123
(katalaza, oksidazalar, fosfatazalar və s.) dəyişməsi nəticəsində əmələ gələn müxtə-
lif irsi xəstəliklər məlumdur. Bu xəstəliklərin hamısı nukleoproteidlərin zülal
mübadiləsinə rəhbərlik edən ayrı-ayrı şöbələrində (genlərdə) baş vermiş dəyişik-
liklərin nəticəsi kimi meydana çıxır.
Purin və pirmidin mübadiləsinin irsi pozulmaları nəticəsində podaqra,
ksantinuriya və orot turşusunun sidiklə ifraz edilməsi ilə
müşayiət olunan xəstəlik
halları təzahür edə bilər. Ksantinuriya xəstəliyində sidiyin tərkibində çoxlu
miqdarda ksantin olur; sidik turşusunun miqdarı isə normaya nisbətən azalır. Nadir
təsadüf edilən bu xəstəliyin səbəbi, orqanizmdə ksantini oksidləşdirərək,
sidik
turşusuna çevirən ksantinoksidaza fermentinin çatışmamasıdır. Toxumalarda
orotidilpirofosforilaza və ya orotidildekarboksilaza fermenti çatışmadıqda orot
turşusunun orotidil, yaxud uridil turşusuna çevrilməsi prosesi ləngiyir. Bunun
nəticəsində sidiklə çoxlu miqdarda orot turşusu ifraz edilir. Bu xəstəlik anemiya ilə
müşayiət olunur.
P o d a q r a (yunanca podus – ayaq və agrios – sərt) nuklein turşularının
mübadilə pozulmaları ilə xarakterizə olunan xəstəliklərin ən geniş yayılmış
növüdür. Podaqra xəstəliyinə tutulmuş şəxslərin qanında sidik turşusunun miqdarı
artır (hiperurikemiya). Sağlam şəxslərin qanında 2 – 4 mq%-ə qədər sidik turşusu
olduğu halda, podaqra zamanı onun miqdarı 6 mq% və daha artıq ola bilər.
Sidik
turşusu və onun duzları (uratlar) pis həll olan maddələrdir. Buna görə də, qanda
belə maddələrin artması, onların toxumalar çökməsi ilə müşayiət olunur. Podaqra
xəstəliyi zamanı qığırdaqlarda, vətər yataqlarına,
oynaq kisələrinə, bəzən isə
böyrəklərə, dəriyə və əzələlərə sidik turşusu kristalları yığılır. Sidik turşusunun
ayaq və əl barmaqlarının (xüsusən, ayağın baş barmağının) oynaq qığırdaqlarına və
qulaq sırğalığına yığılması podaqra üçün səciyyəvi haldır. Sidik turşusunun
yığılması və onun yığıldığı nahiyənin iltihablaşması nəticəsində
xəstələrin oynaq-
larında podaqra düyünləri əmələ gəlir. Bu oynaqların quruluşunun və funksyasının
pozulmasına səbəb olur. Podaqra xəstəliyi üçün oynaqlarda vaxtaşırı baş verən
kəskin ağrı tutmaları xarakterikdir. Adətən, bu ağrılar bədən teperaturunun
yüksəlməsi ilə müşayiət olunur və 3 günə qədər davam edir. Podaqra zamanı daxili
üzvlər arasında ən çox böyrəklər, damarlar və ürək (skleroz şəklində) zədələnir.
Podaqra xəstəliyinin əmələ gəlməsində irsi amillərin rolu olduğu güman
edilir. Orqanizmdə sidik turşusunun sintezinin sürətlənməsinə və onun böyrəklərlə
xaric olmasının azalmasına səbəb olan irsi amillər
podaqra xəstəliyinin əmələ
gəlməsi ilə nəticələnir. Podaqra zamanı orqanizmdə sidik turşusunun sintezinin
sürətlənməsi təcrübələrlə isbat olunmuşdur. Xəstəliyin tutmaları zamanı sidik
turşusunun böyrəklərlə xaric edilməsi azalır və tutmadan sonrakı dövrdə böyrək-
lərin bu funksyası yenidən bərpa edilir. Podaqranın əmələ gəlməsində qəbul edilən
qidanın keysiyyətinin də rolu vardır. Purin nukleotidləri
ilə zəngin olan qida
124
maddələrinin (məsələn, ətli qida məhsullarının) həddindən artıq qəbul edilməsi
orqanizmdə çoxlu miqdarda sidik turşusunun yığılması üçün əlverişli şərait
yaradır.
Dostları ilə paylaş: