MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə22/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   18   19   20   21   22   23   24   25   ...   751
AZƏRBAYCANDA 

EKOLOGİYA ELMİNİN TARİXİ 

 

 



Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. Aşağıda ekologiya ilə bağlı olan 

əsas elm sahələrinin tarixi verilir.  



Coğrafiya sahəsi    

Məlum olduğu kimi ekologiya elmi coğrafiya elmi ilə  sıx bağlıdır. Belə ki, ekologiya canlı orqanizmlər 

arasında və onların olduğu coğrafi mühitlə qarşılıqlı əlaqə haqqında elmdir. Azərbaycan ərazisində coğrafiyaya 

aid ilkin məlumatlara qədim yunan coğrafiyaçısı və tarixçisi Strabonun «Coğrafiya» adlı əsərində təsadüf olu-

nur. Strabondan sonrakı dövrlərdə  məşhur coğrafiyaçılar və tarixçilər, o cümlədən  Əbdür Rəşid Bakuvi (XV 

əsr), Hacı Zeynalabdin Şirvani (XVIII-XIX əsrlər), Abbasqulu Ağa Bakıxanov (XIX əsr), Həsənbəy Zərdabi 

(XIX-XX  əsrlər) və başqalarının  əsərlərində Azərbaycanın coğrafi  şəraiti haqqında məlumatlara rast gəlmək 

olar.  


XX  əsrin  əvvəllərində bir sıra  əcnəbi və Azərbaycan alimləri (Q.Abix, N.Qubkin, V.Dokuçayev, 

G.İ.Boqdanoviç, R.P.Reynqard, A.Qrosheym, İ.V.Fiqurovski, Qafır-Rəşad, M.Baharlı  və b.) respublikamızın 

ərazisində coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi tədqiqat işləri aparmış, iqlimşünaslıq, sinoptik me-

teorologiya, atmosfer fizikası, mikroiqlimşünaslıq, zooiqlimşünaslıq sahəsində elmi əsərlər yazmışlar. Buna 

İ.V.Fiqurovskinin «Azərbaycanın iqlim rayonlaşdırılması» (1926), «Kür-Araz hövzəsinin iqlim oçerki», 

«Aqrometeorologiya» (1929), Ə.Şıxlinski və S.Kopelioviçin «Azərbaycan SSR iqliminin səciyyəsi» və b. misal 

ola bilər.  

Coğrafiyanın müxtəlif sahələri üzrə daha geniş elmi tədqiqatlar 1945-ci ildən sonra Azərbaycan EA-da 

Coğrafiya  İnstitutu yarandıqdan sonra aparıldı.  İnstitutun strukturunda dəyişiklik aparılaraq geomorfologiya, 

paleocoğrafiya, landşaftşünaslıq, iqlimşünaslıq, hidrologiya, xəritəçilik, toponimika, Xəzər dənizi, meşə 

torpaqşünaslığı, iqtisadi və sosial coğrafiya, təbiəti mühafizə şöbələri təşkil olundu.  

Azərbaycanda coğrafiya elminin inkişafında  Ə.M.Şıxlinski, Q.K.Gül, Ə.Mədətzadə, S.H.Rüstəmov, B.A. 

Antonov, V.Q.Zavriyev, H.B.Əliyev, H.Ə.Əliyev,  Ş.C.Əliyev, B.Ə. Budaqov, Ə.C.Əyyubov, N.Ş.Şirinov, 

Ə.M.Hacızadə, B.T. Nəzirova, N.Kərəmov, R.X.Piriyev, M.A.Müseyibov, A.A.Nadirov, Ə.V. Məmmədov

Ş.Y.Göyçaylı, Q.G.Həsənov, R.M. Məmmədov, Ş.B.Xəlilov və b. rolu böyük olmuşdur.  

Coğrafiya  İnstitutunda  sinoptik meterologiya  şöbəsi yarandıqdan sonra Ə.A.Mədətzadənin rəhbərliyi 

altında kollektiv hava proseslərinin oroqrafik şəraitlə  əlaqədar tətqiqi, iqlimi yaradan makroatmosfer 

proseslərinin növləşdirilməsi, təbii sinoptik iqlim fəsillərinin, güclü küləklər, tufan, dolu, leysan yağışları, 

şiddətli  şaxtalar, quraqlıq kimi hadisələrin  əmələgəlmə mexanizminin təkrarlanmasının öyrənilməsi, eyni za-

manda Xəzər dənizi üzərində baş verən proseslərin tədqiqi ilə məşğul olmuşdur.  

Respublikamızda  aqroiqlimşünaslıq sahəsində geniş  tədqiqatlar  Ə.A.Mədətzadədən sonra Ə.C.Əyyubov 

tərəfindən aparılmışdır. 1981-ci ildən başlayaraq X.Ş.Rəhimov, N.D.Ulxanlı, M.S.Həsənov, V.Babayeva və b. 

tədqiqatçılar taxıl bitkiləri, pambıq, üzüm, nar, əncir, çay, yay və qış otlaqları, dənizkənarı və dağ kurortlarında 

aqroiqlim və mikroiqlim şəraitini və ehtiyatlarını öyrənmiş və aqroiqlim rayonlaşdırılmasını tərtib etmişlər. 

İlk dəfə olaraq landşaftın formalaşmasında neotektonik  hərəkətlərin roluna dair bir sıra problem 

məsələlər kompleks şəkildə  həll edilmişdir. (Budaqov, 1973). Coğrayia  İnstitutunun  əməkdaşları  tərəfindən 

Azərbaycan Respublikasının ayrı-ayrı regionları üzrə müxtəlif miqyaslarda landşaft xəritələri tərtib edilmişdir.  

Azərbaycanda çay sularının istifadəsinə dair məlumatlara Hacı Zeynalabdin Şirvani (1780-1838), Afanasi 

Nikitin (XV əsr), Nadir Mirzə (1323-cü il) və digər səyyah və alimlərin əlyazmalarında rast gəlinir.  

Azərbaycanda  hidrologiya elminin inkişafı S.H. Rüstəmovun adı ilə bağlıdır. Onun rəhbərliyi altında 

respublikanın müxtəlif regionlarının çayları  hərtərəfli öyrənilmiş, ayrı-ayrı çaylarda axımın il ərzində 

paylanması, maksimal su sərfləri, qar örtüyü və onun çay axımında rolu, sel hadisələri, çayların sülb axımı, 

məcra prosesləri və s. öyrənilmişdir. Çayların öyrənilməsində  iştirak edən hidroloqlardan Məmmədov M.Ə. 

(1976), Cəfərov B.S. (1963), Vəliyev N.A. (1962), F.Ə. İmanov (1995), Qaşqay R.M. (1996), Mahmudov R. 

(2000), Axundov S.A. (1978) və b. göstərmək olar.  

Respublikada  göllərin və su anbarlarının hidroqrafiyası  və ekoloji vəziyyəti M.M.Həsənov (1964), 

X.D.Zamanov, P.B. Tarverdiyev (1965), Ş.B.Xəlilov (2003), V.A.Məmmədov (1998) tərəfindən öyrənilmişdir.  

Azərbaycan Respublikası çaylarının çirklənməsi F.Ş.Əliyev, M.A.Məmmədova (2003), M.Ə.Salmanov, 

A.İ. Ənsərova (2002), Ş.B.Xəlilov (2000) və b. tərəfindən öyrənilmişdir.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin