MƏRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Əbbasın (ə) anası Ümmül-bəninin



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix27.09.2019
ölçüsü2,94 Mb.
#29266
1   2   3   4   5   6   7   8   9   ...   12
mersiyeler-1509550192

Əbbasın (ə) anası Ümmül-bəninin 
zəban halı 
Çox ağladım ahü-zardan yoruldum, 
Bu həyati təlx bardan yoruldum, 
Hamı gəldi mənim balam gəlmədi, 
Bu qapıda intizardan yoruldum. 
 
Ürəyimin gedən dayağı, ey vay, 
Dama düşən şikar sayağı, ey vay, 
At üstündən yerə qolsuz düşəndə, 
Üzəngidə qalan ayağı, ey vay. 
 
Ümmül-bənin diliycə  (nöhə) 
İftixari-ali-Haşim sahib ələm, balam vay, 
Nəxli-zaridə su üstə qolları qələm balam vay, 
 
Kərbəla çölündə gördü bağlanıb Hüseyn qiyamı, 
Sadiqanə xidmətinə razı eyliyib imamı, 
Qətlgahda can verəndə göndərib mənə pəyamı, 
Göz yaşı olan mərkəb, kipriyi qələm balam vay. 
 
Çox dedi mənə xanımlar bu həyatda, 
bəxtəvərsən, 
Fatimə gəzən otaqda iftixarilə gəzirsən, 
Heç biri deməzdi bir gün qara pirəhən geyərsən, 
Qoymadı zəmanə axır məndə dincələm, balam 
vay, 
 
Şəhri-Yəsribə pərişan qəmli karivan qayıtdı, 
İtrəti-rəsuli-xatəm oldu bağrıqan qayıtdı, 

 
107 
Öldü Zeynəbin Hüseyni qaməti kaman qayıtdı, 
Səslədim qəriqi bəhr, mühnəti-ələm, balam vay. 
 
Qarəsin başından açmaz qəlbi dağdar olanlar, 
Mən kimi ölüncə ağlar piri-ruzgar olanlar, 
Məclis əzanı xoşlar daim əşkbar olanlar, 
Var yeri belə ölüncə naləyə gələm balam vay. 
 
Zeynəbim deyir şərari-itilada yandı qolsuz, 
Rubəru ədulərilə qərdaşım dayandı qolsuz, 
Sinəsində qanlı pərçəm məqtəli dolandı qolsuz, 
Toprağa necə düşübdü mən mə`tələm balam vay. 
 
Axşam olcağın yətimi göz yaşın üzarə bağlar, 
Gün batanda ahı artar, qəlbi-əqrəbanı dağlar, 
Verəm hər qədər təsəlli vaysınar, ürəkdən ağlar, 
Bağlanar gecə dübarə səxt mərhələm, balam vay. 
 
Ətşan səqqayəm 
Atdan yıxıldım torpağa gəl Hüseynim gəl,2  
Torpağa üz qoydum əxa, gəl Hüseynim gəl,2  
Səqqayi-ətşanam - qanıma qəltanam. 
 
Qaldı susuzlar teşnələb xeymədə,qardaş, ² 
Cam əldə qızlar teşnələb xeymədə,qardaş,2 
Əsğər çalıxlar teşnələb xeymədə, qardaş, ² 
Qəmxanə oldu Neynəva gəl Hüseynim gəl.² 
Səqqayi-ətşanəm - qanimə qəltanam. 
 
 

 
108 
 
Müşkün düşübdü bir yana nəhr Əlqəmədə,² 
Pərçəm batıbdı al qana nəhr Əlqəmədə,² 
Qollar düşübdü torpağa nəhr Əlqəmədə,² 
Can eylərəm dinə fəda, gəl Hüseynim, gəl,² 
Səqqayi-ətşanam - qanıma qəltanam. 
 
Rütbeyi-vala verib Əbbas, həqq yekta sənə, 
Bəsdi bu şə`nidə oğlum səsləyib Zəhra sənə, 
Ənbiya həsrət çəkibdir bir Hüseyn tək qardaşa, 
Verməyib heç bir kəsə Allah verib tənha sənə, 
Səqqayi-ətşanam - qanıma qəltanam. 
 
Əzizi-Fatiməyə sahibi-ləvasan, Əbəlfəzl, 
Əbul-əimmə kimi məzhəri vəfasan, Əbəlfəzl, 
Üzün qoyan qapına mətləbin alar səndən, 
Deyər məqamına qurban düyün güşasən 
Əbəlfəzl, 
Səqqayi-ətşanam - qanıma qəltanam. 
 
Bağban ölsə gül dərəndə kim ağlar, 
Bülbül getsə bu çəməndə kim ağlar, 
Sən öləndə mən ağladım, Əbəlfəzl, 
Başım üstə mən öləndə kim ağlar? 
Səqqayi-ətşanam - qanıma qəltanam. 
 
 
 
 
 
 
 

 
109 
 
Heydər oğlu 
Ey Kufiyan siz çıxmayın sözümdən, 
Su olmasa mə`yusəm öz-özümdən, 
İnsaf edin məşkimə ox vurmayın, 
ləşkər, vurun bu oxları gözümdən. 
 
Ləşkər, mənəm saqiyi-kövsər oğlu, 
Dava günündə şiri-davər oğlu, 
Susuzlara müjdə verir Səkinə, 
Nəhri alıb bu gündə Heydər oğlu, 
 
Oxlar gələndə at belində yatdım, 
Düşmənlərin dərdü-qəmin çoxaltdım, 
Qanla liva sağü-sola axanda, 
Din pərçəmi xəm oldu, mən ucaltdım. 
 
Qan-qan deyən oxlar gəzir havada, 
Məşk axtarır səhrayi Kərbəlada, 
Agah olun su məşkimi oxlasaz, 
Tufan qopar bu vadiyi-bəlada. 
 
Mən və`də vermişəm ay-ulduzlara, 
Təşnə qalan xeymədəki qızlara, 
Su məşkim oxlansa yerə su axar, 
Var nə cavabım o oğulsuzlara. 
 
Getsə su məşkim xeyməyə salama,t 
Qopmaz bu çöldə şürüş-qiyamət, 
Üç gün olur Əsğər yanır susuzdan, 

 
110 
Peyğəmbər ilə etməyin ədavət. 
 
Həzrət Əbulfəzl (ə) (Cuş) 
Əbəlfəzləm, vəfa dəryasıyam mən, 
Bu çöldə təşnələr səqqasıyam mən. 
 
Əgər sağ qol düşübdür peykərimdən, 
İtaət eylərəm öz rəhbərimdən, 
Ciyər qanı tökülsə gözlərimdən, 
Kənara çıxmaram bu səngərimdən, 
Qitalın şir bi pərvasıyam mən. 
 
Bu tezliklə yıxılmaz Heydər oğlu, 
Təlaş eylər ölüncə səfdər oğlu, 
Məhi salaridir Peyğəmbər oğlu, 
Olubdur qət`ə-qət`ə Əkbər oğlu, 
Oğulsuz sərvərin arxasıyam mən. 
 
Bu qədər vurmayın tirü-xədəngi, 
Həras etməz ölümdən mərdi-cəngi, 
Mənəm lərzan edən bu tip vəhəngi, 
Əgərçe şəhdimə qatdız şərəngi, 
Hüseynin xəncər almasıyam mən. 
 
Əgərçe qollarım düşdü bədəndən, 
Əgərçe qəlbim odlandı mühəndən, 
Əgərçe kam alırsız indi məndən, 
Bilin qorxmaz hüma zağü-vəzəqdən, 
Şücaət qafın ənğasıyam mən. 
 

 
111 
Hüseynin bargahında vəzirəm, 
Bəni-haşim ara mahi-münirəm, 
Fədakaram, vəfadaram, şəhirəm, 
Babam Heydər kimi şiri-dəlirəm. 
 
Məni oxlar salanmazdı dözümdən, 
Desəm aləm yanar odlu sözümdən, 
Gəlib üç şöbə ox dəydi gözümdən, 
Süzür mərcan kimi qanyaş üzümdən, 
Bu kənizin göhər həmsərasıyam mən. 
 
Yolumdan rədd olun, ey qövmi-süfyan, 
Edirsiz sağü-solda belə tüğyan, 
Əlim yoxdur nədən olduz hərasan, 
Gözüm təsvir edənmir çun tutub qan, 
Bu meydanın yel həycasıyam mən. 
 
Bayrağa müraciəti 
Qal sinəm üstə pərçəm, miri hüda gəlincə, 
Biganə yerdə düşmə ta aşina gəlincə. 
 
Ətrafdan baxırlar qövmi fitən yıxılma, 
Qoy gözləyək gəlincə şahi-zəmin, yıxılma, 
Düşmən şəmatət eylər, səbr eylə,sən yıxılma, 
Gözlə o xeymələrdən birdən səda gəlincə. 
 
Yoxdur bədəndə qollar bir belə ləngər etmə 
Sağü-sola əyilmə, torpağlar üstə getmə, 
Qal sinəm üstə bari, çox meyl edib qayıtma, 
Gəl gözləyək Hüseyni ol bavəfa gəlincə. 

 
112 
 
Ox vurdular başımdan, qanım axıb üzarə, 
Düşdü bədən qüvvədən, məşgim olubdu parə, 
Sən yatma bircə rəhm et, bu zarü-del fekarə, 
Sən pərəçəmi-Hüseynsən, yatma liva gəlincə. 
 
Rəhm etmədi cəmaət, ox vurdular Hüseynə, 
Çəkdim oxu dizimlə qan axdı hər qaşımdan, 
Etmə məni xəcalət istəkli qardaşımdan, 
Əl qanlı sinəm üstə hər macəra gəlincə. 
 
Su vədə vermişdim mən Əsğərə, bilirsən, 
Üç gündü dəyməyib su çox ləblərə bilirsən, 
Sədmə yetib bu çöldə bu əllərə, bilirsən, 
Et təkyə qanlı başa dərdə dəva gəlincə. 
 
Oxlar dəyəndə qan-qan fövrən qabaqladım mən, 
Məşgi basıb qucağa hər növi saxladım mən, 
Qət olmuş əllərii sən də daraqladım mən, 
Sə`y eylədim yıxılma, müşkül güşa gəlincə. 
 
Ey adı Əbdi saleh ey mənbəi-kəramət, 
Bu dərdməndə sən də eylə özün inayət, 
Şairlər içrə məndə yox eylə bir ləyaqət, 
Adın qalar dilimdə can ağzıma gəlincə. 
 
 
 
 
 
 
 

 
113 
 
İmam Hüseynin dililə 
Əbbasımı düşmən yıxıb meydana,Zeynəb, 
Məşk oxlanıb pərçəm batıb əmana,Zeynəb. 
 
Qardaşımı yıxdı yerə qövmi-şəqavət, 
Day əl açarlar sizlərə əhli-ədavət, 
Amadə ol, oldu sənə axır-qiyamət, 
Ey qəm çəkən, səbr et, gələn hicranə Zeynəb. 
 
Aləm yanar Əbbasımın hər bir qəmindən, 
Əhli-hərəm ağlar, yanar bu matəmindən, 
Çox-çox hifazət eylədi öz pərçəmindən, 
Axırda təslim olmadı üdvanə, Zeynəb. 
 
Dərk eləyən vaxt səsin səbrim azaldı, 
Qəlbim alovlandı mənim rəngim saraldı, 
Qardaşımın gül peykəri sinəmdə qaldı, 
Qurban olum mən eylə bir qurbanə, Zeynəb. 
 
Və`də verən axır gedər çun və`də gahə, 
Qandan yetibdi münxəsif rövşənli mahə, 
Şam əhli əsla baxmadı bu suzi-ahə, 
Döndü gözüm yaşı mənim ümmalinə, Zeynəb. 
 
Ox vurdular məşgə, axıb yerdə əmanət, 
Əbbasıma ol halidə oldu qiyamət, 
Teşnə qalan ətfalidən çəkdi xəcalət, 
Yandı uşaqlar atəşi suzanə, Zeynəb. 
 

 
114 
Atdan düşəndə qardaşım qəlbim sıxıldı, 
Birdən dedim ey vay, evim Allah, yıxıldı, 
Qan gəldi başdan gül üzə neylim yıxıldı, 
Haqq müştəridir vaqiən ol qanə, Zeynəb. 
 
Məqtəldə aldım nə`şini cəllad əlindən, 
Ahunu qurtardım bu gün səyyad əlindən, 
Ey-vay Nöfəl xanəsi bərbad əlindən, 
Yarə vurubdur bu del şanə-şanə, Zeynəb. 
 
Əmannamə həzrət Əbulfəzl (ə) 
Gecə-gündüz əhli-beytin səri-pasibanı qardaş! 
Sənə Şümr namə gətdi,atamın nişanı qardaş! 
 
Bu bəlalı çöldə söz yox olasan sipaha sərhəng, 
Sən olan məkanda vurmaz başıma bu kufiyan 
səng, 
Mənəm üstə olma, qardaş dəri bargahda deltəng, 
Bu Hüseyn Xudaya versin gərək imtahanı, 
qardaş! 
 
Vuracaq sinan zalım başıma əxa sinanə, 
Edəcək o Kufə əhli başımı daşa nişanə, 
Bu kəsik başım bəradər, batacaq dübarə qanə, 
Olacaq o nizə başı başımın məkanı, qarda! 
 
Olasan bu kufiyana atam oğlu, sən də sərdar, 
Nə yanar xiyamə diba,nə çölə qaçar bu qızlar, 
Nə minər sınıq kəcavə, nə bacıların qan ağlar, 

 
115 
Nə gedər Dəmeşqə Zeynəb, nə yanar zəbanı, 
qardaş! 
 
Nə cənazəmi kəfənsiz qoyasan qala, bəradər, 
Nə xiyamdan hərəmlər gələ qətligaha yeksər, 
Gedəcək başım cüdada, qalacaq bürəhnə peykər, 
Bu Hüseyn vətən edibdir belə qəm fəzanı, qardaş! 
 
Nə Səkinə at döşündə dolanar bəla çölündə, 
Tapacaq bü rəhnə nə`şi əxa, Kərbəla çölündə, 
Əli Əkbərimdi qurbani-həqqə bu Mina çölündə, 
Cəm eylə məgər sözüm var bağa şamiyanı, 
qardaş! 
 
Məni qovma sən qapından, şahi-Kərbəla, 
amandır, 
Əli Əsğərin başına məni xeymədə dolandır, 
Əli Əkbərə qulamam, bu qapında daldalandır, 
Eylərəm təsəddüq Əkbər başına bu canı, qardaş! 
 
Əzəl al bu tiği məndən, yola sal məni şahənşah 
Gedərəm Nəcəf çölündə edərəm babamı agah, 
Deyərəm Hüseyn qovubdur qapıdan məni çəkim 
ah, 
Ucalar dəri-Əlidən dilimin fəğanı, qardaş! 
 
Ver icazə qana ol boyanım bu Kərbəlada, 
Səri pa kuyi Hüseynim görə bilmərəm cidadə, 
Kəsilər uzun bu qollar qala peykərim arada 
Tökərlər Fəratın üstə yerə ləxtə qanı, qardaş! 
 
 

 
116 
 
Sən həzrət Əbulfəzl edərəm bu dərdi izhar, 
Neçə ildi mən dəxiləm sənə,et nəzər, ələmdar, 
Yatışıbdı damənindən gözü yaşlı xırda qızlar, 
Eylədim bu eşqi sabit sənə bir də anı, qardaş! 
 
Əbəlfəzlin dililə 
Məşgim olub gözüm kimi tiri-qəmə nişan, 
Hüseyn! 
Saldı məni üqabidən torpağa Kufiyan, Hüseyn! 
 
Əynimə geymişəm əxa, qırmızı güllü camə mən, 
Sə`y elədim su məşgimi ta yetirəm xiyamə mən, 
Heyf ola xali oldu məşk, yetmədim indi kamə 
mən, 
Gəl bu fədayi-eşqini etgilən kamiran,Hüseyn! 
 
Yarələrin əziyyəti olsa da gəlmərəm dilə, 
Qanilə-gözlərim dolub, yanam əxa, bu nisgilə, 
Yoxdu bu çöldə bir nəfər gözlərimin qanın silə, 
Başımın üstə əzm elə halım olar əyan, Hüseyn! 
 
Gözlərimi tutubdu qan, xeymədə çox yubanma 
gəl, 
Başda əmud yarəsi, qalmadı peykərimdə əl, 
Gözlərimi nişan edən əllər ola həmişə şil, 
Qollarım qayimin məni eylədi natəvan, Hüseyn! 
 
Peykərimin qanı axır yoxdu qiyama taqətim, 
Ğütəvər olmuşam qəmə, vardı ürəkdə hacətim, 

 
117 
Nail elə məramıma şəmi-şəb səadətim, 
Şirüvi damə saldılar ləşkəri Kufiyan, Hüseyn! 
 
Ey atamın nişanəsi, pərçəmin oldu sərnigun, 
Düşmənim həddən keçib, cismim olubdu qərqi-
xun, 
Başımı istəyir kəsə ləşkər pəstü-rəzilü-dun, 
Gəl kəsə başımı ədu məqdəminə inan, Hüseyn! 
 
Qan düzülüb dodağıma ey gözümün ziyası, gəl, 
Başımın hər qədər ola xoşdu bu ibtilası gəl, 
Qardaşının bu vəqtidə ərşə yetir nəvası gəl, 
Qoyma qəmində qızları eyləllər fəğan, Hüseyn! 
 
Düşcək üqabidən yerə dövrəmi aldı Kufiyan, 
Aldı araya nə`şimi bir neçə din evin yıxan, 
Şiri-Xida nişanə səni oxlara olmuşam nişan, 
Sındı əmudilə başım cari olubdu qan, Hüseyn! 
 
Qızları qoyma xeymədə çox gələ ahü-şivənə, 
Başın üstə çox gülür, düşmənim əl çalır mənə, 
Başımın üstə tez yetiş, çoxdu sözüm deyim sənə, 
Şahidim olar qollarım, vermişəm imtahan, 
Hüseyn! 
 
 
 
 
 
 
 
 

 
118 
 
Əbbasın oğlu Əbdullahın zəban halı 
(sinəzən) 
Ana məgər nə istədim, babam utandı gəlmədi, 
Nədən yubandı bu gecə, çırağ da yandı gəlmədi. 
 
Əgər uzaq gedirdi bəs nədəndi könlüm almadı, 
Nəvaziş ilə boynuma uzun qolunu salmadı, 
Məgər xarab olub bu ev ki, sərpərəsti qalmadı,  
Xəbər varındı qıl bəyan mənə nihandı gəlmədi. 
 
Səhər gedən gərəkdi gün qürub edən zaman gələ, 
Namaza şirkət eyliyən eşitcəyin azan gələ, 
Görüşmədim soruşmadım haçan gedir, haçan 
gələ, 
Odur dalıyca göz yaşım belə rəvandı,gəlmədi. 
 
Məni ayırma bu gecə yanında saxla, qorxuram, 
Çırağı xamuş eyləmə, qapını bağla, qorxuram 
Yerimi öz yanında sal, məni qucaqla, qorxuram, 
Gözündən atma bari sən babam yubandı 
gəlmədi. 
 
Bu söhbətimdən olmaya gərək şikəstə xatirin, 
Ki, oxşamır qəm əhlinə mənim yanımda zahirin, 
Hara gedib ki, axşama qayıtmayıb müsafirin, 
Ürək sıxıldı səbrimin evi talandı gəlmədi. 
 
Nə qədri yatdı diksinib durub qiyamət eylədi, 
Qəziyyəni balasına ana hekayət eylədi, 

 
119 
Yavaş-yavaş o nazənin fəraqa adət eylədi, 
Yetişdi günlər aylara ilə dolandı gəlmədi. 
 
Qərəz fəraqə xu tapıb ikisi bahəm ağladı, 
Müqəyyəd oldu tay tuşun görəndə kəm kəm 
ağladı, 
Gələndə şəhri-Yəsribə o qanlı pərçəm ağladı, 
Hezar heyf ki, sahibi qana boyandı gəlmədi. 
 
Yetişdi rüşdə bir qədər elə ki bildi mətləbi, 
İmami-Zeynül-abidin verərdi dərsi-məktəbi, 
Cavanlar ilə küçədə edərdi bəhsi məzhəbi, 
Məqami elm və fəzilətin görən dayandı, gəlmədi. 
 
Deyərdi Fatimə anam opən gəlin gülabiyəm, 
Nejadi-Haşimidənəm, təbari bu turabiyəm, 
Mən inqilabi oğluyam, özüm də inqilabiyəm, 
Şəhadət arzusunda varam haçandı, gəlmədi. 
 
Həmişə arzudayam imam fürsət eyləyə, 
Mədinə əhli sidq ilə o şaha beyət eyləyə, 
Əleyhi küfrü-zülmə ta qiyamü-nehzət eyləyə, 
Əyan ola cahanda kim bu haqqı dandı, gəlmədi. 
 
Gərək Bəni-Üməyyəyə bu ruzigarı təng edə, 
Tamami səngdillərin nişanəyi-xədəng edə, 
O qanlı pərçəmi verə məni vəziri cəng edə, 
Bu arzuda qəlbimin tənuri yandı, gəlmədi. 
 

 
120 
Əli-Əkbərin bacısının zəban halı 
(Sinəzən) 
Qoy edim nəzər doyunca belə məh camala, 
qardaş, 
Oxuyum və in yəkadu sora get cidalə, qardaş! 
 
Oxusam və in yəkadu, olusan məsun xətərdən, 
Görünübdü çox kəramət o kəlami-müxtəsərdən, 
Əsərü xassi saxlar səni çeşmi- bəd nəzərdən, 
Zəfərü-nəzər yetişməz belə xətti-xalə, qardaş! 
 
Ola indi gəl Züleyxa qıla Hüseyninə nəzarə, 
Necə Yusifi alıbdır elə də satar dübarə, 
Min ilə əlaqə ciddən yetirər bu gül üzarə, 
Ürəyində eşqi-Yusif yetər inhilalə, qardaş! 
 
Yetiribdi çox bilirsən sənə murği-del əlaqə, 
Belə sən də razı olma, yanam atəşi fərağə, 
Əli indi ki, gedirsən məni birdə al qucağə, 
Öpüm eyləyim camalın yetişəm vüsalə, qardaş! 
 
Əli nazımı çəkərdin, kimə indi eyliyim naz, 
Bacı qardaşın adıyla olur dəhridə sərəfraz, 
Gedə qardaşı əlindən bacının cəlalı olmaz, 
Pozular cəlalı cahı yetişər zəvalə, qardaş! 
 
Səfər üstə xoşdu Qur`an edəsən əgər tilavət, 
Ola müshəfi Peyambər sənə hər bəlada hail, 
Görə var yanında Qur`an edə bəlkə rəhm qatil, 
Səni əfv edən kitabi-həqq layəzalə, qardaş! 
 

 
121 
Yola düşsə hər müsafir belə rəsmidir bəradər, 
Səfər üstə ağlamazlar ki, məbad ola mükəddər, 
Bacılar dua edərlər, dalısıyca su səpərlər, 
Su yoxumdu etməyim mən necə ahü-nalə, 
qardaş! 
 
Əli Əkbərin zəban halı 
Fərqi-Əkbərdən ki, dəydi rəzmidə xəncər yarası, 
Tazələndi şahi-dinin qəlbidə Heydər yarası. 
 
Üz tutub səmti-xiyamə səslənib Əkbər həman 
dəm, 
Çatdı məqsudə zəbihin ey Xəlilullah ə`zəm, 
Gəl əlac et gün qabağında sızıldar oxlu sinəm, 
İsti qum üstündə gün dəydikcə ğur eylər yarası. 
 
Ərşi-zin üstə zamani ki, baba, toprağa endim, 
Cəddim istiqbalə gəlmişdi ayağına döşəndim, 
Sən də gəl ey şah, necə gör doğranıbdı bənd-
bəndim, 
Peykərimin göstərir bir aləm digər yarası, 
 
Oğlunun aldı səsin ta xeymədə şahi-şəhidan, 
Qəflətən təğyir tapdı haləti oldu pərişan, 
Şah əsəfli halət ilə səslədi ləbbeyk Əli can, 
Sinəmə ey kaş gəlsin sinəin var hər yarası. 
 
Şəh, süvari-mərkəb oldu gəldi meydani-qitalə, 
Səslədi oğlun nə qədər gəlmədi səs, etdi nalə, 
Nagəhan şəmsi-vəla saldı nəzər bir məh cəmalə, 

 
122 
Baxdı gördü məh üzündə kövkəbə bənzər yarası. 
 
Əkbəri görcək Hüseyn qan içrə, gör nə halə 
düşdü, 
Can dedi guya balayla toy otağında görüşdü, 
Zülmə bir bax Əkbərə şah ağladı, düşmən 
gülüşdü, 
Qəlbini qan etdi tə`ni düşmən kafir yarası. 
 
Rəxt şahanə quru yer üstə torpağa büründü, 
Dizdə taqət olmadı getsin üzü üstə süründü, 
Yetdi ta cavan oğul balininə qəlbi döyündü, 
Başa vurdu görcəyin var başda bir xəncər yarası. 
 
Qanlı torpağı silib bir halətilə üz-gözündən, 
Olmasaydı gər imamət, səbri getmişdi özündən, 
Ondakı əhvalı vazehdir Hüseynin öz sözündən, 
Həşrəcək getməz, buyurdu, sinədən Əkbər 
yarası. 
 
Əhli-məna min il ağlar zikr olan vəqtə bu 
möhnət, 
Eylə halda səslənərdi ibni-Sədi pəst fitrət, 
Ya Hüseyn bu gündən ötrü mən dedim gəl eylə 
beyət, 
Dəyməsin ta qəlbinə fərzəndi gül peykər yarası. 
 
Ey Hüseyni ki, olubsan del yarasından 
mükəddər, 
Münzəvi də şikvə edər bu müsibətdən 
mükəddər, 
Vardı bəzi şum ağızlarda eylə məşmum dillər, 

 
123 
Qəlbimi azürdə eylər nizədən bədtər yarası. 
 
İmam Hüseynin (ə) Əli Əkbərə zaban 
halı (Sinəzən) 
Quru yerdə nəqşeyi-qamətin, eyləyib qiyamət, 
oğul Əli, 
Evimi yıxıb, belimi büküb, belə sərvi-qamət, oğul 
Əli! 
 
Yetişibdi fərqinə bir yara, bürüyüb camalını tazə 
qan, 
Dirilikdən əl yumuşam Əli, başınə bu yarə dəyən 
zaman, 
Məni öldürür sənin ölməyin, nə lüzumu öldürə 
kufiyan, 
Bu başındakı yara mərgimə çox edər kifayət, oğul 
Əli! 
 
Edələr şikaf bu sinəmi, o qədər ki, qəlb ola aşikar, 
Ürəyimdə onda baxan görər, başımın yarasının 
əksi var, 
Gələ başa hər nə bəla, bəli onu zəbt edər deli 
dağidar, 
Ürəyimdədir, bədənində var nə qədər cərahət, 
oğul Əli! 
 
Deyirəm yatıbdı bu gözlərin hələ seyri-aləm xab 
edər, 
Gözünün yumulmağı ya oğul, mən binəvaya 
cavab edər,  

 
124 
Belə ki, yaman günə qalmışam məni bəlkə özgə 
hesab edər, 
Görürəm göz açmısan, eylirəm bu qədər səmacət, 
oğul Əli! 
 
Bu qoşun şəmatət edir mənə başın üstə çox 
oturanmıram, 
Gülüşürlər ağlaya bilmirəm, sevinirlər başa 
vuranmıram, 
Qabağımda düşmənim əl çalır, hələ mən ayağa 
duranmıram, 
Nə belimdə tabi-qiyam var, nə dizimdə taqət, 
oğul Əli! 
 
Nə rəvadı mən günə oxşadam üzün ey cavan 
mələk siyər, 
Azalar şüaü-ziyası çun, günə hər göz eyləsə çox 
nəzər, 
Vəli bu camala baxanda mən görürəm işıqlanır 
bəsər, 
Gözümün ziyasını artırır belə bir məlahət, oğul 
Əli! 
 
Məni nimə can eyləyib qəmin, bilirsən özün də 
bu nöktəni, 
Görsən ki, gəlmir dizlərim, necə xeyməyə aparım 
səni, 
Dur ayağa tut əlimi, Əli, sən özün xiyamə apar 
məni, 
Qocalıq zamanıdı eylə öz atana himayət, oğul 
Əli! 
 

 
125 
Ərasati-həşridə ya Hüseyn, ata oğlunu itirən 
zaman, 
Üzü qarə Münzəviyə məgər kim hay-hudə verər 
cinan, 
Nə ola şahzadyəi-ə`zəmə o, zaman məni verəsən 
nişan, 
Deyəsən o rusiyəhə gedib-qil, özün şəfaət oğul 
Əli! 
 
İmam Hüseyn (ə) Zeynəbə zəban halı 
Gəl Əkbərim boyandı qana Minada Zeynəb, 
Bu parə-parə nə`şin gətdim əbadə, Zeynəb! 
 
Nə`şin qum üstə tapdım, fikr et nə halə qaldım, 
Düşdüm yerə süründüm, başın diz üstə aldım, 
Hey səslədim oğul vay, nalə siphərə saldım, 
Səs vermədi səsimə meydanda başa çaldım, 
Qoydu məni oğulsuz bu şahzadə,Zeynəb! 
 
Gördüm əmmaməsindən şəhla göz süzür qan, 
Bildim vurublar yara başdan bu qovmi- üdvan, 
Baxdım o başa vurdum başıma, etdim əfğan, 
Gördüm qılınc yarasın çıxdı atam yadımdan, 
Bu dərdə yandı qəlbim ondan ziyadə, Zeynəb! 
 
Dəymişdi bəs ki, yarə bu qaməti-rəsayə, 
Əzası parə-parə düşmüşdü bu Minayə, 
İllət odur ki, nə`şin bükdüm belə əbayə, 
Uf ruzigarə, lənət bu ləşkəri cəfayə, 
Düşdüm əcəb bəlayə bu Kərbəladə, Zeynəb! 

 
126 
 
Qana dönüb sirişkim qəlbim cərahətdən, 
Bacı aman bu qövmün tə`nü şəmatətindən, 
Çəkdikcə Əkbərimin ox sərü-qamətindən, 
Mən ağladım bu ləşkər güldü şəqavətindən, 
Heç olmadı mürüvvət qovmi-cəfadə, Zeynəb! 
 
Mən höccətəm yer üzrə Xəllaqe Zülcəlalə, 
Səbri-imamət ilə gör qalmışam nə halə, 
Neylər bacısı baxsa bu məh-cəmalə, 
Əkbər deyib ölüncə var həqqi etsə nalə, 
Bacıya olma mane vəqti bukadə, Zeynəb! 
 
Gəl gör çıxıbdı ruhu ya ki, gedib özündən, 
Sil mə`cərinlə əvvəl qan laxtasın gözündən, 
Dindir əgər danışsa sən agah ol sözündən, 
Bacını səslə gəlsin öpsün qardaş üzündən, 
Bundan sonra öpənməz nuki-cidadə, Zeynəb! 
 
Qurbətdə guşə-girəm, çun Munzəvidir  adım, 
Daim sənə Hüseyn can, nohə yazar midadım, 
Ətfalüvə əgərçe var şükrü-e`tiqadım, 
Dünya keçər və lakin çox səxt olar mə`adım, 
Tapşır mənə şəfaət etsin cəzadə, Zeynəb. 
 
 
 
 
 
 
 
 

 
127 
 

Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin