Tingliyin təşkili. Tinglik salmaq üçün yer az meylli, gillicəli, münbit torpağı olan yamacın şimal cəhətində
seçilməlidir. Torpaq mütləq entomoloji müayinədən keçirilməlidir. Torpaq adi qaydada hazırlanır. Səpin yaz
(mart, aprel) və ya payız (noyabr, dekabr) aylarında aparılır. Toxumu quş və gəmiriciəlrin məhv etməsi
təhlükəsi yoxdursa, payız səpini daha əlverişlidir. Belə ki, payız səpinində toxumun saxlanması və
stratifikasiyası üçün sərf edilərək əlavə vəsait lazım gəlmir, şitillərin boyu yazdakına nisbətən 2-4 sm artıq olur.
Səpin norması 1 poq. m-ə 20 qram götürülür. Səpin və cücərtilərə qulluq torpağı yumşaltmaq və alaqdan
təmizləməkdən ibarətdir, cərgələr ağac kəpəyi, çürümüş peyinlə örtülür. Zaqatala meşə təsərrüfatının «Pipan»
adlanan sahəsində aparılan təcrübə göstərdi ki, şərq fıstığı kölgələndirmə aparmadan da yetişdirilə bilər, burada
yaz səpinindən sonra cücərtilər ən tezi 20, ən geci isə 51 gün sonra alınır (Əsədov, Qəribov, Musayev, 1976).
Fıstığın toxumlarının optimal səpin dərinliyi 2-3 sm götürülür.
Tinglikdə yetişdirilmiş 1-3 yaşlı şitillər daimi əkin yerinə köçürülür. Şitillərin boyu 12 sm olduqda standart
hesab olunur. Meşə talasında və seyrək ağaclıqda meşə əkinində iri şitillərdən istifadə olunması məsləhətdir.
Belə sahələrdə torpaq çalalar, zolaqlar və kiçik meydançalar şəklində hazırlanır.
Açıq sahədə fıstığın meşə əkini 1x1, 1x1,5 m, mexanizasiya tətbiq edilərsə, 1x2,5 m sxemində
aparılmalıdır. Yerin iqlim və torpaq şəraitinə uyğun olaraq fıstığı cökə, ağcaqayın növləri (çinaryarpaq, gözəl,
trautvetter), şam növləri (qarmaqvari, adi və Krım) ilə qarışıq əkmək lazımdır. Yuxarıda qeyd edildiyi kimi
fıstıq adi şamla qarışıq əkildikdə yaxşı nəticə verir. Belə ki, ilk illər şam fıstıqdan tez boy ataraq kölgəsevər
fıstıq üçün kölgələndirmə rolunu oynayır.
Dostları ilə paylaş: |