MəMMƏdov qəRİb xəLİlov mahmud


Tuqay meşələrinin meşə əkini yolu ilə bərpası



Yüklə 4,78 Mb.
səhifə492/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   488   489   490   491   492   493   494   495   ...   751
Tuqay meşələrinin meşə əkini yolu ilə bərpası 

Mövcud  ədəbiyyat materiallarından istifadə edərək aşağıda Kürqırağı  ərazidə meşənin bərpası  işlərinin 

təcrübəsi qısa təhlil edilir.  

Kürboyu meşə təsərrüfatlarında indiyə kimi 15 min hektara qədər süni meşə salınmışdır. Meşə əkinlərində 

əsasən aşağıdakı ağac cinslərindən istifadə edilmişdir: ağ akasiya, yaşıl göyrüş, şabalıdyarpaq palıd, uzunsaplaq 

palıd, eldar şamı, qarağac, adi qoz, Qafqaz  xurması, Kanada qovağı, sosnovski qovağı, hibrid qovaqlar, çəkil, 

iydə və s.  

Hazırda Kür boyu yerləşən meşə təsərrüfatlarında 27 min hektar meşəsiz və meşə ilə örtülü olmayan sahələr 

və 5 min hektardan çox pozulmuş seyrək meşə əkinləri mövcuddur. Bu ərazinin yalnız 2 min hektarında ildə 

400 hektar hesabilə məhsuldar qovaq növləri yetişdirilərsə 5 ildən sonra başdan-başa qırma yolu ilə dövri olaraq 

hər il 150-200 min kubmetr oduncaq ehtiyatı  əldə etmək olar (400 hektardan). Bu isə respublikamızın meşə 

materialına olan tələbatını xeyli ödəyər. Bütün bunları nəzərə alaraq Respublika Ekologiya və Təbii Sərvətlər 

Nazirliyi Kürqırağı  ərazidə qiymətli qovaq növlərindən ibarət meşə plantasiyaları yaratmağı ön plana 

çəkməlidir.  

Qovaq ağaclarından salınan meşələr eyni yaşda olan akasiya, göyrüş, şam və palıd meşələrindən 5-10 dəfə 

yüksək məhsuldarlığa malikdir. Kürqırağı ərazinin çox hissəsində qrunt suyu səthə yaxın yerləşir. Belə sahələr 

qovaq üçün əlverişli hesab olunur. Odur ki, tuqay meşələrinin bərpası üçün qovaq əsas cins sayılmalıdır.  

Qovaq ağaclarının yetişdirilməsində  kənd təsərrüfatı elmləri namizədi Qafar Cəlilovun və türk 

qovaqşünaslarının təcrübəsindən istifadə edilməlidir.  

Tuqay meşələrinin bərpa edilməsində qovaqla yanaşı, uzunömürlüyü, tez böyüməsi, nəhəng gövdəsi, 

əzəmətli yaraşıqlı çətri, davamlılığı və qiymətli oduncağı ilə şöhrət qazanan çinara da xüsusi yer verilməlidir. 

Kürqırağı zonada bu ağacın tayı-bərabəri yoxdur. Ancaq nədənsə bu uzun ömürlü və qiymətli ağac cinsindən 

meşə  əkinlərində istifadə edilmir. Bərdə  və  Ağcabədi meşə  təsərrüfatlarında tək-tək və qrupla əkilmiş çinar 

ağaclarının 15 yaşında boyu 13-14 metrə, döş bərabərində diametri 28-34 santimetrə çatır. Bu onu göstərir ki, 

çinar böyümə sürətinə görə qovaqla yanaşı durur, uzunömürlülüyü və dekorativliyinə görə isə ondan da 

üstündür.  

Kürqırağı  ərazidə indiyə kimi aparılan süni meşəsalma işləri qənaətbəxş deyildir. Meşəsalma işlərində 

əsasən ikinci dərəcəli ağac cinslərinə üstünlük verilir. Qiymətli ağac cinsləri olan palıd növləri, qoz, qovaq 

növləri, saqqızağac, püstə, çinar əkinləri yox dərəcəsindədir. Ağac cinsləri yerli şəraitə uyğun seçilmir, qarışıq 

əkinlərdə onların bioloji xüsusiyyəti. növarası mübarizə məsələsi nəzərə alınmır. Çox vaxt bu ondan irəli gəlir 

ki, hazırda tingliklərdə  ağac və kol cinslərinin seçilməsi, onların təsərrüfatlar üzrə planlaşdırılması düzgün 

aparılmır, qiymətli və uzunömürlü ağac cinslərinin yetişdirilməsinə az diqqət yetirilir.            


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   488   489   490   491   492   493   494   495   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin