MəMMƏdov qəRİb xəLİlov mahmud


Kürqırağı ərazidə meşə təsərrüfatı sahələrindən səmərəli



Yüklə 4,78 Mb.
səhifə493/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   489   490   491   492   493   494   495   496   ...   751
 

Kürqırağı ərazidə meşə təsərrüfatı sahələrindən səmərəli  

istifadə olunması 

Tədqiqatlar nəticəsində Kürqırağı zonada sahələrin xüsusiyyətindən, qrunt suyunun səviyyəsindən, torpağın 

şorlaşma dərəcəsindən və s.-dən asılı olaraq tuqay meşələrinin vəziyyətini yaxşılaşdırmaq və bərpa etmək üçün 



 

293


meşə fondu torpaqları təsərrüfatı qruplara bölünmüşdür. Aşağıda ayrı-ayrı təsərrüfat qruplarının xarakteristikası 

və onlar üçün təklif olunan tədbirlər verilir. 



I. Qovaq meşələri 

Ağdaş meşə  təsərrüfatı  ərazisində tuqay meşəsi  şəklini az-çox saxlamış  ağyarpaq qovaq meşəliyinin 

nisbətən geniş massivində qoruğun yaradılması olduqca vacib məsələdir.  

Doluluğu 0,5 və yuxarı olan təbii bərpası zəif gedən qovaq meşələrində təbii bərpaya kömək məqsədilə tor-

paq zolaqlarla və ya hissə-hissə yumşaldılmalı və suvarılmalıdır.  

Süni suvarmaya imkan olmayan sahələrdə meşə altında əmələ gələn palıd və tutağacı yeniyetmələrinə şərait 

yaratmaqla onların tərkibində qarağac və kollar kənar edilməlidir.  

Qovaq meşələrinin çoxu insanın təsərrüfatsız fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə 

pozulmuşdur. Belə sahələrin vəziyyətini yaxşılaşdırmaq məqsədilə aşağıdakı tədbirlər irəli sürülür.  

1) Rütubətli sahələrdə sıx böyürtkan və yulğun kollu pozulmuş qovaq (qismən söyüd) meşəlikləri. 

Bu sahələr vaxtaşırı daşqın sularına məruz qalır, qrunt suları səthə yaxın yerləşir. Ağacların çoxunun təpə 

hissəsi və budaqları kəsilmişdir. Təbii bərpa zəif gedir və mal-qara tərəfindən məhv edilir.  

Qovaq yeniyetmələrinin inkişafına  şərait yaratmaq məqsədilə kolluqlar dar zolaqlarla və ya sahəciklərlə 

köklənərək sahədən çıxarılmalıdır.  

2) Rütubətli şəraitdə sıx tutağacı kolları olan pozulmuş qovaq meşəlikləri 

Bəzən tut kolları meşəliyin ikinci mərtəbəsini tutur, tərkibində  tək-tək qarağac, iydə  və qovaq 

yeniyetmələrinə təsadüf edilir, tutağacının budaqları hər il barama üçün doğranır.  

Qarışıq qovaq-tutağacı meşəliyi yaratmaq məqsədilə tutağacı yeniyetmələrini qrup şəklində mühafizə 

etməli, ağaclığın tərkibindən iydə və qarağac kənar edilməlidir.  

3) Rütubətli  şəraitdə qovaq seyrəklikləri. Tək-tək mal-qara tərəfindən zədələnmiş halda qovaq, tut və 

qarağac yeniyetmələrinə təsadüf olunur. Daşqın sularına bəzi illərdə məruz qalır.  

Qovaq meşəsini bərpa etmək üçün ərazi zolaqlarla yumşaldılmalı və qovaq yeniyetmələrinin əmələ gəlməsi 

üçün erkən yazda bir dəfə suvarılmalıdır.  



4)  İkimərtəbəli pozulmuş qovaq meşəlikləri.  İkinci mərtəbə  sıx qarağaclıqdan təşkil olunur. Qrunt suyu 

səthə yaxın yerləşir, daşqın suları müşahidə edilmir.  

Meşəliyin ikinci yarusunda xidməti (seyrəltmə) qırma aparılması məsləhət görülür.  

5) Nisbətən quru bitmə şəraitində qovaq seyrəklikləri 

Qrunt suları 3 m-dən aşağıda yerləşir. Daşqın sularına məruz qalmır. Təbii bərpa çox zəif gedir, tək-tək 

qarağac, tutağacı  və  cır nara təsadüf edilir. Belə sahələrdə qovaq meşələrinin bərpası üçün suvarma işi 

aparılmalıdır.  



Təklif:  Açıqlıqlarda tutağac  şitilləri  əkməli və ya şumlanmış sahədə toxumla palıd (uzunsaplaq və ya 

şabalıdyarpaq) ağaclığı yetişdirmək. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   489   490   491   492   493   494   495   496   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin