Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   2   3   4   5   6   7   8   9   ...   34

2.5.10. XBÇ zamanı fəsadlar

XBÇ zamanı orqanizmdə baş verən metabolik, endokrin, 

hemodinamik və immunoloji disbalans nəticəsində, orqanizmin 

bütün orqanları  və sistemlərində struktur-funksional pozğunluqlar  

baş verir (cədvəl 2.12). BXX inkişaf mərhələlərinə uyğun olaraq 

gözlənilən fəsadlara görə müvafi q  tədbirlər planlı  şəkildə yerinə 

yetirilir. Xəstələrin taleyi aparılan diaqnostik və müalicə tədbirlərinin 

düzgün qurulması və vaxtında aparılmasından asılıdır. İlk növbədə 

YFS-nin pozulma dərəcəsindən və  hər bir xəstənin individual 

xüsusiyyətindən asılı olaraq risk faktorları, orqan və sistemlərdə 

baş vermiş dəyişikliklər və müşahidə oluna biləcək ağırlaşmaların 

qarşısının vaxtında alınması ilə əlaqədar tədbirlərin hazırlanması və 

həyata keçirilməsi vacibdir.                                                                                          


67

Cədvəl 2.12

YFS-nin müxtəlif səviyyələrində diaqnostik-müalicə 

tədbirlərinin planı

YFS, ml/


dəq/1,73m

2

Xarakteristika



Diaqnostik-müalicə tədbirlərinin planı

≥60


Böyrəklər 

zədələnməmişdir

I Mərhələ

Funksiyalarının 

normal, yaxud 

artması ilə 

müşayiət 

olunan böyrək 

zədələnməsı*

II Mərhələ 

Funksiyalarının 

yüngül dərəcəli 

azalması

Yüksək riski olan xəstələr yoxlanılır 

(siqaret çəkmək, şəkərli diabet, AH, 

50 yaşdan çox)

•  Sidiyin ümumi analizi;

•  Proteinuriyanın tapilması;

•  AT ölçülməsi

Ürək-damar xəstəliklərinin risk 

faktorlarının nəzarət olunması 

(AT, lipidlərin və qlükozanın 

səviyyələrinin nəzarətə alınması, 

siqaretin məhdudlaşdırılması yaxud 

atılması, artıq çəkinin azaldılması, 

fi ziki aktivlik)

30



59



III Mərhələ

Böyrək 


funksiyalarının 

orta dərəcəli  

azalması

Stadiya 2 analoji olaraq +

•  YFS hər 3 ay təyin etmək;

•  Nefrotoksik preparatlardan 

çəkinmək;

•  Proteinuriyanı azaldan 

preparatların qəbulu: ( AÇFİ, 

yaxud ARA II blokatorları);

•  Anemiya, asidoz, 

hiperparatireozun müalicəsi;

•  Böyrək funksiyasına 

uyğun dərman vasitələrinin 

dozasının seçilməsi;

•  Xəstəni nefroloqun 



məsləhətinə göndərmək

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası

68

Dializ

15



29

IV Mərhələ

Böyrək 

funksiyalarının 



ağır dərəcəli 

azalması


Stadiya 3 analoji olaraq +

Xəstəni dializ müalicəsinə 

hazırlamaq:

•  Fistula formalaşdırmaq

•  Peyvəndlər etmək

•  Periton dializinı aparmağı 

öyrətmək

Xəstəni böyrəkköçürməyə hazırlamaq



<15

V Mərhələ

XBÇ terminal 

mərhələsi

Stadiya 4 analoji olaraq +

Seçilmiş aktiv üsulla müalicəni 

davam etmək

*Pozğunluqlar  şüa diaqnostikası, yaxud böyrək biopsiyası ilə tapılır

proteinuriya/hematuriya



XBÇ-nin fəsadları

XBÇ xəstələrində müxtəlif orqan və sistemlər tərəfi ndən poz-

ğunluqlar və ağırlaşmalar müşahidə edilir.

Bədən mayesinin həcmi və tərkibi

* Hiponatriyemiya

* Hiperkaliyemiya

* Metabolik asidoz

* Hiperfosfatemiya

* Hipokalsiyemiya

* Hipermaqneziyemiya

Ürək-damar sistemi

* Xroniki ürək çatışmazlığı

* Arterial hipertenziya

* Perikardit

* Aritmiya

* Kardiomiopatiya

* Sürətlənmiş ateroskleroz


69

Tənəffüs sistemi 

* Atipik ağciyər ödemi (“sulu ağciyər”)

* Fibrinoz plevrit

Mədə-bağırsaq traktı 

* Qastroenterit, anoreksiya, ürəkbulanma, qusma

* Qastrit, duodenit, peptik xora

* Assit


* Divertikulyoz

* Virus hepatiti

* Stomatit, gingivit

* Parotit

* Enterokolit

* Pankreatit

* Arteriovenoz malformasiya, qanaxma ilə

Retikulo-endotelial sistem

* Anemiya

* Hemorragik sindrom (trombosit disfunksiyası)

* Limfositlərin funksiyasının depressiyası



Dayaq-hərəkət sistemi

* Pozulmuş müvazinət (disequilibrium) sindromu

* Ensefalopatiya

* Periferik neyropatiya

* Dializ demensiyası

Endokrin sistemi

* İkincili hiperparatireoidizm - osteodistrofi ya, osteopeniya, 

  osteoporoz, kalsifi kasiya

* D vitaminin mübadiləsinin pozulması

* Qlükozaya qarşı tolerantsızlıq

* Amenorreya (qadınlarda)

* Seksual disfunksiya (kişilərdə)

  

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası


70

Dializ

Sinir sistemi

Mərkəzi:

* Gündüz yuxululuğu

* Yaddaş zəifl iyi

* Əlaqəsiz danışıq

* Dezorientasiya, çaşqınlıq

* Asteriksis və miocllonus

* Demensiya

* Koma


Periferik:

* Sensoromator periferik neyropatiya

* Əzələ zəifl iyi, əzələ qıcolması.


71

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

Fəsil 3 

Xronik böyrək çatışmazlığının 

müalicəsi 

3.1. XBÇ- nin konservativ müalicəsi  

X

BÇ-nin yüngül (erkən) və  ağır dərəcədə inkişaf etmiş 

mərhələlərində müalicə iki qrup üsulların köməyi ilə aparılır:       

1. Konservativ müalicə üsulları; 

2. Aktiv müalicə üsulları və ya böyrək əvəzedici terapiya (BƏT).

Konservativ müalicə üsulları  pəhriz, medikamentoz vasitələr, 

dərman bitkiləri, fi zioterapevtik, sanator-kurort müalicələrini əhatə 

edir. Bu üsullar YFS-nin 15 ml/dəq-dən yüksək olduğu zaman tətbiq 

olunur. Böyrəklərin funksiyasının ağır zədələnməsi zamanı, yəni 

YFS 15 ml/dəq-dən aşağı endikdə isə böyrək  əvəzedici terapiya 

(BƏT) tətbiq edilir.

Konservativ tədbirlərin planının  əsasında nefroproteksiyaya 

yönəldilmiş müalicə üsulları durur. Nefroproteksiya dedikdə XBÇ- 

nin proqress etməsində  mənfi  rolu olan faktorların qarşısının alınması, 

yaxud minimal həddə endirilməsi nəzərdə tutulur. Başlanğıcda pəh riz-

də xörək duzunun azaldılması (0,07 – 0,08 q/kq/gün) tövsiyə olunur. 

Son illərdə güclü az zülallı pəhriz (0,4–0,6 q/kq/gün), zülal-energetik 

çatışmazlığı yaratma ehtimalı olduğu üçün, geniş  tətbiq olunmur. 

Angiotenzini çevirən fermentin inhibitorlarının (AÇFİ) tətbiqi, (onları 

pis keçirəndə) angiotenzin II reseptorların blokatorları nəinki arterial 

təzyiqi normallaşdırır, həmçinin reminant nefronlara düşən fi ltrasion 

yükü azaldır. AÇFİ preparatlarının başqa nefroprotektiv təsiri onların 

(xüsusən, diabetik nefropatiya nəticəsində baş verən XBÇ zamanı) 

proteinuriyanı azaltmasıdır. Arterial təzyiqin (AT) normallaşdırılması 

əsas nefroprotektiv təsir edir, odur ki, proteinuriya 1 q/gündən  


72

Dializ

çox olduqda AT 125/75 mm civə sütunu səviyyəsindən az olmalı, 

proteinuriya 1 q/gündən az olduqda AT 130/80 mm civə sütunundan 

aşağı olmalıdır. Şəkərli diabet zamanı AÇFİ ilə yanaşı, hidropiridin 

sırasından olmayan kalsium antaqonisti – verapamil kombinasiyası 

daha qənaətbəxş təsir edir. Kreatinini yüksək olan xəstələrdə AÇFİ-

nin tətbiqi zamanı kaliumun qanda səviyyəsinin artmaması üçün 

kaliumqoruyucu diuretiklərdən imtina etmək lazım gəlir.

Şəkərli diabeti olan xəstələrdə metabolik dəyişikliklər  (qlikemiya, 

lipidemiya, urikemiya) daim nəzarətdə saxlanılmalıdır. Siqaretdən 

tam imtina nefroproteksiyanın və böyrəyin qalıq funksiyasının 

qorunmasının əsas müddəası olmalıdır. Statinlərlə terapiya (HMQ-

KoA- reduktaza inhibitorları) nəinki qan zərdabında lipidlərin  

səviyyəsinin normallaşdırılmasına, həmçinin böyrəklərdə  fi broz 

prosesin inkişaf sürətinin  ləngiməsinə səbəb olur.

Son illərin tədqiqatlarına görə  xəstələrin vaxtında nefroloqa 

məsləhət üçün göndərilməsi dializ müalicəsinin nəticələrinin 

yaxşılaşması  və birinci ilin məsrəfl ərinin azalmasına səbəb olur. 

EDTA (European Dialysis and Transplant Association) ekspertlərinin 

tövsiyələrinə görə YFS 60 ml/dəq-dən aşağı düşdükdə  xəstənin 

nefroloqun məsləhətinə göndərilməsi mütləq lazımdır, sonrakı 

dövrdə xəstə nefroloqun nəzarəti altında olmalıdır.

XBÇ aşkar təzahür mərhələsində pəhriz (xörək duzunun və zülalın 

məhdudlaşdırılması), hipotenziv terapiya ilə yanaşı  ağırlaşmalar 

(anemiya, fosfor-kalsium mübadiləsi pozğunluqları, metabolik 

asidoz) korreksiya edilir.

Hemodializ müalicəsinə hazırlıq güman olunan vaxtdan  6–12 ay 

əvvəl başlanır. Multidissiplinar münasibətlər qurulur – yəni müxtəlif 

mütəxəssislər (dietoloq, psixoloq, endokrinoloq və s.) nefroloqun 

koordinasiyası ilə bu prosesdə  iştirak edirlər. İlk əvvəl damara yanaşma 

üçün işlər görülür. Said nahiyəsində vena damarının arteriyanın 

böyrünə tikilməsinə üstünlük verilir. Bəzən damar yanaşması üçün 

politetrafl oretilendən hazırlanmış damar protezi istifadə olunur. Dializ 


73

müalicəsinə hazırlığın əsas şərti xəstələrin QIDS, hepatit viruslarına görə 

yoxlanılması, B hepatitinə qarşı  vaksinasiya olunmasıdır. 

Böyrək  əvəzedici müalicəyə imkanı olmayan XBÇ-nin ağır 

mərhələsində  konservativ müalicə aparılır. Konservativ müalicənin 

köməyi ilə XBÇ-nin gedişində müvəqqəti də olsa, müsbət nəticələr 

əldə etmək mümkündür.

Böyrək disfunksiyasının bərpa olunması, ağır elektrolit poz-

ğunluqlarının aradan qaldırılması  nəinki inkişaf etmiş XBÇ-nin 

proqres etməsinin qarşısını alır, hətta onun geriyə dönməsinə nail 

olmağa imkan verir.

Yaşlı  xəstələr HD-i yaxşı keçirəcəklərinə ümid etmədikdə 

konservativ müalicəyə üstünlük verirlər.

İnkişaf etmiş XBÇ-nin konservativ müalicəsi müsbət terapevtik 

seçim olub, dializ müalicəsinin həyatın keyfi yyətini yaxşılaşdır-

madığı və ya onu uzatmadığı xəstələrə aparılır. İnkişaf etmiş XBÇ, 

böyük yaş, yanaşı  xəstəliklər xəstələri konservativ müalicə seçimi 

etməyə sövq edir. Çünki:

– yaşlı  xəstələrdə kompensator proseslərin hissəvi bərpası nis-

bətən yaxşı baş verir;

– HD-yə qarşı əsassız qorxu və depressiya xəstələri konservativ 

müalicəyə yönəldir;

– HD namizədliyinin sərhədində olan, həyatın keyfi yyətinin yax-

şılaşacağına və onun uzanacağına tam əmin olmayan xəstələrdə də 

seçim çətinliyi dializin xeyrinə olmur.

İnkişaf etmiş  mərhələlərdə XBÇ konservativ müalicəsi bəzən 

gözlənilməz effekti verməklə keyfi yyətli həyatın davam olunmasına 

kömək edir. Konservativ müalicə ancaq simptomların və  ağır 

vəziyyətlərin aradan qaldırılmasına yönəlmir, o həmçinin gələcəkdə 

proqress  əldə edə bilən XBÇ, onun ağırlaşmalarının və yanaşı 

xəstəliklərin qarşısını alır.

Konservativ müalicənin prinsipləri:

– zülalın, kaliumin, fosfatların pəhrizdə YFS səviyyəsinə uyğun 

olaraq adekvat miqdarda qəbulu;



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

74

Dializ

– AT-nin nəzarətdə saxlanması, onun yüksəlməsinin və çox 

enməsinin qarşısını almaq;

– su-duz və qələvi-turşu müvazinətini saxlamaq;

– böyrək mənşəli anemiyanın qarşısının alınması;

– hiperparatireozun korreksiyası;

– mədə-bağırsaq traktından azot mübadiləsinin son məhsullarını 

bədəndən çıxaran dərmanların və proseduraların təyini;

– kəskin infeksion ağırlaşmaların müalicəsi;

– bütün nefrotoksik dərmanlardan imtina etmək;

– nefrotoksiklik və polifarmasiyadan qaçmaq üçün daimi olaraq 

bütün dərmanları qiymətləndirmək (məs.: QSİƏP,  koksiblər, AÇFİ, 

ARB, artıq miqdarda vitamin D), böyrək ekskresiyası qabiliyyətinə 

uyğun gəlməyən dərmanlar (məs.: allopurinol, diqoksin) və başqa 

əks göstəriş olan dərmanlar (məs.: metformin – lakto asidoz riski);

–  böyrək disfunksiyalarının kəskin nəticələrinin sürəkli bərpasın-

dan qaçmaq, o cümlədən hüceyrəxarici maye pozğunluqlarının və 

AT bərpası;

– antidepressantlar;

– disesteziyada karbamazepin, narahat ayaqlar olduqda qaba-

pentin, hıçqırmada xlorpromazin, uremik miokloniyada klonazepam 

tövsiyə olunur;

– daxilə soda bikarbonat;

– analgetik dərmanlar;

– daima müxtəlif tibb sahəsi mütəxəssislərinin məsləhətini təşkil 

etmək.


Terminal XBX-nin dializsiz müalicəsinin şərtləri:

– dializin müalicədə xeyirli olmayacağının aşkar olunması;

– böyrək disfunksiyalarının bərpasının mümkünlüyü aşkar lan-

dıqda;


– simptomları müalicə etdikdə;

– ağır elektrolit pozğunluğunu müalicə etdikdə;



75

– XBÇ-nin ağırlıq dərəcəsi ləng proqress etdikdə  və ya heç 

etmədikdə;

– sosial vəziyyətdə problemlər olduqda;

– sosial işçilərlə, heriatr ilə məsələni müzakirə etdikdə;

Beləliklə, konservativ müalicənin əsas məqsədi XBÇ proqressinin 

qarşısını almaq, səbəbləri aradan qaldırmaq, onun gedişinin 

dərinləşməsinə yol verməmək, böyrəklərin qalıq funksiyalarının 

qorunması üçün optimal şərait yaratmaq, uremiyanın metabolik və 

hormonal pozğunluqlarını müalicə etmək, infeksion ağırlaşmaları 

aradan qaldırmaqdan ibarətdir.

Az zülallı pəhriz

Az zülallı  pəhriz (AZP) XBÇ-nin proqress etməsinin qarşısını 

almaqla xəstələrin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Pəhrizin 

seçilməsi XBÇ-nin mərhələsindən, xəstəliyin inkişaf tempindən 

asılı olur, böyrəklərin funksional vəziyyətindən, gün ərzində sidikdə 

itirilən zülalın miqdarından, fosfor-kalsium, su-elektrolit, qələvi-

turşu müvazinəti, zülal katabolizminin vəziyyətindən asılı olaraq 

seçilir. Bu göstəricilərin arasında YFS parametrlərinə görə müvafi q 

AZP seçilməsi məntiqə daha uyğun hesab olunmalıdır.

Erkən XBÇ mərhələsində pəhriz

 (YFS 40 ml/dəq yüksək) XBÇ 

proqress etmədikdə, təbii gediş tempi zəif olan xəstəliklərdə (xroniki 

pielonefrit, podaqrik nefropatiya, qeyri-aktiv, latent qlomerulonefrit, 

hipertoniya xəstəliyi) qanda kreatinin göstəricilərinin və YFS son 

6–8 ay ərzində stabil qaldıqda, böyrəklərin funksional ehtiyatı 

lazımi qədər saxlandıqda az məhdudlaşdırılmış pəhriz tətbiq edilir. 

Bu zaman pəhrizdə zülalın miqdarı 1 q/kq/gün, kaloriliyi 35 kkal/

kq/gün istifadə olunur. Bu pəhrizdə həmçinin bitki mənşəəli zülallar 

çox (85% qədər) tətbiq edilir. Belə zülallarda fosfor az olduğu üçün 

yumaqcıq fi ltrasiyasını sürətləndirir. Əksər xəstələrdə qeyd olunan 

pəhriz azotemiyanı uzun müddət sabit, aşağı göstəricilər üzərində, 

qanda albuminin normal səviyyədə saxlanmasına imkan verir.

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


76

Dializ

Təbii inkişaf tempi yüksək olan xəstəliklər (diabetik nefropatiya, 

nefrotik və qarışıq variant qlomerulonefrit) zamanı pəhriz bir qədər 

də məhdudlaşdırılır. Əgər xəstədə 6 ay ərzində YFS 20%-dən çox 

aşağı düşmüşsə, bu, pəhrizin məhdudlaşdırılmasını labüd edir. Belə 

hallarda pəhrizdə zülal 0,7 q/kq/gün endirilir, amma kalori dəyişməz 

saxlanılır (35 kkal/kq/gün). Pəhrizin daha erkən başlanması böyrək 

funksiyasının pisləşməsinin qarşısını alır. Yaxşı mənimsənilən, tam 

keyfi yyətli essensial aminturşu tərkibli zülallardan istifadə olunur. 

YFS 15–39 ml/dəq olduqda pəhriz

YFS 15–39 ml/dəq olduqda istifadə edilən pəhrizdə zülalın 

miqdarı 0,6 q/kq/günə endirilir, kalorilik 35 kkal/kq/gün saxlanılır. 

Əvəzolunmayan aminturşuların bədənə daxil olması yumurta ağı, 

ət, balıq, süd məhsulları hesabına təmin olunur. Xəstələrdə yüksək 

proteinuriya olduqda hər 6 q itirilmiş zülala 1 yumurta ağı istifadə 

edilir. Mənfi  azot balansı müşahidə edildikdə essensial aminturşular 

əlavə olunmalıdır.

Hiperfosfatemiya olduqda heyvani zülallarla yanaşı, paxlalı 

bitkilərdən hazırlanan yeməklər, göbələk, qırmızı kələm, ağ çörək, 

süd, qoz, düyü, kakao məhdudlaşdırılır.

Hiperkaliyemiya aşkar edildikdə qara çörək, düyü, meyvə şirələri, 

banan, gül kələmi, paxlalılar, qoz, cəfəri, quru meyvələr, kartov, 

göbələk, ərik, əncir pəhrizdə azaldılır.

Bəzi xarici ölkələrdə fabrik istehsalı olan hazır paketlərdə qida 

qarışıqları buraxılır. Məsələn, Almaniyanın ”Fresenius” şirkətinin 

hazırladığı ”Survimed renal” tərkibi 5,2 q zülal, 5,8 q bitki yağları 

və  əvəzolunmayan aminturşular, 69 q karbohidratlar və bütün 

vitaminlər,  mikroelementlərdən ibarətdir. Bir paketdəki məhsullar 

330 kkal verir. Gündəlik doza (1 komplekt – 6 paket) – 31,2 q zülal 

kaloriliyi 1980 kkal-a bərabərdir.

YFS < 15ml/dəq olduqda pəhriz

YFS 15 ml/dəq aşağı düşdükdə kreatininin səviyyəsi qanda 6 ay 

ərzində stabil qaldıqda pəhrizdə zülal 0,6 q/kq/gün, kalorilik 35 kkal/


77

kq/gün götürülür, amma K və P çox məhdudlaşdırılır. Belə pəhrizdə 

hiperkatabolizm, kaxeksiya (malnutrition), immunodefi sit,  mənfi  

azot mübadiləsi baş vermir.

YFS-nin 6 ay ərzində proqressiv azalması, uremiya simptomlarının 

artması daha sərt pəhrizə keçməyi diqtə edir. Bu pəhriz 1962-

ci ildə italyan alimi Giovanetti tərəfi ndən tövsiyə edilmiş, zülalın 

miqdarı 0,3–0,4 q/kq/gün məhdudlaşdırılır. Zülalın 10 q tərkibində 

əvəzolunmayan aminturşular hesabına (kəsmik, yumurta ağı, çox 

bişirilmiş ət, soya məhsulları) təmin olunur. Balıq yağının pəhrizə 

daxil edilməsi çox məqsədəuyğun sayılır. Kalorilik 35 kkal/kq/gün-

dən az olmamalıdır, əsasən yağların (1 q – 9 kkal), karbohidratların       

(1 q – 4 kkal), hesabına təmin olunur. Bəzən, əgər hipertriqliseridemiya 

olmadıqda, hətta əlavə enerji mənbəyi kimi alkoqollu içkilər (1 q etil 

spirti – 7 kkal) verilir. Həmçinin müxtəlif başqa pəhrizlər: yumurta, 

kartof pəhrizi, ”isveç pəhrizi” təklif olunmuşdur. Amma belə  ağır 

pəhrizin uzun müddət istifadə olunması  mənfi  azot balansına və 

ağırlaşmalara (asidozun artması, hiperkaliyemiya, hiperkatabolizm) 

səbəb ola bilir.

Azzülallı  pəhriz ilə essensial ketoturşu preparatları (ketosteril, 

ketoperlen, ultramin, aminess və s.) birlikdə istifadə edildikdə mənfi  

azot balansı riski azalır, zülalın bədəndə utilizasiyası yaxşılaşır. 

Azzülallı pəhrizin ketosterillə (”Fresenius”, Almaniya) birlikdə (0,2 

q/kq/gün) daxilə istifadə etdikdə yumaqcıqdaxili hipertenziyanı, 

proteinuriyanı aşağı salır, fosfor-kalsium mübadiləsi, PTH səviyyəsi, 

insulin, qlyukaqon, prolaktin səviyyəsini normallaşdırmaqla XBÇ 

proqress etməsinin qarşısını alır. Soyadan hazırlanmış  tərkibində 

fosfor, K olmayan və bütün essensial aminturşular daxil olan 

“Protein Technologies İnt”, (ABŞ) qida əlavəsi kimi istifadə edilir. 

Amma ketosterildən fərqli olaraq bu preparat hiperfosfatemiya, 

hiperparatireozu tam nəzarət etməyə imkan vermir, böyrək yumaqcıq 

hemodinamikasına mənfi  təsir edə bilir.



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

78

Dializ

Pəhrizin effektivliyinin nəzarəti üçün aşağıdakı  tədbirlər 

görülür:

– xüsusi cədvəllərin (bax: Əlavələr) istifadəsi ilə qida gündəliyini 

aparmaq;

– antropometrik ölçmələr;

– gün ərzində ekskressiya olunan sidik cövhərinin miqdarına 

nəzarət;


– biokimyəvi monitorinq (albumin, transferrin, kreatinin, sidik 

cövhəri, kalsium, fosfor, kalium səviyyələri, limfositlərin miqdarı).

Gündəliyin aparılması mühümdür, çünki bu zaman bütün 

istifadə olunmuş hazır qida məhsulları qeyd olunur. Müxtəlif qida 

məh sul larının tərkibində olan zülal həkim-dietoloq ilə birlikdə 

qiymətləndirilir və nəticə çıxarılır (cədvəl 3.1).

Gün ərzində istifadə olunan zülalın miqdarının nəzarət olunmasına 

sidik ilə karbamidin ekskresiyası kömək edir.

Zq=21+4,3×Ke/214

burada Zq – qəbul olunan zülal, q/gün; Ke – ekskresiya olunan 

karbamid, q/gün.

Sidikdə ekskressiya olunan karbamid azotunun miqdarının 

ölçülməsi daha dəqiqdir:

Zq=6,25×(KZe+0,031×çəki)+GP

burada KZe – karbamid azotunun ekskresiyası, q/gün; GP – 

gündəlik proteinuriya, q/gün.

Bədən çəkisinə uyğun karbamidin sidikdə ekskresiyası da istifadə 

oluna bilər və q/kq/gün ilə ifadə olunur.

Azzülallı pəhrizin effektivliyini qiymətləndirmək üçün Hb, Het, 

limfositlərin səviyyəsi, azot mübadiləsinin son məhsulları, albumin, 

transferrin,  β-lipoproteidlər, xolesterin, triqliseridlər,  şəkər, K, P, 

Ca, qələvi-turşu müvazinəti göstəriciləri monitorinq olunur. Qanda 

uremik intoksikasiyanın, dispepsik halların azalması, anemiya 

göstəricilərinin yaxşılaşması, fosfatların, PTH, sidik turşusu (ST), 

səviyyələrinin aşağı düşməsi, ST/kreatinin koefi sientinin 7–8 qədər 

azalması, hipoalbuminemiya, hipotransferrinemiya, limfopeniya, 



79

hiperkaliyemiya, qanda pH və bikarbonatların stabil səviyyəsi 

müalicənin düzgün istiqamətdə getdiyini təsdiq edir.

Antropometrik nəzarət müalicənin effektivliyini müşahidə 

etməyə imkan verir.  Bədən çəkisinin, bədən kütləsi indeksinin(BKİ) 

dinamikada, qarının yan tərəfi ndə, göbək səviyyəsində  dəri bükü-

şünün qalınlığının kaliper ilə ölçülməsi, bazu dairəsinin ölçülməsi 

zamanı  əldə edilən göstəricilərə  nəzarət edilir. Alınmış  nəticələr 

ideal göstəricilərlə müqayisədə %-lə analiz olunur.

Cədvəl 3.1

Tərkibində 5 q zülal olan məhsullar

Məhsullar

Porsiyanın 

çəkisi


, q

Çörək


60

Düyü


75

Yarmalar (qarabaşaq, manna, çovdar, 

arpa)

55–75


Yumurta, 1 ədəd*

50

Ət



25

Balıq 25


Kəsmik

30

Pendir



20

Piy (salo)

300

Süd


150

Xama


200

Kərə yağı

500

Kartof


300

Lobya


25

Noxud


75

Təzə göbələk

150

* 1 ədəd yumurta ağında 12,7 q zülal vardar



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 

80


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin