MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Fermentlərin quruluşu və kimyəvi tərkibi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə36/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   102
Qida-kimyas-

3. Fermentlərin quruluşu və kimyəvi tərkibi:
Bütün fermentlər qlobulyar 
zülallar tipinə aiddir. 
1963-cü ildə ribonukleazanın və lizasomun, 1964-cü ildə isə 
α─
ximo-
tripsinin birinci quruluşu (aminturşu ardıcıllığı) müəyyən olundu. 1965-ci ildə 
rentgenostruktur analiz üsulu ilə lizosimin üçüncü quruluşu açıldı.
Kimyəvi təbiətlərinə görə fermentlər 2 qurupa: birkomponentli və 
ikikomponentli fermentlərə bölünür. Birkomponentli fermentlər yalnız sadə 
zülallardan ibarətdir. İkikomponentli fermentlər isə sadə zülallarla zülal təbiətli 
olmayan birləşmələrdən əmələ gəlir.
Zülal təbiətli olmayan maddələrə (kofaktorlarla) vitaminlər (məsələn:B
1
; B
2

B
6
; B
12
; PP və s.), müxtəlif metallar (sink, dəmir, molibden, mis və s.), nukleo-
tidlər adinozin üç fosfat, adenozindifosfat, uridinüçfosfat, uridindifosfatqilikoza, 
quanozindifosfatmannoza və s.) birləşmələr aiddir. Bunlar termostabildir. 
Fermentin zülal hissəsinə 
apoferment,
zülal olmayan hissəsinə 
koferment
deyilir. Koferment üzvi kofaktordur. Sononcu zülalla kovalent rabitə ilə 
birləşdikdə 
prostetik qrup
da adlanır. Koferment fermentə fəallıq, apoferment isə 
spesfiklik verir. Məsələn, karboksilazanın kofermenti tiaminpirofosfat olub, 
kokarboksilaza da adlanır. 
Kobalamin fermentlərinin kofermentləri B
12
vitamininin törəmələridir.
Piruvatkarboksilazanın (piroüzüm turşusunu oksalatsirkə turşusuna çevirir) 
kofermenti biotindir. 
Kofermentə apofermentlə birlikdə 
xloferment
(yunanca tam deməkdir) 
deyilir. 


62 
Birkomponentli fermentlərə hidrolazaları, ikikomponentli fermentlərə isə 
oksidoreduktazaları misal göstərmək olar. 
Hazırda müəyyən edilmişdir ki, eyni təsirə malik olub, fiziki-kimyəvi və 
qeyri xassələri ilə (elrktroforetik hərəkətliyinə, kinetik xassələrinə, inqibitorlara, 
aktivatorlara münasibətinə, aminturşu tərkibinə və s. görə) fərqlənən fermentlər də 
vardır. Bunlara 
izofermentlər
(izoenzimlər) və ya 
 izozimlər
də deyilir. 
İzofermentlər 
ayrı-ayrı 
fermentlərin 
formalarıdır. 
Müxtəlif 
bioloji 
materiyallarda 50-yə yaxın fermentin izozimləri müəyyən edilmişdir. Bunlardan 
laktatdehidrogenazanı, fosfatazanı, esterazanı, aminotransferazanı, leysinamino-
peptidazanı və s. göstərmək olar. Laktatdehidrogenazanın 5─forması, izofermenti 
(LD
1─5
) bəllidir. Bunların hamısının molekul kütləsi 134000-ə yaxındır. 
Tərkiblərində hər birinin molekul kütləsi 33500 olan dörd polipeptid zənciri 
(subvahid) vardır. Bu polipeptid zəncirləri iki tipdə olur. Onlardan biri M (ingilis 
dilində əzələ deməkdir), digəri H (ingiscə ürəkdə sözündəndir) zənciri adlanır. Bu 
zəncirlərdən laktatdehidrogenazanın müxtəlif formaları (LD
1
; LD
2
;
LD
3
; LD
4
və 
LD
5
) əmələ gəlir. Bunlardan bir 4 M (M
4
və ya LD
5
) zəncirindən, digər üç M və bir 
H (M
3
H) zəncirindən, üçüncüsü iki M və H (M
2
H
2
) zəncirindən, dördüncüsü bir M 
və üç H (MH
3
) zəncirindən, beşincisi isə yalnız dörd H (H
4
və ya LD
1
) zəncirindən 
əmələ gəlmişdir. Bu polipeptid zəncirləri aminturşu tərkiblərinə görə fərqlənir və 
təklikdə fermentativ fəallıqları yoxdur.
M
4
və M
2
H izofermentləri əsas enerji mənbəyi qlükoliz olan toxumalarda 
(ağ skelet əzələlərində, embrion tozumalarında), MH

və H
4
isə aerob mübadilə ilə 
xarekterlənən toxumalarda çox olur.
İzofermentlər molekullarının quruluşuna və müxtəlif orqanlarda miqdarına 
görə də fərqlənir. Bütün orqanlarda laktatdehidrogenazadan ən çox M
4
forması 
vardır. Güman edilir ki, hüceyrələrdə nəinki izofermentlər, hətta zülallar da 
müxtəlif formalarda ola bilər. Odur ki, bu məsələlərin tədqiqinin hüceyrə 
diferensasiyasının və morfogenezinin molekulyar əsaslarının öyrənilməsində də 
çox böyük əhəmiyyəti vardır.
Fermentlərin bəzi növləri birlikdə kompleks əmələ gətirir, 
multienzimlər
adlanır-bu növ fermentlər eyni zamanda ardıcıl bir neçə biokimyəvi reaksiyanı 
kataliz edir. Ferment kompleksi adlanan üç növ fermentdən təşkil olunmuş 
multifermentim molekul kütləsi 4.500.000 Daltondur, piroüzüm turşusunun 
oksidləşməsini və dekarboksizləşməsinin kataliz edir.
Son zamanların tədqiqatları göstərir ki, RNT-nin bəzi növləri zülallarla 
əlaqəli şəkildə katalitik funkisiya daşıyırlar. Bunlar 
ribozimlər
adlanır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin