MƏRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Həzrət Səkinənin  zəban halı



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix27.09.2019
ölçüsü2,94 Mb.
#29266
1   ...   4   5   6   7   8   9   10   11   12
mersiyeler-1509550192

Həzrət Səkinənin  zəban halı 
Dayan gəldim Zülcənah üstə, 
Düş yerə baba,getmə meydana, 
Məni tək qoyma bu səhrada, 
Dur səni Zəhra, getmə meydana, 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm,baba. 
 
Nolar bir gün Allaha xatir, 
Rəsmi-mərdani yoxlasın düşmən. 
Səni məkr ilə budur qorxum, 
Ərsədə axır doğrasın düşmən. 
Apar qoy bu zari Əsğər tək, 
Əllərin üstə oxlasın düşmən. 
Və ya qoyma bu del əfkarı, 
Bikəsü-tənha getmə meydanə. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm baba. 

 
170 
 
Sənə qurban səbr eylə, bir bax, 
Gör necə qəmdən gəlmişəm cana. 
Ayaq yalın baş açıq çıxdım, 
Xeymədən gəldim mən yana-yana. 
Dolanım qoy başina bir də,                   
Ey qərib baba misli-pərvana. 
Fəraqında etmişəm yeksər, 
Daməni-dərya, getmə meydana. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm, baba. 
 
Məni eşqin etdi divanə, 
Öz başıma mən gəlmədim, baba. 
Fəraqında qüssəvü-qəmdən, 
Qarabəxtəm, dincəlmədim, baba. 
Özüm də bu isə heyranam, 
Bəs necə gəldim ölmədim,baba. 
Qəm hicrin etdi bu zarə, 
Məhşəri bərpa, getmə meydana. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm, baba. 
 
İki dünyaya baba, şahsan, 
Bəs qalıb harda yarü-ənsarın. 
Mənə çox nisgildi bu dərdin, 
Qalmısan tənha, yoxdu qəmxarın. 
Köməksizsən bəs nədən gəlməz, 
Qasim və Əkbər, ya Ələmdarın. 
Düşüb qolsuz nəhri-Əlqəmdə, 
Təşnələb səqqa, getmə meydana. 
Qədəm saxla,var sözüm baba, 

 
171 
Sənə qurbandı bu gözüm,baba. 
 
Gecə-gündüz şam tək yannam, 
Ey gülü-Zəhra mən fərağında. 
Mərizəm mən eşqinə, baba, 
Dərdimə dərman var dodağında 
Olam rahat mən qucağında, 
Ey güli-taha, getmə meydanə. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm, baba. 
 
İmam Hüseynin (ə) vidası 
Ağa tutdu üz mehriban Zeynəbə, 
Nə tək mehriban, qəhrəman Zeynəbə, 
Olan sərvü-qəddi kaman Zeynəbə, 
Pəri zülm əlilə sınan Zeynəbə, 
Dedi qafi eşqə hümadır Hüseyn. 
 
Bacı, istəyirəm əzmi-meydan edəm, 
Bu ə`dayə təbliği- Qur`an edəm, 
Gərək haqqı dünyaya ünvan edəm, 
Xoşam canımı dinə qurban edəm, 
Bəla gəlsə söz yox rzadır Hüseyn. 
 
Bacı, sən mənim yarü-dildarım ol, 
Bu çöldə ənisi-dil zarım ol, 
Ölüb yavərim, indi qəmxarım ol, 
Batıb qana, Əbbasü-ələmdarım ol, 
Görürsən ki, xunin ridadır Hüseyn. 
 

 
172 
 
 
Ölən vaxtı Zəhrayi-qərq-mühən, 
Əmanət sənə verdi bir pirəhən, 
O çöldə olmayan vəqtdə mən, 
O pirahəni ver Hüseynə kəfən. 
Onun sirrinə aşinadır Hüseyn. 
 
Gətir indi o köhnə pirahəni, 
Keçir vəqti-meydan, yubatma məni, 
Vəkil eylirəm qızlarıma səni, 
Vurub başa şad etməyin düşməni, 
Fəna dəhrə bi e`tinadır Hüseyn. 
 
Bacı, qoyma qızlar əza saxlaya, 
Bu düşmənlər içrə ürək dağlaya, 
Fəqət bağlasa haqqa bel bağlaya, 
Səkinə gecə sübhəcək ağlaya, 
Şirin dilli xoş ədadır Hüseyn. 
 
İmamın vidası 
Vaxt o vaxt oldu vidai-axırın etsin imam, 
Pa rikab üstə qoyubdu eylədi tərki-xiyam, 
Zülcənah-xoş qədəm yol bağlayıbdı qam-qam, 
Zindəgidən sirr edibdi dərdi-hicran Zeynəbi. 
 
Zeynəb az qaldı gedə əldən bilib məzlum imam, 
Qəlbinin üstə əlin qoydu o şahi təşnə kam, 
Ərz edib rəbbül-ibadə ey Xudayi-sübhü-şam, 
Qüssədən azad elə bu qəlbi lərzan Zeynəbi. 

 
173 
 
Məzhəri-Siddiqə-kübrayə Allah, səbir ver, 
Rəhm eylə pərvərdə Zəhrayə Allah, səbir ver, 
Qəhrəmani-yovmi-Aşurayə Allah, səbir ver, 
Daldalandır sayə lütfündə hər an Zeynəbi. 
 
İmamın zəban halı 
Sal yola anan Bətulə qardaşın qonaqdı, Zeynəb, 
Səbr elə qəmi-fəraqə, eşq bu sayaqdı Zeynəb². 
 
Başının bacı, bəlası yetməyib hələ tamamə, 
Sən özün də bir Hüseyn, sən ver bu nehzətə 
idamə, 
Hazır ol ki, qəm qatarın Kufədən çəkəllər Şamə, 
Şam yolları bilirsən Kufədən uzaqdı Zeynəb². 
 
Bu Səkinəni bilirsən çox sevirdim əvvəlindən, 
Ağladıb məni yol üstə doymadım şirin dilindən, 
Xəstə bülbülü çəməndə ayrı saldılar elindən, 
Bir zaman sənə Səkinə Şamidə yavərdi, Zeynəb.  
 
Adət eyləyib mən ilə hər gecə bu qız yatardı, 
Qolların salardı möhkəm boynuma, yuxu tutardı, 
Sübh mən üzün öpərdim nazilə gözün açardı, 
Öyrəşib mənə üç ildi neyləsin, uşaqdı,Zeynəb. 
 
Öldü qardaşın bu çöldə qəlbimə fəraqı oxdu, 
Əl tutan gedib əlimdən başımın bəlası çoxdu, 
Əkbərim cavan ölübdür qalmağın da həzzi 
yoxdur, 

 
174 
Bir se şöbə ox bu çöldə gözlürəm haçandı, 
Zeynəb. 
 
Mö`cüzi-imamətilə Zeynəbə təkan veribdi, 
Qəlbinə əlin ki, qoydu nimə cana can veribdi, 
Zeynəbin açıldı nitqi eşqidən bəyan veribdi, 
Olma nagiran Hüseynim, nehzətə dayaqdı 
Zeynəb. 
 
Qətligahın çuxur yeri 
Cəbrəil əmin gəldi o gün Kərbü-bəlaya,             
Gördü yıxılıbdır yaralı qanlı Minaya, 
Şəhpərlərini ruhul-əmin açdı həvaya, 
Saldı yaralı peykərinin üstünə saya, 
Şahi-şühəda gördü günün nuru alındi, 
Hiss eylədi ki, üstünə bir sayə salındı. 
Qanilə dolan gözlərin açdı, dedi kimsən, 
Ərz eylədi qurbanın olum nökərinəm mən, 
Dünyada Hüseynim, necə qəmlər yemişəm mən, 
Gəhvarədə bir il sənə lay-lay demişəm mən. 
Əmr eylədi çək şəhpərini fori kənara, 
Eyliyir yaralı aşiqə mə`şuq nəzara. 
Sən çəkil durma, aşiq və məşuq arasında, 
Aşiq odur ki, laxtalana qan yarasında. 
Aşiq odur ki, atəşi-mə`şuquna yansın, 
Aşiq odur ki, eşqidə mərdanə dayansın. 
Aşiq odur ki, başdan ayağa yaralansın, 
Bir sinədə dörd min yara al-qana boyansın. 
Bəh-bəh nə gözəl bəzmidir xəlvətgəhi-dildar, 
Heç bilmirəm yara nədir, çünki baxır yar. 

 
175 
Bəh-bəh nə gözəl səs verir oxlar havada, 
Heç nəğmeyi-Davud olanmaz bu sədada. 
Bir zərrə əziyyət eləmir yaralı sinəm, 
Heç bilmirəm harda qalıb nazlı Səkinəm. 
Çək şahpərini sinədə qan çeşməsi axsın, 
Yarım yaralı aşiqin əhvalina baxsın. 
Mə`şuq rizasına yıxıldım bu Minayə, 
Çək şahpərini, salma mənim üstmə sayə. 
Fikr eyləmə bir şəxsdir qana boyanıbdır, 
Sayəmdə mənim ərşi-Xuda daldalanıbdır. 
 
Zeynəbin (ə)  zəban halı (növhə)  
 
Ey su kənarında ləb teşnə verən can, Hüseyn, 
Zeynəbi-nalan susuz ləblərə qurban, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
 
İsti qum üstə düşüb qana batan peykərin, 
Var yeri qan ağlaya xahəri-qəmpərvərin, 
Hansı şil olmuş əli kəsdi sənin əllərin, 
Etdi bu çöldə səni qanına qəltan, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
 
Cuş eləyir Zeynəbin cismidə xuni-rəgi, 
Oldu yəqin dərbədər Şama tərəf getməyi, 
Soydular əynindəki Zəhra toxuyan köynəyi, 
Rəhm eləməz Zeynəbə ləşkəri-üdvan, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
 
Baxmadılar yalqızam, pozdular pərgarımı, 

 
176 
Yıxdılar atdan yerə dilbərü-vəfadarımı, 
Doğradılar zülmilə qolsuz ələmdarımı, 
Çarəm əlimdən gedib, bağrım olub qan Hüseyn! ² 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
 
Var nə səlamət başın, ta ki, öpəm ləblərin, 
Yoxdu bədəndə əlin ya ki, öpəm əllərin, 
Qoy əyilim bir öpüm qanı axan həncərin, 
Bəlkə təsəlli tapa sinyi-suzan, Hüseyn²! 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
 
Gözlərim olsun fəda yarüna-yoldaşünə, 
Olmaya çatmır əlin oğluna, qardaşına, 
Lərzə düşüb canıma qoy dolanım başına, 
Gün qabağında qalan peykərü-üryan, Hüseyn!² 
Hüseyn, Hüseyn, ya Hüseyn³! 
 
Gördü oğulsuz səni, düşmənin oldu cəri, 
Qoydu susuz hülqünə Şümri-dəni xəncəri, 
Qarət olar qızların başda qara mə`cəri, 
Nazlı Səkinən olar didəsi giryan, Hüseyn²! 
Hüseyn, Hüseyn,ya Hüseyn³! 
 
Hüseynin qətli (rövzə) 
Kəsəndə Şümri dün başın Hüseynin, 
Anası Fatimə əllər duada. 
Deyərdi bar ilahi, şahid ol sən,  
Tərəhhüm olmadı bu əşqiyada. 
Susuz öldürdülər məzlum Hüseyni, 
Yanır qəlbim mənim bu macərada. 

 
177 
Vuralar nizəyə bu qanlı başı, 
Oxur Qur`an balam nuki-cidada. 
Qərəz, gəldi xanım Zeynəb o saət, 
Çalxalardı Hüseyn qanlı Minada. 
Dedi qardaş, bacın Zeynəb öləydi, 
Səninlə dəfn olaydı Kərbəlada. 
Bu səhradə Hüseyn can, bir kəsim yox, 
Əli Əkbər yatıb qanlı əbada. 
Mən ayrılmazdım, amma çarə yoxdu, 
Səkinəm ağlayır xeymə sərada. 
 
Zeynəbin zəban halı 
Ey dəhridə biçarələrin çarəsi qardaş, 
Vardır nə qədər peykərinin yarəsi, qardaş. 
 
Aç gözlərini etmə məni zarü-pərişan, 
Cismindəki çox yarana Zeynəb ola qurban, 
Əydi necə gör qamətimi gərdişi-dövran, 
Saldı başıma yeddi cavan qarəsi, qardaş, 
Getməz ürəyindən bacının yarəsi, qardaş. 
 
Əfv eylə üzün qibləyə döndərmədi Zeynəb, 
Gördü yaralı peykərini ölmədi Zeynəb, 
Dünyada məgər hansı qəmi görmədi Zeynəb, 
Zəhra qızıyam, gör nə günə qoydu zəmanə, 
Badi-sitəm əsdi, çəmənim döndü xəzanə. 
 
 
 
 

 
178 
 
Həzrət Zəhranın (ə) zəban halı 
Ey əziz cani-madər, ey şəhi-xuban Hüseynim, 
Bu kəsilmiş əllərinə Fatimə qurban, Hüseynim. 
Movla Hüseyn can⁴! 
 
Va müsibət, va səbura, canıma düşdü şərarə, 
Bu sənin cismindi başsız nur didə parə-parə, 
Bir bədəndə kim görübdü ey Xuda, bir belə yarə, 
Ahü vaveyla bu dərdə, qəlbim oldu qan, 
Hüseynim. 
Movla Hüseyn can⁴! 
 
Ey oğul hansı qəmində ağlayım mən yanə-yanə, 
Eyləyim nalə cəfayi Şümrü dunə ya Sinanə, 
Ağlayım Xuli əlindən ya cəfayi sarbanə, 
Gör necə dildən çəkim ya şivənü əfğan 
Hüseynim. 
Movla Hüseyn can⁴! 
 
Eylərəm qanilə rəngin mən bu zülfi-tabdarı, 
Ruzi-məhşər dərk edəndə məhzəri-pərvərdigarı, 
Eylərəm şikvə Xudaya bu cəfayi-bi şümarı, 
Hökm edər ədlilə onda Xaliqi-sübhan, Hüseynim. 
Movla Hüseyn can⁴! 
 
Bu Peyəmbərdir, bu Heydər, bu Həsən,bu mən 
ciyərxun, 
Bu sənin cismi-şərifin belə al-qanilə gülgün, 

 
179 
Dur danış öz sərgüzəştin ey oğul, ba hali- 
məhzun, 
Söylə hər zülmü-cəfa kim eyləyib üdvan, 
Hüseynim. 
Movla Hüseyn can⁴! 
 
Zeynəbin (ə) zəban halı 
Balaların axar qanı,   
 
Hüseynim vay, 
Hüseynim vay! 
Edər gülnar meydanı, 
 
Hüseynim vay, 
Hüseynim vay! 
Bacın qurban başın hanı?   
Hüseynim vay, 
Hüseynim vay! 
Gülüstanda açıb güllər, 
 
Hüseynim 
vay,Hüseynim vay! 
Gəlib avazə bülbüllər, 
 
Hüseynim vay, 
Hüseynim vay! 
Edər növhə yanan dillər,   
Hüseynim vay, 
Hüseynim vay! 
Sinən üstə yarun çoxdur,   
Hüseynim vay, 
Hüseynim vay! 
Tamami nizə və oxdur, 
 
Hüseynim vay, 
Hüseynim vay!           
Öpəm busə yeri yoxdur,             Hüseynim vay, 
Hüseynim vay! 
Susuz əldə ölən qardaş, 
 
Hüseynim vay, 
Hüseynim vay 
Yaralı can verən qardaş, 
 
Hüseynim vay, 
Hüseynim vay 

 
180 
Hanı ol pirəhən qardaş? 
 
Hüseynim vay, 
Hüseynim vay 
Gərək qan ağlasın Zeynəb,             Hüseynim vay, 
Hüseynim vay 
Cahani dağlasın Zeynəb,    
Hüseynim vay, 
Hüseynim vay! 
Sənə yas saxlasıın Zeynəb,           Hüseynim vay, 
Hüseynim vay! 
Bacın ölsün bu nə haldı, 
 
Hüseynim vay, 
Hüseynim vay! 
Arada peykərin qaldı, 
 
Hüseynim vay, 
Hüseynim vay! 
Məni çöldən çölə saldı, 
 
Hüseynim vay, 
Hüseynim vay! 
Qalıbdır peykərin yerdə,   
Hüseynim vay, 
Hüseynim vay! 
Çəkib qan yarüvə pərdə,   
Hüseynim vay, 
Hüseynim vay! 
Libasın qalmış əllərdə, 
 
Hüseynim vay, 
Hüseynim vay! 
 
Zeynəbin zəban halı 
Ey qızların gözdən atan Hüseynim, 
Tənuri-Xulidə yatan Hüseynim. 
Qudalidə başsız qalıb cənazən, 
Ey cisminə oxlar batan Hüseynim. 
Harda qaldı uşaqlar Hüseynim, 
Ağlar sənə qonaqların Hüseynim. 
Necə öpüm yaralı ləblərindən, 
Yaralıdır dodaqların Hüseynim. 

 
181 
 
Səkinənin zəban halı (Nöhə) 
Baba gəlmişəm sənə ağlayam, 
Öz əlimlə yarəni bağlayam, 
Bu Minada yasını saxlayam, 
Mənilə danış, gözü yaşlıyam. 
 
Ciyərim yanıb baba, gəlmişəm, 
Başıma qara baba , salmışam, 
Səni bu məkanidə tapmışam, 
Mənilə danış, gözü yaşlıyam. 
 
Baba quşvarəmi aldılar, 
Məni at qabağına saldılar, 
Həm soydular, həm vurdular, 
Mənilə danış, gözü yaşlıyam. 
 
Sinən üstə al Səkinəni, 
Eylə sərəfraz bu yetiməni, 
Niyə atmısan bu əzizəni, 
Mənilə danış, gözü yaşlıyam. 
 
Qızım, halüə özüm ağlaram, 
Bu yaralı qəlbimi dağlaram, 
Səni gəl bu sinədə saxlaram, 
Ayağın yarasını bağlaram. 
 
Hamı əmmələr soyulub, baba, 
Bacılar bu gün yorulub, baba, 
Mənə qamçılər vurulub, baba, 

 
182 
Mənilə danış, gözü yaşlıyam. 
 
Zeynəbin (ə) zəban halı 
Əllərdə Hüseyn,pər-pər olan gül sənə bənzər, 
Hansı bacının qardaşı ölsə, mənə bənzər. 
Hüseyn can, sənə qurban²! 
 
Düşmənlər içində ucadan ağlamaq olmaz, 
Fəryada gəlib qəmli ürək dağlamaq olmaz, 
Qardaş, bu qədər yarənı heç bağlamaq olmaz, 
Oxlar gül açıbdır, bədənin gülşənə bənzər, 
Hansı bacının qardaşı ölsə, mənə bənzər. 
 
Gülzarima bu çöldə müxalif yeli əsdi, 
Axır dözə bilməm, bu qədər qəm mənə bəsdi, 
Qardaş, de görüm əllərini kim necə kəsdi? 
Heç kafiri-mütləq belə bir düşmənə bənzər? 
Hansı bacının qardaşı ölsə, mənə bənzər. 
 
Həzrət Zəhranın (ə) zəban halı (rövzə) 
Aç gözünü gözəl bala, qanlı gözünlə bax mənə, 
Qəlbi sınan anan gəlib qətlgahında şivənə, 
Əl-ətəş, əl-ətəş dedin sən yıxılanda düşmənə, 
Çeşmə səlsəbildən su gətirib baban sənə, 
Rəf rəfe-naz edən açıb başını pa piyadadır. 
 
Fatiməyəm, bəlakeşəm, yoxdu Hüseyn, 
fərağətim, 
Ömrüm az oldu dəhridə olmadı istirahətim, 

 
183 
İrs yetibdi Zeynəbə qüssələrim, müsibətim, 
Dərgəhim odlanan günü oldu mənim qiyamətim, 
Zeynəbimin qiyaməti ərseyi-Kərbəladadır. 
 
Zeynəbin zəban halı (nöhə) 
Sirişgim oldu nisyan tək bu səhradə rəvan, 
qardaş, 
Oyan, köç eyləyir Zeynəb bu çöldən nagiran, 
qardaş, 
Quru yerdə yatan qardaş – oyan qardaş, oyan 
qardaş! 
 
Oyan əhvalıma bir bax əlimdə ixtiyar olsun, 
Görəm sənsiz cahanı bu məkanda tirə tar olsun, 
Rəva bilmə bacın bu ayrılıqdan əşgbar olsun, 
Oyan yorğun qatarı sal yola, ey mehriban qardaş, 
Quru yerdə yatan qardaş – oyan qardaş, oyan 
qardaş! 
 
Əlimdə çarə yox qardaş qəmilə əşgbar oldum, 
Bu çöldə səbrilə mən naqəyə axır süvar oldum, 
Gəlyədin sən özün dildə nə qədri intizar oldum, 
Gözüm yolda qalıb giryan, ürəkdə yox təvan, 
qardaş, 
Quru yerdə yatan qardaş – oyan qardaş, oyan 
qardaş! 
 
Ayırdı bülbülü güldən sitəmlə firqeyi-kafir, 
Düçari-nari-hicranda gülüstanda solan güllər. 
Oyan bir Zeynəbi dindir səni cani Əli Əsğər, 

 
184 
Fəda ol cismə ki, xarə cəfa eyliyib nəhan qardaş, 
Quru yerdə yatan qardaş – oyan qardaş, oyan 
qardaş! 
 
Qətligah (rövzə) 
Saət o saət oldu, məqsudə çatdı ləşgər, 
Fülkün-nicati-ümmət qudalə saldı ləşkər, 
Güşvari-ərş aldı ağuşə tirü-xəncər, 
Ya ləytəna turabən səsləndi ərşi-davər, 
Üz qoydu əhli-məna yeksər Minayə ğəlsin. 
 
Göndərdi Zülcənahı xərgahi-tahiratə, 
Miqati-eşqi gördü şayəstə əs-səlatə, 
Qan aldı dəstəmazın, naz eylədi Fəratə, 
Razü-niyazın etdi Xəllaqi-kainatə, 
Haqq aşiqi çox istər həmdü-sənayə gəlsin. 
 
Qan laxtası gözündə, qəlbində ox yarası, 
Doldurdu qətlgahı ya Rəbbəna sədası, 
Həml etdi müşkülatı ümmət gerəh-guşası, 
Ya Rəbb o sən bu əbdün və əhdimin vəfası, 
Xoşdur bərat Cənnəti əhli-vilayə gəlsin. 
 
Saribanın qətlgahda cəfası (nöhə) 
Ey badi-müxalif bu gözəl gülşənə əsmə, 
Başım kəsilib rəhm elə zalım, əli kəsmə. 
Ey Allah, ey Allah! 
Ey kafiri-mütləq, nə cəfa bəzmi qurursan, 
Axır niyə bir belə inad üstə durursan, 

 
185 
Gör hansı ələ xəncəri-bürrani vurursan, 
Qəlbində bu qəlbim kimi ey kaş dağ olaydı, 
Əlsiz yıxılan qardaşım əlan sağ olaydı. 
 
Ey mərdi-dəni qəm günü ğəmxarım, nolubdu, 
Bu çöldə necə yarü-həvadarım ölübdü, 
Nəhr üstə ucaboylu ələmdarım ölübdü, 
Əbbas ələmin indi alıbdır ələ Zeynəb, 
Qorxum budu əlan başım üstə gələ Zeynəb. 
 
Fikr etmə ölüb indi ki, sərdarı Hüseynin, 
Bu çöldə demə yoxdu həvadari Hüseynin, 
Zeynəb kimi var yaxşı ələmdarı Hüseynin, 
Kəsmə əlimi qoy qala sərbəstə bu mətləb, 
Başsız görüb, əlsiz necə görsün məni Zeynəb. 
 
Zeynəbin zəban halı 
Dönübdür qamətim qəmdən kəmana, 
Dəyibdir başıma çox taziyana, 
Təvəccüh eylə sən bu bağrıqana, 
Çıxar ərşə mənim bu dudi-ahım. 
 
Yoxumdur bir nəfər fəryada gəlsin, 
Adamsız mövqeyimdə dada gəlsin, 
Yanır xeyməm mənim, imdada gəlsin, 
Niyə gəlmir mənim ol sərsipahım? 
 
Hüseyn can, Zeynəbin gözdən atıbsan, 
Sənə qurban olum, qana batıbsan, 
Yaralı gün qabağında yatıbsan, 

 
186 
Gedib əldən təmamən izzü-cahım. 
 
Gələydi kaş anam Kərbü-bəlaya, 
Görəydi Zeynəbi düşmüş bəlaya, 
Ölüb qardaşları batmış əzaya, 
Edər daşa əsər bu suzi-ahım. 
 
Batıb qardaşlarım meydanda qana, 
Salıbdır Zeynəbi gözdən zamana, 
Solub güllər gedib gülşən xəzana, 
Nə vardır bir kəsim, nə dadi-xahım. 
 
Bu gülşəndə qızıl güllər solubdu, 
Əliyyu Əkbər və Qasim ölübdü, 
Ürəyim dərdü-möhnətlə dolubdu, 
Bu çöldə ey Xuda, sənsən güvahım. 
 
Zeynəbin zəban halı (rövzə) 
Alışıb xeymələrin oldu hava tirü-tar, 
Kərbəla dəştini yeksər bürüdü gərdü-ğübar, 
O çətin mərhələdə göz-gözü görməzdi nə var, 
O həyahuda edən himməti-mərdanə mənəm. 
 
Nə baxır pozulan halıma, nə göz yaşıma, 
Yox görürlər köməyim, çatmır əlim qardaşıma, 
Səslirəm dada səni qamçı vurullar başıma, 
Yeddi qardaşı ölən qəlbi dönən qana mənəm. 
 
Qorxuşur itrəti-taha gedib əldən köməyi, 
Xırdaca qızlarımın qana dönübdür ürəyi, 

 
187 
Od tutub yandı şirin dilli Səkinə ətəyi, 
Dedi gəl əmmə, yanan atəşi-suzanə mənəm. 
 
Birinin çoxdu ürəkdə qəmü-dərdü-kədəri, 
Birinin axdı o böhranda üzə əşki-təri, 
Birinin vurdular quş tək yıxılıb sındı pəri, 
Səslədi gəl baba, bu xanəvü-kaşanə mənəm, 
 
Biri tez-tez soruşur əmmə, babam hardadı bəs, 
Sitəmilə bizə axır bu cahan oldu qəfəs, 
Səslirəm hey əmim Əbbası mənə vermir səs, 
Şiddəti qüssədən ey əmmə, gələn canə mənəm, 
 
Düşdü dildən o del əfsurdə yorğun balalar, 
Çoxu az qaldı yanan xeymələr içrə yanalar, 
Necə izhar eyləyim qaldı nə hala analar, 
Qəm şəriki olan ol şəmi-pərişanə mənəm, 
 
Əl-qərəz xeymələrin qarət işi oldu təmam , 
Soydular hər nə vardı aparıb qövm-zəlam, 
Ürək istərdi gətirsin eylə bir yerdə dəvam, 
Dözən ənduhü-müsibati-fərəvanə mənəm. 
 
Biri gəhvarə gətirdi, birisi zər aparıb, 
Biri yandırdı yanan qəlbimi zivər aparıb, 
Biri güşvarə çıxardıb, biri mə`cər aparıb, 
Ələyən gözdən ürək qanını damanə mənəm. 
 
 
 
 
 

 
188 
 
Qarəti-xiyam (cuşi) 
Dadə gəl odlandı xiyam, Hüseynim, Hüseynim, 
Düşdü çölə əhli-hərəm, Hüseynim, Hüseynim! 
 
Oldu ürək tiri-qəmə nişanə, nişanə, 
Saldı bizi gözdən əcəb zəmanə, zəmanə, 
Qızlar olub dəşti-qəmə rəvanə, rəvanə, 
Kama çatıb qövmi züləm, Hüseynim, Hüseynim! 
 
Əhli-hərəm oldu bəla düçari, düçari, 
Şölə çəkib artdı ürək şərari, şərari, 
Ovçu necə damə salar şikari, şikari, 
Damə düşüb əhli-hərəm, Hüseynim, Hüseynim! 
 
Dildə mənim dərdi-dilim nihandı, nihandı, 
Xeymə yanıb izzətimiz talandı, talandı, 
Ey şəhi-din çarə elə amandı, amandı, 
Zülm eliyir əhli-sitəm, Hüseynim, Hüseynim! 
 
Qızlarının parçalanıb dodağı, dodağı, 
Sili dəyib nili olub yanağı, yanağı, 
Çoxlarının yarəlidir qulağı, qulağı, 
Yandırar afaqı bu qəm, Hüseynim, Hüseynim! 
 
Taqətü-aramımızı alıblar, alıblar, 
Qəlbimizə tiri-qəmi çalıblar, çalıblar, 
At döşünə qızlarını salıblar, salıblar, 
Şövkətimiz oldu behəm, Hüseynim, Hüseynim! 
 

 
189 
Ey şəcəri por səməri-risalət, risalət, 
Fəxridi alillahə bu şəhadət, şəhadət, 
Ölməmisən eylə kərəm, Hüseynim, Hüseynim! 
 
Ali-Əlinin pozulub nizamı, nizamı, 
Almış ələ indi ədu zamanı, zamanı, 
Yandırır odlarda qoşun Imamı, Imamı, 
Çarə qıl ey miri üməm, Hüseynim, Hüseynim! 
 
Taqətimi əldən alıb Səkinə, Səkinə, 
Gül kimi qəmdən saralıb Səkinə, Səkinə, 
Bilmirəm heç harda qalıb Səkinə, Səkinə, 
Ol gülü Siddiqəsiyəm, Hüseynim, Hüseynim! 
 
Dama düşübdür o gözəl qənari, qənari, 
Döndü xəzan oldu onun bəhari, bəhari, 
Düşsə gülüstanə əgər güzari, güzari, 
Sərvin edər qəddini xəm, Hüseynim, Hüseynim! 
 
Yoxdu dünyanın Hüseyn səfası, səfası, 
Çoxdu qəmi yoxdu vəli vəfası, vəfası, 
Nökərinin ərşə çıxıb nəvası, nəvası, 
Etdikcə nöhə rəqəm Hüseynim, Hüseynim! 
Şami-Qəriban (nöhə) 

Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin