Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010


Qastrit, duodenit, xora xəstəliyi



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

Qastrit, duodenit, xora xəstəliyi

XBÇ zamanı qastritin mü şa hidə 

olunma səviyyəsi yüksək olur. Qastrointestinal hormon lar – sekretin, 

mədəni inhibisiya edən polipeptidin və xolesistokinin səviyyəsi arta 

bilər, amma onların MBT-nin yuxarı hissəsinin disfunksiyasındakı 

rolu aydın deyildir. Görünür H.pilori, hiperqastrinemiya, hiperasidik 

hal uremik qastroduodenal zədələnmələrdə rolu yoxdur. MBT-nin 


307

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

yuxarı hissəsinin endoskopiyasında 51% xəstələrdə  dəyişikliklər 

aşkar edilir. Qastrit və duodenit zamanı hər gün yuxudan qabaq 150 

mq ranitidin, yaxud səhər yeməkdən qabaq 20 mq omeprazol verilə 

bilər.

Helicobacter pilori infeksiyası

 bütün qastritlərdə tapılır. H.pilo-

rinin müalicəsi 1–3 antibiotik və  H

2

-reseptorları, yaxud proton 



nasosu inhibitorları ilə kombinasiyada aparılır. Bismut preparatları 

tövsiyə edilmir.



Mədədə durğunluq

 – qastroparez ŞD xəstələrində vegetativ 

neyropatiya ilə izah olunur. Prokinetiklər (domperidon və 

metoklopramid) MBT-nin yuxarı hissəsində dopaminergik re sep-

torları blokada edərək yemək borusu, mədə  və nazik bağırsa ğın 

yuxarı hissəsini stimulyasiya edirlər. Bu məqsədlə sisaprid verilməsi 

aritmiyaya səbəb ola bilər, odur ki, istifadə olunmur. PD-də periton 

boşluğunda dializat olduqda xəstələr mədədə durğunluqdan şikayət 

edə bilərlər, amma məhlulu xaric etdikdən sonra bu əlamətlər keçir.

MBT-nin yuxarı hissəsində qanaxmalar. 

Qanaxmaların səbəbi 

qastrit (38%), 12-barmaq bağırsaq xorası (24%), duodenit (14%), 

mədə xorası (9,5%), yemək borusu venalarının varikoz genişlənməsi 

(9,5%), Mellori-Veys sindromu (5%) ola bilər. Başqa müəllifl ərə görə 

qanaxmalar  ən çox angiodisplaziya nəticəsində baş verir. Belə ki, 

prekapilyar sfi nkterlərin tonusunun azalması və venoz kapilyarların 

genişlənməsi və reaktiv hiperemiya angiodisplaziyaya səbəb olur, 

digər tərəfdən, trombositlərin disfunksiyası qanaxmaların baş ver-

məsinə  şərait yaradır. Diaqnoz ezofaqoqastroduodenoskopiya ilə 

qoyulur.

Müalicə. Nazoqastral aspirasiyadan, qan komponentləri köçür-

dükdən sonra mədə sekresiyasını inhibisiyaedici dərmanlar, antasid-

lər təyin edilir. Omerpazol (20 mq) dozası XBÇ zamanı  dəyişdi-

rilmir. Bəzi faktorlar: QSİƏP, aspirin, siqaret çəkmək qadağan edilir.



Öd kisəsi xəstəlikləri

 33% dializ xəstələrində  təsadüf olunur, 

82% halda simptomsuz davam edir. Rentgenoneqativ öd kisəsi 

daşları 88% təsadüfl ərdə, rentgenopozitiv 8% xəstələrdə və qarışıq 



308

Dializ

4% müşahidədə  aşkar edilir. Simptomatika müşahidə edildikdə 

laparoskopik xolesistektomiya edilir.

MBT-nin aşağı hissəsinin xəstəlikləri.

 Sağtərəfl i divertikulyoz 

xəstəliyi qəbizliklə  əlaqədar olur, böyrək polikistfozu olduqda 

daha müntəzəm müşahidə edilir. Divertikullar bəzən divertikulit ilə 

ağırlaşır, hətta perforasiyaya da səbəb ola bilər. Divertikulyoz PD-də 

əks-göstərişdir, bağırsağın spontan perforasiyasına səbəb ola bilər. 

Bəzən yoğun bağırsaqda xoralar müşahidə edilə bilər.

Angiodisplaziya

 MBT-nın qazanılmış  xəstəliyi olub selik 

və selikaltı qişanın damarlarını  zədələyir. Kiçik ölçüdə (5 mm) 

angiodisplastik zədələr kor bağırsaqda, yaxud sağ  tərəfdə yoğun 

bağırsaqda müşahidə edilir. Əsasən 50 yaşdan sonra olur. Endosko-

pik müayinədə  və angioqrafi yada  aşkar edilir. Trombositlərin 

disfunksiyasını aradan qaldırmaq, heparin dozasını azaltmaqla 

birləşmiş esterogenlərlə müalicə (məs.: per os 0,3–0,625 mq/gün) 

aparılır.

Yoğun bağırsağın işemik zədələnməsi.

 Ateroskleroz və 

hipotenziya nəticəsində yoğun bağırsaq infarktı müşahidə edilə bilər.

Dializ ilə  əlaqədar assit.

 Dializ xəstələrində assitə  səbəb olan 

xəstəliklər – durğun ürək çatışmazlığı, qaraciyər sirrozu, qarın 

boşluğunda  şişlər olmadan assit müşahidə edildikdə – idiopatik 

dializ assiti haqda düşünmək lazım gəlir. Adətən, o, davamedən həcm 

yüklənməsi, kaxeksiya, hipoalbuminemiya ilə müşayiət olunur.

İdiopatik dializ assitinin səbəbi kapilyar keçiriciliyinin artması və 

hipoalbuminemiya hesab olunur.



Müalicə – adekvat dializ ilə  əlaqədardır, xəstələr su-duz mü-

badiləsinin qorunması  tədbirlərinə  əməl etməli, yaxşı qidalan ma-

lıdırlar. İzolə olunmuş UF tətbiq oluna bilər. Bəzən xəstələr PD-yə 

keçirilir, yaxud böyrək transplantasiyası olunur.



Hepatitlər. 

(fəsil 6)



Hemosideroz 

– dəmir ilə yüklənmə hazırda dializ xəstələrində 

az müşahidə edilir. Əvvəllər qan köçürüldüyü üçün çox təsadüf 


309

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

olunurdu. Deferoksamin ilə müalicə aparılır (serebral, ağciyər, 

bağırsaq mukormikozu müşahidə  oluna bilər).

Pankreatit 

qarının sol yuxarı kvadrantında ağrı  və  zərdabda 

amilazanın və lipidlərin səviyyəsinin artması müşahidə edilir. Dializ 

xəstələrində amilaza səviyyəsi artsa da 2-3 dəfədən artıq olunmur. 

Pankreatitin baş vermə səbəbləri – hiperparatireoz, hiperkalsiyemiya, 

hemoliz ola bilər.

Pankreatitin müalicəsi – pankreatit hidrolazlarının inaktivasi-

yası, antibakterial preparatlar, ağrıkəsicilər, damardaxili həcmin 

yerinin doldurulması üçün tədbirlər görülür. Xəstələr ağızdan heç 

qidalandırılmırlar. Nazoqastral aspirasiya – ürəkbulanma, qusma 

və paralitik keç məzlikdə vacibdir. Xəstənin vəziyyəti yaxşılaşdıqda 

yemək verilir, əvvəl ancaq karbohidratlar (zülal, yağ verilmir), az 

miqdarda istifadə edilir. 

Dializ xəstələrinin kolonoskopiya, rentgenkontrast müayinə 

və  cərrahi  əməliyyata hazırlanması.

  Gənəgərçək yağı, səna 

meyvələrinin ekstraktı, bisakodil tabletləri, yaxud şamları istifadə 

olunur.


11.3. Sidik-cinsiyyət üzvləri

Böyrəklərin qazanılmış kistoz xəstəliyi (BQKX) əvvəllər 

böyrəklərində kistalar olmayan DX-də ikitərəfl i kortikal və medulyar 

kistaların olmasına deyilir. BQKX dializ ilə müalicə olmayan XBÇ 

pasientlərində  də ola bilər. Patogenezi məlum deyildir, təxminən 

50% xəstələrdə müşahidə edilir. 3 il dializ müalicəsindən sonra 

80%, 8 il müalicədən sonra 90% xəstələrdə  aşkar edilir. Böyrək 

transplantasiyası prosesin inkişafının qarşısını alır, hətta prosesin 

geriyə inkişafına səbəb olur. 

BQKX, adətən,  əlamətsiz keçir və  təsadüfən USM, MRT, 

KT zamanı tapılır. Amma bəzən xəstələrdə ikincili polisitemiya, 

kistanın infeksiyalaşması, qansızma, spontan partlama, böyrək daşı 

və böyrək hüceyrəli  karsinoma müşahidə edilə bilər. Bu məsələlər 

ilə  əlaqədar meydana çıxan simptomlara beldə, qarında ağrılar, 



310

Dializ

hematuriya, temperaturun yüksəlməsi, çəkinin itirilməsi, Het-in 

azalması xəstənin müayinə olunmasına əsas verir. Bəzən böyrəyin 

ölçüsünün böyüməsi baş verir və anadangəlmə polikistoz xəstəliyini 

(APX) xatırladır.

Beldə  ağrılar

 – 36% DX-də BQKX və ancaq 2% başqa patoloji 

proseslər ilə əlaqədar olur.

Müalicə. Analgetiklər–morfi n–XBÇ  zamanı sedativ təsirinin 

müddəti uzanır.



Belində ağrı olan xəstələrin müşahidəsi

Etiologiyası

Kista ilə əlaqədar

– subkapsulyar hematoma

– pararenal  hemorragiyalar

– kistaya qansızma

– kistanın böyüməsi

– sidik axarının kista ilə obstruksiyası

– kistaların infeksiyalaşması



Pielonefrit

Böyrək hüceyrəli karsinoma

Sidik axarının kəskin obstruksiyası (sancı)

– daş


– qan laxtası

– ayrılmış məməcik



Diaqnostika

– USM və yaxud KT

– Retroqrad  pieloqrafi ya

Müalicə

– Analgeziya

– kodein (gündə 1 dəfə) qəbizlik verə bilər

– morfi n ancaq güclü ağrılarda istifadə olunur (50% dozada)

– əsas xəstəliyin müalicəsi

Qanaxmalar. Mikro və makrohematuriya şəklində ola bilər. 


311

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

BQPX olanların 1/3-də kistaya qansızma müşahidə edilir. Bəzən 

kəskin paranefral hematomalar müşahidə edilir. Qanaxma olduqda 

hemodializ heparinsiz aparılır.



Urolitiaz. DX-də urolitiaz 5–11% halda təsadüf olunur (ümumi 

populyasiyada 3%). Daşlar zülal matriksdən, amiloiddən, Ca 

oksalatdan və onların kombinasiyasından ibarət olur. Fosfat birləş-

diricisi qəbul edən xəstələrdə Al, Mg, sidik turşusu kristalları  və 

duzlarından ibarət olan daşlar müşahidə edilir.

Hematuriya

Etiologiya

Sidik ifrazat sistemində qanaxmalar

– infeksiya

– nefrolitiaz

– kista ilə əlaqədar subkapsulyar və  paronefral hematomalar

– böyrək – hüceyrəli karsinoma

– keçid – hüceyrəli karsinoma

– sidik kisəsinin amiloidozu

– ikitərəfl i papilyar nekroz

– hematoloji pozğunluqlar

– retroperitoneal qanaxmalar

– kistaya qansızma

– kistanın spontan partlaması

Diaqnostika

Periferik qanın hüceyrə tərkibinin müayinəsi

Koaquloqramma qanaxma müddəti

Sidiyin əkilməsi

USM, yaxud KT

Sidiyin sitologiyası, sistoskopiya, retroqrad pieloqrafi ya

Angioqrafi ya qanaxmanın lokalizasiyasını tapmaq üçün

Müalicə

Koaqulopatiyanın korreksiyası

Hemorragik şokun müalicəsi


312

Dializ

Qanaxma vaxtı  dəyişikliklərinin korreksiyası (desmopressin, 

kriopresipitat, yaxud esterogen)

Angioqrafi k üsulla qanaxan damarın embolizasiyası

Endoskopik koaqulyasiya – böyrək ləyəninə qan axdıqda

Lazım olduqda – nefrektomiya

Residivverici oksalat daşlarında, I tip birincili oksaluriyada 

yüksək keçiricilikli dializ membranlarından istifadə olunur.



Sidik yollarının infeksiyası 

– DX-də sidik yollarının infek-

siyasının inkişafının riski çoxdur, xüsusən böyüklərin kistoz 

xəstəliyində daha tez baş verir. Qrammənfi  infeksiya, xüsusən 

Escherichia Coli daha çox təsadüf edilir.

Sistit.

 Dizuriya, hematuriya (1/3 xəstələrdə), qasıq arxasında 

diskomfort, uretrada pis iyli ifrazatın ayrılması, onun irinlə  əvəz 

olunması müşahidə edilir. Diaqnoz sidiyin ümumi analizinə əsasən 

qoyulur. Sidiyin əkilməsi lazımdır.

Müalicə. Antibakterial preparatlar – mikroorqanizmin həssas lı-

ğına əsaslanır. Empirik yolla dərman seçdikdə penisillin, ampisillin, 

sefaleksin, fl yuorexinolan, yaxud trimetoprim istifadə olunur, çünki 

XBÇ zamanı bunlar ziyansızdırlar. Qadınlarda qayıdan infeksiyalarda 

ampisillin yox, trimetoprim sulfametoksazolla istifadə olunur, çünki 

bu zaman bağırsaq mikrofl orasının rezistentliyi az inkişaf edir. Sistit 

zamanı 5–7 günlük müalicə aparılır, 3–4 gündən sonra sidik təkrar 

əkilir. DX-də tikarsillin, doksisiklin, sulfi zoksazol, aminoqlikozidlər 

tövsiyə olunmur. Amma mikrobların ancaq bu preparatlara həssaslığı 

olduqda onda ehtiyatla təyin olunur. Nalidiks turşusu, Nitrofurantoin, 

tetrasiklin, metenamin, ümumiyyətlə, tətbiq olunmur.

İnfeksiyanın keçməməsi, sidiyin əkilməsinin müsbət cavabı 

aşağıdakı səbəblərdən olur:

1. bakteriyaların rezistentliyi;

2. müalicə prosesində rezistent mutantların əmələ gəlməsi;

3. ikinci rezistent infeksiyanın peyda olması;

4. sidikdə bakteriostatik və bakteriosid konsentrasiyanın yarana 

bilməməsi;



313

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

5. bakteriyaların böyük kütləsi (mərcanvari daşlar, infeksiyalaşmış 

birləşmiş böyrək kistası, sidik kisəsinin daşları). Bəzən infravezkal 

yeritmə, yaxud mərcanvari daşın çıxarılması əməliyyatı aparılır.



Davamedici infeksiya. 

Bəzən antibakterial müalicə qurtaran kimi 

əvvəlki infeksiya yenə baş qaldırır. Bunun səbəbi aşağıdakılardır:

1. kistanın infeksiyalaşması;

2. daşın (mərcanvari) infeksiyalaşması;

3. bakterial prostatit.



Reinfeksiya

  – qayıdan infeksiya, bakteriyaların sidik yollarına 

təkrar daxil olması (ən çox düz bağırsaqdan) nəticəsində baş verir.



Piosistit

 – funksiya göstərməyən sidik kisəsinə irinin yığılmasına 

deyilir. Patogenezi məlum deyil. Qarınlarda, qasıq arxasında ağrı, 

diskomfort, səbəbsiz hərarət yüksəlməsi müşahidə edilir. Qanın 

müayinəsində leykositoz, qan əkildikdə müsbət nəticə alına bilər. 

Sidik kisəsinə kateter saldıqda irin alınır.



Müalicə – sidik kisəsi antiseptik məhlulla yuyulur, antimikrob 

müalicə aparılır.



Prostat vəzinin abssesi.

  Kişi DX-lərdə sidik ifrazının qıcıq-

lanması  və obstruksiyası  və aralıqda diskomfort olduqda prostat 

vəzin abssesi haqda fi kirləşmək lazımdır. Rektal-digital müayinədə 

prostat vəzi yumşaq, bəzən fl yuktuasiya ilə əllənir.



Yuxarı sidik yollarının infeksiyası

 əsasən qalxan infeksiya ilə 

əlaqədardır. Kistoz xəstəliyi olanlarda daha tez müşayət olunur. 

Kistaların infeksiyalaşması, pionefroz, böyrək abssesi və paranefral 

absseslər müşahidə edilir. Xəstələrdə dizuriya, bədən hərarətinin 

yüksəlməsi, gecə tərləmə, qarında, yaxud beldə ağrı. Bəzən böyrək-

lər, kista yumşaq sərt törəmə kimi əllənir.

Qanın müayinəsində leykositoz tapılır. Sidiyin əkilməsi ümumi 

olaraq infeksiyanın növünü təyin etməyə imkan verir. İnfeksiya 

ancaq kistada olduqda, yaxud sidik axarı tutulduqda əkilmə cavabı 

mənfi  ola bilər. USM və KT dəqiq diaqnoz qoymağa kömək edir. 

Antibakterial terapiya. Sidik yollarının infeksiyası ən azı 3 həftə 

müalicə olunur.



314

Dializ

Yağda həllolan antimikrob preparatlar (trimetoprim, siprofl ok-

sasin, metronidozol, klindamitsin, eritromitsin və doksisiklin) 

kistada yaxşı bakteriosid səviyyəyə çatdıqları üçün istifadə olunur. 

Aminoqlikozidlər, penisillinlər və III nəsil sefalosprinlər, adətən, 

nefronların distal hissəsindən inkişaf edən böyrək polikistozunun 

infeksiyasında kistaya panetrasiya etmədiyi üçün effektsizdir.

Ereksiya pozğunluqları.

 DX-nin 50%-də erektil disfunksiya 

müşahidə edilir. Əsas səbəbi damar pozğunluqlarıdır. Orqanik 

erektil disfunksiya yuxudan oyandıqda, yaxud masturbasiya zamanı 

ereksiya müşahidə edilmir, simetidin, hipotenziv dərmanlardan 

istifadə, ŞD, damarların aterosklerotik zədələnməsi, alkoqoldan çox 

istifadə, siqaret çəkmə, anamnezdə  Mİ, insult, cərrahi  əməliyyat, 

çanaq orqanlarının zədələnməsi, şüalanma, uzunmüddətli velosiped 

gəzintiləri hallarında olur. Funksional seksual disfunksiya zamanı 

yuxudan ayıldıqda ereksiya, vaxtından  əvvəl toxumun atılması, 

bəzən müvəffəqiyyətli seksual aktivlik müşahidə edilir. Bu faktları 

aşkar etmək üçün seksual partnyorla söhbət etmək lazımdır. Fizikal 

müayinə zamanı ikinci cinsi əlamətlərə diqqət yetirilir, ginekomastiya, 

yumurtaların ölçüsü və konsistensiyası, prostat vəzinin vəziyyəti, 

Peyronı piləklərinin olması, bud arteriyasının pulsasiyası təyin edilir. 

Səhər götürülmüş qanda testesteron və prolaktin təyin olunur, əgər 

normal olurlarsa endokrin mənşəli erektil disfunksiya inkar edilir.

Müalicə. Hipotenziv preparatlardan metildopa, rezerpin, klonidin, 

beta-blokatorlardan imtina olunur. EPO müalicəsi anemiyanı aradan 

qaldıraraq seksual disfunksiyanı da ləğv edir. 

Sildenafi l (viaqra) və apomorfi n (Uprima) Sildenafi l  V  tip 

fosfodiesterazı inhibitoru olub geniş istifadə olunur, adətən, 50 

mq, DX-də yaxşı  nəticə verir. Uzunmüddətli nitratlar qəbul edən 

xəstələrə  əks-göstəriş sayılır. Apomorfi n donaminin mərkəzi hasil 

olmasının artması hesabına təsir edir. Əlavə təsir olaraq ürəkbulanma, 

hipotenziya alkoqol qəbulundan daha da artır. Hazırda tadalafi l, 

vardenafi l istifadə olunur.



315

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

Testeron

 – müalicədən qabaq PSA yoxlanmalı, prostat vəzinin 

rektal-digital müayinəsi aparılmalıdır. Hipoqonadizmdə  əvəzedici 

müalicə kimi tətbiq edilir.



Vakuum cihazı

. Penisin əsasına qoyulur və qanın geri qayıtmasına 

mane olur. Prosedura 30′-dən az müddətə olmalıdır.



Avtoinyeksion terapiya. Bəzi xəstələr alprostadil (E

1

 prostaq-



landin), papaverin, yaxud papaverin ilə fentolamin birlikdə penisə 

yeridilir və ereksiya baş verir. Cərrahi müalicə kimi penis protezləri 

implantasiya edilir. Transplantasiyadan sonra erektil disfunksiyanın 

bütün  əlamətləri aradan qalxır. DX-nin 50% spermatazoidlərin 

sayı azalır, onların hərəkəti pozulur, anomal formalar əmələ  gəlir. 

Bu dəyişikliklərin səbəbi tam aydın olmasa da, hipotalamopituitar 

pozğunluqlar və qonadotropinin rolu qeyd olunur.

Ümumi populyasiyada olduğu kimi, varikosele, retroqrad eya-

kulyasiya, hiperprolaktinemiya, hipoqonadotrop hipoqonadizm, da-

mar obstruksiyası, infeksiya, spermatasidlərə qarşı anticisimlər və s. 

səbəbi aradan qaldırıla bilən pozğunluqlar aşkar edilir.

Priapizm

 – HD xəstələrində müşahidə oluna bilər. 4–6 saat 

ərzində müşahidə olunan priapizmdə penisin mağaralı cisimlərindən 

qanı aspirasiya etmək lazım gəlir. Penis bərk qalırsa alfa-

adrenoblokatorlar təyin olunur. Bu pivakain – fentanil ilə daimi 

epidural anesteziya tət biq edilir. PD xəstələrində 3-4% halda açıq 

prosessus vaginalis, ventral yırtıq, kateterin ucunun dayandığı 

yerdə defektin əmələ gəlməsi, yaxud da periton pərdəsinin defekti 

nəticəsində dializ məhlulunun cinsiyyət orqanlarının qişaları arasına 

yığılması müşahidə edilir və cinsiyyət orqanlarının odemi baş verir.



11.4. Mama – ginekologiya

XBÇ zamanı qadınlarda hipotalamo-pituitar-ovarial sistemin 

funksiyası pozulur və nəticədə reproduktiv funksiya pozulur, seksual 

həvəs itir və dishormonal uşaqlıq qanaxmaları baş verir. Ginekoloji 

infeksiyaların müalicəsində  dəyişikliklər olunmalıdır, çünki böy-


316

Dializ

rək çatışmazlığına uyğun dərmanların dozası seçilməlidir. DX 

arasında 55 yaşdan cavan qadınların 40%-də aybaşı qorunur, amma 

anovulyator dövrlər və sonsuzluq müşahidə edilir. EPO istifadəsi 

və Kt/v artırılması endokrin pozğunluqların bərpasına səbəb olur və 

dializ zamanı bəzi qadınlar hamilə qala bilərlər.

Kontrasepsiya məqsədi ilə prezervativlər istifadə edilir. Tablet 

kontraseptivlər trombofl ebit, hipertenziya, qırmızı qurd eşənəyində 

istifadə olunmur. Esterogenlərin təyin olunması teoretik olaraq 

əsaslanmış hesab oluna bilər. Uşaqlıqdaxili spiralın istifadə olunması 

HD və PD məsləhət görülmür.

Dializ müalicəsində olan qadınların hamilə olması ildə 0,5% 

təşkil edir. Hamilə qalmış qadınların 40%– diri uşaq doğurlar, 56%– 

öz-özünə atım, 11%– ölü uşaq doğumu, 14%– neonatal ölüm, 18%– 

tibbi abort ilə bitir. Öz-özünə atımın 40% hamiləliyin II trimesterində 

olur. Hamiləliyin sidiyin müayinəsi ilə təyini etibarlı nəticə vermir. 

Hamiləliyin olması və dövrü USM vasitəsi ilə təyin edilir.

Hamiləliyin aparılması

 HD zamanı qadınlarda hipotalamik-hipofi z-yumurtalıq oxu-

nun pozulması, uremiya, anemiya nəticəsində artım (fertillik) po-

zulur.


 HD müalicəsi alan qadınlarda hamiləlik az halda müşahidə 

olunsa da son illər artmağa meyl edir. Bunu dializ müalicəsinin 

yaxşılaşması və eritropoetinin tətbiqi ilə əlaqələndirmək olar.

 HD xəstələrində sidikdə beta-insan xorionik gonadotropin 

testinin nəticələri yalançı ola bilər, çünki əksər halda amenoreya 

müşahidə edilir və hamiləlik ilk dəfə USM ilə aşkar edilir.

 Hamiləlik riski ana və döl üçün hərtərəfl i  müzakirə edilir. 

Uğurlu sonluq üçün maye balansı, dializ saatlarına, qidalanmaya və 

qan təzyiqinin idarə olunmasına diqqət yetirilir.

Hamilə qadınlarda dializin aparılması

 Bəzi hamilə qadınlarda dializin başlanması uremiyanın ana-

ya və dölə mənfi  təsirini aradan qaldırır.


317

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

 Dializ maye həcminə, AT yaxşı nəzarət edir, kalorini və zülal 

qəbulunu artırır.

 Dializə  qədər hamilə olub, sonra dializ başlayan qadınlar 

75% diri uşaq doğurlar.

 HD və PD müalicəsində olan qadınlar hamilə qaldıqda 40% 

halda  diri uşaq doğurlar, xəstələr, adətən, əvvəlki rejimdə qalırlar.

 Ana və döl  üçün qənaətbəxş rejim həftədə 20 saat HD və 

sidik cövhərinin səviyyəsinin <20 mmol/l saxlamaq hesab olunur.

Əlavə tədbirlər:

 Kalium, kalsium, turşu-qələvi müvazinəti daha ciddi nəzarət 

olunur, bəzən dializatın tərkibinin dəyişdirilməsi lazım gəlir.

 Folatın tələbatı artdığı üçün yüksək doza (5 mq/gün) tövsiyə 

olunur.


 Eritropoetinin dozasını artırmaq lazım gəlir.

 Dəmirə  tələbat artır (həhtədə 1 dəfə vena daxilinə 100 mq 

dəmir saxarat yeridilir).

Dializdə olan hamilə qadınlarda AH-nin müalicəsi 

 AH ana üçün əsasən III trimestrdən qabaq təhlükəli olur, pre-

eklampsiyaya səbəb ola bilər.

 HD xəstələrində istifadə olunan dərmanlar işlədilir, amma 

kiçik dozada. Bu zaman metildopa, atenalol, labetalol, klonidin, hi-

dralazin istifadə olunur.



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin