MƏRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix27.09.2019
ölçüsü2,94 Mb.
#29266
1   2   3   4   5   6   7   8   9   ...   12
mersiyeler-1509550192

Kərbəla 

Adın dillər əzbəridir, Kərbəla! 
Ürəklər olub qan,Kərbəla! 
Torpağın kimya, Kərbəla! 
Kərbəla, Kərbəla, Kərbəla! 

Qəmlisən, bir adın neynəva, 
Sənə çoxlar deyir Kərbəla, 
Türbətin olub xaki-şəfa, 
Fəxr eylə hər zaman, Kərbəla! 

Səndə gülzari-taha soldu, 

 
43 
Əşki-həsrətlə gözlər doldu, 
Su dönüb başdan başa qan oldu, 
Yandı cavan və qoca, Kərbəla! 

Yandırar möhnətin dünyanı, 
Ağladar hər zaman Zəhranı, 
Dərbədər eylədin əhli hərəmi, 
Oldu bi xaniman, Kərbəla!  

Tuşəyi-qəm əşcəi-nas oldu, 
Namurad qolsuz Əbbas oldu, 
Təşnə ləb verdi can Kərbəla! 

Səndə Əsğər nə kamə çatdı, 
Nə dil açdı nə bir boy atdı, 
Su yerinə içib qan,yatdı, 
Qundağı oldu qan, Kərbəla! 

Zülmü-əşrarə bu söz bəsdi, 
Gör Hüseyn başını kim kəsdi, 
Əl aman əl aman,Kərbəla! 

Səndə Zeynəb töküb göz yaşın, 
Qüssəvü-qəm ağartdı  başın, 
Tapdı qudalidə qardaşın, 
Etdi ahü-fəğan,Kərbəla! 

Səndə çox-çox dürrülər yandı, 
Xeymələr zülmülə odlandı, 
Zeynəbin qolları bağlandı, 
Məhşər oldu əyan, Kərbəla! 
 

 
44 
Məhərrəmin yetişməsi 
Nohə 
Yetişdi Məhərrəm açıldı pərçəm,          Quruldu 
bəzme-əza Əbulfəzl. 
Nəvayi-zümzümə sədayi-əlqəm,          Axanda 
səslər ki, ya Əbulfəzl! 
 
Ürəkdə dağlar, kiçik uşaqlar geyiblər yeksər qara 
libası, 
Hər evdə bərpa olub təkaya yenə quruldu 
Hüseyn əzası, 
Gəliblər şövqə deyillər nöhə, düşübdü şəhrə əza 
sədası, 
Nəvayə bir bax, əzayə bir bax, deyillər müşgül 
quşa Əbulfəzl. 
 
Havada morğan, gəzəndə pəran,   Vuranda 
şəhpər Hüseynə ağlar, 
Çəməndə lalə, gül üstə jalə, əsəndə sərsər 
Hüseynə ağlar, 
Deyir firiştə, dəri behiştə çəkildi yeksər qara, 
Əbulfəzl.  
 
Nöhə 
Gəlin əzizan, ürək olub qan, yenə Hüseynin əzası 
gəldi, 
Hüseynə qurban, öləndə ətşan, başının üstə anası 
gəldi. 
 

 
45 
Gəl ey Hüseynçi,bir il deyərdin, Məhərrəm olsun, 
Məhərrəm olsun. 
Çəkildi ərşə Hüseyn qarası, əzayə qəlbin 
müsəmməm olsun, 
De ki, Hüseyn vay, qərib ağam vay, mənə əzada 
qəm həmdəm olsun. 
Ürəkdə dərdin kim etdi izhar, ona Hüseynin 
dəvası gəldi. 
 
Bu ayda yaran bəla çölündə,Əliyyi əkbər cihadə 
getdi, 
Verildi Zeynəb zəbihi-Zəhra qətil olunsun 
minadə getdi, 
Tapıb şəhadət o gün minadə, xiyamə cismi əbadə 
getdi, 
Hüseyn buyurdu deyin Anaya, xiyamə ziba 
balası gəldi, 
 
Bu ayda Qasım gedib cidalə, anası ağlar dalıyca 
qaldı, 
Töküldü ə`da araya aldı, çəməndə gül tək solub 
saraldı, 
Yetişdi dada ölən çağında, başın diz üstə əmisi 
aldı, 
Anası onun edəndə didar, qəmli ürəkdə nəvası 
gəldi. 
 
Bu ayda gördü susuzlar ağlar, gətirdi məşg və 
liva Əbulfəzl, 
Gedib Fəratə vurubdu pərçəm, susuz çıxıbdı ağa 
Əbulfəzl, 

 
46 
Durubdu yolda gələndə ə`da görübdü qoldan 
yara Əbulfəzl, 
Ürəkdə dərdin kim etdi izhar, ağam Əbulfəzl 
dərmanə gəldi. 
 
Bu ayda şiə, susuzluğundan Əliyyi Əsğər dodağı 
yandı, 
Gedib su alsın o gün ədudən, vuruldu peykan 
qana boyandı, 
Süzüldü gözlər minadə qəmli, bala, qucaqda atan 
dolandı, 
Bətule əthər açıbdı mə`cər, Hüseynə can-can 
sədası gəldi. 
 
Cuşi 
Səs düşdü əhle- aləmə mahe əza gəldi, 
Ey Kərbəla, amadə ol, şahe-hüda gəldi. 
 
Mahi-Məhərrəmdir sənin dəştin olub gülşən, 
Mənzil edib səndə Hüseyn, ey vadiyi-iymən, 
Qoyma Fəratə əl tapa birəhm dövri-düşmən, 
Bir karivan mehman sənə, ey Kərbəla gəldi. 
 
Dəryayi-rəhmətdən çıxıb bir gövhəri-almas, 
Hətta ola bilməz ona tay Xızrlan İlyas, 
Zülmətə nur əfkən salub bədrüd-duca Əbbas, 
Nəsrun minəllah pərçəmli sahib-liva gəldi. 
 
Qoydu qədəm topraqına şahi-mülkü-leşkər,    
Səyyareye-şəms və qəmər Qasım, Əliyyi-Əkbər, 

 
47 
Məhmildə banuyi-hərəm, gəhvarədə Əsğər, 
Zəhra qızı Zeynəb kimi bir məhliqa gəldi. 
 
Aydın deyim axır sənə, ey Kə`beyi sani, 
Şam əhli ağlar qoymasın biçarə  anani, 
Qoyma gətirsin məqtələ Sə`d oğlu Zəhrani, 
Cam əldə, bir üç yaşda qız dildə nəva gəldi. 
 
Qoyma hərəmində sənin Şümr eyləsin tüğyan. 
Tavusi-zərin, çətrlərin  olmasın giryan, 
Qoyma siphər izzətə səyyad ata peykan, 
Şəhpər açıb gülzarına fövci hüma gəldi. 
 
Tapdın məqamü mənzilət ey dəşti-mehmandar, 
De kəsməsin qovmi əsəd yol üstə qurbanlar, 
Yetmiş iki can verməyə gül üzlü qurban var, 
Yasə batmış, həyatı qüssə-nəva gəldi. 
 
Yaz Nadiri, aləm bu gün geymiş qara ağlar, 
Əl qoltuğunda mərdo zən, şaho-gəda ağlar, 
Güya Məhərrəmdir yenə ərzo-səma ağlar, 
Sahibe-əzadır məclisə, xeyrun-nisa ağlar. 
 
Sinəzən və cuşi 
İmam Zamana (ə.c) xitab 
Yenə quruldu cəddinə əzası, yəbnəl-Əsgəri! 
Çəkildi ərşo-fərşidə qarası yəbnəl-Əsgəri!  
 
Vuruldu zəngi tə`ziyət yetib xəbər Peyğmbərə, 
Hüseyninin əzasıdır çəkildi qarə göylərə, 

 
48 
Asıldı qanlı köynəyi fəraze-ərşe davərə, 
Qoyuldu göydə tə`ziyət binası, yəbnəl-Əsgəri!  
 
Min üç yüz ildi ağlarıq yarasına dəva ola, 
Deyillər bir yarsası var ona çətin şəfa ola, 
Gərək sənin zühuruna gecə-gündüz dua ola, 
Qalıb sənə ürəkdəki yarası yəbnəl-Əsgəri!  
 
Hər il qara geyəndə biz xülus və etiqadilə, 
Bir iddəyi-yəhud-xu baxır bizə inadilə, 
Nə fərqi vardır Şümrilə Übeydibni-Ziyadilə, 
Vurar bizə o kəslər dil yarası yəbnəl-Əsgəri! 
 
Necə dayanmısan ağa, sükutü  helm o-səbridə, 
Gəlibdi təngə Şiələr kəməndi-zülmo-cəbridə, 
Qalıb Rübabın əlləri ürək başında qəbridə, 
Zühurun eylər arzu duası yəbnəl-Əsgəri! 
 
Eşitmişik çox ağlarsan həmişə sən bu mətləbə, 
Sataşdı qızların gözü necə o qanlı mərkəbə, 
Fəğan əz-zəlimədən yetirdi rəmzi Zeynəbə, 
Ucaldı ərşə va Hüseyn sədası yəbnəl-Əsgəri! 
 
Ucaltdı başdan əllərin o pakizad Heydəri, 
Qabaqda şəhriyare-qəm, dalıyca düşdü, ləşkəri, 
Görüb qara ləçəkləri əsibdi Şümrün əlləri 
Salıbdı Şümri vəhşətə nidası, yəbnəl-Əsgəri!  
 
Çağırdı yəbnə-zaniyə, əyuqtəlu rəcauna? 
Ümidimizdi bu Hüseyn, dayan, eyvan xarab ola, 
Nə Zeynəb etdi vahimə, nə Şümri qıldı e`tina, 
Qalıb arada kuyi-həqq fədası, yəbnəl-Əsgəri!  

 
49 
 
Salıb təvan və tabdan Hüseyni şiddəti əməl, 
Xiyamo-qətligahidə iki imam edibdi qəş, 
Vücudi-höccətə görə xanım çox etdi keşməkeş, 
Əlindən öpdü Fatimə-anası, yəbnəl-Əsgəri! 
 
Görüb ki, Şümr baxmadı sızıltıyla tərənnümə, 
Tutub zəbəski, qan gözün çətin gələ tərəhhümə, 
Qaçıb əmiri-ləşkərin sorağına, təzəllumə 
Ki bəlkə Şümrün əsgilə cəfası, yəbnəl-Əsgəri! 
 
Yetişdi ibn Sə`dilə müqabil oldu rubəru, 
Dedi Hüseyni öldürür bu Şümri-şum fitnəsi, 
Müzayiqə gəl eyləmə üzündə olsa abiru 
Məgər qoyardı başda Rey həvası, yəbnəl-Əsgəri! 
 
Buyurdu heç yadında var babam Əli xilafəti, 
Vuran zaman vücuduna hüdude şəri- zərbəti, 
Çıxıb yadından ey əcəb Hüseynimin vəsatəti, 
Deyib bu dərdə olmadı dəvası yəbnəl-Əsgəri! 
 
Yetişdi onda bir nəfər şitabilə sərasimə, 
Dilində əl-bəşarə və ürəkdə xovfu-vahimə, 
Əmir müjdə ver tapıb Hüseynin əmri xatimə, 
Pozuldu onda əmmənin nüması yəbnəl-Əsgəri! 
 
Xanım qayıtdı məqtələ dübarə qəsdi-qürbətə, 
Təvafi-nafi Kə`bəyə fəziləti-ziyarətə, 
Öpüb kəsik boğazını gəlib kəmali-riqqətə, 
Təkan verib Mədinəyə bükası, yəbnəl-Əsgəri! 
 
 

 
50 
Həmin Hüseyndi bu baba, anam çəkərdi nazını, 
Sinəndə əyləşib sənə deyərdi hər niyazını, 
Həmin Hüseyndi görmüşəm öpəndə sən 
boğazını, 
Dedi-dedi ucaldı hey nəvası, yəbnəl-Əsgəri! 
 
Cavab gəldi Zeynəbə çox eyləmə fəğan, bala, 
Gərək bu qan belə qala, gələ o qan alan, bala, 
Gətirdi şurə Zeynəbi bu söz, çağırdı can bala, 
Hayandasan Hüseynimin balası, yəbnəl-Əsgəri! 
 
Qundaqı ərşə gedən (cuş) 
Qundaq ilə ərşə zinətdir Hüseyn, həşridə babi-
şəfaətdir Hüseyn! 
Sərvəri-azad mərdani-cahan milləti dünyaya 
izzətdir Hüseyn!  
Qəlbidə gizli məhəbbətdir Hüseyn, xəlqə 
misbahi-hidayətdir Hüseyn!  
Mayəyi-ənduh və möhnətdir Hüseyn, sayeye-lütf 
və inayətdir Hüseyn! 
Payəyi-ədl və şəfaətdir Hüseyn, hər əməldə şərti-
sihhətdir Hüseyn!  
Rəmzi-rəhmət, ruhi taətdir Hüseyn, bəhri-cud, 
əbri səxavətdir Hüseyn 
Şahi-iqlim səadətdir Hüseyn, mahi-əflak 
fütüvvətdir Hüseyn! 
Meyvəyi-nəxli nübüvvətdir Hüseyn, şirəyi-
bustani-ismətdir Hüseyn! 
Buyi-ətri-bağı-cənnətdir Hüseyn, cuyi- nəhri-
şəhri qüdrətdir Hüseyn! 

 
51 
Mərdi-meydani-şücaətdir Hüseyn, fərdi divani 
fəsahətdir Hüseyn! 
Şe`ri-pur şuri-lətafətdir Hüseyn, nəsri mənsuri-
bəlağətdir Hüseyn! 
Tərhi-bəzmi-arayi-möhnətdir Hüseyn, şərhi-
ənduh və müsibətdir Hüseyn!  
Mehri-rəxşani-vilayətdir Hüseyn, çehryi-zibayi-
imamətdir Hüseyn! 
Şafei-ruzi-qiyamətdir Hüseyn, dafii-üsyani-
ümmətdir Hüseyn! 
Ruzi-məhşər Allah əmri ilə yəqin, mayei-əfvo-
şəfaətdir Hüseyn!  
 
 
*            *               *               *            *               * 
Hər kəs ola sidq ilə əzadarı Hüseynin, 
Məhşərdə bağışlar onu Qəffarı Hüseynin. 
Lütf eylə Xuda, bağlı qalan yollar açılsın, 
Bir vəqfe ola şövq ilə əzadarı Hüseynin. 
 
Əl çəkmərəm ömrümdə Hüseynin ətəyindən, 
Olam del və canilə fədakarı Hüseynin, 
Məcnun səgi-Leylinin öpərdi ayağından, 
İzzətlidi həqqa, səgi-dərbarı Hüseynin. 
 
 
 
 
 
 
 
 

 
52 
 
Kərbəlada imtahan verəm 
Bu yerdə mən gərək bacı bəlaya imtahan verəm, 
Özüm, köməklərim susuz bu çöldə təşnə can 
verəm. 
 
Bu yer o yerdi daima həqiqətin binasi var, 
Bu yer o yerdi Zeynəbin həvası yox,bəlası var, 
Bu yer o yerdi zahirən ki, qorxulu havası var, 
Nihali-dinə burda mən gərəkdi təşnə can verəm. 
 
Bu yer o yerdi doğranar mənim hamı 
köməklərim, 
Bu yerdə çulğanar qana, bacı, yəqindi Əkbərim, 
Əlimdə çırpınar ölər, boğazı qanlı Əsğərim 
Bu dinə Xaliq istəyib uşaq verəm, cavan verəm. 
 
Bu çöldə əşqiya vurar şərər yanar bu xeymələr, 
Qaçar Səkinə çöllərdə susuz qalar, yanar,mələr, 
Bu yerdə tiri-zəhrigin ürək başın yarar, dələr, 
Bu sinəm üstə oxlara rəvadı mən məkan verəm. 
 
Bu yer o yerdi Xaliqə Hüseyninin niyazı var, 
O qətligahidə açar ki, qanlı canamazı var, 
Vüzusu qüslü qan olar, o qan ilə namazı var, 
O qan ilə namaz ilə cahanı mən təkan verəm. 
 
Bəlalı yer mənimkidir, bəlaya aşiqəm özüm, 
Sinəmdə at çapar qoşun, yaraya aşiqəm özüm, 
Sözüm qanım həqiqidir Xudaya aşiqəm özüm, 

 
53 
Bu qanilə ədaləti səzadi mən neşan verəm 
 
Üzüm yaralı qiblədə ibadət aşinasiyam, 
Vəleyk əbdi-həqq mənəm, itaət aşinasiyəm, 
Şəhidi-rahi-vəhdətəm, şəhadət aşinasiyam, 
Gərəkdi məndə eşqilə şəhidi-cavidan verəm. 
 
Şəriki-nehzətik bacı, verək mənilə əl ələ, 
Bu din yolunda qan verəm, ürək bu yerdə 
dincələ, 
Qoşun həyalı qızları, bacı, çəkəndə məqtələ, 
Gedəndə Kufəyə gərək dalızca mən azan verəm. 
 
Başlanıb əza Hüseynə 
Görsənib hilali-matəm, başlanıb əza Hüseynə, 
Baş açıb Rəsuli-əkrəm, ağlar ənbiya Hüseynə. 
 
Doldurub cahanı şivəni, masəva batıb məlalə, 
Ovc edibdi taqə ərşi-fərşidən fəğan və nalə, 
Əyləşib qübari-möhnət barigahi-zül-cəlalə, 
Nohə fələkdən eyliyiblər bəzmi-qəm bina 
Hüseynə. 
 
Baş açıb gəlib nəvaya bağıcənnət içrə Zəhra, 
Həmsəda olub Bətulə Məryəm və Xədicə, Həvva, 
Fərş olub bəsati-matəm, bəzmi-şəm olub 
mühəyya, 
Ölməmiş əza tutublar şahi-Kərbəla Hüseynə. 
 
Namələr yazıb bu ayda Kufiyani bi mürüvvət, 
Etdilər şəhi hicazı dəşti-Kərbəlayə də`vət, 
Bağlayıb rəhi-Fəratı qaldı təşnə Ali-ismət, 

 
54 
Babi-cövr və zülm açıldı sibti-Mustəfa Hüseynə. 
 
Zülmilə əl üzdü Ovn və Fəzl və Cəfərindən, 
Yadigari Müctəbadan mahi-parə Əkbərindən, 
Dini-həqq yolunda keçdi şiri-xarə Əsğərindən, 
Ağladı o gündə yeksər qovmi-əşqiya Hüseynə. 
 
Kəsdilər susuz qəfadan vurdular başın cidayə, 
Baş açıb anası cəddi gəldi dəşti-Kərbəlayə, 
Va Hüseyn səsi ucaldı taqi-ərşi-kibriyayə, 
Qətligahda oldu bərpa məclisi əza Hüseynə. 
 
Kərb və bəla kəlməsinin tə`vili 
Kərbəla bir kəlmədir, amma iki mə`nası var, 
Qəm-bəla ilə mürəkkəb kəlmə bir əzası var. 
 
Kərb bir mə`nası qəm, yə`ni o səhranın qəmi, 
Cəm o səhraya olubdur kulli-dünyanın qəmi, 
Külli-dünyanın qəmi fərzəndi-Zəhranın qəmi, 
Bu qiyasolmaz Hüseynin möhnəti-üzması var. 
 
Sikkə qan Kərbəla bazarının simuzəri, 
Qəm-bəladan qeyri yoxdur bir mətai-digəri, 
Bir hicazın padişahıdır Hüseyn sövdagəri, 
Nəqd-can əldə gəlib Allah ilə sövdası var. 
 
Kərbəla yə`ni o yerdir cəm olubdur hər bəla, 
Var cahanda hər qədər qəm hərçe sərtasər bəla, 
İttihad eyliyib qəmilə adı qalmış Kərbəla, 
Orda qəmlər şurişi,orda bəla sövdası var, 

 
55 
 
Kəlmənin var altı hərfi, misli-helm və səbridir, 
Səbr və helmin sahibi ol altıguşə qəbridir, 
Bəs niyə hər göz görür ol qəbri misli- əbridir, 
Çünki, əbrin barişi eşqi-çəmənarası var. 
 
Altı hərfi eyləsən tə`vil,var mənası çox, 
Şərh olunsun nəzmilə bir bəndidə imkanı yox, 
Kaf ibarət kargər bir yarədir üç şöbə ox, 
Qəlbilə aya oxun heç bir gərərun yarası var. 
 
Ra ibarətdir rəiyyət misli dərya etdi cuş, 
Aldılar şahı araya eylədilər nizə puş, 
Bir nəfər məzrubi zarib yüzmin ə`da eylə guş, 
Vay mənə, hardan Hüseynin saf qalan ə`zası 
var?! 
 
Ba əvvəl, başını Şümri-dəğa ol kəsib, 
Bai-sani xırdaca barmağını Bəcdəl kəsib, 
Gördü üryan, yox libası,saribanı əl kəsib, 
Nə`şi üç gün qaldı yerdə ayrı tur inşası var. 
 
Lam lazımdır deyilsin can verib ləblər susuz, 
Zibh olub həncər susuz, zibh eyləyib xəncər 
susuz, 
Əlif ibarətdir olub Əkbər susuz, Əsğər susuz, 
Qəhti-ab oldu o səhrada ki, süd riyası var. 
 
Altı hissə oldu nə`şi, birbəbir oldu bəyan, 
Şimr apardı başını, bir cüft əlini sariban, 
Bəcdəl öz səhmiyəsin beş müncisin fərz eylə qan, 
Altıncı nə`şidir qudalidə süknası var. 

 
56 
 
Altı qismət bir bədəndən qarət oldu caməsi, 
Getdi nə`leyni ayaqdan, başidən əmmaməsi, 
Bir əbadır bir üzük, bir pirahən bərnaməsi, 
Bir də İran yadigarı adı Nuh iması var. 
 
Altısı mahi-məhərrəmdən olundu səddi- ab, 
Altı aylıq südəmər oğlu susuzdan del kəbab, 
Altı qardaşlar qəmi qəlbində ol alicənab, 
Altı yandan üstünə qəm fovcunun peydası var. 
 
Altı sərkərdə edib bu iddianı həmnəfəs, 
Mən şəhid etdim bu məzlumu nəinki qeyri-kəs, 
Şümr və xuli hərmələ kə`b və sinan ibn Ənəs, 
Qatili-Əkbər deyər qatil mənəm də`vası var. 
 
Başını zibh etmişəm Şümr ibn Zil-covşən deyir, 
Taqətin nizə ilə mən aldım Sinan rovşən deyir, 
Hərmələ üçşöbə ox qəlbinə vurdum mən, deyir, 
Xulinin əldə olan tək mədrəki balası var. 
 
Müztərrə tofiq əta et, ey Xudayi-ləm yəzəl, 
Nitqini guya sözün şirin elə misli əsəl, 
Daməni-pak Hüseyndən çəkməyibdir, çəkməz əl, 
Ta nə qədri canı var, əldə qələm qirtası var, 
 
 
 
 
 
 
 

 
57 
 
Bacı Zeynəb 
Mə`nada bu yer ərşi-Xudadır, bacı Zeynəb,  
Səbr eylə dayan, Kərbübəladır, bacı Zeynəb. 
 
Yoxdur bu yerin şə`ninə dünyada çatan yer, 
Olmaz belə bir şöhrəti afaqı tutan yer, 
Buyurdu bacı, qafiləyi-eşqi yatan yer, 
Aramgəhi-əhli-vəfadır, bacı Zeynəb. 
 
Girəm ki, Mədinə mənim əsli vətənimdir, 
Mihəndi mənə gülşəno bağ və çəmənimdir, 
Bu Kərbübəla aləmi-xilqətdə mənimdi, 
Ayinəyi-mişkati-hüdadır, bacı Zeynəb. 
 
Mən saliki-eşqəm buradır məktəbi-irfan, 
Bu yerdə gərək əhdi-ələstu tapa payan, 
Şayəstədi bu mənzilə yetmiş iki qurban, 
Üşşaqə bu yer kuhi-Minadır, bacı Zeynəb.  
 
Bu yerdə tiri-hasil mənzuri-Hüseyni, 
Mehr və mehi heyrətdə qoyan nuri-Hüseyni, 
Bir xatirədir ləylətul-aşiri Hüseyni, 
Ənsari-Hüseyn burda fədadır, bacı Zeynəb.  
 
Məhbubi-Xuda bəstəyi-hübbül vətən olmaz, 
Dildarı tapan mayili seyri-çəmən olmaz, 
Aşiq qoyan öz adını peyman şekən olmaz, 
Əhdimdə qüsur olsa xətadır bacı Zeynəb. 
 

 
58 
Eşq aləmidi vermərəm əfkarimə təğyir, 
Qur`anə gərək burda  yazam qan ilə təfsir, 
Xoşdur ürəyimdən dəyə üç şö`bəli bir tir, 
Bilsinlər Hüseyn dinə fədadır, bacı Zeynəb. 
 
Haşa qəm və ənduhidən etsin giley aşiq, 
Şəmşir ilə doğransa edər hövsələ aşiq, 
Atdan üzü üstə yıxılar məqtələ aşiq, 
Nifrin yerinə zikri duadır, bacı Zeynəb. 
 
Düşmən əlimi burda üzər hər kömyəindən, 
Bir ox dəyər axır nəfəsimdə ürəyimdən, 
Zəhra baş açar qan süzüləndə kürəyimdən, 
Aləm mənə məşğuli-əzadır, bacı Zeynəb. 
 
Təsmim tutub ümdə budur fikri Yezidin, 
Nehzət eləyib ziddinə Qur`ani-məcidin, 
Məhv eylərəm asarını yeksər o pəlidin, 
Din üstə Hüseyn ölsə rəvadər, bacı Zeynəb. 
 
Mən kuştey-eşqəm deyiləm məsti-riyasət, 
Biganə edəmməz mənim əmrimdə dəxalət, 
Ta var nəfəsim eylərəm İslamı himayət, 
Allah da bu təsmimə rizadır, bacı Zeynəb. 
 
Nə əhli-xərabat və nə meyxanə pərəstəm, 
Nə naqizi-peyman və nə peymanə pərəstəm, 
Nə xain və qəddar və nə biganə pərəstəm, 
Əvvəldən Hüseyn əhli-viladır, bacı Zeynəb. 
 
Mən saxlaram İslami bu küffar arasında, 
Təbliğ edərəm dinimi əşrar arasında, 

 
59 
Tənzilləri ba rəsm ola bazar arasında, 
Səbr etsə Hüseyn dinə cəfadır, bacı Zeynəb. 
 
Sən də mən ilə şirkət elə rahi-vəfada, 
Səbr eylə fişari-qəm və ənduh və bəlada, 
İslam adını zində edək Kərbubəlada, 
Bu dinə fəda Ali-əbadır, bacı Zeynəb. 
 
Qanım bu qara torpağı lə`li-gohər eylər, 
Zəvvarı həmin torpağı kühli bəsər eylər, 
Bu toprağı şahlar özünə taci sər eylər, 
Bimarlərə xaki-şəfadır, bacı Zeynəb. 
 
Bu yerdə batar qanına övladi-Peyəmbər, 
Su üstə verər qolların Əbbasi-dilavər, 
Ləbteşnə verər can yaralı Qasim və Əkbər, 
Əsğər hədəfi tiri-bəladır, bacı Zeynəb. 
 
Bu yerdə axar qan yaralardan su yerinə, 
Bu yerdə susuzdan saralar nazlı Səkinə, 
Bu yerdə soyar qızlarımı ləşkəri-Kinə, 
Əflakə çaxan-şuru-nəvadır, bacı Zeynəb. 
 
Bu yerdə alar dövrəmi qəm dəstə-bədəstə, 
Əsğər susuzundan çabalar əllərim üstə, 
Haşa o cəfalar edə əfkarımı xəstə, 
Gəldikcə bəla qəlbə səfadır, bacı Zeynəb. 
 
Eylərlər təbərrük bu yerin gərdü-qübarın, 
Bir dəridi hər bisərü  pa bilməz əyarın, 
Bu yerdi Kəriminin alan səbr və qərarın, 
Daim sözü ya Kərbubəladır, bacı Zeynəb. 

 
60 
 
 
Mən hara Kərbəla hara 
Dildə deyərdim ey Xuda, mən hara Kərbəla hara, 
Ülfəti-şahi ba gəda, mən hara Kərbəla hara? 
 
Kərbubəla ki türbəti xaki şəfayi-şiədir, 
Toprağı səngrizəsi lə`l və təlayi-şiədir, 
Beyni-hərəm ila hərəm mərvo səfayi- şiədir, 
Nəhri Fəratının suyu abi bəqayi-şiədir, 
Kisəyi-binəva hara, göhəri-şəbnüma hara? 
Mən hara Kərbəla hara? 
 
Kərbübəla qələmru şahi-sərir eşqidir, 
Mə`bədi-əhli-mərifət məsnədi piri eşqidir, 
Xaki-əmir eşqidi kaxi vəzir eşqidir, 
Minlər əziz misrilər orda əsir eşqidi, 
Xaki-şərifi-kimiya, mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Kərbubəladı Fatimə güllərinin solan yeri, 
Zeynəb əzizi itrətin saçlarını yolan yeri, 
Xeymələrin talan yeri qızlar əsir olan yeri, 
Düşmənin ali-ismətə gözlərinin dolan yeri, 
Ordadır şəhri-mən bəka mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Mən üzü qarə bir gəda babi-ətayə gəlmişəm, 
Mənbəi lütfü-mərhəmət cud və səxayə gəlmişəm, 

 
61 
Dildə Hüseyn, Hüseyn deyib Kərbübəlayə 
gəlmişəm, 
Qəbrinə qurbanam ağa mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara 
 
Kərbübəla ki, Zeynəbin orda əza məhəlli var, 
Zeynəb adıyla adlanan yaxşı səfalı təlli var, 
Turdə bir kəlim olur təllidə əlli-əlli var, 
Orda yanan ürəklərə müalicə,təsəlli var, 
Səs gəlir orda ya əxa, mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Saldı əcəb məhəbbətin dərdo-bəlaya Zeynəbi, 
Eşqi çəkib Mədinədən Kərbübəlaya     Zeynəbi, 
Naz ilə harda bəslədi gətdi haraya Zeynəbi, 
Saldı Hüseyn deyə-deyə əynə əxayə Zeynəbi, 
Məryəmi ali-Mustəfa, mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Yerdə sürünmə bağrıqan, səbr elə gəlmə, mən 
gəlim, 
Xəstə susuz yaralısan, səbr elə gəlmə mən gəlim, 
Xeymədən olma nagiran, səbr elə gəlmə mən 
gəlim, 
Vermir bu düşmənim aman, səbr elə gəlmə, mən 
gəlim, 
Dövrəni almış əşqiya, mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Xeymələr od tutub yanır, qoymaram itrətin yana, 
Bir-bir alıb qucağıma qızları çəkmişəm yana, 
Gahi xiyamə qaçmışam, gahi o qanlı meydana, 

 
62 
Bax mənə doymuşam cana, əl-ayağım batıb qana, 
Bir belə macəra hara, mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Fatimə yadigarı, başı bəlalı Zeynəbəm, 
Ney kimi nalə eyələrəm, şuru-nəvalı Zeynəbəm, 
Yaslı əzalı Zeynəbəm, başı qaralı Zeynəbəm, 
Əbtəhiyəm, Hicaziyəm Kərbübəlalı Zeynəbəm, 
Hər qəmə olmuşam riza, mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Zeynəbəm, ali-ismətin ismətiyəm həyalıyam, 
Nuri-du çeşmi-Heydərəm, Fatimənin maralıyam, 
Yeddi bəradərim ölüb, qüssəliyəm əzalıyam, 
Qana batıb iki balam, dağlı ürək yaralıyam, 
Sən hara Neynəva hara mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
Adət olub Kərimiyə ağlaya,” Ya Hüseyn!” deyə, 
Hər Səfəri Məhərrəmi sinə vura,qara geyə, 
 
Eşqo-səfası nohədi, şuri-nəvasi mərsiyə, 
Bir də nəsibim olsa gər çıxsam o Zeynəbiyəyə,  
Səslərəm eşqə mərhəba, mən hara Kərbəla hara? 
Mən hara Kərbəla hara? 
 
 
 
 
 
 
 

 
63 

Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin