Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

Vidaci vena punksiyası

 zamanı venaların dolması üçün xəstə 

Trendelenburq vəziyyətində uzadılır. Baş arxaya və punksiyanın 

əks tərəfi nə  əyilir. Sağ  tərəfə üstünlük verilir, çünki sağ  ağciyər 

zirvəsi soldan aşağıda yerləşir, həm də sağ vidaci vena sağ qulaqcığa 

nisbətən düz düşür, döş axacağından uzaqda yerləşir. Üç punksiya 

yolundan: mərkəzi, ön və arxa yollarından biri istifadə edilərək və 

vidaci vena punksiya olunur. Mərkəzi yol hamısından yüngül hesab 

olunur.

Körpücükaltı venanın punksiyası.

 Körpücükaltı venanın 

punksiyası təhlükəsiz olduğu üçün dializ sahəsində təcrübəli həkim 

tərəfi ndən aparıla bilər. Xəstəyə Trendelenburq vəziyyəti verilir. 

Baş 45° əks tərəfə – yana döndərilir. Kürək arasına bükülmüş dəs-

mal qoyaraq çiyinlər arxaya çəkilir. Körpücüyün altına orta 1/3 ilə 

iç 1/3 arasında anestetik yeridilir (bu nöqtədən bayıra punksiya 

pnevmotoraks və arteriyanın zədələnməsi riski ilə qarşılaşır). İynə 

vidaci çuxur istiqamətində yeridilir və iynəyə birləşdirilmiş şpris ilə 

yüngül aspirasiya edilir. Vena punksiya edildikdən sonra kateterin 

yeridilmə etapları yuxarıda qeyd olunduğu kimi edilir. Əgər kateter 

qısa müddət, 3 həftəyə qoyulursa, onda dərialtı tunel yaratmağa eh-

tiyac olmur.


136

Dializ

Bud venasının punksiyası.

 Xəstə arxası üstə uzadılır, dizlər bir 

qədər bükülür, ayaq bir qədər kənara çəkilir və bayır tərəfə fırladılır. 

Qasıq nahiyəsi qırxılır, yuyulur, antiseptik məhlulla işlənilir və steril 

ağla örtülür. Bud venası 22 diametrli iynə ilə qasıq  bağından 2–3 

sm aşağıda punksiya edilir. Vena ətrafında infi ltrat yaradılır, sonra 

nazik iynə  çıxarılır və 16–18 diametrli iynə ilə punksiya edilir. 

Ancaq bələdçi – simin damar daxilində  sərbəst irəli-geri hərəkəti 

olduqda iynə çıxarılır, kateter salınır (kateterin uzunluğu 18 sm-dən 

az olmamalıdır).

Kateter, adətən, 2–4 gün saxlanılır, sonra çıxarılır. Manjetli 

kateteri çox saxlamaq olar. Kateter bud venasında olduğu bütün 

müddətdə xəstə yataq rejimində olmalıdır.

Fəsadlar.

 Ağırlaşmalar arasında arteriyanın punksiyası, pnevmo-

toraks, hemotoraks, hava emboliyası, divararalığına qanaxma, 

perikard tamponadası, döş  kələfi nin  zədələnməsi müşahidə oluna 

bilər (cədvəl 5.2). Bundan başqa, aritmiya, yuxarı boş venanın 

eroziyası kimi erkən ağırlaşmalar 5% halda müşahidə edilir.



Cədvəl 5.2

Mərkəzi venaların punksiyasının fəsadları

Erkən ağırlaşmalar

Gec ağırlaşmalar

Ətraf strukturların 

zədələnməsi

Arteriyanın punksiyası

Pnevmotoraks

Hemotoraks

Aritmiya

Hava emboliyası

Venanın, perikardın 

perforasiyası

Ürəyin  tamponadası

Tromboz


İnfeksiya

Damarın strikturası

Arteriovenoz əlaqə

Döş kələfi 

Traxeya

Qayıdan sinir



Kateter açıldıqda və cihaz ilə birləşdirildikdə  xəstə  və tibbi 

personal maska geyməli. Kateterin ucu heç vaxt açıq qalmamalıdır 

və yaxud dializarası dövrdə kateterə infuziya olunmamalıdır. Hər 


137

Fəsil 5. Dializ üçün damar yolu

dializdən sonra kateterin  sahəsi xlorheksidin pastası və ya povidon-

yodin məlhəmi, yaxud da başqa antiseptik gel ilə  işlənməli, steril 

sarğı qoyulmalıdır. Hər dializdən sonra kateterə 1000–5000 v/ml 

heparin doldurulur. Hər dializdən qabaq kateterdəki heparin sorulur, 

kateter 100 v/ml məhlul ilə yuyulur və dializə qoşulur. Kateter 

olan yerə çimdikdə su dəyməməlidir, amma ondan sonra sarğı 

dəyişdirilməlidir.



İnfeksiya.

 İnfeksiyalaşma kateterin itirilməsinə və hətta xəstənin 

ölümünə  səbəb ola bilir. İnfeksiyalaşma qapısı, adətən, punksiya 

dəliyi olur, bu zaman kateter üzərində  yığılmış mikroblar bədənə 

daxil olur, yaxud infuziya olunan məhlullardan yoluxma baş verir. 

Bəzi halda ümumi bakteremiya nəticəsində kateterətrafı sahədə də 

iltihab baş verir. Qrammüsbət  fl ora  ən müntəzəm səbəb kimi rast 

gəlir (adətən, stafi lakokk).



Profi laktika.

 Kateter ilə əlaqədar  iltihabi proseslərin olmaması 

üçün bütün aseptika və antiseptika qaydasına  əməl olunmalıdır. 

Manjetsiz kateterlərin infeksiyalaşması 2 həftə  ərzində 8%, bir ay 

ərzində 25% müşahidə olunur. Kateter ilə  əlaqədar sepsis 2–20% 

halda təsadüf edilir. Manjet ilə olan kateterin saxlanma müddəti 

məhdudlaşdırılmır.

Əgər hiperemiya ya qartmaq əmələ  gəlmişsə, amma irinləmə 

yoxdursa, onda 2 həftə antibakterial müalicə aparılır.  İnfeksiyanın 

generalizasiyası baş verdikdə (leykositoz ya bədən temperaturası 

38°C-dən yuxarı), yaxud kateterin dərialtı tunelindən irin çıxırsa, ya 

da qanın əkilməsi müsbət nəticə verirsə kateter mütləq çıxarılmalıdır. 

Bəzi hallarda infeksiya mənbəyi bədənin başqa yerindən olur 

(pnevmoniya, sidik yolları infeksiyası, yara infeksiyası) və bu 

zaman infeksiya ocağı müalicə edilir, kateter saxlanılır, amma 

müşahidə davam etdirilir. Aparılmış kompleks anamnestik, fi zikal, 

R – müayinələr nəticəsində heç bir infeksiya ocağı tapılmırsa, amma 

infeksiya əlamətləri davam edirsə, onda kateter çıxarılır və bu zaman 

kateter başqa venadan götürülən qan, kateterdən götürülən qan və 

kateterin ucu xüsusi metodika ilə əkilir.



138

Dializ

Baktereoloji müayinənin nəticəsinə əsasən antibiotiklərlə müalicə 

2-3 həftə aparılır. Yeni kateter 48 saatdan sonra başqa venaya qoyulur.

Kateterin infeksiya ilə  əlaqədar fəsadları.

  İnfeksiyalaşmış 

kateter vaxtında çıxarılmadıqda çox ciddi ağırlaşmalar: endokardit, 

osteomielit, qalxan trombofl ebit,  onurğa beyni epidural absesi 

müşahidə oluna bilər. Kateterin disfunksiyası – tromboz, vəziyyətinin 

düzgün olmaması, kateterin ucunda trombun olması, damarın 

stenozu müşahidə oluna bilər.

5.2. Arteriovenoz şunt.

 

Skribnerin arteriovenoz şuntu 1960-cı 

ildə təklif olunmuş, hazırda əsasən kəskin hemodializ aparmaq lazım 

olduqda istifadə olunur. Arteriovenoz şunt saidin, yaxud baldırın 

aşağı 1/3 hissəsinə qoyulur.

 Saidin aşagı 1/3-inə  şuntun qoyulma texnikası: əməliyyat sahəsi 

işləndikdən, yerli anesteziyadan sonra a. radialis və v. sephalica 

pro yeksiyasında kəsik aparılır, damarlar ayrılır və tutacaqlara 

götürülür. Arteriya və venanın distal ucları bağlanılır. Damarların 

mənfəzi açılır və onların daxilinə silastik borularla birləşdirilmiş 

tefl on kanylalar yeridilir və  fi ksasiya olunur. Silastik boruların 

ucları kontrapperturadan xaricə  çıxarılaraq bir-biri ilə birləşdirilir 

və  sıxaclar açılaraq qan dövranı  bərpa  edilir.  Yara  qatlarla  tikilir      

(səkil 5.1).    

Səkil 5.1. Arteriovenoz şunt. A – saiddə; B – baldırda.

A

B


139

Fəsil 5. Dializ üçün damar yolu

5.3. Arteriovenoz fi stula 

Arteriovenoz (AV) fi stulanın formalaşdırılması üçün əməliyyata 

qədər xəstə anamnestik, fi zikal  müayinələrdən keçirilir, doppler 

venoz ultrasəs müayinəsi və ya venoqrafi ya,  arterioqrafi ya,  qan 

dövranı  həcminin doppler ölçülməsi apa rılır.  Əməliyyat aparılan 

ətrafa venadaxili infu ziyalar dayandırılır. AV fi stula dializdən 4–6 ay 

əvvəl formalaşdırılır.  Kre  ta ninin  səviyyəsi 4 mq/dl olduqda artıq AV 

fi stula yaradılır.

Qeyri-dominant  əl bu-

nun üçün optimal sayılır. 

Dərialtında arteriya ilə 

yaxın vena arasında anas-

tomoz yaradılır. Baş qa 

damar yolundan fərqli 

ola raq  ağırlaşmalar (in-

fek 


siya, stenoz, qanın 

“oğurlanması” sindromu 

və s.) az müşahidə edilir, 

qan rahat əldə olunur, 

xəstəlikləri az olur. Ça-

tış mazlıqlarından yetişmə 

vax tının uzun olması, bə-

zən qan dövranının az ol-

ma  sıdır. Bəzi xəstələrdə 

da marlar  zədələndiyi üçün 

(diabetik angiopatiya, 

ağır ateroskleroz), çox 

kök xəstələrdə, nazik, də-

rin venalar olduqda, ve-

naların çoxlu punk siyası 

nəticəsində  zədə lənməsi 

AV  fi stula  forma laşdırıla 

bilmir.


Şəkil 5.2. Yuxarı  ətrafda 5 yerdə arteriya ilə 

yaxındakı vena arasında anastomoz (arteriovenoz 

fi stula) yaradılır 

À à. ðàäèàëès - 

    â cåïùàëèúà

Á à. óënàðèñ - 

    â áàsûëûúà

Ú à. áðàchèàëèñ -

    â cåïùàëèúà

Ä à. áðàchèàëèñ -

    â cåïùàëèúà

Å à. áðàchèàëèñ -

       áàñèëècà 

À

D



B

E

C



140

Dializ

Klassik radiosefal anastomoz biləkdə  və dirsəkdə braxiosefal 

anastomoz yaradılır. Başqa hallarda “anatomik tabakerkada”, 

ulnarbaziylar anastomoz, yaxud dirsəkdə braxiobazilyar anastomoz 

da formalaşdırıla bilər. Qeyri-dominant əldə bütün imkanlar 

itirildikdən sonra dominant ələ keçilə bilər (şəkil 5.2).             

                                                                

AV  fi stulanın formalaşdırılması.

 Anastomoz arteriya ilə vena 

arasında yan-yana və ya vena arteriya ilə uc-yana tikilir (şəkil 5.3). 

Yerli anesteziya altında mil sümüyün bizəbənzər çıxıntısından           

1 sm proksimal, 4–5 sm uzunluğunda boylama dəri kəsiyi aparılır. 

Mil arteriyası 3 sm açılır və ayrılır. Sonra biləyin səthi arteriyaya 

yaxın venası mobilizə olunur. Damar sıxacları ilə damarlar sıxılır, 

yaxınlaşdırılır və anastomoz saxlamaq üçün fi ksasiya edilir. 5 mm 

uzunluqda arteriya və venatomiya olunur və yan-yana anastomoz 

yaradılır.

Şəkil 5.3. Arteriovenoz fi stulanın yaradılmasının mərhələləri


141

Fəsil 5. Dializ üçün damar yolu

Damar tikişi 6-8 №-li supramid ilə aparılır,  əvvəl arxa, sonra 

ön divar tikilir. Damar anastomozu düzgün yaradıldıqda sıxaclar 

açıldıqdan sonra vena gərginləşir, sonra pulsasiya edir. Anastomozun 

müxtəlif başqa variantları da ola bilər: uc-uca, uc venanın yanına, 

uc vena – yan arteriya tikilir. Dəri tikilir, aseptik sarğı (boş ol-

malı) qoyulur. Fistula üzərində xarakterik küy eşidilir. Fistulanı 

“yetişdirmək” üçün  əlin işlədilməsi, bəzən zəif qoyulmuş turna ilə, 

lazım gəlir və buna (venanın genişlənməsi və divarının qalınlaşması) 

1 aydan 6 aya qədər vaxt lazım olur. Xəstənin qan dövranını cihaza 

qoşmaq üçün arteriovenoz fi stula iki istiqamətdə iynə ilə punksiya 

edilir. “Yetişməmiş”  fi stulanı istifadə etmək məsləhət deyil, çünki 

bu, hematomaya və  hətta  fi stulanın itirilməsinə (tromblaşmasına) 

səbəb ola bilər. Fistulanın pis yetişməsinin əsas səbəbləri arteriya-

da qan dövranının zəifl iyi, anastomozun darlığı  və  fi stulanın  əsas 

venasından  əlavə venoz şaxələrin olması daha müntəzəm təsadüf 

olu nur. Ona görə də fi stula yaradıldıqdan sonra ilk günlər AT çox da 

aşağı salınmır və əməliyyat zamanı əlavə venoz şaxələr bağlanılır, 

heparin yeridilir.

5.4. Arteriovenoz protez 

AV  fi stulanın  yaradılması mümkün olmadığı halda arteriya ilə 

vena bir-biri ilə sintetik (politetrafl yuoretilen, boru ilə birləşdirilir. 

Bioloji heteroprotez (öküz venası) ilə müqayisədə sintetik protez 

yaxşı fəaliyyət göstərir.

Protez düz, əyri və ya həlqə formasında yerləşdirilir (şə-

kil 5.4). Əvvəl protez qeyri dominant qola qoyulur. Radio-kubi-

tal, braxio-aksillyar, kubito-kubital və s. variantlarda protezlərdən 

istifadə olunur. Cərrahi əməliyyat zalında yerli keyitmə ilə aparılır. 

Əməliyyatdan qabaq antibiotik (sefalosporin II nəsil) təyin olunur. 

Protezin arterial və venoz ucu müvafi q arteriya və venaya tikilir. 

Damar sıxacları buraxılır, qan dövranı bərpa olduqda pulsasiya hiss 

olunur. Aseptik sarğı qoyulur, qola yarım qaldırılmış vəziyyət verilir. 


142

Dializ

Fəaliyyət göstərən protez üzərində vibrasiya və xarakterik küy 

eşidilir. Bəzi xüsusi quruluşlu protezlər qoyulduqdan 5 gün sonra 

istifadə olunur.

 

Şəkil 5.4. Müxtəlif növ arteriovenoz protezlər. 



 U-şəkilli protez, B 



 düz protez



Punksiya.

  Ağrıya həssas olan xəstələrdə az hallarda dəriyə 

punksiyadan əvvəl anestetikli xüsusi krem çəkilir. İynənin diametri 

başlanğıc hallarda 16 götürülür, sonra isə qan dövranı  fi stulada 

yaxşılaşdıqdan sonra 15 götürülür. Arterial iynə ilə anastomozdan 

8 sm aralı və anastomoz istiqamətində fi stula punksiya edilir. Venoz 

iynə arterial iynədən 5 sm yuxarı (resirkulyasiyadan qaçmaq üçün) 

ürək istiqamətində punksiya edilir (şəkil 5.5).

à. áðàcèàëèñ

v. cephalica

v. áàsèëèca

à. ðàäèàëèñ

à. óëíàðèñ

àðòåðèéà

ïðîòåç


âåíà

A

B



143

Fəsil 5. Dializ üçün damar yolu

Şəkil. 5.5. Arteriovenoz fi stulanın cihaza qoşulması üçün damarların punksiyası 

zamanı iynələrin istiqamətləri

Arterial iynənin ucunda iynə kəsiyinin əks tərəfi ndə xüsusi dəlik 

pəncərə iynənin damar divarını sorub yapışmasına mane olur.

Punksiya 2 etapda: əvvəl dəridə, sonra damarda aparılır və bu, 

dializdən sonra dəliyin tez bağlanmasını təmin edir. Dəyişən yanaşma 

ilə punksiya etdikdə damarın bütün boyu növbə ilə istifadə olunur. 

Eyni yerdən çoxlu punksiyalar fi stulanın divarını nazikləşdirir, 

anevrizma yarana bilər. Bəzi halda fi stula həmişə müəyyən  yerdən 

punksiya olunur – “düymə həlqəsi” (button-hole) yaradılır.

Dializdən sonra punksiya yerini 5 dəqiqə sıxmaqla hemostaz əldə 

olunur.

Beləliklə, xəstələri cihaza birləşdirmək üçün ən cox istifadə olu-



nan damar yolları, magistral venaların kateterizasiyası, arteriovenoz 

şunt, fi stula və protezlər istifadə olunur (səkil 5.6). Adətən, HD iki 

qan yolu ilə aparılır, amma bəzən tək iynəli dializ də aparıla bilər.

 

Àðòåðèàë õÿòò



Âåíîç õÿòò

Âåíà


Ìèë àðòåðèéàñû

Ôèñòóëà


144

Dializ

Şəkil 5.6. Xəstənin cihaza birləşdirilməsi üçün damar yolunun variantları

êþðïöúöêàëòû

áóä


ñèëàñòèê

Ôèñòóëà


Øóíò

Ïðîòåç


ñèíòåòèê, òåôëîí

òåôëîí


Êàòåòð

145

Fəsil 5. Dializ üçün damar yolu

5.5. Damar yolu fəsadları

Stenoz. 

AV  fi stulanın trombozunun səbəbi 85% təsadüfl ərdə 

stenoz olur. Stenozun səbəbləri isə qan axınının turbulentliyi, 

punksiya zamanı damarın zədələnməsi, psevdoanevrizmalar və s. 

ola bilər. Erkən diaqnoz qoyulduqda tromboza qədər angioplastika 

aparıb AV fi stulanı  bərpa etmək olur. Hazırda damar yolunda qan 

dövranının vizualizasiyası üçün doppler ultrasəs müayinəsi aparılır.

Tromboz.

 Qanın laxtalanmasının pozulması hematokritin 40%-

dən çox artması, AT-nin çox aşağı düşməsi və ya fi stulanın sıxılması 

tromboza səbəb ola bilər. Profi laktika üçün bəzi xəstələrə varfarin 

təyin olunur.

Ətrafın işemiyası  və ya ödemi.

 Damarların ateresklerotik 

zədələnməsi olan xəstələrdə AV fi stuladan  perifi riyada  ətrafın 

işemiyası fi stula yaradıldıqdan sonra müxtəlif dövrdə və oğurla ma 

sindromu (steal syndrome) olduqda müşahidə oluna bilər. Bu zaman 

ətrafda ağrı, əzələ atrofi yası, dəri distrofi yası, nekrozu meydana çıxa 

bilər.

Ödem  ətrafın venoz sistemində  təzyiqin artması  nəticəsində 



müşahidə olunur. Bunun qarşısını almaq üçün zədələnmiş venanın 

dəridən bağlanması  əməliyyatı aparılır, yəni dəri kəsilmədən bir 

dəlikdən iynə keçirilir, venaya dolanır və eyni dəlikdən xaricə 

çıxarılır və tikiş materialını düyünləməklə vena sıxılır, bağlanılır.



Psevdoanevrizma

 – qeyri-adekvat hemostaz və iynə çıxarılanda 

qanın dəri altına keçməsi nəticəsində əmələ gəlir. Yalançı və həqiqi  

anevrizma olduqda  fi stulanın punksiyası mümkün qədər onlardan 

kənarda edilir. Böyük ölçüdə olan anevrizma partlayaraq qanaxmaya 

səbəb ola bilər. 

Əgər AV protezin anevrizmasının diametri 12 mm-dən artıqdırsa, 

onda o, rezeksiya edilir, protezin vəziyyəti dəyişdirilir.



İnfeksiya.

 AV fi stulanın infeksiyası az hallarda müşahidə olunur 

və əksərən stafi lakokk mənşəli olur. Yerli iltihab əlamətləri ilə yanaşı, 

yerli infeksiya ocağından götürülmüş ifrazatın və qanın əkilməsinin 

nəticələri diaqnozu təsdiq edir və antimikrob müalicənin düzgün 


146

Dializ

aparılmasına imkan verir. Müalicə prosesində septik emboliyanın 

baş verməsi fi stulanın ləğv edilməsinə göstərişdir.

Protezdə 5–20% təsadüfl ərdə infeksiya müşahidə edilir. Protezi 

olan xəstələr hər hansı manipulyasiya zamanı (dişlərin ekstraksiyası, 

sidik yollarında manipulyasiyalar) profi laktik olaraq antibiotiklər 

təyin edilir. Əksər halda infeksiya stafi lakokk mənşəli olur, amma 

bəzən qram mənfi  (Eschericha coli) mikroorqanizmlər də ola 

bilər. Yerli infeksiya antibiotiklərlə müalicə olunur, infeksiyanın 

generalizasiyası zamanı protez tam çıxarılır.



Durğun ürək çatışmazlığı.

 AV fi stuladan qan dövranı 400 ml/

dəq-dən 2000 ml/dəq-dək ola bilər. AV fi stula saiddə olduqda durğun 

ürək çatışmazlığı (DÜÇ) az halda təsadüf olunur, amma fi stula 

bazuda, budda olduqda tez-tez müşahidə edilir. Bəzən anemiya 

və vazodilatatorların beta-blokatorlarsız tətbiqi də (minoksidil, 

hidralazin) ürək atımını artıraraq hiperkinetik sindrom nəticəsində  

ürək çatışmazlığına səbəb ola bilər.



147

Fəsil 6. Proqram hemodializi (PH)

Fəsil 6

 

Proqram hemodializi (PH)

6.1. Dializin adekvatlığı 

D

ializin aparılması kiçikmolekullu maddələrin, o cümlədən 

sidik cövhərinin qandan çıxarılmasına əsaslanır. Bu zaman 

qan plazmasında sidik cövhərinin səviyyəsinin nəzarət olunması və 

daha  əhəmiyyətli, xaric olunan sidik cövhərinin miqdarının təyin 

olunması dializin adekvatlığını qiymətləndirməyə imkan verir.

Proqram hemodializin (PH) adekvatlığı sidik cövhərinin çı xa-

rılması faizi (URR) və təkpul Kt/V (Sp Kt/V) ilə qimətləndirilir.

ABŞ Milli Böyrək Fondu – böyrək xəstəliyinin müalicəsinin 

keyfi yyət təşəbbüsu (NKF-K/DOQİ) tövsiyələrinə görə  həftədə 

üçdəfəlik dializ sxemi işlənib hazırlanmışdır. Bu zaman dializ həcmi 

Sp Kt/V=1,2-dən aşağı endikdə  xəstələrin ölüm tezliyi artır, odur 

ki, Sp Kt/V≥1,2 olmalıdır. İkinci göstərici olaraq URR 65%-dən az 

olmaması şərti irəli sürülür (cədvəl 6.1).

                                       Cədvəl 6.1

PH adekvatlığına görə K/DOQİ tövsiyələri:

____________________________________________________

– dializ tezliyi həftədə 3 dəfə;

– hədəf faktiki Sp Kt/V≥1,2–1,3;

– hədəf faktiki URR>65%.

____________________________________________________

Xəstələrdə Sp Kt/V=1,2-yə qədər artmamasının 3 səbəbi olur:

1. pis damar yolu olan xəstələr: ya qan cərəyanı sürəti aşağı olur, 

ya da resirkulyasiya müşahidə edilir. Bu zaman vəziyyətdən çıxmaq 

üçün dializ müddəti uzadılır;

2. bədən çəkisi çox olan xəstələr; 

a – paralel ya ardıcıl iki dializator qoşulur, 

b – dializ prosedurasının müddəti artırılır,


148

Dializ

3. hipotoniya. ÜİX və başqa əlavə problemləri olan pasientlərdə 

dializ prosesində tez-tez qanın cərəyan sürətini aşağı salmaq 

məcburiyyəti yaranır. Bəzi dializ həkimlərinin  fi krinə görə qan 

cərəyanının sürətinin dializ zamanı artırılması intradializ ağır-

laşmaların tezləşməsinə  səbəb olur. Ona görə  də dializ zamanı 

hipotenziya,  əzələ  qıcolmalarının, ÜİX simptomlarının ortaya çıx-

dığı ilk dəqiqədən qanın cərəyan sürəti azaldılır. Amma qan cərəyan 

sürətinin azaldılması məqsədəuyğun deyil, çünki cihaz UF-nı qanın 

cərəyan sürətinə görə yox, verilmiş proqrama uyğun aparır. Odur ki, 

qanın cərəyan sürətini azaltmaq lazım deyil, çünki bu, dializ dozası-

nı azaldır. Göstərilən  əlamətlər  əksər halda volyumetrik nəzarət 

olmayan cihazlarda UF-nın artıq olmasından baş verir.

Qanın cərəyan sürətini adekvat (350 ml/dəq) saxlamaq üçün 16 

mm diametrli iynə kifayət edir. Bundan artıq qanın cərəyan sürəti 

lazım olduqda 14–15 mm diametrli iynələrdən istifadə oluna bilər. 

Kiçik diametrli iynələrdən istifadə olunduqda nasosun sorması 

nəticəsində mənfi  təzyiq yarana bilir ki, bu da qan cərəyan sürətini 

bir az da aşağı salır.

Əgər magistralın venoz seqmentində maneə olursa, bu, UF-ya 

volyumetrik nəzarət olmayan cihazlarda böyük həcmdə “spontan 

UF” aparıb xəstənin dehidratasiyasına səbəb olacaqdır.

AV  fi stula adi halda 600 ml/dəq və ondan çox qan cərəyanı 

təmin edə bilir. AV fi stula pis fəaliyyət göstərəndə heç 300 ml/dəq 

qan cərəyanını da təmin edə bilmir (damarların zəifl iyi, fi stulanın 

stenozu və s.). Bu zaman əgər nasosun qanı vurma sürəti fi stulanın 

imkanlarını üstələyirsə, onda resirkulyasiya yaranır, bu, dializin 

effektini azaldır.



Həftədə iki dəfə dializ

Bəzən çəkisi az olan və böyrəyin qalıq funksiyası  əhəmiyyətli 

dərəcədə saxlanılmış (>5 ml/dəq) xəstələrə  həftədə 2 dəfə dializ 

aparılır. Dializdə, adətən, böyrəyin qalıq funksiyası tədricən azaldığı 



149

Fəsil 6. Proqram hemodializi (PH)

üçün ikidəfəlik dializ müvəqqəti sayılır. Bəzi klinisistlər ikidəfəlik 

dializin daha yaxşı müalicə nəticələri verdiyini qeyd edirlər. Bu belə 

də olmalıdır, çünki ikidəfəlik dializ daha yüngül xəstələrə aparılır və 

şübhəsiz, onların müalicə nəticələri də yaxşı olmalıdır.


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin