Hüseynin (ə) Zeynəbə Əli Əkbər üçün
zəban halı
Doğrandı balam tapdı işim xatəmə, Zeynəb,
Də`vət eylə əhli-hərəmi matəmə, Zeynəb!
Sə`d oğlu Hüseyni necə gör qoydu müəttəl,
Baş açmağa, yas tutmağa ol sən özün gəl,
Aç qanlı əbanı ikimiz ağlayaq əvvəl,
Növrəstə cavan öldü, qocalmış ata qaldı,
Yumdu gözünü gözlərimin nurunu aldı,
Çaldı əl-ayaq can yetişib qanlı dodağa,
Mən ki, başı üstdən daha dura bilmirdim ayağa,
Öldü balam, Əbbas əmisi aldı qucağa,
Həsrətlə gözüm qalıbi bicana baxırdı,
Torpağa əbadan tökülən qana baxırdı.
Qurban kəsilər yoxdu sözüm kuhi-Minada,
Bu qədər cərahət görünüb hansı fədada,
Az yarəsi olsaydı gətirməzdim əbada,
Çoxdur yarası, heç birinin çarəsi yoxdu,
Başında olan yarəsi tək yarəsi yoxdu.
Bu qəmli xəbər xeymədə hər kimsəyə çatdı,
Pişvaza çıxıb əşgini xuni-delə qatdı,
Hər kəs yetişib qanlı əbaya Əlin atdı,
Ey vay Əli Əkbər səsi əflaka dayandı,
Tez huşa gəlib qəşş eləyən qızlar oyandı.
128
Güllər o pərişan çəmənə solmağa gəldi,
Ol- qanlı ürəklər yenə qan olmağa gəldi,
Su fikrini atdı hamı baş yolmağa gəldi,
Göz məşgini xunabilə doldurdu susuzlar,
Az qaldı müsibətdən özün öldürə qızlar.
Bə`zisi o qan ilə dolan gözlərin öpdü,
Bə`zisi dedi can, yaralı peykəri öpdü,
Bir xırdaca qız durdu onun əllərin öpdü,
Göz yaşlıların fe`linə, rəftarına baxdı,
Qanın götürüb əmməsi tək zülfünə yaxdı.
Əyləşmişdi övrət-uşaq qəlbi şikəstə,
Əbbasilə durmuşdu cavanlar ayaq üstə,
Oxşardı o növrəstə gülü hər iki dəstə,
Bir dəstə ayaq üstə deyirdi Əli eyvay,
Fövrən oturanlar da deyirdi ona lay-lay.
Çox şiddətlə ağladı Əbbasi-vəfadar,
Guya dilə gəldi eylədi bu sözü izhar,
Almağa sənin qanını şəmşirim, əlim var,
Bu eşqdəyəm dərdinə dərmanım olaydı,
Qardaşlarımla Əli,qurbanın olaydım.
Qasim də dilə gəldi axan göz yaşı üzdə,
Ayrılmağın imkanı yoxdur dedi bizdə,
Biz bahəm olaydıq gərək indi ikimizdə,
Sənsiz mənim aləmdə Əli, həmdəmim olmaz,
Amma sənilə yan-yana yatsam, qəmim olmaz.
129
Hüseynin Əli-Əkbərə zəban halı
Qan yaxılıb əllərinə şəhidim, şəhidim,
Noldu şirin dillərinə şəhidim şəhidim,
Ömrünü xəncər yetirib təmamə,təmamə,
Parçalanəb başda yaşıl əmamə,əmamə,
Dur səni Əkbər, aparım xiyamə,xiyamə,
Ağlaya nisgillərinə şəhidim,şəhidim.
Xaliqi-aləm özüdür güvahım,güvahım,
Rəhmət idi düşmənə hər nigahım,nigahım,
Haqq demişəm fateh olar sipahım, sipahım,
And ola kaküllərinə şəhidim,şəhidim.
Səf çəkən ətrafıma ox vurandı,vurandı,
Əşgim əli surətimə rəvandı,rəvandı,
Qanına meydanda üzüm boyandı,boyandı,
Yatma gedək ellərinə şəhidim,şəhidim.
Vay bala cismində varın cərahət, cərahət,
Düşməni-xunxar eləyib ədavət, ədavət,
Saldı səni Hüseyn yola səlamət, səlamət,
Şanə vurub tellərinə, şəhidim, şəhidim.
Qan verir ey hökmi-Xuda fədası, fədası,
Peykərinin torpağa hər yarası, yarası,
Gəldi anam Fatimənin sədası, sədası,
Ağlamışam güllərinə, şəhidim, şəhidim.
Verdi sənə tirü Sinan əziyyət, əziyyət,
Oldu nəsibin gözəlim şəhadət, şəhadət,
130
Ey gülü-əhmər yetişib müsibət, müsibət,
Qəmzədə bülbüllərnə, şəhidim, şəhidim.
Cəddimə bənzərdi gözəl camalın, camalın,
Mərdümi heyran elədi kamalın, kamalın,
Yandırır indi hamını məlalın, məlalın,
Uf ola qatillərinə, şəhidim, şəhidim.
Cameyi-ənduhü-qəmə büründüm, büründüm,
Yeddi qədəm peykərinə süründüm, süründüm,
Başın üstündə gəlib göründüm, göründüm,
Yandı ürək qəmlərinə şəhidim, şəhidim.
Yarəni gördüm ki, üzüm saraldı, saraldı,
Qəlbidə ənduhü-qəmim çoxaldı, çoxaldı,
Gözlərimin nuru oğul azaldı, azaldı,
Ağladı müşküllərinə, şəhidim, şəhidim.
Bayatı
Nə qədər Əkbərim sağıydı, Zeynəb,
Bağım səfalı bir bağ idi, Zeynəb,
Yıxammazdı ox məni qumlar üstə,
Məni yıxan onun dağıydı, Zeynəb.
131
Həzrət Qasimin (ə)zəban halı
cuşi
Gəl dadə, yetib başə əcəlim, can üstəyəm, ey
cananım əmi,
Gəl surətini qoy bir də görüm, qurban gözünə bu
canım, əmi.
Üç yaşımda mən qaldım atasız, Yəsribdə mənə
sən oldun ata,
Qardaş balasın, haşa əmisi bir ləhzə əmican
gözdən ata,
Sən olma riza xun delini, göz yaşə balın həsrətlə
qata,
Gəl qoy qədəmin bir an başıma, yetə peymanım,
əmi.
Almış əlinə üryan qılıncın, kəssin başımı cəlladi-
dəğa,
Qanlı gözümü qoyma nigaran imdadıma gəl,
qurban adına,
Mən müntəzirəm lütf eylə sən, bu qanə batan
ləblərdə dua,
Xaki-qədəmin xeymündə öpəm, olmadı mənim
imkanım, əmi.
Bir yarəli təhyu tək yıxılıb, bu qanlı Minada
qəmli balan,
Səyyadə düçar oldu əmican, bu dəşti bəladə
qəmli balan,
132
Ney misli Nəva eylir bilisən, bu dərdə fətadə
qəmli balan,
Hicrində sənin ərşə ucalıb hər ləhzə mənim
əfğanım, əmi.
Can üstə görüb bikəs balasın, qətlayə babam
tahada gəlib,
Alsın dizinə qanlı başımı mə`nada anam Zəhra
da gəlib.
Məzlum atam ilə cəddim Əli bu qətligaha imdada
gəlib,
Gəl pənctəni təkmil eylə sən, ümidim əmi,
cananım əmi,
Gəl şəhdü-şəhadət nuş edirəm, xoşdur görünə
məhbuba həbib,
Hicrana özün yaxşı bilirsən, bir ləhzə də, əmi,
yox məndə şəkib,
Balinimə sən qoysan qədəmin,qurbanınam ey
ruhani təbib,
Rahat verirəm cananıma can, çün həsinin olar
dərmanım, əmi.
Açdım eylə ki dünyaya gözüm, can vəqfi-rəhi-
Qur`an elədim,
Birdən on üç il bu saətə, mən qəlb evini alqan
elədim,
Peymanə vəsli meyl eləyib, peymanımı mən
payan elədim,
Təlx oldu mənim əvvəldə günüm, şirintərimiş
payanım əmi.
133
Əmisi Hüseynə (ə) xitabı
Ey atamdan mehriban,ey qəmgüsarım gəl, əmi,
Düşmüşəm meydani-qəmdə tacidarım gəl, əmi.
Eşqinin sərgəştəsi vəsl aləmi mədhuş olur,
Gəlməsən tiri-fəraqə qəlbi-zarım tuş olur,
Qıl qədəm rəncə çıraği Müctəba xamuş olur,
Ver şərəf qurbanə artsın iftixarım, gəl, əmi.
Sən xəlili-eşqisən bu yer Minayi-eşqidir,
Yarə xatir yaralanmaq xoş səfayi-eşqidir,
Olsa məqbul Xuda Qasim fədayi-eşqidir,
Xəncər altda nami-canandır şüarım gəl, əmi.
Ey Süleyman, qüssədən gəl xatirim azad ola,
Murəbi miqdarə bax qəmli könül ta şad ola,
Əkbərə qoşdun məni-zari evin abad ola,
Gözlərim qurban çoxaltdın e`tibarım, gəl, əmi.
Yaxşı bəhrə verdi bu az ömrünün sərmayəsi,
Başıma üç sinnidən düşdü səadət sayəsi,
Bəxtə bax öldüm əmoğlum Əkbərin həmpayəsi,
Şə`nimi artır bu saət şəhpərim, gəl, əmi.
Fikr qılma gəlməyindən ərzi-hacətdir nəzər,
Olsa zəhmətdə mənə əxzi-səadətdir nəzər,
Məqdəmin bus eyləmək birdə ziyarətdir nəzər,
Candı payəndazi-məqdəm əldə varım, gəl, əmi,
134
Qatilim namərdidir, yoxdur ümidim bir kəsə,
Zülmidə tə`cil edirsən gəlməmiş başım kəsə,
Ömrümün gülzarına az qaldı badi-qəm əsə,
Az qalır dönsün xəzanə növbəharım, gəl, əmi.
Halıma yox bir kəsim səndən sora sən tək yana,
Bu yanar oddan özün gəl Qasimi çək bir yana,
Xeyməmə həml eyləsən qoy Əkbər ilə yana-
yana,
Çün olub onuyla mənim gəştü-güzarım, gəl, əmi.
Lütf edib gəlsən bu saət başım üstə məqtələ,
Gözləri aydın görürsən, var çətin bir mərhələ,
Düşmənimdə yox mürüvvət kakilim almış ələ,
Suzi-ahımdan əyandır hali-zarim, gəl,əmi.
Mən yetiməm, xahişim salma yerə etmə məlul,
Başım üstə baş açıblar Murtəza ilə Bətul,
Sən buyursan Müctəba qurbanlığa oldu qəbul,
Səd bərabər artırar şə`ni-vüqarım, gəl, əmi.
Son nəfəsdə cani-Əsğər qalmayıb məndə şəkib,
Mərhəmət eylə mənə didarın olsun bir nəsib,
Aşiqəm mən, dərdimin dərmanı sənsən ey təbib,
Yoxsa bu müşgül, sənlə nə karım, gəl, əmi.
135
Səkinə anası Rübabə xitab
Durub Səkinə ağladı qucaqladı anasını
Dedi az ağla dərdinin gəzim tapım dəvasını,
Çıxıb oturdu xeymənin dəriçəsində didəmər,
Gözün silərdi dəmbədəm edərdi yollara nəzər,
Qaraltıdan zühur edib başında xonça bir nəfər,
Əşayiri salam ilə neşan virib vəfasını.
Qoyubdu xonçanı yerə öpübdü Zeynəbin əlin,
Dedi oyat qəza yesin bənati-xətmi mürsəlin,
Danışdı macərasının həm axırin həm əvvəlin,
Edibdi vəsf o gordüyü yaralının nümasını.
Verib qüzarişin çıxıb gedəndə xeymə-gahidən,
Görüb ki, bir çadır qurub Səkinə dudi-ahidən,
Yol üstə əyləşib axır sirişgi ruyi mahidən,
Əyildi öz balası tək öpüb Hüseyn balasını.
Dedi yemək gətirmişəm gər olsa meylü-rəğbətin,
Cavab verdi bir şərt ilə qəbulidir bu xidmətin,
Varımdı bircə xahişim yetişsə dəsti-himmətin,
Anam Rübab qəlbinin sağaldasan yarasını.
Dedi kiminə külfətin gərək nə xidmət eyləyə,
Buyurdu sürətilə sən özün yetir qəbiləyə,
Qəbilədən bir ac yatan uşaq gətir bu xeyməyə,
Anam Rübab əmizdirə öz oğlunun qəzasını.
136
Dedim xanım, xəcalətəm xəcil gedən gələnməyib,
Xəyal etmə külfətin sifarişin bəyənməyib,
Günortadan qəbilənin uşaqları süd əmməyib,
Süd ilə şirxarələr kəsibdi etinasını.
Nə vardı bilmirəm göyün tutub əza ay- ulduzu,
Nə var bu gün dönüb suyun dadı qəzaların duzu,
Uşaq ki, səhlidir hələ süd əmməyib qoyun-quzu,
Quzuları mələr qoyan mələr qoyub anasını.
İkinci müşkülüm budur əgər tapılsa südəmər,
Rübabə baxma hər ana baladan əl çəkər məgər,
İməkləyən balanı gör gecəylə kim qonaq verər,
Ki, sinə-pərvər eyləyib hərə öz aşnasını.
İmamın Əli Əsğərə zəban halı
Qoymaram məzarə Əsğər, səni ta qiyamət olsun,
Boğazın biçildi bari, bədənin səlamət olsun.
Bilirəm əgər bu çöldə səni qoysam məzarə,
At ayağı altda nə`şün olar onda parə-parə,
Vurular başın cidayə, yıxılar evim dübarə,
Deyiləm riza ərəbdə belə bidət adət olsun.
Ox atan görüm şil olsun, bu qədər şəqavət olmaz,
Hədəf eyləyib boğazın belə bir ədavət olmaz,
Boğazındakı yaran tək görürəm cərahət olmaz,
Necə tab edim, nə növi ürəyimdə taqət olsun.
137
Sənilən gərək qoyam mən o qədər dodaq-dodağə,
Tökülə sirişgi çeşmim sönə atəşi-əlaqə,
O qədər öpəm gərək dil yetə hədd iştiyaqə,
Mənə şəhdi-nab məqsəd anana niyabət olsun.
Şühədadan olsun Əsğər, gərək ali imtiyazın,
Odur eylərəm ziyarət, öpərəm bu gül boğazın,
Qoyaram yerə cənazən, qılaram özüm namazın,
Sənə imtiyazi-ali, mənə də ibadət olsun.
Qoyacaqlar dəfn edəndə səni sinəmə dübarə,
Sənilə gərək yetəm mən şərəfi-hüzuri yarə,
Əlim üstə mən aparam səni məclisi-nigarə,
Gərək aşiqin əlində güli ba təravət olsun.
Xoş olar təfaxür eylər analar oğul sözündən,
Danışmadın sən ananın iraq gözündən,
Səni görsə mən görən tək gedər onda o özündən,
Odu qorxuram qəmindən anana həlakət olsun.
Ananı məzəmmət etmə xətti-qəm çəkib nişanə,
Üzünü xəraş edərdin qoyub əllərin qəmatə,
Dolaşıb qəmati-bəndi səni eyləyib əhatə,
Əl-ayaq çalanmısan ta sənə mərg rahət olsun,
Dəmi-həşr olanda nə`şin əlim üstə saxlaram mən,
Qanının bahasın allam, hamını bağışlaram mən,
Sənə hər kim ağlayıbdır gərək onda axtaram
mən,
Olara bu pak qanın səbəbi şəfaət olsun.
138
Əli Əsğər, ey mübarək adı zeyni-bəzmi-matəm,
Vey olan gedayi-dərğəh sənə xosrovani-aləm,
Mən Münzəvidən etmə nəzərü-təvəccühün kəm,
Ki, bir az sözümdə ruhü-nəmək fəsahət olsun.
Anası Rübab
Susuzdan saralan gül Əli kim dərdi səni?
Niyə dərdi, niyə bəs üstümə göndərdi səni?
Güldə xəbəridi əgər dərdi niyə saxlamadı,
Üstümə yollayacaqmış niyə saf yollamadı,
Gördü rəngin saralıb xoşlamadı parçaladı,
Etdi məndən də özündən də əməl gərdi səni.
Rənginə, ətrinə xatirdi gülün müştərisi,
Ox biçib soldu Rübabın gül nilufərisi,
Sağ-sola parçalanıb öpdüyüm hülqün dərisi,
Bu hala qoydu südün dərdi, suyun dərdi səni.
Bağbanın suya satdı qanını Hərmələyə,
Şərti fəsxi yox idi istəməyən də bilə,
Pərpər olmuş gülü gətdi verə yorğun ləliyə,
Eylə yorğun xəllinin gözləri gözlərdi səni.
Gülü güldanda əkərlər verilər su o gülə,
Tutsa da tutmasa da rəsmidi yarpaq tökülə,
Altı aylıq gülidin Hərmələ döndərdi gülə,
Hər kəs olsaydı doyunca öpüb iylərdi səni.
139
Şəhri-Yəsrib becərən həzrəti-Taha gülüsən,
Qürbi-vəhdətdə solan rəbiyül-ə`la gülüsən,
Sən Hüseynin gülü, Zeynəb gülü, Zəhra gülüsən,
Ömrü zay olmuş anan sinədə bəslərdi səni.
Altı aylıq gülə ox üç, hər ox atan sinni də şəst,
Bildi hülqi gölu Zəhra dilinə etdi neşəst,
Ox biçəndə boğazı qoldan Hüseyn oldu şikəst,
Yaralanmış qola gül bərk elədi sərdi səni.
Suya qarğışçıdı müstəqbəlü-halü-mazi,
Nə südüm oldu, nə su oldu ölməyə razı,
Qələmin üç pər etmişdi Şüreyhi qazi,
Öldürən Hərmələ yox,qaziyi ləşkərdi səni.
İkini bir edib üç şöbəli peykan yarası,
Atdı fəvvarə kimi qan guya hülqün çalası,
Yaralı deyər sə`yilə həzrət Zəhra balası,
Can verəndə necə bəs qibləyə döndərdi səni.
Yalvarıram Əli qurbanın olum az cabala,
Yatmadın nə beşikdə, nə qucağımda bala,
Zindəginin şəhdidi gətdi zəhri qatdı bala,
Məni öldürmək üçün xeyməyə qaytardı səni.
Damara gərək baxıb qan ala mahir qan alan,
Almaz üç şöbəli peykanilə cani-can alan,
Bala Allahdır deyirlər şühədadan can alan,
O Hüseyn-dəndə Rübabdanda çox istərdi səni.
140
Yandım Allah balamı yandıranı yandırasan,
Qönçəmi qırdı mənim, rişəyi ömrüm qırasan,
Qəlbimə doldurub od, qəbrinə od qoldurasan,
Bizə Qur`andı din-xaliqi Əkbərdi səni.
Fələyin ki, bu qədər sabitü-səyyari var,
Ondan artıq ürəyimdə balamın yarəsi var,
Gördülər Fatimənin sən kimi məh parəsi var,
Gözilə oxladılar ləşkərin hər fərdi səni.
Sən ki, üç mərtəbə verdin Əli, dünyaya təlaq,
Ayrılanda dedim üç şöbəli oxdan gəz uzaq,
Gedisən babül-həvaic bala, Zəhraya qonaq,
Saxlayan sinədə Zəhrayi-mütəhhərdi səni.
Getdi qəm çəkdi yaxandan Əli, dünya əlini,
Qəmlərin qaldı çəkər həzrət Zəhra gəlini,
Nə gedərsən su dalıyca, nə qə hülqün dilini,
Qorxma sirab eliyən saqiyi-kövsərdi səni.
Raci, nökərlik adın sən haçan qoyubsan özünə,
Necə nökər sən ola, daş başına, kül gözünə,
Yövmi-məhşərdə sözün var baxalar ta sözünə,
Şayəd oddan çəkə bilsə Əli Əsğərdi səni.
Oxşama
Oğul Əli, qəlbi qəmlə sıxaram,
Qatil evin ahım ilə yıxaram,
Doyunca ağlayammadım bu çöldə,
Əvəzini Mədinədə çıxaram.
141
Dərk etmədim işarəni doyunca,
Oxşamadım ox yarəni doyunca,
Dilsiz getdin sənə dil öyrətmədim,
Tərpətmədim gəhvarəni doyunca.
Könlüm istər sınan könlüm alan gəl,
Səhni-sərada qoyma tək qalam, gəl,
Üzü gülüş alanı səhər tək aydın,
Dodaqları baldan şirin balam, gəl.
Oxşama
1
Qəm yeli əsər gedər,
Səbrimi kəsər gedər,
Hansı südəmər bala,
Anadan küsər gedər.
2
Göz yaşım rəvanədi,
Üzdə danə-danədi,
Köynəyin bu sinədə,
Həşrədək nişanədi.
3
Qanına batan Əli,
Məqsədə çatan Əli,
Nənəni ağlar qoyub,
Qəbridə yatan Əli.
142
Oxşama
1
Sənə nolubdu balam,
Rəngin solubdu balam,
Oyan bir dur yuxudan,
Döşüm dolubdu balam.
2
Laylay balam, can balam,
Mən sənə qurban, balam,
Sən ağlayanda,oğul,
Gözüm ağlar qan, balam.
3
Balamı tanıram mən,
Hər sözün qanıram mən,
Yuxuda ah çəkəndə,
Od tutub yanıram mən.
İmam Hüseynin (ə) zəban halı
Üz tutub nəhri-Fərat üstə dedi gəl, qardaş,
İndi Əbbas, uzun qolların hacətdi mənə. Aparıb
qan əlim üstündə bu dilsiz balanı,
Lazım hər vəqtidə əs-saə himayətdi mənə.
Mən xəcalət zədəyəm xeyməyə qardaş, sən apar,
Sənin olmağın əqəllən, yenə qüvvətdi mənə.
Yeddi qardaş səsi mə`nada gözəl qardaşına,
Bədəni titrədi, ərz etdi səsin çatdı mənə.
Əlin üstündə balan aləmi yandırma, Hüseyn,
Hər qəmindən ağır əs-saə bu möhnətdi mənə.
Yox əlim yarəli yorğun balanı əldən alam,
Belə fikr etmə Hüseyn, zərrə əziyyətdi mənə.
143
Yaralı sinəmin üstə qoy Əli Əsğərini,
Oğluna həmdəm olum indi ki, fürsətdi mənə.
Bəlkə əfv eyləyə şərməndə Əbəlfəzlia,
Yoxsa hər bir baxışı şərmü-həlakətdi mənə.
Rübabın zəban halı
Qəlb odun etmir xamuş mənim ağlamağım,
Qüssəmi ya ki,azaltmaz bu ürək dağlamağım.
Mənə çox nisgil olub əllərini bağlamağım,
Razıyam sən məni xidmətdə gəlib saxlayasan,
İxtiyarında qoyam sinəmi dırnaqlayasan.
Sübhəcək mən oyaqdım Əli uzlduzlar ilə,
Baş-başa vermişdim oğlum, oğulsuzlar ilə,
Boyunu oxşamışam mən atasız qızlar ilə,
Yandıqca qəmivə qəlbi Rübabın alışıb,
Yatmayıb,Hərmələnin üç pər oxundan danışıb.
İmam Hüseynin (ə) zəban halı
Ağlama Əli, saxla naləni ruzi-məhşərə, ey
bizəban oğul,
Zəhərli oxa tab edənməzsən, eyləyib səni
natəvan,oğul.
Əlləri şil olsun o zalımın, oxladı qucağımda
hülqüni,
Çox cəsarətlə dil açmamış, Hərmələ sənin kəsdi
nitqini
144
Halına neçə baxəbər edim madərin Əli Zeynəb
əmməni
Gözlyəir səni xeyməgahidə indi madəri-
mehriban, oğul.
Yoxdu bir kəsim nə`şini ala bu qana bələnmiş
qucağımdan,
Mən səni səlamət gətirmişəm bu məkana Əsğər
xiyamidən,
Getmərəm xiyamə, yanır ürək, olmuşam xəcalət
Rübabidən,
Yandırır sənin nisgilin məni, eyləmə əninü-əfğan,
oğul.
Sinə Rübab bəlakeşə virdi-vəsli ümidi saçmadın,
Od vurar deli-por şərarimə, çun ana deyib bir dil
açmadın,
Xırdaca uşaqlar kimi Əli, sən mənim qabağımda
qaçmadın,
Biçdi hülqünü Hərmələ atan tiri-üç pər cansitan
oğul.
Şahi-Kərbəla o zaman durub xəstə halilə yetdi
xeyməyə,
Əllərində Əsğər cənazəsi səs gəlib Hüseyn, getmə
xeyməyə,
Qaytar öz əlinlə məzar qaz poşti-xeymədə, fovri
dəfn elə,
Görsə Əsğərin binəva Rübab səsləyər deyər dildə
can oğul.
145
İmamın zəban halı
Zeynəbim, gəl al əlimdən təşnə ləb qurbanı
gətdim,
Əllərin üstündə indi Əsğəri-peykani gətdim.
Qızıl qana batdı - oxa gəldi yatdı.
Dilsizim gördüm ətəşdir, istədim su əhriməndən,
Su içib aram ola şayəd dedim rəncü mühəndən,
Hərmələ şərm etmədi amma nə xaliqdən nə
məndən,
Üç pər ox saldı nəfəsdən, ahuyi-Zəhranı gətdim.
Ox dəyib diksindi fövrən gözlərin açdı sitarəm,
Bir oxa etdi təbəssüm, bir mənə baxdı həzarəm,
Söylədim yat dincəl oğlum, dərdinə yox ayrı
çarəm,
Südəmər qurbanımın çıxdı əlimdə canı, gətdim.
Zəhməti-eşqə dözüb mən etmədim haşa gilayə,
Eylədim töhfə tədarük sahəti-qüdsi-Xudayə,
Qanını ucumda tutdum şövqilə səpdim səmayə,
Şirixarın qanı oldu eşqivin bürhanı gətdim.
Oxşama
Mən Rübabəm, xanım Zəhra gəlini,
Dağıtdılar evimin get-gəlini,
Mən bilsyədim Əsğərim oxlanacaq,
Axır gecə bağlamazdım əlini.
146
Mən Rübabəm, taqətimi almayın,
Quzu qurbanımı yada salmayın,
Ey xanımlar bari bizə gələndə,
Qucağıza körpə uşaq almayın.
Mən Rübabəm, dərdim ələn olmadı,
Başıma nə bəla gəldi bilən olmadı,
Şami-qəriban axşamı su içdim,
Döşümə süd gəldi əmən olmadı.
Ulduzum axdı getdi.
Qəlbimi yaxdı getdi,
Əsğərim ayrılanda,
Həsrətlə baxdı getdi.
Lay-lay gülüm ağlama,
Ürəyimi dağlama,
Yat anan qurban sənə,
Qılbimi çox dağlama,
Mən açmaram bu başımdan qarəni,
Bağlamadım peykan biçən yarəni,
Dayıların bir gün gəldi vətənə,
Tanımadı oğlu ölən nəni.
147
Rübabın zəban halı
Səni etdi bu zəmanə oxun aşinası,lay-lay,
Bilirəm çox incidibdir boğazın yarası,lay-lay.
Bu gecə səhər olunca vay oğul demək mənimdi,
Qara torpaq üstü oğlum, mənim indi
məskənimdi,
Mənə qaldı qanlı qundaq ki, nişani-gülşənimdi,
Əli,sənlə getdi oğlum oynayan səfası, lay-lay.
Yorular qoşa şəbihim qəm əlində dil şikəstə,
Bu kəmənd cəm edibdir quru canı bəndə bəstə,
Necə bu fələk balanı həm ananı etdi xəstə,
Ucalıb xeymədə Əsğər ananın nəvası, lay-lay.
Balası yanında ahu mələşir gecə zamanı,
İraq oxçular gözündən dolanır bu Kərbəlanı,
Üzü gülməsin cahanda sənə üç pər ox atanı,
Qoy axan sirişkim olsun yaranın dəvası,lay-lay.
Əli, bu anan vətəndə dəxi kölgə yerdə qalmaz,
Əlinə sərin su camın sənə xatir oğlum, almaz,
Dəxi bir də şali qırmız başına ölüncə salmaz,
Biləyin qanı olubdur başımın hənası, lay-lay.
|