Turist qəbulu üzrə aparıcı dünya ölkələri
Ölkələr
Beynəlxalq turist
qəbulu (mln. nəfərlə)
1991/19
98
nisbəti
Dünya
turist
bazasında
payı 1999
(faizlə)
1998 1999
2000
1
Fransa
70
73
74,5
11,1
2
İspaniya 47,7
52
53,6
7,9
3 ABŞ 46,4
48,5
52,7
7,4
4
İtaliya 34,8
36,1
41,2
5,5
5 Çin
25,1
27
31,2
4,1
6 Böyük
Britaniya
25,7
25,7
24,9
3,9
7 Meksika
19,8
20,2
20,0
3
8 Kanada
18,8
19,6
20,4
2,9
9 Polşa 18,8
17,9
18,2
2,7
10 Avstriya
17,4
17,6
17,8
2,7
11 Almaniya
16,5
17,1
18,9
2,6
12 Rusiya
15,8
16,4
22,8
2,5
13 Çexiya
16,3
16
2,4
14 Macarıstan 15,0
12,9 15,6 2
15 Portuqaliya
11,3
11,6
-
1,8
ASR bazasında rekreasiya axınını cəlb edən əsas ölkə Yaponiyadır. Ötən əsrin 90-cı illərində ASR
ölkələrindən xaricə səfərlərlə əlaqədar turizmin daha yüksək sürəti Koreya Respublikasında və Tayvanda
müşahidə edilmişdir. ASR-a turist göndərən regiondan kənar ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, Fransa,
Hindistan və İtaliyadır.
Afrika regionu beynəlxalq turizm baxımından hələlik zəif mənimsənilmiş rayonlardandır. Belə vəziyyət ilk
növbədə bu qitənin əksər ölkələrində sosial-iqtisadi inkişafın aşağı səviyyəsi, turizm infrastrukturunun zəif
olması, siyasi sabitliyin olmaması ilə izah edilir.
Afrikaya gələn turistlərin 88 və valyuta mədaxilinin 90 faizi üç subregionun – Şimali, Cənubi və Şərqi
Afrikanın payına düşür. O da qeyd olunmalıdır ki, yalnız bir neçə ölkə (CAR, Tunis, Mərakeş, Zimbabve, Ke-
niya, Botsvana, Tanzaniya) rekreasiya sahəsinin genişlənməsinə diqqət yetirir və beynəlxalq standartlara cavab
verən keyfiyyətli turist xidməti kompleksinə malikdir.
Afrikaya turist göndərən əsas xarici ölkələr – Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, ABŞ və İsveçrədir.
Qeyd etmək lazımdır ki, CAR – ölkədən çıxış turizminin formalaşdığı yeganə Afrika ölkəsidir.
Yaxın Şərq - regionda turizm sahəsinin inkişafı qeyri-sabit və sıçrayışlıdır. Səbəbi isə siyasi vəziyyətin
gərginliyi, turbiznesin dövlətlər tərəfindən lazımi səviyyədə müdafiə edilməməsi, bir sıra ölkələrdə əcnəbi
turistlərin təhlükəsizliyinin təşkil olmamasıdır. Regionda dünyəvi dinlərin (iudaizmin, xristianlıq və islam)
mərkəzlərinin yerləşməsi ilə əlaqədar beynəlxalq dini turizm də ziyarət mərkəzi kimi mühüm rol oynayır.
Yaxın Şərqin dünya turizmindəki payı, turist qəbulu üzrə – 15,3 mln. nəfər (2,35 faiz) təşkil edir.
Beynəlxalq turizmdən əldə olunan gəlir üzrə isə 2,2 faizdir. Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı re-
gionda nisbətən inkişaf etmiş rekreasiya sahəsinə malikdirlər. Bu regiona turist göndərən əsas xarici bazarlar –
Avropa (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya), ABŞ və Yaponiyadır.
Cənubi Asiyanın demoqrafik potensialını (əhalisi 1,3 mlrd.) nəzərə alsaq, müasir dövrün qlobal turizmində
bu regionun rolu çox cüzidir. 1998-ci ildə bu regiona gələn turistlərin qeydiyyat üzrə sayı 5,2 mln. nəfər (dünya
üzrə 0,8 faiz) valyuta mədaxili isə 4,4 mlrd. dollar (dünya üzrə 1%) olmuşdur. O da maraqlıdır ki, turist axınının
2/3 hissəsi ancaq bir ölkənin – Hindistanın payına düşür. Region ölkələrində turbiznesin muasir, yüksək gəlirli
fəaliyyət sahəsinə çevrilməsi, təxirəsalınmaz vəzifə olaraq qalır. Turizm rekreasiya sahəsinin səviyyəsini
müəyyənləşdirən amillər arasında sosial-iqtisadi amillər aparıcı rol oynayır. Dünya təcrübəsi göstərir ki, turizm
sənayesinin inkişafı üçün əlverişli iqtisadi mühit ancaq bazardır.
Ümid etmək olar ki, MDB ölkələrində, o cümlədən, Azərbaycanda azad sahibkarlıq üçün zəruri iqtisadi və
hüquqi zəmin yaradılması, mehmanxana təsərrüfatı, ictimai iaşə, nəqliyyat infrastrukturu, turizm agentlikləri və
turizm sənayesinin digər həlqələrinin xidmətləri üzrə zəruri tələbatın ödənilməsi, bu sahədə işgüzar
yüksəlməsinə səbəb ola bilər.
|