MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix29.11.2016
ölçüsü0,72 Mb.
#445
1   2   3   4   5   6   7   8   9

  

 əl çəkmir onnardan. 



                                                   

II KƏNDLI – 

 Ə, yox... Fıstığı bəziyiblər. Guya arxın başında 

kolluqda Söhbətə sataşıb. Prosto, su üstə dalaşıblar. A 

kişilər, bu Fıstıx gecə-gündüz qara div kimi suyun başında 

yatıb qalır da, qoymur ki, camaatın od tutub yanan 

əkənəyinə bir udum su getsin. Yazıx taytaxt Söhbət də 

axırda hirslənib əlindəki lapatkanı vurub Fıstığın başına. 

Kişini qan aparıb. Yannarında da heç kim olmuyub. Əlacı 

kəslən Söhbət özü onun başını suya soxub ayıldıb.

           

VI KƏNDLI - 

 Hə, Fıstıx da ordan durub başının qanı axa-axa 

payi-piyada gedib rayona, şikayətə. “O qancığı qoduxluğa 

salmasuz əl çəkən döləm” diyib durub.                             



II KƏNDLI - 

Diyirlər, Şirəlidən də  düz ikipaçkə şirik istiyiblər. 

“Yoxsa, olan ömründə bir də arvadının üzünü 

görməyəcəksən” bildiriblər. Hindi yazıx Mırıx düşüb ora-bura 

pul dilənir. Pul da kimdə var ki? İnəyini satmax istiyib, alan 

olmuyub, arvadın divardakı cehiz palazını satmaq istiyib, 

genə alan olmuyub. Axırda qapıdakı qoyunnarın hamısını 

dəyər-dəyməzə verib qəssaba. Nə isə, güc-bəla bir paçkə 

düzəldib. Göygöz də diyir ki, iki paçkə olmasa nəçənnik bu 

işə yaxın durmaz



                                            

TAYQULAQ USUF -

  Eh, ağlı yoxdu mırıx Şirəlinin, o 

pulları versin 

 mənə,  gör onun işini bu lələş necə 

düzəldir.

                                                                      

I KƏNDLI - 

 Hə, sən yaxşı düzəldərsən. 



                                        

II KƏNDLI - 

  

Qorxma, paçkıya yaxın duran olub. Mırıx qohum-

əqrəbasıynan bir-iki dəfə barışıx qoymaxdan ötrü Fıstığın 

 

 

 

 

 

 

 

 

31 


 

 

qapısına getsə də işi atılmıyıb. Ancax Fıstıx paçkə söhbətini 



eşidən kimi diyib, “Eh, daa keçib, o şirikləri versin mənə, 

gedib ərizəmi geri götürüm.” 

Canının dərdindən Şirəli yazıx da pulları verib ona. Fıstıx da 

səhər tezdən cumub rayona, başdıyıb yalvar-yaxarmağa ki, 

nəçənnik, bağışda məni, bir qələtdi iləmişəm, başım-zadım 

yarılıb iləmiyib, elə-belə hirslənmişdim, kişi də arvad 

xeylağından şikayət iliyərmi? 

VI KƏNDLI -

    Əlqərəz, əhvalatdan xəbər tutan Göygöz indi  

Şirəlinin arvadini buraxib yapişib Fistixdan. Heç demə, 

bunnan neçə dəfə imiş ki, əli aşaği olantək Fistix kiməsə 

özünü döydürtdürürmüş, başini-qolunu sindirtdirirmiş, soora 

da həmin adamnan pul qopardib barişiq qoyurmuş.  

Dalaşanlar da cannarinin dərdinnən  Fistiğin dediyini verirmiş.

 

V KƏNDLI - 

 Bah, atonnan, ə, bu Fıstıx nə köpəyoğlu adammış... 



I KƏNDLI - 

 Hər halda Fıstıx o itdərdən insaflıymış, iki paçkıya 

düzəlmiyən işi bir paçkıya yoluna qoyurmuş. 

TAYQULAQ USUF -  

Ə, kefdi bu Fıstıx. Sentyabr qabağı 

məktəbə gedən oğluna ayaqqabı almaxdan ötrü “Uşax 

aləmi”  dükanına girib soruşur: “Sizdə qırx iki razmer 

uşax ayaqqabısı varmı?” 

 

    

 

 

    

                                          

                                              ON ÜÇÜNCÜ FRAQMENT 

 

 

REPRODUKTOR –

      

 Quq-qu... Meşəli radiosu verilişlərini davam 

etdirir. Redaksiyamıza bir afişa təqdim edilib. Onu 

olduğu kimi sizə  oxuyuruq. 



     (Qadın səsi.) Yaxın günlərdə. Yay səhnəsində. Şou  

konsert. Kəndimzin ulduzu Huraman xanımın 

iştirakıynan. Çalırlar: mis qazançalarda dam-dam 

Həsənin balaca gedəsi, tütəkdə çoban Mürsəl, sinte- 



 

zatorda – kəndimizin rayon toylarında çalan talantlı 

manısı Maqsud Şirvanşah. Zor konsert olacaq. 

Repertuarda: türk mahnıları – “Davay, söylə,” pozulub 

yazılıb “Haydı söylə”, “Haydı, haydı mələyim”, “Bəbəyim 

–köbəyim”, “Lələk Fatma” və ilaxır. Biletin qiyməti – 

balacalar üçün bir yumurta, böyüklər üçün iki yumurta. 

Başdıyır mallar naxırdan  gələndən sonura. 

 

 

 

 

 

 

32 


 

 

 



Eşşək anqırır. 

 

 

(Kişi səsi.) Hoç, hoç! Rədd ol, a köpəyoğlunun heyvanı. 



TAYQULAQ USUF -    

 Qıllının eşşəyi hələ indidən başdıyəb ki, 

qanzertə. Haydı söylə, səni nə təəər söydüyümü. 

 

 

Elə bu an aralıdan qancıq Fatmanisənin  səsi gəlir: “Tayqulax huuy! 

Tayqulax huuy-uuy!”   

 

 

 

 

 

  

 

TAYQULAQ USUF -

     (Narahatcasına.) Adə, bu it qızının 

əlindən  bir təhər qaçıb canımı qurtarmışam, gəlib burda da 

məni rahat qoymayacax ee... (Ayağa qalxır, bilmir nə etsin.) 



 

Fatmanisənin səsi yaxınlaşır.       

 

Bax, məni görüb-eləməmüsüz ha! (Butılkasını, stəkanını 



götürüb stolun altına girir.) 

FATMANISƏ -

        (Əlində dəyənək  gəlir. Elə bil ağzından od 



püskürür.)     Ay pyaniskə köpəyoğlu, eşşey, donuz oğlu, ayı 

oğlu, öyün pullarını oğrurruyub hara qaçmısan?   Səni görüm 

gorbagor olasan, səni doğub gedən dərin getsin! Meyitin 

gəlsin! Uşağa bir cüt qaloş almır, əlinə keçəni sidik 

zəhrimara verib içir. 

 

Kəndlilər xəlvətcə qımışsalar da ona məhəl qoymaq istəmirlər. 

 

Harda gizlənmisən?   Kişisən, çıx üzə. Onsuz da səni tapıb 

bu salbeyi başıva çırpacam. Çıx deyirəm sənə! (İçəri girib 

baxır, daha da əsəbi halda çıxır. Oturanlara.) Nə ağzuvuza 

su alıb durmusuz? Guya ki, siz görmədiiz o köpəyoğlunu?   



I KƏNDLI - 

 Ay Qan... (Tez sözünü dəyişir.) Fatmanisə xanım, 

biz hindilər gəlmişik, görüb-eləməmişik... 

 

Usuf stolun altında stəkana çaxır töküb içməyindədir. Arada əlini uzadıb 



stolun üstən alça da götürür. 

 

FATMANISƏ -

  (Alikə yaxınlaşır.) Adə, harda gizlətmisən o 

alçağı? Sənnən döləm? Niyə dinmirsən?   

 

Alik çiyinlərini çəkir.  



 

 

 

 

 

 

33 

 

 

 

Sənsən onu yolundan çıxardan. Əlinə keçəni gətirib sənə 

verir  diyə belə qahmarlıx iliyirsən? Eyibi yox... Mənə də 

Fatmanisə deyərlər. İndi gör mən neyniyəcəm? (Gəlib 

altında Usufun gizləndiyi stolun arxasında oturur.) Di bir 

şüşə də mənə gətir, a şəngülüm! Bu gündən mən də 

başdıyacam içməyə, acıxnan. Hə, nə durub baxırsan? 

Gətirsənə! Pul istəyirsənsə, ala! (Bir neçə minlik atır.) 

dağıda bilir, mən dağıda bilmirəm öyün pulunu? 

 

Alik naəlac halda pulları götürüb gülümsəyərək gedir. Usuf stolun  

altından  işarə edir ki, gətirməsin. Ancaq Alik onu görmür. 

 

 

(Donquldamağına davam edir.) Eyibi yox, köpəy oğlu, gör 

sənin başına nə oyun gətirəcəm? Mənə də Fatmanisə 

deyərlər... 

I KƏNDLI - 

  Ay Fatmanisə xanım, bir sakitləşin, əstəğfrullah 

diyin. Arvad xeylağısız, “Ağdam” içmək yaraşarmı sizə? 

II KƏNDLI -

 Hə... bir söylüyün görək, təzə nə fal  açmısız?  

Dünyanın  işdəri necə görünür? Irəlidə bizi nə gözdüyür? 

FATMANISƏ -   

Nə gözdüyəsidi? Arvadlar da alkaşlıx edəcək. 

 

Alik bir şüşə “Ağdam”, stəkan və boşqabda bir neçə alça gətirib qoyur. 

Usuf stolun altından başını çıxarıb xəlvəti baxır. 

 

 

Aç də! Mən nə bilirəm o zəhrimarı necə açırlar? 



 

Alik butılkanı açır. 

Usuf birdən stolun altından çıxıb arvadın qabağındakı butılkanı götürüb 

qaçır.  

 

Ay səni it oğlu! Paçamın arasında gizlənibmiş. Dayan adə! 

Dayan, diyirəm sənə! Sən ölmüyəsən, hara qaçsan da 

əlimdən qurtaran dölüsən! Donuz oğlu, qaban oğlu, 

piyaniskə köpəyoğlu, eşşəy oğlu, çaqqal oğlu, porsux oğlu, 

ayı oğlu... (Söyə-söyə dalınca qaçıb gedir.) 



 

Gülüşürlər. 

Eşşək yenə anqırır. 

 

 

 

 

 

 

 

 

 

 

34 

 

 

 



I KƏNDLI -  

 Arvad məhv etdi bu yazığı. Tayı-bərabəri olmayan 

usta idi. 

II KƏNDLI -   

  Arvad vərdiş olmuşdu Usufun qazanıb 

gətirənnərinə. Daa usta işdədən var ki? Lobya-xiyar 

satmaxnan külfət saxlamax olar? Qancıx da ki, ağızdan 

heyvərə. 

 

 Gününü qara iliyib Usufun.  O da harda görmüşdü 

ki, arvad ona söz desin. Dərdinnən içir də... 

 

Repreduktorda şən bir mahnı başlayır. Hərdən diktorun da səsi eşidilir: 

“Meşəli radiosu... Meşəli radiosu...”  

Bir müddət dimnəzcə musiqini dinləyirlər. 

 

 

(Birinciyə.) Getməyəkmi daa? 



II KƏNDLI -  

 Hə, gedək daha yavaş-yavaş... (Ayağa qalxır.) Bizi 

bağışdıyın, bir yer var, ora dəyməliyik. 

V KƏNDLI -  

 İşinizdə olun. Biz də bir beş-on dəqqə oturax, hər 

halda  mirzə Müxbir hindilər gəlib çıxar bura. 

VI KƏNDLI - 

 Kəndin xəbər agenti, hə? 



V KƏNDLI -

   Hə də, gəlsin, söyləsin görək kənddə təzə nə var, 

nə yox. Soora da çıxıb gedək işimizə-gücümüzə. 

 

Birinci və İkinci kəndli gedir. 



Göygöz Veysəl qoltuğunda qalın bir qovluq gəlir. Salamlaşıb aralıdakı 

stolun arxasında oturur. Nə fikirləşirsə durub kəndlilərə yaxınlaşır, 

onlarla oturur. 

 

GÖYGÖZ VEYSƏL - 

Çay niyə içmirsiniz? 



V KƏNDLI -

  İndicə içmişik.  



GÖYGÖZ VEYSƏL -

  Genə için. Çay nədi, say nədi. (Çağırır.) 

Adə, Alik, bir yekə çaynik! (Kəndlilərə.) Bu səs-küy nəydi 

hindilər burda? 



VI KƏNDLI -

   Heç əşşi... Qancıq Fatmanisəydi, yenə ərinə segah 

oxuyurdu. 

GÖYGÖZ VEYSƏL -  

Tayqulaq da yəqin ki, düppədüz imiş. Əlimə 

keçmir də heylə vaxtı, aparıb bir on beş sutka yatdırım ki, 

ağlı gəlsin başına. 



VI KƏNDLI - 

Özünüzü pis kişi niyə iliyirsüz? Onsuz da o düzələn 

əyri dölü. 

GÖYGÖZ VEYSƏL -

   Neyniyək? Vəzifəmizdi də.  Gedib rəisin 

qulağına çatsa ki,  mən belə şeylərə göz yumuram, bilirsiz 

 

 

 

 

 

 

35 


 

 

neyniyəllər? Yağlı  bir töhmət yapışdırarlar boynumun dalına. 



Elə  bilirsiz, asandı işləmək? Gərək elə iliyəsən ki, nə şiş 

yana, nə kabab. Həm onnarın yanında hörmət 

qazanmalıyam, həm də camaatın. Amma mümkün olmur. 

Birinə göz yumanda , o biri çıxır əldən. 



VI KƏNDLI -

  (Veysələ xoş gəlsin deyə.) 



 

 Hə, elədi vallah. Çətin 

işdi hindi məsul vəzifədə işdəmək. 

GÖYGÖZ VEYSƏL -  

Çətin yox e, lap it zülmüdü. Böyüklər yüz 

şey tapşırır. Düzüb-qoşmadın – qanın getdi daha. Hindi 

mənnən elə bir şey istiyiblər ki, lap başımı itirmişəm. 



V KƏNDLI -  

Nədi ki elə? 



GÖYGÖZ VEYSƏL -

  (Pıçıltı ilə.) A kişilər, bir kilo anaşa 

istiyiblər. Bir nəşəxor gəlib rayona, rəisin dostudu, mənə də 

diyiblər ki, hardan varsa tap gətir. Hardan tapım? Onun nə 

təhər şey olduğunu bilən kopoyoğludu. Birdən-ikidən  

görmüşəm ki? Siz biləni, kənddə əkib-iliyən yoxdu ha? 

Qorxmuyun e. Pulunu vericəm. Adı da gizli qalacax. 

Neyniyim da... Yuxarının tapşırığından çıxa bilərəmmi? 

 

Susurlar. 

 

 

Hə, heylə bir adam varsa, diyin mənə. Onsuz da kməsə 



satmalıdı da. Qoy mənə satsın. Hürküsüz-qorxusuz. Inanın 

ki, böyük köməy iləmiş olar. Sizə də bir cib xərcliyi verərəm. 

Neyniyim, cərimədi də, çəkməliyəm. 

V KƏNDLI -

  Nəçənnik, vallah, ağlım kəsmir bizim kəntdə belə 

işnən məşğul olan tapılsın. Genə də qonşu kəntdən bir 

soraqlaşın. 



GÖYGÖZ VEYSƏL -

  A kişi, elə bilirsən, soruşmaq olur. Bu elə 

bir şeydi ki... Özü də sistem işçisinə kim boyun olar? Daha 

hardan bilsinlər ki, mən nə dərddəyəm... Eh, adamı 

göndərirlər düzəlmiyən işə, sonra da adını qoyurlar yarıtmaz. 

Hindi mən neynim görəsən? Hara gedim, kimə ağız açım? 

 

Alik çay gətirir. 

Veysəl ayağa qalxır. 

 

V KƏNDLI –

 Çay niyə işmədüz, nəçənnik? 



GÖYGÖZ VEYSƏL -

  Siz için. Mən gedim görək başıma bir çarə 

qıla bilərəmmi? Alik, çaynik mənim hesabımadı ha. (Gedir.) 

QARPIZ SATAN ARVAD –

 Sabahınız xeyir, nəçənnik. 



 

              

  

 

 

 

 

 

36 

 

 

 



GÖYGÖZ VEYSƏL -  

 Sabahın xeyir. Hə, necədi, dəyib-dolaşan 

yoxdu ki? 



QARPIZ SATAN ARVAD - 

 Yox, əşşi, yaxşı camaatdı. Qonağa 

hörmət iliyirlər. 

GÖYGÖZ VEYSƏL -  

Bir şey olsa, mənə xəbər ver, cannarını 

alaram. 

QARPIZ SATAN ARVAD - 

 (Yekə bir qarpız verir.) Uşaxlara pay 

apar. 

GÖYGÖZ VEYSƏL -  

(Guya utanır.) Əşşi, ayıbdı, uşaxlar qarpızı 

neynir? 


QARPIZ SATAN ARVAD –

 Götürün, götürün. Qarpızdı da, 

yesinlər.  

GÖYGÖZ VEYSƏL –

 Çox sağ ol, payın çox olsun. (Götürür.) 

Hindi ki, verirsən, bir balacasını da ver. Bizim bir dəcəlimiz 

var, gərək həmişə özünə ayrı qarpız kəssin. 



QARPIZ SATAN ARVAD - 

 Qurban dölümü? Özünüz seçin, 

hansını istiyirsiz götürün. 

 

Veysəl o biri qoltuğuna da iri bir qarpız vurur. Qovluğunu bilmir neyləsin. 



Sonra qovluğu da ağzında tutub gedir. 

Kəndlilər onun ardınca baxıb gülüşürlər. 

Motosklet səsi eşidilir.  

Bir kişi aralıdan “Mis alıram, alminum alıram! Mis alıram! Kimdə varsa 

gətirsin. Yaxşı pul vericəm!” deyərək haraylaya-haraylaya keçib gedir. 

 

 

 

 

 

 

 

ON BEŞİNCİ FRAQMENT 

 

VI KƏNDLI –

 Tülkü köpəyoğlu, özünü çoxbilmiş hesab iliyir, bu 

birisini qanmaz. Fikir verdinmi, bizdən söz qopartmaq 

istiyirdi ha. Yəqin qulağına nəsə üfürüblər. 



V KƏNDLI -

  Yox, əşşi... Onun azarı nədi, bilmirsən? Molla 

Pirvəlinin həyətindən oğurlanmış ağacları axtarır it oğlu. 

VI KƏNDLI -

  Nə ağaclardı elə? 



V KƏNDLI -

  Xəbərin yoxdu guya? Fil qulağında yatmısan, nədi? 

Uşaxlar  gimgəyə yığışanda “İy gəlir... nəsə bir cür iy 

gəlir...” diyə nəyə söz atırdılar? Düz iyirmi dənə şitil əkibmiş. 

Fikirləşib ki, heç kimin ağlına gəlməz kəndin mollası belə bir 

iş tutar diyə. Həyəti də yolun qırağındadı e. Bunu kimdən 

 

 

 

 

 

 

37 


 

 

 



gizlətmək olardı? 

VI KƏNDLI - 

 Sağ ol səni, keşiş köpəyoğlu. 



V KƏNDLI -  

 Keçən gecə dələduzlar cürləşib iyirmisini də kəsib 

aparıb. Molla o qədər özünü çaşdırıb ki, “Həyətimə oğru 

girib!” diyə hay-haray qopardıb, Göygözü dartıb gətirib 

hadisə yerinə. Göygöz it kimi burun çəkə-çəkə ətrafa göz 

gəzdirib soruşub: “A molla, nəyini aparıblar?”  

 

Yalnız bu zaman neynədiyini annıyan şeyx özünü 



itirmədən diyib: “Hələ xəbərim yoxdu...”  Anaşa  

ağaclarını yerində görməyən Veysəl az qala 

ağlamsınaraq sual edir: “Bunnar nədi belə ay molla?” 

Pirvəli tutulur, çaşıb qalır, kəsilmiş köklərə baxıb tez 

cavab verir: “Ee, bunnar keçən ildən qalmadı...” 

Uçastkovı  başnş bulayıb, “Yaxşı, çox dilə-dişə salma” 

diyib molladan aralanır, başdıyır oğruları axtarmağa. 

Daha doğrusu, oğurranmış malı axtarmağa. Ona görə də 

hindi, görmürsən, bir yerdə dayana bilmir. Isti-isti malın 

izinə düşmək istəyir. 



VI KƏNDLI -

  Vay səni, eşşək oğlu. Özü də hələ diyir ki, onun nə 

cür şey olduğunu bilən kopoyoğludur.  

V KƏNDLI -

  Düm yalandı. Mollanın həyətində əkilmiş ağaclardan 

hamıdan qabax bəlkə də onun xəbəri vardı. Ağaclar yoxa 

çıxanda diyibmiş ki, tələsiblər it uşaxları, kal-kal yığıblar, 

üçcə gün də gözləsələrdi əla olardı. Üç gündən sonra 

şöbədən də bir adam gətirib özü götürəcəkmiş zəhrimarı. 

Bir nəfər də gözaltı iliyibmiş  məhsulu, iki gündən sonra 

o yığacaqmış.  Molla Pirvəli də yana-yana diyirmiş ki, 

zalım uşaxları bircə gün də möhlət  versələrdi, 

yığacaqdım da özüm. 



VI KƏNDLI –

 Kəndin müqəddəs atası belə işlərlə məşğul olanda, 

başqalarından daa nə umursan? 

V KƏNDLI -

  Yazıx neynəsin ee? Deyirmiş ki, bu il də həccə gedə 

bilmədim, tövləm də yarımşıq qaldı eləcə. 

VI KƏNDLI –

 Sağ ol səni, hacı şeyx... 

 

 

 

 

 

                                         ON ALTINCI FRAQMENY 

 

REPRODUKTOR –

 

 (Musiqi səslənir. Qadın səsi.) Quq-quu... 

Dünən gecə kolxozun təftişı xəstə Qasımın körpə balalı inəyi 

yonca yeyərək köpmüş və gəbərmişdir. Xəstə Qasımın 

 

 

 

 

 

 

38 


 

 

 



dərdinə şərik oluruq və məsləhət bilirik ki, artıqnəfislik 

edərək gecələr mallarını açıb başqalarının bağlarına 

salmasınlar daha. Vallah, səsini kəsmədən anasını 

haraylayan o yetim dananın ahı tutar adamı. (Musiqi davam 



edir.) 

V KƏNDLI -

   Ə, bu xəstə Qasım heç kəndə qoyulası kopoyoğlu 

döyülmüş e... Onun xəstə canında nələr varmış? 

VI KƏNDLI -  

 Genə neyniyib? 



V KƏNDLI -  

 Canına dərd. Keçən il, elə bu vaxtlar olardı da, hə, 

Həsənqulu kişi  nəvəsi  cinni Rəcəbdən ötrü onun qızına elçi 

gedibmiş. Qız da bir qız olsa dərd yarıdı e, tay-tüşləri çoxdan 

ərdədi, oğul-qız yiyəsidi, bu hələ büzüşə-büzüşə evdə 

oturub.  Arvad razılaşıbmış. Xəstə iki ayağını bir başmağa 

diriyib durub, olmaz ki olmaz. 

VI KƏNDLI -  

 Bəhanə nə gətirib? 



V KƏNDLI - 

  Nə gətirəsidi? Bəyənmiyib Həsənqulu kişini, 

nəvəsini. “Su axar, çuxurunu tapar” diyib. Guya özü böyük 

zibilmiş. 

Cinni Rəcəb bunnan bir az da cinnənib, toya bəslədikləri 

cöngəni kəsir, satır, pulunu da cibinə qoyub düz gedir 

Tümenə, orda işdiyən əmisi uşaxlarının yanına. Hindi bir 

həftədi Cinni qayıdıb gəlib, “Cip”di, nədi, o lap bahalı 

maşınlardan da birini gətirib sürür belədən-eləyə, elədən-

beləyə. 


Bunu görən Qasım özünü salıb Həsənqulu kişinin yanına ki, 

əşşi, bir qələtdi, iləmişəm, p.yimişəm, lap heylə belə də diyib 

ha, bəs gəlin qızıbuzu aparın, Allah mübarək iləsin. 

Lakin məlum olub ki, bu bir il ərzində xəstə Qasımın 

bəyənmədiyi Həsənqulu kişinin nəvəsi cinni Rəcəb orda 

neyniyib, neynəmiyib – nəinki özünə xarici maşın alıb, hətta 

bir xarici arvad da alıb, ingilisdi, nemesdi qızıdı diyirlər, 

qəşəng bir metis oğul atası da olub, hindi də istiyir ki, 

kəntdə babat bir ev alıb arvad-uşağını da gətirsin bura. 

Xəstə  Qasım da suyu süzülə-süzülə qayıdıb boxçaya 

qoyduğu qızının yanına və o yıxılandı, xəstəliyi bir az da 

çoxalıb, diyirlər. 

 

 

 



 

 

ON YEDDİNCİ FRAQMENT 

 

Orta yaşlarında olan  mirzə Müxbir gözündə qara eynək, başında köhnə 

 

 

 

 

 

 

39 

 

 

yay  şlyapası, qoltuğunda bir qalaq əzik-üzük, saralmış qəzet gəlir. Özünü 



oturanlara göstərsə də dayanmadan keçib getmək istəyir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin