Vazokonstruksiya ilə əlaqədar hipotenziya.
DQH azalması
ürəyin vurğu həcminin aşağı düşməsi, onun boşluqlarının diastola
zamanı dolması ilə məhdudlaşır. Periferik damar müqavimətinin
kiçik azalması, yaxud ürəyin dolmasının azalması hipotenziyaya
səbəb olur. Bu zaman heç bir kompensator proses, hətta ürək
vurğularının sayının artması belə, qanın dəqiqəlik həcmini artırmır.
Qanın 80%-dən artıq miqdarı venalarda paylanır, odur ki, onların
qanla dolması ürəyin vurğu həcminin azalmasına və hipotoniyaya
səbəb olur. Arteriolaların tonusunun azalması venaların daha çox
dolmasına səbəb olur.
Bunun qarşısını almaq üçün dializ məhlulunun temperaturunun
azaldılması (34–36°C) sindializ hipotenziyalarını azaldır. Amma
bəzən bu, diskomfort və üşüməyə səbəb ola bilir.
Hipotoniyaya meylli olan xəstələrdə dializ zamanı qida qəbulun-
dan sonra qanın daxili orqanlarda depolanması nəticəsində AT aşağı
düşə bilər. Odur ki, bu xəstələrə dializdən qabaq və prosedura zama-
nı qida qəbulu tövsiyə olunmur.
İşemiyanın təsiri – hər hansı hipotenziv təsirdən toxumaların
işemiyası baş verir və bu da adenozinin azad olunmasına səbəb olur
və qüsurlu dövran baş verir. Bu belə olur: hipotoniya → işemiya →
162
Dializ
adenozinin azad olması → norepinefrinin sekresiyasının blokadası
→ vazodilyatasiya → hipotoniya. Qeyd olunan mexanizm Het
20–25%-dən aşağı düşdüyü zaman hipotoniyanın baş verməsinin
səbəblərindən biridir. Bəzən kəskin anemiyalı xəstələrdə sindializ
hipotenziyanın qarşısını almaq üçün hemotransfi ziya və Het-i 30%-
ə qədər qaldırmaq lazım gəlir.
Ağır hallarda midodrin tətbiq edilir. Bəzi xəstələrdə hipotoniyaya
qarşı norepinefrin cavabı zəif olduğu üçün onlara midodrin (peroral
alfa-adrenergik aqonist) 10 mq, dializdən 30 dəq qabaq təyin
olunur və bu, sindializ hipotenziyasının qarşısını alır. Midodrin
8 ay müddətində tətbiq edilə bilər, amma onun təsiri soyuq dializ
məhlulunun təsirindən effektiv deyildir.
Kardial faktorlarla əlaqədar hipotenziyalar.
Diastolik dis-
funksiya və sol mədəciyin çıxışında obstruksiya. Rigid, hipertrofi ya
olmuş ürək onun dolması təzyiqinin azaldığı zaman vurğu həcmini
lazımi səviyyədə saxlamır. Dializ xəstələrində diastolik disfunksiya
və sol mədəciyin hipertrofi yası müntəzəm təsadüf olunur.
Ürək vurğularının tezliyi (ÜVT) və yığılma.
Qanın dəqiqəlik
həcmi ürəyin dolmasından asılı olmayaraq azaldıqda, ÜVT və
miokardın yığılmasının gücünün artması sayəsində ümumi periferik
müqavimətin (ÜPM) azalmasını kompensasiya edir. Beləliklə, ÜPM-
nin azalması nəticəsində baş vermiş hipotenziya ÜVT-nin artması
hesabına kompensasiya olunur. Ürəyin kompensator mexanizmləri
pozulduqda ÜPM-nin yüngül azalması hipotenziyaya səbəb olur.
Dializatda kalsiumun səviyyəsini 1,75 mekv/l-ə qədər
qaldırdıqda dializ zamanı AT saxlanmasına səbəb olur. Bunun
mexanizmi kalsiumun təsirindən miokardın yığılma qabiliyyətinin
yaxşılaşmasındadır.
Sindializ hipotenziyanın başqa səbəblərindən sellülozadan ha-
zırlanmış membranın təsirindən komplimentin və bəzi sitokin
sistemlərin aktivləşməsi səbəbindən baş verdiyi göstərilir. Amma
aparılmış son tədqiqatlar bunu təsdiq etmirlər.
163
Fəsil 6. Proqram hemodializi (PH)
Hipotenziyanın klinikası.
Xəstələrdə ürəkbulanma, qusma, baş
gicəllənməsi, zəifl ik, əzələlərdə qıcolmalar, gözünün önündə pərdənin
əmələ gəlməsi, reaksiyaların zəifl əməsi, dərinin avazıması əlamətləri
müşahidə edilir. Bəzən isə AT-in tam kritik həddə düşməsinə qədər
xəstələr heç bir şikayət etmirlər. Odur ki, belə xəstələrdə hemodializ
zamanı hər 15 dəqiqədən bir AT-in ölçülməsi vacibdir.
Müalicə
Hipotoniya və qıcolmalar
– UF səviyyəsini azaltmaq;
– xəstəni Trendelenburq vəziyyətində uzatmaq, 100-500 ml NaCl
fi zioloji məhlulunu yeritmək və ya NaCl hipertonik məhlulu (23,4%)
– 10–20 ml 3–5 dəq. və ya qlükozanın hipertonik məhlulu (40–50%)
– 50 ml və ya natriumun dializatda qatılığını artırmaq lazım gəlir.
Müalicə tədbirləri təxirəsalınmaz olmalıdır. Xəstəyə Tren-
delenburq vəziyyəti verilir (əgər respirator vəziyyət imkan verirsə).
Venoz magistrala bolyus üsulu ilə 100 ml NaCl fi zioloji məhlulu
yeridilir, UF minimuma endirilir, sonra xəstə müşahidə edilir.
Fizioloji məhlula alternativ olaraq NaCl hipertonik məhlulu, qlükoza,
mannitol ya albumin götürülə bilər (cədvəl 6.6). Qıcolmalarda
hipertonik məhlula üstünlük verilir. Nazal oksigenasiyanın tətbiqi
işemiya və adenozin hasilinin qarşısını alaraq müsbət təsir göstərir.
Qanın hərəkət sürətinin dializatorda azaldılması əvvəlki illərdə
tətbiq edilirdisə də, indi bu, istifadə edilmir.
Cədvəl 6.6
Dializ zamanı hipotenziyanın qarşısının alınması
1. UF nəzarət edən cihazlardan istifadə etmək;
2. xəstə az xörək duzu istifadə etməlidir, bu da az su içməsinə və
dializarası dövrdə gündə 1 kq-dan çox çəki artırmayacağına səbəb
olacaqdır;
3. “quru çəkidən” çox bədəndən maye çıxarmamaq;
4. Dializatda natriumun qatılığını plazmada səviyyədə, ya bir az
aşağı saxlamaq;
164
Dializ
5. hipotenziv preparatların gündüz dozasını dializdən sonra
vermək (əvvəl yox);
6. bikarbonat dializatdan istifadə etmək;
7. bəzi xəstələrdə dializatın temperaturunu 34–36°C azaltmaq;
8. Het dializ əvvəl 33%-dən az olmamalı;
9. dializdən əvvəl və dializ vaxtı xəstəyə yemək verməmək;
10. qanın həcmini ölçən monitordan istifadə etmək;
11. bəzən dializdən əvvəl alfa-adrenomimetik (midodrin) istifadə
etmək.
Arterial hipertenziya.
Əsasən bədəndə artıq miqdarda suyun
və natriumun ləngiməsi nəticəsində baş verir. Bəzən isə hətta aşağı
səviyyəli natrium olan dializatla HD zamanı ultrafi ltrasiyadan sonra
arterial hipertenziya müşahidə edilir. Bu paradoksal fenomenin
səbəbini hipovolemiya-hiponatriyemiya nəticəsində renin-angio-
tenzin-aldosteron sisteminin aktivləşməsi ilə izah edirlər. Hazırda
hemodializ müalicəsi zamanı praktiki olaraq bütün xəstələrdə arterial
təzyiqi nəzarətə alıb 140/80 mm c.cüt. səviyyəsində saxlamaq olur.
Bunun üçün dializatda natriumun səviyyəsini tədricən aşağı salmaq
lazım gəlir.
Orta təzyiqə (OT) görə nəzarətin aparılması daha etıbarlı nəticə
verir (OT =100 mm c. süt.-dan aşağı olmalıdır): ATor=AT diast+1/3
AT nəbz = ATdiast + 1/3(ATcict – ATdiast).
Döş qəfəsində ağrılar:
– burundan oksigenləşdirmə 3 l/dəq;
– qanın hərəkət sürətini azaltmaq;
– UF səviyyəsini 0-a endirmək;
– hipotoniyanı müalicə etmək, əgər hipotoniya yoxsa, ÜİX-ə
şübhə varsa nitroqliserin dilin altına qoyulur.
Qaşınma:
– difenilhidramin hidroxlorid 25 mq daxilə və ya v/d;
– siproheptadin hidroxlorid 4 mq daxilə.
Ürəkbulanma və qusma:
– UF-i azaltmaq;
165
Fəsil 6. Proqram hemodializi (PH)
– qanın cərəyan sürətini azaltmaq (asetat dializatı istifadə edil-
dikdə);
– proxlorperazin 10 mq daxilə və ya 2,5 mq v/d (hipotoniya
riskini artırır).
“Quru ağız” (kserostomiya).
HD xəstələri arasında 25 % hal-
larda tüpürcək vəzilərinin zədələnməsi qeyd olunur. Bundan başqa,
aşağıdakı səbəblər də ağız selikli qişasının quruluğuna səbəb ola
bilər:
– Dərman preparatları: simpatikolitiklər, analgetiklər, anti his ta-
minlər, qıcolma əleyhinə preparatlar, benzodiazepinlər;
– Şeqren sindromu.
Xəstələr ağızdakı quruluğu aradan qaldırmaq üçün çoxlu su
içməyə məcbur olurlar. Limon dilimlərinin çeynənməsi bəzən
xəstələrə rahatlıq gətirir.
İzafi dehidratasiya sindromu.
Səhvən dializ zamanı xəstənin
bədənindən quru çəkisindən artıq miqdarda suyun çıxarılması
nəticəsində meydana çıxır.
Əlamətləri: hipotenziya, ortostatik kollaps, eşitmə qabiliyyətinin
enməsi, səsin kobudlaşması, iştahanın itməsi, yuxunun pozulması,
üz cizgilərinin itiləşməsi.
Əzələ qıcolmaları.
Dializ zamanı ayrı-ayrı əzələlərin yaxud
əzələ qrupunun (adətən, baldırda) qıcolmasının səbəbi aydın deyil.
Üç əsas sövq edən faktor mövcuddur:
a) arterial hipotenziya;
b) çəkinin “quru çəkidən” aşağı enməsi;
c) natriumun səviyyəsi aşağı olan dializatdan istifadə.
Bəzən baldır əzələlərində xroniki qıcolmalar (dializsiz) müşahidə
oluna bilər.
Müalicə. NaCl 0,9%-li 100 ml məhlulu vena daxilinə yeridilir.
Hipertonik məhlullar (natrium, dekstroza) daha effektiv sayılır.
Refrakter intradializ qıcolmalarda natriumun dializatda pro fi l-
ləşdirilməsi yaxşı nəticə verir. Dializ 150–155 mekv/l natrium ilə
166
Dializ
başlanılır, proseduranın axırına endirilərək 135–140 mekv/l salınır.
Natrium ilə yanaşı, UF-in profi lləşdirilməsi də yaxşı nəticə verir.
Vitamin E və xinin. Vitamin E 400V və ya xinin 325 mq, gecə
baldır əzələlərində xroniki qıcolmaları aradan qaldırır.
Karnitinin qida əlavəsi kimi istifadə olunması qıcolmaları aradan
qaldırır. Başqa preparatlardan oksazepam 5–10 mq dializdən 2 s
əvvəl. Təsir mexanizmi məlum deyil.
Əzələ zəifl iyi.
Hemodializ xəstələrində əzələ zəifl iyi çoxlu
səbəblərdən meydana çıxa bilər:
• Vitamin D qıtlıgı;
• Hiperparatireoidizm;
• Karnitin qıtlığı;
• Alüminium ilə zəhərlənmə;
• Dəmirlə artıq yüklənmə;
• Periferik neyropatiya;
• Agır hiperfosfatemiya;
• Hiperkaliyemiya, yaxud hipokaliyemiya;
• Hipodinamiya;
• Damarların kalsifi kasiyası nəticəsində əzələlərin işemiyası;
• Dərmanların toksikliyi (qlükokortikoidlər, klofi brat);
• Birləşdirici toxumanın yanaşı xəstəlikləri.
Narahat ayaqlar sindromu.
Öyümə və qusma PH-da 10%
hallarda müşahidə olunur. Stabil HX, hipotenziya, osmotik
dezekvilibrasiya, dializatora qarşı reaksiya və dializlə əlaqədar
olmayan səbəblərdən müşahidə olunur. Məsələn: hiperkalsiyemiya
ilə əlaqədar öyümə və qusma dializarası dövrdə baş verir.
Müalicə. Səbəbi aradan qaldırmaq.
Döş qəfəsində və beldə ağrılar.
Dializin 1–4%-də müşahidə
edilir.
Qaşınma.
HX-də müntəzəm təsadüf olunur. Allergiya nəti-
cəsində, yəni dializator və magistrallara qarşı hiperhəssaslıq nəti-
167
Fəsil 6. Proqram hemodializi (PH)
cəsində baş verir (allergik reaksiya). Başqa xəstələrdə dializ zamanı
uzun müddət hərəkətsiz uzandıqları üçün baş verir. Standart olaraq
əksər halda antihistamin preparatlardan istifadə olunur. Yerli olaraq
kapsaysin kreminin istifadə olunması bəzən müsbət nəticə verir.
Həmçinin odansetron və naltrekson preparatlarının effektivliyi
də qeyri-müəyyən qalır. Dəriyə yumşaldıcı kremlərin sürtülməsi
tövsiyə edilir. Bəzən yüngül ultrabənövşəyi şüa (UBŞ) müalicəsinin
xeyri olur. Əgər xəstələrdə dəri qaşınmasının səbəbi Ca x P hasilinin
yüksəkliyidirsə, onda paratiroid vəzisinin funksiyası yoxlanılır.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, böyrəyin qalıq funksiyası olan
xəstələrdə dəri qaşınması az halda müşahidə edilir.
Qaşınmanı aradan qaldırmaq üçün yüksək keçiricilikli mem-
brandan istifadə, hemosorbsiya və ya dializ saatlarının artırılması,
ən axırda EPO istifadəsi kimi tədbirlərə də əl atılır.
Xüsusi forma dəri qaşınması nodulyar qaşınma – baş, boyun, qol-
lar, ayarlar, gövdə dərisində müşahidə olunan qəhvəyi rəngli qaşınan
düyünlərin müşahidə edilməsidir. Bu kalsium-fosfor mabadiləsinin
pozğunluqları ilə müşayiət olunan qeyri-adekvat dializin əlaməti
hesab olunur.
Müvazinətin pozulması (disequilibrium) sindromu
– kompleks
sistem və nevroloji (o cümlədən EEQ dəyişikliyi ilə) pozğunluqlar
ilə xarakterizə olunur. Dializ zamanı və ya ondan sonra müşahidə
edilir. Sindromun beyin toxumasının kəskin ödemi nəticəsində baş
verdiyi hesab olunur, yəni dializ zamanı qandan onda həll olmuş
maddələrin çıxarılması nəticəsində o, beyin toxumasına nisbətən
hipotonik olduğu üçün maye qandan beyin toxumasına tərəf yerini
dəyişir. Başqa məlumata görə onurğa beyni mayesində PH-in kəskin
dəyişməsidir. nəticədə xəstələrdə ürəkbulanma, qusma, baş ağrıları
müşahidə edilir, bəzən hətta ümumi qıcolma, koma müşahidə oluna
bilər. Hazırda bu sindrom ancaq kəskin sürətli HD zamanı və sonra
müşahidə oluna bilər. Disekvilibrium sindromu baş verdikdə qanın
168
Dializ
hərəkət sürəti azaldılır, dializ tez başa çatdırılır və natriumun,
qlükozanın hipertonik məhlullarından istifadə edilir.
Koma zamanı xəstənin həyati funksiyaları qorunur – ağciyərin süni
ventilyasiyası aparılır, vena daxilinə mannitol yeridilir. Xəstənin huşu
bir gündən sonra qayıdır. Disekvilibrium sindromun profi laktikası
üçün dializlər çox intensiv olmamalıdır, sidik cövhərinin səviyyəsi
30%-dən çox aşağı salınmamalıdır, çox aşağı natrium tərkibli
dializatdan istifadə olunmamalı, sonra isə 5%-li dekstroza məhlulu
ilə 0,45%-li NaCl məhlulu qarışığını vena daxilinə yeritməklə Na
aşağı salınır.
Xroniki hemodializdə dializatda Na 1–10 mekv/l-ə salmaqla
və dekstroza istifadə etməklə disekvilibrinin sindromun tezliyini
minimuma endirmək olar. Natriumun profi lləşdirilməsi, sonra təd-
ricən onun konsentrasiyasının endirilməsi problemin tam həllini
verə bilər.
Dializatora qarşı reaksiyalar.
Bu, anafi laksiya və başqa tip
reaksiyalar formasında özünü göstərir. Bu reaksiyalar iki qrupa
bölünür:
– anafi laktik tip (A tipi);
– qeyri-spesifi k tip (B tipi).
A tipi (anafi laktik tip) – reaksiya kəskin olub anafi laksiyanı
xatırladır. Təngənəfəslik, havanın çatışmazlığı, fi stulada və ya
bütün bədəndə yanğı hissi meydana çıxır. Bəzən hətta ürək dayanır,
ölüm baş verir. Yüngül hallarda qaşınma, səpgilər, öskürək, zökəm,
gözlərin yaşarması, bağırsaqlarda spazm, diareya müşahidə edilir.
Əlamətlər, adətən, dializin ilk dəqiqələrində, bəzən isə 30 dəq. ər-
zində müşahidə edilir.
Etilenoksid.
Xəstələrin 2/3 hissəsində etilenoksidə – trop zülallara
qarşı olan immunoqlobulin E anticisimlərin yüksək titri tapılır. Son
illər dializatorun sterilizasiyasında etilenoksid istifadə olunmadığı
üçün bu reaksiya da müşahidə olunmur.
169
Fəsil 6. Proqram hemodializi (PH)
AN 69 membranına qarşı reaksiya eyni zamanda AÇFİ alan
xəstələrdə baş verir. Hiperhəssaslıq reaksiyasının bradikinin sistemi
tərəfi ndən buraxıldığı hesab olunur. Bəzən A tip reaksiya bikarbonatı
məhluluna da ola bilər. Heparinə qarşı allergik reaksiyası da bəzən
qeyd olunur.
Qeyri-spesifi k reaksiyalar (B tip). Əsas əlamətlər döş qəfəsində
ağrılar, bəzən beldə ağrılarla bir yerdə müşahidə edilir. Əksər halda
dializin başlanğıcında olur, amma bir neçə saatdan sonra da ola bilər.
Bu reaksiyalar A tipinə nisbətən yüngül keçirilir.
Etiologiya – məlum deyil. Komplimentin aktivləşməsi hesab
olunsa da, tam sübut olunmamışdır.
Müalicə. Nazal oksigenasiya və başqa simptomatik tədbirlər
görülür. Əlamətlər bir saata keçir, dializ davam etdirilir.
Pirogen reaksiya.
Bütün hallarda aseptika və antiseptika qay-
dalarına əməl olunmaması nəticəsində baş verir.
Əsasən aşağıdakı hallarda müşahidə edilir:
• İstifadə müddəti ötmüş fi zioloji məhlul;
• Hemodializi hazırladıqda sterilliyin pozulması;
• Hemodializatorun təkrar istifadəsi;
• Soyuq dializ məhlulu;
• Soyuq məhlullar infuziya olunduqda.
Hemoliz
– adətən, kəskin hemoliz qeyri-adi tibbi vəziyyətlə
əlaqədar baş verir, bəzən hətta meydana çıxmış hiperkaliyemiya da
səbəb ola bilər.
Kəskin hemolizin səbəbləri
Kəskin hemoliz 2 əsas səbəbdən olur:
• magistralın, iynənin, kateterin daralması, tutulması, nasos-
dan qabaqkı seqmentdə təzyiqin www.keezmovies.com 200 mm c.
cüt.-dan az olması;
• dializ məhlulu ilə problemlər.
Dializ məhlulu ilə əlaqədar olan hemoliz:
1. dializ məhlulun çox isidilməsi;
2. hipotonik dializ məhlulu;
170
Dializ
3. dializ məhlulunun korlanması:
a) formaldehidlə;
b) ağardıcı ilə;
c) xloramin (şəhər suyu ilə);
d) mis (mis borular);
e) nitratlar (suda olur).
HD zamanı uyğun olmayan qanın köçürülməsi də hemolizə səbəb
ola bilər.
Əlamətləri – venoz qan xətlərinin qırmızı şərab rəngi alması,
plazmanın çəhrayı rəng alması, Het-in aşağı enməsi. Beldə ağrıların
başlanması, döş qəfəsində sıxıntı, tənəffüsün çətinləşməsi müşahidə
edilir. Hemolizdən sonra hiperkaliyemiya əzələ zəifl iyinə, EKQ
dəyişikliklərinə, hətta ürəyin dayanmasına, xəstənin ölümünə də
səbəb ola bilər.
Müalicəsi. Nasosu dayandırır, hemodializ açılır,
qan
xəstəyə
qaytarılmır.
Profi laktika. Əgər hemolizin səbəbi rolik qan nasosunun sıradan
çıxması (eritrositləri zədələyir) deyilsə, onda mütləq səbəbi dializ
məhlulunda axtarmaq lazımdır.
Hava emboliyası.
Hava emboliyası təcili aşkar edilib müalicə
edilmirsə, o, xəstənin ölümünə səbəb ola bilər.
Simptomları. Xəstənin oturaq vəziyyətində hava beyinin venoz
sisteminə gedəcəkdir və beyindən qanın qayıtmasına mane olaraq
huşun itməsinə səbəb olacaqdır.
Uzanmış xəstələrdə hava sağ qulaqcıqda köpük əmələ gətirir,
oradan ağciyərə daxil olaraq öskürək, təngənəfəslik, döşdə sıxıntı
kimi əlamətlərlə özünü bildirəcəkdir. Sonra ağciyərlərdən hava sol
qulaqcıq, mədəciyə daxil olaraq beyin və ürək damarlarına daxil
olur, beyin və ürək əlamətləri verir. Əgər köpük ürəyə daxil olursa,
auskultasiyada şırıltı eşidilir. Adətən, hava arterial iynədən və ya
arterial portdan keçir (nasos sorur).
Müalicə. Cihazda qan dövranını saxlamaq. Xəstəni sol böyrü
üstə qoymaq, baş aşağı salınır. Oksigenoterapiya, endotraxeal boru,
171
Fəsil 6. Proqram hemodializi (PH)
punksiya yolu ilə havanın mədəcik boşluğundan sorulması.
Dializ ilə əlaqədar neytropeniya və komplimentin aktivləşməsi
Dəyişilməmiş sellülozadan olan dializ membranlarının üzə ri-
lə rində çoxlu hidroksil qrupları olur və bunlar qan kompliment
kaskadını aktivləşdirə bilirlər. Komplimentin azad fraqmentləri
qanda cərəyan edən neytrofi lləri ağciyərə göndərirlər. Onlar da
orada damar dövranında yığışaraq neytropeniya yaradırlar. 30–60
dəq. dializdən keçəndən sonra neytrofi llərin səviyyəsi yenə normaya
qayıdır. Hidrooksid qrupu dəyişilmiş sellüloza membranları (asetat,
hemofan) və eyni zamanda sintetik membranlar (polisulfon, poli-
karbonat, polimetilmetakrilat) neytropeniya yaratmır.
Kliniki əhəmiyyəti. Neytropeniya xüsusi kliniki əlamətlər ver-
məsə də böyrək funksiyasını zədələdiyi məlumdur. Eyni zamanda
xəstənin immun sisteminə mənfi təsirin olması qeyd olunmuşdur.
Dializ ilə əlaqədar hipoksemiya.
Dializ zamanı P
O2
kon-
sentrasiyası 5–30 mm c.süt. azalması məlumdur. ÜDS və ağciyər
xəstəlikləri olan şəxslərdə P
O2
enməsinin mənfi təsiri müşahidə
olunur.
P
O2
aşağı enməsinin səbəbləri:
a) hipoventilyasiya baş verməsinin 2 mexanizmi mövcuddur:
– asetat dializ məhlulu istifadə edildikdə hipokapniya yarandığı
üçün;
– bikarbonat dializ məhlulu istifadə etdikdə qanda bikarbonatın
konsentrasiyasının yüksəlməsi metabolik alkaloza səbəb olur. Qeyd
olunan hər iki səbəbdən hipoventilyasiya və hipoksemiya yaranır.
b) ağciyər daxili diffuziyanın bloku. Neytrofi llərin ağciyərlərdə
sekvestrasiyası kapilyarların neytrofi l emboluna səbəb olur.
Müalicə. Nazal oksigenasiya və ya maska ventilyasiyası (Venturi
maskası).
Dializatorun tromblaşması.
Bütün hallarda antikoaqulyasiyanın
kifayətsizliyi nəticəsində baş verir. Bu zaman dializator və qan
magistralları laxtalanmış qanla atılır.
172
Dializ
Dializatorların təkrar istifadə olunması (Reuse)
– İstifadə
olunduqdan sonra dializator yuyularaq qandan təmizlənir, dezin-
fektant məhlulları ilə sterilizasiya olunduqdan sonra yuyulur və
təkrar istifadə olunur. Dializatorların təkrar istifadə olunması virus
xəstəliklərinin yayilması və təkrar istifadə zamanı dializatorun
effektivliyinin aşağı düşdüyü üçün (80%) bəzi klinisistlər tərəfi ndən
qəbul edilmir.
6.7. Antikoaqulyasiya
Qanın ekstrakorporal konturda laxtalanması.
HD prosesində
xəstənin qanı iynə və ya kateterlə, qan magistralları ilə, hava tutucusu
ilə, dializator membranı ilə təmasda olur. Bu səthlər trombogen olub
qanı laxtalandıra bilərlər. Trombun əmələ gəlməsi ekstrakorporal
konturun fəaliyyətini pozur. Ekstrakorporal konturda laxtanın əmələ
gəlməsi hər hansı səthə qan plazmasının çökməsi ilə başlayır, sonra
isə trombositlərin adheziya və aqreqasiyası baş verir, tromboksan
A
2
əmələ gəlməsi, laxtalanma kaskadı aktivləşir, trombun və fi brin
depozitlərinin əmələ gəlməsi baş verir (cədvəl 6.7).
Cədvəl 6.7
Dostları ilə paylaş: |