MƏRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix27.09.2019
ölçüsü2,94 Mb.
#29266
1   ...   4   5   6   7   8   9   10   11   12
mersiyeler-1509550192

Zeynəbin zəban halı 
Dərdin gətirib Zeynəbi-zari dilə, qardaş, 
Harda bələşib üz gözün axır külə, qardaş. 
 
Keçmiş gecəni harda səhər etdin, 
Hicrində yetim qızları xunciyər etdin, 

 
190 
Bikəs bacını sübhə kimi didətər etdin, 
Hər ləhzə fərağın dolanıb bir elə, qardaş. 
 
Ey gül, gətiribsən məni bülbül kimi şura, 
Mehmanidin aya de görüm hansı şərura, 
Olma aparıb Xuli səni qoydu tənura, 
Getdin niyə mehman elə bir ərzələ, qardaş. 
 
Düşmən gözümün yaşını al-qanə qatıbdı, 
Hər möhnətü-qəm var bu del əfkarə çatıbdı, 
Sər nizə də gördüm ki, başın qanə batıbdı, 
Vurdum başımı şiddətilə məhmilə, qardaş. 
 
Həzrət Zəhra (ə) zəban halı 
Başın bədəndən ayrılıb Hüseyn, nəvayə 
gəlmişəm, 
Gül üstə yatma nazilə oyan, əzayə gəlmişəm. 
Yaralı başına fəda – qəmində eylərəm nəva! 
 
Mənəm yaralı Fatimə cahana nalə salmışam, 
Susuz kəsiblər başını şərari qəmdə yanmışam, 
Qalıb belimdə əllərim bu qüssədən qocalmışam, 
Bulud kimi gözümdə yaş, bu qəm sərayə 
gəlmişəm. 
 
Yaralı Zeynəbi nədən oğul, gözündən atmısan, 
Başında yara Kufəyə gəlib kül üstə yatmısan, 
Mənim də eylə fikrimi, oğul, məni qocaltmısan, 
Bu nə bəladı çulğuyub səni bəlayə gəlmişəm. 
 

 
191 
Qəmində var yeri tökəm sirişkimi üzarına, 
Cahanda qəm əsasını veriblər ixtiyarıma, 
Oyan özün nəzarə qıl bu çeşm-əşkbarıma, 
Bulud kimi gözümdə yaş, bu qəm sərayə 
gəlmişəm, 
 
Şəhidlərin dəfni İmam Səccadın (ə)  
zəban halı 
Hüccəti-Xuda gəldi Kufədən dəfn edə yaralı 
atasını, 
Baxdı nə`şinə doldu gözləri, səslədi Bəqidən 
anasını. 
 
Əllərin qoyub xəstə qəlbinə şəhri-Yəsribə 
döndərib üzün, 
Dizləri əsib, taqəti gedib xun əşkilə doldurub 
gözün, 
Hiss edibdi zülmü şəqavəti, zə`filə yıxıb torpağa 
özün, 
Əlləri ürəkdə yana-yana səslədi Bəqidən anasını. 
 
Gül bədənlərə baxdı ağladı, ah-naləsini saldı 
göylərə, 
Ney kimi ürəkdə sızıldadı, tapmadı kəfən şahi-
məhşərə, 
Vay baba deyib cismi titrədi, qüssədən gəlib 
dizləri yerə, 
Torpaq üstə əyləşdi ağlaşdı, saldı bir göyə qəm 
nəvasını. 
 

 
192 
Gün evində qanlı bədənləri bikəfən görüb baxdı 
ağladı, 
Tökdü əşkini gül üzarinə teşnələb babasın 
qucaqladı, 
Əkbərə baxıb, Əsğərə baxıb, dildə nalədən sinə 
dağladı, 
Yana-yana çöllərdə nəşr edib aşkara zülmün 
cəfasını. 
 
Bükdü bir həsirə atasını, qəbrə qoydu qəlbində 
ahına, 
Döndərib üzün şəhri-Yəsribə səslədi haraya yetiş, 
baba, 
Qəbrə bikəfən qoydum oğlunu peykəri sərasər 
dolu yara, 
Gəl Mədinədən Kərbəlaya sən, ox yarasının qoy 
dəvasını. 
 
Cəm edib tamam ölənlərin, toprağa qoyub 
höccəti-zaman, 
Sel edib sirişkin üzarinə, halına mələklər edib 
fəğan, 
Gün qüruba yetdi hərasilə, qara puş olub mülki-
asiman, 
Ahilə nəhan eyləyən zaman höccəti-Xuda din 
fədasını. 
 
Ey qəbilə əhli dedi, gəlin dəfn edək babamın 
vəzirini, 
Qolları qələm torpağa düşən Fatimə anamın 
əzizini, 

 
193 
Əllərin verən, dini saxlayan, dildə təşnələr 
əşkrizini, 
Xırda qəbridə eləyək nəhan Zeynəb əmməmin 
bavəfasını. 
 
Axtarın qələm qolların tapın rəsm ilə vuraq başa, 
ağlayaq, 
Qəbri üstünə qanlı pərçəmin nəsb edib bu gün 
sinə dağlayaq, 
Nəşr ola olub dininə fəda, baş tərəfdə din 
bayrağın vuraq, 
İzzətilə torpağa tapşıraq dəşt Kərbəlanın 
bəhasını. 
 
Həzrət Zəhranın (ə) zəban halı 
Güllər üstündə yatan başına qurbanam, Hüseyn! 
Gözünü aç, sənə bu şəhridə mehmanam, Hüseyn! 
Dur oğul himmət elə-anana xidmət elə! 
 
Başının layiqi mətbəx deyil ey nuri-cinan, 
Sinəmə qoy başını olma bu qədri nigaran, 
Gəlmişəm şami-qəribanına qəlbim dolu qan, 
Bu qəfadan kəsilən başına qurbanam, Hüseyn! 
 
Bu müsibət büküb axır görürsən qamətimi, 
Səlb edib dildə cəfa əhli oğul taqətimi, 
Dur, özün dərk elə sinəmdə olan möhnətimi, 
Gəlmişəm cana bu gün dildə pərişanam, Hüseyn! 
 

 
194 
Həzrət Zeynəbin (ə) zəban halı (rovzə) 
Xudahafiz Hüseyn, ey sərvəri-əbrar, mən getdim, 
Cəvari-rəhmətindən ayrılıb naçar, mən getdim. 
Bu başsız ləşgərin, bu sən, bu dəşti-Kərbəla, 
qardaş, 
Zəmini-şurə zari eylə sən gülzar, mən getdim. 
Ölən ləşqər sənə çatdı, qalan ləşqər mənim oldu, 
Tamam oldu daxi bərnamə küştar, mən getdim. 
Ələmdarın ölübdü qoymaram mən pərçəmin 
yatsın, 
Sənə ollam özüm hər yerdə pərçəmdar, mən 
getdim. 
Sənə yas tutmağa nə qoydular, nə fürsətim oldu, 
Güzərgəhdi bu çöl, yoldan keçən ağlar, mən 
getdim. 
Olub nim-xiz əzan ver, karvanım qoy yola 
düşsün, 
Əgər çe sinənə oxlar edər azar, mən getdim. 
Diyari-Kərbəla doqquz gecə oldu bizə mə`va, 
Ağardı qüssəsindən zülfü-meşgin bar, mən 
getdim. 
Zeynəbin (ə) zəban halı 
Bu çuxur yer ətrafında özün haciyi-eşq, 
Zeynəbin yuxulamayan gözləri zəmzəm yaralı. 
Aləmü-Adəmə e`zazü-şərəf səndəndi, 
Sənilə topraq olub həzrəti-Adəm, yaralı. 
Kimdi Sə`d oğlu əsir eyliyə Zeynəb bacını, 
Sən əsir eyləmisən qoy belə aləm yaralı. 
Atəşin nitq ilə gedirəm fəth eləyəm, 
Dildə ləbbeyk Hüseyn sinəsi porqəm, yaralı. 

 
195 
Kufədə onda ki, Qur`an səsini allam, Hüseyn, 
Çubi-məhmilə vurram başı möhkəm, yaralı. 
Kərbəla qoy sənin olsun yatasan Əkbər ilə, 
Gedirəm mən də vuram Şamidə pərçəm, yaralı. 
Yığmısan dövrünə nazilə ay-ulduzlarını, 
Həmrəhim qara ləçəklərdi münəzzəm, yaralı. 
Bu Səkinəndi düşüb sinən üstə yaralı, 
Tökülür göz yaşı rüxsarinə nəm-nəm, yaralı. 
Gül boğazından Hüseynim, elə yerdən öpərəm, 
Nə atam, nə anam öpübdü, nə də xatəm, yaralı, 
Xeymələrdən ki, dünən əzm elədin ayrılasan, 
Can yığışdı sinəmə mən dedim ölləm, yaralı. 
Əl qoyub sinəmə etdin məni yol üstə dua, 
Təzə can gəldi mənim canıma kəm-kəm, yaralı. 
Kim kəsibdir o şəfabəxş əlini məqtəldə, 
Mən dünəndən betərəm bəs hanı mərhəm, yaralı. 
Zeynəbin şə`nü-vüqarı sənidin əvvəldən, 
Nə yatıbsan quru yerdə, bu nə aləm, yaralı? 
Mən görəndə kürəyin üstə yıxılmışdın, Hüseyn, 
Necə düşdün üzün üstə şəhi-ə`zəm, yaralı? 
Baxıram dildəki ox yarənə göynər ürəyim, 
Ürəyim yarənə qurban ola hər dəm, yaralı. 
Kaş öləydi bu çuxur yerdə bacın Zeynəb də, 
Dəfn edəydi o əşayir bizi bahəm, yaralı. 
Baxma çarəm kəsilibdir, gözü yaşlı gedirəm, 
Doyammadım səndən Hüseyn, ey qəmi müdğəm 
yaralı. 
 
 
 

 
196 
Zəban halı Zeynəbin (ə) 
Olan ey dini-Qur`ana susuz yorğun fəda qardaş, 
Gedir Şama bacın Zeynəb, özün dur sal yola, 
qardaş, 
Sənə qurban özüm – qalıb ağlar gözüm. 
 
Bu çöldə qamətim qəmdən anam tək oldu xəm, 
qardaş, 
Sənin eşqində xəm qəddin bacın eylər ələm, 
qardaş, 
Ki, rahi-eşqə eşqilə qoyub Zeynəb qədəm, qardaş, 
Yaralı həncər ilə dur məni eylə dua, qardaş, 
Sənə qurban özüm – qalıb ağlar gözüm. 
 
Qolu bağlı qiyam etdi qiyamət eləyən Zeynəb, 
Sənin rahi-qiyamından himayət eləyən Zeynəb, 
Bu qanlı peykərin gəldi ziyarət eləyən Zeynəb, 
Əgərçe vardı qəlbində qəm biintəha, qardaş, 
Sənə qurban özüm – qalıb ağlar gözüm. 
Zeynəbin zəban halı 
Kərbəla gülşəni çün səhni-məhşərdi, Hüseyn, 
Bu gecə gülşən onun gülləri pər-pərdi, Hüseyn. 
Olu gülşəndə yaşıl qırmızı nilufərgül, 
Vəli burda hamısı lalə əhmərdi, Hüseyn. 
Nəxli bir yana düşüb laləsi bir yanda qalıb, 
Türbəti gərçi onun pakü-mütəhhərdi, Hüseyn. 
Bağbana, nə gəlib qönçə xoş mənzərinə, 
De görüm qönçə ətşanını kim dərdi, Hüseyn? 
Bacın ölsün yaralı, ver məni biyarə cavab, 
Niyə bəs güllərin on səkkizi bisərdi, Hüseyn? 

 
197 
Hər gülün gülşənin aləmara bir bülbülü var, 
Bülbülü nazlı Səkinə qara mə`cərdi Hüseyn 
Qamçılar altda sınıb bülbülünün balü-pəri, 
Əli qoynunda qalıb zarü-mükəddərdi, Hüseyn. 
Çox sevirdin hamıdan sən bu qaragöz balanı, 
Çox deyərdin nənəmə gözləri bənzərdi, Hüseyn. 
Əli əldən üzülüb qüssəlin, pərvanələrin,  
Tərk edir gülşəni bi yarü-dilbəri Hüseyn. 
Gedirəm Kərbü-balədan qolu bağlı, yaralı, 
Dur özün sal yola çun xəstə müsafirdi Hüseyn. 
Bu səfərdə mənə yavərdi əxa Zeynül-ibad, 
Sənə həmdəm vəli Əbbasi-dilavərdi, Hüseyn. 
Mənlə yoldaşdı qəmli Səkinəylə Rübab, 
Sənilə həşrə kimi Qasimü-Əkbərdi, Hüseyn. 
Mənim həmrazım əxa, nazlı Səkinən olacaq, 
Sənin əmma sinən üstə Əli Əsğərdi, Hüseyn. 
De Əli əkbərə versin dalımızca bir azan, 
Bilsin aləm ki, bunlar ali-Peyğəmbərdi, Hüseyn. 
Dur özün xəstə müsafirləri axır yola sal, 
Kim sənə ya ki, Əbul-fəzlə bərabərdi Hüseyn? 
Ehtiyacım bilirsən var uca boy qardaşıma, 
Zeynəbin dərdinə dərman o uzun əllərdi, 
Hüseyn. 
And ola zülmilə pəhlusu sınan Fatiməyə, 
Kərbəla dərdi inan Zeynəbi öldürdü, Hüseyn. 
Həzrət Zeynəbin (ə) zəban halı (rövzə) 
Əcəl seli gəlib aşsın başımdan, 
Xilas olsun gözüm bu göz yaşımdan, 
Ölüm çox yaxşıdır, həsrət çətindir, 
Yanımda yox bacımdan, qardaşımdan. 

 
198 
 
Çəmən tək badi-möhnət əsdi soldum, 
Bulud tək əşkim axdı, əşkə doldum, 
Yatan baxtım ölən vaxtd oyandı, 
Qəribliklə gəlib həmsayə oldum. 
 
Yığışdı sinəmə can, qardaşım gəl, 
Gələn yollarına qurban, qardaşım gəl, 
Yapış Əbbasın əlsiz əlindən, 
Dilində zikri-Qur`an qardaşım, gəl. 
 
Nəfəs düşdü şümara qardaşım, gəl, 
Düçarə, ehtizara qardaşım gəl, 
Qəmim qurtarmadı ömrüm qurtardə, 
Məni gəl qoy məzara qardaşım, gəl. 
Zeynəbin zəban halı 
Gəl yetiş imdada ey qardaş Hüseynim, hardasan? 
Bikəsəm səhrada ey qardaş, Hüseynim, 
hardasan? 
 
Əhli-Kufə “vay Hüseyn” söylüb batıbdır yasına, 
Matəmin qüvvət verib Zeynəb bacın avazına, 
Dövrəmi düşmən alan Kərbübəla dəryasına, 
Olmuşam bir adə, ey qardaş Hüseynim, 
hardasan? 
 
Əl-əman “vay” söyləməkdən ah ilə gözlər dolub, 
Zeynəbin, Rübabın, Səkinənin saçların ağlar 
yolub, 
Yoxluğundan xeymələr od ağlayan meydan olub, 

 
199 
Şümrütək cəlladə, ey qardaş 
Hüseynim,hardasan? 
 
Mürrət ibn Münqəz Əbdi baxmayıb Peyğəmbərə, 
Nizə sancdı gül Hüseyn oğlu Əliyyi Əkbərə, 
Hərmələ peykanını atdıqca körpən Əsğərə, 
Qan dolub səhrada ey qardaş Hüseynim, 
hardasan? 
 
İbn Sə`d qəh-qəh çəkib taxtında şad-xürrəm olub, 
Yezidin çeşmində aləm qalibi-aləm olub, 
Taifin əhlin, əyalın bir əsiri-qəm olub, 
Ol İbn Ziyadə ey qardaş Hüseynim, hardasan? 
 
Halına Pərvərdigar “qan ağlayın” fərman edər, 
Dərdi hicrandan mələklər ağlayıb əfğan edər, 
Matəmin məftun könüllər dağlayıb viran edər, 
Hər gələndə yada ey qardaş Hüseynim, 
hardasan? 
 
İstəyərsə bu cahan mülkündə hər kəs ağlasın, 
Söyləyib qeyrət ağam teşnəm Əbəlfəzl ağlasın, 
Kərbəla dəştində qoyma tək o bi kəs ağlasın, 
Əl yetir Səccada ey qardaş Hüseynim, hardasan? 
 
Solsa da xoşbəxt güzarından sənin haqqın cüda, 
Sən bu haqq dünyasının fövqündə gördün tək 
Xuda, 
Növcəvankən Qasimin pak canını etdi fəda, 
Haqq Hüseyn sevdada, ey qardaş Hüseynim, 
hardasan? 
 

 
200 
Bu Xaqani canını qurban dilər tək canına, 
Bir nökərdir dininin-imanının fərmanına, 
Cismini qərq eyləyib gözdən axan al qanına, 
Hey gələr fəryada, ey qardaş Hüseynim, 
hardasan? 
Zeynəbin zəban halı 
Kərbəladan qolu bağlı gedirəm Şama, Hüseyn, 
Ölüb Əbbas çatıb düşmənimiz kama, Hüseyn. 
 
Qan tökən düşmənimiz almadı aləm boyu seyr, 
Şümr olub qafilə Zeynəbə əs-saə əmir, 
Xırdaca qızlar olub ləşkəri-züllamə əsir, 
Quş kimi qızlarını saldı ədü dama, Hüseyn. 
 
Kərbəladan yaralı didəsi giryan gedirəm, 
Yarü-ənsarım ölüb zarü-pərişan gedirəm, 
Anasız qızlar ilə Kufəyə mehman gedirəm, 
Dəstgirəm necə gör düşməni-bədnamə, Hüseyn. 
 
Qızların Şama gedir, qardaş Hüseyn, dil nigaran, 
Bu müsafirləri düşmən aparır nalə konan, 
Dalımızca de Əli Əkbərinə versin azan, 
Gözdə rövşən günüzüm heyf dönüb şama 
Hüseyn. 
 
Dur özün Zeynəb biyavəri qardaş, yola sal, 
Növcavan oğlu ölən madəri qardaş, yola sal, 
Yeddi qardaşı ölən xahəri qardaş, yola sal, 
Xidmət etdim nə gözəl məktəbi İslama, Hüseyn. 
 

 
201 
Siz öləndən sora çox düşmən ihanət eylədi, 
At çapıb nə`şizin üstündə cinayət eylədi, 
Tökülüb xeymələri zülmilə qarət eylədi, 
Lə`nəti-həqq gələ aləm boyu züllama, Hüseyn. 
 
Əlim ellərdən üzülmüşdü yanan vaxtda xiyam, 
Az qaldı yana zülm atəşinə yalqız imam, 
Ürəyim eyləmədi ləhzə o əsnada davam, 
Özümü verdim o dəm atəşi bədnama, Hüseyn. 
 
Bu gülüstanda yerə lalə və reyhan tökülüb, 
Baxıram hər tərəfə nə`şi şəhidan tökülüb, 
Elə bil parələnib məqtələ Qur`an tökülüb, 
Ruzi əzəldə yazılmış belə bərnama, Hüseyn. 
 
Görcəyin nə`şi-şəhidanı bu yorğun balalar, 
Tab edə bilmədi bir ləhzə oğulsuz balalar, 
Çün oğul dağı nənə sinəsinə od qalalar,. 
Vay balam, vay deyəcək sübhidən axşama, 
Hüseyn. 
 
Dəvə üstdən balalar atdı özün fori yerə, 
Ürəyin qanını qatdı hamısı əşki-tərə, 
Biri qan ağladı Əbbasə, biri südəmərə, 
Məhşərə döndü bəla dəşti o hengama, Hüseyn. 
 
Biri əsrarını o halidə yoldaşa dedi, 
Biri nalan oturub dərdini qardaşa dedi, 
Biri döndü sözünü nizədəki başa dedi… 
 
 
 

 
202 
Zeynəbin (ə) əhvalatı 
Salam et əvvəl məh liqa Zeynəbə, 
Süruri-del Mürtəza Zeynəbə, 
Sora ağla qan ba vəfa Zeynəbə, 
Rəhi-həqqidə canfəda Zeynəbə, 
Çatıb dəhridə hər bəla Zeynəbə, 
Müsibət keşi-Kərbəla Zeynəbə. 
 
Yazılmış cəlayi-vətən Zeynəbə, 
Risalət çatıb şiri zən Zeynəbə, 
Əsarətdə var çox mühən Zeynəbə, 
Qolunda tənab versən Zeynəbə, 
Qurar şiə bəzmi-əza Zeynəbə. 
 
Keçib bir zaman döndü aylar ilə, 
Fələk Zeynəbi saldı çox müşkülə, 
Olub Kərbəlada çətin mərhələ, 
Enib təlli gəldi xanım məqtələ, 
Ağarmış saçın aldı fövrən ələ, 
Olub eşq o dəm rəhnüma Zeynəbə. 
 
Baxıb gördü bir qana batmış bədən, 
Düşüb isti qum üstünə bikəfən, 
Nə baş var bədəndə nə salimdi tən, 
Saçır gün, yox əynində bir pirəhən, 
Dedi ey rəhi-həqqidə can verən, 
Nədən etmirsən e`tina Zeynəbə. 
 
Rəhi-eşqi rövşən sirac eylərəm, 
Cahanda qiyamın rəvac eylərəm, 
Yaxıb qanını başa tac eylərəm, 

 
203 
Yaram çoxdu qardaş, əlac eylərəm, 
Bu göz yaşıdır kimya Zeynəbə. 
 
Cahanda Hüseyn, yarü-dildarınam, 
Həmişə müridü tərəfdarınam, 
Bilirsən yaman gündə ğəmxarınam, 
Göz aç bax məni-zarə zəvvarınam, 
Ölüb qardaşın, mən ələmdarınam, 
Çatıb indi qanlı liva Zeynəbə. 
Zeynəbin (ə) vəfatı 
Tərk edir, az qalır Hüseyn, tirə cahanı Zeynəbin, 
Gözləri axtarır səni, Fatimə canı, Zeynəbin. ² 
 
Əlli beş ildi sayəndə daldalanmışam, 
Eşqinə dəstgir olub şəhərləri dolanmışam, 
Şəmi yanıb xəmuş olar, mən ki, həmişə 
yanmışam, 
Əlli beş ildə sönməyib suzi nihanı Zeynəbin. 
 
Az qalır yumulmağa əşk təri axan gözüm, 
Meylə qüssə sürməsin kipriyinə yaxan gözüm, 
Qətligahında nəşinə həsrətilə baxan gözüm, 
Müntəzirindi didə əşk feşanı Zeynəbin. 
 
Şama uzaqdı Kərbəla, çoxdu əgərçe fasilə, 
Sən ağasan uzaq yolun zəhmətini qəbul elə, 
Bir yol işim düşüb sənə, gəlməsən eylərəm giley, 
Qəmli başın diz üstünə yoxdu alanı Zeynəbin. 
 

 
204 
Hər bacı can verən zaman mən kimi olsa 
dərbədər, 
Sağü-sola baxar gözü, qardaşın arzu edər, 
Qardaşı dəfnə gəlməsə qəbrinə nagiran gedər, 
Gəl nigaran gedir bu gün ruhu-rəvanı Zeynəbin. 
 
Mən dedim ömrümün gülü izzətilə solar Hüseyn, 
Türbətini öpər bacın cami-səfa dolar, Hüseyn, 
Qüssəli ruhu qüssədən orda xilas olar, Hüseyn, 
Görmədi can verən zaman Kərbübalanı Zeynəbin 
 
Sənsiz Hüseyn, yatanda mən hər gecə qəmlə 
yatmışam, 
Qüssələrin düşüb yada öz-özümü oyatmışam, 
Qədimi qəmlərin büküb pərçəmini ucaltmışam, 
Adın olubdu dəmbədəm virdi-zəbanı Zeynəbin. 
 
Suz qəmində qəlbidən ud kimi alışmışam, 
Harda deyiblər adına xarici mən danışmışam, 
Harda salıblar müşkülə itrətini çalışmışam, 
İzzətilə dolandırıb ali-əbanı Zeynəbin 
Zeynəbin (ə) dərdi-deli 
Mən Zeynəbəm, sabit qədəm yolumda, 
Çəkildim bəzmi-zülmə ip qolumda, 
Vətəndə hər yerə qonaq gedəndə, 
Yeddi qardaş gedirdi sağü-solumda. 
 
Mən Zeynəbəm, Hüseynə həm rəviyyə, 
Böldük gələn bəlanı bis-səviyyə, 
Zəhmət çəkib iki gül bəslədim mən, 

 
205 
Əkbərinə Əsğərinə hədiyyə 
 
MənZeynəbəm, Müsibətlər anası, 
Pənc tənin məclisinin səfası, 
Mən kimi bəxtəvər yoxuydu, amma, 
Pir eylədi Kərbübəla bəlası. 
 
Mən Zeynəbəm , əimmə iftixarı, 
Dolandım küçə bazarı diyarı, 
Xoş olmadı cahanda ruzigarım, 
Yoruldum mən, yorulsun ruzigarı. 
 
Mən Zeynəbəm, varım birdən yox oldu, 
Dil yarəsi mənə misli-ox oldu, 
Yaman günün deyillər ömrü azdı, 
Mənim amma yaman günüm çox oldu. 
 
Mən Zeynəbəm, əzizi ali-yasin, 
Əziz etdim Hüseynimin əzasın, 
Əzalıydım, ölüncə qara saldım, 
Qüssə açdı bu başımın qarasın. 
 
Mən Zeynəbəm, yandı qəlbim kül oldu, 
Ömrümün hər günü mənə il oldu, 
Xarabada Səkinəm ac olanda, 
Hər nisgildən mənə o nisgil oldu. 
 
Mən Zeynəbəm, qəlbimə dağ çəkildi, 
Üstümə hey müsibətlər töküldü, 
Vətəndən ayrıldım başım ağardı, 
Qardaşlarım öldü, belim büküldü. 
 

 
206 
Oxşama 
Bulud kimi dağ-daşlara axmaram, 
Nə bir bağa nə gülşənə baxmaram, 
Yaralı başını gördüm qocaldım, 
Ölüncə mən başa həna yaxmaram. 
 
Məzzəmət eylirəm həmişə göz yaşımı, 
Doyunca oxşamadım yaralı qardaşımı, 
Dəyəndə nizədə daş qardaşım Hüseyn başına, 
Yarıldı məhmilə vurcaq bəla başımı. 
 
Nə qədər var ömrüm sənə ağlaram, 
Qəbrə gedəndə qarəni bağlaram, 
Nə hala bu gül cismini salıblar, 
Yerdə qalan cənazənə ağlaram. 
Həzrət Zeynəbə(ə) salam 
(rövzə) 
Salam ola əlini xəncərə atan xanıma, 
Bəla çölündə yaman günlərə qalan xanıma. 
Salam ola şərəfilə hicabı hifz edənə, 
Şücaətində Əbəlfəzlə oxşayan xanıma. 
 
Salam ola ucaboy qardaşı ölən bacıya, 
Günortaya kimi qəddi kaman olan xanıma. 
Salam ola qocalan Zeynəbə yarım gündə, 
Ölüncə ellərini hər gün oxşayan xanıma. 
Salam ola qolu bağlı Yezidi xar edənə, 
Qana batan ələmi Şamidə vuran xanıma. 
 

 
207 
Zəban halı Zeynəb 
Əzalıyam, günüm qaradı qardaş, 
Nə qədər ağlasam səzadı,qardaş. 
Öpənmərəm yaralı əllərindən, 
Kəsibdi sariban yaradı, qardaş! 
Sitəmlə gülləri solan canım vay, 
Hüseyn qəmində baş yolan canım vay, 
Günortaya kimi səhər çağından, 
Xanımlığı yalan olan canım vay! 
Oxşama 
Qəm selləri başım üstdən aşanda, 
Mövcə gəlib dərya kimi daşanda, 
Bu Şamidə birəhm olan cəmaət, 
Gülərdilər qızların ağlaşanda. 
 
Heç qoymadı üzüm gülə zəmanə, 
Bülbül kimi döndü gülüm xəzanə, 
Qolu bağlı qardaş dedim, dolandım, 
Anam kimi döndü qəddim kəmanə. 
 
Deyərəm gül solubdu, 
Gülşəndə gül solubdu, 
Başını Şümr aparıb, 
Əllərin bəs nə olubdu? 
 
Fərağında gecə-gündüz ağlaram, 
Qəm dəftərin hey açaram, bağlaram, 
Gül cisminə bu hədd yara vurublar, 
Pərpər olan cənazənə ağlaram. 
 

 
208 
Şir qadın (Rövzə) 
Vəqti qarətdə imamı yanar oddan qurtaran, 
Xahəri-şiri-zən süruri Bətha Zeynəb. 
Məclisi-Kufədə şiva və rəsa məntiq ilə, 
Qolu bağlı eləyən düşməni rüsva Zeynəb. 
Əyməyən düşmənə baş, qardaşı məsləkdə olan, 
Deli-züllamə sözü-xəncəri-bürran Zeynəb. 
Əli qoynunda dolandı nə qədər çəkdi nəfəs, 
Ömrünün gündüzü də çun şəbi-yelda Zeynəb. 
Yektənə vurdu özün vərətətufaniqəmə, 
Eylədi dini-Rəsulullahı əhya Zeynəb.  
Oxşama 
Ağlaram, ağlar gözüm var, 
Qəlbidə dərya sözüm var, 
Nagiran olma, Hüseynim, 
Hər bəla gəlsə, dözüm var. 
 
Ay batdı mən batmaram, 
El yatdı mən yatmaram, 
Qurtarmayan dərdini, 
Heç bir dərdə qatmaram. 
 
Gül gözündən atma, qardaş, 
Qumlar üstə yatma, qardaş, 
Ey düşən yorğun, yaralı, 
Zeynəbi ağlatma, qardaş. 
 

 
209 
Zeynəbin (s) Əbülfəzldən kömək 
istəməsi 
Gəl xeymələrim zülmilə odlandı, Əbülfəzl, 
İmadad elə od içrə balam yandı, Əbülfəzl. 
 
Dur, yatma Fərat üstə işim müşkülə düşdü, 
Gəşti ümidim atam oğlu gələ düşdü, 
İmdad eləyirdin hamıya iş belə düşdü, 
Gəl indi mənim dövrəmi düşmənlər alıbdı, 
Zeynəb sənə qurban, yaxam əllərdə qalıbdı. 
 
Bikəs bacınam sən mənə imdad elə, qardaş, 
Xeyməm yanır Zeynəbini yad elə, qardaş, 
Od içrə yanan qızları azad elə, qardaş, 
Bir gün vardı başımıza sayə salardın, 
Avarə qalan qızları ağuşə alardın. 
Zeynəbin (ə) şəhaməti ( rövzə) 
Nəyyiri-ə`zəm əflaki-vəfa Zeynəbdi, 
Gövhəri-mə`rifət və hüccətü-həya Zeynəbdi. 
 
Yaradıb Zeynəbi əvvəldən Hüseynçi yaradan, 
İffətin dərsini almış o bəlakeş anadan, 
Nəfsi-mərdanəliyi irs aparıbdır atadan, 
Mürtəzanın adına zivər olan Zeynəbdi, 
Anası Fatiməyə bənzər olan Zeynəbdi. 
 
Butə eşqidə yandı əridi çün zəri-nab, 
Oldu beş sinnidən amadə möhnət o cənab, 
Yağdı baran bəla başına bi həddü-hesab, 
Zülmlə əlləri qoynunda qalan Zeynəbdi, 

 
210 
Beş yaşından başına qara salan Zeynəbdi. 
 
Hökmi-təqdiri qəza aldı əlindən anasın, 
Bəzmi-matəm qurulub açdı o qəmkeş yaxasın, 
Əvvəlin bar eşidib quş fələk oxşamasın, 
Üzə gözdən əliyən xuni-cigər Zeynəbdi, 
Mələyən həsrətilə şamü-səhər Zeynəbdi. 
 
Gecələr ki, sataşardı gözünə göydəki ay, 
Hey deyərdi evimi sani yıxıb, Allah haray, 
Qəbrə həsrət əli qoynunda gedən vay nənə vay, 
Yuxudan hər gecə əfsürdə duran Zeynəbdi, 
Qüssəli madərə qəm bəzmi quran Zeynəbdi. 
 
Getməmiş xatirəsindən hələ Zəhra anası, 
Qoymadı çərxi-cəfa pişə sağalsın yarası, 
Məscidi-Kufədə əl-qana boyandı atası, 
Çak edən qüssəvü-qəmdən yaxasın Zeynəbdi, 
Bağlayan şiri-Xudanın yarasın Zeynəbdi. 
 
Az zaman keçmədi artdı yenə dərdü-mühəni, 
Cödə şumü-dəğa eylədi zülmün ələni, 
Zəhri-cansuz salıb dildən İmami-Həsəni, 
Nimə şəb izni-verən göz yaşına Zeynəbdi, 
Ağlayan həsrətilə qardaşına Zeynəbdi. 
 
Ömrü bir müddət onun oldu bu növi sepəri, 
Axdı gözdən üzə hicr aləmi xun cigəri, 
Gün o gün oldu düşüb Kərbu-bəlaya güzəri, 
Hər bəla səhnəsinə nazir olan Zeynəbdi, 
Hər müsibətdə o gün hazır olan Zeynəbdi. 
 

 
211 
Zöhrü Aşura bəla yandı deli-zari-onun, 
Birbəbir qana batıb yavərü-ənsarı onun, 
Qanlı qudala düşüb sərvəri-saları onun, 
Ələm ahını təll üstə saçan Zeynəbdi, 
Qətlgaha əli başında qaçan Zeynəbdi. 
 
Bir zaman qətlgaha çatdı o deli-zarü-qəmin, 
Gördü can üstədi qudalidə qardaşı Hüseyn, 
Əyləşib sinəsi üstündə onun Şümri-ləin, 
Şümri-bəd əxtərə ixtar eləyən Zeynəbdi, 
Özün amadeyi-peykar eləyən Zeynəbdi. 
 
Ağladıb möhnəti cənnətdə xanım Fatiməni, 
Eşqin isbat eləyib aləmə Zeynəb Əlini, 
Çeşmi-gərdun görə heyhat belə şiri-zəni, 
Olmayan dəhridə təslimi bəla Zeynəbdi, 
Fateh və şiri-zəni-Kərbübəla Zeynəbdi. 
 
Gərçe axırda Hüseyn dərdi onu pir elədi 
Qüssələr yordu yaman yerdə zəmingir elədi, 
Qardaşın nehzətin aləmdə cahangir elədi, 
Yeddi qardaşı ölən qəlbi yanan Zeynəbdi, 
Şiddəti-qüssəvü-qəmdən qocalan Zeynəbdi. 
 
Gün o gün oldu düşüb bəstəri-mərgə nigaran, 
Səslədi qardaş Hüseyn, hardasan ey cismimə can, 
Ölürəm gəl başım üstə məni yox qəbrə qoyan, 
Sənin hər yerdə Hüseyn, yarın olan Zeynəbdi, 
Zülfünü nəşinin üstündə yolan Zeynəbdi. 
 

 
212 

Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin