63
adlanır. Ribozimlərdə ribonukleotidlərin dezoksiribonukleotidlərlə əvəz olunması
nəticəsində hibrid quruluşlu-
nukleozimlər
alınır. Nukleozimlərin aktivliyi ribozim-
lərdən üstündür.
Ribozimlərin və nukleozimlərin yeni növlərinin sintezi biokatalizatorların
evalyusiyasının başlanğıcı olacaq və gələcək nəslin sağlam inkişafını təmin
edəcəkdir.
4. Fermentlərin təsnifatı və nomenklaturası:
Adətən, hər bir fermenti
adlandırmaq üçün onun təsir göstərdiyi substratın adının sonuna
“
aza
”
şəkilçisi
əlavə edilir. Lakin bütün fermentləri bu cür adlandırmaqla, onları bir-birindən fərq-
ləndirmək
mümkün deyil, çünki çox zaman bir substrat müxtəlif fermentlərin
təsiri altında bir-birindən əsaslı surətdə fərqlənən kimyəvi çevrilmələrə uğraya
bilir. Bununla əlaqədar olaraq, bir sıra hallarda fermentə
müəyyən ad verilərkən
onun təsir xüsusiyyətini də nəzərə alırlar (laktatdehidrogenaza, suksinatdehidroge-
naza və s.). Bununla əlaqədar, fermentlərin adlandırılmasında qeyri-mütəşəkkillik
meydana çıxır. Bəzi hallarda eyni bir fermentin adı müxtəlif terminlərlə ifadə
olunur və təsir xüsusiyyətlərinə görə bir-birindən
kəskin surətdə fərqlənən
fermentlərə oxşar adlar verilir.
1961-ci ildə cəmi 900-ə qədər ferment növü məlum idi. Onların 1978-ci ildə
tərtib olunmuş siyahısına isə 2142 ferment növü daxil edilmişdir. Yeni kəşf edilən
fermentlərin sayı ildən-ilə artır. Buna görə də fermentlərin öyrənilməsini
asanlaşdırmaq üçün onların əlverişli nomenklatura və təsnifatının tərtib edilməsi
zəruridir. Fermentlərin müasir təsnifatı və nomehklaturası 1961-ci ildə
biokimyaçıların Moskvada keçirilən beynəlxalq konqresində bəyənilmiş və qəbul
edilmişdir.
Bu təsnifata əsasən, fermentlər kataliz etdikləri reaksiyaların
növlərinə görə
altı sinfə bölünür: 1) oksireduktazalar, 2) transferazalar, 3) hidrolazalar, 4) liazalar,
5) izomerazalar, 6) liqazalar (sintetazalar).
Bu siniflərin hər biri müəyyən sayda yarımsiniflərə, onlar isə qruplara
bölünür. Yarımsiniflər çox zaman fermentin təsiri ilə dəyişikliyə uğrayan kimyəvi
radikalı səciyyələndirir. Təsnifata daxil olan hər bir fermentin özünəməxsus şifri
vardır. Fermentlərin şifri bir-birindən nöqtələrlə ayrılmış dörd rəqəmdən ibarətdir.
Bu rəqəmlərdən birincisi fermentin daxil olduğu sinfi, ikinci yarımsinifi,
üçüncü
qrupu təmsil edir, dördüncü rəqəm isə fermentin qrupdakı sıra nömrəsini göstərir.
Məsələn, laktatdehidrogenaza 1.1.1.27 şifri ilə ifadə olunur. Deməli, bu ferment
birinci sinfin, birinci yarımsinfinin, 1-ci qrupunda yerləşir, onun sıra nömrəsi 27-
dir. Yeni kəşf edilən fermentlərin şifrini yalnız Beynəlxalq biokimya cəmiyyətinin
fermentlər üzrə komissiyası təyin edir. Fermentlər üçün iki cür nomenklatura qəbul
edilmişdir: sistematik və adi (işçi) nomenklaturalar.
64
Katalitik təsiri tamamilə aydın olan fermentləri sistematik nomenklatur üzrə
adlandırırlar. Fermentlərin sistematik adları iki hissədən ibarətdir:
birinci hissə
substratın adını göstərir. İkinci hissə “aza” şəkilçisi ilə bitir və fermentin kataliz
etdiyi reaksiyanı səciyyələndirir. Fermentlərin sistematik adları yazıldıqda birinci
hissə ilə ikinci hissənin arasında tire işarəsi qoyulur.
Fermentlərin adi adları mümkün qədər sadə və qısa olmalıdır. Bu məqsədlə
fermentlərin əksəriyyətinin köhnə adları işlədilir.
Təbiidir ki, adi adlandırma üsulu, sistematik adlandırma qədər mükəmməl və
dəqiq ola bilməz. Məsələn, sidik cövhərinin hidroliz
yolu ilə ammonyaka və
karbon qazına parçalayan ferment hidrolazalar sinfinə daxildir. Onun şifri 3.5.1.5.
sistematik adı-karbamidamidohidrolaza, adı adlanma ilə ureazadır.
Aşağıda fermentlərin müasir təsnifatının müxtəlif qrupları haqqında qısa
məlumat verilir.
I.
Dostları ilə paylaş: