MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ


Yaxınlıxda da elə bir kənd-zad yoxdu ki, diyəsən, bəlkə  ordan gətirib gizlədiblər. Nə isə, çox müəammalı işdir



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix29.11.2016
ölçüsü0,72 Mb.
#445
1   2   3   4   5   6   7   8   9

 

         Yaxınlıxda da elə bir kənd-zad yoxdu ki, diyəsən, bəlkə 

ordan gətirib gizlədiblər. Nə isə, çox müəammalı işdir.

 

I KƏNDLI –

  Mən bilirəm  o boğdanı bizim meşələrə, çaylara kim 

gətirib töküb. 

GÖRÜŞOV –

 Bilirsən, bəs niyə gizlədirsən? 



I KƏNDLI –

 Deyirsiz, açıb söylüyüm?..  Məncə, bunu uçan 

boşqablarla başqa planetlərdən gələnlər iliyiblər. 

 

Gülüşmə qopur. 



 

Deyilənlərə görə, başqa planetlərdə də belə hadisələr olur. 

Belə ki, orda da kolxozlar öz hesabına min hektar əvəzinə iki 

min hektar taxıl əkib becərir.  Biçin vaxtı məhsulun çoxunu 

xəlvəti olaraq kənar adamlara satırlar, bizdəki kimi dəyər-

dəyməzinə. Orda da elə olur ki, birdən qəfil yoxlamalar gəlib 

çıxır, hələ sata bilmədikləri, gizlədə bilmədikləri taxılı uçan 

boşqablara doldurub gətirib bizim meşələrə boşaldırlar ki, 

özdəri sudan qup-quru çıxsınnar, bizim isə yapon saatı kimi 

düppədüz işliyən rəhbərlərimiz şərə düşsünnər. 

 

Hətəm yanıqlı-yanıqlı başını yırğalayır. 

Görüşov dərndən köks ötürür. Yenə tərs-tərs Hətəmə baxır. 

Eşitdiklərindən elə heyrətlənib ki, bilmir nə desin. 

Sükut davam edir. 

 

 

 

 

 

 

 

 

75 


 

 

FISTIQ SƏFTƏR -



    Hər il tonnarnan tütün verirdik, əlli-altmış  

kilo barama verirdik. Inişilki tütün pulunu hələ ala 

bilməmişik. Keçən ilki tütün hələ damda qalır, bu ilki də 

talada batır. Vaxtlı-vaxtında traxtr vermədin, maşın 

vermədin ki, yığıb gətirək. Diyirlər, hökümət  tütünü sata 

bilmir. Amma elə sədirlr var ki, onnar satırlar ayrı-ayrı xarici 

şirkətlərə. Sən də diribaş ol, sat da kolxozun tütününü hara 

sata bilirsənsə. Camaat tut ağaclarının da hamısını kəsib 

yandırıb. Bəs bizim axırımız necə olacax? Vallah, a yoldaş 

Görüşov, bax belə yaramaz rəhbərlərin üzündən bu günə 

düşmüşük. Düzdü, başda oturannarda da günah çoxdu, 

amma yerlərdə lap dəhşətdi. 



HƏSƏNQULU KIŞI –

 Axırda diyəsən mən də danışmalı olacam. 

Ay yoldaş Görüşov, mənim xeyli yaşım var, bu dünyada çox 

şeylər görmüşəm. Əvvəllər bu cür işdər olmazdı axı. Əvvəllər 

bir vəzifədə on il, on beş il işdiyirdilər. Adamı  bir vəzifəyə 

qoyanda hər şeydən ötrü onu çıxartmazdılar. Nöqsannarı 

olanda tənbeh iliyərdilər, yaxşı işdə, düzəlt diyərdilər. Hindi 

kim hansı vəzifəyə keçsə, fikirləşir ki, onsuz da yerimi 

isitməyə qoymayacaxlar, bir-iki ilə dəyişəcəklər yerimi, nə 

qədər fürsət var, qoy söküm yiyim, soora nə olar-olar... 

Hər təzə gələn qalxoz sədri özünə, qohumlarına yaxşı torpaq 

alır, qalxoz hesabına bağ saldırır, ev tikdirir, maşın alır, 

özünü tutur, soora da az aşım-ağrımaz başım diyib  sivişir 

qreslodan ki, qoy hindi də gəlib o birisi söksün, bütün 

günahlar  təkcə onun üstündə qalmasın... 

Bax, budu dərdimiz. Hətəm də eləcə. Öz yükünü tutubdu 

daa. Nə qədər gec dölü, aradan çıxmax istiyir, ona görə də 

daa o vəzifəyə  getmək istiyən yoxdu. Hər halda məddə 

kiminsə başında çatdamalıdı. 

Mən təklif iliyirəm ki, Hətəm öz yerini heç kimə verməsin. 

Bacarıqlı adamdı, qoy özü işdəsin. Bütün səhvlərini 

düzəltsin. Düzəldə bilməsə, soora yapışın yaxasınnan.  

Məddə çatdıyasıdısa qoy elə onun öz başında çatdasın. Çünki 

qalxozumuzu onun qədər öldürən ikinci bir sədir olmuyub. 



ZIRPI HƏTƏM - 

(Hirsini boğaraq.) Həsənqulu kişi, ağsaqqal 

adamsan, sənə çox şey diyə bilmirəm. Ancax sən də ağ 

iləmə, həddüvü bil... Sökməyə qalsa, ömür boyu əlləşsəm də 

sənin nəvənin bir ildə gedib Urusiyyətdən gətirdiyi  maşının 

dəyərini sökə bilmərəm. Bir ildə işdiyib belə maşın almax 

olseydi urusdarın hər birinin əlli dənə belə maşını olardı. Hə, 

heç olmasa sən danışma.  

 

 

 

 

 

 

76 


 

 

 



HƏSƏNQULU KIŞI -  

Birincisi, mənim o maşını haranısa 

sökərək əldə iləmiyib. Heç elə işdiyib də canını əziyyətə 

vermiyib, sadəcə qaynatası bağışdıyıb. Kişi orda böyük 

şirkətdər yiyəsidi. Ikincisi, lap elə haranısa söküb gətiribdi, 

bacarırsansa, get sən də qıraxdan söküb gətir. Hər halda 

bunun kəndə ziyanı olmaz ki, xeyri olar. Amma sən bizim 

içimizi sökürsən. Bir də sən niyə cırnayırsan axı? Sənə pis 

söz demirəm ki. Təmiz adamsansa, qal yerində işdə diyirəm 

də. 


VI KƏNDLI -

  (Sanki partdayır.) Nə? Nə didiz? Yerində qalıb 

işdəsin hələ, hə? Az yiyib, genə yisin diyirsən? A kişilər, 

diyəsən sizin hələ çox şeydən xəbəriiz  yoxdu. Yoldaş 

Görüşov, yoldaş Görüşov, sən Allah, icazə ver, mən də ikicə 

kəlmə diyim. Ürəyim pardıyır axı. Gör bunnar məni nə cür 

məcbur liyiblər ki, axırda bu savadsız canımla bir sicilləmə 

ərzə yazmalı olmuşam.  



(Cibindən əzik-üzük bir kağız çıxardır.)  Özü də haralara? Bir 

surəti irayonun icrayə hökməti başçısına, bir surəti milli 

məclisə, biri qəmnist qəzetinə, ee, Azərbaycan qəzetinə, biri 

də düz ora, nədi o, lap o bı-mı-tı-ya. Sən Allah, Görüşov 

yoldaş, üçcə dəqqə məni dinnə, onu sənə də oxuyum, görün 

bu hətəmlər nə oyunnar açırmış qalxozda. 



GÖRÜŞOV -

  Yaxşı, oxu. Ancaq qısa ilə, mən demək istəyirəm ki, 

vaxtımız çox getdi onsuz da.  

 

VI KƏNDLI - 

 Özü də tribunadan, o miqrafunnan oxumasam, 

ürəyim soyuyan dölü. 

 

GÖRÜŞOV –

 Buyur, buyur. 



VI KƏNDLI –

 (Tribunaya yaxınlaşır. Hətəmə.) Sən çəkil əə 

qırağa. 

ZIRPI HƏTƏM -  

Ə, Ramazan, bəsdi, genə o peyin söhbətini atıb 

ortaya iylətmə məclisi.  

VI KƏNDLI -  

Hə, nədi,



 

yoxsa xoşuna gəlmir? Qoy gəlməsin, 

amma qoy hamı bilsin sənin içdəklərini. Düş, düş ordan.   

 

Əlacı kəsilmiş Hətəm tribunadan çıxıb boynunu buraraq bir kənarda 



dayanmalı olur. 

 

 

 

 

 

 

 

 

 

 

 

77 

 

 

GÖRÜŞOV -

  Buyur, buyur, yoldaş... (Adını xatırlamağa çalışır.) 

YERDƏN SƏS -

  Priboy Ramazan. 

 

VI KƏNDLI -

  Hə, priboy Ramazan. Axsaq Ənnağının uşağı 

priboy Ramazan yoldaş tərəfindən ərzə.  (Əlində tutduğu 

kağızdan oxuyur.)  

Bu ərzəmnən yazıb sizə diyrəm ki, bilin, eşidin! Neçə illərdi 

ki əvvəl dədəm Ənnağı dədəm ölənnən sonura hindi də mən 

onun uşağı  priboy Ramazan qalxozun belarus traxtrını 

lapetini sürürük!yeddi baş külfətəm. Bir baş uşağım tərtərdə 

vırışır bir baş uşağım da saldatlıxda təpik döyür. Haçandı 

gediblər nə məktub var nə xəbər yannarına da 

gedəmmirəm. Diyirlər əppəkləri yoxdu özdərinə də bit 

düşübdü diyirəm cannarı sağ olsun saldat hər şeyə 

dözməlidi.özüm də qalxuzda işdiyirəm səlyarka da vermirlər 

zapças da təkər də. Özüm də iki üç aydan bir əlli beş min 

yəni beş məmməd bir nizamı alıram buna da bir kilo qənd 

düşür diyirəm cannarı sağ olsun yəqin hökmətdə yoxdu ona 

görə də şor satıram qapıdan qoyun- keçi satıram bir təər 

fırranırıx. Diyirəm təki müharibə qurtarsın erməniləri yox 

iliyək! Sonura hər şey yaxşı olar.  

Amma məni yandıran başqa şeydi qalxuzda yihayidi! 

Boğdanı yidilər meyvəni yidilər torpaxları yidilər. o günü üç 

lapet boğda gətirmişəm naryadda görürəm biri var iksini 

yiyiblər bir lapet alma gətirdim naryada düşmüyüb deməli 

yiyiblər. iki lapet tütün gətirdim onu da yidilər! 

A kişilər dəli oluram onda impera idik hər şey urusa gedirdi 

onda da yiyirdilər amma xəlvəti az-az qorxa-qorxa onda 

urusunkunu yiyirdilər hindi ki müstəqilik hindi ki hər şey 

bizimkdi bəs hindi bizimkini niyə yiyirsiz!yoldaşlar soruşun 

bilin!  


A kişilər boğdamı yidilər dimmədim almamı yidilər 

dimmədim torpağımı yidilər dinmədim tütünümü yidilər genə 

dimmədim! O gün naryada  baxmışam görürəm ki, a kişilər 

düz əlli ton  peyinimi yiyiblər! fermadan daşımışdım yaş-yaş 

nə zülmnən suyu axa-axa naryadda yoxdu bildim ki peyini 

də yiyiblər. düz əlli ton ha! Bu qədər peyini də yemək olar 

mən bilirəm bını buxaltır tək yiyə bilməz! Bırda sədrin də 

payı var aqronomun da təftişin də. Yoxsa bu qədər peyini 

tək yimək olar! A yoldaşlar bu ərzəmnən yazıb sizdərdən 

xaiş iliyirəm ki qoymuyun hər şeyi yiyirlər bizim qalxuzda 

heç olmasa mənim peyinimi yeməsinnər  xaiş iliyirəm nə cür 

yiyiblərsə eləcə də qaytarsınnar geri! Adam da suyu axa-axa 

nə zülmnən gətirdiym  peyini yiyərmi! Yeddi baş külfətəm  

 

 

 

 

 

78 


 

 

 



qarabağda vırışanım var saldatlıxda təpik döyənim var özüm 

də iki üç aydan bir məmməd bir nizamı alıram belə adamın 

peynini yimək vallah haramdı özü də necə haram! 

Müharibəni udmax istiyirik müstəqil olmax istiyirik peyin 

yiyə-yiyə müharibəni udmax olarmı müstəqil olmax olarmı! 

Imza traxtrist priboy Ramazan 

Cavab gözdüyürəm haaa! 

 

Ümumi gülüşmə. 



Görüşov da gülməkdən özünü saxlaya bilmir. 

 

Hardasa eşşək anqırır. 

Gülüşmə bir az da şiddətlənir. 

 

GÖRÜÇOV -  

Əyləş, yoldaş Ramazan.



 

Çox sağ ol.



 

Məsələ   

aydındı . (Üzünü yana tutub hərəkətsiz dayanış Hətəmi 

uzun-uzadı süzərək.)  Sən də gəl əyləş. Demək istəyirəm ki, 

daha hər şey aydındı. 



 

Hətəm suyu süzülə-süzülə gəlib yerində oturur. 

 

Çox sağ olun, camaat... Bir çox həqiqətlərin üstünü açdınız 

bu gün. Hə, demək istəyirəm ki,  vəziyyət doğrudan da çox 

mürəkkəb imiş... (Köks ötürüb bir müddət fikrə dalır.) Hə, 

mən demək istəyirəm ki, keçid dövrü yaşayırıq. Indi hər 

yanda çətindi. Sizin kənddə isə, demək istəyirəm ki, 

doğrudan da lap çətinmiş, ağırmış... Bizim də səhvlərimiz 

olub. Ən böyük səhvi də Hətəmovu bu vəzifəyə qoyanda 

etmişik. Lakin mən də Həsənqulu kişinin təklifinə şərikəm. 

Demək istəyirəm ki, Hətəmi bu işdən uzaqlaşdırmaq doğru 

olmazdı. Gəlin ona möhlət verək. Işləməlisən, Hətəmov. 

Vicdanla, namusla işləməlisən. Mən demək istəyirəm ki, heç 

olmasa bu camaatın çörəyini qaytarmalısan. Ancaq sənin 

üzərinə  daimi nəzarət qoyacam. Komissiya təşkil edib  

köhnə nöqsanlarını da araşdıracağam. Demək istəyirəm ki, 

cəzasız da qalmayacaqsan.                                         

Ancaq başqa bir məsələ də var. Cəmiyyətdə yeniləşmə 

gedir. Kolxozların ləğv edilməsi qaçılmazdır daha. Nə qədər 

nəzarət qoysaq da, hətəmovlar yenə öz bildiklərini 

edəcəklər.  Odur ki, təzə layihə hazırlanır. Torpaq islahatı 

geniş şəkildə həyata keçiriləcək. Kolxozun torpağı, əmlakı 

sizin özünüzə paylanacaq.  

 

 

 



 

  

 



 

 

79

 

 

 



 

 


 

 

Mən demək istəyirəm ki, bundan sonra bir neçə ailə birləşib 



özünə mini kolxoz olacaq.  Fermer təsərrüfatlarının inkişafı 

üçün siz də istəsəniz suda ala biləcəksiniz. Ancaq xan ölsə 

də, ölməsə də heç kim bu borcu qaytarmaqdan yan qaça 

bilməyəcək. Bundan tamamilə arxayın ola bilərsiniz. Öz 

başınızın ağası özünüz olacaqsınız. Hətəmovlar daha sizə 

lazım gəlməyəcək. 



YERDƏN SƏS –

  Bu nağıla oxşadı, belə şey ola bilməz.   



GÖRÜŞOV -

  Bəli, nağıla oxşayır.  Ancaq bu nağıl bir neçə ilə 

gerçəkləşməyə başlayacaq.  Inanın mənə. Demək istəyirəm 

ki, dünya belə qalmayacaq. Yavaş-yavaş hər şey düzələcək, 

güzəranınız yaxşılaşmağa başlayacaq.    

YERDƏN SƏS -

  Kolxoz da dağılandan sonra hardan düzələcək 

güzəranımız? 

GÖRÜŞOV -

  Maraqlıdı, vaxtı ilə kəndli kolxoz olmaq istəmirdi, 

indi kolxozu dağıtmaq istəmir. Nə olar, yenə əl-ələ verib  

müstəqil, heç kimdən asılı olmayan, hətta dövlətdən belə 

asılı olmayan təsərrüfat yaradın. Sizə tam azadlıq veriləcək. 

Nə istəsəniz əkib becərəcəksiniz.  Məhsulunuzu  kimə 

istəsəniz, neçəyə istəsəniz  sata biləcəksiniz. Mən demək 

istəyirəm ki, siz belə bir yolun başlanğıcındasınız.  Sonra 

necə istəsəniz  elə də hərəkət edəcəksiniz. 

         Başqalarından atalıq qayğısı ummayacaqsınız.  Demək 



 

 

 

 

 

       

                           istəyirəm ki,  

özünüz özünüzə  ağa olacaqsınız. Əl-ələ verib istədiyiniz kimi 

işləyəcəksiniz, kasıbçılığın daşını atacaqsınız, əsil insan kimi 

yaşayacaqsınız. Hətəmovlardan da birdəfəlik canınız 

qurtaracaq.  Demək istəyirəm ki, çətinliklərə dözün bir az.  

Bu keçid dövrüdü, burda hər şey müvəqqətidir. Lap tezliklə 

gözəl günlərin qədəmlərini hiss edəcəksiniz.   

 

TAYQULAQ USUF -

  Ay camaat, ay camaat! Niyə 

qırırsınız bir-birinizi? Xəbəriniz yoxmu, torpağın altındakı 

öküzlər  dözmür daha. Onlar da acdı. Yeri vurub 

dağıdacaqlar buynuzlarıynan. Dünyanın axırı yaxınnaşır. 

Qırmıyın bir-birinizi.  Yeyin-için, keyf iliyin heç olmasa.  



FATMANISƏ -

 (Əlini belinə qoyub ərinə baxır, axırda 



dözmür.) Ədə, Tayqulax, sən də burdasanmış! Axtarmadığım 

yer qalmayıb, heç dimə, gəlib burda  filosoflux iliyirmiş  

köpəy oğlu, it oğlu, donuz oğlu, eşşəy oğlu!.. (Söyə-söyə  

adamların arası lə keçərək onun üstünə gedir.)

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

80 

 

 

 



  

TAYQULAQ USUF -

   (Qaçır.) Ay camaat, qaçın, qaçın qurtulun, 

dünyanın axırıdı vallah... Haydı söylə, səni nə təəhər 

söydüyümü...  



 

Gözdən itirlər. 

Oturanlar gülüşürlər. 

 

Birdən göygöz Veysəl bərkdən fit çala-çala sərxoş halda səhnəyə gəlir. 

Bir müddət çaşqın-çaşqın gah meydanda oturanlara, gah da  

səhnəcikdəkilərə baxır. 

Görüşovu görüb tez özünü ələ alır. 

Əlini  başının bərabərinə qaldırıb təzim edir. 

 

GÖYGÖZ VEYSƏL -  

 Xəbər mənə hindi çatdı. Qaça-qaça gəldim. 

Kimdi burda dələduzlux eliyən? Kimi tutub aparım? Hə, 

diyin, yoldaş... Göy... Göy... Göyüşov, bağışdıyın, parddon-

pardon, Göyrüşov, ee, Gödüşov, tfu, Görüşov? 

 

Meydanda yenə gülüş qopur. 



Zırpı Hətəm, xəstə Qasım, ambardar Fərzəli özlərini itirdiklərindən donub 

qalırlar. 

 

GÖRÜŞOV -

  

 (Ayağa qalxır. Yavaş-yavaş səhnəciyin önünə gəlir. 

Başını yırğalaya-yırğalaya diqqətlə göygöz Veysəli süzür.) 

Məni... demək istəyirəm ki... məni tutub aparın. 

 

 

 

 

 

 

 

Elə bu an işıqlar sönür. 

Hər tərəfi qaranlıq bürüyür. 

Fit səsləri, hay-küy, qışqırıq meydanı başına götürür. 

Hardasa eşşək də anqırır. 

Orda-burda kibrit, alışqan işıqları nəzərə çarpır. 

 

Tamaşanın əvvəlində gördüyümüzdən xeyli yaşlaşmış Yazıçı avansəhnəyə 

gəlir. 

Onun arxasından pərdə yavaş-yavaş enir. 

 

 

 

 

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

81 


 

 

                           İYİRMİ DOQQUZUNCU FRAQMENT  



 

 

REPRODUKTOR –

  

 Quq-qu...  Danışır Meşəli radiosu... Bu gün---

-----------------------------  -ci il, ----------------,  cümə 

günüdür. Başlanmış  yeni gün qoy sizə uğur və səadət 

gətirsin.  (Sakit, gözəl bir musiqi.) 

 

YAZIÇI –

  Günləri uzun olsa da, fikir vermisinizmi, ən tez ötüb 

keçən fəsil yay fəslidir. Həm də ən çox yadda qalan, 

sonradan həzin qüssə ilə xatırlanan fəsil... 

Hər yay  olduğu kimi  yenə yolum oradır, o doğma Meşəli 

kəndinə. Nədənsə hər dəfə yolum ora düşəndə həmişə o 

uzaq yay düşür yadıma. O yay bəlkə də Meşəlinin ən ağır 

yayı idi. Yoldaş Göyüşov, bağışdayın, Görüşov demişkən, 

yeni bir yolun başlanğıcında idi meşəlilər.  

Illər keçdi, hətəmovlar hakimiyyətinə son qoyuldu,  

Meşəlinin həyatında dönüş yarandı,  həmkəndlilərim  

çətinliklərdən müəyyən qədər qurtuluş tapdılar. Bir qədər də, 

Huraman demişkən, çətinliklərə alışdılar. Hər halda Meşəli o 

yayın Meşəlisi geyil. 

Bu yay nə gözləyir məni orda – bilmirəm. Söz yox ki,  yenə 

köhnə zarafatlar, şən əhvalatlar, bəlkə də əvvəlkindən də 

məzəli, daha gülməli. 

“Dərdə ağlamaq hər kişinin işidir, gülmək - ər kişinin” deyər 

meşəlilər... 

 

Qatar səsi. 

Yazıçı çantasını götürüb tələsik gedir. 

Qatar səsi yaxınlaşır və sonra getdikcə uzaqlaşır, eşidilməz olur. 

Meşəli radiosunda səslənən həzin musiqi davam edir. 

 

                                                     S  O  N 

 

 

 

 

 

Füzuli YAVƏR 

             

 

 

 

ser.f.yaver@mail.ru

 

 

 



 

 

 



fserkerov@gmail.com

 

                          



         

 

  

 



 

 

 



 

 

 

 

 

82 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin