeri  ağ- 
dır. -  Ş.H.) çalışıb çapalamaqdadır.  Bu məqsədlo Rusiya müsəlmanları 
mütəəddid  ictimailərində,  müxtəlif  vəqtlərdə  hökumətə  verdikləri 
ərizələrində  hal-hazırda  mövcud  olub  da  Rusiya  müsəlmanlarmm  ru- 
hani  işlərini tənzim edən qərardadların dəgişməsini tələb  eləmişlərdir. 
Çünki  bu  qərardadlar  nə  ruhi-şəriətlə  müvafiq  olub,  nə  də  millətin 
mənəvi  ehtiyacları  ilə  münasibdir.  Qərardadların  cüziyyatından  bu 
dəfəlik sərfı-nəzər eləsək belə, bir dəfə bir “kütleyi-vahidə” təşkil edən 
müsəlmanların  müxtəlif qərardadi-ruhaniyyələr  vasitəsilə  idarə  olun- 
maları üstündə dayanmaq məcburiyyətindəyiz.
Dinləri, cinsləri bir Rusiya müsəlmanlarmm üç növ idareyi-ruhaniy- 
yələri vardır. Bu idarələr biri-birindən həm hüquq və səlahiyyət, həm də
66
təşkilatca fərqlidirlər. Müxtəlif zamanlarda müxtəlif siyasi amillər təsiri 
altında yazılan qərardadlarla vücuda gətirilən idareyi-ruhaniyyələr ara- 
smda  ən  geniş  hüquq  və  səlahiyyətə  malik  olanı  Zaqafqasiya  müsəl- 
man  idareyi-ruhaniyyəsi  olub,  ən dar bir ramka və  qısıq bir hüquq və 
səlahiyyət  içərisinə  qoyulanı  da  “Orenburğ  duxovnı  sobraniyası”dır. 
Krım  idareyi-ruhaniyyəsi  isə  bunların  ikisi  arasmda  bir  növ  bərzəx 
təşkil etməkdədir.
Daxiliyyə  vəziri  Protopopovun  müsəlman  idareyi-ruhaniyyələrini 
islah  qəsdilə  tərtib  elədigi  layihədə  -   qəzetələrdə  oxundüğuna  gö- 
rə  -   bütün  Rusiya  müsəlmanları  ümuri-ruhaniyyəsinin  hər  yanda bir 
qaidəyə  salınması  dəxi  varmış.  Protopopov  “qaideyi-külliyyə”sinin 
nədən  ibarət  olduğunu bilməyincə bittəbii  bu,  zahirən  müsəlmanlarm 
istədiklərinə  bənzəyən  təşəbbüsün  həqiqi  qiymətini  kəsdirmək  müş- 
küldür.  Müsəlman  idareyi-ruhaniyyələrini  idarə  və  səlahiyyətcə  han- 
ki  bir möqəvvəmi-müştərək (o6m. 
3naM eH.) 
dairəsinə  gətirməyi yaxşı- 
ca bilmək üçün  hal-hazırda mövcud üç  müxtəlif idarənin nə  halda ol- 
duqlarmı mütaliə etmək gərək.
Bu xüsusda yarın.
M.Ə.Rəsulzadə 
“Açıq söz”,  13 fevral 1917, JV»402
Mütəəddid -  müxtəlif,  çoxlu 
Bərzəx -  rabitə, əlaqə vasitəsi 
Möqəvvəm -  qiymətləndirmə
67

İslam dini və ana dili
Keçəndə Petroqrad ali məktəblərində oxuyan şimallı türk tələbələri 
tərəfindən  “Şura”  mühərriri-möhtərəmi  Rzaələddin  Fəxrəddin  Əfəndi 
həzrətlərinə  dualarla  namazların  ana  dilindo  ifasına  icazə  olub-olma- 
dığı  həqqində  bir  sualnamə  göndərdikləri  xəbər  verilmişdi.  Son  pos- 
ta ilə alınan şimallı arkadaşlarımızm bu məktubunu eynilə Rzaələddin 
Fəxrəddin  Əfəndi  həzrətlərinin  bu  məktubu  həqqindəki  mütaliələrini 
nəşr eləmişlərdir.  Milliyyət əsri və intibahi-milli  dövrü keçirməkdə ol- 
duğumuz böylə bir zamanda böylə əsaslı bir məsələnin mütaliəsindəki 
əhəmiyyətə  nəzərən  məzkur  məktub  ilə  Əfəndi  mumi-ileyhin  fikri- 
məxsusilərini “Açıq söz”ə nəql ediyoruz. Petroqradda oxuyan tələbələrin 
məktubu budur:
“Möhtərəm mühərrir Əfəndi!  “Şura” səhifələrində aşağıdakı sualia- 
rımıza yer vermənizi rica ediyoruz:
1)  Quran  ilə  hədisə  görə  və  islam  alimlərinin  nəzərincə  ibadət  na- 
mazlar (gündəlik namazlar, bayram, cümə,  təravih namazları və nafilə 
namazları),  müxtəlif dua  və  istiğfarlar,  bayram  və  nikah  xütbələri  və 
qeyriləri mütləq ərəb dilində  oxunmaq müvafiqmi,  aya şəriət bunlarm 
başqa dillərdə icrasma qarşı gəlmiyormu, rüsxət vermiyormu? Xülasəsi 
bu  ki,  islam  rəsmi  dil  olaraq  ərəbcənimi  qobul  ediyor,  yainki,  islam 
nəzərində dillərin hamısı bir dərəcədəmidir?
2) İslam dinini qəbul edən millətlərdə bu vəqtə qədər din  ibadət dili 
olmaq üzrə ərəb dilindən başqa bir dilin qəbul edildigi varmı?
Bu  məsələləri  dini  alimlərimizin  müzakirələrinə  ərz  ediyor  və 
Rzaələddin  həzrətin  özünün  də  bu  xüsusda  fikirlərini  bəyan  etməsini 
rica ediyoruz.
Bu  məsələlərin  açılmasım  biz  aşağıdakı  nöqteyi-nəzərlərdən  əhə- 
miyyətli görüyoruz:
1) 
Diləkləri  öz  dilincə  diləmək;  istədiklərini  öz  dilincə  istəmək; 
qulluq  göstərildikdə  öz  dilincə  danışıb  nə  söyləndiyini  bilərək  qulluq 
göstərmək,  ağzmdan çıxan  sözlərin nə mənada  sözlər olduğunun  özü- 
nü də bilmək bizcə daha məqul görünüyor.
68
2)  Əgər də din  olaraq milli  dili  qəbul  olunsa Quran  ilə  əhadisin və 
dürlü  dualarm  mənalarmı  anlamaqla  bərabər  xəlqdə  islamm  ruhunu, 
fikrini anlamaq daha da iİərilər və hər yerdə Quran bir Quran ibadətdə 
oxunan surələr, bir surələr, dua və xütbələrin də bir dua və xütbə olma- 
sı ilə bu gün islam aləmində olan zahiri birlik, o zaman ruhi və mənəvi 
bir birliyə mübəddəl olar.
İmdiki  halda bütün dünyada milliyyət və  qövmiyyət  fikri üstə  çıx- 
mışdır.  Bu  surətlə  biz  tatarlarda  da  milliyyət  hissi,  tatarlıq  və  yainki 
türk-tatarlıq duyğusu oyamb, yol alıb geniş bir meydan tutaraq gediyor. 
Bugünkü gündə bütün nəsli-cədid (cavanlarımız) bu fikirlə tərbiyələnib 
gediyor.
3)  Dilimizə,  millətimizə  ögey  nəzər  ilə  baxmayıb  tamam  hü- 
quq  versə,  o  zaman  islamı  milli  din -  deyə  qəbul  edə biləriz.  Yoxsa o 
millətin  ayrı  fərdlərinin  dini  olur və milli  məsələlərimizi biz  islam ilə 
bağlamamağa məcbur oluruz.
4)  Məktəblərimizdə  ana  dili  xaricə  qovulub  oxu  oxutmaq üçün rus 
dili təxsis olunmuş,  sudlarda, məhəlli  idarələrdə tatar dili tamam həqli 
bir dil kibi qəbul olunmuyor, milli nöqteyi-nəzərdən baxanda bizim di- 
limiz üçün az olsa da, Allah  ilə  olan münasibətimizi öz dilimizdə  icra 
etmək mümkün olmaz vo yainki tatar dili buna layiq degil, -  deyilərsə 
bu, dilimizlə millətimizə bir təhqiri-mütəzəmmin olur.
5)  Din  və  ibadət  dili  olaraq  milli  dil  qəbul  olunsa  ibtidai 
məktəblərimizdə ərəb dili oxutmağa ehtiyac qalmaz idi. Bu onlar üçün 
məlumdur ki, böyük bir yüngüllük təşkil edərdi və balaların maddi və 
mənəvi  gələcəkləri üçün  daha əhəmiyyətli  şeylər oxutmağa vəqt qalar 
idi.  (Məlum  ki,  bu  sözlər  ibtidai  məktəblərimiz  həqqindədir.  Orta  və 
yuxarı  dini  mədrəsələrimizdə  ərəb  dili  haman  sabiqki  qərar üzrə  qal- 
malıdır).
Bu  nöqtələrdən  baxüdıqda  əgər  islam  bu  məsələdə  qəti  bir  mə- 
maniətdə  bulunmazsa,  bu  fikrin  açıq  surətdə  meydana  qoyulmasım 
müvafiq görüyoruz.
Bu məsələni  imdiki  halda qaldırmamıza başqa səbəblər də var.  Ha- 
zırda  yazıçılanmızm  əksərində  və  cavanlarda  ədəbi  dilimizə  rusca 
sözlər  girməsinə  qarşı  mübarizə  ilə  bərabər  ərəb  dilindən  daxil  olan 
sözləri  də  çıxarmağa,  onlarm  yerinə  öz  sözlərimizi  tapıb  düzəltmək
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin