Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

Reabilitasiya.

 Dializ xəstələrin 2/3 hissəsi  əvvəlki işlərinə 

qayıtmırlar, bu onların sosial-iqtisadi vəziyyətindən, xəstəliyin 

ağırlığından və dializ müalicəsini vaxtında başlamasından asılıdır. 

Əqli iş sahiblərinə işi fi ziki iş sahiblərinə nisbətən dializlə kombinə 

etmək daha rahat olur. 

Qadınlar, xüsusən əqli işlə məşğul olan qadınlar özlərini işlə da-

ha asan təmin edirlər, əksərən onlar ev təsərrüfatı işlərini aparırlar. 

Fiziki məhdudiyyətlər xəstələrin əksər halda işdən imtina etməsinə 

səbəb olur, bu da xüsusən kişilər üçün böyük psixoloji zərbə olur.

Eritropoetinin istifadə olunması, adətən, Hb-nin səviyyəsini 

yüksəltməklə xəstələrin fi ziki işgörmə qabiliyyətini artırır. Xəstəliyə 

qədər işini sevən və ondan zövq alan şəxslər işə can atırlar, amma 

ondan zövq almayanlar dializi başlayan kimi onu atırlar. Qeyd 

olunmalıdır ki, xəstələrin  fi ziki aktivliyi reabilitasiyanın  əsas 

şərtlərindən sayılmalıdır.



Həyatın keyfi yyəti.

 Həyatın keyfi yyətini (HK) qiymətləndirmək 

üçün hazırda standart metod yoxdur. İstifadə edilən üsullar subyektiv 

və obyektiv göstəricilərə görə xəstələrin özlərini hiss etmələri, ümumi 

vəziyyəti və sağlamlığına görə  həyatla qane olunma dərəcəsinə 

əsaslanır. HK-nı qiymətləndirmək üçün əsas subyektiv parametrlərə 

daha çox yer ayrılır. Eritropoetin istifadəsi,  transplantasiyadan sonra 

HK yüksəlir, transplantatın funksiyasının pozulması zamanı HK 

pisləşir.


185

Fəsil 7. Dializ xəstələrin problemləri

Müalicə.  Xəstənin  şəxsiyyətindən və  həyati situasiyadan ası-

lı olaraq müalicə seçilir. Sərbəst olan xəstələr erkən dövrdə trans-

plantasiyaya namizəd kimi seçilirlər. Anamnezində psixoz olan 

xəstələrin trasplantasiyadan sonra qlükokortikoid qəbulu problem 

yarada bilər, odur ki, onlara psixiatrın məsləhəti lazım olur. Bütün 

kişilər seksual disfunksiyanın baş verə biləcəyi haqda xəbərdar 

olunmalıdırlar. Belə olduqda onlar həkimə daha çox inanırlar və 

seksual disfunksiyaya kişiliyin itirilməsi kimi yox, uremiyanın 

ağırlaşması kimi baxırlar.

Psixoterapiya. Psixoterapiyanın xəstələrə böyük xeyri olur və bir 

neçə formada istifadə olunur:

1. individual psixoterapiya;

2. qrup halında psixoterapiya;

3. seksual davranışın korreksiya texnikası;

4. fi ziki hərəkətlər.



Dərman müalicəsi. Litium preparatlarından başqa, bütün psi-

xotrop dərmanlar praktiki olaraq yağda həll olan olduğu üçün, 

hematoensefalik baryeri keçir, qaraciyərdə detoksikasiya olunur, öd, 

nəcislə xaric edilir, yüksək molekulyar kütləyə malik olduğu üçün 

dializ membranından keçmirlər. Bütün psixotrop dərmanlar XBÇ 

zamanı 2/3 dozada verilir.

1.  Trankvilizatorlar. Narahatlıq və qorxu hissi olduqda qısa 

təsir müddəti olan benzodiazepinlər: lorazepam (Ativan), yaxud 

alprazolam (Xanax) istifadə olunur. Farmakoloji aktiv metabolitləri 

olan benzodiazepinlər: xlordiazepoksid (Librium), yaxud diazepam 

(Valium) dializ xəstələrində istifadə olunmamalıdır, çünki onların 

qanda yüksək səviyyəsi yığılıb, letargiya verə bilər. Barbituratlar da 

istifadə olunmamalıdır.

2.  Antidepressantlar. Dializ xəstələrində depressiyanın müa-

licəsində antidepressantlar yaxşı təsir göstərir. Serotaninin əks tutu-

cularının selektiv inhibitorları  və başqa antidepressant preparatlar: 

fl uoksetin (Prozac), sertralin (Zoloft), paroksetin (Paxil), nefazodon 


186

Dializ

(Serzone) və venlafaksin (Effexor) unikal xassələrə malikdirlər. Bu 

preparatların antixolinergik və sedativ təsiri yox, yaxud da çox az dır, 

ona görə yüksək dozada istifadə oluna bilər. Bu xassə onları hətta 

ölüm verə bilən tsiklik antidepressantlardan (amitriptilin, dezipra-

min, sinekvan, nortriptilin) və monoaminoksidoza inhibitorlarından: 

fenelzin (Nardil) və tranilsipromindən (Parnate) fərqləndirir. 

Müasir dövrdə XBÇ zamanı  ən çox fl uoksetin istifadə olunur. 

Standart gündəlik doza 20 mq xəstələr tərəfi ndən yaxşı keçirilir. Bu 

preparatların çatışmayan cəhəti kliniki effektin 3–6 həftə sonra əldə 

olunmasıdır.



Litium preparatları – ancaq dializdən-dializə 600 mq təyin olunur.

Neyroleptiklər – psixozda təyin olunur. Bu qrupdan olan 

haloperidol, xlorpromazin, tioridazin, risperidon və olanzapin 

istifadə oluna bilər. Bu preparatların normal böyrək funksiyası 

zamanı istifadə olunan dozasının 2/3 miqdarı təyin olunur.



7.2. Qidalanma problemləri

XBÇ xəstələrinin  ən mühüm problemlərindən biri qidalanma 

çatışmazlığı olub xəstələrin xəstələnməsinin və ölümünün sə bəb-

lərindən sayılır. Qidalanma pozğunluqları  xəstələrin dializəqədər 

mərhələsində 20–50%, dializ zamanı 10–70% müşahidə edilir 

(E.V.Shutov, 2008). Qidalanma pozğunluqları ikincili olaraq az 

qida qəbulu, yüksək itkilər və hiperkatabolizm nəticəsində baş verə 

bilər (cədvəl 7.1). Qidalanma çatışmazlığının nəticələri çoxtərəfl i 

ola bilər: ölüm səviyyəsinin artması, hospitalizasiyanın tezləşməsi, 

yaraların bitişməsinin pozulması, infeksiyaya həssaslığın artması, 

halsızlıq, reabilitasiyanın pisləşməsi müşahidə olunur. Dializ xəs-

tələrində qidalanmanın düzgün qurulması reabilitasiyanın, həyatın 

keyfi yyətinin yaxşılaşmasına səbəb olur.

                                                                             



187

Fəsil 7. Dializ xəstələrin problemləri

Cədvəl 7.1

Qidalanma vəziyyətinin qiymətləndirilməsi 

•  İdeal halda bütün xəstələr dietoloq tərəfi ndən müayinə 

olunur;

•  Dializə  qədər 4-cü və 5-ci mərhələ BXX, adətən, zülal 



qəbulunun azaldılması müşahidə edilir, odur ki, qidalanmanın 

qurulmasına kömək lazım olur (məsələn, mötədil miqdarda zülal 

qəbulu, yüksək enerji):

•  Pəhrizdə kalium cox olan qidaların məhdudlaşdırılmasi HD 

xəstələri üçün lazım olsa da, PD xəstələri üçün lazım olmur;

•  HD xəstələri zülal tələbatlarıni ödəyirlər, amma PD 

xəstələrinin zülal ehtiyacları əlavə olaraq ödənməlidir;

•  HD xəstələri, gecə  və  qısa gündəlik dializdə olduqda 

dializdən baş qa, fosfat birləşdiricilərini qəbul edirlər.

Hər bir xəstədən iştahanın azalması, ürəkbulanma, qusma, çə-

kinin azalmasının səbəbini aydınlaşdırmaq lazım gəlir. Qidalan ma 

pozğunluqlarına, həmçinin ürək çatışmazlığı, diabet, mədə-bağır-

saq traktının xəstəlikləri, depressiya kimi bəzi xroniki xəstəliklər də 

səbəb ola bilər. Qidanın keyfi yyətini qiymətləndirmək üçün xəstə 

qəbul etdiyi qida məhsullarının tərkibinin: zülal, yağ, karbohidrat 

hesabatını verməlidir. Dərmanlardan alüminium antasidləri, dəmir 

preparatları nəticəsində baş verən dispepsiyadan qida qəbulu azalır. 

Qlyukokortikoidlərin qəbulundan katabolizm sürətlənir.

•  Adətən, HD müalicəsi başlanandan iştah və qida qəbulu 

yaxşılaşır.

•  Qidalanma normal insanın qidalanma tövsiyələrinə uyğun 

olmalı: bütün enerjinin 50%-i karbohidratların və 30–35%-i yağların 

hesabına (əsasən poli və monodoymamış yağ turşuları hesabına) 

ödənilir. 

•  Bədən çəkisi indeksinin (BÇİ) 20–25 olması  təqdir olun-

malıdır.


188

Dializ

Fiziki vəziyyətin qiymətləndirilməsi, antropometriya. 

Qida-


lanmanın vəziyyətinin qiymətləndirilməsi üçün bədən çəkisi ni  ideal 

bədən çəkisi ilə müqayisə etməklə, dəri örtüyünün, selikli qişaların, 

tüklərin vəziyyətinə əsasən aparılır. Biseps ya triseps üzərində dəri 

büküşünün qalınlığının ölçülməsi, piy yığımı, bazunun dairəsinin 

ölçülməsi əzələ kütləsini qiymətləndirməyə imkan verir. Qarının yan 

tərəfi ndə, göbək səviyyəsində kaliper ilə dəri büküşünün qalınlığının 

ölçülməsi də dərialtı piy qatının vəziyyəti haqda obyektiv məlumat 

verir (cədvəl 7.2). 



Cədvəl 7.2

Qidalanma çatışmazlığının səbəbləri:

– qida maddələrinin az daxil olması;

– pəhrizin həddən çox məhdudlaşdırılması;

– qidanın mədədən pis evakuasiyası, diareya;

– interkurrent xəstəliklər, hospitalizasiyalar;

– dializ günü qida qəbul etməmək;

– dərman dispepsiyası (fosfor birləşdiriciləri, dəmir preparatları);

– periton dializi məhlulundan bədənə çox qlükozanın daxil ol-

ması;

qeyri-adekvat dializ;



– maliyyə problemləri;

– depressiya;

– dad hissiyyatının təhrif olunması.

Artıq itki:

Mədə-bağırsaq traktından qanın itirilməsi (100 ml qan=14-17 q 

zülal);

HD zamanı azot birləşmələrinin itirilməsi (HD zamanı bir 



proseduraya 6–8 q aminturşular, PD xəstələri hər gün 8–15 q zülal 

itirirlər).



Zülal katabolizminin artması:

- interkurrent xəstəliklər, hospitalizasiyalar;

- başqa yanaşı xəstəliklər;

- metabolik asidoz.



189

Fəsil 7. Dializ xəstələrin problemləri

Böy hormonu / insulinəbənzər boy faktoru sisteminin disfun k-

siyası.

Başqa hormonların (PТН, kortizol, qlükaqon) katabolik təsiri.



European best practice guidelines (2007) görə dializ xəstələrində 

nutritiv vəziyyət əsasən 4 parametr ilə qiymətləndirilir:

1) çəkinin itirilməsi;

2) qidalanmada dəyişikliklər (pəhrizi qiymətləndirmək);

3) piy kütləsinin itirilməsi;

4) əzələ kütləsinin itirilməsi.

İnsanın qidalanma vəziyyətinin inteqral göstəricisi bədən kütləsi 

indeksi (BKİ) olub, dializ xəstələrində ≥23,0 olması tövsiyə olunur. 



Pəhrizin fərdiləşdirilməsi. 

Böyrək çatışmazlığı zamanı pəhrizin 

saxlanması çox çətin məsələdir, çünki məhdudlaşdırmalar hətta 

onu dözülməz edir. Pəhriz fərdi seçilir, onun dad keyfi yyətləri, 

qiymətliliyi, xəstənin vərdişləri, yanaşı xəstəliklər nəzərə alınmalıdır. 

Həddən artıq ciddi məhdudlaşdırma qidalanma çatışmazlığına sə-

bəb ola bilər. Dietoloqdan başqa, pəhrizin saxlanmasına xəstənin 

müalicəsində iştirak edən bütün tibb personalı nəzarət edir. Ayda bir 

dəfə pəhrizin düzgünlüyü yoxlanılır. Yanaşı xəstəlikləri (məs. ŞD) 

olan pasientlərin pəhrizi əlavə modifi kasiyaya ehtiyacı olur. Belə ki, 

ŞD zamani tətbiq olunan pəhriz ilə XBÇ xəstələrinə verilən pəhriz 

biri-biri ilə tam əksinə olurlar: ŞD zamanı ət məhsulları tövsiyə, şirin 

yeməklər qadağan olunursa, XBÇ xəstələrinə – əksinə, ət məhsulları 

qadağan edilir, şirin qidalar tövsiyə edilir. 

Dializin adekvatlığı  təmin olunmadıqda xəstələrdə anoreksiya

kserostomiya (ağızda quruluq) müşahidə olunur və bu da öz 

növbəsində pasientlərin psixoloji durumlarını daha  çox pisləşdirir. 

Xəstənin quru çəkisi rəqəmlərinin real vəziyyətdən uzaqlaşdığı 

üçün ümumi vəziyyətin pisləşməsi, halsızlıq, baş  ağrıları, arterial 

təzyiqin nəzarətinin pisləşməsi, ürək çatışmazlığı əlamətləri, bəzən 



190

Dializ

hətta gözəçarpan periferik ödemlər meydana çıxır.  Əksər hallarda 

PH xəstələrinin vəziyyətlərinin pisləşməsi yuxarı tənəffüs yollarının 

iltihabi xəstəlikləri, yaxud başqa təhrikedici faktorların təsirindən 

baş verir. Bu zaman pasientlərin vəziyyətlərini yaxşılaşdırmaq 

üçün onların qidalanma göstəricilərinin kliniki və biokimyəvi 

qiymətləndirilməsi lazım gəlir (cədvəl 7.3).

                                                                                     Cədvəl 7.3



Qidalanma çatışmazlığının kliniki və biokimyəvi 

qiymətləndirilməsi

Faktor


Gostərici

Çəki


Ayda çəki azalması ≥5%

İzafi  quru çəkinin əldə olunması

BÇİ

<18,5

Maye


>1 kq/gün maye ləngiməsi

Biokimyəvi

Zərdabda albuminin səviyyəsi

<32 q/l, yaxud proqressiv azalma

Zərdab kaliumun səviyyəsi

>6,0 mmol/l uzun HD intervalından 

sonra


Zərdab fosfat səviyyəsi

Adətən >2 mmol/l 

Zərdab kreatininin səviyyəsi

Proqressiv azalır

Dializönü karbamid səviyyəsi

Adətən <20 mmol/l

Ümumi xolesterin səviyyəsi

>4,0 mmol/l

Xolesterin-HDL

<1,0 mmol/l

Triqliseridlərin səviyyəsi

>2,0 mmol/l

Qanda qlükozanın səviyyəsi

Davamedici yüksək

       



Dializ xəstələrinin dietik tələbatı.

 Dializ xəstələrinin pəhrizinin 

düzgün qurulması üçün onların müxtəlif qida maddələrinə görə 

gündəlik tələbatını bilmək vacibdir (cədvəl 7.4). Əksər Dializ 

Mərkəzlərində adekvat hemodiali olan xəstələrə maye qəbulundan 

başqa, praktiki olaraq azad rejimdə qidalanma tövsiyə  edilir.                                                                                                        


191

Fəsil 7. Dializ xəstələrin problemləri

Cədvəl 7.4

Dializ xəstələrinin sağlam şəxslərlə müqayisədə pəhriz 

tövsiyələri

Maddə


Sağlam şəxslər

HD

PD



Zülal, q/kq

0,8


1,2

1,2 - 1,5

Kalori sakitlikdə, 

kkal/kq


30

30

30



Zülal, %

15-20


15

15

Karbohidratlar



55-60

55-60


55-60

Yağlar


20-30

balans


balans

Xolesterin, mq

300-400

300-400


300-400

Doymamış/doymuş 

nisbəti

2,0:1,0


2,0:1,0

2,0:1,0


Toxuma q

25

25



25

Natrium 


(1q=43mekv)

2-6 q


2q+1q/1L 

sidik


2,4q+1q/1L 

sidik


Maye, L/1 L sidik

Sərbəst qəbul

1L/1L/1L 

sidik


1,0-2,5+1L/1L 

sidik


Kalium (1q=25 

mekv)


2-6 q

2q+1q/1L 

sidik

4q+1q/1L sidik



Kalsium, q

0,8-1,2


Pəhriz+1,2

Pəhriz+1,2

Fosfor, q

1,0-1,8


0,6-1,2

0,6-1,2


Maqnezium, q

0,35


0,2-0,3

0,2-0,3


Dəmir, mq

10-18


fərdi

fərdi


Tiamin, mq

1,5


1,5

1,5


Ribofl avin, mq

1,8


1,7

1,7


Vitamin B

6

, mq



10

10

10



Vitamin B

12

, mq



0,03

0,006


0,006

Niasin, mq

20

20

20



Fol turşusu

1,0


>1,0

>1,0


192

Dializ

Pantoten turşusu, mq

Məlumat 

yoxdur


10

10

Biotin, mq



Məlumat 

yoxdur


0,3

0,3


Vitamin C, mq

100


60-100

60-100


Vitamin E

Məlumat 


yoxdur

yox


yox

Vitamin D, mkq/gün

-

0,25-0,5


0,25-0,5

Vitamin K, mq/həftə

məlumat 

yoxdur


7,5

7,5


         

Zərdab albumini.

 Dializ xəstələrinin zərdabında albuminin 

aşağı səviyyəsi ölüm göstəricisi və hospitalizasiya tezliyi ilə uyğun 

gəlir. Albuminin qanda səviyyəsi 4,0 q/dl-dən aşağı olduqda ölüm 

riski artır. Albuminin səviyyəsinə çoxlu faktorlar, qaraciyərdə 

onun sintezi, hüceyrəxarici sahədə paylanması, katabolizmi, qan 

plazmasının həcmi təsir göstərir. Kəskin faza zülallarından CRP, 

zərdab amiloidi A də albumin səviyyəsinə  təsir edir. Xəstələrdə 

qidalanma pozğunluqları başlananda albuminin səviyyəsi də  aşağı 

düşür və qidalanma yaxşılaşanda albumin də qalxır.

Dializönü dövrdə zərdabın sidik cövhəri azotunun miqdarı zülal 

qəbulunun  səviyyəsini göstərir və göstəricilər 50–80 mq/dl arasında 

olur, 50 mq/dl-dən aşağı düşməsi zülal qəbulunun az olduğunu 

göstərir.

Dializ xəstələrində albuminin qanda normal səviyyəsinə aid 

tövsiyələr daima dəyişirlər. 2006-cı ilə  qədər Avropa qidalanma 

assosiasiyası albuminin qandakı  səviyyəsini 35 q/l-dən yuxarı 

saxlamağı tövsiyə edirdisə, artıq 2007-ci ildə bu göstərici 40 q/l-ə 

qədər qaldırılmışdır.

Zülal.

 HX gündə 1,2 q/kq zülal qəbul etməlidirlər və bunun 

da yarısı keyfi yyətli zülal olmalıdır (tərkibində  əvəzolunmayan 

aminturşuların miqdarı çox olmalıdır).



Enerji.

 Gündə 35 kkal/kq enerji istifadəsi neytral azot mübadiləsini 



193

Fəsil 7. Dializ xəstələrin problemləri

təmin edir və zülalın parçalanmasının qarşısını alır. 60 yaşdan yuxarı 

enerji istifadəsi 30 kkal/kq-a endirilə bilər. Adətən, xəstələr 23–27 

kkal/kq/gün istifadə edirlər.



Natrium və su.

 Hidratasiya dərəcəsindən, diurezdən, AT səviy-

yəsindən asılı olaraq natrium və su rejimi seçilir.

Böyrəklərin qalıq funksiyası olduqda onu nəzərə almaq lazımdır. 

Əgər xəstə gündə 1 l sidik ifraz edirsə, qəbul olunan mayenin miqdarı 

1,5 l/gün, natriumun miqdarı 3-4 q/gün olmalıdır. Diurezi artırmaq 

üçün furosemid təyin edilir (200–400 mq/gün).

HD xəstələrində gündəlik qəbul olunan mayenin miqdarı 1L, 

natriumun miqdarı 2 q-a qədər aşağı salınır. 

Kalium. 

Kaliumun qəbulu gün ərzində 4 q, yaxud 100 mekv/gün 

olmalıdır. ACFİ kaliumun stul ilə çıxmasına səbəb olur. Anuriyası 

olan HD xəstələrində kalium 2q/gün-ə (50 mekv/gün) azaldılır. 

HD xəstələrində  pəhrizdə kalium qəbulunun məhdudlaşdırılması 

vacib olsa da PD müalicəsində buna ehtiyac olmur. Dializ müalicəsi 

zamanı xəstələrdə oliqo-anuriya müşahidə edildikdə qida ilə qəbul 

olunan kaliumun miqdarı onun qan zərdabındakı səviyyəsini təyin 

etdiyi üçün kalium ilə zəngin məhsulların məhdud qəbulu praktiki 

əhəmiyyət kəsb edir. (cədvəl 7.5). Hiperkaliyemiyanın dializ 

müalicəsində başqa səbəblərindən AÇFİ istifadəsi, qəbizlik, qeyri-

adekvat dializi göstərmək olar.



Cədvəl 7.5

Tərkibində kalium cox və az olan qida məhsulları

K çox olan məhsullar

K az olan məhsullar

Banan, kivi, quru meyvələr, 

meyvə şirələri, tərəvəz şirələri

Alma, armud, mandarin, konservlənmiş 

meyvələr (qurudulmuş)

Kartof, avokado, ispanaq

Noxud, paxlalılar, kərövüz, soğan

Bütün yarmalar, myusli, yar-

ma lopası, qoz, xırçıldayan 

kartof plastinkası, şokolad

Qarğıdalı lopası, düyü unu, üfürülmüş 

buğda


Soya

Düyü, makaron yeməkləri



194

Dializ

Kalsium

. Sağlam insanlar 1 q/gün kalsium istifadə edir. Dializ 

xəstələrinin kalsium tələbatı daha çoxdur, amma xəstələrin pəhri-

zində fosfor məhdudlaşdırıldığı üçün kalsium da az qəbul olunur. 

Adekvat kalsium balansını  təmin etmək üçün kalsium preparatları 

və vitamin D təyin olunur. Amma hiperkalsiyemiya təhlükəsi olduğu 

üçün ciddi nəzarət aparılmalıdır.



Fosfor.

 Sağlam  şəxslər 1,0–1,8 q/gün istifadə edirlər. Qanda 

fosforun səviyyəsini 4,5–5,5 mq/dl saxlamaq üçün XBÇ zamanı 

pəhrizdə  fosforun qəbulu 0,6–1,2 q/gün qədər məhdudlaşdırılır. 

Qida məhsullarında fosforun zülal ilə korellyasiya etdiyi üçün 

onu məhdudlaşdırdıqda zülal da azalır, ona görə bütün dializ 

xəstələri fosfat birləşdiricilərini qəbul etmək məcburiyyətində 

qalırlar. Hiperfosfatemiya süd məhsulları çox qəbul edən və fosfat 

birləşdiricilərini qəbul etməyən və adekvat dializ almayan xəstələrdə 

müşahidə edilir. 

Tərkibində fosfor zəngin olan qida maddələri: daxili orqanlar 

(qaraciyər, böyrək, beyin), balıq, ət pastaları, süd məhsulları, araxis 

yağı, qoz, günəbaxan tumu, pivə, şokolad, kakao, kola  və s.

Vitaminlər.

 Dializ xəstələri vitaminlərin gündəlik dozasını qəbul 

etdikdə belə onlarda suda həll olan vitaminlərin qıtlığı baş verir. 

Vitamin qıtlığının səbəbi lazımi miqdarda qəbul olunmaması, bəzi 

dərmanların qəbulu vitaminlərin absorbsiyasını pozması, uremiya, 

metabolizm pozğunluğu və ən əsası isə dializ ilə çıxarılmasıdır. Odur 

ki, bütün dializ xəstələrinə fol turşusu və B qrupu vitaminləri təyin 

olunur. Fol turşusunun yüksək dozası (10–15 mq/gün) homosis tei - 

nin – ÜDS xəstəliklərinin risk faktorunun səviyyəsini aşağı salır.

Vitamin C. Dializ xəstələri 60–100 mq/gün qəbul etməlidirlər. 

Dozanın artırılması askorbin turşusunun metabolitlərinin – oksa-

latların artmasına və böyrəkdaşı xəstəliyinə səbəb ola bilər. Askorbin 

turşusunun vena daxilinə yeridilməsi bir tərəfdən, eritropoetinə 

rezistent olan anemiyanın müalicəsində  dəmirin istifadəsini yaxşı-


195

Fəsil 7. Dializ xəstələrin problemləri

laşdırdığı, digər tərəfdən, oksidləşmə-reduksiya reaksiyalarının 

pozitiv yatağa yönəltdiyi üçün faydalı ola bilər.

Vitamin A. Dializ pasientlərinin zərdabında vitamin A səviyyəsi 

həmişə yüksək olur. Bunun səbəbi retinolbağlayan zülalın səviy-

yəsinin artması, onun böyrəkdə katabolizminin aşağı düşməsi və 

dializlə xaric olmamasıdır. Hipervitaminoz A dializ xəstələrində 

anemiya, lipid və kalsium metabolizminin pozğunluqları yaradır.

Vitamin D. Vitamin D preparatları ikincili hiperparatireozun 

müalicəsi üçün istifadə olunur. Vitaminin dozasını seçdikdə 

bir tərəfdən, PТН  səviyyəsini aşağı salmağa nail olmalı, amma 

digər tərəfdən, hiperkalsiyemiya və Ca×P hasilinin yol verilən 

göstəricilərinin keçməməsinə nəzarət etmək tövsiyə edilir.

Vitamin K. Antibiotik alan pasientlərdə vitamin K qıtlığının səbəbi 

bağırsaq  fl orasının depressiyasıdır və belə halda xəstələrə  həftədə 

7,5 mq həftə vitamin K təyin edilməsi tövsiyə olunur.

Vitamin E. Vitamin E təyin olunması eritrositlərin yaşama döv-

rünün yaxşılaşmasına səbəb olur.

Polivitamin preparatları arasında tərkibində vitamin A və yüksək 

səviyyədə vitamin C olanların xəstələrə  təyin olunması  məsləhət 

görülmür. Dializ xəstələri üçün xüsusi preparatlar seçmək lazımdır.


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin