IV KƏNDLI -
Nə gözdüyürük? Biz də gedib bir baş çəkək də
ora.
I KƏNDLI -
Gedək, gedək...
13
II KƏNDLI -
(Xəlvəti birinci Kəndliyə.) Bəs Oçkinin yanı?..
I KƏNDLI -
(Birdən xatırlayır.) Hə, siz gedin, biz də bir
azdan gəlirik. Yaxşı dölü, səhər-səhər görünmək lazımdı
orda, soora inciyib iliyər.
Üçüncü, dördüncü Kəndli bir az aralanır.
Birinci və ikinci Kəndli özlərini hələ qəzetə baxırmış kimi göstərir.
III KƏNDLI -
İndi yəqin Pirvəli özünü çatdırıb ora.
IV KƏNDLI -
Eh, ona nə var ki. Harda aş, orda başdı. Gözü
doymur da zalımın. Helə də simicdir ha.
III KƏNDLI -
Bir gün başına oyun açdım da. Kiminsə yası idi,
yadımdan çıxıb, oturub təsbeh çevirə-çevirə axirət
dünyasından, halallıqdan vəəz iliyir: “Bax, yadınızda qalsın,
bu dünyada bir adamnan beş məmməd borc alıb
qaytarmasanız, bilin ki, o dünyada bu borcu yüz dəfə
artıqlaması ilə qaytarmalı olacaqsınız. Yəni ki, beş
məmmədin yerinə əlli şirvan qaytaracaqsınız.” Arsızlığıma
salıb didim, a molla, eyibi yox, gəl sən mənə beş məmməd
borc ver, o dünyada mən sənə əlli şirvan nədi ee, lap beş
yüz şirvan qaytararam. Xırp səsini kəsdi.
IV KƏNDLI -
Pirvəlidən beş məmməd qopartmaq olar? Allah
verdiyi canı ondan ala bilmir.
III KƏNDLI -
Pul verən olsa, canını da verər. Keçən payız
kəndə tez-tez alverçilər gəlirdi axı. Qapı-qapı gəzib şabalıd,
qoz, fındıq alırdılar. Bir axşam qaranlıqlaşandan sonra bizim
şeyxin darvazası döyülür. Yerə düşməyə qorxan şeyx
eyvandan soruşur: “Kimdi?” Dələduzlardan kimsə boğuq
səslə diyir: “Əzrayıl.” Qulağı ağır eşidən şeyx heç nə başa
düşməyərək soruşur: “Nəyə gəlmisən?” Boğuq səs diyir:
“Can almağa.” Pirvəli bir az götür-qoy edib yenə soruşur:
“Neçədən alırsan?”
Gülüşürlər.
Bir gün də bına iki məmməd vermişəm ki,rəhmətlik dədəmə
bir yasin oxusun. Tələsik pulu cibinə soxub diyir: “Məndə
oxuyub zapas yığdığım hazır yasinlər var, onlardan birini əta
iliyim, yoxsa svejisini oxuyum?”
Yenə gülüşürlər.
Gedirlər.
14
DÖRDÜNCÜ FRAQMENT
Qəzet önünə daha iki Kəndli yaxınlaşır.
Elə bu dəm eşşək yenə bərkdən anqırır.
V KƏNDLI -
Saatlarızı düzəldin, qıllı Qulam anqırdı.
I KƏNDLI -
Ə, hardan gətirib çıxardı Qıllı köpəyoğlu bu eşşəyi?
Baş-beynimiz getdi ki...
II KƏNDLI -
Yox, a kişilər, vallah belə olaz. O Qıllını başa salmaq
lazımdı, rədd eləsin murdarı. Meşəlidə heç vaxt eşşək
olmayıb axı.
VI KƏNDLI -
Yazıq özü də başını itirib, bilmir neynəsin. Zarafat
dölü e, cağbacağ bir matasklet verib o eşşəyə.
I KƏNDLI -
Mən ölüm?
VI KƏNDLI -
Eşitməmisən bəs? Nemes Callat hökümətin
bağışdadığı qoz kimi “Cuquli”sini qonşu kənddə bir ata
dəyişib, bu da Nemesə baxıb mataskletini verib eşşək alıb.
V KƏNDLI -
Başdarına hava gəlib də.
IV KƏNDLI -
Neyləməlidilər e? Yazıqlar benzin ala bilirlər ki.
Callat diyirmiş, gündə cəmi bir litrə benzn alsam, bu pula ilin
axırında alababat bir maşın düşür. Hardadı məndə bir
maşının pulu? Hazır benzinsiz işdiyən dədə-baba maşınımı
sürüb gedirəm də hara olsa.
V KƏNDLI -
Dağılasan səni, dünya, daa sənə sözüm-zadım
qalmadı.
BEŞİNCİ FRAQMENT
Radioda musiqi səslənir.
Birinci və ikinci Kəndli hələ qəzetin önündədir.
Onlara daha bir neçə nəfər yaxınlaşır. Maraqla qəzeti oxuyurlar.
Ayağında rezin şəpətkə, gözündə qara eynək, əynində üstü bəzəkli mayka
və idman şalvarı olan bir oğlan əsnəyə-əsnəyə çayxananın stollarının
üstünü silir.
Qarpızsatan arvad qayıdıb əl-üzünü yuyur.
Yazıçı səhnəciyin yanında görünür.
YAZIÇI -
Bu hayd-park kürsüsü lap dəhşət idi. Dünən açılış
günü burda nələr deyilmədı? Yəqin ki, ən maraqlı çıxışlar hələ
15
bundan sonra olacaq. Kimin ağlına gəlib belə bir şey
quraşdırmaq - bilən yoxdur. Amma hər halda yaxşı fikirdir
bu. Düzdü, indi deyilən sözə elə bir məhəl qoymurlar, kimi
istəyirsən söy, nə istəyirsən de, hə, yalnız təhqie etmə. Heç
olmasa, ürəklərini ki boşaldırlar. Bu özü böyük işdir...
II KƏNDLI -
( Birinci Kəndliyə.) Hə, gedəkmi Oçkinin yanına?
I KƏNDLI -
Ə, qoy kişi bir yerindən dursun, əl-üzünü yusun.
II KƏNDLI -
Eləisə gedək zəqrəniş Aliyin yanına, nisyə bir çay
vurax, vaxt keçsin.
Çayxanaya tərəf gedirlər.
Yazıçı səhnənin dərinliyində gözdən itir.
II KƏNDLI -
(Birdən yerə səpələnmiş pullar görür.) Ə, bu nədi
ə belə? Pula bax ee... (Sevincək yığır.)
Birinci Kəndli də yığmağa başlayır.
Qarpız satan arvad bərkdən gülür.
Nəyə gülürsən, ay arvad? Gəl bir qıraqdan da sən yığ. Bir
həftədi bitib qalmısan qarpızların yanında.
QARPIZ SATAN ARVAD -
Bir həftə yox, bu gün düz on gündür
yatıb qalmışam burda. Beş ton qarpız gətirmişdik, hələ bir
tonu getməyib. Bu boyda kənd on gündə beş ton qarpız yeyə
bilməyib.
I KƏNDLI -
Vallah, bir gündə yeyib qurtararlar, lap günortaya
qədər yiyib qurtararlar. Camaatda pul yoxdu da. Ağlın öz
yerinizə getməsin, bizim kənd çox kasıbdı.
QARPIZ SATAN ARVAD -
Ee, bizimkilər bundan da kasıbdı.
Sizə nə var ki? Meyvəniz olur, mal-qaranız olur. Satıb bir
təhər dolanırsınız. Bizim külfət gözünü bunnara dikmişdi.
(Qarpızları göstərir.) Guya bir yerdə satıb illik taxıl alasıydıq.
Gündəlik yeməyimi düzəldə bilmirəm.
II KƏNDLI -
Nağıllarda deyilir ee, su arxının başında div oturub,
suyu camaata buraxmır. Hindi də elə bil pulun başında
nəhəng bir div oturub, bir məmməd buraxmır bu üzə.
QARPIZ SATAN ARVAD -
(Pullara işarə edərək təbəssümlə.)
Amma diyəsən Allahın rəhmi gəlib yağış kimi yağdırıb kəndin
başına.
II KƏNDLI -
(Birdən.) Adə, bunnarın hamısı təkliy imiş ki. Tfu!
16
Qarpız satan arvad qəh-qəhə çəkib gülür.
I KƏNDLI -
Allahın da gücü buna çatırmış. (Əlindəki pulları cırıb
atır.)
QARPIZ SATAN ARVAD -
Başı batsın cəmə Geroyun, gəlib
buraları zibilliyib gedib.
II KƏNDLI -
Hə, diyirəm axı... Kimsə Səməyə bir çantey təklik
verib, guya hökümət göndərib onun adına, Qarabağda yaxşı
vuruşduğuna görə. O da bu pulları sıxma-sıxma paylayır
ona-buna.
ALTINCI FRAQMENT
Əldə düzəldilmiş stol arxasında otururlar.
Radiodakı musiqi yavaş-yavaş eşidilməz olur.
I KƏNDLI -
hə, Alik bala, sabahın xeyir. Bir balaca çaynik
dəmlə görək.
ALIK -
Nisyədi yenə?
II KƏNDLI -
Molla Nəsrəddin demiş, kişidə söz bir olar. Qorxma,
bu yaxınlarda ödəcəyik hamısını. Altıaylıx niyə olursan?
ALIK -
Ə, insafınız olsun, siftəmi pozmayın, bir nizami də varsa
verin.
I KƏNDLI -
Odey siftə. (Yerdəki pulları göstərir.) Yığ da nə
qədər istəyirsən.
ALIK -
Geroyun pulları gözünə girsin. Dünən də gedib dükanın
qabağını zibilləyib beləcə. (Narazı halda öz-özünə başını
bulayır.)
QARPIZ SATAN ARVAD -
(Əlində iri bir qarpız yaxınlaşır.)
Ala,siftə olsun. Bir çaynik də mənə dəmlə. Bu gündən
qarpızın biri bir nizamiyədi. irisi də, xırdası da. Kim tez gəlib
alsa irisini seçə biləcək. Görək bir təhər başımnan iliyib çıxıb
gedə bilərəmmi öz xarabama. Belə getsə, bütün yayı burda
keçirtməli olucam diyəsən.
II KƏNDLI -
Sən nisyə burax, payızda gəlib yığarsan da pulunu.
QARPIZ SATAN ARVAD -
Yox, əlimnən verib ayağımnan
axtara bilmərəm. Qarpızın nisyəsi olmaz.
Alik “Əlin yüngül olsun” deyib qarpızı götürərək gedir.
Qarpız satan arvad aralanır.
17
II KƏNDLI -
Vallah, maraxlıdı e, bizim kişilər belə şey iliyər?
Neçə gündü gətirib arvadını bir topa qarpıznan bura atıb
gedib.
I KƏNDLI -
Ee, o tərəflərdə belə şeylər adi şeylərdi. Sərin yerdi
də, arvad da qarpızları yağa-şora dəyişib gününü keçirdir,
atdıxat iliyir özüyçün. Bir də, kimdi ee onnan işi olan. Hamı
özünkünnən bezardı.
ALIK -
(Stəkan-nəlbəki, qənddan gətirir.) Nisyələrlə Vəlinin
dükanını bankrot ilədiz. Hindi yazıx on-on beş şirvan tapmır
ki, gedib təzə mal gətirsin. Belə getsə, diyəsən, mən də
onun gününə düşəcəm.
II KƏNDLI -
Vermiyeydi də nisyə.
ALIK -
Hindi mən sizi geri qaytara bilərəm? O da elə. Kəndçidi,
qohumdu, üz-üzdən utanır. Hamı ehtiyac içindədi. Gəlib
yalvar- yaxar edirlər. Amma sonra verə bilmirlər pulu.
Yığışıb qalır. Elə adam var ki, ildən çoxdu filan qədər
borcludu.
I KƏNDLI -
Pensiyaynan, uşax puluynan dolanan camaatdı da. O
da vaxtlı-vaxtında verilsə. Bir zamanlar qarğıyıb
deyərdilər,görüm səni maaşnan dolanasan. Indi də hamı
pensiya umudundadı.
ALIK -
Eh, axırda yazıq fikirdən xəstə düşüb.
I KƏNDLI -
Allah onun canına qıymasın. Kənd, inan ki, onun
sayəsində qənd-çay işdədir, duz işdədir, sabun işdədir.
Yoxsa, camaatın vəziyyəti lap ağır olardı. Böyük savabdı. Di
gəl, hindi özü qalıb quru yurtda. Dükanın qabağına elan
vurub ki, nisyələri azacıq da varsa ödəsinlər, yoxsa, kənd
tamamilə qənd-çaysız qalacaq...
Qarpız satan arvad əlində bir bağlama gəlib aralıdakı ctolun arxasında
üzü qarpızlarına sarı oturur. Bağlamanı açır, şorla, soyutma yumurta ilə
çörək yeyir.
REPRODUKTOR –
(Kişi səsi.) Quq-quu... quq-quu. Bayaqkı
vacib elanı təkrar edirik. Kim kolxoz sədri olmaq istəyir?
Bildiyiniz kimi, nə müddətdir zırpı Hətəm istefa ərizəsi yazıb.
Lakin rayon rəhbərləri hələ ki, onun istefasını qəbul
etməyiblər. “Yerinə bir adam tap, sonra baxarıq” deyiblər.
Bu axşam yay səhnəsində kəndin ümumi iclası olacaq.
Rayondan hətta Görüşov cənabları özü sizin görüşünüzə
təşrif buyuracaq. Zırpının ərizəsi müzakirə ediləcək.
Hamının iştirakı vacibdir.
18
II KƏNDLI -
Ə, maraxlıdı ee, bu zırpı Hətəmə nə gəlib ki, öz
xoşuynan sədirlikdən getmək istəyir?
I KƏNDLI -
Allah bilir... Sən ölmüyəsən, burda nəsə bir sirr var.
II KƏNDLI -
Onun gözü doyan dölü, hindi nə olub görəsən?
I KƏNDLI -
Uşaxlıxdan heylə acgözdü. Qabağına hansı qabda
yemək qoysalar baxıb ağlayırmış: ”Bəs görün özüvüz nə
qarta yimisiz ki, məə saxladıız budu.” Bir dəfə iri bir qazan
aş bişirib üstünnən qaşıq da götürmədən gətirib qoyullar
qabağına ki, görək bu dəfə səsi kəsilərmi. Qazana baxıb
başdıyır bu dəfə daha bərkdən ağlamağa. Dədəsi dözmüyüb
hirslə diyir: “A köpəy oğlu, hindi nəyə ağlayırsan?” Hətəm
gözünün yaşını tökə-tökə genə diyir: “Görün özüüz nə qarta
yemisiz ki, məə saxladığınız cəmi bir qazandı.”
Alik gətirib onların qabağına çay qoyur.
II KƏNDLI -
Sağ ol ee! Vallah, bu yaxınlarda xəcalətinnən
çıxacağıx.
Alik bir söz demədən gedir.
Qarpız satan arvada da çay aparır.
Divar qəzetinə baxan kəndlilərdən iki nəfər onlara yaxınlaşır.
VI KƏNDLI -
Bəh-bəh... Əlüvüzə pul keçib diyəsən, özüüzü
vurmusuz çayxanaya.
II KƏNDLI -
Pul odey, Allah töküb kəndin başına.
V KƏNDLI -
O pullar yiyəsinə qismət olsun. Hansı əclafsa
Səməni dolayıb. Bir çantey ölü pul verib ona diyib, nə qarta
istiyirsən xərclə, lazım olduqca hökmət genə göndərəcək
sənə. O da kəndi gəzə-gəzə harda bikef adam görsə bir
sıxma atır üstünə.
Otururlar.
I KƏNDLI -
Çağırırı.) Alik, iki stəkan da gətir, balaca çayniyin
birini də.
VI KƏNDLI -
Eşitdiiz də... Zırpı genə “mıstafa” diyib durub. Özü
də işin-gücün belə qızgın vaxtı.
V KƏNDLI -
Dayan ee, bəs onun yerinə kim olacax?
19
I KƏNDLI -
Kim istəsə o. Görmürsən, car çəkirlər, kim qalxoz
sədri olmax istiyir?
VI KƏNDLI -
Vallah, yaxşı zəmanədi. Keçmişdə, heç adama belə
sual verərdilər?
Alik dinməzcə iki stəkan gətirib qoyur.
Kim belə sual eşitmişdi əvvəllər? Qalxoz sədri yeri boşalan
kimi dayılar işə düşərdi, pul sandıxları açılıb-örtülərdi. Bir də
görərdin ki, budu ha, dayısı göyçəyin, özü göyçəyin biri gəldi
və didi, salam-məleyküm, bəs mən sizin qalxozun təzə
sədriyəm. O dəqiqə başdar əyilərdi, cannara qorxu düşərdi,
xəlvəti qonaxlıxlar başdıyardı, “Filankəsov, burda
oturmuyun, sizə soyux dəyər, zəhmət olmasa, başa keçin,
burda üstünüzə gün düşər.”
Alik çayniyi də gətirir.
II KƏNDLI -
Demoqratiyadı da. Dünya dəyişib.
VI KƏNDLI -
Kim qalxoz sədri olmax istiyir? Hindi bu sual
kəndin qapılarını bir-bir döyür, kişilərin yaxasından yapışır.
Nə pul istiyən var, nə dayı soruşan. Yalnız bircə o qalır ki, bir
igid çıxıb qabağa, əlni çırpa sinəsinə. O igidsə tapılmır ki,
tapılmır.
I KƏNDLI -
O iyid sən. Götür işlət.
VI KƏNDLI -
Yox, keçəl suya gedən dölü. Az aşım, ağrımaz
başım. Bostan daa ur olub. Hindi mənə nə gəlib ki, göz görə-
görə özümü atım cəncələ.
I KƏNDLI -
Bəs onda Zırpını niyə qınıyırsan?
VI KƏNDLI -
Qınıyıb iləmirəm. Hər kəs öz işini daha yaxşı bilir.
II KƏNDLI -
Sus... Zırpı özü gəlir.
Söhbəti kəsirlər.
SƏKKİZİNCİ FRAQMENT
Zırpı Hətəm yaxınlaşıb salam verir, aralıdakı ağ plastmass kresloda
oturur.
Kəndlilər yerlərində qurcalanaraq onunla salamlaşır, susub qalırlar.
20
ZIRPI HƏTƏM -
Ədə, Alik, bir çay gətir görək. Bir paprıs da
gətir. (Narahatdır.) Pah atonnan, a kişilər, belə də iş olar?
VI KƏNDLI -
Nə olub, Hətəm məllim, niyə dilxorsuz?
ZIRPI HƏTƏM -
A kişi, dilxor olmuyum, neyniyim? Min əzab-
əziyyətnən taxıl becərmişik, biçib gətirib xırmana tökmüşük.
Allah bərəkət versin, yaxşı da məhsul olub bu il. Bu gün-
sabah bölgü çıxardasıyam. Di gəl boğdanı xırmandanca
oğruyub qurtarırlar. On nəfər də təzə axrannik vermişəm,
əllərinə tüfəng vermişəm ki, bəlkəm oğruluğun qabağı
kəsilə. Iki gecə gedib arxayıncasına yatmışam ki, daha
xırmana yaxın duran olmaz. Bu iki gündə nə ambara, nə də
tədarükə bir torba da buğda aparmamışıq. Gəlib görürəm ki,
boğda dağları buz təpəcikləri kimi əriyib. Diyirəm, a köpəy
uşağı, bu nədi belə? And-aman iliyirlər ki, səhərə kimi
yatmamışıq, heç kəs də bura yaxın gəlməyib.
Alik Hətəmin də qabağına çay gətirir.
Sağ ol, a bala. Hə, di tap görüm, necə olub boğda. Ətrafları
fırlanmışam ki, bəlkəm hansı nadürüstsə lağım atıb xırmanın
altına. Heç bir izə-zada rast gəlməmişəm. Bu gecə iləmə
tənbəllik, gəlib pusquda durmuşam. Səhərə yaxın nə görsəm
yaxşıdı? Qarovlçuların özdəri meşok-meşok dartıb aparırlar
boğdanı. Üzdərinə tüpürdüm. Qovdum hamısını. Analarına,
bacılarına söyüb. Didim, ay haramzadalar, oğrular sizdən
insaflıymış ki, siz olmuyanda boğda heç bu qədər azalmırdı,
ay sizin arvaddarınızı belə-belə iliyəm hə... Di gəl işdə belə
alçaxlarnan, görüm necə işdiyirsən.
VI KƏNDLI -
Bah səni, belə də iş olar?
ZIRPI HƏTƏM -
Özdərinə tapşırmışam, nə qarta aparmısınızsa,
qramına qədər qaytarıb gətirib boşaldın xırmana. Özü də
camaatın gözü qabağında. Qoy hamı tanısın sizi. Yoxsa,
hamınızı basdıracam qoduxluğa. Xalx acınnan qırılır, bölgü
gözdüyür, bu oğraşlar isə tay-tay daşıyıb qurtarırlar
boğdanı. Camaata nə böləcəyəm hindi? (Çayı nəlbəkiyə
töküb hirsli-hirsli içir, üstən siqaret tüstülədir, öskürür.)
Üzünü çevirib Hətəmin söhbətinə diqqətlə qulaq asan qarpız satan arvad
qarpızlarını tamamilə unudub. Birdən nə isə duyubmuş kimi geri dönür.
Qarpız oğurlamaq istəyən uşaqları görüncə söyə-söyə onların üstə qaçır.
21
QARPIZ SATAN ARVAD -
A köpək uşağı, ay it uşağı! Hər gün
sizə nə qədər pay verirəm, yenə əl çəkmirsiz burdan? Eyibi
yox, bir də gələrsiz yanıma...
ZIRPI HƏTƏM -
Buyur!.. Görürsüz, uşaxları da hindidən
öyrədirlər
oğruluğa . Bizdən keçər, bu yazıx arvad qonaqdı
axı. Öyünü-eşiyini atıb nə müddətdi ki, gəlib görək beş-on
manat çörək pulu qazana bilərmi. Geri dönəndə camaatımız
haxda Allah bilir nələr danışacaq oralarda. Ayıbdı, vallah.
I KƏNDLI -
Eh, Hətəm məllim, oğrulux da var oğrulux da...
Güzəran ağırlaşdıqca hərə bir cür oğurruyur. Hətta diyirlər,
taxılı qumara qoyanlar da var.
ZIRPI HƏTƏM -
(Əsəbiləşir.) Ə bu nə söhbətdi yayılıb kəndə? O
adamı camaatın gözü qabağındaca güllələyərdim, lap mənə
ömürlük türmə versələr də. Bərəkətnən, camaatın
puzusuynan da qumar olar?
QARPIZ SATAN ARVAD -
(Geri qayıdıb bağlamasını
yığışdırır.) Hətəm məllim, bəlkəm bir yaxşılıx iliyəsüz, bu
qarpızları buğda ilə dəyişəsüz, soora da camaata böləsüz.
ZIRPI HƏTƏM -
(Hirsini boğaraq.) Ağıllı fikirdi. Gərəydi birinci
günnən iliyəydik bunu.
QARPIZ SATAN ARVAD -
Daa iliyəmməsüz?
ZIRPI HƏTƏM -
Baxax görəy də.
REPRODUKTOR –
(Musiqi fonunda qadın səsi.) Daha bir elan.
Alça, zoğal, xiyar-pamidor, göy lobya satanların nəzərinə.
Tormoz Camal Meşəli-Göysu reysi açıb. Həftənin üçüncü və
altıncı günləri o, özünün “Belarus”una lafet qoşub sizi o
başdannan küləklənə-küləklənə bazara aparacaq və axşam
üstü də qaytarıb gətirəcək. Yol pulunu apardığınız malı
satandan sonra ödəyəcəksiniz. Işdir, əgər məhsulunuz
satılmasa adınızı tormoz Camalın nisyə dəftərinə yazdıra
bilərsiniz.
Dostları ilə paylaş: |