Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010


Doguşönü qicolmaların profi laktikası



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

Doguşönü qicolmaların profi laktikası

XBÇ olmayan xəstələrdə pre-eklampsiya zamanı maqnezium sul-

fat qıcolmanın profi laktikası üçün istifadə olunsa da, HD xəstələrində 

az halda, böyük ehtiyatla tətbiq edilir. Maqnezium KKB-nin hipo-

tenziv təsirini gücləndirir.

Perinatal ağırlaşmalar 

 Doğuşdan sonra perinatoloji və neonatoloji erkən poz-

ğunluqlar müşahidə olunur. Əksər uşaqlar vaxtından qabaq doğulur-

lar (orta dövrü hamiləlik 33 həftə) və hətta gestasiya dövründən də 

kiçik olurlar.


318

Dializ

 Yeni doğulan uşaqlar normal böyrək funksiyası ilə olsalar da 

onlarda sidik cövhəri və kreatininin qanda səviyyəsi ananın qandakı 

qatılığına bərabər olur, odur ku, doğulandan sonra onlarda poliuriya 

baş verir və ona görə də su elektrolit mübadiləsi nəzarət olunmalıdır.

HD xəstələrində kontrasepsiya tövsiyələri

HD müalicəsində olan potensial doğa bilən qadınlarda kontra-

sepsiya problemləri ortaya çıxa bilər. HD-də bir dəfə hamilə qalmış 

qadının bir daha qalmaq şansı vardır. Adətən, oral kontraseptivlər, 

yaxud baryer metodlar istifadə olunur, amma esterogenlər bəzi 

xəstələrdə AH-nin gedişini pisləşdirə bilər. Uşaqlıqdaxili ləvazimatlar 

infeksiya və qanaxma riski yaratdığı üçün istifadə olunmur.

Hamiləlik zamanı ağır AH böyük təhlükə yaradır. AT-nin 140/90 

mm c.süt.-dan yüksək səviyyəsi 80% hamilədə müşahidə edilir, 

bunların 40%-də hipertenziya ağır olur və diastolik təzyiq 110 mm 

c.süt., sistolik təzyiq 200 mm c.süt.-dan artıq olur. Üçüncü trimestrə 

keçdikdə 75% hamilədə ağır hipertoniya olur. 2,5% hamilələr ağır 

AH görə intensiv terapiya şöbələrinə yerləşdirilirlər. AT nəzarətə 

alınması üçün maye balansını qaydaya salmaq lazımdır. I sıra 

ziyansız dərmanlar metildopa, beta-blokatorlar və labetalol istifadə 

edilir. AÇFİ hamiləlik zamanı əks-göstəriş sayılır. Bəzən xəstələrdə 

preeklampsiya inkişaf edir. Hipertonik kriz olduqda vena daxilinə 

5–10 mq hidralazin hər 20–30 dəqiqədən bir yeridilir. Bəzən hidra-

lazin əvəzinə labetalol, diazoksid istifadə edilir.

Maqnezium sulfat dializ xəstələrində ehtiyatla təyin edilir. İlkin 

yükləmə dozası vurulduqdan sonra əlavə doza ancaq dializdən 

sonra vurula bilər. Maqnezium kalsium kanallarının blokatorlarının 

hipotenziv təsirini artırır, odur ki, bir yerdə istifadə etmək olmaz. 

Hamilə qadınlar hansı müalicədə (HD, yaxud PD) hamilə qalıblarsa 

həmin üsul ilə  də müalicə davam etdirilir. Hemodializin vaxtının 

20 saat/həftə artırılması  nəticəni yaxşılaşdırır. Dializ məhlulunun 

tərkibində kalsium 3,5 mekv/l olduqda xəstə  hər prosedurada 1 q 

kalsium alır. Kalsium fosfat birləşdiricisi alan xəstələr üçün dializ 

məhlulunda kalsium 2,5 mekv/l olmalıdır. Bu zaman per os 2 q 


319

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

kalsium qəbul olunmalıdır. Hər gün dializ apardıqda (35-40 mekv/l 

bikarbonat ilə) metabolik asidoz müşahidə edilə bilər, odur ki, 

bikarbonat 25 mekv/l-ə qədər endirilir.



Heparinləşdirmə. 

Dializ zamanı heparin azaldılmır, çünki o, 

plasentadan keçmir.

Anemiya.

 Hamiləlik zamanı EPO dozası ikiqat artırılır və artıq 

miqdarda dəmir preparatı venaya yeridilir. Fol turşusunun miqdarı 

ikiqat səviyyədə verilir.



Doğuş, uşağın yedizdirilməsi.

 Dializ müalicəsində olan ha mi-

lələrdə 80% uşaqlar vaxtından qabaq doğulurlar. Vaxtından  əvvəl 

tutmalar müvəffəqiyyətlə terbutalin, maqnezium ilə müalicə olunur. 

Dializ pasientlərində ölü uşaq doğumu yüksək olur, odur ki, 26 

həftədən sonra arterial monitorinqi aparmaq lazımdır, bu zaman 

təzyiqin uşağın sağ qalmaq şansı artır.

Normal böyrəklər ilə  uşaq doğulduqda belə qanda kreatinin və 

karbamidin səviyyəsi yüksək olduğu üçün poliuriya müşahidə edilir. 

Odur ki, elektrolitlərə və suyun miqdarına nəzarət etmək lazımdır.



Esterogenlərlə əvəzedici terapiya

Premenopauza. DX premenopauza dövründə transdermal este-

radiol və periodik progesteron alırlar. Nəticədə requlyar aybaşılar 

bərpa olunur, seksual həvəs və aktivlik artır. 1 il esterogenlə müalicə 

alanlarda sümük toxumasının bərkliyi artır.



Postmenopauza – dövründə qadınlar 2 mq/gün per os estradiol 

aldıqda HDL səviyyəsi yüksəlir. AH olan qadınlar estradol aldıqdan 

18 ay sonra SMH azalır. Postmenopauzada esterogenlərin sümük 

bərkliyinə təsiri öyrənilməmişdir.



Dispareuniya (qadınlarda seksual pozğunluq). Dializ müa-

licəsində olan bəzi qadınlarda dispareuniya-esterogen qıtlığı ilə 

əlaqədar uşaqlıq yolu quruluğu müşahidə edilir və bu da seksual 

əlaqə zamanı  ağrının meydana çıxmasına səbəb olur. Beləliklə, 

dispareuniyanın  əsas səbəbi esterogen çatışmazlığından atrofi k 

vaginitin inkişaf etməsidir. 



320

Dializ

Müalicə. Xəstəlik zamanı intravaginal yolla konyuqasiya edilmiş 

esterogenlər yeridilir. Premarin 2-4 q hər gün, yaxud per os esterogen 

ilə progesteron birlikdə verilir. Hər gün 0,625 mq konyuqasiya 

olmuş esterogenlər və 2,5 mq medroksiprogesteron dispareuniyanın 

əlamətlərini ləğv edir. Qanaxma olduqda progesteronun dozası 5 mq 

qədər qaldırılır. Cinsi yaxınlıq zamanı xarici isladıcılar - lubrikantlar 

istifadə olunur.

Seksual disfunksiya.

 Dializdə olan 55 yaşdan cavan qadınlar 

seksual aktiv olurlar, amma əksəriyyətində seksual həvəs və or-

qazma çatmaq qabiliyyəti itir. EPO müalicəsi seksual funksiyaları 

yaxşılaşdırır. Seksual disfunksiyanın səbəbi hiperprolaktinemiya, 

qonad disfunksiyası, depressiya və hiperparatireoz ola bilər.



Disfunksional uşaqlıq qanaxmaları. 

Əksər qadınlarda YFS 10 

ml/dəq-dən aşağı düşdükdə amenoreya baş verir. Dializ terapiyası 

başlayanda 50% pasientlərdə  bərpa olunur. Bunların da yarısında 

hipermenoreya müşahidə edilir. Dializdə aybaşısı olan qadınların 

əksəriyyətinin sikli requlyar olmur, disfunksional qanaxmalar 

müşahidə edilir ki, bəzən bu da endometriumun xərçəngində 

müşahidə edilir. Qanitirmə ağır anemiyaya səbəb olur, amma EPO 

müalicəsi xəstələrin müalicə nəticələrini xeyli yaxşılaşdırmışdır.

Şişlərin skrininqi 

– xəstənin yaşı və aybaşıdan asılıdır. 

40 yaşdan yuxarı qadınlar 1 il qanaxmaya qədər aybaşı olmur. 

Xərçəng riski yüksəkdir – diaqnostik qaşıma lazımdır. 

40 yaşdan yuxarı qadınlar – aybaşılar 1 il ərzində  uşaqlıq 

qanaxmasına qədər kəsilməmişdir. Xərçəng riski mötədildir, 

diaqnostik qaşıma lazım deyil, endometriyanın biopsiyası kifayətdir. 

40 yaşdan cavan qadınlar. Xərçəng riski nisbətən çox deyil. İldə 

bir dəfə yaxmanı Papanikolau üsulu ilə müayinə etməli. Aybaşı 

zamanı dializ apardıqda heparini imkan qədər az istifadə etməli.



Ginekoloji infeksiyalar

1. Candida albicans – vulvovaginitin ən geniş yayılmış səbəbidir. 

Vaginal şamlar 1 həftə ərzində mikonazol nitrat, nistatin, klotrimazol 

istifadə edilir. İnfeksiya bərpa olduqda 2 həftəlik kurs aparılır. 


321

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

Bikarbonat natrium ilə (2 xörək qaşığı natrium bikarbonat 1L isti 

suda həll edilir) hər iki gündən bir 1 həftə müddətində istifadə edilir 

(Candida turş mühitdə güclü artır). Sistem müalicə kimi fl ukonazol 

150 mq per os dializdən sonra qəbul olunur.

2. Trixomonas – adi sxem ilə müalicə edilir: metronidazol 250 

mq gündə 3 dəfə daxilə 7 gün müddətində. Metronidazol dializlə 

çıxarılır, odur ki, dializdən qabaq qəbul olunmamalıdır. Seksual 

partnyorlar eyni zamanda müalicə olunmalıdırlar.



3. Qeyri-spesifi k vaginitlər. Əksər halda Gardnerella vaginalis 

ilə törədilir. Müalicəsi bir neçə sxem ilə aparılır:

– 500 mq metronidazol gündə 2 dəfə 7 gün;

– 0,75%-li intravaginal gel metronidazol ilə 5,0 gündə 2 dəfə 7 

gün;

– 2%-li vaginal krem klindamitsin ilə 5,0 gündə 1 dəfə 7 gün.



Bu sxemlərin hamısının effekti eynidir və dializ xəstələrinin 

müalicəsində istifadə oluna bilər.



4. Chlamydia və Mycoplasma. 70% qadınlarda xlamidioz 

simptomsuz keçir. Xəstələrdə az ifrazat, qanlı aybaşılar, qarında 

mötədil ağrılar, dizuriya müşahidə edilir. Diaqnoz əkilmə ilə, 

monoklonal anticisimlərin tapılması  və DNT diaqnostikaya əsas-

lanır. Müalicəsi doksisiklin 100 mq/gün 2 həftə; azitromitsin 1 q 1 

dəfə; ofl oksasin 150 mq/gün 7 gün; eritromitsin 500 mq/gün per os 

2 həftə. Doksisiklin və ofl oksasin bu dozada həmçinin qonoreyada 

istifadə olunur.



5. Genital herpes. Asiklovir ilə müalicə: 200 mq gündə 2 dəfə, 

dializ qabağı qəbul olunmur. Simptomatik olaraq oturaq vannaları, 

povidon-yod ilə kompreslər, lidokain gel istifadə olunur. Əgər ildə 

6 dəfədən çox genital epizodları olsa, onda  asiklovirin kiçik dozası 

200 mq gündə iki dəfə və famsiklovir (125 mq hər 48 saatdan bir) 

istifadə olunur.



6. Qonoreya – seçim preparatı kimi seftriakson istifadə olunur. 

Əzələ daxilinə 250 mq bir dəfə yeridilir, sonra penissilin ilə müalicə 

davam etdirilir.


322

Dializ

11.5. Dayaq – hərəkət aparatı və sistem xəstəlikləri

DX-də oynaqlarda ağrılar 70% halda müşahidə olunur və XBÇ 

ilə  əlaqədar baş verir. Dializlə müalicə müddəti artdıqca bütün 

xəstələrdə bazu oynağında ağrılar və bilək kanalı sindromu müşahidə 

edilir. Uzunmüddətli dializ alan xəstələrdə beta-2-mikroalbuminin 

(B-2-MG) amiloidinin oynağa çökməsi nəticəsində ağrı və hərəkət 

məhdudluğu baş verir. Müxtəlif maddələrin kristalları (kalsium 

pirofosfat, sidik turşusunun mononatrium duzu, hidroksiapatit, 

kalsium oksalat) oynaqda iltihab törədə bilərlər. Bəzən septiki artrit 

müşahidə edilir. Kortikosteroidlərin transplantasiyadan sonra qəbulu 

osteonekroza səbəb ola bilər. Vətərlərin spontan qırılması, dirsək 

oynağında bursit baş verir. Bəzən oynaqlarda ağrılar XBÇ səbəb olan 

xəstəliklərdən də ola bilər: ŞD, QQE, birincili amiloidoz (amiloidoz 

AL), sklerodermiya, yaxud revmatoid poliartriti, ikincili amiloidozla 

ağırlaşdıqda (amiloidoz AA) müşahidə edilir. İkincili hiperparatireoz 

və alüminium intoksikalsiyası sümük-oynaq sistemində  dəyişik-

liklər verir.

B-2-MG amiloidozu

 – dializ ilə müalicə olmayan xəstələrdə 

az təsadüf olunur, amma dializ müalicəsi aldıqda amiloidin tezliyi 

21%-dən (2 il müalicə) 100%-ə qədər (13 il müalicə) artır. Amiloid 

qlikolizəolunmamış zülal olub, molekul kütləsi 11800D, bütün 

bioloji məhlullarda olur, yumaqcıqda  fi ltrasiya olunur, proksimal 

kanalcıqlarda reabsorbsiyadan sonra kataboliz olunur (cədvəl 11.2).

                                   

 Cədvəl 11.2

B-2-MG amiloidozunda dayaq-hərəkət 

aparatının zədələnməsi

Yuxarı ətrafl ar

– kürək-çiyin periartriti

– bilək kanalı sindromu

– açıcıların tenosinoviti



Onurğa sütunu

– destruktiv spondiloartropatiya



323

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

– periodontoid psevdoşişlər

– amiloidin ekstradural çökməsi

Sümük kistaları 

Patoloji sınıqlar

Sağlam insanlarda B-2-MG-nin zərdabda səviyyəsi 2,7 mq/l, 

sintezi 1400–2300 mq/həftə təşkil edir. Müasir dializ cihazları ancaq 

400–1000 mq/həftə xaric edə bilir, odur ki, DX zərdabında B-2-MG 

səviyyəsi normadan 60 dəfə yuxarı olur. DX B-2-MG səviyyəsinin 

aşağı salınması qalıq böyrək funksiyası  və yüksəkkeçiricilikli 

dializatorların hesabına ola bilər.

Hazırda B-2-MG amiloidozun patogenezi qlikolizlənmənin 

son məhsullarının zülallara proteolizə qarşı rezistentlik verməsi, 

kollagenə yüksək affi nlik  və iltihab sitokinlərinin (şişin nekroz 

faktoru – alfa, interleykin-1-beta və interleykin-6) aktivləşmiş 

mononuklear leykositlər tərəfi ndən stimulyasiya olunmaq qabi-

liyyətinin artmasıdır. Qlikozilləşmənin son məhsullarının təsi-

rin dən modifi kasiya  etmiş proteinlər dializlə pis çıxarılır. Artıq 

qlikozilləşmənin modifi kasiya  olmuş son məhsulu olan B-2-MG 

uzun müddət dializ alan xəstələrdə amiloid depozitlərində tapılır və 

amiloidozun baş verməsində böyük rol oynayır. B-2-MG amiloidin 

dayaq-hərəkət aparatında çökməsinin səbəbi qlikozilləşmənin 

son məhsullarının kollagen zülalına yüksək affi nlik  qabiliyyətinin 

nəticəsi ola bilər. Bu zaman oynaqlarda (xüsusən bazu oynağında) 

ağrılar (84%-ə qədər xəstələrdə) müşahidə edilir. 

Bilək oynağı sindromu orta sinirin karpal kanaldan çıxan yerində 

sıxılması nəticəsində baş verir. HD və PD xəstələrində eyni tezliklə 

baş verir. Sindromun əsas səbəbi  B-2-MG amiloidi ilə izah edilir, 

amma bioptatda həmişə amiloid tapılmır. Dializ zamanı “oğurlama 

sindromu” və  xəstələr çəkini artırdıqda karpal kanalın ödemi 

hesabına, orta sinirin sıxılması hesabına ağrı arta bilər.

Bundan başqa, xəstələr barmaqlarda keyimə, iynəbatırma 

hissi,  qolda üfürülmə hissindən  şikayət edirlər. Simptomlar I, II, 

III barmaqda olur, amma bəzən bütün əldə hiss olunur. Müayinə 



324

Dializ

zamanı hissiyyatın itməsi,  əzələ gücünün azalması  aşkar edilir. 

Bilək kanalına yüngül tıqqıldatdıqda, yaxud biləyi bükdükdə  ağrı 

müşahidə edilir. Baş barmağı uzaqlaşdıran  əzələnin zəifl əməsi və 

tenarın atrofi yası aşkar olur.

Dializ zamanı  və gecələr  əlin neytral pozada şinalanması 

müvəqqəti yüngüllük gətirə bilər. Karpal kanala mikrokristallik 

kortikosteroidlərin yeridilməsi 30% xəstələrə kömək edir. Prosesin 

proqress etdiyi zaman karpal kanalın cərrahi yolla dekompressiyası 

aparıldıqda 90% halda yaxşılaşma əldə edilsə də simptomatika iki 

ildən sonra qayıdır.

Barmaqların bükücülərinin kontrakturası 

– B-2-MG amilo-

idinin vətər boyunca çökməsindən baş verir. Bəzən vətərlərin bir-

birinə yapışması və ovucda yumşaq toxuma kütləsi formalaşa bilər. 

Destruktiv spondiloartropatiya təxminən 10% halda təsadüf edilir, 

fəqərəarası sahənin daralması, fəqərələrin uc səfhələrinin eroziyası 

(osteofi tsiz)  ilə xarakterizə olunur. Əksərən boyun fəqərələ rində 

baş verir, amma döş  və bel fəqərələrində  də ola bilər. Bu zaman 

B-2-MG amiloidi fəqərəarası bağlarda və disklərdə çökür. Bəzən 

hətta dişəbənzər çıxıntıda çökür və “yalançı  şiş” adlanır. Bəzən 

mielopatiya müşahidə oluna bilər.

Sümük kistaları.

 Subxondral amiloid kistaları bilək sümük-

lərində, bud sümüyü başı ilə boynunda, bazu sümüyün başında, mil 

sümüyünün distal hissəsində, qamış sümüyünün oynaqiçi hissəsində 

müşahidə olunur. Kistalar 2-3 mm-dən 40 mm-ə qədər ola bilər.

Patoloji sınıqlar

 amiloid çökməsi nəticəsində sümüyün zəifl əmiş 

yerlərində müşahidə edilir (bud boynu).

B-2-MG sistem təzahürləri 

– Visseral depozitlər qan 

damarlarında yerləşirlər, əksərən simptomsuz keçir. B-2-MG diaq-

nos tika sının  qızıl standartı amiloidin konqorot və im 



muno-

histokimyəvi müayinəsi nəticəsində tapılmasıdır.

İsti proseduralar, müalicəvi bədən tərbiyəsi hərəkəti artırır. 

Oynaqdaxili kortikosteroidlərin yeridilməsi və 10% hidrokortizon 

kreminin applikasiyası bazu oynağını  və fonoforez ağrını çox 



325

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

sakitləşdirir. Artralgiyalarda QSİƏP (SOQ-2) böyük ehtiyatla verilə 

bilər.

Dializ zamanı yaxşı biouyğun membranlardan istifadə olunması 



tövsiyə edilir. Böyrək transplantasiyasından sonra B-2-MG depo-

zitləri sorulmasa da proqress etmir.



Psevdopodaqra.

 Psevdopodaqra tutmaları pirofosfat dihidrat 

kalsium (PFDK) qığırdaqdan oynaqətrafı toxumalara, oynaq daxi-

linə daxil olub aseptik iltihab yaratmasıdır. Psevdopodaqra əsasən 

böyük və orta oynaqları zədələyir, amma kiçik falanqaarası oynaqlar 

da prosesə cəlb oluna bilər. Oynaqda kəskin ağrı, şişkinlik, qızartı 

baş verir və oynaq üzərində yumşaq toxumaların hərarəti yüksəlir. 

Sinovial mayedə çoxlu neytrofi llər aşkar edilir. Artrit həmləsi 

özü də keçə bilər, sinovial mayenin buraxılması, kortikosteroidin 

yeridilməsi, QSİƏP işlədilə bilər.



Podaqra.

 Podaqrik artrit sidik turşusunun mononatrium 

(CTMN) duzunun kristalının çökməsi nəticəsində baş verir. Dializ 

xəstələrində podaqra az təsadüf olunur. Xırda oynaqların zədələnməsi 

xarakterikdir.

Müalicə. QSİƏP, kortikosteroidlər: AKTH gel halında 40–80 BV, 

triamsinolon 60 mq, kolxisin istifadə edilir. Kolxisin per os 0,6 mq 

hər saat, ağrı dayanana qədər verilir. Bu müalicə əksərən ishal, maye 

və elektrolit itkisi yaradır. Kolxisin venadaxili yeridilməsi 1–2 mq 

və lazım olduqda 8–12 saatdan sonra 1 mq yeridilir. Təkrari hallarda 

allopurinol istifadə olunur, aşağı dozada 100 mq/gün təyin olunur.



Hidroksiapatit kristalları artropatiyası

DX fosfor-kalsium hasili 75 mq

2

/dl


2

-dən artıq olduqda hidro-

ksiapatit kristalları oynaqlarda şişkinlik, ağrı yaradır. Son illər 

hiperparatireoidozun və fosfatemiyanın müalicəsi yaxşılaşdığı üçün 

az təsadüf olunur. Sinovial mayenin mikroskopiyasında kristallar 

görünmür, amma alizarin S qırmızısı ilə rəngləndikdə aşkar edilirlər.



Müalicə.  Zədələnmiş oynaq immobilizasiya olunur. QSİƏP və 

kolxisin yaxşı təsir göstərir. Mikrokristallik kortikosteroidlər, yerli 

anestetiklər yaxşılaşmanı tezləşdirir. Fosforun zərdabda səviyyəsinin 


326

Dializ

azaldılması, onun qəbulunun məhdudlaşdırılması, vitamin D prepa-

ratlarının qəbulunun dayandırılması, fosfor birləşdirən pre paratlar 

prosesin yaxşılaşmasına səbəb olur. Bəzən cərrahi yol la kalsifi katlar 

kəsilib götürülürlər, yaxud paratireoidektomiya edilir.

Oksalat kalsium artropatiyası. 

Sinovitlər inkişaf edir, adətən, 

kiçik oynaqlar zədələnir. Oksalat kalsium damarların əzələ qatında 

çökür və  dəri örtüyünün sianozu, mərmərəbənzər rəngi müşahidə 

edilir. Oksalat kalsium artriti kolxisinə, QSİƏP-yə qarşı rezistent 

olur. Vitamin C yeridilməsi plazmada oksalat səviyyəsini yüksəldir, 

ona görə bunu müalicədə nəzərə almaq lazımdır.

Septik artrit. 

Damar yolu ilə infeksiyanın, ən çox Stafphlococcus 

aureus daxil olması  nəticəsində baş verir. Kliniki əlamətlər 

zəif ola bilər, amma sinovial mayenin əkilməsi bakteriyaların, 

mikrobakteriyanın (tipik və atipik), göbələklərin tapılması diaqnozu 

qoymağa kömək edir.



Müalicə. Parenteral antibakterial preparatlar minimum 2 həftə 

yeridilir. Oynaq möhtəviyyatı təkrar evakuasiya olunmalıdır, bəzən 

cərrahi drenaj aparılır.

Osteonekroz. 

3–18% DX müşahidə edilir, ən çox bud sümüyünün 

başının nekrozu baş verir. 

DX-də tendenit və bursit.

 Vətərlərin spontan qırılması 15% DX-

də təsadüf edilir. Ən müntəzəm budun dördbaşlı əzələsinin vətərinin 

qırılması müşahidə edilir, amma Axil vətəri, üçbaşlı  əzələ  vətəri, 

dizüstü vətər, barmaq vətərlərinin qırılması da rast gəlir. Vətərin 

sümüyə bağlanan yerinin eroziyası (hiperparatireoz nəticəsində) 

vətərin qırılması riskini artırır. Müalicəsi cərrahidir.

Dirsək bursiti 

– ən çox damar yolu olan qolda baş verir.



Sistem xəstəlikləri.

  İltihabın kəskin fazasının laborator gös-

təriciləri:

1. Eritrositlərin çökmə sürəti (EÇS) – 25 mm/saat və daha çox 

əksər DX müşahidə edilir (orta rəqəm 30 mm/saat). İndiyə  qədər 

EÇS XBÇ zamanı artmasının səbəbi axıra qədər məlum deyil;


327

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

2. Hialuron turşusu – XBÇ zamanı artması ölüm riskinin artmasını 

göstərir;

3. C – reaktiv zülal (C reactive protein – CRP) – DX yarısında 

infeksiya olmadıqda belə artmış olur. CRP-nin 50 mq/l-dən çox 

artması aktiv iltihabi prosesin olmasını göstərir. CRP göstəricisi 

EÇS-dən daha etibarlıdır və artması ölüm riskinin artmasını göstərir.

Qırmızı qurd eşənəyi (QQE).

 QQE-nin böyrəkdən xaric 

əlamətləri dializ müalicəsi başladıqdan sonra itir, amma xəstəlik 

sağalmır. QQE aktivliyi olan xəstələrə hidroksixlorokvin 200–400 

mq/gün təyin olunur. Xəstəliyin mötədil kəskinləşməsi artrit, səpgilər 

və serozit baş verdikdə QSİƏP, yaxud kiçik doza pednizolon (5–15 

mq/gün) ilə aradan qaldırılır. Bəzən, məs.: ensefalit, vaskulitdə böyük 

doza prednizolon və onun azatioprin, siklofosfamidlə kombinasiyası 

istifadə olunur.

Revmatoid artriti (RA) 

– başlanğıcda QSİƏP və kiçik doza 

prednizolon (5–15 mq/gün) ilə müalicə olunur. Dializlə çıxarılmayan 

qızıl preparatları, metotreksat təyin olunmur.



Əzələ  zəifl iyi. 

DX  əsasən aşağı  ətrafl arda proksimal əzələlərdə 

diffuz  əzələ  zəifl iyi  inkişaf edə bilər.  Əzələ  zəifl iyinin  səbəbləri 

çoxdur (cədvəl 11.3). Biopsiya zamanı əzələlərdə fi broz atrofi ya II 

tip müşahidə edilir.

Cədvəl 11.3

DX əzələ zəifl iyinin səbəbləri:

Periferik neyropatiya

D vitamini qıtlığı

Hiperparatireoz

Karnitin qıtlığı

Alüminium intoksikasiyası

Hiperkaliyemiya və hipokaliyemiya

Asidoz


Dəmirlə yüklənmə

Yüksək hiperfosfatemiya



328

Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin