MəMMƏdov qəRİb xəLİlov mahmud


Fıstıq meşələrinin bərpası



Yüklə 4,78 Mb.
səhifə519/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   515   516   517   518   519   520   521   522   ...   751
14.11. Fıstıq meşələrinin bərpası  


 

311


Dağ meşələri arasında  ən geniş yayılan fıstıq meşələridir. Bu meşələr respublika meşə fondunun 32%-ni 

təşkil edərək əsasən orta və yuxarı dağ-meşə qurşaqlarının dik yamaclarında yerləşib böyük sutənzimləyici, tor-

paqqoruyucu əhəmiyyətə malikdir.  

Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində dağlarımızın çox yerində  fıstıq ağacları öz ilkin 

quruluşunu itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş  və müxtəlif törəmə meşə tipləri  əmələ 

gəlmişdir.  

Pozulmuş  və seyrək fıstıq meşələrinin məhsuldarlığını yüksəltmək üçün ən  əlverişli üsul meşənin təbii 

bərpasına kömək göstərmək tədbiri sayılır.  Çox vaxt doluluğu aşağı salınmış fıstıq meşələrində və fıstığı əvəz 

edən törəmə tipli ağaclıqlarda meşənin təbii bərpası vələsin və digər azqiymətli ağac cinslərinin üstünlüyü ilə 

gedir. Odur ki, fıstıq seyrəkliyində, həmçinin meşə talalarında və meşənin yuxarı  sərhədi aşağı endirilmiş 

ərazilərdə  təbii bərpaya kömək etməklə yanaşı, həmçinin süni fıstıq meşələrinin yetişdirilməsi 

məqsədəuyğundur.  

Süni fıstıq meşələri səpin və əkin üsulu ilə salınır. Meşənin səpinlə salınması meşəçilik baxımından üstün 

olmasına baxmayaraq çox vaxt fıstıq toxumları gəmiricilər, böcəklər və s. tərəfindən məhv edilir. Odur ki, fıstıq 

meşəsi salmaq üçün əvvəlcə tinglikdə yetişdirilib sonra onun daimi yerinə köçürülməsi iqtisadi cəhətdən 

əlverişli sayılır. Respublikamızda fıstıq meşələrinin süni yolla artırılması işinə demək olar ki, fikir verilmir.  

Şəmkirçay hövzəsində (Gədəbəy rayonu) XIX əsrin sonunda (1895-98-ci illər) salınan fıstıq-şam meşəliyi 

kiçik sahədə olsa da, böyük elmi və praktiki əhəmiyyət daşıyır. Bu meşəlik bir-birinə yaxın iki sahədə salınıb 

dəniz səthindən 1500 m yüksəklikdə, dikliyi 10-15

0

 olan yamacın şimal cəhətində yerləşir. Burada fıstıq və adi 



şam cərgələrdə 4-5 ədəd yan-yana və ya hər cinsdən tək-tək  əkilmişdir. Hazırda burada yüksək məhsuldar 

meşəlik əmələ gəlmişdir.  

Tədqiqat işləri göstərir ki, fıstığın süni əkinləri yalnız münbit torpağı olan rütubətli şəraitdə yaxşı nəticə ve-

rir. Quru və çox rütubətli torpaq şəraitində isə fıstıq meşəsi salmaq məqsədəuyğun deyildir.  

Fıstıq meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış 

sahələrdə  əksər halda fıstığa rast gəlinmir. Fıstıq kölgə  və rütubətsevər bitki olduğu üçün ilk dəfə  çılpaq 

yamacları tuta bilmir. Həmin sahələri qabaqca əsasən vələs, palıd, ağcaqayın və b. ağac cinsləri və kolluqlar 

tutur.  Şübhəsiz, müəyyən dövr keçdikdən sonra bu törəmə tipli ağaclıqlar altında torpaq bərpa olunduqca və 

meşə mühiti əmələ  gəldikcə  fıstığın inkişafı üçün şərait yaranacaqdır. Odur ki, fıstığın süni yolla artırılması 

seyrək ağaclıqlar olan sahələrdə aparılmalıdır.  

Şərq fıstığı meşəsi salmaq üçün aşağıdakı ardıcıl işlərin görülməsi lazımdır: 1) Toxumluq sahənin təşkili; 2) 

Toxum tədarükü və onun saxlanılması; 3) Toxumun səpinə hazırlanması; 4) Tingliyin təşkili və ona qulluq 

işləri; 5) Meşə əkinlərinin aparılması (Əsədov, Qəribov, Musayev, 1976).  

Toxumluq sahənin təşkili üçün yetişmiş  fıstıq meşələrində axtarış aparılaraq, «müsbət» ağaclıqlar ayrılır. 

Bu ağaclıqlar yüksək taksasiya göstəriciləri, keyfiyyətli toxum vermə  və irsi xüsusiyyətlərinə görə  ətraf 

ağaclıqlardan fərqlənməlidir. Seçilmiş müsbət ağaclıqdakı ən yaxşı ağaclar qeydə alınır. 

Yüksəklik qurşaqları üzrə seçiləcək toxumluq sahələrdən toplanan toxum həmin sahədən 200-300 m yuxarı 

və ya aşağıda səpilməlidir. Ağaclardan toxumların yığılması oktyabrın 2-ci yarısı, noyabr və dekabr aylarında 

həyata keçirilməlidir. Tədarük olunan toxum saxlandığı və səpildiyi dövrdə gəmiricilərə qarşı lazımi mübarizə 

tədbirləri görülməlidir. Əks halda gəmiricilər toxumu tamamilə məhv edə bilər.  

Fitopatoloji xəstəliklərə qarşı mübarizə  məqsədilə  fıstıq toxumları payız səpinindən və stratifikasiyadan 

əvvəl 0,5 faizli formalin məhlulunda yüngülcə yuyulmalı və dərhal süzülüb açıq havada qurudulmalıdır.  

Toxum səpilmək üçün saxlanan sınaq variantlarında aşağıdakı nəticələr alınmışdır: toxum şüşə qabda axar 

su altında hava borusu olmaqla saxlandıqda 75%, şüşə qabda ağzı qapalı soyuq binada həftədə 2-3 dəfə 

qarışdırmaqla saxladıqda 69%, xəzəl və qar altında xəndəklərdə  təbii  şəraitdə – 65%, qumla qarışıq halda 

saxladıqda 23%, adi kisələrdə saxlandıqda isə cəmi 2% cücərti alınmışdır. İkinci üsul əlverişli olub ucuz başa 

gəlir.  

Fıstıq toxumları yaxşı saxlandıqda cücərmə qabiliyyətini 150-180 gün saxlayır. Toxumun nəmliyi  10-12%-

dən aşağı olduqda cücərmə qabiliyyətini tamamilə itirir.  

Aqrotexniki tələbata uyğun olaraq saxlanmış toxumların yaxşı cücərməsi üçün onu azı 40-50 gün stratifi-



kasiya  etmək lazımdır. Toxumların stratifikasiyası üçün yuyulmuş çay və ya dəniz qumundan istifadə olunur. 

Toxumlara ziyan verə biləcək göbələk və bakteriyaları məhv etmək üçün hazırlanmış qum yuyulduqdan sonra 

yüksək temperaturda qovrulmalıdır.  

Toxumlar tinglik sahəsinə yaxın yerdə, meşə çətri altında və toxum saxlanılan soyuq anbarlarda stratifika-

siya edilə bilər. Ən yaxşı üsul toxumların meşə çətri altında qarla stratifikasiya olunmasıdır.  

Toxum stratifikasiya ediləcək sahə mümkün qədər yaşayış  məntəqələrinə və yola yaxın olmalıdır. Bunun 

üçün az qabarıq (təpəcik) formalı yer seçilir və 40-30 sm dərinliyində uzununa xəndəklər qazılır. Hazırlanmış 

xəndəklərin dibi ağac toxmaqla tapdanır və 4-6 sm qalınlığında qum, onun üstündən isə                  10 sm-ə 

qədər qar tökülür, sonra yenidən möhkəm tapdanır. Toxum hər yana bərabər olmaqla 3-4 sm qalınlığında tapda-

nan qarın üstünə yayılır. Sonra qum-qar qatları yenidən təkrar olunur. Beləliklə, xəndəyə 4-6 qat toxum tökülür, 




 

312


axırda yenə üst qatda qumdan sonra 40-50 sm qalınlığında tapdalanmış qar qatı yığılır. Cəmiricilərə qarşı xüsusi 

tədbirlər görülməlidir, zəhərləyici maddələrdən və aldadıcı yemlərdən istifadə edilməlidir.  

Stratifikasiya olunmuş toxumların rüşeymi qabığı deşdikdən sonra dərhal səpin başlanır. Elə etməlidir ki, 

cücərti 4-6 mm-dən artıq olmasın. Cücərti zoğunun çox uzanması səpin işini çətinləşdirir və onun sınması qor-

xusunu artırır.  

Yaxşı stratifikasiya olunmuş toxumlar 5

0

 temperaturda cücərməyə başlayır.  Əgər toxumlar yaxşı 



çırtlamamışsa, səpinə 2-3 gün qalmış onlar 10-12

0

 istilikdə saxlanıb sonra torpağa səpilməlidir. Fıstıq toxumları 



səpinqabağı 5-7 gün suda saxlandıqdan sonra səpildikdə torpaqdan cücərmə qabiliyyəti nəzarətə nisbətən 8-10% 

artıq olur. Toxumlar sudan çıxarılıb 10-12 dəqiqə açıq havada çərilib qurudulduqdan sonra səpilir.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   515   516   517   518   519   520   521   522   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin