Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010


Paratiroidektomiyaya göstərişlər



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

Paratiroidektomiyaya göstərişlər:

1

Ağır proqresedən fi broz osteit;



2

Davamedici hiperkalsiyemiya;

3

Ağır dəri qaşınması, aşkar hiperparatireoz fonunda;



4

Davamedici ağır kalsifi kasiya, hiperfosfatemiyanın 

korreksiyasına baxmayaraq;

5

İdiopatik yayılmış dəri  nekrozu (kalsifi laksis);



6

Artritlər hərəkət pozğunluğu ilə, periartritlər, vətərlərin 

spontan qırılması.

Al intoksikasiyası olan xəstələrdə paratiroidektomiya aparmaq 

olmaz. Paratiroid vəziləri 3–6 olmaqla, yerləşməsi çox dəyişkəndir. 

əməliyyatdan qabaq 10 MqH tezlikli ötürücü ilə USM aparılır. Son 

illərə  qədər subtotal paratiroidektomiya (yəni 3 vəzi, 4-cü vəzinin 

75%-i çıxarılır) edilirdi. Sonralar total paratiroidektomiya və 



255

Fəsil 7. Dializ xəstələrin problemləri

paratiroid toxumanın bir hissəsini çiyinə dəri altına transplantasiya 

etməyə başladılar. Hər iki üsulun çatışmazlıqları vardır – hiper 

– və hipoparatireoz inkişaf edə bilər. Dializdə olan xəstələrə total 

paratiroidektomya olunur. Əməliyyatdan sonra qan zərdabında Ca və 

P səviyyələri nəzarət olunur. Əməliyyatdan sonra hipokalsiyemiya 

fi broz osteitin ağırlığından asılıdır.

Paratireoz vəzilərin sklerozu üçün bəzən vəziyə etil spirti yeridilir.  

Manipulyasiya USM ilə rəngli Doppler monitor vasitəsilə aparılır.

Paratiroidektomiyanın birinci günü güclü hipokalsiyemiya 

müşahidə edilir. Bunun ağırlığı  fi broz osteitin ağırlığından asılıdır 

ki, onun da prediktoru QF konsentrasiyasının yüksəlməsi və histoloji 

dəyişikliklərdir. Kalsium preparatlarının per os verilməsi (2–4 q/

gün) ilə yanaşı, venadaxilinə (0,5–5 q/gün) yeridilir və  kalsitriol 

təyin olunur, venadaxilinə, yaxud per os (2–6 mkq/gün). Bəzən 

hətta Ca və kalsitriolun yeridilməsini  əməliyyatdan bir neçə gün 

əvvəl başlamaq tövsiyə edirlər. Əməliyyatdan sonra Al preparatları 

istifadə  olunmur.



Kalsifi laksis.

 İki izolə olunmuş sindrom müşahidə edilir:

1. aşağı ətrafda, qarında yumşaq toxumaların işemik nekrozu;

2. barmaq ucları, penisin nekrozu (distal nahiyələr).

Diabet zamanı ikinci sindromun baş verməsi daha çox ehtimal 

olunur, vaskulit, krioqlobulinemiya, varfarin mənşəli dəri nekrozu 

ilə differensasiya aparılır.

Müalicə.

 Kalsitriol müalicəsi kəsilir və erkən paratiroidektomiya 

etmək lazımdır. İkincili infeksiya və sepsis nəticəsində xəstə tələf ola 

bilir. Hiperbarik oksigenasiya xoraların müalicəsində yaxşı nəticələr 

verir.

   


256

Dializ

Fəsil 8

 

Periton dializi 

8.1. Periton dializinin fi ziologiyası.

 Periton dializi (PD) böyrək 

əvəzedici terapiyası üsullarından biridir. Daimi ambulator periton 

dializinin (DAPD) klinikaya tətbiqi, üsulun sadəliyi,  əlverişliliyi 

və nisbətən ucuzluğu son illər PD-nin populyarlığını artırmışdır. 

PD suyun və onda həll olmuş maddələrin iki maye sektoru ayıran 

membrandan keçməsidir. Bu sektorlardan biri periton kapilyarlar-

dakı qan olub böyrək çatışmazlığı zamanı tərkibində artıq miqdar-

da kreatinin, sidik cövhəri, kalium və digər toksik maddələr, ikinci 

sektor membranın o tərəfi ndə periton boşluğunda dializ məhlulu 

olur ki, onun da tərkibində natrium, xlorid, laktat və osmolyarlığı 

saxlamaq üçün yüksək səviyyədə qlükoza olur.

Periton membranı özünü ”dializator” kimi aparır. Bu zaman üç 

proses baş verir:

– diffuziya – uremik məhsullar, kalium konsentrasiya qradientinə 

əsasən periton kapilyarlarından axan qandan dializ məhluluna keçir, 

qlükoza, laktat, kalsium əks istiqamətdə hərəkət edir;

– ultrafi ltrasiya – dializ məhlulunun nisbi hiperosmolyarlığı 

nəticəsində su kapilyar qanından membran vasitəsi ilə dializ 

mayesinə keçir;

– absorbsiya – periton boşluğundan birbaşa, yaxud dolayısı yolla 

limfatik sistem vasitəsilə su və onda həll olmuş maddələr sorulur.

Periton səhfəsi seroz membran olub böyük şəxslərdə sahəsi  1–     

2 m


2

 bərabərdir. Periton membranı dializator kimi 6 qatdan ibarətdir:

1. kapilyar endotelisi tərəfi ndən olan durğun qat;

2. kapilyar endoteliumu;

3. endotelial bazal membran;

4. interstisium;

5. mezotelium;

6. periton membranı tərəfdən durğun mayeli qat.



257

Fəsil 8. Periton dializi 

Son illər periton transportunun üçdəlikli transport konsepsiyasına 

əsasən transporta əsas maneə periton kapilyarlarının endoteliumunda 

və bazal membranında cəmlənmişdir. İnterstisiya mayedə həll olmuş 

maddələrin transportuna mane olur. Mezotelium və durğun maye 

qatı transporta əhəmiyyətli müqavimət göstərmirlər.

Su və suda həll olmuş maddələr 3 ölçüdə olan periton dəliklərindən 

keçirlər (şəkil 8.1).

Səkil 8.1. Üçdəlikli periton transportunun sxemi

Üçdəlikli model:

1. böyük ölçülü dəliklər (20–40 mm). Makromolekullar, zülal 

endoteliumda olan yarıq kimi dəliklərdən keçir;

2. kiçik ölçülü dəliklər (4–6 mm) endotelial hüceyrələr arasında 

olur. Bu dəliklərdən həllolmuş maddələr – kreatinin, sidik cövhəri, 

kalium, natrium keçir; 

Åíäîòåë 

ùöúåéðÿñè

Ùöúåéðÿäÿí êå÷ÿí

äÿëèêëÿð

ð < 0,8 nm

Áþéöê

äÿëèêëÿð

ð < 20 nm

Êi÷èê

äÿëèêëÿð

ð = 4,0 - 6,0 íì

Êè÷iê 

ùÿëëîëìóøëàð

ñèäèê úþâùÿðè

êðåàòèíèí

íàòðèóì

êàëèóì

ÒÐÀÍÑÏÎÐÒ

ÑÓ

ÌÀÊÐÎÌÎËÅÊÓËËÀÐ


258

Dializ

3. ultradəliklər – (radiusu 0,8 mm) ancaq suyu keçirir.

Periton dializində bütün periton səthi yox, ancaq kapilyarların 

səthi iştirak edir və ancaq mezoteliuma yaxın yerləşmiş kapilyarlar 

iştirak edirlər.

Periton transportu eyni vaxtda gedən üç prosesdən – diffuziya, 

ultrafi ltrasiya və mayenin absorbsiyasından ibarətdir.

Diffuziya uremik maddələrin xaric edilməsinin  əsas yolu olub  

aşağıdakı faktorlardan asılıdır:

– konsentrasiya qradienti – konsentrasiya fərqinə görə yaranır. 

Mayeni tez-tez dəyişməklə  və  həcmini artırmaqla konsentrasiya 

qradientini yüksək saxlamaq olar;

– peritonun effektiv səthi – dializ məhlulunun miqdarını artırmaqla 

bu göstəricini artırmaq olar (ancaq 2,5–3 l qədər);

– periton membranın daxili müqaviməti;

– maddələrin molekulyar kütləsi – molekulyar kütləsi (MK) az 

olan maddələr yaxşı, yüksək olan maddələr pis transport olurlar.

Hər hansı bir maddənin diffuziyası indekslə – kütləötürmə 

koeffi sienti (KÖK) həmçinin vahid zamanda diffuziya klirensinə 

ekvivalentdir. Məsələn, sidik cövhəri üçün KÖK 17 ml/dəq, kreatinin 

üçün 10 ml/dəq-dir. PD zamanı diffuziya peritonda qan cərəyanın 

sürəti ilə (50-100 ml/dəq) yox, dializatın cərəyanı ilə əlaqədardır.



Ultrafi ltrasiya. 

UF osmotik qradientə  əsasən nisbi hipertonik 

dializatla, nisbi hipotonik olan qan arasında baş verir. Qradient 

qlükozanın yüksək səviyyəsi hesabına yaranır və  aşağıdakı 

faktorlardan asılıdır:

– osmotik agentin konsentrasiyası qradienti (məsələn: qlükoza). 

Qradient dializin başlanğıcında yüksək olur. Sonra tədricən düşür. 

Qradienti dekstrozanın konsentrasiyasını artırmaqla və dializ 

məhlulunu tez-tez dəyişməklə artırmaq olar;

– peritonun effektiv səthini artırmaq;

– periton membranın hidravlik keçiriciliyini artırmaq;

– osmotik agentin koeffi sientinin əksi – diapazonu 0–1 arasında 

olur. Bu göstərici qlükoza üçün təxminən 0,03-ə  bərabər olmaqla 


259

Fəsil 8. Periton dializi 

çox azdır. Qlükozanın polimerləri  əsasında olan yeni məhlulların 

koeffi sienti 1-ə yaxın olur (şəkil 8. 2).

   


Şəkil 8.2. Dializatda qlükozanın səviyyəsi, dializ məhlulunda periton 

boşluğuna 4,25%-li dekstrozanın (3,86%-li qlükoza) yeridilməsi. İlkin səviyyə = 

3,860 mq/dl.

– hidrostatik təzyiq qradienti. Kapilyarlarda təzyiq normada 

20 mm c.süt, periton boşluğunda 7 mm c.süt. bərabərdir ki, bu, 

ultrafi ltrasiyaya kömək edir. İntraperitoneal təzyiqin qaldırılması UF 

mane olur;

– onkotik təzyiq qradienti – UF mane olur. PD zamanı həmçinin 

maddələrin konvektiv keçirilməsi baş verir. Bu periton membranında 

maddələrin “xəlbirlənmə”si hesabına baş verir. Xəlbirlənmə 

koeffi sienti 0-1-ə qədər müxtəlif maddələr üçün fərqli olur;

– son zamanlar effektiv osmotik maddə – qlükoza polimeri – 

aykadekstran yaradılmışdır.

Maye absorbsiyası

 limfatik damarlar vasitəsi ilə baş verir və 1-2 

ml/dəq bərabərdir, bunun da 0,2-0,4 ml/dəq limfa damarları ilə gedir:

Äÿéèøìÿ âàõòëàðû, ñààòëàð 

Äèàëiz ìÿùëóëóíäà ãëöêîçà, ìã/äë 


260

Dializ

– peritondaxili hidrostatik təzyiq artdıqca absorbsiya da artır;

– limfatik drenajın effektivliyi müxtəlif xəstələrdə  fərqlidir, 

səbəbi məlum deyildir.



Periton klirensi.

  Hər hansı maddənin klirensi vahid zaman 

ərzində bu maddədən təmizlənən plazma həcminə deyilir. Klirens 

ml/dəq ilə ölçülür, amma periton dializində l/həftə hesablanır.

PD gündəlik klirensini hesablamaq üçün gün ərzində çıxarılmış 

dializatın həcmi həmin dializatda maddənin konsentrasiyasına 

vurulur və həmin maddənin plazmadakı konsentrasiyasına bölünür. 

PD zamanı zülalın itirilməsinin gün ərzində 5–10 q bərabərdir, bunun 

da yarısı albumin olur.

PD alan xəstələrdə böyrəklərin qalıq funksiyası HD-dən fərqli 

olaraq uzun müddət saxlanılır.

1.2. PD üçün cihazlar.

 Daimi ambulator periton dializində 

(DAPD) dializ məhlulu daim xəstənin periton boşluğunda olur. 

İşlədilmiş dializ məhlulu gündə 3–5 dəfə dəyişilir (şəkil 8.3).

Şəkil 8.3. Daimi ambulator periton dializi. Sağda məhlulun yeridilməsi və 

çıxarılması

Äèàëèç ìÿùëóëó êèñÿñè

Äèàëèç 


ìÿùëóëóíóí

éåðèäèëìÿñè

Äèàëèçàòûí 

÷ûõàðûëìàñû

Êàòåòåð

Êàòåòåðèí õÿòò èëÿ 



áèðëÿøäèðèëìÿñè

Áèðëÿøäèðÿí

õÿòò

Êèñÿíèí


õÿòò èëÿ 

áèðëÿøäèðèëìÿñè



261

Fəsil 8. Periton dializi 

 Dializ məhlulları 1,5, 2,0, 2,25, 3,0 l olan xüsusi paketlərdə 

buraxılır. Elektrolitlərin məhlulda konsentrasiyası müxtəlif variant-

larda ola bilər (cədvəl 8.1).

                                     Cədvəl 8.1

PD üçün standart tərkibdə məhlul, mmol/l

Komponent

Məhlullar

1

2



3 (aşağı kalsium ilə)

Natrium


132,0

132,0


132,0

Kalium


0,0

0,0


0,0

Maqnezium

1,5

0,5


0,5

Kalsium


1,75 (3,5 

mekv/l)


1,75 (3,5 

mekv/l)


1,25 (2,5 mekv/l)

Xlorid


102,0

96,0


95,0

Laktat


35,0

40,0


40,0

Dekstroza osmotik agent kimi 1,5%, 2,5%, 4,25% səviyyədə 

olur. Qlükozanın konsentrasiyası 1,36%, 2,27%, 3,86% olur. Belə 

məhlulların osmolyarlığı 345, 395 və 484 mosm/l olur. Dializ 

məhlulları steril olur və istifadədən qabaq  bədən hərarətinə qədər 

qızdırılır.

Dializ məhlulu paketi periton kateteri ilə plastik borularla – 

ötürücü magistrallarla birləşdirilir.

Əsas 3 tip magistrallardan istifadə olunur:

düz magistral

– Y-yə oxşar magistral;

– iki paketli magistral.

Məhlulun dəyişdirilməsi:

1. dializ məhlulu öz ağırlığı ilə periton boşluğuna yeridilir;

2. boş paket və magistral bağlanır və cibdə saxlanılır;

3. gözləmə vaxtı 4–8 saat;

4. paket açılır və döşəməyə qoyulur, dializat paketə axıdılır, 

bundan sonra paket ayrılır və məhv edilir;



262

Dializ

5. yeni paket magistrala ucluq, yaxud Luer qıfılı ilə birləşdirilir;

6. periton boşluğuna yeni dializ məhlulu yeridilir.

Son illər magistral ilə kateteri birləşdirmək üçün müxtəlif növ 

konnektorlar (o cümlədən görmə qabiliyyətini itirmiş xəstələr üçün) 

hazırlanmışdır.

Avtomatlaşdırılmış periton dializi (APD) iki növə ayrılır:

– daimi siklik periton dializi (DSPD);

– periodik gecə periton dializi (PGPD);

Siklerlər – xüsusi cihazlar olub avtomatik şəkildə məhlulu periton 

boşluğuna yeridir və çıxarırlar.

8.3. Periton dializi aparmaq üçün kateterlər

Periton kateteri dializ məhlulunun periton boşluğuna sərbəst 

yeridilməsini və çıxarılmasını təmin etməli, giriş yerində infeksiyanı 

minimuma endirməli, peritonit olduqda onun sağalmasına kömək 

etməli və sadə cərrahi yolla qoyulmalıdır.

Kateterin tipləri.

 Periton kateterləri kəskin və xroniki dializ 

üçün olmaqla 2 yerə ayrılır.

Kəskin dializ üçün kateter. 

Kəskin periton dializi üçün kateter 

düz, yaxud bir qədər  əyilmiş, bir neçə yan dəlikləri olur. Kateteri 

yeritmək üçün metallik stilet, yaxud əyilən məftil üzərindən 

sürüşdürülərək qarın boşluğuna yeridilir. Üç gündən sonra peri-

tonitlərin sayı çox olduğu üçün uzun müddət istifadə olunmur.



Xroniki dializ üçün kateter

 – silikon, yaxud poliuretandan 

hazırlanır, bir ya iki dakron manjeti olur və bu cür kateterlər 2 il 

fəaliyyət göstərirlər. Kateter əməliyyat otağında implantasiya edilir. 

Bundan başqa, peritonoskopiya yolu ilə də qoyula bilər.

Tenkoff kateteri – ikimanjetli növü ən çox istifadə olunur. Kateter-

lərin müxtəlif formaları və modifi kasiyaları vardır.

Periton kateteri ilə əlaqəli ağırlaşmalar 3 qrupa bölünür:

1. kateterətrafı axıntılar;

2. drenajın çatışmazlığı;



263

Fəsil 8. Periton dializi 

3. kateter çıxan yerin və tunelin infeksiyası.

İkimanjetli Tenkoff kateteri qoyduqdan sonra ağırlaşmalar mü-

vafi q olaraq 7%, 17% və 14% olur.



PD klirensi

Hədəf klirens. PD dozası xəstəyə lazım olan tələbatı ödəməlidir. 

Xəstə özünü yaxşı hiss etməli, uremik simptomatika olmamalıdır. 

Hazırda sidik cövhərinin həftəlik fraksion klirensi (Kt/V) 2,0, 

kreatinin klirensi həftədə 60 l olmalıdır (son illər 50 l/həftə  də 

tövsiyə edilir).



Kt/V təyini.

 Kt/V sidik cövhərinin fraksion klirensini göstərir. 24 

saat müddətində yığılmış dializatda sidik cövhəri təyin edilir. Alınmış 

rəqəm sidik cövhərinin qandakı səviyyəsinə bölünür və periton Kt 

alınır. Qalıq böyrək funksiyasını hesablamaq üçün (böyrək Kt) 24 

saatlıq sidik yığılır, sidikdəki sidik cövhərinin miqdarı qandakı sidik 

cövhəri miqdarına bölünür və Kt alınır. Hər iki Kt toplanır və ümumi 

Kt alınır. V – suyun bədəndə ümumi miqdarı Watson, yaxud Hume-

Weyers formulu ilə hesablanır. Alınmış Kt/V göstəricisi 7-yə vurulur 

və həftəlik göstərici alınır.

PD klirensinin hesablanması üçün formulalar

Kt/V:

Kt=ümumi Kt=periton Kt+böyrək Kt

Periton Kt+(dializatda karbamid, gün)/(zərdab karbamidi)

Böyrək Kt=(sidikdə karbamid, gün)/(zərdab karbamidi)



Watson formuluna görə:

V=2,447-0,09516×yaş+0,1704+boy+0,3362×çəki (kişilər üçün)

V=2,097+0,1069×boy+0,2466×çəki (qadınlar üçün)

(yaş – il; boy – sm; çəki – kq).



C

kr

 (kreatinin klirensi):

C

kr



=ümumi C

kr 


bədən səthinə uyğunlaşdırılmış 1,73m

2

,



Ümumi C

kr

=periton C



kr

+böyrək C

kr

,

Periton C



kr

=(kreatinin dializatda miqdarı, gün)/(kreatinin qanda),



264

Dializ

Böyrək C


kr

=0,5×[(sidikdə kreatinin miqdarı, gün)/qanda kreatinin) 

+ (sidikdə karbamidin miqdarı, gün)/(zərdabda karbamid)]

Du Bois formulu əsasında bədən səthi (BS):

BSm


2

=0,007184×çəki

0,425

×boy


0,725

.

Bədən səthini nomoqram ilə də tapmaq olar (şəkil 8.4).



K/DOQİ tövsiyələrinə görə Kt/V və  C

kr

 birinci 6 ay ərzində 2 



aydan bir, sonra 4 aydan bir hesablamaq lazımdır.

1.5. Peritonitlər və kateterin çıxış yerinin infeksiyası 

– Peri tonitlər 1,1–1,3 epzod/il tezliklə müşahidə edilir. İnfek-

siyanın giriş qapısı kateterin mənfəzi ilə, kateterətrafı, transmural, 

hematogen, trans vaginal ola bilər. 

                                     

Şəkil 8.4. Bədən səthinin bədən çəkisi (kq) bə boya (sm, yaxud dyum) 

görə təyini

Bir neçə aydan sonra bütün kateterlərin üstü bakteriya çox olan 

selik, yaxud pərdə ilə örtülür. Periton leykositləri bakteriyalara qarşı 

Áîé (ñì) äöéöì

Áÿäÿí êöòëÿñè, êã

Áÿäÿí ñÿòùèíèí ñàùÿñè ì

2


265

Fəsil 8. Periton dializi 

mübarizədə əsas rol oynayırlar. Dializ məhlulun PH, osmolyarlığı, 

məhlulda kalsiumun olması, periton mayesində immunoqlobulinlər 

(İqG) səviyyəsinin yüksəkliyi peritonitlərin baş verməsinin qarşısını 

alır. Peritonit əlaməti olan və periton mayesində neytrofi llərin 

miqdarının artması müşahidə edilən  xəstələrin 90%ində xüsusi üsul 

ilə periton mayesini əkdikdə mikroblar, əksər halda qrammüsbət

bitirlər (cədvəl 8.2).

                                                                Cədvəl 8.2

Peritonit pasientlərində müxtəlif mikroorqanizmlərin təsadüf 

olunma tezliyi

Mikroorqanizm

Təsadüf olunma tezliyi, %

Bakteriyalar

80-90

Stafi lacoccus epidermidis



30-45

Stafi lacoccus aureus

10-20

Başqa stafi lakokklar



5-10

Coli


5-10

Klebsiella və Enterobakter

5

Pseudomonas



3-8

Başqaları < 

5

Vərəm mikobakteriyaları



< 1

Candida və başqa göbələklər



< 1-10

Əkilmənin mənfi  nəticəsi

5-20

Diaqnoz. Peritonitin diaqnostika kriteriyalarının  ən azı  aşağıda 

göstərilən üç əlamətlərdən ikisinin olması lazımdır:

1. periton iltihabı simptomları;

2. periton mayesinin bulanıq olması, artmış sitoz (1 mkl-də 100 

hüceyrədən çox), əsasən (50%-dən çox) neytrofi llər.

3. bakteriyaların tapılması – periton mayesində Qram üsulu ilə 

rəngləndikdə, yaxud əkdikdə aşkar olunur.


266

Dializ

 Peritonit üçün tipik olan əlamət qarında ağrının baş verməsidir.

Bununla yanaşı, ümumi zəifl ik, ürəkbulanma, qusma, qəbizlik, ya-

xud diarreya, üşümə, qızdırma müşahidə edilir. Periton mayesinin 

müayinəsi zamanı sitozun 50–100 hüceyrə/mkl-dən yüksək olduqda 

onun bulanması müşahidə edilir. Əksər xəstələrdə mayenin qəfl ətən 

bulanması və abdominal simptomların müşahidə olunması peritonit 

haqqında düşünməyə əsas verir (cədvəl 8.3) və bu da aktibakterial 

terapiyanın aparılmasına göstəriş sayılır. Amma məhlul bəzən onda 

fi brinin (bəzən lipidlərin) olmasından da bulana bilər. Ona görə də 

məhlulun bulanmasının səbəbini dəqiqləşdirmək üçün imkan olan 

kimi məhlulda hüceyrələri saymaq lazımdır.

                                                                     Cədvəl 8.3

Peritonitin əlamətlərinin tezliyi

Əlamətlər

Tezlik, %

Simptomlar:

Qarında ağrı

Ürəkbulanma, qusma

Qızdırma 

Üşümə


Qəbizlik, yaxud diareya

95

30



30

20

15



Əlamətlər:

Periton mayesinin bulanması

Qarın əzələlərinin gərginliyi

Sötkin-Blyumberq simptomu

Bədən hərarətinin yüksəlməsi

Leykositoz, qanda

99

80

10-50



33

25

Müalicə. Sefalosporin I səsil – sefazolin, yaxud sefalotin sefta-



zidim ilə kombinasiyada işlədilir. Hazırda aminoqlikozidlərdən, 

onların nefrotoksikliyinə görə istifadə edilmir, xüsusən böyrəklərin 

qalıq funksiyası olduqda. Böyrəklərin qaliq funksiyası olmayan 

xəstələrdə aminoqlikozidlər istifadə oluna bilər.



267

Fəsil 8. Periton dializi 

Etiologiyası məlum olmayan peritonitlərin başlanğıc müalicə 

sxemi

DAPD (daimi dozalanma metodu)

1. Periton boşluğundan maye boşaldılır, leykositlər sayılır, çıxarış 

paketindən maye əkilir. Kateterin uzadılmış hissəsi dəyişdirilir    

(şəkil 8.5).

 

Şəkil 8.5. Peritonitlərin empirik müalicə sxemi



268

Dializ

2. Yüklənmə dozası: 2 l paket 1,5%-li dekstroza ilə

+ 500 mq seftazidim

+1000 mq sefazolin

+1000 V heparin

məhlul qarın boşluğunda 3 saat saxlanılır. Xəstədə sepsis əlamətləri 

olduqda onda yükləyici doza venadaxilinə yeridilir (seftazidim 1000 

mq, sefazolin 1000 mq).

3. Saxlayıcı doza: DAPD davam edilir. 125 mq/l seftazidim, 125 

mq/l sefazolin və 1000 V heparin hər məhlul paketinə əlavə edilir.

Müalicənin effektiv getdiyi halda 12–48 saat sonra kliniki 

yaxşılaşma baş verir, leykositlərin miqdarı azalır, periton mayesində 

neytrofi llərin %-i enməyə başlayır. 2–3 gündən sonra əkilmənin 

cavabları alınır.

Qrammüsbət S. aureus, staphilacoccus epidermidis, yaxud strep-

tococcus əkildikdə müalicəni davam etmək lazım gəlir. Yaxşılaşma 

müvəffəqiyyətlə keçdikdə müalicə 14 gün davam edilir. Bəzən 5 

gündən sonra paralel preparatlara keçilir.

Qrammənfi  mikroblar tapıldıqda müalicənin istiqaməti də yiş-

dirilir, çünki: a) Pseudomonas uzun müddət müalicə  tələb edir; 

b) aşkar edilməmiş qarındaxili patologiyanın  əlaməti ola bilər;                  

c) aminoqlikozidlər ototoksik təsir edə bilərlər.

Əkilmənin cavabı mənfi  olduqda 14 gün müalicə davam etdirilir.


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin