Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   26   27   28   29   30   31   32   33   34

Dializ

uc-yan anastomoz qoyulur. Sidik axarı sidik kisəsinə xarici 

ureterosistoneostomiya üsulu ilə birləşdirilir (şəkil 17).

Əməliyyatdan sonrakı dövrdə böyrəyin işemiya müddəti qısa 

olduqda o, revaskulyarizasiyadan bir neçə dəqiqə sonra sidik verməyə 

başlayır. Diri donordan götürülmüş böyrəkdən fərqli olaraq, meyitdən 

götürülmüş böyrəyin transplantasiyasından sonra 40%-ə qədər halda 

kəskin kanalcıq nekrozu müşahidə edilir. Diurezin 100–1000 ml/

saatdan yüksək olmasına səbəb transplantatın osmotik yüklənməsi, 

su və elektrolitlərin bədəndə artıq olması və transplantatın proksimal 

kanalcıqlarının işemiyaya uğramasıdır.

Şəkil. Böyrək transplantasiyası zamanı damar anastomozunun sxemi

Òðàíñïëàíòàíò 

áþéðÿê


Öìóìè ãàë÷à

àðòåðèéàñû

Öìóìè ãàë÷à

âåíàñû


Äàõèëè ãàë÷à

àðòåðèéàñû

Òðàíñïëàíòàíò

 ãàë÷à àðòåðèéàñû

Òðàíñïëàíòàíò

âåíàñû


Ñèäèê àõaðû

389

Fəsil 13. Böyrəkköçürmə 

Erkən əməliyyatdan sonrakı dövrdə ifraz olunan sidiyin miqdarına 

görə adekvat olaraq bədənə  məhlullar yeridilir, bəzən hətta diurezi 

saxlamaq məqsədi ilə sidikqovucu da tətbiq edilir. Məhlulun qeyri-

adekvat yeridilməsi oliquriya və böyrək funksiyasının pozulmasına 

səbəb ola bilir ki, bu da vaxtında ayırma sindromunun, sidik yollarının 

obstruksiyasının və damarların oklyuziyasının aşkar olunmasına mane 

olur. Əksinə, transplantatın minimal funksiyası zamanı mayenin artıq 

yeridilməsi durğun ürək çatışmazlığının baş verməsinə  səbəb olur. 

Belə hallarda hiperkaliemiya müşahidə olunur, ona görə kaliumun 

plazmada səviyyəsinin monitorinqi vacibdir və pozğunluqlar tez aradan  

qaldırılmalıdır. Bədəndə mayenin qıtlığı 0,45% natrium xlorid məhlulu 

və qanda şəkərin səviyyəsindən asılı olaraq 5% qlükoza məhlulu ilə 

aradan qaldırılır. 12–48 saat əməliyyatdan sonra yeridilən mayenin 

miqdarı tədricən azaldılır və bu, sidiyin həcminin normaya qayıtmasına 

qədər davam etdirilir, çünki yeni köçürülmüş böyrək sidiyin miqdarını 

requlə etmək qabiliyyətini itirmiş olur.

Sidik kisəsində Foley kateteri 3–5 gün saxlanılır. Retroperitoneal 

əməliyyat yolu istifadə olunduğu üçün bağırsaqların parezi minimal 

dərəcədə olur. Ona görə anesteziyadan ayılandan sonra xəstə qida 

qəbul edə bilər. Arzusu olduqda birinci gündən xəstə ayaq üstə qalxıb 

yeriyə bilər. Cərrahi əməliyyat zamanı və sonrakı 24–48 saat ərzində 

yara infeksiyasının profi laktikası məqsədi ilə antibiotik (sefazolin) 

təyin olunur. Sonrakı dövrdə (6 aya qədər) kiçik dozada biseptol (480 

mq/gün) təyin etməklə sidik yollarının infeksiyasının profi laktikası 

məqsədi güdülür və həm də Pneumocystis carinii pnevmoniyasının 

universal müdafi əsini təmin etmək olur. Kandidozun profi laktikası 

üçün nistatin istifadə olunur. Sitomeqalovirus infeksiyası olduqda 

asiklovir, qansiklovir tətbiq edilir. Antasid, H

2

-reseptorlarının 



blokatorları  mədədə xora əmələgəlmə prosesinin qarşısını almaq 

məqsədi ilə transplantasiyadan sonrakı dövrdə və ya ayrılma sindro-

mu baş verdikdə  təyin olunur. Siklosporin alan əksər xəstələrdə 

arterial hipertenziya müşahidə olunur və ona görə diuretiklər, 

kalsium antaqonistləri və vazodilatatorlardan istifadə olunur.


390

Dializ

Nəticələr, ağırlaşmalar

Əməliyyatdan  sonrakı  dövrün  ağırlaşmasız  getdiyi halda 

diri-donor transplantasiyasından 3–5 gün, meyit-donor transplan-

tasiyasından 7–15 gün sonra böyrəklərin fəaliyyəti normal 

göstəricilər həddinə çatır. Bu zaman böyrək funksiyasının pozul-

masına səbəb kəskin və çox kəskin ayrılma sindromu, kəskin 

tubulyar nekroz, siklosporin nefrotoksikliyi, transplantatın damar-

ları  və ya sidik axarı  tərəfi ndən ağırlaşmalar (oklyuziya və 

obstruksiya) və qəfl ətən inkişaf etmiş şəkərli diabet ola bilər. Meyit 

transplantasiyasının 35-40% hallarında böyrək transplantatlarının 

fəaliyyəti işemiya-reperfuziya sindromu hesabına gec bərpa olur. 

Vaxtında aparılmış USM, radioizotop skanlama və dupleks-doppler 

skanlama, translantatın perkutan biopsiyası  həlledici məlumatları 

almağa və diaqnozu qoymağa kömək edir. Fəaliyyət göstərməyən 

transplantatın funksiyasını hipovolemiyanı aradan qaldırmaqla, 

KKB (diltiazem, verapamil, isradipin) və furosemid təyin etməklə 

bərpa edilir. Bu tədbirlər kəskin kanalcıq nekrozunun yaxud ayrılma 

sindromunun baş verdiyi zaman kömək etmir və xəstəyə hemodializ 

aparmaq lazım gəlir. Kəskin kanalcıq nekrozu baş verdikdə 

siklosporin bədəndən çıxa bilmədiyi üçün kumulyasiya edir, onun 

nefrotoksikliyi  transplantatı bir qədər də zədələyir.

Funksiya göstərən transplantatın fəaliyyətinin dayanması 

prerenal, renal və postrenal KBÇ ilə  əlaqədar baş verir. KBÇ-nin 

səbəbləri sırasında infuzion terapiyanın qeyri-qənaətbəxşsizliyi, 

kəskin ayrılma sindromu, kəskin nefrotoksiklik (siklosporin, 

aminoqlükozid antibiotikləri), böyrək arteriyasının trombozu, sidik 

axarı anastomozunun obstruksiyası, transplantatın kəskin pielonefriti 

müşahidə edilir.



Allotransplantatın ayrılma tipləri

Transplantatın ayrılma sindromu məfhumu altında tansplantatın 

özgə olduğunu tanınması  nəticəsində baş verən dəyişikliklərin 

məcmusu kimi başa düşülür. Ayrılma  sindromu zamanı nəinki lokal, 



391

Fəsil 13. Böyrəkköçürmə 

həmçinin sistem dəyişikliklər müşahıdə edilir və bunda DD4+ – T 

limfositlər, B hüceyrələr, NK – hüceyrələr,  makrofaqlar və sitokinlər 

iştirak edirlər. Ayrılma sindromu zamanı yerli iltihabı zədələnmə və  

MHC (major histocompatibility complex) ekspressiya oyanması 

müşahidə olunur. Bu proseslərin nəticəsi olaraq transplantatın 

toxumasının nekrozu və funksiyasının pisləşməsi baş verir. Etioloji, 

kliniki, patoloji göstəricilərə görə ayrılma sindromu yüksəkkəskin, 

kəskin və xroniki formalara bölünür (cədvəl 13. 1).

     Cədvəl 13.1



Transplantatın ayrılma sindromunun formaları 

Forma


Patogenez

Histoloji

Müalicə

Yüksəkkəskin HLA I sinifə 



qarşı IgG-nin 

əvvəlcədən olması

İşemik 

nekroz, 


tromboz

Effektiv müalicəsi 

yoxdur. Qarşısını 

almaq üçün 

çarpaz sınaq

Kəskin


Hüceyrə və 

humoral immun 

reaksiyası

Tubulit, 

vaskulit, 

limfositlərlə 

infi ltrasiya

Steroidlər, 

antilimfosit 

anticisimlər

Xroniki

Alloantigenasılı 



və alloantigenasılı 

olmayan


İnterstisial 

fi broz, kanal-

cıqların 

atro fi yası, 

yumaqcıqların 

sklerozu


Kəskin ayrılma sindromunun kliniki əlamətləri;

1. Ümuni zəifl ik, halsızlıq, yorğunluq;

2. Anoreksiya;

3. Qızdırma;

4. Arterial hipertenziya;


392

Dializ

5. Sidik cövhəri, kreatininin qanda səviyyəsinin yüksəlməsi;

6. Radioizotop renoqrammın amplitudasının azalması, zirvənin 

yastılanması;

7. Böyrəyin böyüməsi və ağrılı olması;

8. Leykositoz;

9. Oliquriya, anuriya, natriumun ekskresiyasının azalması (hema-

turiya, proteinuriya), limfositlərin miqdarının artması.

Prerenal siklosporin nefrotoksikliyi nəticəsində baş verən KBÇ 

zamanı YFS-nin sürətlə enməsi, AT yüksəlməsi və ekstrarenal 

əlamətlər (tremor, ensefalopatiya, diş  ətinin hipertrofi yası, hiper-

urikemiya, hiperkaliyemiya, metabolik asidoz) sidik sindromunun 

və natriumun sidiklə ekskresiyasının azalması  aşkar olunur. 

Siklosporinin dozasının azaldılması ilə YF və AT bərpa olunması 

baş verir.

Transplantasiyadan sonra birinci ay ağırlaşmalar intubasiya, sidik 

kisəsinin kateterlənməsi, yara infeksiyası, əsasən kokk mənşəli fl ora 

ilə əlaqədar olur.



Sidik yollarının infeksiyası 

(SYİ) transplantasiyanın ilk üç 

ayında xəstələrin yarısında, onların da arasında 2–3% halda kəskin 

pielonefrit (sepsisin ən müntəzəm səbəblərindən biri) müşahıdə 

edilir.

Pnevmoniyanın və sepsisin ən çox təsadüf olunan səbəbləri 



qızılı stafi lakokk, pnevmokokk, az halda qrammənfi  fl ora (E. Coli, 

Klebsiella, Pseudomonas aeruginoza) olur.

MBT 


peptik xoralarından

 

profuz qanaxmalar



psixoz, steroid 

diabeti

 – yuksək doza qlyukokortikoidlər, siklosporin müalicəsinin 

nəticələri kimi, paratireoid vəzilərin artmış  fəaliyyəti nəticəsində 

hiperkalsiyemik kriz

 baş verə bilər.



Transplantasiyadan sonra 1 ilin ağırlaşmaları

Transplantatın xəstəlikləri – kəskin ayrılma sindromunun krizləri, 

transplantatın dərman, virus zədələnməsi, anti-YBM-nefriti, birincili 

oksaluriya, HUS, FSQS, pielonefrit, tubulointerstisial nefrit, 

hemorragik sistit müşahidə edilir. 


393

Fəsil 13. Böyrəkköçürmə 

Resipientin xəstəlikləri – sitomeqalovirus, poliomavirus, bak-

terial, parazitar, göbələk törədiciləri tərəfi ndən baş verir.

Sitomeqalovirus infeksiyasi – virusun transplantat ilə birlik-

də köçürüldükdə  qızdırma, leykopenya, trombositopeniya, ağci-

yərin, MBT, MSS zədələnməsi və transplantatda virus kəskin 

tubulointerstisial nefriti ortaya çıxa bilir.

İntensiv immunosupressiyada HCV+ olan resipientlərdə  kəskin 

fi brozlaşdırıcı xolestatik hepatit sürətli proqresetməsi, pis proqnozu 

ilə fərqlənir. Parvovirus həmçinin fulminant hepatit və EPO-rezistent 

anemiya törədir.

Kəskin pnevmoniyanın yaranmasında patogen kokklardan başqa, 

Haemophilus infl uenzae, Legionella, Nocardia, aspergellaların 

iştirakı  əhəmiyyətlidir. Pneumocystis carini pnevmosistləri ilə 

superinfeksiya olduqda sitomeqalovirus pnevmoniyası daha ağır 

keçir, ağciyərlərin aşağı paylarını ikitərəfl i  zədələyir, tənəffüş 

çatışmazlığı verir, çox intensiv və ciddi müalicə aparmaq tələb 

olunur.

Candida albikans – yaralı stomatitin, ezofagitin ən müntəzəm 



səbəbi olur.

Güclü dərman immunodefi siti  nəticəsində visseral kandidoz 

(ağciyər, bağırsaq) bəzən sepsis (qrammənfi , kandidoz) müşahidə 

edilir. Bəzi infeksiyalar – kriptokokkoz, toksoplazmoz, listerioz, 

Herpes zoster (meninqoensefalit) çox ağır gedişli formalarda mü-

şahidə olunurlar.



Transplantasiyadan 3–4 il sonra agırlaşmalar

Böyrək transplantantının xəstəlikləri



Xroniki ayrılma (posttransplantasion nefropatiya) – fəaliyyət 

göstərən transplantatların 80% halda itirilməsinə səbəb olur. Adətən, 

transplantasiyanın ikinci ili meydana çıxır. 70% xəstələrdə AH və 

proteinuriya müşahidə edilir, nefrotik sindrom baş vermir. YFS 

tədricən enir, siklosporinin səviyyəsinin qanda monitorinqi onun 

artmasını göstərir, kreatininin zərdabda səviyyəsi tədricən artır, 



394

Dializ

transplantatın biopsiyası zamanı interstisial fi broz, transplantasiyon 

qlomerulopatiya aşkar edilir.

Siklosporin nefropatiyası  yüksək doza (10–15 mq/kq/gün) 

verdikdə qanda siklosporinin yüksək səviyyəsi (>250 nq/ml) 

müşahidə edildikdə 2–4 ildən sonra YFS tədricən enir, AH, 

proteinuriya müşahidə edilir. Preparat azaldıqda, yaxud kəsildikdə 

transplantatın funksiyası yaxşılaşır, amma ağır formada HUS baş 

verə bilər.

Transplantatın biopsiyası kanalcıq epitelisinin atrofi yası ilə 

güclü interstisial fi broz  və stromanın mikrokalsifi kasiyası, af-

ferent arteriolaların hialinozu, qlomeruloskleroz, trombotik mikro-

angiopatiya aşkar edir.

Bəzən transplantatda ilkin xəstəliyin residivi müşahidə edilir, 

xüsusən xəstənin böyrəklərində krioqlobulinemik vaskulit, 

Berje,  Şönleyn-Henox xəstəlikləri, membranoz nefrit, II tip 

mezangiokapilyar QN, DN, AA-tip amiloidoz, sistinoz olduqda bu 

baş verir.

Resipientin xəstəlikləri

HBV- və HCV- infeksiyaları bütün hallarda xroniki formaya keçir 

və 50-80% müşahidələrdə qaraciyərin serrozuna, 10–15% xəstələrdə 

hepatosellyular karsinomaya səbəb olur.  Hepatitlə infeksiyalaşmamış 

şəxslərdə 10 illik yaşamaq 80% halda müşahidə edilirsə HBs-Ag+ 

olanlarda 55%, HCV+ infeksiyalaşmışlarda 65% olur.

Epşteyn-Barr virusu – dərman immunodepressiyası  nəticəsində 

aktivləşir və onun replikasiyası posttransplantasion limfoproliferativ 

xəstəliyə (PLPX) səbəb olur. Xəstəliyin kəskin dövründə B- 

limfositlərin xoşxassəli, geridönən hiperplaziyası baş verirsə, 

inkişaf etmiş mərhələdə B-limfomalar formalaşır, limfatik düyünlər 

böyüyür, qızdırma, arıqlama, MSS, MBT, transplantatda zədələnmə 

ocaqları meydana çıxır.

Vərəm və mikobakterioz bəzən ağır generalizəolunmuş formada: 

miliar vərəm, meningit, Landuzi sepsisi, pansitopeniya ilə gedən 

sümük iliyi zədələnməsi təzahür edir.


395

Fəsil 13. Böyrəkköçürmə 

Onkoloji xəstəliklər medikamentoz immunodepressiya nəticəsində 

böyrək transplantatı resipientlərində ümumi populyasiyaya nisbətən 

dəfələrlə müntəzəm təsadüf olunur.

Arterial hipertenziya 70% xəstələrdə  aşkar edilir, pis nəzarət 

etdikdə transplantatın yaşamasına pis təsir edir.

ÜİX və sol mədəciyin hipertrofi yasından xəstələrin ölümü 

ümumi populyasiyadan 10–15 dəfə çoxdur hemodializ xəstələrində 

müşahidə edilən tezlikdən azdır. Ölümün səbəbi 30% resipientlərdə 

miokard infarktı, ürək ritminin pozulmasından baş verir.



Posttransplantasion diabet 20% diabetsiz resipientlərdə müşahi-

də olunur, insulinasılılıq  əksərən AH, piylənmə ilə müştərək baş 

verir (metabolik sindrom).  Risk faktorları: yüksək yaş, azqidalanma 

sindromu, qlyukokortikoidlərlə müalicə, kalsineyrin inhibitorları 

ilə immunosupressiya (xüsusən takrolimus) istifadəsi hesab 

olunur. Posttransplantasion diabetin ağırlaşmaları, ümumi diabet 

xəstələrində müşahidə olunan ağırlaşmalardan çox olub, ölümün 

tezliyini 2 dəfə artırır.



Posttransplantasion eritrositoz 10–15% resipientlərdə müşahidə 

edilir. Pletorik hipertenziya, tromboembolik agırlaşmalar baş verir. 

25% xəstədə yaşama müddəti 2 ilə keçir, amma qalan xəstələrdə 

yaşama dövrünü azaldır.



Aseptik sümük nekrozları–5–6% xəstələrdə, birinci 3 ildə 

müşahidə edilir, yüksək doza qlyukokortikoidlərin tətbiqindən baş 

verir, əsasən böyük oynaqları zədələyir.

İmmunosupressiv terapiya

Aktiv immunosupressiv müalicə kimi hazırda sitostatiklər, 

qlyukokortikoidlər və antilimfositar anticisimlər  kombinasiyasından 

istifadə olunur. 

Transplantatın kəskin ayrılması T–limfositlərin iştirakı ilə spesifi k 

donor antigeninə qarşı baş verir. Eyni zamanda infi ltratda  çoxlu 

B-limfositlər, plazmatik hüceyrələr, NK –limfositlər və anticisimasılı 

hüceyrə sitotoksikli effektor-hüceyrələr tapılır.



396

Dializ

İmmun cavabın əsas hissəsi (hüceyrə və humoral) və transplantatın 

zədələnmə  dərəcəsi donor ilə resipientin genetik fərqlənməsi və 

sensibilizasiya dərəcəsindən asılıdır. Bu zaman resipientin donor 

antigenlərinə qarşı sensibilizasiya olunması dərəcəsindən asılı olaraq 

damarların anticisim asılı zədələnməsi riski yüksək olur.

Transplantatın ayrılmasında rol oynayan faktorlar:

•  Sitokinlər: İL-1 – 4, 6, 10, 12. Sitokinlər antigen stimulyasiyası 

nəticəsində T–hüceyrələrdə, xüsusən CD4+ – T limfositlərdə hasil 

olan antigenspesifi k həllolunan zülallardır;

•  Şişin nekrozu faktoru-alfa

•  Interferon -qamma.



Müasir dövrdə kliniki təcrübədə istifadə olunan antisupres siv 

agentlər

Kalsinevrin inhibitorları  qrupuna  siklosporin və takrolimus 

aiddirlər və müasir dövrdə solid orqanların transplantasiyasında 

istifadə olunan əsas antisupressiv preparatlardırlar. Biokimyəvi 

fərqlərə baxmayaraq kliniki və yan təsirlərinə görə bu preparatlar 

bir-birinə çox yaxındırlar (cədvəl 13. 2). 

Mofetil mikofenolat (MMF)

MMF (Sell Sept) – 1995-ci ildən istifadə olunmağa başlanmış və 

azatioprindən effektiv olduğu aşkarlanmışdır. Preparat siklosporin 

və kortikosteroidlərlə kombinasiyada kəskin ayrılma sindromunun 

müalicəsində effektiv sayılır.



Sirolimus (Rapamun)

Sirolimus həmçinin Rapamisin adı ilə də məlum olub makrolid 

antibiotiklər qrupuna aiddir. Transplantologiyada 1999-cu ildən 

istifadə olunur. Erkən  əməliyyatdan sonrakı dövrdə siklosporin və 

kortikosteroidlərlə kombinasiyada kəskin ayrılmanı azatioprinə 

nisbətən effektiv müalicə edir, amma MMF nisbətən daha toksik 

immunosupressantdır.


397

Fəsil 13. Böyrəkköçürmə 

Cədvəl 13. 2

 Siklosporin və takrolimusun müqayisəli xarakteristikası

Siklosporin

Takrolimus

Təsir mexanizmi

Kalsinevrin inhibitoru Kalsinevrin inhibitoru

Gündəlik saxlayıcı 

doza


3-5 mq/kq

0,15-0,3 mq/kq

Qəbul

Peroral, yaxud 



venadaxilinə

Peroral, yaxud 

venadaxilinə

Öddən sorulma 

asılılığı

Sandimmun  - hə,

Neoral - yox

Yox


Mövcud oral 

dozaları


100; 50; 25 mq

5; 1; 0,5 mq

Preparatın 

terapevtik səviyyəsi

100-400 nq/ml

5-20 nq/ml

Dərmanlarla 

qaşılıqlı təsiri:

Təsirini artırır

Təsirini azaldır

BBK, ketokonazol, 

fl ukonazol, 

eritromitsin, simetidin, 

kortikosteroidlər, 

amiodaron, karvedilol

Rifampin, 

barbiturat, fenitoin, 

sefalosporinlər və s.

BBK, ketokonazol, 

fl ukonazol, 

eritromitsin, simetidin, 

kortikosteroidlər, 

amiodaron, karvedilol

Rifampin, barbiturat, 

fenitoin, sefalosporinlər 

və s.


Ayrılmanın 

qarşısını almaq 

+

++

Ayrilmani müalicə 



etmək

+

++



Mikofonetil mofetl 

istifadəsi

+

+

Sirolimus ilə 



istifadə

+

+



Nefrotoksiklik

+

+



398

Dializ

Steroidlərin 

kəsilməsi

+

++



AH, natriumun 

ləngiməsi

++

+

Mədəaltı vəzinin 



ada hüceyrələrinə 

qarşı toksiklik

+

++

Neyrotoksiklik



+

++

Kosmetik yanaşı 



təsirlər

++

+



MBT yan təsirləri

-

+



Hiperkaliyemiya

+

+



Hipermaqniyemiya +

+

Hiper-



xolesterinemiya

+

-



Azatioprin (İmmuran)

Azatioprin 6-merkaptopurinin imidazol törəməsi olub anti-

metabolitdir. Hazırda transplantologiyada az istifadə olunur.

Kortikosteroidlər

Kortikosteroidlərin  makrofaqlara və T – hüceyrələrə spesifi k, 

həmçinin qeyri-spesifi k immunosupressiv və iltihab əleyhinə 

təsirlərə malikdirlər. Ən geniş işlədilən preparatları prednizolon və 

metilprednizolondur.

Bioloji immunosupressiv anticisimlər

Monoklonal və poliklonal anticisimlər

Monoklonal anticisimlər, siçan anticisimləri  anti CD3 (Ortoklon 

OKT3) klinikada 1987-ci ildən insana uygunlaşdırılmış anti-Tac 

monoklonal anticisimlər –daklizumab və baziliksimab 1998-ci ildən 

istifadə olunur.

Poliklonal anticisimlər atların, dovşanların insan limfoid toxuması 


399

Fəsil 13. Böyrəkköçürmə 

ilə immunlaşdırılmasından sonra alınan immun zərdabdan qamma-

qlobulin fraksiyasının ayrılması yolu ilə alınır (cədvəl 12. 3)

                                                                  



Cədvəl 13.3

Böyrək transplantasiyasından sonra immunosupressiya 

üçün istifadə olunan anticisim preparatlar

Preparat


Göstəriş

Monoklonal

İnduksiya

Ayrılma


OKT3

(+)


+

Baziliksimab

+

-

Daklizumab



+

-

Poliklonal



Atqam

+

+



Timoqlobulin

(+)


+

Yeni immunosupressiv preparatlar

Hazırda kohnə immunosupressiv preparatların modifi kasiya 

edilməsi və yenilərinin yaradılması üzərində intensiv axtarışlar 

aparılır.

Məlum preparatların modifi kasiyası üzərində  tədqiqatlar  SDZ 

RAD (Sertikan), ERL080A (Mifortik), İndolil-ASC – kimi agentlər 

yoxlanılır.

Yeni preparatlar FTY 720, Hum291, Anti-CD3, OKT4A üzərində 

tədqiqatlar davam edir.

İmmunodepressantların təsir mexanizmi siqnal 1  təsir edən pre-



pa ratlar.Monoklonal anticisimlər OKT3 təsiri CD3 molekuluna 

qarşı yönəlmişdir. Poliklonal anticisimlərin (məs.: antitimositar 

qlobulin) təsiri CD3 molekuluna və hüceyrə üzərində olan müxtəlif 

markerlərə qarşı yönəlir. Siklosporin və takpolimus İL-2 genin 

transkripsiyasının ləngiməsinə  səbəb olan  kalsinevrinin fosfataza 


400

Dializ

aktivliyini inhibisiya edir və bu iki preparat kalsinevrin inhibitorları 

adlanırlar.

siqnal 2 təsir edən preparatlar. Hazırda sinal 2 təsir edən 

preparatların kliniki təcrübədə istifadəsinə icazə verilməmişdir.



siqnal 3 təsir edən preparatlar. Baziliksimab və daklizumab 

İL-2 reseptorlarına qarşı insana uyğunlaşdırılmış monoklonal 

anticisimlərdir. Sirolimusun təsir nöqtəsi TOR adlandırılan zülal olub 

sitokinlərin reseptorları və hüceyrə sikli arasındakı siqnal ötürməsini 

dayandırır. Mofetil mikofenolat və azatioprin nukleotidlərin sintezini 

de novo azaldır.



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin