74
kimi göstərmək olar:
A vitamini çatışmadıqda insan və heyvanlarda görmə prosesi (keratomal-
yasiya – gözün buynuz təbəqəsinin yumşalması,
kseroftalmiya-gözün buynuz
qişasının quruması, sinir sisteminin fəaliyyəti və epitel örtüyü) pozulur. Toyuq
korluğu və ya hemerlopiya – A hipovitaminoz əmələ gəlir. Bu zaman alaqaranlıqda
və axşamüstü görmə qabiliyyəti itir, lizosimin əmələ gəlməsi dayanmır,
yoluxma-
ya həssaslıq artır. Belə xəstələr vərəmə tez tutulur.
A vitamini ən çox yumurtanın sarısında (2─15 mq%), qaraciyərdə (25
mq%), balıq yağında (27─400 mq%), süddə, kərə yağında və s. olur.
D vitamini-
Buna bir neçə formada (D
2
─D
6
) təsadüf edilir. Bunlardan
faydalısı D
2
və D
3
vitaminləridir.
D vitamini və ya kalsiferol bitkilərdə provitamin formasındadır. Bu da
sterinlərdəndir. Məsələn, erqosterin D
2
vitamininin provitaminidir. İnsan və heyvan
orqanizmində erqosterindən ultrabənövşəyi şüaların təsiri ilə D
2
vitamini (erqokal-
siferol) əmələ gəlir. D
3
vitamininin (və ya xolekalsiferol) biosintezində dəridə olan
7─dehidroxolesterindən istifadə olunur. D qrupu vitaminlərinin
tərkibində tsiklo-
pentanonperhidrofenantren nüvəsi vardır və quruluşları aşağıdakı kimidir:
D
2
vitamini rəngsiz kristallardan ibarət 4 ikiqat rabitəli siklik doymamış
spirtdir. Temperatura davamlıdır, 115-117
0
C-də əriyir.
D vitamini mineral maddələrdən kalsium və fosfor mübadiləsinin nizam-
lanmasında iştirak edir. Bu vitamin çatışmadıqda körpələrdə raxit və yaşlılarda
osteomalyasiya xəstəliyi əmələ gəlir. Raxit mineral mübadilənin pozulması nəticə-
CH
2
HO
HO
CH
2
CH
3
CH
3
│
│─ ─
CH CH
║
CH
│
CH
─
CH
3
│
H
3
C
─ ─
CH CH
3
Dostları ilə paylaş: