geniş panorama yaradır. Lakin bu yaşıllıqlar da hissə-hissə məhv edilərək, yerində müxtəlif tikinti işləri aparılır
və sahəsi get-gedə azalır.
- Biləcəri meşə parkı Biləcəri yamaclarında, qayalı sahələrdə salınıb, əsasən eldar şamından ibarət olub
təbii meşəliyə bənzəyir. Bu meşə-park Bakı şəhərinə şimal tərəfdən daxil olub, Biləcəri rayonu əhalisinin gözəl
istirahət məskənidir.
332
- Aeroport meşə parkı. Bakı şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır.
Bu ərazi şəhərdən
kənarda yerləşib əhalinin istirahət yeridir. Burada ağacların kəsilməsi və yerində ticarət tikintilərinin
yaradılması adi hal olmuşdur.
- Abşeron yaşıllıqlarını Ü.M.Ağamirov, F.M.Məmmədov 16 sağlamlıq ocağı ərazisində dənizdən olan
məsafələrinə görə 2 qrupa bölür:
1. Abşeronun şimal-şərq hissəsində dəniz sahilində yerləşən sağlamlıq ocaqları. Bura Buzovna, Zaqulba və
Bilgəhdə yerləşən 7 sağlamlıq ocağı daxildir.
2. Yarımadanın şimal-şərqində, dənizdən 3-5 km aralı yerləşən sağlamlıq ocaqları. Bu qrupa Mərdəkan və
Şüvəlan qəsəbələrində yerləşən 9 sağlamlıq ocağının yaşıllaşdırılmasında 93 ağac və kol növündən
istifadə olunmuşdur. Bilgəhdə yerləşən kardioloji sanatoriyaları ərazisinin yaşıllaşdırılmasında 48 növ,
Buzovnada yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə
cəmi 10-16 ağac və kol növündən istifadə edilmişdir.
Lakin son illər Bilgəh sanatoriyaları ərazisindəki yaşıllıqlara lazımi qulluq edilmədiyindən, çox yerdə
suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.
Zaqulbada yerləşən Daxili İşlər Nazirliyinin istirahət tipli sanatoriyasının ərazisində apardığımz tədqiqat
işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan
istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu
boyu eldar şamı və sərvdən istifadə olunmuşdur. Qayalar arasında əkilən üzüm kolları da bol məhsul verir.
Suvarma aparılmasa da, ağaclar özünü yaxşı hiss edir. Ərazinin düzən hissəsində əsasən eldar şamı və sərvdən
istifadə edilmişdir. Onlarla nar kolları bol məhsul verir. 4 ədəd çinar ağacı, 10 ədəd dəfnə, zeytun özlərini yaxşı
hiss edir.
Abşeron yarımadasının ərazisində üzümlüklər, bağlar, tərəvəz bitkiləri əkinləri, çoxlu şor göllər, yaşayış
sahələri, neft vışkaları və s. olduğundan başdan-başa meşə-parkların salınması qeyri-mümkündür. Lakin
şəhərdən kənarda iri meşə-parkların yaradılması olduqca vacib məsələdir. Relyef və torpaq şəraiti meşə-
parkların salınmasına, onların suvarılmasına imkan yaratmadıqda orada quraqlığa davamlı olan eldar şamı,
püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədəuyğundur.
Abşeronda çətin iqlim şəraitini, xüsusən şimal küləklərini nəzərə alaraq meşə-parklar hakim küləklərə
(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.
«Soyuzqiprolesxoz» tərtib etdiyi sxemə əsasən Abşeron yarımadasında 29,3 min ha qoruyucu meşə
zolaqları salınmalıdır. Salınacaq yaşıllıqlar yarımsəhra landşaftını kökündən dəyişərək başdan-başa istirahət
meşə-park zonasına çevirəcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib
şimal küləklərini zəiflədəcəkdir. Bununda yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.
Rekultivasiya yolu ilə Abşeronda neft mədənləri tərəfindən çirklənmiş 10 min ha-dan artıq sahədə
yaşıllaşdırma işləri yerinə yetiriləcək, orada ilk növbədə çətin torpaq şəraitinə dözümlü ağaclardan maklyura,
aylant, yulğun, Amerika ağcaqayını, yapon saforası, iydə, yalançı sabun ağacı, yaşıl göyrüş, oleandr, ispan nazı,
amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.
Abşeronun ağır iqlim-torpaq şəraitində yaşıllaşdırma məqsədilə ağac-kol bitkilərinin introduksiyası üzrə
aparılan çoxillik təcrübə, salınan yaşıl ağaclıqların, parkların, meşə-parkların və bağların tərkibində ağac-kol
cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.
Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və s.)
yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon saforasını,
dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və qiymətli ağac-
kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar, yapon heyvası,
dovşanalması növləri, hind yasəməni, ərkivan, pirakanta növləri, pittosporum, himalay sidri, evkalipt və
maqnoliyanı göstərmək olar.
Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqayını, göyrüşyarpaq ağcaqayın, meliya,
maklyura və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma,
maqnoliya, himalay sidri, yapon əzgili və daş palıda üstünlük verilməlidir.
Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən
dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.
Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki
bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.
Azqiymətli ağacları rekosntruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq
verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.
Ü.M.Ağamirovun (2000) məlumatına görə Azərbaycanın yaşıllaşdırılmasında 346 ağac və kol növü və
formasına təsadüf edilir. Bunlar 166 cinsə və 70 fəsiləyə aid olan 168 ağac növü və formasından, 167 kol növü
və formasından və 11 sarmaşan və dırmaşan kollardan ibarətdir. Bu ağacların 28 növü və forması iynəyarpaqlı,
11 növü həmişəyaşıl yarpaqlı, 129 növü yarpağını tökənlərdir. Kolların 4 növü və forması iynəyarpaqlı, 58-i
həmişəyaşıl, 99-u yarpağını tökən, 6 növü yarım həmişəyaşıldır.
333
Yaşıllaşdırmada istifadə olunan ağac və kolların 99 növü Qafqaz florasına aid olub 28%, qalan 247 növü isə
ekzot növlərdir, bu, yaşıllıqlarda olan ağac və kolların 72%-ni təşkil edir. Bunlar əsasən Şərqi Asiya (Yaponiya,
Çin, Uzaq Şərq) florasından 74 növ, Şimali Amerika florasından 50 növ, Aralıq dənizətrafı florasından 24 növ,
Avropadan 16 növ, Orta Asiyadan 8, İran və Kiçik Asiyadan 8 və digər regionlardan 15, meyvə ağacları 11 növ
və 38 forma hibrid bitkilərdən ibarətdir (Ağamirov, 2000).
Bu onu göstərir ki, respublikamızda yaşıllaşdırma işlərində Qafqaz, o cümlədən Azərbaycan florasında olan
ağac və kol növlərindən lazımi dərəcədə istifadə edilməmişdir. Onlardan Lənkəran akasiyası, dəmirağac,
şabalıdyarpaq və digər palıd növləri, dovşanalması, Xəzər lələyi, tozağac növləri, qarmaqvari şam, saqqızağac,
qafqaz xurması, ardıc növləri, vələs, ağcaqayın növləri, yalanqoz, qızılağac, qaraçöhrə və başqalarını göstərmək
olar.
Respublikamızın müxtəlif torpaq-iqlim şəraitini nəzərə alaraq onun müxtəlif təbii zonalarında yaşıllaşdırma
işlərində Ü.M.Ağamirovun (2000) təklif etdiyi siyahıya əlavə və düzəlişlərlə aşağıdakı ağac və kol növlərinin
istifadə olunmasını məqsədəuyğun hesab edirik.
Dostları ilə paylaş: