Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010


Böyrəkköçürməyə əks-göstərişlər



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   26   27   28   29   30   31   32   33   34

Böyrəkköçürməyə əks-göstərişlər

Mütləq  əks-göstəriş – resipientin müalicəyə tabe olmayan 

xəstəlikləri aiddir:

♦ Ağır mərhələdə olan onkoloji xəstəliklər;

♦ HİV infeksiyası;

♦ Kəskin generalizə olunmuş sepsis

♦ Xroniki ürək çatışmazlığı;

♦ Aşkar təzahür edən tənəffüs çatışmazlığı.



Nisbi əks-göstərişlər

♦ Psixopatiyalar, magistral damar  xəstəlikləri və sidik yollarının, 

sidik kisəsinin inkişaf qüsurları;

♦ Transplantatı residivi ilə məhv edən nefropatiyalar: anti-YBM 

nefriti, HUS, FSQS, MKQN İ tip, birincili oksaluriya.

♦ Transplantasiyadan sonra kəskin ağırlaşmalar ve rən xəstəliklər: 

qeyri-stabil stenokardiya ilə  ÜİX, diabetik mik roangiopatiya və 

polineyropatiya, mədə  və 12 barmaq bağırsağın xora xəstəliyinin 

kəskinləşməsi, nəzarət olunmayan arterial hipertenziya, vərəmin, 

virus xəstəliklərin (HBV, HCV, sitomeqalovirus) aktiv formaları. 

İnfeksiyalaşmış resipientlərdə qanın müayinəsində, qa 

raciyərin 

biopsiyasında aktiv hepatit, yaxud  qaraciyər sirrozu  və qanda virus 

replikasiyası (HBV-DNT, HCV-RNT) tapılmadıqda (HBV+, HCV+) 

transplantasiya üçün təhükəsizdir.

♦ XBÇ xəstələrinə qaraciyərin virus mənşəli sirrozu olduqda 

böyrək qaraciyər ilə birlikdə köçürülür. Seropozitiv donordan (SMV+, 


377

Fəsil 13. Böyrəkköçürmə 

HBV+, HCV+) seroneqativ resipientə böyrək köçürülmür. HBs-Ag+ 

donordan qanda anti-HBs-Ag protektiv titri olan resipientə, yaxud 

HBC+ donordan HBC-infeksiyalaşmış resipientə köçürmək olar.  



Böyrək çatışmazlığında orqan transplantasiyasının tipləri

• 

Meyit böyrək donorundan



• 

Diri qohum böyrək donorundan

• 

Diri qeyri-qohum donordan



• 

Meyit böyrək-pankreas donorundan (1 tip şəkərli diabet 

resipientləri üçün)

Meyit böyrək donorluğu 

Transplantat böyrək 1/3 halda  diri donordan və qalan hallarda 

meyitdən götürülür. Meyit böyrəyi donoru  əvvəlki dövrdə sağlam 

olmuş  şəxs olmalı, qəza nəticəsində baş beyinin geriqayıtmaz 

zədələnməsi almış insanlar ola bilər. Anamnezində böyrək xəstəliyi  

və ya travması olan şəxslər donorluğa yaramırlar. Bütün onkoloji 

xəstələr, baş beyinin ilkin şişlərindən başqa, donor kimi yaramırlar. 

Həmçinin müalicə olunmamış bakterial, göbələk, virus infeksiyaları 

da donorluğa  əksgöstərişdir, amma müalicə aparılmış hallar 

müzakirə oluna bilərlər. Uzunmüddətli hipertoniya və ya ürəyin 

dayanması nəticəsində işemiya orqanı transplantasiya üçün yararsız 

edir. Anamnezində uzunmüddətli hipertoniya, şəkərli diabet, ürək-

damar xəstəlikləri olan pasientlər hərtərəfl i yoxlanmalıdırlar. Donor 

seçdikdə  əsas kriteriya köçürülmüş orqanın gələcəkdə adekvat 

fəaliyyət göstərməsi götürülür. Buna görə  də donor böyrəyinin 

normal funksiyası (qan plazmasında kreatininin səviyyəsi, sidiyin 

müayinəsi və diurez) əsas götürülür.

• 

Beyin ölümündən sonra böyrək götürülür, bu 



“döyünən 

ürək donoru”

 adlanır, yaxud ürək dayandıqda, qan-dövranının 

geriqayıtmaz dayanması olduqda bu, 

“döyünməyən ürək donoru” 

adlanır.


378

Dializ

• 

“İsti işemiya” qan dövranının dayanmasından sonra 



başlanır, böyrəyin soyuq konservant məhlulu ilə  yuyulmasına qədər 

olan müddət götürülür. Bu müddətin 1 saatdan uzun olması böyrək 

kanalcıqlarının nekrozuna səbəb olur və ilk növbədə ‘transplantatın 

funksiyasını pozur’. Çox da ağır olmayan zədələrdə (isti işemiya 

dövrü 1 saatdan az olarsa) böyrək transplantasiyaya yararlı ola bilər.

Ürək fəaliyyətinin dayanmasından baş verən ölümə 



kliniki ölüm 

deyilir. Hazırda  əksər ölkələrdə transplantasiya üçün orqan beyin 

ölümündən sonra, diri donorlardan götürülür. 

Beyin ölümü

 xüsusi komissiya (tərkibində anestezioloq, cərrah/

neyrocərrah, nevropatoloq, psixiatr və müalicə  həkimi olur) 

 

tərəfi ndən   təsdiq edilir və aşağıdakı kriteriyalara görə təyin olunur:



1. 

Xarici ağrı qıcıqlarına reaksiyanın yoxluğu, ağır koma, əzə-

lə atoniyası

2. 


Müstəqil tənəffüs və öskürək refl eksi yoxdur. Ağciyərlərin 

süni ventilyasiyası aparatını dayandırdıqda 3 dəqiqə ərzində spontan 

tənəffüs hərəkətləri yoxdur.

3. 


Gözlərin hərəkəti yoxdur, korneal refl eks yoxdur, bəbəklər 

geniş lənmiş, işığa qarşı reaksiyası yoxdur, izoelektrik EEQ (beyin 

aktivliyi yoxdur).

4. 


Bədən hərarəti dayanmadan enir və 32 Cº-yə çatması beyin 

ölü münün  etibarlı göstəricisi sayılır.

5. 

Qan təzyiqi enir, bütün aparılan intensiv reanimasiya tədbir-



lərinə baxmayaraq.

Meyit orqanın tiplənməsi

Meyit böyrəyinə olan təlabat ancaq 5:1 səviyyəsində ödə-

nilir. Orqanın seçilməsi kriteriyaları yaradılmışdir ki, bu da trans-

plantasiyanın nəticələrini optimallaşdırır.

• 

İlk növbədə ABO qan qrupuna görə bütün potensial orqan 



resipientləri eyni baza əmsalı alırlar. Bütün insan leykosit antigeni-

nə (HLA) uyğun gəlməyən punktlar araşdırılır. Gözləmə vərəqində 



379

Fəsil 13. Böyrəkköçürmə 

mənfi  əsas-cütlüyü olan, HLA ən yaxşı uyğun gələn xəstəyə böyrək 

təklif olunur.

• 

Transplantasiyadan qabaq T və B hüceyrələrinin  əsas-



cütlüyü uyğunluğu olduqda əməliyyat aparıla bilər. Diri dononrda 

bu test əməliyyatdan cox əvvəl aparılır və güman olunan 

transplantasiyadan 1-2 həftə qabaq da təkrarlanır.

Diri donorlar

• 

1954-cü ildən diri donordan böyrək transplantasiyası geniş 



yayılmağa başladı. İlk dəfə G. Murray təkyumurta əkizlərin birindən 

o birisinə böyrək köçürtdü. Potensial meyit donor böyrəklərin sayı 

ilə bu böyrəklərə ehtiyacı olan resipientlərin sayının uyğunsuzluğu 

diri donordan transplantasiya üçün böyrək götürülməsinə səbəb olur. 

Bu hal indi də bütün dünyada davam edir, aşağıdakı hallarda böyrək 

diri donordan götürülür:  

• 

Birinci dərəcəli qohumlarda HLA-uyğunluğu olduqda 



donor ola bilirlər;

• 

Son zamanlara qədər diri donor kimi qohumlar (valideyn/



uşaq, uşaq/uşaq) aparılırdısa,  indi qeyri-qohum donorluq (ər/arvad, 

dost və s.) da atrmaqdadır.



Diri qohum və diri qeyri-qohum böyrək donorluğun riskləri

• 

Ölüm riski 0 – 0,03%.



• 

Kəskin ağırlaşmalar riski 0,25–2,5% hallarda olur və 

ən müntəzəm təsadüf olunan ağırlaşmalar (>1%) uyğun cərrahi 

əməliyyatlardan (nefrektomiya) sonra müşahidə olunduğu kimi olur: 

pnevmoniya/atelektaz, pnevmotoraks, yara/sidik yolları sepsisi, 

hemorragiya və trombo-emboliya xəstəliyi.

• 

Tək böyrək ilə yaşayanların hərtərəfl i  müayinəsi və 



vəziyyətlərinin qiymətləndirilməsi onlarda böyük bir riskin olduğunu 

aşkar etməmişdir (Z.Qurbanov, 1994). Normal funksiyalı tək böyrək 

ilə yaşayıb, işləməyə insana heç bir şey maneəçilik törətmir. 


380

Dializ

Böyrəkköçürmədə diri donorlardan istifadə olunması  bəzi 

üstünlüklərə malikdir. Əvvəla, birinci ilin sonuna qədər diri donordan 

götürülmüş transplantatın yaşaması meyit donora nisbətən 10–15 

% yaxşı  nəticələr verir və bu göstərici sonrakı illərdə  də yüksək 

qalır. Digər tərəfdən, donor böyrəyinə artan tələbatı müəyyən 

qədər ödəməklə yanaşı, kəskin tubulyar nekrozu və kəskin ayrılma 

sindromunun baş vermə ehtimallarını  minimuma endirir.

Diri donordan nefrektomiya edərək «yaxşı» böyrək götürülür və 

normal böyrək saxlanılır. Lazımi donorun seçilməsi ABO sistemi 

və histouyğunluq göstəricilərinə əsaslanır. HLA identik olan qardaş 

ya bacı ideal donor sayılır, çünki belə transplantasiyadan sonra 

köçürülmüş orqanın uzunmüddətli yaşaması kimi yaxşı  nəticələr 

alınır.


Diri donor, adətən, 16–65 yaşında, sağlam olmalıdır. Arterial 

hipertenziya, subklinik şəkərli diabet, ürək-damar xəstəlikləri olan 

şəxslər donorların siyahısına daxil edilmirlər. Bunu könüllü edən 

şəxslər ailənin başqa üzvlərinin təzyiqinə məruz qalmamalıdır. Donor 

hərtərəfl i psixoloji müayinədən keçməli, özünün böyrək vermək 

arzusunun motivini izah etməli və gələcəkdə rast gələ biləcəyi bütün 

risklər haqqında məlumatlandırılmalıdır. Bütün bu məsələlər «İnsan 

orqan (və ya) toxumalarının transplantasiyası haqqında qanun»da (28 

oktyabr 1999-cu il tarixdə Azərbaycan Respublikasının prezidenti 

tərəfi ndən təsdiq edilmişdir) hərtərəfl i təsbit olunmuşdur.

Potensial diri donorun müayinəsi anamnez, fi ziki  və laborator-

instrumental üsulların tətbiqi ilə aparılır. 



Böyrək donorunun müayinəsi

İlk növbədə ABO qan qrupu uyğunluğu olduqda başqa müayinələr 

aparılır:

1. Ümumi kliniki müayinə (subyektiv və obyektiv);

2. Qanın ümumi müayinəsi, leykoformula, trombositlər;

3. Sidiyin ümumi müayinəsi, Zimnitski, Neçiporenko sınaqları, 

kreatininin klirensi, sidiyin əkilməsi;


381

Fəsil 13. Böyrəkköçürmə 

4. Qanın biokimyəvi müayinəsi – sidik cövhəri, kreatinin, 

elektrolitlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, 

xolesterin, triqliseridlər, qlükoza, ALT, AST, Hepatit B, C, insan 

immunodefi siti virusu (HİV), sitomeqalovirus, venerik xəstəliklərə 

görə testlər, koaquloqramma; 

5. Mantu sınağı;

6. EKQ;


7. Qarın boşluğu orqanlarının USM;

8. Döş qəfəsinin rentgenoqramması;

9. Ekskretor uroqrafi ya;

10. Böyrək angioqrafi yası;

11. Lazım olduqda psixiatrın məsləhəti.

Donorluğa tam əks-göstəiş:

•  Infeksiyalar;

•  Ürək, tənəffüs sistemi, qaraciyər, böyrək xəstəlikləri, diabet, 

bəd xassəli şişlər, dərman və alkoqol aludəçiliyi, hamiləlik;

•  <18 yaş, təzyiqlə razılaşdırmaq.

Nisbi əks-göstəriş:

• 

>65 yaş;

• 

Piylənmə, ailədə şəkərli diabet anamnezi, siqaret çəkmək, 



böyrək daşı, sidik yolları anomaliyaları.

Donorun əməliyyata hazırlanması

1. Analizlər – qanda şəkər, natrium, kalium, karbamid, kreatinin, 

qan qrupu, Rh-faktor, Hb, Het, trombositlər yoxlanılır.

2. Axşam 20

00 

– 24


00

 arası venadaxili infuziya: 500 ml 0,9%-li 

natrium xlorid + 500 ml 5% qlükoza.

3. 21


00 

 – 10 mq diazepam, 1 tablet.

4. 24

00

 – 6



00

  arası venadaxili infuziya: 1000 ml 5%-li qlükoza.

5. 6

00

 venadaxili infuziya: Ringer məhlulu 300 ml yeridilir, 



qalan 200 ml ilə, iynə xəstənin venasında, sistem ilə xəstə əməliyyat 

otağına verilir.

6. 6

00

  xəstənin ikinci qoluna venadaxili sistem qoyulur: 



382

Dializ

Mannitol 10%-li məhlul –500 ml başlanılır, 200 ml yeridildikdən 

sonra 300 ml ilə xəstə əməliyyat otağına verilir.

7. 6


00

 Safazolin 1,0 venadaxilinə yeridilir.

8. Axşam xəstəyə şorba, sıyıq verilə bilər.

9. Axşam xəstə qoltuqdan dizə qədər qırxılır, duş qəbul edir, 20 

ml betadini 20 l suda həll edib axırda onunla yaxalanır.

10.  24


00

-dən sonra yemək qəbul olunmur.

11.  Əməliyyat üçün 1 l uyğun qruplu qan hazır olmalıdır.

12.  Əməliyyatdan qabaq: sidiyin miqdarı, arterial təzyiq, ürək 

vurğularının sayı,   bədən temperaturu, tənəffüsün sayı təyin edilir.

Əməliyyatdan sonra:

13.    3 l məhlul vena daxilinə (1,5 l natrium xloridin fi zioloji 

məhlulu və 1,5 l 5% -li qlükoza məhlulu);

14.   Sefazolin 1,0 gündə 4 dəfə, vena/əzələ daxilinə;

15.   Promedol hər 8 saatdan bir, əzələ daxilinə;

16.   1-ci gün gəzdirilir;

17.   50-100 ml alma şirəsi verilir;

18.   Drenaj sorucuları əməliyyatdan sonra 3 dəfə boşaldılır.

Sonrakı günlərdə xəstə müstəqil rejimə keçirilir və nefrektomiya 

olunmuş xəstənin əməliyyatdan sonrakı dövrdə müşahidə olunması 

qaydasında nəzarət aparılır.



Böyrək resipientinin seçilməsi və hazırlanması.

 Böyrək trans-

plantasiyasının nəticələrinin yaxşılaşması və təhlükəsizliyinin artması   

ilə əlaqədar olaraq xəstələrin bu müalicə üsulu üçün seçilməsi kriteriya-

ları mütəmadi olaraq «yumşalır». Ona görə bu gün dializ müalicəsində 

olan xəstələrin əksəriyyəti böyrək transplantasiyasına namizəd hesab 

olunur. Böyrək transplantasiyasına mütləq əks-göstəriş aktiv infeksion 

proseslər və  bədxassəli  şişlər, ağır qidalanma pozğunluğu, ağır 

sistem və ürək-damar xəstəlikləri, ciddi ağırlaşmalarla nəticələnmiş 

şəkərli diabet hesab olunur. Bunlardan başqa, sürətlə proqress edən 

qlomerulonefrit zamanı böyrək yumaqcığının bazal membranına qarşı 

anticisimlərin yüksək titri tapıldıqda, oksaloz, oraqvarinüvəli anemiya, 



383

Fəsil 13. Böyrəkköçürmə 

aktiv fazada olan autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi, Vegener 

qranulomatozu) böyrək transplantasiyasına nisbi əks-göstəriş hesab 

olunurlar.

Hiperhidratasiya, hiperkaliyemiya, turşu-qələvi müvazinətinin 

vəziyyə tinin  pozğunluqları HD, yaxud PD ilə korreksiya edilir, 

AH nəzarətə alınır. Dializ müalicəsinin davamiyyəti xəstənin tibbi 

reabilitasiyasının  əldə olunmasından asılıdir, amma bu dövr 3–5 

ildən artıq olmamalıdır, çünki bu, transplantatın ayrılması riskini 

artırır, resipientin HBV, HCV ilə infeksiyalaşmasına səbəb ola bilir. 

Renovaskulyar mənşəli nəzarət olunmayan AH olduqda böyrək 

arteriyası stentlənir, angioplastika, yaxud nefrektomiya olunur. EPO 

və dəmir preparatları istifadə etməklə anemiya aradan qaldırılır, fosfor-

kalsium mübadiləsi requlə olunur, lazım gəldikdə paratireoidektomiya 

edilir.

HBV qarşı vaksinasiya edilir, burun-udlaqda sanasiya aparılır, SYİ 



müalicə edilir (stafi lakokk gəzdiriciliyi ləğv olunur), infeksiyalaşmış 

kistalar olduqda polikistoz xəstəliyində binefrektomiya edilir.



Potensial resipientin müayinəsi ambulator və ya stasionar 

şəraitdə aparılır.

Böyrək resipientinin müayinəsi:

1. Ümumi kliniki müayinə;

2. Qanın ümumi müayinəsi, leykoformula, trombositlər;

3. Sidiyin ümumi müayinəsi, Zimnitski, Neçiporenko sınaqları, 

kreatininin klirensi;

4. Qanın biokimyəvi müayinəsi – sidik cövhəri, kreatinin, elektro-

litlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, xolesterin, 

triqliseridlər, qlükoza, ALT, AST, hepatit B, C, HİV, sitomeqalovi-

rus, venerik xəstəliklərə görə testlər, koaquloqramma;

5. Mantu sınağı;

6. EKQ, kardioloqun müayinəsi;

7. Qarın boşluğu orqanlarının USM;



384

Dializ

8. Yuxu arteriyalarının doppler USM, bud arteriyasının doppler 

USM;

9. Döş qəfəsinin rentgenoqramması;



10. Dişlərin və başqa mümkün infeksiya ocaqlarının sağ-

lamlaşdırılması;

11. Qastroskopiya (lazım olduqda), 50 yaşdan yuxarı - kolo nos-

kopiya;


12. Sistoqrafi ya, lazım olduqda urodinamika;

13. İmmunoloji müayinə: toxuma tiplənməsi, hər ay;

14. Əsnək möhtəviyyatının və sidiyin əkilməsi, dişlərin müayinəsi.

15. Mammaqrafi ya 50 yaşdan böyük qadınlarda, bütün seksual 

aktiv 15 yaşdan yuxarı qadınlarda uşaqlıq boynundan yaxma.

Böyrək xəstəliyinin ilkin diaqnozu dəqiq təyin olunmalı, 

sidik yollarının infeksiyası, sidik kisəsinin disfunksiyası, sistem 

xəstəlikləri aşkar edilir. Dəqiq  fi zikal  müayinə  nəticəsində ürək-

damar, mədə-bağırsaq, sidik-cinsiyyət xəstəlikləri aşkarlanmalı, 

agciyərlərin funksional vəziyyəti aydınlaşdırılmalı, karies dişlər 

daxil olmaqla infeksiyanın potensial mənbəyi tapılmalıdır. Xəstə 

yaxın, uzaq nəticələr və  ağırlaşmalar haqqında məlumatlandırılır. 

Qadınlar üçün hamiləlik testi aparılır.

Obstruksiyası  və ya sidik kisəsi–sidik axarı refl yuksu  olan 

xəstələrdə sistoureteroqrafi ya aparılır. İkitərəfl i nefrektomiya hazırda 

az hallarda, o da xüsusi göstərişə görə, aşağıdakı hallarda aparılır: sidik 

yollarının davamedici infeksiyası, ağrı sindromu, infeksiya, qanaxma 

ilə müşayiət olunan böyrək polikistozu, böyük ölçülü böyrəklər, sidik 

kisəsi–sidik axarı refl yuksu, Qudpasçer sindromu olduqda. Qalça 

arteriyasının vəziyyətini dəqiqləşdirmək üçün (stenoz, kalsifi kasiya) 

aşağı  ətrafl arın Doppler müayinəsi və lazım olduqda aorta-qalça 

seqmentinin arterioqrafi yası edilir.



İmmunoloji tipləndirmə

Resipientin və donorun uyğunluğu ilkin olaraq qan qrupu ABO 

sistemi və rezus-faktora görə  təyin edilir. İnsan Leykosit Antigen siste-

mi A, B, C və DR lokusları üzrə müayinə olunur. Böyrəkköçürmədə 



385

Fəsil 13. Böyrəkköçürmə 

ABO sistemi üzrə uyğunluq mütləq vacib şərtdir, çünki hətta ailə 

üzvləri arasında bu şərti gözləməyib transplantasiya etdikdə nəticə 

yaxşı olmur. Anticisim sensibilizasiyası resipient zərdabında T və B 

limfositlərə qarşı sitotoksik anticisimlərin təyin olunması ilə ölçülür. 

Pasientin güclü sensibilizasiyası krossmatçı mənfi  meyit böyrəyinin 

tapılması müddətini uzadır. Böyrəkköçürmədən qabaq son T (və 

bəzən B) krossmatçı aparılır, donor üçün spesifi k anticisimlər identi-

fi kasiya olunur. Bu testin mənfi  olması ildırımsürətli ayrılma sindro-

munun baş verməyəcəyinin göstəricisi sayılır.

Əməliyyatönü hazırlıq böyrəkköçürmədən qabaq xəstənin 

vəziyyətinin optimizasiyasına xidmət etməlidir.  Əməliyyatdan 

6-12 saat əvvəl xəstəyə hemodializ aparılır, turşu-qələvi və elek-

trolit müvazinəti normalaşdırılır. Hipotenziv dərmanların qəbulunu 

xəstələr davam etməlidirlər. ÜİX olan pasientlərə (çox halda sol ko-

ronar arteriya zədələnir) əməliyyata qədər revaskulyarizasiya və ya 

angioplastika edilir. Əksər xəstələrdə anemiya (Hb səviyyəsi 60-80 

q/l) olmasına baxmayaraq onlar anesteziyanı yaxşı keçirirlər və ona 

görə də əməliyyatdan qabaq qan köçürmək zəruri sayılmır.

Resipientin əməliyyata hazırlanması

1.  1 l uyğun qrup qan hazır qoyulur.

2.  24 saat qabaq dializ aparılır.

3. Dializdən qabaq və sonra analizlər aparılır.

4.  Sandimmun (siklosporin, neoral) 8 mq/kq doza hesablanır. 

Doza iki yerə bölünür, səhər(9

00

) və axşam (18



00 

) daxilə verilir.

5.  Sell Sept standart olaraq 1,0 gündə 2 dəfə  səhər (6

00 


) və 

axşam (19

00

) daxilə verilir. Bəzən Sell Sept yerinə azatioprin 8 mq/



kq dozada iki dəfəyə verilir.

6.  Metilprednizolon 500 mq + 100 ml 0,9%-li natrium xlorid 

məhlulunda vena  daxilinə 1 saat ərzində infuziya edilir, 500 mq 

əməliyyat zamanı yeridilir.

7. Sefazolin 1,0 venadaxilinə  6

00

-da birinci doza yeridilir. 



Əməliyyatdan sonra, 6 saatdan bir, venadaxilinə yeridilir.

386

Dializ

8. Səhər saat 6

00

-da venadaxili  infuziya:  0,9%-li  natrium   



xlorid –500 ml, 5%-li qlükoza – 500 ml yeridilir.

9. Diabetik 

xəstələrdə hər 500 ml qlükoza məhluluna 8 v insu-

lin Aktrapid yeridilir (qlükoza 100 ml/saat sürəti ilə yeridilir).

10.  21

00

 Diazepam 10 mq daxilə verilir.



11.  Tükləri qırxmaq, duş, aseptika.

12.   Axşam yüngül yemək: şorba, sıyıq verilir.

13.  24

00 


 sonra xəstəyə yemək, içmək verilmir.

14.  Səhər xəstə əməliyyat otağına  verilir.                                                                                  

Əməliyyatdan sonra:

15.  Xəstəyə hər gün sarğı aparılır. Sarğı materialları, xəstənin 

geyim paltarları steril olmalıdır.

16.   Laborator  müayinələr iki qrupa ayrılır: 

– rutin analizlər (qanın və sidiyin ümumi analizi) – birinci üç gün 

gündə 2 dəfə aparılır, sonra gündə 1 dəfə.

– genuş analizlər (qanın biokimyəvi analizi: karbamid, kreatinin, 

sidik turşusu, bilirubin, ALT, AST, ümumi zülal, albumin, şəkər, 

xolesterin, triqliseridlər HDL-XS, LDL-XS) həftədə 2 dəfə yoxlanılır.

Sidik həftədə 2 dəfə əkilir.

17. Bədən temperaturu yüksək olduqda  döş  qəfəsinin 

rentgenoqramması müayinəsi edilir, qan hər 0,5 saatdan bir, 3 dəfə 

əkilir, sonra güclü antibiotikoterapiya aparılır. Yüksək qızdırma 

zamanı  əkilmənin cavabı  gələnə  qədər amikasin 500 mq 100 ml 

natrium xloridin fi zioloji  məhlulunda həll edilib vena daxilinə 

infuziya edilir. Əgər qızdırma davam edirsə vankomitsin 1 qr 1 dəfə 

yeridilir və bundan sonra qızdırma ensə 1həftə sonra təkrar etmək. 

2-ci gündən hər gün klotrimazol tabletini ağzında sorur.

18. Ranitidin 3 gündən sonra 150 mq gecə saat 21

00

 , per os, 



ferrum preparatları (Ferraton 1 t) və fol turşusu 1 mq 1 t verilir. 

19. AT yüksək olduqda 10 mq 1 t nifedipin verilir. ALT səviyyəsi 

qalxdıqda ranitidin  və nifedipin kəsilir. Bu dərmanları  kəsdikdən 

sonra yüksək ALT davam etsə onda CMV Ab İgG və İgM yoxlanılır. 

Müsbət çıxsa gansiklovir 500 mq infuziya edilir – 100 mq ilə başlanır. 


387

Fəsil 13. Böyrəkköçürmə 

Bu zaman trombositlər, leykositlərin sayı  və kreatininin səviyyəsi 

nəzarətdə saxlanılır.

Xolesterin səviyyəsi yüksək olduqda lovastatin 20 mq axşam 20

00

 

yeməkdən sonra verilir, hepatolak ilə birlikdə. Qanda çox yüksək 



xolesterin səviyyəsi aşkar olunduqda klofi brat 1 t 1 d təyin olunur. 

20. Biseptol 480 mq əməliyyatdan 3 gün sonra başlayaraq gündə 

1 t, 6 ay müddətində verilir.

21.Metilprednisolon 500 mq/gün infuziya edilir 3–5 gün, sonra 

prednizolon 1 mq /kq başlanılır, 5 gündən sonra 1 t azaldılır, 1 –ci 

ayın axırına 20 mq çatdırılır.

22. Azatioprin yerinə hazırda Sell Sept istifadə olunur, gündə 1 

qr 2 dəfə.

23. Sandimmun (neoral, siklosporin A) 6 mq/kq başlanılır. Əgər 

xəstə  AT görə diltiazem alırsa (30 mq 1 t gündə 2 dəfə), diltiazem 

sandimmunun səviyyəsini yuxarı qaldırdığı üçün nəzərə alınmalı və 

7 gündən sonra sandimmunun qanda səviyyəsi təyin olunur, səviyyə 

150-300 mq/l arasında saxlanmalıdır. Səviyyədən asılı olaraq 

Sandimmunun qəbul dozası ya artırılır, yaxud azaldılır. Anuriya 

zamanı doza daha ciddi nəzarət tələb edir. Sell Sept qəbulu zamanı 

trombositopeniya, leykopeniya və yüksək temperatur müşahidə 

oluna bilər.

Böyrəkköçürmənin birinci günü xəstənin vəziyyəti imkan verirsə 

o, ayağa qaldırılır, yeridilir və daxilə müvafi q qidalar qəbul edir. 

Bəzən xəstə gün ərzində 20–25 l sidik ifraz etdiyi üçün infuzion 

yolla onun yeri doldurulur, natrium, kalium, kalsium, maqneziumun 

qanda səviyyəsi  və turşu–qələvi müvazinəti  nəzarətdə saxlanılır, 

lazım gəldikdə korreksiyalar edilir.

Əməliyyatın birinci günləri ağrı olduqda promedol 3 saatdan bir 

inyeksiya edilir. Sefazolin 500 mq 1 t gündə 3–4 dəfə daxilə verilir.

Cərrahi  əməliyyat kimi texniki cəhətdən böyrəkköçürmə  əksər 

mərkəzlərdə standart prosedura kimi yerinə yetirilir. Adətən, sol 

böyrək sağ qalça çuxuruna yerləşdirilir. Böyrək venası ümumi qalça 

venasına uc-yan, böyrək arteriyası isə ümumi qalça arteriyasına 


388


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin