Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

Dializ

Bizim kliniki təcrübəmizə görə bu preparatlar xəstələr tərəfi ndən 

yaxşı keçirilirlər, uzun illər BH-nin müalicəsində istifadə olunur. Amma 

müalicənin başlanğıcında bəzi xəstələrdə (xüsusən yaşlı  şəxslərdə) 

qanda kreatinin və kaliumun səviyyəsinin yüngül yüksəlməsi 

müşahidə oluna bilər ki, bu dəyişikliklər də dərmanı kəsməməklə özü 

keçir. Tək-tək hallarda AÇFİ preparatlarının tətbiqindən sonra qan 

plazmasında kreatininin səviyyəsi 30 %-dən çox artır, onda preparatın 

verilməsi dayandırılır.                                                                                        

Cədvəl 3.2

BH müalicəsində istifadə olunan AÇFİ

Preparat


Doza, mq

Gündəlik qəbulu, dəfə

Kaptopril

75-100


3

Enalapril

5-10-20

1-2


Ramipril

2,5-5


1

Perindopril

4-8

1

Silazapril



2,5-5

1

Fozinopril



10-20

1

Kvinapril



20-40

1

Trandolapril



2-4

1

Lizinopril



10-40-80

1

Benazepril



10-20-40

1

Əksər hallarda XBÇ olan xəstələrdə uzun müddət AÇFİ ilə 



müalicə böyrəklərin funksiyasının yaxşılaşmasına səbəb olur. 

Qlomerulonefritin, diabetik nefropatiyanin müalicəsi zamanı bu 

preparatların proteinuriyanı azaltması da qeyd olunmuşdur (H.Herlitz 

və b, 2001). AÇFİ-nin tətbiqi zamanı öskürək, hipotoniya, baş ağrısı, 

baş gicəllənməsi müşahidə oluna bilər, amma bunların xəstə üçün heç 

bir ağır nəticəsi olmur. 



93

AÇFİ-nin tətbiqi hər iki böyrək arteriyası stenozunda, ağır ürək-

böyrək çatışmazlığında, ağır XBÇ-də və hamiləlikdə əks göstərişdir 

(İ.E.Tareyeva və b., 2001).



Kalsium antaqonistləri (KA).

 Bu qrup dərman preparatlarının 

təsir mexanizmi arteriolaların genişlənməsi və ümumi periferik 

müqavimətin azalması ilə  əlaqədardır. Həmçinin bu qrup 

preparatların endotelium hormonu olan endotelinin vazo-konstruktiv 

təsirini blokadaya alması da sübuta yetmişdir. Kliniki təcrübədə  ən 

çox tətbiq olunan KA preparatları 3.3 saylı cədvəldə verilmişdir. 

                                                                                         Cədvəl 3.3

BH müalicəsində istifadə olunan KA

Preparat


Doza, mq

Gündəlik qəbulu,

dəfə

Nifedipin



30-40

3-4


Riodipin

30-40


3-4

Nifedipin-retard

30-60

1

İsradipin



5-10

1

Felodipin



5-10

1

Amlodipin



5-10

1-2


Nifebradil

240-480


1

Verapamil

180

2

Diltiazem



60-90-180

2-3


KA hipotenziv təsirlə yanaşı, antisklerotik və antiaqreqant 

xassələrinə malik olduqları üçün yaşlı  xəstələrdə daha çox tətbiq 

olunmalıdır (E. İ.Çazov, 2001). KA eyni zamanda böyrək qan 

dövranını artırır, ona görə natriurez də artır, həmçinin yumaqcıqdaxili 

hipertenziyanı azaltmaqla yumaqcıq fi ltrasiyası sürətini (YFS) artırır. 

Böyrəklərin qorunması onların hipertrofi yasının qarşısının alınmasına 



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

94

Dializ

əsaslanır ki, bu da XBÇ-nin inkişafını ləngidir (P.Mene, 1997). KA-nın 

istifadəsi zamanı taxikardiya, aritmiya, sifətin qızarması (nifedipin), 

bradikardiya, atriovenrtrikulyar blokada, qəbizlik (verapamil) 

müşahidə oluna bilər.

  β-adrenergik reseptorların blokatorları.

  Bu qrup preparatların 

təsir mexanizmi ürəyin dəqiqəlik vurğu həcminin azalması, 

böyrəklərdə reninin sekresiyasının tormozlanması, damarların ümumi 

periferik müqavimətinin (ÜPM) azalması, postqanqlionar simpatik 

sinir uclarında noradrenalinin azad olmasının azalması, ürəyə venoz 

qayıdışın və dövr edən qanın azalması ilə izah olunur. β-blokatorların  

diuretiklərlə birlikdə  tətbiqi daha effektivdir (B.A.Sidorenko və 

D.V.Preobrajenskiy, 2001).

Təcrübədə çox istifadə olunan bu qrup preparatlar 3.4 saylı 

cədvəldə verilmişdir.



Cədvəl 3.4

BH müalicəsində istifadə olunan β-blokatorlar

Preparat


Doza, mq

Gündəlik qəbulu, dəfə

Propronalol*

80-640


2-4

Nadolol *

80-320

2-4


Oksprenolol*

120-400


2-4

Pindolol *

10-60

3-4


Labetolol **

200-1200


2-4

Atenolol


100-200

2-3


Metoprolol

100-400


2-3

Betaksolol

5-20

1-2


95

Talinolol

150-600

1-3


Karvedilol **

25-100


1-2

*   Qeyri-selektiv  β-blokatorlar.

**  α  və β-reseptorları blokada edən preparatlar.

β-blokatorlar böyrək qan dövranına, YFS, diurezə, natriumun 

ekskresiyası göstəricilərinə təsir etmir. Yüksək dozada renin-angio-

tenzin sistemini blokada edir və hiperkaliemiyaya səbəb ola bilir.

β-blokatorların bradikardiya, ürək çatışmazlığı, sinus düyününün 

zəifl iyi, atrio-ventrikulyar blokada, bronx astması zamanı tətbiqi əks 

göstərişdir.

α-adrenergik reseptorların blokatorları.

 BH müalicəsində 

istifadə olunan α-blokatorların təsir mexanizmi onların seçici olaraq 

postsinaptik damar α



1

-reseptorlara təsirinə əsaslanır. 

Bu qrupa daxil olan və hipertoniyanın müalicəsində istifadə olu-

nan dərmanlar 3.5 saylı cədvəldə verilmişdir.

                                                                           

Cədvəl  3.5                                   

BH müalicəsində istifadə olunan α-blokatorlar

Preparat


Doza, mq

Gündəlik qəbulu, 

dəfə

Prazozin


1-15

3-4


Terazozin (Kornam)*

5-10


2

Alfuzozin (Dalfaz)*

5-10

1

Doksazozin (Kardura)*



4-8

1

Tamsulozin (Omnik)*



400

1

*Bu preparatlar həmçinin prostat vəzin xoşxassəli hiperplaziya sının 



müalicəsində də istifadə olunur.

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

96

Dializ

α-blokatorların istifadəsi zamanı xəstələrdə postural hipotenziya, 

baş gicəllənməsi, yuxululuq, ağızda quruluq, seksual disfuksiya 

müşahidə oluna bilər.



Angiotenzin  II reseptorların (AT

1

 reseptorlar) blokatorları. 

Bu qrup preparatlar angiotenzin II təsirini  həyata keçirən AT

1A

 və 


AT

1B

 reseptorları blokada edirlər. Bu qrupa daxil olan dərmanlar 3.6 



saylı cədvəldə verilmişdir.                                                                 

Cədvəl 3.6

BH müalicəsində istifadə olunan angiotenzin II

reseptorlarının blokatorları

Preparat


Doza, mq

Gündəlik qəbulu, dəfə

Lozartan (Kozaar)

50-100


1-2

Valsartan

80

1

Kandesartan*



4-6-8

1

*Kandesartan öd ilə də xaric olur

Bu qrup preparatların nefroprotektiv rolu yüksək qiymətləndirilir 

(M.Martinez Maldonado, 2001), amma iqtisadi cəhətdən isə diuretiklər, 

AÇFİ, KA, β-blokatorlar daha cəlbedicidirlər (A.İ.Martınov və b., 

2001).


Xəstələrdə böyrək xəstəliklərinin klinik təzahürlərinə görə BH-

nin müalicəsində hipotenziv preparatların müxtəlif kombinasiyaları 

tərəfi mizdən işlənmiş və tətbiq olunmuşdur. Bütün  kombinasiyalar 

əksər hallarda ilgək diuretikləri fonunda aparılır (cədvəl  3.7)               

və hipotenziv preparatların istifadəsi alqoritmi hazırlanmışdır                   

(şəkil 3.1).

                                                                                                 


97

Cədvəl 3.7

XBÇ etiologiyası və kliniki xüsusiyyətindən asılı olan 

hipotenziv terapiya

 

XBÇ etiologiyası və 

xüsusiyyəti

Əks-göstərişdir

Göstərişdir

ÜİX


Qanqlioblokatorlar, 

PV

BAB, KKB, 



nitroqliserin

Böyrəyin işemik 

xəstəliyi

AÇFİ, ARB

BAB, KKB, PV

Xroniki ürək 

çatışmazlığı

Qeyri-selektiv BAB, 

KKB

İlgək diuretikləri, 



spironolakton,

AÇFİ, BAB, karvedilol

DN

Tiazid diuretiklər, 



spironolakton, 

qeyri-selektiv BAB, 

qanqlioblokatorlar, 

metildopa 

İlgək diuretikləri, 

AÇFİ, ARB, KKB, 

moksonidin, nebivolol, 

karvedilol

Podaqrik nefropatiya Tiazid diuretiklər

AÇFİ, ARB, BAB, 

ilgək diuretikləri, KKB

Prostat vəzinin xoş- 

xassəli hiperplaziyası

Qanqlioblokatorlar

Alfa-adrenoblokatorlar

Siklosporin 

nefropatiyası

İlgək, tiazid 

diuretikləri, AÇFİ

KKB, spironolakton, 

BAB

Hiperparatireoz 



nəzarət olunmayan 

hiperkalsiyemiya ilə

Tiazid diuretiklər, 

BAB


İlgəg diuretukləri, 

KKB


Qeyd: ÜİX –ürəyin işemik xəstəliyi, PV – periferik vazodilatatorlar, BAB – 

beta-adrenoblokatorlar, KKB – kalsium kanal blokatorları, AÇFİ – angiotenzini 

çevirən fermentin inhibitorları, ARB – angiotenzin İİ reseptorlarının blokatorları, 

DN – diabetik nefropatiya.   

I kombinasiya  – AÇFİ + β-blokatorlar – 50 yaşdan aşağı olan 

xəstələrdə, taxikardiyada,  ürək çatışmazlığı olmadıqda tətbiq olunur.



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

98

Dializ

II kombinasiya – AÇFİ + KA – bradikardiya, şəkərli diabet 

(verapamil) və yaşlı xəstələrdə istifadə edilir.

III  kombinasiya – AÇFİ + α-blokatorlar - arterial hipertoniyanın 

prostat vəzin xoşxassəli hiperplaziyası ilə müştərək təsadüfl ərində 

istifadə edilir.

IV kombinasiya – AÇFİ + angiotenzin II reseptorları blokatorları 

– başqa hipotenziv dərmanlar effektsiz olduqda tətbiq olunur.

Hipertonik krizlərdə nifedipin 10 mq dozada dilin altına 

qoyulmaqla istifadə olunur, lazım olduqda 15 dəqiqədən sonra təkrar 

edilir. 

Şəkil. 3.2. XBÇ zamanı AH müalicəsi alqoritmi.



99

Beləliklə, çoxillik təcrübələrə  əsaslanaraq qeyd edirik ki, 

BH müalicə sxemləri nəinki yüksək AH nəzarətdə saxlamağa 

imkan verir, həmçinin böyrək xəstəliklərinin müalicə  nəticələrini 

yaxşılaşdırmaqla XBÇ-nin sürətli inkişaf tempinin qarşısını alır.

İnfeksion ağırlaşmaların müalicəsi

Antibakterial müalicə apardıqda böyrəklərin qalıq funksiyalarını 

qorumaq üçün əsasən qaraciyərdə metabolizmə  uğrayan anti-

biotiklərdən istifadə olunur. Nefrotoksik antibiotiklərdən istifadə 

olunmur. Başqa antibiotiklərin dozası YFS görə hesablanır.

3.2. Böyrək əvəzedici terapiya

XBÇ-nin müalicəsi iki qrup üsulların köməyi ilə aparılır:

1. Konservativ müalicə üsulları;

2. Aktiv müalicə üsulları və ya böyrək əvəzedici terapiya (BƏT).

Konservativ müalicə üsulları  pəhriz, medikamentoz vasitələr

dərman bitkiləri, fi zioterapevtik, sanator-kurort müalicələrini əhatə 

edir. Bu üsullar YFS-nin 15 ml/dəqiqədən yüksək olduğu zaman 

tətbiq olunur.

BƏT böyrəklərin funksiyasının ağır zədələnməsi zamanı, yəni 

YFS 15 ml/dəq-dən aşağı endikdə tətbiq edilir.

Hazırda XBÇ-nin müalicəsi üçün BƏT kimi hemodializ və periton 

dializi, həmçinin böyrəkköçürmə  tətbiq olunur. Periton dializi yeni 

doğulmuş  və kiçik uşaqlarda, ağır ürək-damar sistemi xəstəlikləri, 

damar yolu problemi olduqda (şəkərli diabet nəticəsində inkişaf edən 

XBÇ), azad hərəkət lazım olan insanlarda tətbiq olunur. Tez-tez peritonit 

və xəstələrin fi ziki cəhətdən zəifl iyi periton dializindən imtinaya səbəb 

ola bilər.  Əksər hallarda XBÇ olan xəstələrin müalicəsində proqram 

hemodializdən istifadə olunur.  



Periton dializi. Bədənin təmizlənmə prosesində böyrəklərlə 

yanaşı, başqa orqanlar da iştirak edir. Belə orqanlar arasında 

qarın boşluğunu içəridən və bütün qarın boşluğu orqanlarını örtən 

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


100

Dializ

membrana – periton əsas yer tutur. Bəzi halda BƏT kimi periton dializi 

seçilir, bu zaman əməliyyatdan 1 ay əvvəl xüsusi cərrahi əməliyyat 

yolu ilə periton boşluğuna yumşaq kateter qoyulur. Bu kateter 

vasitəsi ilə xəstənin periton boşluğu xüsusi tərkibli steril məhlul ilə 

doldurulur, bu məhlula qanda olan toksinlər və metabolitlər keçir. 

Bir neçə saatdan sonra məhlul qarın boşluğundan çıxarılır, beləliklə, 

məhlulda həll olmuş maddələr də bədəndən çıxır (şəkil 3.3). 

Şəkil 3.3. Periton dializi. A – məhlulun periton boşluğuna yeridilməsi; 

B – ekspozisiyadan sonra məhlulun çıxarılması

Belə əməliyyatı xəstə evdə müstəqil şəkildə özü və ya qohumların 

köməyi ilə aparır, yəni gündə 3–5 dəfə qarın boşluğundakı mayeni 

yenisilə dəyişir. Məhlulun dəyişilməsi çox sadə əməliyyat olub 20 

dəqiqə  çəkir. Bu əməliyyatı aparmaq üçün xüsusi bilik, təcrübə 

tələb olunmur, amma gigiyenik və aseptik qaydalara riayət etmək 

lazım gəlir. Bəzi xəstələr periton dializinə üstünlük verirlər, çünki 

bu zaman özlərini daha sərbəst, azad hiss edirlər. Ölkəmizin ucqar 

A

B



101

bölgələrində periton dializinin BƏT kimi tətbiqi daha əlverişlidir. 

Amma hələlik istehsalın təşkil olunmadığı üçün məhlulların xarici 

ölkələrdən gətirilməsi səbəbindən onların bahalığı  və  həkimlərin 

informasiyasızlığı üsulun yayılmasına mane olur. 

Hemodializ.

  Qanın (hemo-qan, dializ-təmizləmə) xüsusi fi ltrin 

(dializator)  köməyi ilə yarımkeçirici membran vasitəsi ilə təmizlənməsi 

prosesidir. Cihaz cərrahi  əməliyyat vasitəsi ilə yaradılmış xüsusi 

damar yolunu (fi stulanı) xüsusi iynə ilə punksiya edirək qan dövranına  

birləşdilir. Boru sistemi ilə qan dializatora təmizlənmək üçün daxil olur. 

Bu zaman xəstənin qanının müəyyən hissəsi (200–300 ml) bədəndən 

xaricdə olur, fasiləsiz olaraq dövr edir, zərərli maddələrdən təmizlənir, 

və sonda orqanizmin qan dövranına qayıdır (şəkil 3.4). 

Standart olaraq dializ proqramı, adətən, həftədə 3 dəfə 4 saat davam 

edir və bu proqram hemodializ və ya periodik hemodializ, yaxud xronik 

hemodializ adlanır.  Əksər xəstələr həftədə 3 dəfə xüsusi şöbələrə – 

Hemodializ Mərkəzlərinə  gələrək bu əməliyyatı ambulator qəbul 

edirlər. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə o,  illərlə və ya 10 

illərlə müalicə ala bilir və dializin köməyi ilə  dolğun bir həyat yaşayır. 

Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edirsə və tibbi məsləhətləri 

ye ri nə ye tirirsə, iş qabiliyyətini də saxlayır. Dializ xəstələrinin rea-

bilitasiyası nın əsas şərtlərindən biri onların vaxtında aktiv müalicəyə 

göndərilməsidir. Bundan başqa, bu insanların ailədə lazımi qayğı  və 

diqqətlə əhatə olunması da vacib şərtlərdən sayılmalıdır

Xəstələr razı olduqda 3–6 ay dializ müalicəsindən sonra böyrək 

transplantasiyasına göndərilirlər. Bu dövrdə  xəstələrin vəziyyəti 

yaxşılaşır, onlar  hərtərəfl i müayinə olunur və əks-göstəriş olmadıqda 

böyrək köçürmə  əməliyyatı yerinə yetirilir. Xəstələrə dializ apar ma-

dan  böyrəkköçürmə əməliyyatı ancaq çox yaxşı qurulmuş təşkilati 

işlər sayəsində aparıla bilər. Bu zaman da bəzi halda böyrəkköçürmə 

əməliyyatından sonra transplantasiya olunmuş böyrəyin funksiyası 

bərpa olunmursa xəstələrə hemodializin aparılması mümkündür.

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


102

Dializ

Şəkil 3.4. Hemodializ



Proqram hemodializə göstərişlər.

XBÇ zamanı proqram hemodializə (PH) göstərişlər:

1. Kreatinin böyrək klirensi 10–15 ml/dəq/1,73 m

2

-dən



 

 az;


2. Sidik cövhərinin böyrək klirensi 7 ml/dəq/1,73 m

2

-dən  az;



3. Qanda kreatinin səviyyəsi 600–700 mk mol/l-dən yüksək;

4. Qanda kaliumun səviyyəsinin 6,5 mmol/l-dən yüksək;

Aşağıdakı kliniki əlamətlərin birinin olması:

– uremiya simptomları; 

– hiperhidratasiya, nəzarət olunmayan AH, xroniki ürək ça tış-

mazlığı, başlayan ağciyər ödemi;

– proqress edən uremik neyropatiya;

– metabolik asidoz, dekompensasiyaya uğradıqda;

– uremik perikardit, uremik prekoma;

– zülal-enerji çatışmazlığı (malnutrition), hiperkatabolizm.



103

Proqram hemodializə nisbi əks göstərişlər:

1. Bədxassəli şişlər;

2. UİX, miokard infarktı, ürək çatışmazlığı;

3. Xroniki hepatitin dekompensasiya mərhələsi, qaraciyər serrozu;

4. Ağciyərin obstruktiv xəstəlikləri, aktiv vərəm;

5. Baş  beyin  damarlarının zədələnməsi;

6. Psixiki xəstəliklər (şizofreniya, epilepsiya, psixoz və s.);

7. Qan xəstəlikləri (aplastik anemiya, leykoz və s.);

8. Aşağı intellekt səviyyəsi, sosial reabilitasiyaya marağın ol ma-

ması (alkoqolik, narkoman, evsiz avaralar);

9. Sinir sisteminin ağır xəstəlikləri;

   10. Antikoaqulyant yeritdikdə massiv qanaxmanın yüksək riski 

olan xəstələr (uşaqlıq fi broması, Mellori-Veys sindromu, mədə və 12 

barmaq bağırsaq xorası). Ürək və magistral damarların  anevrizması. 

Qeyd etmək lazımdır ki, XBÇ ilə olan və proqram hemodializə 

potensial ehtiyacı olan xəstələrin vaxtında nefroloqun məsləhətinə 

göndərilməməsi nəticəsində  xəstəliyin kliniki gedişinin ağır  şə-

kil aldığı zaman xəstəyə hemodializ müalicəsinin kömək gös-

tə  rəcəyinə  təminat vermək mümkün olmur. Ona görə  də  xəstənin 

nefroloqun məsləhətinə vaxtında göndərilməsi  çox vacibdir, çünki bu 

mütəxəssislərlə görülən tədbirlər nəticəsində, dializönü dövrdə XBÇ-

nin ağırlaşmalarını aradan qaldırmaq imkanını verir. Digər tərəfdən, 

hemodializ müalicəsinə göstərişi düzgün təyin etmədikdə xəstələrin 

vəziyyətinin daha da pisləşməsinə  və fatal sonluğun tezləşməsinə 

səbəb olur.

BXX-nin erkən mərhələlərindən başlayaraq böyrəklərin  əsas 

zədələnmə səbəbi aşkar olunur və nefroprotensiya tədbirləri aparılır 

və xəstələrdə hər mərhələdə meydana çıxa bilən ağırlaşmalar müali-

cə olunur və onlar dializ müalicəsinə mümkün qədər başqa orqan və 

sistemlərdə az pozğunluqlar ilə çatdırılırlar (şəkil 3.5). Bu xəstələrin 

tam tibbi və sosial reabilitasiyasına imkan verməklə yanaşı, həyatın 

keyfi yyətinin yaxşılaşmasına səbəb olur.



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

104

Dializ

Səkil 3.5. BXX xəstələrinin hemodializə hazırlanmasının cədvəli



Hemofi ltrasiya.

  Hemodializ apardıqda qandan əsasən kiçik 

molekulyar kütləyə malik maddələr yaxşı  təmizlənirlər. Belə ki, 

əgər kiçik kütləli maddələrin, məsələn, sidik cövhərinin, kreatininin, 

sidik turşusunun (müvafi q olaraq molekulyar kütləsi 60, 113, 168 

daltondur) klirensi 60–140 ml/dəqiqədirsə, böyük kütləli maddələrin 

(1500–5000 dalton) klirensi 2–5 ml/dəq-yə enir, odur ki, hemodializ 

bunları  bədəndən təmizləmir. Son zamanlar yüksək keçiriciliyə 

malik membranların ixtira edilməsi qandan böyük kütləli zəhərli 

maddələri də (molekulyar kütləsi 1500–5000 dalton) xaric etmək 


105

imkanı vermişdir. Bu membranların köməyi ilə aparılan əməliyyat 

hemofi ltrasiya adlanır. Hemofi ltrasiya qanın maye hissəsinin və onda 

həll olmuş kiçik və orta molekulların hidrostatik təzyiq nəticəsində 

yarımkeçirici membrandan ultrafi ltrasiya  olunmasıdır. Ayrılmış 

məhlulun yerinə  xəstənin orqanizminə Ringer məhlulu və yaxud 

başqa məhlullar yeridilir. Hemofi ltrasiya üçün yüksək hermetik və 

xüsusi membran ilə təchiz olunmuş hemofi ltrlərdən istifadə olunur. 

Əməliyyat zamanı transmembran təzyiq 500 mm civə sütununa çata 

bilər və ultrafi ltrat 70–80 ml/dəq sürətlə ayrılır. 4–5 saat davam edən 

hemofi ltrasiya zamanı bədəndən 18–20 l maye çıxarılır və  bədənə o 

qədər əvəzedici məhlullar yeridilir.

Son illərdə hemofi ltrasiyadan  ürək çatışmazlığında və nefrotik 

sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün 

istifadə olunur. Bəzən hemofi ltrasiya kəskin böyrək çatışmazlığı və 

zəhərlənmələrin müalicəsində də müvəffəqiyyətlə tətbiq olunur.



Hemosorbsiya.

  Qanın xüsusi üsul ilə hazırlanmış kömürdən 

keçirilməsi  əməliyyatı hemosorbsiya adlanır. Bu zaman qandakı 

müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş 

kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Hemo-

sorbsiya zamanı əsasən qandan «orta molekullu» maddələr təmizlənir. 

Ona görə XBÇ-nin müalicəsində hemosorbsiya hemodializlə 

kombinə olunur. Bundan başqa, hemosorbsiya kəskin böyrək, 

qaraciyər çatışmazlığında, endogen və ekzogen intoksikasiyalarda 

və sair xəstəliklərdə tətbiq edilir.

 

Plazmaferez.

 Qanın plazma hissəsinin ayrılmasına plazmaferez 

deyilir.  Əməliyyat xüsusi cihazın və hemofi ltrlərin köməyi ilə 

aparılır. O iki üsulla tətbiq olunur: kaskad və fraksion üsulları ilə. 

Plazmaferez kəskin və xronik böyrək çatışmazlığında, kəskin və 

xronik qlomerulonefritdə, qan və sinir sistemi xəstəliklərində və s. 

müvəffəqiyyətlə istifadə olunur.



Böyrəkköçürmə.

 Transplantant böyrəyin diri donordan və ya 

meyitdən götürülərək, XBÇ-nin müalicəsi məqsədi ilə  xəstə-resipi-

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


106


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin