MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Nuklein turşularının üçüncü quruluşu



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə33/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   102
Qida-kimyas-

5. Nuklein turşularının üçüncü quruluşu
Hər bir NT molekulu fəzada 
ümumi bir superspirallaşma halına malik olur ki, bu da onların üçüncü quruluşunu 
əmələ gətirir. Bu hal ən çox fenilalanin nRNT-si üçün öyrənilmişdir. 
Rentgenostruktur analiz üsulları ilə nRNT molekulunun açılması göstərir ki, üş 
hissə fəzada bir-birinə sıx birləşmiş halda digər dördüncü hissə (antikod) əks 
istiqamət dartılmış halda yerləşir.
Xromatinin və xromosomun tərkibində DNT üçüncü quruluş halında 
superspirallaşmış formada mövcuddur. Xromotinin struktur vahidini nukleosomlar 
təşkil edir. Nukleosomlar DNK spiralı ilə əhatə olunur ki, orada 8 nüvəli əsasi 
xassəli zülallar (histonlar) yerləşir. 


58 
6. Nukleoproteidlər: 
Nuklein turşuları sərbəst halda yaşamırlar (n RNT-dən 
başqa) in vivo, onlar əsasi xassəli (protaminlər, histonlar) zülallarla əlaqəli şəkildə 
fəaliyyət göstərirlər. İki tipdə nuklein turşuları (DNT və RNT) olduğu kimi
bunlara müvafiq nüvənin tərkibində dezoksiribonukleoproteinlər (DRNP) və 
ribosomların tərkibində ribonukleoproteinlər (RNP) olur. RNP və DRNP-lər 
mürəkkəb aqreqatlardır. Onlar 1-2 molekul NT-dən və çoxlu sayda ona birləşmiş 
zülal substratlardan əmələ gəlmişdir. 
 
RNP-ən klassik nümunəsi tütün mozaikasının virusudur. Bu virusun molekul 
kütləsi 2,1∙10
6
Da-dır və 2200 zülal substratından ibarətdir. Nukleoproteidlərdə NT 
və zülal molekulu bir-birini tənzimləyirlər. Bu da hər iki komponentin 
denaturasiyaya qarşı davamlılığını artırır. RNP-hissəcikləri (ribosomlar) zülalların 
biosintezində, DRNP-hissəcikləri (nukleosom nüvələri) xromosomların hüceyrə 
aparatının formalaşmasında və funksyalaşmasında əsas rol oynayır.
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва. 
Медицина. 2003. 
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin