MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ



Yüklə 0.72 Mb.
PDF просмотр
səhifə3/9
tarix29.11.2016
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7   8   9

ZIRPI HƏTƏM - 

 (Əlini bərkdən stola çırpır. Çay dağılır.)  A 

kişilər, görürsüz, görürsüz, qalxozun lapetini sobstvenni 

malına çevirib. Göysu şəhərinə reys açıb. Belə dağıdırlar ee, 

dövlətin əmlakını. 

II KƏNDLI - 

 Hirslənmıyin, Hətəm məllim. Vallah, yaxşı işdi bu. 

Camaata çox köməyi dəyə bilər. Əgər Cümşüd məllimin 

başına gələnnəri eşitsəydiz, özüüz düzüb qoşardınız bu işi. 



ZIRPI HƏTƏM - 

 Cümşüd məllimə nə olub ki? 



II KƏNDLI - 

 Elə bir şey olmuyub. Unu qurtarıbmış. Uşaxları 

dirrikdən bir az lobya yığıb məllimi Göysuya göndəriblər ki,   

 

 

 

 

 

22 


 

 

 



lobyanı satıb bir az taxıl alsın, gətirib üyütsün.  Bazarın 

qapısından  içəri girməmiş alverçilər qabağını kəsib lobyanı 

bir yerdən kilosunu min üç yüzə istiyiblər. Bazarda iki 

məmmədə satılan lobyanı Cümşüd məllim də min beş 

yüzdən aşağı verməyəcəyini diyib. 

Alverçilərnən sövdəsi baş tutmayandan sonra lobyanı kilo-

kilo özü satmaq qərarına gəlib. Ancax axşama kimi günün  

altında qalsa da bir kilo belə sata bilməyib. Axırda yalvarıb 

ki, kilosunu bir nizamıya da varsa alın, qoy geri qayıtmağa 

heç olmasa yol  pulu düzəlsin, səhər gələndə də qonşudan 

borc alıb gəlmişəm. Genə də sata bilmiyib. 

Gecəyə qalmasın diyib pulsuz-parasız tələsik yola çıxıb. Yol 

pulu əvəzinə sürücüyə bir torba lobya təklif iliyib. Şofer də 

insaflı adam imiş, lobyanı götürmüyüb, diyib, a kişi, ayıbdı, 

düş get, gündə neçə belə pasajirə rast gəlirəm, birinci dəfə 

dölü ki. 

Cümşüd məllim də bir yekə “Sağ ol” diyib torbaları alır 

dalına, gəlir dayanacağa. Axşam düşdüyündən ordan da 

kəndə maşın olmuyub. Axırda əlacı kəsilən yazıx məllim 

dalında iki səhləm lobya payi-piyada gecə yarısı gəlib çıxır 

evlərinə. 

Hindi üç gündü ki, Cümşüd məllimin uşaxları çörək əvəzinə 

şəhərləri, bazarları gəzib qayıtmış lobya yiyirlər. Məllimisə 

fikir götürüb, görəsən qonşunun borcunu nəynən 

qaytaracax, haçan qaytaracax. 

V KƏNDLI - 

 Məllimlərin şalvarsatan ayıdı da. Bir azdan onnar 

maaş almağa başdıyacaxlar. Bəs bizdər neyniyəciyik? 

II KƏNDLI - 

 Yox, didiyim odu ki, kəntdən şəhərə belə bir reys 

açılarsa, bu çoxlarını Cümşüd  məllimin gününə düşmükdən 

qurtarar.  



ZIRPI HƏTƏM - 

 Özünüzə təzə sədir seçərsiz, o sizin üçün lap 

Maskvaya reys açar. Mən bacarmıram. Büyüm rayonnan 

yoldaş Görüşovun özü gələcək. Sözüüzü diyərsiz ona. 

Sabahdan daa işdəmicəm. Biri miqrafun açıb ağzına gələni 

danışır, biri qəzit şıxardır, biri tiatır çıxardır... Yox, daa bu 

kənd mənnik dölü. 

 

 



 

            



Alik padnosda çox qalın bir dəftər və qələm kəndlilərə yaxınlaşır. 

 

ALIK  -  

 

Kimin adına yazım? 



I KƏNDLI - 

 Yaz mınim adıma. 

 

 

 

 

 

 

23  

   


 

 

Alik  dəftəri vərəqləyərəq lap axırda bir boş yer tapıb Birinci kəndlinin 



adını yazır. Stəkan-nəlbəkini padnosa yığıb Hətəmin stoluna yaxınlaşır. 

 

ZIRPI HƏTƏM - 

 

Adə, o üzə elə onu, mənim asdımı yazma ora. 



(Ayağa qalxıb  ciblərini qurdalayır. Bir cibinə bir neçə dəfə əl 

salsa da  pul tapa bilmir. ) Zəhrimar... O biri şalvarın cibində 

qalıb diyəsən. Sonra göndərərəm.  



ALIK  -  

 Eyibi yox, göndərməsəəz də olar. (Dəftəri qoltuğuna 



vurub çayniyi, stəkanı padnosa yığır.) 

ZIRPI HƏTƏM -  

 Yox, yox, arxayın ol. Gün uzunu burda 

çabalayırsan, bir-iki məmmədin yiyəsi olmalı dölüsənmi? 



(Gedir.) 

QARPIZ SATAN ARVAD -  

 (Onun dalınca düşərək.)  Hətəm 

məllim, Hətəm məllim, bəs qarpızlar necə olsun? 



ZIRPI HƏTƏM - 

(Əsəbi.) Sabahdan təzə sədir gələr, o, istəsə lap 

balqabaq da alar kəndlilərinə. 



QARPIZ SATAN ARVAD - 

 (Başını bulaya-bulaya qarpızlarının 



yanına qayıdır. Bərkdən.) Qarpız! Qarpız! Bal kimi şirin 

qarpız! Özü də ucuz! Biri bir nizamiyə! Ay müştəri, gəl mala, 

tez ol, qalma dala! 

 

 



 

 

  

DOQQUZUNCU FRAQMENT 

 

Kəndlilər hələ yerlərində oturublar. 

Reproduktorda sakit bir musiqi başlayır. 

                                       

 

II KƏNDLI -   

(Göyə baxaraq.)

  

Büyüm də diyəsən yaman isti 

olacax. 

 

  

Vapşe, bu yay dəhşət istilər keçir. Hər yan od tutub yanır. 



Buralar belə olan gör aşağılar necə cəhənnəmdi. Yağsa, sel 

gələcək, kəndin cır məhləsini yuyacaq. 



                            

I KƏNDLI - 

 Türkiyədə meşələrə od düşüb, yüzlərlə hektar meşə 

yanıb. Vertolyotlarla söndürürlər meşələri.

                       

II KƏNDLI - 

 Guya ki, bizim meşələrimiz yanmaz? Lap kəndə də 

od düşər, bizdə onu heç söndürən də olmaz.

                     

V KƏNDLI - 

 Bunun qışı nə olacax ee? Bu il yaman yemişən var, 

palıd qozası da boldu. Soyux keçəcək qış. Gərəy hindidən 

odun ehtiyatı görək.



                                                    

VI KƏNDLI - 

 Eh, meşədə odun qalıb ki. Dağa getmək lazımdı. 

Çətin olacax işimiz.         

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



24

 


 

 

 



I KƏNDLI - 

 Odun demişkən, ay Ramazan, traxtrın işdiyir? Bir az 

otum var, axşam sərinində onu gətirib yığax dama. 

VI KƏNDLI - 

 İşdəməyinə işdiyir e, salyarka tapa bilsəm... 



I KƏNDLI - 

 Gör bir təhər iliyə bilirsənmı? 



VI KƏNDLI - 

 Sənin canın üçün, dünən axşam üstü on litr nisyə 

töküb cır məhləyə getmişdim. Məllim Bəhlulnan bir kəlmə 

sözüm vardı. Heç on dəqqə  oturmadım onnarda. Bir istəkan 

çay içən arada nə vaxt keçər ki? Qayıdıb gəlib nə illah ilədim 

traxtrı xoda salammadım. Orasını-burasını qurdaladım. 

Traxtır diyir, öldür məni, xoda düşmərəm ki düşmərəm. 

Mətəəl qaldım. Birdən qırağa atılmış  şlanqı gördüm, ürəyim 

cız elədi. Baxıb görürəm ki, bakda bir udum da salyarka 

qalmıyıb.  

  

Bilirəm ki, o tərəflərdə traxtır işdədən yoxdu. Bəs bu kimin 



işi olar? Baş açammadım. Bir də baxıb görürəm ki, qıraqda 

balaca bir qız uşağı bic-bic gülür. Toladıb soruşdum ki, 

burdan salyarka çıxardanı görmədin? “Gördüm” didi. “A bala, 

kim idi?” Çəkinə-çəkinə  diyir: “Məhlənin arvaddarı. Şlanqı 

salıb tələm-tələsik xorhaxor soorub çıxardılar.”  “A bala, 

arvaddarın salyarka nəyinə lazımdı?” Gülüb diyir: “Nicə yəni 

nəyinə lazımdı? Odeyy...” Evlərdə bir-bir yanan nöyüt  

ləmpələrini göstərir. 



Gülüşürlər. 

 

REPRODUKTOR –

  

 (Qadın səsi.) Quq-quu... Siz Meşəli radiosunu 

dinləyirsiniz. Bir təkzib... “Meşəli” qəzetinin keçən sayında 

kiçik bir xəbər getmişdi. (Kişi səsi.) Həmin xəbəri yadınıza 

salırıq. (Qadın səsi.) Şərəbanı qarının nəvələri höyrə axtaran 

düyələrini ambardar Fərzəlinin ipdə saxlanılan iki illik 

cöngəsinin yanına aparıblar. Ambardar düyəyə baxıb  

uşaxlara diyib ki, bu heyvan çox cansızdı, bir dəfəyə höyrə 

getməz, gərək bir neçə dəfə gətirəsiz. Amma nənənizə deyin 

ki, hər seansa bir şirvan da pul göndərsin. Yoxsa, mənim 

cöngəm bu işi edəmiyəcək. Lap nənəniz özü gəlsə də 

edəməyəcək. 



(Kişi səsi.) Bu söhbəti eşidən kəndin ağbirçəyi hirslənərək 

Ambardara bir bağlama yağlı söyüş göndərib ki, cöngənin 

yanına qoy Fərzəlinin anası getsin, arvadı getsin, bacısı 

getsin, qızı getsin. Ambardar  Fərzəli bu gün redaksiyamıza 

gələrək burda bir yanlışlıq olduğunu bildirmişdir. O, Şərəbanı 

qarını cöngənin yanına çağırmayıbmış, demək istəyibmiş ki, 



                                                     25 

 

 

qarı onun yanına xahiş-minnətə gəlsə də cöngə yenə o işi 



tutmayacaq. (Musiqi.)  

 

Gülüşürlər. Səmə Geroy  “siqnal verə-verə maşınını sürərək” gəlir. Bir 

neçə uşaq da onun dalınca düşüb eləcə “maşın sürərək” gəlir. 

Səmə onlardan aralanmaq  istəsə də uşaqlar əl çəkmirlər. 

 

I KƏNDLI - 

  

 (Uşaqları dalaşır.)  Rədd olun, köpəy uşaqları! Nə 

istiyirsiz  o yazıxdan? Sizin heç böyüyüz-kiçiyiz yoxdu? 

 

Uşaqlar aralanırlar. Yerdəki pulları görüncə əllərinə yığıb havaya atırlar. 



Xəzan yarpaqları kimi tökülən əskinasların altında oynayırlar. 

 

SƏMƏ GEROY -  

(Oturanlara yaxınlaşır.)  S-s-salam! Ç-ç-çay 

içməyə pulunuz yoxsa verim. (Çantasından bir sıxma pul atır 



stolun üstünə.) Nə qə-qə-qə-qədər lazım olsa, diyin, hö-hö-

kümətə zəng iliyicəm, göndərəcək mənə. (Telefon dəstəyini  



qulağına tutur.) Alo! Alo! Hökmət! Ge-ge-geroydu danışan.  

Ço-o-o-xlu pul göndər! Ki-ki-şilərin çay içməyə pulu yoxdu. 

Yekə pullardan göndər! O-o-o-ldumu ? 

IV KƏNDLI -

   Hə, oldu. Di sən get, pul gələndə gələrsən.    



SƏMƏ GEROY -

   B-b-b-aş üstə, qa-a-a-mandir! (Gedir.)     

 

Qarpız satan arvaddan bir qarpız pay qopartmış uşaqlar yenə onun 

dalınca düşürlər. 

 

 

 

 

 

 

 

REPRODUKTOR –

  

(Musiqi yavaşıyır. Kişi səsi.) Quq-qu... Əziz 

meşəlilər bildiyiniz kimi, kəndimizin su dəyirmanı və təzə 

açılmış tok dəyirmanı yenidən işə düşüb. Dəyirmanlarda 

tünlük yaranıb. Hamı istəyir ki, öz taxılını tez üyütsün. Bu da 

camaat arasında narazılığa səbəb olur. Odur ki, dəyirmana 

buğda gətirənlərin nobadı təşkil edilib. Indi həmin siyahını 

sizə oxuyuruq. Birinci: tülkü Səftərqulu – 14 kilo. Ikinci: 

mırıx Şirəli – 9 kilo. Üçüncü: saqqal Şaban – 20 kilo. 

Dördüncü: Cümşüd müəllim – 5 kilo. Beşinci: Həsənquku kişi 

– 18 kilo. Altıncı: dam-dam Həsən – 10 kilo. Yeddinci: çoban 

Mürsəl – 8 kilo. Səkkizinci: ləzgi Səlim – 21 kilo. 

Doqquzuncu: Şərəbanı qarı – 3 kilo. Sonra priboy 

Ramazandı – 11 kilosu var. Ramazandan sonra müəllim 

Bəhluldu – 7 kilo. Molla Pirvəli – 30 kilo. Nemes Cəllad – 24 

kilo. (Səs tədricən eşidilməz olur.)   

 

  

                                                           26    


 

 

 



 

  

VI KƏNDLI -

    Eh, vaxtıynan hər kəndin bir su dəyirmanı olardı, 

hərə bir səhləm buğdasını dalına alarax gətirib üyüdüb 

gedərdi. Soora dünya dəyişdi. Maşınnarnan qapı-qapı 

gəzdirərək hazır, ağ-appaq un satmağa başdadılar. Nağdı-

nisyə. Ən aşağı maaşa da, pensiyaya da beş-altı tay un 

almax olurdu. Daa boğda üyütməyinə dəymirdi. Dəyirmanlar 

da beləcə çıxdı aradan. Eh, hardan bileydik ki, bir gün onnar 

genə lazım olacax bizə?

                                                        

  

II KƏNDLI -  

A kişi, dəyirman kəndə həmişə lazımdı. Genə sağ 

olsun Əzəmməd kişini, köhnə su dəyirmanını işə saldı. Un 

bahalaşandan soopa hamı genə boğdaya qaçıb. Bu dəyirman 

işdəməseydi vəziyyətimiz necə olardı? 



I KƏNDLI - 

 Əzəmməd kişinin dəyirmanı da özü kimi ağır-ağır 

işdiyir. Keçmişdərə baxma, hindi belə dəyirmanan kəndi öhd 

iləmək çətin işdi. 



VI KƏNDLI - 

  Buna görə də rayonnu xeyriyəçi gəlib burda tok 

dəyirmanı açdı də. 

I KƏNDLI - 

 Nə xeyriyyəçi, a kişi? Öz qazancı üçün açıb. Adını elə 

qoyurlar da. 

VI KƏNDLI -

  Hər nə isə də. Işimiz ki aşır.  



I KƏNDLI - 

 İşıq olsa aşar. 



VI KƏNDLI - 

 Hərdən  olur də. 



V KƏNDLI - 

  Düzdü, hindi dəyirmannarın ikisi də işdiyir, ancax   

üyütməyə boğda tapılsa...  

 

 

 

 

 

 

I KƏNDLI - 

  

 Boğda nə qarta desən var. Bazarda, xırmanda, 

qalxozun ambarında, bəzi-bəzi adamların damında. 

Camaatda isə yoxdu. 



VI KƏNDLI - 

  Yaxşı dövrandı. Nəsə yoxdu dimək mümkün dölü, 

hər şey var hindi, ürəyin nə istəsə ala bilərsən. Təki pulun 

olsun. Pul isə yoxdur... Olan pula da, dimək olar ki, heç nə 

düşmür. 

I KƏNDLI - 

 Hələ şükür iləmək lazımdı ki, inpilyaziya yavaş-

yavaş enir. 

 

 



 

27 

 

 

II KƏNDLI -   

Elə keçmişdə də beləydi də. Pul hardeydi, boğda 

hardeydi? Camaat kövşənnərdən sünbül yığırdı, onu döyüb 

boğda iliyirdi, aparıb üyüdürdü. Bu axır beş-on il  idi ki, bir 

az alababat dolanmağa başdamışdıx. Allah ermənilərin 

öyünü yıxsın. Davanı salmasalardı...     

 

 

 

KƏNDLI - 

Keçmişdə göygöz Veysəl kimiləri yox idi də. Köpəyoğlu



 

 dəyirmannarı kəsdirib durub. Guya rayonnan tapşırıx var, 

zırpı Hətəm də bildirib – bölgü çıxmayınca təzə taxıl 

üyütmək qadağandı. Ona görə ki, boğda oğruluğu, alveri baş 

alıb gedir. Bunun qarşısını almax lazımdı. Bir söznən, “Kimdə 

təzə taxıl tutsam, o adam getdi daha, əlli-ayaxlı. Həmin 

dəyirmanı da bağlatdıracam” diyib. 

VI KƏNDLI - 

  Bəs özü niyə üyüdür? Köpəy oğlu... Keçən gecə 

görüblər ki, tox dəyirmanı xəlvəti işdiyir, Göygöz də 

dəyirmanda dolaşırmış. Həmin axşamı da onu xırmanda 

görüblərmiş, tormoz Camalın traxtrına taxıl yığdırırmış. Beş-

altı igid pusquda durur, gecə yarısı görürlər ki, Göygöz 

Tormozun traxtrına altı tay un yüklədi. Bir minik tapıb onnarı 

düz rayona qədər qarabaqara izliyiblər. Görüblər ki, un 

torbaları Veysəlin evinə boşaldıldı. 

I KƏNDLI - 

 Gerisindən xəbərin yoxdu bəs? Başına döndüyümüz 

o igidlər səhər açılmamış kəsdiriblər polis rəisinin qapısını, 

hadisəni olduğu kimi söyləyiblər. Rəis də diyib ki, o adam 

haqqında qulağıma çox sözlər dəyir, siz narahat olmuyun, 

arxayınca gedin, mütləq ölçü götürəcəyik. 



VI KƏNDLI - 

 E, heylə diyən şeydilər də.  It itin ayağını basarmı? 



I KƏNDLI - 

 Yox, bu rəisi yaxşı adam söylüyürlər. Axırda diyib ki, 

qələt iliyir o donuz oğlu, gedin boğdanızı üyüdün,  camaat 

acından qırılası dölü ki. Oğru tutandı, gedib xırmannan 

tutsun, taladan tutsun. Hələ zırpı Hətəmin də kürkünə birə 

düşüb. Hindi and-aman iliyir ki, mən elə söz diyib-  

eləməmişəm, köpəy oğlu özündən düzəldib. Əlinzə keçən 

boğdanı az-az üyüdün, yaxın günlərdə bölgü çıxacaq. 

Hamınıza yetdik boğda vericəm. Camaatı ac qoyası döləm ki. 

II KƏNDLI -  

Hər nə isə, daha dərmannar işdiyir. Ona görə də 

belə tünlük yaranıb. 

REPRODUKTOR –

 (Get-gedə eşidilməz olmuş səs tədricən artır.) 

TayqulaqUsuf – 6 kilo, tormoz Camal – 23 kilo, fıstıq Səftər - 

12 kilo, çaqqal Mirzəli – 13 kilo, uzun Fərəc – 4 kilo, mirzə 

Müxbir – neçə kilodusa oxunmur, oçki Vəli – 50 kilo. 

Camaatdan xahiş olunur ki, bu buğdalar üyüdülməmiş  



28 

 

 

 



dəyirmana daha buğda gətirməsinlər. Işıq sönməsə, bir-iki 

gecəlik işdir. Şahıd pulu – on kilosu bir nizami, bir yüzlük. 

Pulu olmayanlar pulun yerinə yumurta da versə olar. (Musiqi 

davam edir.) 

 

 

Divar qəzetinin önündə yeni adamlar görünür.  

 

 

 

 

 

 ON BİRİNCİ FRAQMENT 

 

Tayqulaq Usuf yarımsərxoş halda oxuya-oxuya gəlir. 

 

TAYQULAQ USUF -

    Haydı söylə, səni nətəər söydüyümü haydı 

söylə. Təpikləyib döydüyümü haydı söylə... Salamlar, kənd 

əhli! Dünya yırğalanır, xəbəriniz varmı? Yerin altındakı 

öküzlər daa dözmür. Axır zaman yaxınlaşır. Keyfiniz çəkin 

heç olmasa. (Üstü klyonkalı stolun arxasında oturur, əlini 



çırpır.) Alik! Gəl bura! Gəl, al. Bir dənə “Ağdam” gətir amma. 

Yer silkələnir. Bu gün-sabah  hamımız torpağın altında 

olacağıq. Qalan beş-on gündə doyunca içək heç olmasa... 

 

Alik bir şüşə “Ağdam” gətirir. 



 

(Pulların hərəsini bir əlində tutub.) Oyna! Oynamasan verən 

döləm. Haydı söylə... Dünən bazara getmişdim, yaxşı 

alverim oldu. Doyunca vurdum özümçün. 

II KƏNDLI -  

 Bəs səhər-səhər harda vurmusan? 



TAYQULAQ USUF -

    Hələ vurmamışam. Dünənkinin dəmidi. 

Adə, oyna dimirəm sənə! Pul istəmirsən? 

 

Alik məcburən əl qaldırıb fırlanır. Usuf pulları onun başına atır. 



 

 

Ədə, bir zakuska da gətir, insafın olsun. 



 

Alik pulları götürüb gedir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

29 

 

 

VI KƏNDLI - 



  

Ə, Tayqulax, sən Allah, bir söylə görək, o mismar 

əhvalatı necə olmuşdu?                                           

TAYQULAQ USUF -

    Nə mismar, ə? Hə, o pesox əhvalatını 

diyirsən?  (Butılkanı açır.) A kişilər, hər dəfə rayona gedəndə 

bir şeytan məni qıdıxlıyırdı. Allah haqqı, padyo-tilivizır satılan 

mağazaya girib “Sizdə pesox var?” soruşmamış dura 

bilmirdim. Satıcı da acıxlanıb diyirdi: “A kişi, bir dəfəlik bil,  

burda pesox satılımır.” Axırda hiddətlənib xəbərdarlıq  ilədi: 

“Bax, əgər bir də gəlib mənnən pesox soruşsan, o tək 

qulağını divara mismarlayacağam.” Aradan bir-iki gün keçdi, 

genə yolum düşdü rayona. Inanmayacaxsız, vallah genə 

dayana bilmədim, girdim həmin mağazinə. 

VI KƏNDLI - 

 Soruşdun, pesox var? 



TAYQULAQ USUF -    

 Yox, bu dəfə soruşdum: “Mismar var?” 

Satıcı bir tərs-tərs baxdı, amma insafən, bir söz demədi, 

başını buladı. Elə bu an həmin şeytan genə qıdıxladı məni. 

Eləmə arsızlıx, didim: “Elə isə bir söz də soruşum, pesox 

necə, var?” Kişini elə bil od götürdü, əlindəki balaca 

radyionu dalımca elə tulladı ki, radyo divara dəyib para-para 

oldu. 


 

Gülüşürlər. 

Iki uşaq gəlib qarpız satan arvaddan pul verib qarpız alıb aparır.  

 

QARPIZ SATAN ARVAD - 

 

 (Bundan fərəhlənərək yenə bərkdən 



çağırır.) Qarpız! Qarpız! Bal kimi şirin qarpız! Özü də ucuz. 

Biri bir nizamiyə. Düm havayı. Ay müştəri, gəl bəri! Gəl 

mala, qalma dala! 

 

Alik boşqabda bir neçə dənə göy alça gətirib qoyur Usufun stoluna. 

 

TAYQULAQ USUF -

    

 (Bir stəkan içir.) Hə.. Bəs fıstıx Səftər 

neyniyib, heç bilirsiniz? 

II KƏNDLI - 

 Fıstıx da sənin tayındı da elə. 



TAYQULAQ USUF -

   Yo-ox, o, mənnən də betər şeydi... Gedib 

bazara, soğan satandan soruşub ki, kilosu neçəyədi? Soğan 

satan  da diyib ki, kilosu iki məmmədə. Fikirləşib ki, acı 

soğandı da, buna iki məmməd versin-verməsin. Bilirsiniz də, 

cibinnən pul çıxanda elə bilir ağzından canı cıxır. Bir baş 

soğan götürüb əlinə diyib, yaxşı, bu bir dənəsini neçəyə 

verərsən? Soğan satan da yazığı gəlib diyib ki, a kişi, heç 

neçəyə, elə-belə götür apar. Köpəyoğlu Fıstıx da bu sözə       

30


 

 

 



bəndmiş kimi tez diyib: “Çox sağ ol, a qardaş, hindi ki, bir 

dənəsi heç neçəyədi, elə isə bir əlli dənə ver.” 



 

Gülüşürlər. 

 

 

                                          

 

                                        ON İKİNCİ FRAQMENT 

 

 

 

 

 

 

    

 

VI KƏNDLI -  

  Ə, bu fıstıx Səftərnən mırıx Şirəlinin arvadı 

taytaxt Söhbətin arasında nə olub e? Uçastkovı Veysəl 

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə