MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə522/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   518   519   520   521   522   523   524   525   ...   751
Püstə.  Terraslarda ilk püstə  səpinləri 1968-1971-ci illərin mart ayında Dəvəçi rayonu ərazisində 

aparılmışdır. Uzunluğu 500 m olan 5 terrasın kəsmə  və tökmə hissələrində toxumlar 5 və 8 sm dərinliyində 

basdırıldı. 8255 səpilmiş püstə toxumunun 6400 ədədindən cücərti alındı (cücərmə faizi 77,6%). Toxumun 

müxtəlif illərdə  səpilmə  dərinliyindən asılı olaraq, cücərmə faizi fərqlənmişdir. 8 sm dərinliyə  səpilən 

toxumların cücərmə faizi 5 sm dərinliyə basdırılan toxumlardan çox olmuşdur. 1968-ci ildə  səpilmiş püstə 

toxumları 33, 1969-cü ildə 31, 1971-ci ildə 33, 1976-cı ildə isə 34 gün müddətində cücərmişdir. Bütün varian-

tlarda terrasın tökmə hissəsində toxumlar kəsmə hissəyə nisbətən 2-3 gün tez cücərmişdir. Belə qanunauyğunluq 

Şamaxı, Zəngilan və Ağsu rayonlarında apardığımız təcrübələrdə də müşahidə olunmuşdur. Bunun əsas səbəbi 

tökmə hissəyə günəş  şüasının çox düşməsi, torpaqda temperaturun yüksək olması  və aerasiyanın yaxşı 

getməsidir. Tökmə hissədə torpağın yumşaqlığı və onun qida maddələri ilə yaxşı təmin olunması bitiş faizinin 

yüksək olmasına və bitkilərin normal inkişafına şərait yaradır.  

Şamaxı rayonunda 1976-cı ilin yaz və payız dövrlərində toxumların cücərməsi müxtəlif olmuşdur. Dəniz 

səviyyəsindən 950 m yüksəklikdə aparılan səpində toxumlar 42,6%, yaz səpinində isə 96,9% cücərti vermişdir. 

850 m hündürlükdə payız səpinindən 25% cücərti alınmışdır. Payız səpinində cücərmə faizinin az olması 

toxumların həşəratlar tərəfindən məhv edilməsilə əlaqədardır.  

Zəngilan rayonunda 1976-1977-ci illərin payızında (noyabrın ortasında) aparılan püstə toxumlarının 

səpinindən yüksək cücərti faizi alınmışdır. Yaz səpinində (mart) isə cücərmə faizi az (30%-35%) olmuşdur. 

Payız səpinində terrasın tökmə hissəsində cücərmə faizi 85-86,3%, kəsmə hissəsində isə 66-67% olmuşdur, 

1976-cı ilin dekabrında aparılan püstə toxumu səpinindən 86,5%, 1977-ci ilin dekabrında isə 68,9% cücərti 

alınmışdır. Ümumiyyətlə, tədqiqat aparılan rayonlarda payız səpini daha yaxşı nəticələr vermişdir. Bu dövrdə 

aparılan səpinin daha effektli olması üçün toxumların zərərvericilərdən qorunması mühüm şərtdir. Müşahidələr 

göstərdi ki, terraslarda püstənin ilk cücərmə dövründən başlayaraq, kök sistemi güclü inkişaf edir, bitkinin mil 




 

314


kökü torpağa sürətlə işləyir. Torpaq səthinə ilk dəfə nazik ağımtıl gövdə yönəlir, hələ səthə çıxmamış onun uc 

hissəsində xırda sarımtıl açıq –yaşıl rəngli yarpaqcıqlar əmələ gəlir. Onlar 2-3 sm böyüyərək, iri mişar dişli yar-

paq formasını alır. Bu yarpaqların arasından isə ilk nazik zoğlar inkişaf edir.  

Fenoloji müşahidələrimiz göstərdi ki, Şamaxı rayonu şəraitində püstə cücərtiləri iyunun 25-30-na qədər boy 

atır, sonra isə böyüməsi olduqca ləng gedir, bəzən isə dayanır. Dəvəçi rayonu şəraitində püstənin böyüməsi iyu-

nun 10-15-nə, Zəngilan rayonunda isə iyunun 5-10-na kimi davam edir. Bütün regionlarda yamacın  şimal və 

şimal-şərq hissələrində püstənin böyüməsi yamacın digər tərəflərinə nisbətən sürətlə gedir.  

Birinci boyatma prosesi dayanan kimi püstə bitkisində  xırda tumurcuqlar əmələ  gəlir. Sakitlik dövründə 

gövdədə odunlaşma, yarpaqlarda isə qalınlaşma (sərtləşmə) gedir. Bu zaman yarpaqların rəngi açıq yaşıldan 

tünd qonura çevrilir. Püstədə ikinci boyatma sentyabrın ikinci ongünlüyündə başlayır və  zəif gedir. Şamaxı 

rayonunda dəniz səviyyəsindən 850 m hündürlükdə ikinci boyatma oktyabrın ikinci yarısında, 950 m 

hündürlükdə isə oktyabrın birinci ongünlüyündə dayanır. İkinci boyatma dövründə püstə ağacları yalnız 6-8 sm 

böyüyür.  

Tədqiqat işləri göstərdi ki, püstənin boy atması ekoloji şəraitdən, toxumun saflığından və iriliyindən, 

həmçinin səpilmə dərinliyindən asılı olaraq müxtəlif sürətlə gedir. Şamaxı rayonunda dəniz səviyyəsindən 850 

m yüksəklikdə püstə ağacları normal böyümüşdür. Dəvəçi rayonunda 15 yaşlı püstə ağaclarının boyu 2,5-3,0 m 

olmuşdur.  

Püstənin boyatmasına torpağın nəmliyi də böyük təsir göstərir. Avqust və sentyabr aylarında torpaqda 

nəmlik az olduğundan püstənin böyüməsi dayanır. Terraslarda nəmliyin nisbətən çox olması püstənin normal 

boy atmasına şərait yaradır.  

Dəvəçi, Zəngilan və Şamaxı rayonlarında terrasların tökmə hissəsində bitkilərin böyüməsi kəsmə hissəsinə 

nisbətən yüksək olmuşdur. 

Püstə yetişdirilən terraslarda rütubəti saxlamaq məqsədilə sahə daş və alaq otlarından təmizlənir.  

Sahədə nəmliyi qorumaq üçün başlıca aqrotexniki tədbirlərdən biri də terras yatağının şumlanaraq yumşaq 

halda saxlanmasıdır. Terras yatağı yumşaq olduqda yağış suları ona asanlıqla hopur və nəmliyini artırır. Alaq 

otlarını məhv etmək üçün yumşaltma işi martda və aprelin əvvəlində aparılmalıdır.  

Dəvəçi rayonunda terraslarda əkilən püstə  ağacları ilk dəfə 8 yaşında meyvə vermişdir. Lakin erkək 

nüsxələr çox olduğundan sahədən az məhsul götürülmüşdür. İlk məhsul terrasın tökmə hissəsində yaxşı inkişaf 

etmiş  ağaclarda müşahidə edilmiş  və  hər ağacda 200-500 q meyvə olmuşdur. Sonrakı illərdə  məhsul verən 

ağacların sayı çoxalmışdır. Çox quraq keçən illərdə terraslarda rütubət az olduğundan püstə ağacları az meyvə 

gətirir.  

Qeyd etmək lazımdır ki, hazırda Abşeron müstəsna olmaqla respublikamızın digər dağ  və dağətəyi 

regionlarında geniş miqyasda badam bağlarının salınması  işinə diqqət verilmir, respublikamızda Dəvəçi, 

Şamaxı, Zəngilan və  Ağsu rayonları  ərazisində Krımdan gətirilən qiymətli badam sortlarını terraslarda 

yetişdirməklə elmi-tədqiqat işləri aparılmışdır. Bu məqsədlə həmin rayonlarda təcrübə sahələrində (terraslarda) 

Dreyk, Krım, daş badam, Nikita-62, Nikita gecçiçəkaçan, Yalta, şahzadə  və digər badam sortlarının toxumla 

səpini və şitillərlə əkini aparılmışdır. Müşahidələr göstərdi ki, terrasların tökmə hissəsində cücərmə və bitiş faizi 

kəsmə hissəyə nisbətən xeyli yüksək olur.  

Tədqiqatlar göstərdi ki, bir qayda olaraq terrasın tökmə hissəsində kəsmə hissəsinə nisbətən badam yaxşı 

boy atır.  

Tədqiqat aparılan 3 rayonda toxumla və  şitillə becərilən badam sortları 4-5 yaşında məhsul vermişdir. 

Şamaxı rayonunda toxumla becərilən daş badam və Krım sortları meyvə verməmişdir. Lakin bu sortlar Zəngilan 

və Dəvəçi rayonlarında meyvə gətirmişdir. Şamaxı rayonunda həmin sortların bar verməməsi onların başqa sor-

tlara nisbətən tez çiçəkləməsi ilə əlaqədardır.  

Tədqiqatlar göstərir ki, Dəvəçi rayonunda 15 yaşlı badam ağaclarında 6-7 kq, Zəngilan rayonunda 8 yaşlı 

badam ağaclarında 2-3 kq, bəzən isə 5-6 kq meyvə olmuşdur.  Şamaxı rayonunda 1982-ci ildə Krımdan 

gətirilmiş badam ağaclarından 1-2 kq meyvə  yığılmışdır. Badamın kök sisteminin xarakteri onun eroziyaya 

uğramış torpaqlarda yaxşı davam gətirməsi və normal inkişaf etməsinə  şərait yaradır. Badamın bol və güclü 

inkişaf edən əmici kökləri torpaq hissələrini bir-birilə yaxşı bərkidir, onda dənəvər struktur yaradır.  

Terraslarda torpağa və bitkilərə yüksək aqrotexniki qayğı göstərildikdə bol məhsul əldə etmək olar. Bunlar-

dan ən başlıcası terras çəkilib qurtardıqdan sonra onun yatağının 30-35 sm dərinliyində şumlanması, daşlardan 

təmizlənməsidir. İkinci yumşaltma işi səpin və ya əkindən qabaq aparılmalıdır (15-20 sm dərinlikdə).  

Terraslarda cücərtilər alındıqdan 1-2 ay sonra bitki olan çalaların ətrafı alaq otlarından təmizlənməli, torpaq 

yumşaldılmalıdır. Bitkilərə aqrotexniki qulluq işlərindən biri də ağacların artıq budaqlarının kəsilib götürülməsi 

və ona forma verilməsidir. Təcrübə sahələrində 3 yaşından başlayaraq ağaclarda budama işləri aparılmış və on-

lara forma verilmişdir. Məlum olduğu kimi, badam bitkisində çoxlu qarışıq zoğlar əmələ gəlir, onların uzunluğu 

40-50 sm-ə çatır. Budama zamanı bu zoğların əksəriyyəti kəsilir. Meyvə zoğlarında yalnız 7-8 ədəd tumurcuq 

saxlanılır. Ağaclarda tozlamanı təmin etmək üçün sahəyə arı ailələrinin  köçürülməsi məsləhətdir.  




 

315


Badam bitkisinə üzvi və mineral gübrələr verdikdə onun meyvə məhsuldarlığı artır. Şamaxı rayonunda ter-

raslarda peyin, fosfor və kalium gübrələri verilən ağacların boya və diametrə görə inkişafı sürətlənmiş, onlarda 

geniş budaqlanma getmişdir.  

A.A.Rixter tərəfindən Krım Nikita Botanika bağında alınmış və respublikamızda təcrübədən keçirilən bəzi 

badam sortları ilə tanış olaq.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   518   519   520   521   522   523   524   525   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin