MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə24/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   20   21   22   23   24   25   26   27   ...   75

 

 

 

 

 

 

Шякил 8.11. 1940-1980-

úè èëëÿð äþâðöíäÿ CH

4

-

öí àéðûëìàñû 

èíòåíñèâëèéèíèí 

ãèéìÿòëÿíäèðèëìÿñè. 

 

135


8.11.1.Antropogen parnik effektinin 

hidroiqlim nəticələri 

Atmosferdə parnik qazlarının toplan-

ması  və onların parnik effektinin artması 

yerüstü hava və torpağın səthində t 

0

 – run 


yüksəlməsinə səbəb olur. Son 100 ildə dün-

yada orta t 

o

 - r təxminən 0,3-0,6 



artmış-


dır, 1980- cı ildən etibarən t 

0

 – un artması 



daha çox nəzərə çarpır. Havanın t 

– ru üz-



rə qlobal məlumatların təhlili göstərir ki, t 

– run artması həm iqlimin təbii dəyişməsi-



lə, həm də insan fəaliyyətilə bağlıdır. 

Antropogen amillərin güclənməsilə əla-

qədar atmosferdə parnik qazları artmaqla 

onların parnik effektiliyi də yüksələcəkdir . 

2100 - cü ilə qədər yerüstü havanın t 

– ru 



təxminən 2

0

 artması gözlənilir . Holosen 



dövründə, yəni son 1000 il ərzində iqlimin 

belə dəyişməsi müşahidə edilməmişdir . Bu 

isə bəşəriyyət qarşısında böyük bir problem 

yaratmışdır.  

Temperaturun artması atmosfer yağıntı-

larının artması ilə müşahidə ediləcəkdir.  

İqlimin orta göstəricilərinin belə  dəyiş-

məsi ayrı – ayrı katastrofik hadisələrin - 

tropik siklonların, fırtınaların, istilik quraq-

lıqların, havanın ekstremal temperaturu və 

s. ilə müşayiət olunacaqdır.  

Son 100 ildə dünya okeanının səviyyə-

sinin 10-25 sm qalxması müşahidə olun-

muşdur. Bunun səbəbi iqlimin istiləşməsilə 

əlaqədar suyun termik genişlənməsi, həm-

çinin dağ  və qütb buzlaqlarının azalmasilə 

izah edilir . Bu faktorlar davam etdikcə cə-

ləcəkdə Qrenlandiya və Antarktida buzlaq-

larının əriməsinə səbəb olacaqdır. Buna uy-

ğun olaraq Dünya okeanının səviyyəsi 

2100 ilə qədər 50 sm qalxması gözlənilir . 

Okeanın səviyyəsinin 2100 – cü ildən sonrakı dövrdə qalxmaqda davam etməsi gözlənilir.Bu isə okean və də-

nizlər ətrafı zonada olduqca ciddi təbii və sosial – iqtisadi problemlərin yaranmasına səbəb olacaqdır. 

 

8.11.2. İqlimin dəyişməsinin təbii və  



sosial - iqtisadi nəticələri. 

İqlimin dəyişməsinə başlanması həm təbii, həm də sosial – iqtisadi proseslərə ciddi təsir göstərəcəkdir. 



Quru landşaftlarının dəyişməsi - Orta enliklərdə temperaturun yaxın 100 illikdə 1- 3,5 

0

 qalxması ekvivalent 



surətdə qütblərə tərəf eninə 150-550 km , hündürlüyə görə isə 150-550 m izotermin qarışmasına səbəb olacaq-

dır.Buna uyğun surətdə isə bitki örtüyünün dəyişməsi baş verəcəkdir.  

Flora və fauna inkişaf edib uyğunlaşdığı iqlimdən yeni bir iqlim rejiminə qədəm qoyacaqdır. İqlimin dəyiş-

mə sürətindən asılı olaraq bəzi növlər yeni şəraitə uyğunlaşaraq qalacaq , bəzi növlər isə sıradan çıxa bilər . Bu-

nun nəticəsində növlərin yeni kombinasiyaları formalaşmağa başlayacaq və yeni ekosistemlər yaranacaqdır . 

Mülayim qurşağın meşələrində karbon qazının çoxalmasıilə əlaqədar bəzi ağac cinsləri də sıradan çıxacaqdır. 

Ekosistemin sahəcə yeni iqlim şəraitinə uyğunlaşması prosesi insan fəaliyyətinin maneəçiliyi tərəfindən daha 

da mürəkkəbləşəcəkdir.  

Ən çox dəyişiklik arktik və subarktik qurşaqlarda baş verəcəkdir: kriosferin komponentləri - dəniz buzlaqları 

, dağ və düzən buzlaqları , daimi və mövsümi donuşluqların sahəsi və dərinliyi , mövsümü qar örtüyünün sahəsi 

və müddəti dəyişəcəkdir. 

Landşaftlar dəyişkənliyə ( transformasiyaya) uğrayaraq qütbə doğru hərəkət edəcəkdir. 

Səhralar temperaturun yüksəlməsilə əlaqədar daha da aridləşməyə doğru gedəcəkdir.  

 

Øÿêèë 8.11. 



Àòìîñôåðäÿ ïàðíèê 

(èñòèëèê) 

ãàçëàðûíûí  кîí-

ñåíòðàñèéàñûíûí 

äÿéèøìÿñè âÿ Éåðèí 

ÿùàëèñè. 

(Êîòëéàêîï âÿ 

Ëîðèóñ,1992.) ïïáâ 

âÿ ïïìâ

 

136


Dəniz sahili sistemlər müxtəlif olduğu üçün temperaturun yüksəlməsinə və okeanın səviyyəsinin qalxmasına 

müxtəlif cür reaksiya göstərəcəkdir .  

Qeyd etmək lazımdır ki , sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayıır . Odur ki , iqlimin dəyişməsilə 

baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların sə-

viyyəsinin sonrakı qalxması hündür olmayan ərazidə suyun basmasına , orada olan qurğuların, yaşayış məntəqə-

lərinin dağılması və bir sıra başqa təzadlı  nəticələr baş verəcəkdir.Bu zaman ən çox aşağı  səviyyədə yerləşən 

adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq , burada yaşayan əhalinin miqrasiyasına və onunla 

əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır .  

Hazırda 46 mln adam dəniz fırtınalarının basması qorxusu altındadır . Okean səviyyəsi 1 m qalxarsa bu miq-

dar 118 mln – a çata bilər. Banqladeşin hündürlüyü dəniz səviyyəsindən 7 m hündürdə yerləşir . Burada dənizin 

səviyyəsi 1 m qalxarsa ərazinin 17.5 % - ni su basaraq 70 mln əhalinin yaşadıqları ərazi su altında qalacaqdır. 

Bəzi ada ölkələri praktiki olaraq sıradan çıxacaqdır.  



 Okean: iqlimin dəyişməsi okean sularının sirkuliyasiyasının dəyişməsinə təsir göstərə bilər, bu da öz növbə-

sində qida maddələrinin bolluğuna , bioloji məhsuldarlığına, strukturuna və dəniz ekosistemlərinin funksiyasına 

təsir göstərir və bunun nəticəsində parnik qazlarının rejimi, bununla da iqlim dəyişir. 

İqlimin dəyişməsinin aqrosistemlərə təsiri müxtəlif və mürəkkəb olacaqdır. Karbon qazının konsentrasiyası-

nın artması nəticəsində fotosintezin ölçüsü də, olsun ki, məhsuldarlıq da artacaqdır. Əkinçilik istiliklə limitlənən 

ölkələrdə (məs. Rusiya, Kanada ) ehtimal ki, məhsuldarlıq yüksələcəkdir. 

Qeyd edək ki, karbon qazının ilkin fiksasiyası mexanizminin biokimyəvi müxtəlifliyinə uyğun olaraq foto-

sintezin xarakterinə görə bitkilər 3 qrupa bölünür.(C

3

,C

4



 və CAM).CAM qrupuna aid olan yeganə bitki – ananas 

CO



– nin artmasına nəzərə çarpacaq reaksiya göstərmir.Yerüstü bitkilərin 95% - i C

3

 qrupuna aid edilir, bura 



kənd təsərrüfatı bitkilərinin əksəriyyəti daxildir. CO

2

 – nin konsentirasiyasının ətraf mühitdə iki qat artması ək-



səriyyət ərzaq və lifli bitkilərin böyüməsi və məhsuldarlığına müsbət təsir göstərir.C

3

 qrupu bitkilərinin məhsul-



darlığının yüksəlməsi 10 – 50 % ,C

qrupu bitkilərininki(qarğıdalı, sorqo, şəkər qamışı, darı) isə 0 – 10 % təşkil 



edir.Yüksək en dairəsində təbii meşələrin hamısı və qismən boreal meşələr gələcəkdə temperaturun dəyişməsinə 

daha həssasdır.İsti şərait yəqin ki, boreal meşələrin azalmasına və onların sərhədlərinin şimala doğru irəliləməsi-

nə səbəb olacaqdır. 

Tropik və subtropik zonaların meşələri ehtimal ki, temperaturun dəyişməsindən yağıntıların dəyişməsinə da-

ha çox həssaslıq göstərəcəkdir. Arid və semiarid rayonlarda rütubətin çatışmaması ilə əlaqədar iqlimin dəyişmə-

si mənfi təsir göstərəcəkdir. Havanın yüksək temperaturu torpağın üzvi maddələrinin təbii parçalanmasını güc-

ləndirməklə torpağın münbitliyi aşağı düşəcək, ziyanfericilər və xəstəliklərin baş vermə ehtimalı artacaqdır.  

İnsanların sağlamlığı, energetika , nəqiliyyat, sənaye, və digər aspektlərin problemlərinə aid böyük dəyişkən-

liklərin baş verməsi gözlənilir. 

 

8.11.3. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri  

Yerli dövlət tədbirləri beynəlxaq tədbirlərlə birgə həyata keçrilməlidir. Hər iki səviyyədə keçrilən tədbirlər 

sistemində aşağıdakılar nəzərə alınmalıdır: 

1)

 

mütərəqqi, qabaqcıl texnologiyadan istifadə  



2)

 

enerjiyə qənaət olunması  



3)

 

  kompleks iqtisadi, hüquqi və tərbiyəvi tədbirlərin həyata keçirilməsi. Bu tədbirlərin həyata keçrilməsin-



də əsas məqsəd atmosferə buraxılan parnik qazlarının miqdarının, ilk növbədə CO

2

 – nin azaldılması sayılır. 



Son zamanlar istehsalın müxtəlif sahələrində kabon qazından istifadə olunması üzrə yeni texnologiyalar ha-

zırlanır. Yalnız ABŞ – da 60-a qədər belə layihələr hazırlanmışdır. Bu layihələr içərisində artıq işi dayandırılmış 

quyulardan yenidən neft istehsalında CO

2

- dən istifadə olunması texnologiyası layihələrinə xüsusi qiymət veri-



lir. Bu texnologiyaya əsasən CO

2

 quruya daxil olunaraq neftdə həll edilir.Onun həcmini genişləndirərək özlülü-



yunü, suvaşqanlığını azaldır və bununla da neftin yuxarı qalxmasını təmin edir. Hesablamalar göstərir ki, bu me-

tod quruya qalan neftin 10 -15 % -ni çıxarmağa imkan verir. 

Bir sıra beynəlxalq sənədlərdə CO

2

-nin atmosferdə azaldılması göstərilmişdir: 



1)

 

Alternativ energetikanın inkişafı və İES – dən çıxan tüstü qazlarını və CO



2

 –ni tutub saxlamaq. 

2)

 

Enerjiyə qənaət edilməsi. Əgər bütün sənaye ölkələri öz istehsalı və məişətində enerji həcmini Yaponiya 



səviyyəsinə qədər endirsə enerjinin dünya təlabatı 36 % - ə qədər aşağı düşər. 

3)

 



Meşələrin qırılmasının və yanğınların qarşısını almaq və yeni meşəliklərin salınması.  

  Göstərilən tədbirlərlə yanaşı tullantıların azaldılması haqda beynəlxalq razılaşmalar da böyük əhəmiyyət daşıyır. 

Belə öhdəliklər 1988- ci ildə Toronto (Kanada) şəhərində keçirilmiş Beynəlxalq konfransda irəli sürülərək 2005-ci ilə-

dək 1988- ci ilə nisbətən atmosferə buraxılan CO

2

- in təxminən 20 % azaldılması nəzərdə tutulur.  



 Bu zaman Avstraliya, Danimarka, Fransa, Yeni Zelandiya, İsveçrə (dünya tullantılarının 4,1 % - ni təşkil 

edir ) 2005- ci ilə qədər CO

2

- ni 20 % azaltmağı, Belgiya, Kanada, Finlandiya, İrlandiya, İtaliya, Yaponiya,  Ni-



derland, Norvegiya, İsveç, (10,8 %), Böyük Britaniya, ( 2,8%) 2005- ci ilə qədər SO

2

 – nin miqdarını sabitləş-



 

137


dirməyə, Almaniya isə ( 3,2%) - 2005 – ci ilə qədər onu 30 % azaltmağı öhdəyə götürmüşlər. ABŞ (22, 0 % ) və 

keçmiş SSRİ tərkibində olan ölkələr (18,4 %) heç bir qərar qəbul etməmişlər. 

 

8.11.4. Azərbaycanda iqlim dəyişgənliyi 

İqlimin tərəddüdü və dəyişgənliyi problemi müasir dövrdə bəşəri əhəmiyyət daşıyır.Bu problem respublika-

mızdan da yan keçməmişdir. Bu dəyişgənliyi temperatur üçün 1880 – 1990 – cı illərin məlumatları ilə müqayisə 

edərək veririk.(Xəlilov, Səfərov, 2001). Bu məlumatların təhlili göstərir ki, orta illik temperatur normalarının 

ərazi üzrə fərqi + 0.34 

0

 C təşkil edir.Aprel ayında Azərbaycanın ərazisində il ərzində ən maksimal müsbət nor-



malar fərqi (temperatur artımı) müşahidə edilmişdir.(0.77 

±

 



0.39

0

) (şəkil 8.13, 8.14). 



 Ən böyük norma artımı Şəmkir, (+0.9

0

C), Daşkəsən (+0.8



0

C), Sumqayıt (+0.7

0

C) stansiyalarında müşahidə 



edilmişdir.Bəzi stansiyalarda temperatur dəyişgənliyinin qeyri uyğunluğu onların yerlərinin dəyişməsi ilə əlaqə-

dardır. 


 Məlumatları  təhlil edərək belə  nəticəyə  gəlmək olar ki, 1961 – 1990 – cı illərdə orta illik temperaturlar 

Azərbaycan  ərazisində 0.2 – 0.6

0

 C intervalında artmışdır.Son 10 il ərzində (1990 - 2000) temperatur daha 



0.41

0

C artmışdır.Yağıntı normaları temperatura nisbətən ərazi və zaman üzrə daha böyük intervalda dəyişir.İllik 



yağıntılar ərazi üzrə orta hesabla 10.3(

±

10.5)% artmışdır.May ayında il ərzində ərazi üzrə yağıntıların ən bö-



yük artımı baş vermişdir.Yağıntılar 31.8(

-

+



36.78)% artmışdır.Ən böyük artım Xəzər sahilində Abşeron – dəniz 

və Abşeronda, Səngi – Muğan (Svinoy) və Pirallahı adasında 89 – 132 % müşahidə edilmişdir. (mayda) (şəkil 

8.15, 8.16). 

Son dövrdə Yer atmosferində antropogen mənşəli parnik effekti yaradan qazların artması nəticəsində iqlim-

də baş verən dəyişmələr həyatın bütün sahələrində öz mənfi təsirini göstərir.Bunun nəticəsində Yer kürəsində 

insanlar bir sıra ekoloji problemlərlə üzləşmişdir.Alimlərin hesablamalarına görə baş verən fəlakətlərin (sel ha-

disələri, daşqınlar, quraqlıq, qasırğalar, meşə yanğınları və s.) 70 faizə qədəri məhz hidrometeoroloji və iqlim 

şəraitinin dəyişməsilə əlaqədardır, 1963 – cü ildən bəri təbii fəlakətlərdən 2 milyarddan artıq adam zərər çək-

mişdir.Ümumittifaq Meteorologiya Təşkilatının (ÜMT) məlumatlarına görə təbii fəlakətlərin birbaşa və dolayısı 

ilə göstərdiyi təsir ildə 250000 insan itkisinə səbəb olmaqla dünya iqtisadiyyatına hər il 50 – 100 mld. ABŞ dol-

ları həcmində ziyan vurur.2002 – ci il avqustun ortalarından başlayaraq təbii fəlakət Avropanın bir çox ölkələ-

rində (Almaniya, Avstriya, Çexiya, İspaniya, İtaliya, Macarıstan, Rumıniya və s.) yerli əhali və  kurort  şəhərlə-

rində  dincələn  turistlər ziyan çəkmişlər.Bu ölkələrdə güclü daşqınlar yollarda hərəkəti iflic vəziyyətə salmış, 

dəmir yollarında hərəkət dayanmışdır.Baş vermiş  dəhşətli daşqınlar nəticəsində minlərlə insan evsiz – eşiksiz 

qalmış, bir çox yaşayış məntəqələrini su basmışdır.Avstriyada xilasetmə xidmətinin vertalyotları adamları daş-

ğın basmış evlərin damlarından götürmüşlər.Bir çox ölkələrdə fövqaladə vəziyyət elan olunmuşdur.Fəlakət zo-

nalarında tikintilər tamamilə su altında qalmışdır.Ölənlər və  İtkin düşənlər var , 4 ölkə – Çexiya, Slovakiya, 

Avstriya və Almaniyaya təbii fəlakətdən dəymiş ziyan 20 milyard avro ilə ölçülür. 

 Son illərin hadisələrindən, daşqınlar və quraqlıqdan Asiya və Afrika əhalisi daha faciəli fəlakətlərlə üzləş-

mişdir.  



 

138


Şə

kil 8.13

. Aprel ay

ında temperatur n

ormalar

ı f

ərql

ərinin (1965

-1990,

 18

80-

1960) stansiy

alar üzr

ə paylanmas

ı 

(X

əlilov, S

əf

ərov, 2001)

 

 

139


Şə

kil 8.14

. İ

llik temperatur normalar

ı f

ərql

ərinin (1965-1

990,

 18

80-19

60) sta

n

siyalar üzr

ə paylanmas

ı  

(X

əlilov, S

əf

ərov, 2001)

 

 

140


Şə

kil 8.15. 

May ay

ında ya

ğı

nt

ı normalar

ın

ın d

əyi

şk

ənliyinin st

ansiyalar üzr

ə paylanmas

ı (%

), (1961-

1990

, 18

81-1

965 ill

ər) (X

əlilov, S

əf

ərov, 200

1)

 

 

141


Şə

kil 8.16. 

İl

lik ya

ğı

nt

ı n

ormalar

ın

ın d

əyi

şk

ənliyin

in stansiyalar üzr

ə paylanmas

ı (%

), (1961-

199

0, 

1881-

1965

 ill

ər) (X

əlilov, S

əf

əro

v, 2001)

 

 


 

142


1997 – ci il iyulun 3 – 6 – da Azərbaycan ərazisinin təqribən üçdə birini əhatə edən leysan yağışları, sel su-

basma hadisələri 15 nəfərin həlakı ilə nəticələnmiş , Nazirlər Kabinetinin məlumatına görə Respublikanın iqtisa-

diyyatına təqribən 50 mln.ABŞ dolları həcmində ziyan dəymişdir.Respublikanın ərazisində hər il insan ölümü 

və ziyanla nəticələnən, sel, daşqın, dolu, qasırğa və digər təhlükəli hadisələr baş verir və vaxtaşırı quraqlıq, me-

şə yanğınları, qar uçqunları müşahidə olunur. 

Azərbaycan Respublikası 1992 – ci ildə BMT – nin Rio – de – Jeneyro (Braziliya) şəhərində keçirilən «Ət-

raf mühit və inkişaf» konfransında «İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasını» imzalamış, 1995 – ci ildə 

Milli Məclis tərəfindən ratifikasiya etmiş, 2000 – ci ildə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin 

edən  Kioto (Yaponiya) Protokolunu imzalamışdır.Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi 

üçün 1997 – ci ildə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın tələblərinə uyğun 

olaraq 1998 – 99 – cu illərdə «İqlim dəyişmələri üzrə birinci Milli məlumatlar» layihəsinin I- mərhələsi, 2000 – 

ci ildə II- mərhələsi yerinə yetirilmişdir. Layihənin I- mərhələsi çərçivəsində Respublika ərazisində müasir iqlim 

dəyişmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenarisi (5 ssenari) hazırlanmış, 

iqlim dəyişmələrinin neqativ təsirləri nəticəsində baş verə biləcək itgilərin azadılması üçün Milli adaptasiya pla-

nı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının Milli kadastrı, parnik qazlarının tullantılarının azadılmasına 

dair Milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhələsində Azərb. Respublikasında parnik qazlarının 

azaldılması üçün texnologiyalara Milli təlabat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin 

hazırki vəziyyəti və potensialı qiymətləndirilmişdir. 

 Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri(12 ölkə) ilə birlikdə 

parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması üz-

rə regional layihənin ilkin mərhələsində iştirak edir.Layihənin yerinə yetirilməsi 2002 – ci ilin iyunundan 2005 – 

ci ilin iyununadək planlaşdırılmışdır. 

 


 

143


8.12. Atmosferə atılan tullantıların təmizlənməsi 

Qaztəmizləyən və toztutan qurğular texnoloji və sanitar qurğulara bölünür. Texnoloji təmizləyici qurğular 



texnoloji prosesə qoşularaq tikinti və cihazlardır. Sanitar təmizləyici qurğular isə zərərli texnoloji və ventilyasi-

ya tullantılarının qarşısını alan tikinti qurğu və cihazlardır. 

Qazların texnolorji təmizlənməsi metodları onların maye və ya bərk uducularla qarşılıqlı əlaqə proseslərinə , 

həmçinin zəhərli qarışıqların yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələ-

rə çevirən kimyəvi proseslərə əsaslanır. 

Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alınan bir neçə sistemdə istifadə olunur. Bu zaman 

palladili alüminium oksidi əsasında katalizatorlardan istifadə edilir. Sənaye tullantılarının kükürd anhidridindən 

təmizləmə metodlarından aşağıdakıları göstərmək olar. 

-

 

Amonyak metodu - bu metodla qazları SO2 – dən təmizləməklə amonium – sulfid və amonium – bisulfat 



alınır. Bunlardan da satış  məhsulu kimi istifadə olunur, yaxud turşu ilə parçalanaraq yüksək konsentrasiyalı 

SO2- və münasib duzlar əmələ gəlir. 

-

 

Kükürd anhidridini neytrallaşdırma metodu ilə eyni vaxtda sulfid və sulfatlar alınaraq qazlardan yüksək 



təmizlənmə dərəcəsini təmin edir. 

-

 



Katalitik metodlar - katalizatorların iştirakı ilə kükürd anhidridinin oksidləşməsinə əsaslanır, bu zaman duru 

sulfat turşusu alınır.  

 Göstərilən kükürd anhidridindən təmizləmə metodları yerli şərait, uducuların mövcudluğu və alınan məhsul-

lara olan tələbatı nəzərə alaraq seçilməlidir. 

 Qazlardan tozu təmizləmək üçün aşağıdakı üsullardan istifadə olunur: 

   - tozçökdürən kameralar və tsiklonlar  

-

 

qazları yaş halda təmizləyən cihazlar  



-

 

məsaməli süzgəclər  



-

 

elektrik sücgəcləri 



 Mərkəzdənqaçma tipli enersiya cihazlarından ən geniş yayılan tsiklonlardır. Praktikada müxtəlif tsiklonlar-

dan istifadə olunur. Çoxlu həcmdə qazların təmizlənməsi üçün nisbətən kiçik diametirli tsiklon qrupları, yəni 

batareyalı tsiklonlar qoyulur. Onlar bir korpusda birləşən çoxlu miqdarda paralel düzülən tsiklon elementlərin-

dən ibarət olub ümumi qazgətirmə - qazötürmə kollektoruna və tozları toplayan ümümi bunkerə malik olur. 

 Sənaye qazlarını asılı hissəciklərdən təmizləmək üçün yaş üsul ən sadə və effektiv üsullardan hesab olunur, 

son illər bu üsul dünyada ən geniş yayılmışdır. Qazların yaş təmizləmə cihazları yüksək effektli olmaqla yanaşı, 

həm də quru təmizləmə cihazlarına nisbətən ucuz başa gəlir. 

 Qazların yaş təmizləmə cihazlarında asılı hissəciklərlə yanaşı, həm də buxar və qazşəkilli komponentlər tu-

tulur. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin